Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-65/2025 16.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 03 nömrəli qərarı və A№269841 seriyalı, **********4310 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən X6 ayrılmış 643,8 kv.m həyətyanı torpaq sahəsinin koordinatlarının torpaq sahəsi ayrılan zaman müəyyən edilən koordinatlara uyğunlaşdırması və “R.Axundov adına sovxoz texnikomu”nun xx.xx.1989-cu il tarixli, 227 nömrəli əmrinə və Azərbaycan SSR NS-nin xx.xx.1989-cu il tarixli 183 nömrəli qərarına əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına xx.xx.1989-cu il tarixli təhkim aktı ilə onun mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reystrində qeydə alınaraq xüsusi mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “0,06 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun tanınmaqla həmin torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan İddiaçı məhkəməyə ərizə təqdim edərək və iddia tələbinin dəyişdirilərək “Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 03 nömrəli qərarı və A№269841 seriyalı, **********4310 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən X6 ayrılmış 643,8 kv.m həyətyanı torpaq sahəsinin koordinatlarının torpaq sahəsi ayrılan zaman müəyyən edilən koordinatlara uyğunlaşdırması və “R.Axundov adına sovxoz texnikomu”nun xx.xx.1989-cu il tarixli, 227 nömrəli əmrinə və Azərbaycan SSR NS-nin xx.xx.1989-cu il tarixli 183 nömrəli qərarına əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına xx.xx.1989-cu il tarixli təhkim aktı ilə onun mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reystrində qeydə alınaraq xüsusi mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “R.Axundov adına sovxoz texnikomu”nun xx.xx.1989-cu il tarixli, 227 nömrəli əmrinə əsasən Azərbaycan SSR NS-nin xx.xx.1989-cu il tarixli, 183 nömrəli qərarına əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına tərtib olunmuş sxem-planında göstərilən və nömrələnmiş 0,06 ha torpaq sahəsi ayrılıb ona verilmişdir. Qeyd edilən hal arxiv arayışı ilə də təsdiq edilir. Buna müvafiq olaraq həmin torpaq sahəsinə onun adına 03 noyabr 1989-cu il tarixli təhkim aktı da verilmişdir. Bundan sonra həmin torpaq sahəsinin üzərində inşa ediləcək fərdi yaşayış evinin layihəsi də hazırlanaraq təsdiq edilmişdir. Eləcə də tikiliyə 28 noyabr 1989-cu il tarixli smeta sənədi də tərtib edilmişdir. Belə ki, qeyd edilən torpaq sahəsinə, yəni ki, 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasından ötrti çıxarışın verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və bildirilmişdir ki, Cəlilabad şəhəri ərazisində istifadə etdiyi 0,06 ha həyətyanı torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi kompleks yerqurluşu xəritəsinə əsasən X3 adına Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 nömrəli qərarı əsasında plan və ölçü sənədi verilmişdir. Mübahisə məhkəmə qaydasında həll edilməlidir. Qeyd olunan səbəblərdən mülkiyyət hüququnu tanıtdıra bilmir. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə sərəncama münasibət barədə məktubla bildirmişdir ki, İddiaçı Hüququ Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanladığı müraciətinə İdarə tərəfindən rəsmi cavab məktubu ilə bildirilmişdir ki, Cəlilabad şəhəri ərazisində istifadə etdiyiniz 0.06 ha həyətyanı torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi kompleks yerquruluşu xəritəsinə əsasən X3 adına Cəlilabad rayon Aqrar İslahatı Komissiyasının 30 may 2001 -ci il tarixli 03 nömrəli qərarı əsasında plan və ölçü sənədi verilmişdir. Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirən orqan olduğu üçün torpaq sahəsi üzərində tərəflər arasında yaranmış mübahisənin həlli Hüququ Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin səlahiyyəti xaricindədir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakmiyyəti orqanları, bələdiyyələr və Məhkəmələr tərəfindən həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göstərilən mübahisəyə və ziddiyyətə görə torpaq sahəsinin qeydiyyata alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən mümkün olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs X9 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. İddia inzibati mübahisədir, iddia üzrə mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) Cəlilabad rayonu ərazisində yerləşdiyindən və Cəlilabad rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan xx.xx.1989-cu il tarixdə Cəlilabad rayonunda tərtib edilmiş təhkim aktının surətindən görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli 183 nömrəli qərarına əsasən R.Axundov adına texnikunun direktorluğunun xx.xx.1989-cu il tarixli 227 nömrəli əmrinə və Cəlilabad şəhər sovetinin xx.xx.1989-cu il tarixli, 14 nömrəli qərarına əsasən İddiaçı 0,06 ha torpaq sahəsi təhkim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Cəlilabad şəhər sakini X6 Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə 643.08 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********25 nömrəli məktubundan görünür ki, Cəlilabad şəhəri ərazisində istifadə etdiyi 0.06 ha həyətyanı torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi kompleks yerquruluşu xəritəsinə əsasən X3 adına Cəlilabad rayon Aqrar islahatı Komissiyasının 30 may 2001-ci il tarixli 03 nömrəli qərarı əsasında plan və ölçü sənədi verilmişdir. Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi idarəsi daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirən orqan olduğu üçün torpaq sahəsi üzərində, tərəflər arasında yaranmış mübahisənin həlli Hüququ Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin səlahiyyəti xaricindədir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakmiyyəti orqanları, bələdiyyələr və Məhkəmələr tərəfindən həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən mübahisəyə və ziddiyyətə görə torpaq sahəsinin qeydiyyata alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən mümkün olmamışdır. Odur ki, torpaq sahəsi üzərində yaranmış mübahisəni məhkəmə qaydasında müsbət həll etdikdən sonra müraciətinizə qanunamüvafiq qaydada baxılacaqdır. İş materiallarında olan Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 16 nömrəli məktubundan görünür ki, Cəlilabad Rayon X1 “R.Axundov” adına sovxoz texnikomun xx.xx.1989ci il tarixli 227 №-li əmrinə əsasən ünvan 3 ünvanında yaşıyan İddiaçı Sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına tertib olunmuş sexma planında göstərilən 0,06 ha həyətyanı torpaq səhəsi ayrılıb verilmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1462 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin 12 mart 2024-cu il tarixli, 3-21-3-43/2-1240/2024 №-li mütəxəssis rəyinə əsasən, "R Axundov adına sovxoz texnikomu"nun xx.xx.1989-cü il tarixli, 227 nömrəli əmrinə və Azərbaycan SSR NS- nın xx.xx.1989-cu il tarixli 183 nömrəli qərarına əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına xx.xx.1989-cu il tarixli təhkim aktı ilə İddiaçı mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən bu torpaq sahəsinin sənəd üzrə yerini və dongə nöqtələrinin koordinatlarını dəqiqliklə təyin etmək mumkun olmadı. İddiaçı mülkiyyətinə verilmiş 0 06 ha torpaq sahəsi kimi iddia etdiyi faktiki 0,06 ha olan torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Sxem və koordinatlar mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin 12 mart 2024-cu il tarixli, 3-21-3-43/2-1240/2024 №-li mütəxəssis rəyinə əsasən, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına və Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə A № 269841 seriyalı **********4310 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən üçüncü şəxs X7 fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 643,8 kv.m həyətyanı torpaq sahəsinin naturada faktiki istifadə və sənəd üzrə yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları koordinatları müəyyən edilmişdir. Sxem və koordinatlar mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin 12 mart 2024-cü il tarixli, 3-21-3-43/2-1240/2024 №-li mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən "Torpaq sahəsinin planı və ölçüsü” sənədi olmadığından İddiaçı iddia etdiyi faktiki 0,06 ha olan həyətyanı torpaq sahəsi ilə sənəd üzrə yerləşmə vəziyyəti arasında uyğunsuzluğu müəyyən etmək, müqayisələndirmək mümkün olmadı. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə A №2269841 seriyalı **********4310 reyestr nömrəli "Torpaq sahəsinin planı ve ölçüsü sənədinə əsasən üçüncü şəxs X6 fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 643,8 kv.m həyətyanı torpaq sahəsinin naturada faktiki istifadə və sənəd üzrə yerləşmə vəziyyəti arasında uyğunsuzluğun mövcud olduğu müəyyənləşdirildi. Yuxarıda qeyd edilən uyğunsuzluqlara görə iddiaçı ilə üçüncü şəxsin sahələrinin koordinatlarının aidiyyəti mülkiyyətinə verilmiş həyətyanı torpaq qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilib-edilmədiyini cavablandırmaq mümkün olmadı. Qərardadın dördüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin 12 mart 2024-cü il tarixli, 3-21-3-43/2-1240/2024 №-li mütəxəssis rəyinə əsasən, üçüncü şəxs X3 istifadə etdiyi həyətyanı torpaq sahəsinin faktiki istifadə və sənəd üzrə yerləşmə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmasını müəyyən edilmişdir. Mübahisələndirilən 0,06 ha torpaq sahəsi təyinatına görə həyətyanı torpaq sahəsi kimi iddiaçının iddia tələbinə görə üçüncü şəxs X3 faktiki istifadəsindədir. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin 12 mart 2024-cü il tarixli, 3-21-3-43/2-1240/2024 №-li mütəxəssis rəyinə əsasən, “R.Axundov adına sovxoz texnikomu”nun xx.xx.1989-cü il tarixli, 227 nömrəli əmrinə və Azərbaycan SSR NS-nin xx.xx.1989-cu il tarixli 183 nömrəli qərarına əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına xx.xx.1989-cu il tarixli təhkim aktı ilə İddiaçı mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü sənədi olmadığından bu torpaq sahəsi ilə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə A № 269841 seriyalı **********4310 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən üçüncü şəxs X6 fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 643,8 kv.m həyətyanı torpaq sahəsinin üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin 12 mart 2024-cü il tarixli, 3-21-3-43/2-1240/2024 №-li mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsi kimi iddia etdiyi və eyni zamanda üçüncü şexs X3 mülkiyyətinə verilməsi nəzərdə tutulmuş 643,8 kv.m həyətyanı torpaq sahəsi kimi faktiki istifadə etdiyi 0,06 ha həyətyanı torpaq sahəsinin hüdudları daxilində heç bir tikilinin mövcud olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-41/2-5- 4037/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşmmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı 0,06 ha həyətyanı torpaq sahəsinə sahib olması barədə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Cəlilabad Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində hər hansı rəsmi sənəd mövcud deyildir. Lakin qonşuların iştirakı ilə əraziyə baxış keçirilmiş, onlar boş bir ərazinin İddiaçı məxsus olduğunu bildirmişlər. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia həm də əsaslıdır. Belə ki, iddiaçı Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 03 nömrəli qərarı və A№269841 seriyalı, **********4310 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən X6 ayrılmış 643,8 kv.m həyətyanı torpaq sahəsinin koordinatlarının torpaq sahəsi ayrılan zaman müəyyən edilən koordinatlara uyğunlaşdırması və “R.Axundov adına sovxoz texnikomu”nun xx.xx.1989-cu il tarixli, 227 nömrəli əmrinə və Azərbaycan SSR NS-nin xx.xx.1989-cu il tarixli 183 nömrəli qərarına əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına xx.xx.1989-cu il tarixli təhkim aktı ilə onun mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reystrində qeydə alınaraq xüsusi mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X8 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X8 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X4 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X4 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X11rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X12rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Torpaq islahatı haqqında” AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 nömrəli qərarı əsasında X3 mülkiyyətində olan torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinini təqdim edilsə də, torpaq sahəsinin koordinatlarında qeyd edilən uyğunsuzluq digər şəxslərlə mübahisələrə səbəb olmuş və tərəflərin hüquqlarını pozmuşdur. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair sənədlərin elektron kadastr məlumat bazası ilə eyniləşdirilməsi zamanı ilkin torpaq ayrılma sənədlərində qeyd edilən koordinatlarla elektron məlumat bazasında həmin torpaq sahəsinin koordinatlarının yanlış göstərilməsi iddiaçının mövcud hüquqlarının pozulması ilə nəticələ biməz. Qeyd edilən səbəbdən iddiaçının mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Məhkəmə, eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/1462 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Qeyd edilən ekspert rəyinə əsasən Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə A №2269841 seriyalı **********4310 reyestr nömrəli "Torpaq sahəsinin planı ve ölçüsü sənədinə əsasən üçüncü şəxs X6 fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 643,8 kv.m həyətyanı torpaq sahəsinin naturada faktiki istifadə və sənəd üzrə yerləşmə vəziyyəti arasında uyğunsuzluğun mövcud olduğu müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Azərbaycan SSR Nazirlər Sovetinin 26 fevral 1991-ci il tarixli 72 saylı qərarı ilə N.Tusi adına kolxozun 6 noyabr 1993-cü il tarixli 1 saylı qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 3 aprel 1990-cı il tarixli qərar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçı “R.Axundov adına sovxoz texnikomu”nun xx.xx.1989-cu il tarixli, 227 nömrəli əmrinə və Azərbaycan SSR NS-nin xx.xx.1989-cu il tarixli 183 nömrəli qərarına əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına xx.xx.1989-cu il tarixli təhkim aktı ilə onun mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Hər hansısa bir yanlış hərəkəti nəticəsində sənədləşmə işlərində pozuntuya yol verməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnməsi ilə balı cavabdehin hərəkətləri yanlış olmuşdur. Həmçinin mübahisəli torpaq sahəsi ilə bağlı 1989cu ildən bu günə kimi mübahisə olmamışdır ki, inzibati orqan inzibati icraat apardığı zaman bu halı da nəzərə almalı idi. Məhkəmə qeyd edir ki, “R.Axundov adına sovxoz texnikomu”nun xx.xx.1989-cü il tarixli, 227 nömrəli əmrinə və Azərbaycan SSR NS-nin xx.xx.1989-cu il tarixli 183 nömrəli qərarına əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına xx.xx.1989-cu il tarixli təhkim aktı ilə İddiaçı mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü sənədi olmadığından bu torpaq sahəsi ilə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə A № 269841 seriyalı **********4310 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən üçüncü şəxs X6 fərdi yaşayış evi tikmək üçün mülkiyyətə verilməsi nəzərdə tutulmuş 643,8 kv.m həyətyanı torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına mütəxəssis rəyi tərtib edilən zaman sxem əlavə edilmişdir ki, qeyd edilən sxemə nəzər yetirilən zaman Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 03 nömrəli qərarı və A№269841 seriyalı, **********4310 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən X6 ayrılmış 643,8 kv.m həyətyanı torpaq sahəsinin ayrılması zamanı tərtib edilən koordinatlarla plan-ölçü sənədi verilən zaman qeyd edilən koordinatlar arasında uyğunsuzluqlar olduğu, qeyd edilən uyğunsuzluqlar nəticəsində iş üzrə İddiaçı məxsus Azərbaycan SSR NS-nin xx.xx.1989-cu il tarixli 183 nömrəli qərarına əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına xx.xx.1989-cu il tarixli təhkim aktı ilə onun mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsi üzərində hüquqlarının qeydə alına bilməməsi halı müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, hər iki torpaq sahəsi üzrə mülkiyyətçilərin mövcud hüquqlarının müdafiəsi və bərpası məqsədilə koordinatlarda olan uyğunsuzluqlar Torpaqların elektron kadastr uçotu informasiya sistemi bazasında inzibati orqan tərəfindən aradan qaldırılmalıdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 03 nömrəli qərarı və A№269841 seriyalı, **********4310 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən X6 ayrılmış 643,8 kv.m həyətyanı torpaq sahəsinin koordinatlarının torpaq sahəsi ayrılan zaman müəyyən edilən koordinatlara uyğunlaşdırması və “R.Axundov adına sovxoz texnikomu”nun xx.xx.1989-cu il tarixli, 227 nömrəli əmrinə və Azərbaycan SSR NS-nin xx.xx.1989-cu il tarixli 183 nömrəli qərarına əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına xx.xx.1989-cu il tarixli təhkim aktı ilə onun mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reystrində qeydə alınaraq xüsusi mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin ona aid edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər İddiaçı məhkəməyə təqdim etdiyi ərizəsi nəzərə alınaraq iddiaçı tərəfə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 03 nömrəli qərarı və A№269841 seriyalı, **********4310 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən X6 ayrılmış 643,8 kv.m həyətyanı torpaq sahəsinin koordinatlarının torpaq sahəsi ayrılan zaman müəyyən edilən koordinatlara uyğunlaşdırması və “R.Axundov adına sovxoz texnikomu”nun xx.xx.1989-cu il tarixli, 227 nömrəli əmrinə və Azərbaycan SSR NS-nin xx.xx.1989cu il tarixli 183 nömrəli qərarına əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına xx.xx.1989-cu il tarixli təhkim aktı ilə onun mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reystrində qeydə alınaraq xüsusi mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı və digər iddiaçılardan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ
22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov