Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-650/2024 19.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran rayonu, Bürcəli bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 09 saylı qərarı ilə ona alqı-satqı yolu ilə satılmış 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması, mərz nişanlarının qoyulması və yerin naturada tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran rayonu, Bürcəli bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 09 saylı qərarı ilə ona alqı-satqı yolu ilə satılmış 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması, mərz nişanlarının qoyulması və yerin naturada tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X2 məhkəmə iclasına gəlmiş, İddiaçı və üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli məktubu ilə İddiaçı iş üzrə mütəxəssis rəyinin verilməsinə dair nəzərdə tutulmuş xidmət haqqının ödənişinin təsdiqi barədə sənədin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə təqdim edilməsi xahiş olunmuş, lakin iddiaçı tərəfindən həmin məbləğin ödənilməsindən imtina olunmuşdur. Məhkəmə iş üzrə İddiaçı məxsus ***-***-**-** mobil nömrəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 10:00-da məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğluna məxsus (050) ***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılaraq iş üzrə mütəxəssis rəyinin verilməsinə dair xidmət haqqının ödənişinin təsdiqi barədə sənədin təqdim olunmasını və xx.xx.2024cü il tarixə, saat 16:00-a Şirvan İnzibati Məhkəməsinin inzibati binasına təyin olunmuş məhkəmə iclasının vaxtı, yeri və məhkəmə iclasında iştirak etmədiyi təqdirdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılacağı barədə məlumat verilmişdir. İddiaçı tərəf hüquqi maraqlarının olmadığını bildirərək smeta xərcini ödəməkdən imtina etmişdir. İşin hallarının araşdırılması məqsədilə iş üzrə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, tarixlərə məhkəmə iclasları təyin edilmiş və iddiaçının ünvanına bu barədə bildiriş göndərilmişdir, lakin iddiaçı tərəf məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçıya göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişdə, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən artıq müddət ərzində məhkəmə icraatından yayındığı halda iddianın geri götürülmüş sayılması ona bildirilmişdir. Bundan başqa iddiaçıya SMS xəbərdarlığı AZEMİS vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə SMS bildiriş göndərilmişdir. Göründüyü kimi (sərəncam, xəbərnamə və məhkəmə iclas protokollarından məlum olur), məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmışdır. İPM-in 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran rayonu, Bürcəli bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 09 saylı qərarı ilə ona alqı-satqı yolu ilə satılmış 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması, mərz nişanlarının qoyulması və yerin naturada tanıdılması öhdəliyinin öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsinin geri götürülmüş sayılaraq iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirdi. İPM-in 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarının 2-ci bəndində belə qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İddiaçıya izah olunsun ki, o, gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və İPM-in 55.3, 55.5 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran rayonu, Bürcəli bələdiyyəsinin xx.xx.2000-ci il tarixli, 09 saylı qərarı ilə ona alqı-satqı yolu ilə satılmış 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması, mərz nişanlarının qoyulması və yerin naturada tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-650/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-650/2024
19.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver