Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-650/2023 28.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.N990-xx.xx.N992-ci illərdə Sovet Sosialist Respublikasının dövründə Almaniyanın Vinisdorf şəhərində müddətli həqiqi hərbi xidmətini başa vurmuşdur. Lakin, N992-N- cü illərdə ölkədə müharibə vəziyyəti olduğu üçün, Neftçala rayon Hərbi Komisarlığı tərəfindən ehtiyatda olan çavuş kimi müddətdən artıq həqiqi hərbi xidmətə cəlb olunmuşdur və Komisarlıq tərəfindən Bakı şəhərinin Ələt qəsəbəsində yerləşən N nömrəli hərbi hissəyə(XN Qüvvələri) göndərilmişdir. xx.xx.N-cü ildə N nömrəli hərbi hissənin Astara rayonunda (984 nömrəli hərbi hissə) lakator-radarlar olan hərbi hissələrdə döyüş təlimləri keçirilən poliqonlara aparılmışlar. Astarada (984 nömrəli hərbi hissə) N5(on beş) gün qaldıqdan sonra, N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli N30 nömrəli əmrinə əsasən, elə həmin gün döyüş tapşırıqlarını yerinə yetirmək üçün onları Ağdam döyüş zonasına aparmışlar. Orada təxminən N3(on üç) gün müddətində Ağdam rayonu uğrunda gedən döyüşlərdə birbaşa iştirak etmiş, N nömrəli hərbi hissə komandirinin N may N-cü il tarixli N39 nömrəli əmrinə əsasən həmin döyüşlərdən salamat çıxan hərbiçi yoldaşları ilə birlikdə N nömrəli hərbi hissəyə gətirilmişlər. Xidmətlərini davam etdirmək üçün xx.xx.N994-cü il tarixdə Badamdarda yerləşən N nömrəli hərbi hissəyə göndərilmişlər. N nömrəli hərbi hissə komandirinin N nömrəli xx.xx.N994-cü il tarixli əmri ilə ordu sıralarında ehtiyata buraxılmışlar. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçının tələbinin mahiyyəti iddiaçıya “Müharibə veteram” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarət olmuşdur.Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz.Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci ilin fevralın N-dən N994-cü ilin mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu , Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir.Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə qeyd edilməsidir.Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır.Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir.Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfumuna AR Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır.İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, inzibati işin tam və hərtərəfli araşdırılması məqsədi ilə tərəfimizdən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə sorğu verilmişdir.Mərkəzi Arxivin 20 oktyabr 2022-ci il tarixli 4/2-7095 nömrəli müşayiət məktubu ilə daxil olan arayışına əsasən N nömrəli hərbi hissə komandirinin N may Niyun N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin yanvar-iyun N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir (arayışın surəti etiraza əlavə edilir).Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR İPM-nin N4.3, 48.2-ci maddələrini rəhbər tutaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteram” adı və vəsiqəsinin verilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N972-ci il tarixdə ünvan N ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/3-5089 nömrəli məktubunda qeyd edilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır.Döyüş əməliyyatları aparılan dövrdə xx.xx.N-cü il tarixdən sonra N nömrəli hərbi hissədə hərbi xidməti, başqa hərbi hissəyə keçirilməsi, habelə N nömrəli hərbi hissəyə daxil olması, hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin NN dekabr 20N9-cu il tarixli, 9/2-N9690 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin N3.05,N-cü il tarixli N30 №-li nizami hissə üzrə əmrində (əsas: səh 278, § N, sıra 22, əmrdə atasının adı Kamal yazılmışdır) Ağdam döyüş əməliyyatları bölgəsinə döyüş tapşırığını yetirmək üçün göndərilərək qazan təminatından çıxarılmış N №-li hərbi hissənin şəxsi heyətinin siyahısında sıravi İddiaçı Kamal oğlunun adı qeyd edilmişdir.N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N39 №-li nizami hissə üzrə əmrində (əsas: səh 294, § N, sıra 22, əmrdə atasının adı Kamal yazılmışdır) döyüş əməliyyatları bölgəsindən qayıdaraq qazan təminatına daxil edilmiş N №-li hərbi hissənin şəxsi heyətinin siyahısında sıravi İddiaçı Kamal oğlunun adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin aprel N-cü il tarixli nizami hissə üzrə əmrlərində" və N №-li hərbi hissə komandirinin yanvar, iyun N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir.Ərizədə İddiaçı xidmət dövrü dəqiq (aylarla) göstərilmədiyindən və N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün bu barədə əlavə araşdırma apara bilməmişdir. İşdə olan HЗ № ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.N990-cı il tarixdən xx.xx.N992-ci il tarixədək Ordusu sıralarında hərbi xidmət keçmişdir və xx.xx.N994-cü il tarixdən N nömrəli hərbi hissədən tərxis olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Neftçala rayon Məhkəməsinin 2(053)-57N/2020 nömrəli, 0N sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən İddiaçı Kamal oğlunun adına verilmiş 09 iyun 2020-ci il tarixli 9/2-63NN saylı arxiv arayışının ərizəçi İddiaçı məxsus olması ilə bağlı hüquqi fakt müəyyən edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(N06)-2552/202N nömrəli, xx.xx.202N-ci il tarixli qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilməmiş və Neftçala rayon Məhkəməsinin 0N sentyabr 2020-ci il tarixli, 2(053)-57N/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Neftçala rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli SDS-29 nömrəli məktubunda qeyd edilmişdir ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-57N/2020 saylı mülki iş üzrə 0N sentyabr 2020-ci il tarixli qətnaməsi 24 yanvar 2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və hal-hazırda da qanuni qüvvədədir. İşdə olan xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin arxiv arayışına əsasən, N N-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N30 №-li nizam hissə üzrə əmrində (əmrdə atasının adı Kamal yazılmışdır) Ağdam döyüş əməliyyatları bölgəsinə döyüş tapşırığını yetirmək üçün göndərilərək qazan təminatından çıxarılmış N №-li hərbi hissənin şəxsi heyətinin siyahısında sıravi İddiaçı Kamal oğlunun adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin 24 05.N-cü il tarix,: N39 №-li nizamı hissə üzrə əmrində (əsas: səh 294. § N. sıra 22, əmrdə atasının ad: Kamal yazılmışdır) döyüş əməliyyatları bölgəsindən qayıdaraq qazan təminatına daxil edilmiş N N-li hərbi hissənin şəxsi heyətinin siyahısında sıravi İddiaçı Kamal oğlunun adı qeyd edilmişdir. Məlumatlar hərbi hissə komandirinin əmrlərinə əsasən yazılmış əmrlərdə atasının adı “Kamal" yazılmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən İddiaçı xidməti barədə xx.xx.20N9-cu iİ tarixli, 9/2-N9690 saylı məktubla ünvanına cavab göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı N5 avqust 2022-ci il tarixli 4/2-5223 nömrəli məktubunda göstərilmişdir ki, Neftçala RHKdan çağırılmış, N972-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin N yanvar N-cü il tarixli 29 №-li əmrilə (əsas: § N, səh 55, sıra 60, əmrdə vəzifəsi göstərilməyib) “sıravi” hərbi rütbəsi verilməklə xx.xx.N-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir.987 №-İİ hərbi hissə komandirinin N0 mart N-cü il tarixli 68 №-li əmrilə çavuş İddiaçı (əsas: § N, sıra 8N) baş dizelçi-elektrik vəzifəsinə təyin olunmuşdur.987 №-İİ hərbi hissə komandirinin N may N-cü il tarixli N30 №-li əmrində sıravi İddiaçı Kamal oğlunun (əsas: § N, sıra 22, əmrdə atasının adı Kamal yazılmışdır, vəzifəsi göstərilməyib) döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam rayon döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilmiş hesab edilərək xx.xx.N-cü il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır.N №-li hərbi hissə komandirinin N may N-cü il tarixli N39 №-li əmrində sıravi İddiaçı Kamal oğlunun (əsas: § N, sıra 22, əmrdə atasının adı Kamal yazılmışdır, vəzifəsi göstərilməyib) döyüş əməliyyatları bölgəsindən qayıtmış hesab edilərək qazan təminatına qoyulması barədə məlumat vardır.Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin xx.xx.N-iyun N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №-İİ hərbi hissə komandirinin N-N994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. NN0 №-İİ hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmamışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 78N nömrəli məktubunda göstərilmişdir ki, Neftçala rayon Mirqurbanlı kənd sakini xx.xx.N972-ci il təvəllüdlü İddiaçı xx.xx.N990-cı il tarixdən xx.xx.N992-ci il tarixə kimi SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.N-cü il tarixdə keçmiş Neftçala rayon Hərbi Komissarlığı tərəfindən səfərbərlik üzrə həqiqi hərbi xidmətə göndərilmişdir. xx.xx.N-cü il tarixdən xx.xx.N994-cü il tarixədək N () saylı hərbi hissənin tərkibində hərbi xidmət keçməsi və həmin hərbi hissənin tərkibində döyüşlərdə iştirak etməsi, yaralanması və s. barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsində heç bir məlumat yoxdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hüquq idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, NN/4435 nömrəli məktubunda göstərilmişdir ki, N7 oktyabr 2022-ci il tarixli 2-N (N20)-N996/2022 nömrəli məktubunuzda İddiaçı ******* nömrəli hərbi biletinin 5-ci və 8-ci səhifələrində N5 saylı hərbi hissədən N iyun N994-cü il tarixdə ehtiyata buraxılmasına dair qeydə münasibət bildirilməsi xahiş olunmuşdur.Bununla əlaqədar qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci ilin fevralın N-dən N994-cü ilin mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu ,Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir.AR Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra ‘‘Müharibə veteranı” statusunun verilməsi üçün əsas olan sənədlərə hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir.Məhkəməyə təqdim etdiyimiz etiraza əlavə edilmiş Mərkəzi Arxivin 20 oktyabr 2022-ci il tarixli 4/2-7095 nömrəli müşayiət məktubu ilə daxil olan arayışına əsasən N nömrəli hərbi hissə komandirinin N may N- iyun N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin yanvar-iyun N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, NN63 nömrəli məktubunda göstərilmişdir ki, Neftçala rayon Mirqurbanlı kənd sakini, xx.xx.N972ci il təvəllüdlü İddiaçı məxsus NZ № ******* seriya və nömrəli hərbi biletin 8-ci səhifəsində andiçmə qəbul etməsi və hərbi rütbələr barədə məlumat qeyd olunmuşdur. Hərbi biletin 5ci səhifəsində “N nömrəli hərbi hissədən xx.xx.N994-cü il tarixdə tərxis olunmuşdur” qeydini N nömrəli hərbi hissə yazıb və möhürlə təsdiq etdiyi üçün münasibət bildirməsi mümkün deyil. İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsində mövcud olan arxiv-uçot sənədlərində xx.xx.N-cü il tarixdə səfərbərlik üzrə həqiqi hərbi xidmətə göndərilməsi barədə qeyd aparılmışdır, lakin tərxis olunması barədə heç bir məlumat aşkarlanmamışdır.Yuxarıda qeyd olunanları nəzərə alaraq aidiyyəti üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmək məqsədəuyğundur. İşdə olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, HPxx/xx-N2363 nömrəli məktubunda göstərilmişdir ki, Vətəndaş İddiaçı Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair icraatınızda olan 2-N(N20)-N996/2022 N-li inzibati iş ilə bağlı İddiaçı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi və ya təqsirləndirici materialın olub-olmamasına dair xx.xx.2022-ci il tarixli məktub xx.xx.2022-ci il tarixdə Respublika Hərbi Prokurorluğuna daxil olmuşdur. Yuxarıda qeyd olunan sorğuda İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində nə vaxt və hansı hərbi hissələrdə xidmət etməsi barədə heç bir məlumat qeyd olunmadığından və N-ci Qarabağ müharibəsində iştirak etmiş və cinayət törətmiş şəxslər barəsində Respublika Hərbi Prokurorluğunda vahid mərkəzləşdirilmiş məlumat bazası mövcud olmadığından məktubla bağlı tez bir vaxtda, yəni sorğuda qeyd edilən N0 gün müddətində ərazi hərbi prokurorluqlarından müvafiq məlumatları alıb cavabın verilməsi mümkün deyildir. Təkrar sorğuda vətəndaş İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində nə vaxt, harada və hansı hərbi hissələrdə xidmət etməsi barədə ətraflı məlumatların göstərildiyi və bunu təsdiq edən sənədlər (İddiaçı hərbi xidməti barədə Müdafiə Nazirliyinin arxiv arayışı, hərbi biletinin və ya iddia ərizəsinin surətləri) müraciətə əlavə edildiyi halda qısa müddət ərzində sorğuya cavabın verilməsi təmin ediləcəkdir. İşdə olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2023-ci il tarixli, 3-3-N2/2-30-N480/23 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı N-N994-cü illərdə N və N nömrəli hərbi hissələrdə xidmət etməsi ilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Neftçala rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-N3-N00/2-5340/2023 nömrəli məktubunda göstərilmişdir ki, Neftçala rayon Həsənabad qəsəbəsində anadan olmuş, Neftçala rayon Həsənabad qəsəbəsi Xanlar küçəsində qeydiyyatda olan, xx.xx.N972-ci il təvəllüdlü İddiaçı barəsində hal-hazırda Neftçala RPŞ-də məhkumluq və təqsirləndirici material aşkar olunmamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh orqan tərəfindən vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixli, 4/3-5089 nömrəli məktubuna əsasən döyüş əməliyyatları aparılan dövrdə xx.xx.N-cü il tarixdən sonra N nömrəli hərbi hissədə hərbi xidməti, başqa hərbi hissəyə keçirilməsi, habelə N nömrəli hərbi hissəyə daxil olması, hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq İddiaçı Neftçala RHK-dan çağırılmış, N972-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin N yanvar N-cü il tarixli 29 №-li əmrilə (əsas: § N, səh 55, sıra 60, əmrdə vəzifəsi göstərilməyib) “sıravi” hərbi rütbəsi verilməklə xx.xx.N-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir.987 №-İİ hərbi hissə komandirinin N0 mart N-cü il tarixli 68 №-li əmrilə çavuş İddiaçı (əsas: § N, sıra 8N) baş dizelçi-elektrik vəzifəsinə təyin olunmuşdur.987 №-İİ hərbi hissə komandirinin N may N-cü il tarixli N30 №-li əmrində sıravi İddiaçı Kamal oğlunun (əsas: § N, sıra 22, əmrdə atasının adı Kamal yazılmışdır, vəzifəsi göstərilməyib) döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam rayon döyüş əməliyyatları bölgəsinə ezamiyyətə göndərilmiş hesab edilərək xx.xx.N-cü il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır.N №-li hərbi hissə komandirinin N may N-cü il tarixli N39 №-li əmrində sıravi İddiaçı Kamal oğlunun (əsas: § N, sıra 22, əmrdə atasının adı Kamal yazılmışdır, vəzifəsi göstərilməyib) döyüş əməliyyatları bölgəsindən qayıtmış hesab edilərək qazan təminatına qoyulması barədə məlumat vardır.Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin xx.xx.N-iyun N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №-İİ hərbi hissə komandirinin N-N994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. NN0 №-İİ hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmamışdır. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin arxiv arayışında N №-li hərbi hissə komandirinin 24 05.N-cü il tarix,: N39 №-li nizamı hissə üzrə əmrində (əsas: səh 294. § N. sıra 22, əmrdə atasının ad: Kamal yazılmışdır) döyüş əməliyyatları bölgəsindən qayıdaraq qazan təminatına daxil edilmiş N N-li hərbi hissənin şəxsi heyətinin siyahısında sıravi İddiaçı Kamal oğlunun adı qeyd edilmişdir. Məlumatlar hərbi hissə komandirinin əmrlərinə əsasən yazılmış əmrlərdə atasının adı “Kamal" yazılmışdır. Neftçala rayon Məhkəməsinin 2(053)- 57N/2020 nömrəli, 0N sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən İddiaçı Kamal oğlunun adına verilmiş 09 iyun 2020-ci il tarixli 9/2-63NN saylı arxiv arayışının ərizəçi İddiaçı məxsus olması ilə bağlı hüquqi fakt müəyyən edilmişdir. Həmçininin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsindən məhkəməyə N-cü illərə dair əmrlərdən arxiv çıxarışlar daxil olmuş, N N-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli N30 №-li nizam hissə üzrə əmrində N №-li hərbi hissənin şəxsi heyətinin siyahısında sıravi İddiaçı Kamal oğlunun (əmrdə atasının adı Kamal yazılmışdır) Ağdam döyüş əməliyyatları bölgəsinə döyüş tapşırığını yetirmək üçün göndərilərək qazan təminatından çıxarılması və N №-li hərbi hissə komandirinin 24 05.N-cü il tarix,: N39 №-li nizamı hissə üzrə əmrində İddiaçı Kamal oğlunun (əsas: səh 294. § N. sıra 22, əmrdə atasının ad: Kamal yazılmışdır) döyüş əməliyyatları bölgəsindən qayıdaraq qazan təminatına daxil edilmiş N N-li hərbi hissənin şəxsi heyətinin siyahısında sıravi adı qeyd edilməsi aşkar edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın təqdim etdiyi məlumatlar arasında ziddiyyətlər vardır. Məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış Neftçala Rayon Məhkəməsinin qətnaməsi ilə N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli və xx.xx.N-cü il tarixli əmrlərində İddiaçı Kamal oğlunun adı göstərilmiş xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin arxiv arayışının ərizəçi İddiaçı məxsusluğu müəyyən olunmuşdur. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun NN-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 6N-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.N-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.N) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.N-ci, 23.N-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 8N-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-650/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-650/2023
28.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver