Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-651/2024 25.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, Üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, **********287800 saylı kommersiya qurumunun ləğvetmə ərizəsini qəbul edilməsindən imtina haqqında qərarın ləğv edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi yığıncağının ləğv prosesi ilə bağlı qərarının qanuni hesab edilməsi və hüquqi şəxsin ləğv prosesinin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Şirvan İnzibati Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10), inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli ümumi yığıncaq protokol və qərarların qanuni hesab edilməsi və ləğvetmə prosesinin başlanılması, MMCnin ləğv edilərək vergi ödəyicilərinin dövlət reyestrindən çıxarılması və öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəmənin 2-1(120)-2548/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddia tələbinə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “”Avtouniversal Firması” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi öödəyicilərinin dövlət reyestrindən çıxarılması və hüquqi şəxsin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması və X13 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəmənin 2-1(120)-2548/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddia tələbinə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi yığıncağının ləğv prosesi ilə bağlı qərarının qanuni hesab edilməsi və hüquqi şəxsin ləğv prosesinin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəmənin 2-1(120)-651/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbinə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********287800 saylı kommersiya qurumunun ləğvetmə ərizəsini qəbul edilməsindən imtina haqqında qərarın ləğv edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi yığıncağının ləğv prosesi ilə bağlı qərarının qanuni hesab edilməsi və hüquqi şəxsin ləğv prosesinin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 6 saylı Ərazi Vergilər İdarəsinə müraciət edilərək müəssisənin ləğv edilməsi bağlı müvafiq sənədlər vergi orqanına təqdim edilmişdir. Həmin müraciətinə imtina edilmiş, sənədlər və möhür geri qaytarılmışdır. 6 saylı ƏVBİ-nin hərəkətlərinin qanunsuz olmasını aşağıda gösələriləıı səbəblərdən müəssisənin ləğv edilməsi və vergi ödəyicilərinin dövlət reyestrindən çıxarılması ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi öhdəliyinin vergi orqanınmn üzərinə qoyulması ilə bağlı məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Müəssisənin təsisçilərinin ümumi yığıncağının 21 noyabr 2022-ci il tarixdə keçirilməsi təyin edilmişdir. MMC-nin təsisçiləri isə aşağıdakılardır: X14; X10; X16. Yuxarıda göstərilən təsisçilərin hər biri 21 noyabr 2022-ci il tarixində keçibmiş təsisçilərin iclasına dəvət edilmişdir. İclasın keçiriləcəyi yer və vaxt barədə məlumatlar tərəflərə ünvanlanmışdır. Həmin ümumi yığıncaqda X14 və X10 iştirak etmişdir. X3 iclasın yeri və tarixi barədə məlumat verilməsinə baxmayaraq iştirakını təmin etməmiş və bu barədə hər hansı bir məlumat verməmişdir. Hətta, MMC tərəfindən X6 vəkili və nümayəndəsinə də məlumat verilmiş, lakin, nümayəndə və vəkili olan Asif müəllim öz votsap nömrəsi ilə müəssisəmizin bildirişini çatdırdığını və hətta telefon vasitəsi ilə yeni təklif verdiyi halda, iclasda iştirakdan imtina etmişdirlər. MMC-nin nizamnaməsinə əsasən də təsisçilər qismində yuxanda qeyd edilən 3 şəxs qeyd edilmişdir. MMC-nin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnamənin 7-ci bəndində Cəmiyyətin yenidən təşkili və ya ləğvi barədə qərarın qəbul edilməsi kimi hallar üzrə ümumi yığıcaq tərəfindən təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin ümumi yığıncaq üzrə tərəflərin iştirakınınn təmin edilməsi üçün təəflərə bu barədə bildirşlər ünvanlanmış və həmin tarixdə göstərilən ünvanda yığıncağın iclası X14 və X4 iştirakı ilə həyata keçirilmişdir. MMC-nin keçirilmiş ümumi yığıncağında iştrak edən çəxslərin paylan həcmi toplamda 66.7% həcmində olduğu üçün ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərar qanuni hesab edilməlidir. Ümumi yığıncaqda tərəflər razılığa gələrək MMC-nin ləğv olunma prosesinin başlanılması barədə qərar qəbul etmişdir. Həmin qərarda direktor X11 direktor vəzifəsindən azad edilərək təsviyyəçi olaraq təyin edilməsi də qeyd edilmişdir. Həmin sözügedən qərar ümumi yığıcaqda iştirak edənlər tərəfindən imzlanmış və təsdiq edimişdir. Daha sonra isə tərəfimizdən bu barədə vergi orqanına müraciətlər edilmişdir. Lakin, vergi orqanı ləğv prosesinin başlanılması barədə müvafiq sənədləri, möhürü, Vergilər qəzetində yayımlanmış elanı təqdim etməyimizə baxmayaraq ləğv barədə müraciətimizə imtina edilmiş və müvafiq sənədlər və möhür geri qaytarılmışdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Məlumat üçün bildiririk ki, iddia ərizəsi üzrə iddia tələbi tam əsassızdır: Öncəliklə iddianın əsassızlığı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğv edilməsi barədə müraciətinə (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********973000 nömrəli) baxılaraq ərizənin icrasından imtina edilmiş və bu barədə cəmiyyətə xx.xx.2022-ci il tarixli **********507200 nömrəli məktubla məlumat verilmişdir.Mövcud qanunvericiliyə görə kommersiya hüquqi şəxsin ləğv edilməsi barədə qərar onun iştirakçıları tərəfindən qəbul edilir, iştirakçılar hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi) təyin edir. Ləğvetmə komissiyası (təsviyəçi) təyin olunduğu gündən sonra 15 gün müddətində aşağıdakı sənədləri qeydiyyat orqanına tədim etməlidir. -“Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında” ərizə; -Ləğetmə barədə qərar; -Ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat (kommersiya hüquqi şəxsin icra orqanı ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl bütün kreditorların tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətini təsdiq edən sənəd); -Hüquqi şəxsin ləğv edilməsi və kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın mətbu nəşrdə dərc olunmasını təsdiq edən sənəd; -Möhür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 92.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət onun iştirakçılarının yekdil qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Cəmiyyətin yenidən təşkilinin və ləğvinin başqa əsasları, habelə onun yenidən təşkili və ləğvi qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Eləcə də, cəmiyyətin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə X24ndə xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmış Nizamnaməsinin 8.2-ci bəndində “cəmiyyətin ləğvi iştirakçıların və ya məhkəmənin qərarı ilə Azərbaycan Respublikası Mülli Məcəlləsində müəyyən edilmiş qaydada həyata keçilir” göstərilmişdir.Həmçinin vergi ödəyicilərinin dövlət reyestrində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 3 (üç) təsisçisinin (iştirakçısının) olması barədə məlumatlar mövcuddur. Lakin cəmiyyətin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə daxil olmuş ləğv edilmə barədə müraciətinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli ümumi yığıncağın protokolunda və qərarda 2 təsisçinin (iştirakçının) iştirakı və imza etmələri barədə məlumat mövcuddur. Qeyd olunanlara əsasən cəmiyyətin ləğvi barədə qərarın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 92.1-ci maddəsinə, habelə cəmiyyətin nizamnaməsinin 8.2-ci bəndinə uyğunluq təşkil etmədiyindən (onun iştirakçılarının yekdil qərarı ilə olmadığından) ərizənin icrasından imtina edilmişdir.Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı "xxxx" MMC-nin təqdim etdiyi iddia ərizəsi üzrə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 3-cü şəxs X13 məhkəməyə məlumat təqdim edərək bildirmişdir ki, Elektron Məhkəmə Sistemində kabinetimə daxil olduqda, xəbər tutdum ki, təsisçilərindən biri olduğu, "xxxx" MMC xeyli zamandır, Məhkəmə vastəsi ilə MMC-ni ləğvinə çalışırmışlar. O, bu haqda internetdə verilmiş elanlardan xəbər tutmuşdur. Bununla əlaqədar, "xxxx" MMC rəhbərliyinə və Dövlət Vergi xidmətinə, 6 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək bildirdi ki, bu məsələ yalnız Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 92.1 maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin yekdil Qərarı ilə ləğv edilə bilər. Portala yerləşdirilən sənədlərdən məlum olur ki, o, ümumi yığıncaqda iştirak etməmişəm. Bəli bu düzdü o, iştirak etməmişdir, bir necə yığıncaqda onun vəkili iştirak edib, iclaslardan birində də etiraz olaraq iclası tərk edib. Etiraza səbəb onların iclasın gündəliyində müzakirə etmək istədiyi məsələləri iclasın gündəliyinə salmamaları olub. O, dəfələrlə müraciət edərək hesabatlarda „yoxa,, çıxarılmış, hesabatın xərc hissəsində qeyd edilməyən, bölüşdürülməmiş sərbəst mənfəətin ümumi yığıncaqda müzakirəsin, araşdırılmasın tələb etmişdir, lakin onlar bundan yayınıblar.2016-cı ildə 6 saylı ƏVBİ-nə müraciət edərək, "xxxx" MMC-nin 2011-2015-ci il fəaliyyət dövrün əhatə edən bütün sənədlərin əldə etmişdir, orda vergidən yayınma və mənimsəmə faktlarını müəyyən etmişdir. Bu haqda onların özünə, Vergilər Nazirliyinə, sonradan İqtisadiyyat Nazirliyinə, onun yanında Dövlət vegi xidmətinə, 6 saylı ƏVBİ-nə, Məlumat, Şikayət, Ərizə formalarında xəbərdarlıq etmişdir və MMC fəaliyyətin dayandırdığı, son fəaliyyət ili olan 2016- cı ilin sənədlərin tələb etmişdir. 2011-ci ilin əvvəlinə Bölüşdürülməmiş sərbəst mənfəət qalığı, mexaniki surətdə 1.065.993,23 manat azaldılaraq, hesabatda 3.274.561 manat qeyd edilmişdir. Əldə etdiyi 2011-2015-cil illər üzrə sənədlərdən, bölüşdürülməmiş sərbəst mənfəəti illər üzrə, toplama yolu ilə müəyyən etmişdir ki, məzənnə fərqi çıxıldıqdan sonra (5 ildə) Ümumi gəlir sətr 220: 31.250.353,19 manat olmuş, Ümumi gəlirdən çıxılan xərc: 27.203.276,36 manat olmuşdur. Mənfəət Vergisinə cəlb edilən məbləğ sətr 237: 4.047.046,85 manat olmuş, Mənfəət Vergisi (20%) sətr 242: 809.409,37 manat olmuş, yekun olaraq Bölüşdürülməmiş sərbəst mənfəət: 3.237.637,48 manat hesablanmışdır. Lakin bu mənfəətlər Mənfəət vergi bəyannaməsinin, Əlavə-1, hesabatında illər üzrə aşağıdakı kimi silinmişdir. 2011-ci ildə -11.402.99 manat: 2012-ci ildə - 114.239.5 manat: 2013-cü ildə - 2.248.323 manat: 2014-cü ildə - 3.314.152 manat xərcdə əksin tapmayan, bölüşdürülməyən, investisiyaya cəlb edilməyən təsisçilərə mənsub Bölüşdürülməmiş sərbəst mənfəət vergiyə cəlb edilmədən silinmiş, vergidə buna göz yummuşdur. Mənimsənilmişdir. Vergiyə bu haqda yazılı, cədvəllər şəkilində 2016-cı ildən bu günə qədər durmadan yazıram. Əlbəttə ki, vergi orqanı bu mübahisəni bildiyi üçün ləğv prosesinə etiraz etməlidir. Ləğv qərarına gəlmək üçün göstərilən bu məsələlərə aydınlıq gətirilməli, müşahidə şurası (özləri yaradıblar lakin onların xüsusi biliklərinin olmasına şübhəliyəm) rəy verməli, son Audit rəyi tərtib edilməli, təsisçilərin yekdil razılığı olarsa müəssisədə ləğv prosesi başlaya bilər. Hazırda Qüvvədə olan 3 məhkəmə qərarları var ki, icrasın gözləyir. 1) Bakı, Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2019-cu il tarixli 2(103)-6651/18 saylı icra sənədi üzrə "xxxx" MMC-dən 100.000 min manat və 45 manat alınaraq X7 verilməlidir. 2) Bakı Apellyasiya Məhkəməsinin X2 və 2- 2(103)-737/2022-010 saylı, xx.xx.2022-ci il tarixli icraya vərəqi əsasında: Qətnamədə qeyd edilən siyahı üzrə, mühasibat sənədləri cavabdehlər "xxxx" MMC-dən və direktor X8 alınaraq iddiaçı X7 verilsin. 3) Bakı şəhəri, Binəqədi Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli 2(001)- 12041/17 saylı icra sənədi üzrə X5 75.217,21 manat və 30 manat alınaraq "xxxx"MMC-yə ödənilməlidir. İcra orqanı vastəsi ilə bəzi sənədləri yeni əldə etmişdir. Onlardan biri 2016-cı ilin X9dir, bu bəyannamə üzrə ümumi dövrüyyə 5.276.417 manatdır. Bu dövrüyyənin yarısı xx.xx.2016-cı il tarixli alqı -satqı müqaviləsinə əsasən "xxxx" MMC-yə “ötürülən” 2.234.400 manat mallardı. Həmin alqı-satqı Müqaviləsində "xxxx" MMC-ni vəkalətlə təmsil edən, bu gün "xxxx" MMC-n ləğvi üçün çalışan Vəkildir. O müqavilənin dəyəri olan 2.234.400 manat, xx.xx.2016-cı il tarixdə, 060482 saylı Mədaxil orderinin qəbzi ilə, nəğd olaraq, "xxxx" MMC-nin kassasına daxil olub. Rahim müəllim köhnə vergi işçisi olub, Auditordu eyni zamanda vəkildir, bu işləri yaxşı bilir. Təqdim edilən sənədlərdən biri də, xx.xx.2017-ci il tarixli Səyyar vergi aktıdır. Həmin akt, onun neçə illərdi göstərdiyi qanunsuzluqlardan birini aşkar edib. Beləki, 2014-cü il hesabatında xərcin 1.333.864 manat artırılması hesabına, 266.772,8 Mənfəət vergisinin mənimsənilməsini aşkar edib. Mənfəət bərpa edilib, məsuliyyətə cəlb etmə qərarı ilə 133.386 manat maliyyə sanksiyası tətbiq edilib. Yoxlamada Sərbəst mənfəət, 1.067.073,25 manat müəyyən edilsə də, bu dəfə mənfəəti silmək metodu kimi, şişirdilmiş, 1.019.904,36 manat məbləğində məzənnə fərqi ilə siliblər. Hansı ki, 2015-ci ildə məzənnə fərqi 53.539,37 manat olmuşdur. Amma aktda həmin il silinmə yolu ilə mənimsənən 3.314.152 manata münasibət bildirilməyib. Aktda olan qərar əsasən 2014-2015-2016-cı illərin Mənfəət vergisi yoxlanmalı idi. Bu məsələrin həllinin tapılması üçün, öz təşəbbüsümlə son bir neçə illər ərzində o, öz təşəbbüsü ilə digər təsisçi yoldaşları ilə 3 dəfə görüçmüşəm, bu məsələrə öz aralarında çözüm yolun təklif etmişdir. O, iqtisadi sahədə təhsil almışdır, uzun illər bu sahədə iş təcrübəsi var. Belə anlaşılmamazlıqda məsələnin uzadılmasının heç kimə xeyri olmadığını bilir. Görüşləri də bunları bildirmişdir, lakin razılaşmayıblar. Nə də onların vəkilləri bu işin son nəticəsinin onlara, vaxtı ilə kömək edən vergi orqanına xoş olmayan nəticələri ola biləcəyini izah etməyiblər. O, səmimi olaraq, onlarla ünsiyyətində, vəkilləri ilə ünsiyyətində bildirmişdir ki, bu günki ehtiyacının minimum məbləğin, yəni 300 min manat versələr böyük məbləğdə divident tələbindən bu günkü ehtiyacına görə imtina edə bilər. 2011-ci ildən məhkəmə çəkişmələrindən yorulmuş, səhhətinə pis təsir edir, yaşıma görə bu işlərə son qoyulmasına tərəfdardır. Bu işdə 3-cü tərəf kimi tanınmasına baxmayaraq, ləğv prosesində söz sahibidir. İş haqqında məlumat verdim, müəsisənin bu halda ləğvinə tərafdar olmadığını bildirdi. Qarşı tərəfə də sülh ücün, qarşılıqlı anlaşma üçün yenidən öz fikirlərini xatırlatdı. Sonradan E.Vəlibəyov məhkəməyə növbəti məlumatlar göndərmiş və bildirmişdir ki, o, yazılı surətdə təklif etmişdi ki, umumi yığıncağın nə məqsədlə çağırıldığını, hansı məsələlərin müzakirə ediləcəyi haqda məlumat versinlər, gündəliyə salınması və müzakirəsi vacib olan məsələləri də nəzərə alsınlar. Lakin heç bir reaksiya bildirmədilər. Yəni imtina etdilər. Onun müzakirəsini tələb etdiyi məsələlər:1) 2011-ci il hesabatının, təsisçilərə bölüşdürülməmiş mənfəət qalığının 1 milyon manat azaldılmasına aydınlıq gətirilsin; 2)2013-cü ilin X9, Əlavə bir hesabatmda, 2.1.3 sətrində Bölüşdürülməmiş mənfəətin 2.248.327,68 manatın vergisi ödənmədən silinməsi və həmin vəsaitin necə yoxa çıxmasına aydınlıq gətirilsin; 3) 2014-cü ilin X9, Əlavə bir hesabatında, 2.1.3 sətrində Bölüşdürülməmiş mənfəətin 3.314.152,42 manatın vergisi ödənmədən silinməsi və həmin vəsaitin necə yoxa çıxmasına aydınlıq gətirilsin. Bu üç məsələni gündəliyə salmaq, aydınlıq gətirilməsin tələb etdiyim bu sualların cəmi məbləği= 6562480,10 manatdır. Bu məbləğ silindiyi anda 656.248 manat Ödəmə mənbəyində vergi öhdəliyi yaranır. Bu məbləğ təsisçilərə aiddir, MMC fəaliyyətin dayandırdığı, fəaliyyəti olmayacaqsa təsisçilər arasında bölünməlidir. Bu hesabatları şəxsi kabinetim vastəsi ilə portala yerləşdirmişdir və xahiş etmişdir ki, məhkəmə bu suallara aydınlıq gətirmək üçün Audit tələb etmək imkanındadır. İşdə olan şəxsi hesab vərəqinin son səhifəsi, balansın sıfır göstərilməsi MMC-n in direktoru və onunla əməkdaşlıq edən, rəqəmlərin saxtalaşdırılmasında iştirak edən vergi əməkdaşlarının “əməyinin” nəticəsidir. Bu faktı danmaq mümkünsüzdür. 4)2017-ci il tarixdə (şəxsi kabinetimdə yerləşdirmişdir) aparılmış Səyyar vergi yoxlaması zamanı, 2014-cü il hesabatında mənfəəti azaltmaq məqsədi ilə MVB-n xərc süni surətdə 1.333.000 manat artırılması müəyyən edilib. Nəticədə 266.000 manat mənfəət vergisi bərpa edilib və 133.000 manat maliyə sanksiyası tətbiq edilib. 399.000 manat büdcəyə ödətdirilib. Nəticə olaraq, 1.333.000 manat-399.000 manat= 934.000 manat isə Bölüşdürülməmiş mənfəət hesabatının mədaxilində artırılmalı olduğu halda, artırılmayıb “yoxa” çıxıb, büdcəyə ödənməli olan 93.400 manat və təsisçilərə aid (934.000 manat- 93.400=840.600) 840.600 manat mənimsənib; 5) 2016-cı ildə 997.600 ABŞ dolları məbləğində avtomobil idxal edilib, həmin idxal əməliyyatında malm rəsmiləşdirilməsinə 410.000 manat vəsait xərclənib. 6) 2016-cı il ərzində, idxal edilən malların dəyərin ödənməsi üçün 2.026.144,6 AZN, xarici valyuta alınması üçün konvertasiya edilib, 1.105337.8 AVRO alınıb, daha 115.100,54 AZN konvertasiya edilib 70.979,93 ABŞ dolları almıb. 2016-cı ildə dolların rəsmi kursu aşağıdakı kimi olub: Yanvar ayında 1,5610 manatla başlayan kurs həmin ay 1,6008 manatla bitib. Fevral ayında dolların kursu 1,5972 manatla başlayıb, 1,5655 manatla bitib. Mart ayı 1,5687 manatla başlayır, 1,5421 ilə bitir. Aprel 1,5238 ilə başlayır, 1,5072 ilə bitir. May 1,5066 ilə başlayır, 1,4906 ilə bitir. İyun 1,4918 ilə başlayır, 1,5394 ilə bitir. İyul 1,5425 ilə başlayır, 1,5851 ilə bitir. Avqust 1,5883 ilə başlayır, 1,6321 ilə bitir. Sentyabr 1,6362 ilə başlayır, 1,6211 ilə bitir. Oktyabr 1,6170 ilə başlayır, 1,6381 ilə bitir. Noyabr 1,6490 ilə başlayır, 1,7318 ilə bitir. Dekabr 1,7339 ilə başlayır, 1,7707 ilə bitir. Valyuta məzənnələrinə baxarkən məlum olur ki, idxal əməliyyatları üçün ilin müxtəlif aylarında malın sifariş tarixlərinə əsasən manat konvertasiya edilib, aylara uyğun mənfi fərqlər olub. Amma bu fərqlər 200.000 və ya uzağı 250.000 manatdan artıq ola bilməz. Bu əməliyyatda ilin ilk ayının və son ayının rəsmi məzənnə rəqəmlərinə əsasən görmək olur ki, xərci süni surətdə artırmaq yolu ilə 750.000 manat vəsaitin mənimsənilməsinə böyük şübhə var. Qüvvədə olan digər Məhkəmə Qərarına əsasən, həmin ilin MVB-də (bu günə qədər icra məmurunun tələbi olsa da, dəqiqləşmiş MVB-n və ƏDV Bəyannaməsin təqdim etmirlər) ona təqdim edilən variantında manatın ABŞ dollarına nisbətdə mənfi məzənnə fərqini 1.012.000 manat qeyd etməklə zərər göstəriblər. Elə bil gedib bazara bir zənbil, 1,5 milyona mal alıb, evinə çatanda zibilə atıblar. Kustar və gülməli bir əməliyyat. Saxtalaşdırılmış hesabatlarla MMC-n zərərlə işlədiyin göstərirlər, belədirsə niyə MMC-i müflüs elan etməyib ləğvinə çalışırlar? Çünki müflüs elan etsələr, təsisçilərin birinin dividentin almaq tələbi varsa qanunun tələbi olan prasedurlarla subut edilməlidir ki, MMC həqiqətən müflüs olub. Onlar yaxşı bilirlər ki, saxta hesabatlarla bunu subut etmək ehtimalı yoxdur. Onların niyyəti Mülkü Məcəllənin 92.1 maddəsinə zidd olaraq, mənim (təsisçinin) iradəsinin ziddiinə Məhkəmədən ləğv qərarı almaqla vergidən yayınma və mənimsəmə cinayətlərini gizlətməkdi. Məhkəmənin bu qədər uzadılması əsaslı şübhə yaradır ki, məhkəmə onun iradəsini nəzərə almadan, onun mənimsənilmiş əmlakını əlindən çıxarılmasına biganədir. "xxxx" MMC-n 6 Saylı ƏVBİ nə müraciəti, Məhkəmənin, bu gün yenidən işə əlavə edilib. Orda qeyd edilir ki, bütün kreditorlarla hesablaşma olub. Məhkəmə qərarı ilə kreditorun biri də odur, Məhkəmənin sorğusu əsasında Bakı Apellyasiya Məhkəməsinin cavabı işə əlavə edilib. Həmin 100.000 manat borc bugünə qədər ona ödənməyib. O, işə bəyannamələri və digər hesabatları, (o hesabatları ki, 6 saylı ƏVBİ təsdiqləyib) işə əlavə etmişdir və xahiş etmişdir ona, inanmırsa mütəxəsis rəyi alsın. Vergi müraciətə saxtalaşdırılmış hesabatlardan rəqəmlər verir. Müəssisənin təsisçilərə aid bölüşdürülməmiş sərbəst mənfəəti mənimsənilib. Eyni zamanda həmin məbləğə hesablanmalı olan vergidə mənimsənilib. Vergi buna göz yumub. Hətta hər şey düz olsa belə müəsisə kiminsə istəyinə görə yox qanunda göstərilən qaydada ləğv edilə bilər. Ən son məlumat üzrə göstərmişdir ki, "xxxx" MMC-nin son fəaliyyət ili olan 2016-cı ildə bank hesabları araşdırarkən hazırda ləğv prosesində olan “TEXNİKA” bankda EURO hesabında 69.925 euro debitor borcun müəyyən etdi. Bu debitor borc və 138.138 manat Nizamnamə kapitalı haqda özlərinin və verginin təqdim etdiyi, şəxsi hesab vərəqəsinin son vərəqində heç bir qeyd aparılmayıb. Nizamnamə kapitalının azaldılması ümumi yığıncağın qərarı ilə baş tuta bilər. O da yoxdur, belə bir müzakirə mənimlə aparılmayıb. Bu məsələlərə aydınlıq gətirmək üçün "xxxx" MMC-ə aid Dövlət Gömrük Komitəsində olan idxal rəsmiləşdirmələri və “YapıKredi” bank-dan olan hesablardan 2016-cı ilin gömrük bəyannamələri və bank çıxarış sənədlərin əldə etmişdir. Həmin sənədlər əsasında aşağıdakıları müəyyən etdi: 2016-cı il ərzində 96 ədəd, idxal günlərinin Milli Bankın məzənnəsi ilə 997592.67 ABŞ dolları məbləğində FİAT markalı avtomobillər idxal edilmişdir. Həmin mallar üçün 410.094,03 manat ( ƏDV və Aksiz daxil) gömrük rəsmiləşdirilməsi üçün vəsait ödənmişdir. Malların ümumi mədaxil dəyəri idxal gününün məzənnəsinə uyğun (manatla) 1.976.089,22 manat olub. Bankın manat hesabından 2.141.245 manat xarici valyuta alınması üçün konvertasiya edilmiş, nəticədə 1.105.337,8 AVRO və 70.970,93 ABŞ dolları alınmış və xarici tərəfdaşlara aldıqları malın dəyəri ödənilmişdir. Hesablar daxilində konvertasiya edilmiş məbləğ aldıqları malın dəyərinə ödənilmişdir, uyğundur. MVB-də qeyd edildiyi kimi xarici kreditor borcu olmayıb. Hesabatda göstərilən digər hal, əldə edə bildiyi, lakin dəqiqləşməmiş 2016-cı ilin Mənfəət vergi bəyannaməsində 1.019.904,36 manat xarici valyutanın manata nisbətində yaranmış “zərər” qeyd edilmişdir. Hesabatı qəbul edən 6 saylı Ərazi Vergilər Baş İdarəsi digər mənimsəmələrdə olduğu kimi bu fərqi də “görməmişdir”. Kəskin devalvasiya 2015-ci ilə təsadüf etmişdi, həmin ildə tərtib edilmiş MVB-də manatın xarici valyutaya nisbətdə məzənnə fərqi 39.820,86 manat olmuşdur. Təqdim etdiyi Milli Bankın məzənnə cədvəlinə baxılsa müəyyən edə bilər ki, kəskin tərədüdlər olmadığı üçün, məzənnə fərqi 120-130 min manatdan artıq etməz. Uçotu bilməyən, orta məktəb səviyəsində toplama çıxmanı şagird səviyyəsində biliyi olan adam üçün bu asan bir misalın həllidir. Müəssisəni ləğv etmək prosesində bir çox qaydalar mövcuddur. Amma Mülkü Məcəllənin 92.1 maddəsinin tələbi olan yekdil səs yoxdursa, digər qaydalar işlək olmur. Az qalıb il yarım olsun ki, yazıldığı andan qanunsuz olan bu iddia ərizəsi icraatdadır. O iddiada MM-n 92.1 maddəsindən başqa bütün maddələri göçürüb ərizəyə. Ona elə gəlir “araşdırmalı” bir iş qalmayıb, işdə müəsisənin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Mütəxəsis rəyi almaq üçün isə hər bir sənəd mövcuddur. “Ərkəsöyün” İddiaçı özüdə görür ki, bu il yarımda müəssisəni ləğv etmək üçün qanun tapılmadı. İddianın təmin edilməsinin mümkün olmaması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X13 iddia tələbinə etiraz edərək, təsisçi olaraq Hüquqi şəxsin ləğvinə razı olmadığını, bu barədə məlumatları təqdim etmişdir, onun borcu bu günə kimi iddiaçı tərəfindən ödənilməmişdir, həmçinin debitor borcları da vardır, hüquqi şəxs ona görə ləğv edilə bilməz ki, audit təqdim edilməyib, mühasibatlıq sənədlərin qanunsuz silgilər mövcuddur, əslində MMC-nin aktivində külli miqdarda pul məbləği və vəsait olmalıdır, belə halda MMC-nin ləğv edilməsi mümkün deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, "xxxx" MMC tərəfindən Nizamnamə və s. sənədlər təqdim edilmişdir. Nizamnamənin 6-cı bölməsində Cəmiyyətin Nizamnamə kapitalı öz əskini tapmışdır. 6.1 .Cəmiyyətin nizamnamə kapitalı iştirakçılarının payı hesabına yaradılır. 6.2. Cəmiyyətin nizamnamə kapitalı pul, daşınar və daşınmaz əmlak, formasında yaradıla bilər. Cəmiyyətin nizamnamə kapitalı 690.690.690(altı yüx doxsan milyon altı yüx doxsan min altı yüx doxsan) manat dəyərindədir və 3(üç ) paydan ibarətdir. 1.3. Təsisçilərin nizamnamə kapitalındakı paylar aşağıdakı kimi bölünür:
1. X13, 230.000.000(iki yuz otuz milyon), o cümlədən, 92.788.9 min manat dəyərində əmlak, 137.211.1 min manat dəyərində pul vəsaitidir, nizamnamə kapitalının 33.3%-i, 1 (bir) pay
2. X12 , 230.690.690 (iki yuz otuz milyon altı yüx doxsan min altı yüx doxsan) manat nizamnamə kapitalının 33.4%-i 1 (bir) pay
3. X14, 230.000.000 (iki yuz otuz. milyQO) manat nizamnamə kapitalının 33.3%-i 1 (bir) pay. 6.3. Cəmiyyətin nizamnamə kapitalının artırılması və azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan qaydada və hallarda həyata keçirilir. 6.4. Növbəti maliyyə ili başa çatarkən Cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olduqda, Cəmiyyət öz nizamnamə kapitalının azaldığını e'lan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Cəmiyyətin aktivlərinin dəyəri nizamnamə kapitalının minimum miqdarından az olduqda, Cəmiyyət ləğv edilməlidir. 6.5. Cəmiyyətin nizamnamə kapitalının - azaldılmasına onun kreditorlarını xəbərdar etdikdən sonra yol verilir. 6.6. İştirakçıların qərarı ilə Cəmiyyətdə müxtəlif fondlar yaradıla bilər. 6.7. Cəmiyyətin təsisçisilərnin Cəmiyyətin nizamnamə kapitalına maya qoymaq vəzifəsindən azad edilməsinə, o cümlədən, Cəmiyyətə qarşı tələblərin əvəzləşdirilməsi yolu ilə azad edilməsinə yol verilmir. Nizamnamənin 8-ci bölməsində Cəmiyyətin yenidən təşkili və ləğvi barədə məlumat öz əskini tapmışdır. 8.1. Cəmiyyətin yenidən təşkili (qovuşma, birləşmə, bölünmə ayrılma, çevrilmə) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikası Qanunlarına və digər normativ-hüquqi aktlara müvafiq qaydada həyata keçirilir. 8.2. Cəmiyyətin ləğvi iştirakçıların və ya məhkəmənin qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən edilmiş qaydada həyata keçirilir. 8.3. Ləğv olunmuş Cəmiyyətin əmlakı aşağıdakı qaydada bölünür: müəyyən olunmuş qaydada borclar ödəndikdən sonra qalan vəsait nizamnamə fonduna qoyduqlan paya mütənasib olaraq iştirakçılara verilir, (hesablarına köçürülür), yaxud onların müəyyən etdiyi fiziki və ya hüquqi şəxslərin sərəncamına verilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə şəxslərin dövlət qeydiyyatı üzrə X24 tərəfindən verilmiş kommersiya təşkilatlarının dövlət reyestrindən xx.xx.2004-cü il tarixli çıxarışa əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti reyestrdə qeydə alınmışdır, təsisçilər haqqında məlumatlar: X14 və X10, X13 qeyd edilmişdir. İşdə olan “VVhatsapp” proqramı vasitəsilə göndərilmiş məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X15 xx.xx.2024-cü il tarixli məktub göndərərək, xx.xx.2022-ci il tarixdə saat 12.00 keçiriləcək üumi yığıncaq barədə məlumat verilmiş və ümumi yığıncaqda iştirak etməyi xahiş etmişdir. «A.İ.M» Vəkil Bürosunun vəkili X17 tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, o, heç vaxt “Avtouniversal Firması» MMC-nin nümayəndəsi olmamışdır. O, "xxxx" MMC-nin təsisçilərindən biri olan X6 nümayəndəsi va vəkilidir. Bu səbəbdən o, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixdə, saat 17:00-da Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli 1/19 ünvanında yerləşən X20 çağırılması nəzərdə tutulmuş təsisçilərinin ümumi yığıncağında "xxxx" MMC-nin nümayəndəsi olaraq iştirak edə bilməz. Digər tərəfdən məktubda çağırılması nəzərdə tutulmuş ümumi yığıncağm gündəliyi barədə hər hansı məlumat vermir. Çağırılması nəzərdə tutulmuş "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının gündəliyinin əvvəla elan edilməsini (bildirilməsini), eyni zamanda ümumi yığıncağın gündəliyinin əvvəla elan edilməsini, eyni zamanda ümumi yığıncağın gündəliyinə « 1. 15 yanvar 2004-cü il tarixda Astara şəhərində tərtib edilib təsdiq edilmiş Aktla «531989.4 min manat xalis mənfəətdən ayrılmış dividenddən ibarət olmaqla X7 ödənilməli olan borc olaraq qəbul edilmiş 531989.4 min manat məbləğdən qalan 86397 manat məbləğinin X7 ödənilməsi; 2. "xxxx" MMC-nin 2004-2010-cu illər üzrə illik hesabatlarının və mühasibat balanslarının təsdiqi; 3. "xxxx" MMC-nin 2004 -2010-cu illər üzrə fəaliyyətindən əldə edilmiş və bölüşdürülməmiş 4340053.86 manat mənfəətin bölüşdürülməsi; 4. "xxxx" MMC-nin 2011-2015-ci illər üzrə illik hesabatlarının və mühasibat balanslarının təsdiqi; 5. "xxxx" MMC-nin 2011-2015-ci illər üzrə fəaliyyətindən əldə edilmiş və bölüşdürülməmiş 3.239213.5 manat məbləğində mənfəətin bölüşdürülməsi; 6. Binəqədi rayon məhkəməsinin 2(001)-12041/17 saylı, 14.01,2019-cu il tarixli icra sənədi üzrə X5 alınaraq "xxxx" MMC-yə ödənilməli olan 75217.21 manat və 30 manat məbləğində pul vəsaitinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6651/2018 saylı, 27 fevral 2019-cu il tarixli icra sənədi üzrə "xxxx" MMC-dən alınaraq X7 verilməli olan 100.000 manat və 45 manat pul vəsaitinin müvafiq hissəsi ilə əvəzləşdirilməsi, yerdə qalan 25000 manat və 15 manat hissəsinin isə X7 ödənilməsi məsələrinin müzakirəsinin də əlavə edilməsini təklif etmişdir. Onun isə, "xxxx" MMC-nin təsisşilərindən biri olan X6 nümayəndəsi olaraq dəvət edildiyi təqdirdə, çağırılması nəzərdə tutulan ümumi yığıncaqda X6 nümayəndəsi olaraq iştirak etməsi mümkündür. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli təsisçilərinin ümumi yığıncaq protokolundan və qərarından görünür ki, MMC-nin təsisçiləri X14 və X10 müraciət edərək müəsisənin fəaliyyəti ilə əlaqədar ümumi yığıncağın çağırılmasını xahiş etmişdir. Təsisçilər M.Muradov, İ.Məsiyev gəlmiş, lakin X13 iştirak etməmişdir. İştirak edən təsisçilər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğv edilməsi, müəssisənin etmə prosesinin başlanması, təsviyyəçi 10 gün müddətində müvafiq mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumat dərc etdirilməsi, təsviyyəçi tərəfindən 15 gün ərzində, cəmiyyətin ləğv prosesində olması barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ərizə ilə müraciət edilməsi qərara almışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********342600 saylı məktubunda göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə ləğvetmə ilə bağlı müraciətinin (ərizəsinin) təsdiq edilmiş sürətinin, həmçinin iddiaçının həmin mürackti ilə əlaqədər inzibati icraatın aparılıb-aparılmaması, əgər aparılıbsa müvafiq inzibati icraat nateriallarının müvafiq qaydada təsdiq olunmuş surətlərinin verilməsi haqqında müraciətinizə aidiyyəti üzrə 6 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır. Adı çəkilən hüquqi şəxsin ləğvetmə ilə bağlı ərizənin və həmin ərizənin icra vəziyyəti barədə sənədlərin təsdiq edilmiş surəti göndərilmişdir. 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğv edilməsi barədə xx.xx.2022-ci il tatixli müraciətinə (AVİS qeydiyyatı 15 12.2022-ci il tarixli **********97300 nömrəli 6 saylı Ərazi Vergilər Baş İdarəsimlə baxılmışdır. Kommersiya hüquqi şəxsin ləğv edilməsi barədə qərar onun iştirakçıları tərəfindən qəbul edilir. İştirakçılar hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsvıyəçi) təyin edir. Ləğvetmə komissiyası təyin olunduğu gündən sonra 15 gün müddətində aşağıdakı sənədləri qeydiyyat orqanına təqdim etməlidir. "Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında" ərizə;-Ləğetmə barədə qərar; - Ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat (kommersiya hüquqi şəxsin icra orqanı ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl bütün kreditorların tələblərini 12 ay ərizndə qarşılamaq üçün ödəmə qabiliyyətini təsdiq edən sənəd); - Hüquqi şəxsin ləğv edilməsi və kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın mətbu nəşrdə dərc olunmasını təsdiq edən və sənəd;- Möhür. Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 92-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət onun iştirakçılarının yekdil qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Cəmiyyətin yenidən təşkilinin və ləğvinin başqa əsaslan, habelə onun yenidən təşkili və ləğvi qaydası bu Məcəllə ilə müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə X24ndə xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmış Cəmiyyətin Nizamnaməsinin 8.2-ci bəndində "cəmiyyətin ləğvi iştirakçıların və ya məhkəmənin qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən edilmiş qaydada həyata keçilir” göstərilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, müəyyən edilmiş qaydada müraciət etmək tövsiyyə olunur. Vergi qanunvericiliyi və inzibatçılığı. sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet, Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilnrinə xidmət mərkəzlərinə edə edə bilər. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********858800 saylı məktubunda göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 21.11 2022-ci il tarixli ümumi yığıncaq, protokol və qərarların qanuni hesab edilməsi ilə bağlı işi üzrə "xxxx" MMC-nin vergi ödəyicisi kimi qeydiyyatda olması və hazırda fəaliyyət göstərməsi barədə məlumat və məlumatı təsdiqləyən sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətlərinin göndərilməsi haqqında müraciətinizə aidiyyəti üzrə 6 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır. Kommersiya hüquqi şəxslərinin dövlət reyestri məlumatlarına əsasən adı çəkilən hüquqi şəxs vergi ödəyicisi kimi qeydiyyatdadır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. İş materiallarında olan Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatda göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən göndərilmiş qərar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixdə 09:15-də oxunmuşdur. İş materiallarında olan "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Respublikanın analoji qanunvericiliyinə, bu nizamnaməyə müvafiq olaraq Ədliyyə Nazirliyinin HŞDQ üzrə Bakı bölgə şöbəsində F- 2365 №-li şəhadətnamə ilə 27 sentyabr 1999-cu ildə dövlət qeydiyyatına alınmış «AVTOUNİVERSAL» firmasının yenidən təşkil olunması (çevrilmə) yolu ilə yaradılır və onun hüquqi varisidir. İştirakçıları və əmlakının mülkiyyətçiləri X14, X13 və X10 qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC təsisçilərinin ümumi yığıncağının 15 yanvar 2004-cü il tarixli 01 nömrəli protokolundan görünür ki, «AVTOUNİVERSAL» firmasının adı dəyişdirilərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılması qərara alınmışdır. Eləcə də dəyişiklik Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə X24 tərəfindən xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 29 noyabr 2023-cü il tarixli, 3-6/2-12885/2023 nömrəli, məktubunda göstərilmişdir ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 05 mart 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli, 2(103)- 6651/2018 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 05 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin olunub "xxxx" MMC-dən X6 xeyrinə 100.000 manat tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-129/2019 nömrəli, 09 yanvar 2019-cu il tarixli qərarı ilə cavabdeh "xxxx" MMC-nin direktoru tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2018-ci il tarixli, 2(103)- 6651/2018 nömrəli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-129/2019 nömrəli, 09 yanvar 2019-cu il tarixli qərarına əsasən qanuni qüvvəsini almışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı 09 yanvar 2024-cü il tarixli, 2(001)-12041/2017 nömrəli, məktubunda göstərilmişdir ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh X7 qarşı icra vərəqəsinə əsasən ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2017-cı il tarixli qətnamə göndərilir. Qətnamə 25 oktyabr 2018-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli, 2(001)-12041/2017 nömrəli qətnaməsi ilə, iddiaçı "xxxx" MMC tərəfindən cavabdeh X7 ödənilmiş 75217.21 manat pul cavabdeh X5 alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-72/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 4 oktyabr 2022-ci il tarixli, 2-2(103)- 737/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 4 oktyabr 2022-ci il tarixli, 2-2(103)-737/2022 saylı qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin 2-2(103)-2127/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 02 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirlyi Yanında Dövlət Vegi Xidmətinin AVİS-X1 Sistemi göndərilən Məlumata dair çıxarışdan görünür ki, daxil edilən VÖEN ********** fəaliyyətini dayandırıb. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, **********570800 saylı məktubunda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixə şəxsi hesab vərəqəsinin göstəricilərinə əsasən "xxxx" MMC-nin (VÖEN **********) vergilər üzrə borcu yoxdur. 3-cü şəxs X13 tərəfindən MMC-nin vergi bəyannamələri, hesabat, cədvəllər və s. Sənədlər iş materiallarına əlavə edilmişdir. Təqdim edilmiş hesabdan çıxarışa əsasən, "xxxx" MMC-nin 1/19/2017-ci il tarixdə gündəlik dövriyyəsinin 69.925.00 manat, gün sonuna qalığın 69.925.00 manat olması qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********287800 saylı qərarı ilə "xxxx" MMC-nin ləğv olunması ilə əlaqədar təqdim edilmiş ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmış, qurumun ləğv prosesində olması barədə qeydin dövlət reyestrinə daxil edilməsindən imtina edilmişdir. Qərarda göstərilmişdir ki, "xxxx" MMC ləğvolunma ilə əlaqədar təqdim etdiyi ərizəsi və ona əlavə olunmuş qanunvericilikdə nəzərdə tutulmuş sənədləri geri qaytarılmalı, qurumun ləğv prosesində olması barədə qeyd dövlət reyestrinə daxil edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 92.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət onun iştirakçılarının yekdil qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Cəmiyyətin yenidən təşkilinin və ləğvinin başqa əsasları, habelə onun yenidən təşkili və ləğvi qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə X24ndə xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış cəmiyyətin nizamnaməsinin 8.2-ci bəndində "cəmiyyətin ləğvi iştirakçıların və ya məhkəmənin qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən edilmiş qaydada həyata keçilir” göstərilmişdir. Lakin təqdim edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC-nin ləğvi onun iştirakçılarının yekdil qərarı ilə olmamış, qərar möhürlə təsdiq olunmamış, təsviyəçinin şəxsiyyətini təsdiq edən sənədin surəti ərizəyə əlavə edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin **********287800 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə, 6 saylı Ərazi Vergilər Baş İdarəsi X11 "xxxx" MMC-nin ləğv olunması barədə xx.xx.2024-cü il tarixli müraciətinə baxaraq İddiaçı ləğv olunması ilə əlaqədar təqdim edilmiş ərizə və ona əlavə olunmuş sənədləri geri qaytararaq, qurumun ləğv prosesində olması barədə qeydin dövlət reyestrinə daxil edilməsindən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin "xxxx" MMC-nə ünvanladığı **********428800 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 92.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət onun iştirakçılarının yekdil qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Cəmiyyətin yenidən təşkilinin və ləğvinin başqa əsasları, habelə onun yenidən təşkili və ləğvi qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə X24ndə xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış cəmiyyətin nizamnaməsinin 8.2-ci bəndində “cəmiyyətin ləğvi iştirakçıların və ya məhkəmənin qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən edilmiş qaydada həyata keçilir” göstərilmişdir. Lakin, təqdim edilmiş sənədlərdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğvi onun iştirakçılarının yekdil qərarı ilə olmamış, qərar möhürlə təsdiq olunmamış, təsviyəçinin şəxsiyyətini təsdiq edən sənədin surəti ərizəyə əlavə edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 3-21-2-13/2-7274/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, qeyd olunanlara əsasən Avtouniversal Firması” MMC (VÖEN **********) tərəfindən təqdim olunmuş “Dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında” ərizə, ləğvetmə barədə qərar, ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat (kommersiya hüquqi şəxsin icra orqanı ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl bütün kreditorların tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətini təsdiq edən sənəd, hüquqi şəxsin ləğv edilməsi və kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın mətbu nəşrdə dərc olunmasını təsdiq edən sənədlərin surəti Sizə göndərilir. İş materiallarında olan Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatda göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən göndərilmiş qərar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə 16:44-də oxunmuşdur. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59 maddəsinə əsasən, hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. 59.2. Hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər: 59.2.1. onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar olaraq; 59.2.2. hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda; 59.2.3. lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə; 59.2.4. məhkəmənin yekun qərarı ilə hüquqi şəxsi ləğvetmə növündə cinayəthüquqi tədbir tətbiq edildikdə; 59.2-1. Bu Məcəllənin 59.2.1-ci maddəsində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi təşəbbüsü ilə çıxış edən iştirakçı və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik edən icra orqanından hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın (aktiv və passivlərinin vəziyyəti barədə) qəbul edilməsini tələb edir. Hüquqi şəxsin icra orqanı ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl bu bəyanatı qəbul edir və ya belə bəyanatın qəbul edilməsinin mümkünsüz olduğunu bildirir. İcra orqanı bəyanatın qəbul edilməsinin mümkünsüzlüyünü bildirdikdə, iştirakçıların ümumi yığıncağı hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olub-olmamasını təsdiq etmək üçün müstəqil auditor cəlb edə bilər. Müstəqil auditor hüquqi şəxsin ödəmə qabiliyyətinin olmasını öz rəyi ilə təsdiq etdikdə, həmin rəy bu maddə ilə müəyyən edilmiş bəyanata bərabər tutulur. 59.3. Bu Məcəllənin 59.2.2 və 59.2.3-cü maddələrində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi tələbini məhkəməyə qanunla bu cür tələb irəli sürmək hüququ verilmiş dövlət orqanı (qurumu) və ya yerli özünüidarə orqanı irəli sürə bilər. Hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin qərarı ilə onun təsisçilərinə (iştirakçılarına) və ya hüquqi şəxsin nizamnaməsi ilə onun ləğvi üçün vəkil edilmiş orqana hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə edilə bilər. Bu Məcəllənin 59.2.4-cü maddəsində göstərilən əsas üzrə hüquqi şəxsin ləğv edilməsi haqqında məhkəmənin yekun qərarı ilə ləğvetmə komissiyasına (təsviyəçiyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə olunur. 59.4. Hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir. 59.5. Əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər. 59.6. Ləğvetmə prosesinin ümumi müddəti hüquqi şəxsin ləğv edilməsi barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan etibarən bir ildən çox olmamalıdır. Həmin müddətin keçməsi ləğvetmə prosesinin yenidən başlamasına səbəb olur. 59.7. Xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin ləğv edilməsi zamanı hüquqi şəxslərin ləğvi üçün bu Məcəllə və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. 59.8. Yerli bankların, onların filial, şöbə və nümayəndəliklərinin, habelə xarici bankların yerli filial və nümayəndəliklərinin ləğvi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 59.9. Barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi məqsədi ilə hüquqi şəxsin onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qadağan oluna bilər. Hüquqi şəxsin ləğv edilməsinin qadağan olunması barədə məhkəmənin qərarı dərhal müvafiq icra hakimiyyəti orqanına göndərilir. Maddə 60. Hüquqi şəxsin ləğvi haqqında qərar 60.1. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. 60.2. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. 60.3. Hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. 60.4. Ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. Qeyri-kommersiya təşkilatı ləğv edildikdə onun borclarının ödənilməsindən sonra qalan əmlakın hüquqi müqəddəratı bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq həll edilir. 60.5. Ləğvetmə komissiyasının üzvləri (təsviyəçi, ləğvedici) öz fəaliyyətləri zamanı bu Məcəllənin 49.3-cü maddəsinin tələblərinə riayət etməlidirlər. 60.6. Ləğvetmə komissiyasının üzvləri (təsviyəçi, ləğvedici) təyin olunduqları qaydada geri çağırıla və ya başqa şəxslərlə əvəz edilə bilərlər. Maddə 61. Hüquqi şəxsin ləğvi qaydası 61.1. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 10 gün müddətində Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı dərc etdirir. Bu məlumat hər dəfə 15-20 gün fasilə ilə daha iki dəfə eyni qaydada dərc etdirilir. Kreditorların tələblərinin irəli sürülməsi müddəti ləğvetmə haqqında ilk məlumatın dərc edildiyi gündən etibarən 60 gündən az ola bilməz. 61.2. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ləğvetmə barədə qərarı, bu Məcəllənin 59.2-1-ci və 61.1-ci maddələrində göstərilən ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı, ilk məlumatın dərc olunmasını təsdiq edən sənədi və möhürü hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı təqdim edilmiş məlumatları aldığı gündən 5 gün ərzində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edir. Bundan sonra hüquqi ºəxs tərəfindən sənədlərin tərtibi zamanı üzərində “ləğv prosesindədir” yazılmış möhürdən istifadə olunur və bütün sənədlərdə onun adından sonra “ləğv prosesindədir” sözləri əlavə edilir. 61.3. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görür, habelə ləğvetmə ilə bağlı mətbuatda elanın dərc olunduğu gün hüquqi şəxsin ləğvi haqqında bütün məlum kreditorlara bildiriş göndərir, dövlət büdcəsinə məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə borcların olub-olmamasını müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edir. 61.3-1. Ləğvetmə komissiyası özünün və ləğv edilən hüquqi şəxsin fəaliyyəti nəticəsində yaranmış və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq arxiv sənədinə aid edilmiş sənədlərin hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verilməsini təmin edir. 61.4. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hər hansı bir kreditorun irəli sürdüyü tələblə razılaşmadığı halda həmin kreditor məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Tələb barədə məhkəmə qərarı qəbul edilənədək onun təmin edilməsi üçün zəruri olan vəsait saxlanılmalıdır. 61.5. Kreditorların tələblərinin irəli sürülməsi müddəti bitdikdən sonra 10 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) aralıq ləğvetmə balansını tərtib edərək təsdiq edir və hüquqi şəxsin iştirakçılarına göndərir. Aralıq ləğvetmə balansına ən azı ləğv edilən hüquqi şəxsin əmlakının tərkibi, kreditorlarının tələblərinin və debitor borcların siyahısı haqqında məlumatlar daxil edilir. Aralıq ləğvetmə balansı ilə razı olmayan hüquqi şəxsin nizamnamə kapitalında azı 10 faiz iştirak payına malik iştirakçısı həmin balansı aldığı gündən 7 gün ərzində ümumi yığıncağın çağırılmasını tələb edə bilər. Bu halda aralıq ləğvetmə balansı iştirakçıların ümumi yığıncağı tərəfindən təsdiq edilməlidir. 61.6. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hüquqi şəxsə məxsus olan əmlakın kreditorların tələblərini ödəmək üçün kifayət etmədiyini müəyyən etdikdə, dərhal müflis olma prosesini başlamalıdır. 61.7. Ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında aralıq ləğvetmə balansına uyğun olaraq onun təsdiq edildiyi gündən başlayaraq ödəyir. 61.8. Bütün məlum olan kreditorlarla hesablaşmalar başa çatdıqdan sonra 5 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ləğvetmə balansını və qalıq əmlakın iştirakçılar arasında bölünməsi (qeyri-kommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsi) planını əks etdirən hesabatı tərtib edir. Həmin balans və hesabat tərtib edildiyi gündən sonra 45 gündən gec olmayaraq hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı tərəfindən təsdiq edilməlidir. 61.9. Kreditorlar ləğvetmə balansı təsdiq edilənə qədər öz tələblərini irəli sürə bilərlər. 61.10. Ləğvetmə balansı təsdiq edildikdən sonra 10 gün ərzində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın təsdiq edilmiş bölünmə planına uyğun olaraq hüquqi şəxsin iştirakçılarına təqdim edilməsini, qeyri-kommersiya təşkilatı olduğu halda isə təsdiq edilmiş istifadə planına uyğun olaraq bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsini təmin edir. Əmlakın bölünməsi iştirakçının payına mütənasib şəkildə həyata keçirilir. Ləğv edilən hüquqi şəxsin iştirakçısı və ya iştirakçının vərəsəsi olmadıqda qalıq əmlak dövlətə verilir. Dövlətin adından həmin əmlakı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. 61.11. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində təsdiq olunmuş ləğvetmə balansını, qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı, həmin əmlakın iştirakçılara təqdim edilməsini (qeyri-kommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsini) təsdiq edən sənədi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsində nəzərdə tutulmuş digər sənədləri hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına göndərir. 61.12. Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. 61.13. Hüquqi şəxsin ləğvi başa çatdıqdan sonra əmlak meydana çıxarsa, məhkəmə bunda maraqlı olan şəxsin ərizəsi əsasında ləğvetmə prosesini yenidən bərpa və yeni ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edə bilər. Bu ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) yeganə vəzifəsi həmin əmlakı dərhal pula çevirmək və iştirakçılar arasında bölüşdürməkdir (qeyri-kommersiya təşkilatı olduğu halda isə bu Məcəllənin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə etməkdir). Hüquqi şəxsin dövlət reyestrindən çıxarılmasından sonra yeni öhdəliklərin meydana çıxması ləğvetmə prosesinin yenidən açılmasına səbəb olmur. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 16.1. Hüquqi şəxsin ləğv prosesində olması barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində qeyd edilən ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 16.1-1.1. ləğvetmə qərarı; 16.1-1.2. ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat; 16.1-1.3. Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunmasını təsdiq edən sənəd və möhür. 16.1-2. Təqdim edilmiş sənədlər bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, 5 gün müddətində hüquqi şəxsin ləğvetmə prosesində olması barədə qeyd reyestrə daxil edilir. 16.2. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir: 16.2.1. ləğvetmə balansı; 16.2.2. qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı və həmin əmlakın iştirakçılara təqdim edilməsini (qeyri-kommersiya təşkilatı olduğu halda isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsini) təsdiq edən sənəd; 16.2.3. hüquqi şəxsin qeydiyyat şəhadətnaməsinin və nizamnaməsinin (əsasnaməsinin) əsli, üzərində "ləğv prosesindədir" yazılmış möhür; 16.2.3-1. fəaliyyəti nəticəsində yaranmış arxiv sənədlərinin hüquqi şəxsin olduğu yer üzrə müvafiq dövlət arxiv xidməti təşkilatına təhvil verildiyinə dair həmin dövlət arxiv xidməti təşkilatı tərəfindən verilmiş arayış; 16.2.4. səhmdar cəmiyyətlərdə səhmlərin dövriyyədən çıxarılmasına dair Azərbaycan Respublikası Mərkəzi Bankının arayışı; 16.2.5. hüquqi şəxs yenidən təşkil formasında ləğv edildikdə, bu Qanunun 16.1- 1.1-ci, 16.1-1.3-cü, 16.2.3-сü və 16.2.4-cü maddələrində nəzərdə tutulan sənədlərlə birlikdə təhvil aktı və ya bölünmə balansı. 16.3. Ərizə təsisçilər, yaxud ləğvetmə komissiyasının səlahiyyətli üzvləri (təsviyəçi, ləğvedici) tərəfindən imzalanır və təqdim edilir. 16.4. Ərizə surəti ilə birlikdə təqdim edilir. Ərizənin əsli Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında saxlanılır, surəti isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizənin əslinin qəbul edilməsi vaxtını göstərən qeydlə müraciət etmiş şəxsə qaytarılır. Ərizənin qəbul edilməsi hər hansı digər formada da təsdiq oluna bilər. 16.5. Ləğvetmə barədə zəruri sənədlər təqdim edildikdən sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır və çatışmazlıq aşkar edilmədikdə, sənədləri aldığı vaxtdan 7 gün müddətində qurumun reyestrdən çıxarılması barədə qərar qəbul edir. 16.6. Təqdim olunmuş sənədlərdə çatışmazlıq aşkar edildiyi halda, bu barədə müraciət etmiş şəxslərə yazılı məlumat verilir və çatışmazlığın aradan qaldırılması tələb olunur. 16.7. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 16.5-ci maddəsində müəyyən edilmiş müddətdən gec olmayaraq qurumun reyestrdən çıxarılması haqqında qərar qəbul edir və bu barədə müraciət etmiş şəxslərə məlumat verir. Qurumun ləğv edilməsi barədə reyestrdə müvafiq qeydlər aparılır. Dövlət reyestrindən çıxarılmış hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri fəaliyyət göstərə bilməz. 16.8. Çatışmazlıqların aradan qaldırılması barədə məlumat verilmədikdə, qurum 60 gün ərzində reyestrdən çıxarıla bilməz. 16.9. Xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin ləğv edilməsi zamanı hüquqi şəxslərin ləğvi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və bu Qanun ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə əlaqədar bağlanmış sazişin qüvvədə olma müddətinin uzadılmaması həmin filial və ya nümayəndəliyin ləğv edilməsi üçün əsasdır. 16.10. Xarici dövlətin qeyri-hökumət təşkilatı digər təşkilatla birləşdikdə, qoşulduqda və ya özü bölündükdə, təşkilati-hüquqi formasını dəyişdikdə onun Azərbaycan Respublikasının ərazisindəki filialı və ya nümayəndəliyi ləğv edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 34.4-cü maddəsinə əsasən, hüquqi şəxsin ləğvi və ya yenidən təşkil edilməsi, hüquqi şəxs tərəfindən öz filialının və ya nümayəndəliyinin ləğv edilməsi, nümayəndəlik vasitəsi ilə fəaliyyətinin ləğvi, fərdi sahibkarın fəaliyyətinin ləğvi hallarında uçotdan çıxarılma, bu Məcəllənin 34.3-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla vergi ödəyicisinin müraciətinə əsasən həyata keçirilir. 13.2.15. Dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş. Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri (bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla) hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87-ci maddəsinə əsasən, bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. 87.2. Cəmiyyət bu Məcəlləyə müvafiq olaraq yeni cəmiyyətin yaradılması və ya bu Məcəllədə müəyyən edilmiş qaydalar və məhdudiyyətlər nəzərə alınmaqla fəaliyyət göstərən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) yolu ilə yaradıla bilər. 87.3. Cəmiyyətin yaradılması təsis yığıncağının keçirilməsini və müqavilənin bağlanmasını (bu Məcəllənin 45.2-ci maddəsində nəzərdə tutulmuş halda) və ya cəmiyyətin yaradılması haqqında qərarın qəbul edilməsini (cəmiyyət bir şəxs tərəfindən yaradıldıqda), nizamnamə kapitalının ödənilməsini (cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa) və nizamnamənin hazırlanmasını əhatə edir. 87.4. Cəmiyyətin yaradılması zamanı təsis yığıncağı cəmiyyətin nizamnamə kapitalı təsisçilər tərəfindən tamamilə formalaşdırıldıqdan sonra (cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa) keçirilir. Təsis yığıncağı bütün təsisçilər və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay var). Yetərsay olmadıqda yığıncaq təkrarən keçirilir. Yetərsay təkrarən keçirilən təsis yığıncağında da olmadıqda, cəmiyyətin yaradılması iclasda iştirak edən təsisçilər və ya onların nümayəndələri tərəfindən baş tutmamış hesab edilir və bu qərar bütün təsisçilərin nəzərinə yeddi gün müddətində çatdırılır. 87.5. Cəmiyyətin yaradılması zamanı keçirilən təsis yığıncağı: 87.5.1. cəmiyyətin yaradılması zamanı nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin dəyərini təsdiq edir; 87.5.2. cəmiyyətin yaradılması barədə qərarı qəbul edir və onun nizamnaməsini təsdiq edir; 87.5.3. bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə nəzərdə tutulmuş cəmiyyətin idarəetmə orqanlarını təşkil edir; 87.5.4. cəmiyyətin yaradılması və cəmiyyətin fəaliyyətinin başlanılması ilə əlaqədar bu Məcəlləyə, digər qanunvericilik aktlarına və təsisçilər arasında bağlanılmış müqaviləyə zidd olmayan digər məsələləri həll edir. 87.6. Cəmiyyətin təsis yığıncağında cəmiyyətin təsis edilməsi, nizamnamənin təsdiq edilməsi, cəmiyyətin yaradılması zamanı nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin dəyərinin təsdiq edilməsi, idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar təsisçilər tərəfindən yekdilliklə, digər məsələlər üzrə isə sadə səs çoxluğu ilə qəbul edilir. 87.7. Cəmiyyətin yaradılması ilə bağlı və onun dövlət qeydiyyatına alınmasına qədər yaranmış öhdəliklərinə görə cəmiyyətin təsisçiləri birgə məsuliyyət daşıyırlar 87.8. Məhdud məsuliyyətli cəmiyyətin firma adında cəmiyyətin adı, habelə "məhdud məsuliyyətli cəmiyyət" sözləri göstərilməlidir. 87.9. Məhdud məsuliyyətli cəmiyyətin hüquqi vəziyyəti, habelə onun iştirakçılarının hüquq və vəzifələri bu Məcəllə ilə müəyyənləşdirilir. 87.10. Məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyərinin əlli faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar cəmiyyətinin iştirakçılarının ümumi yığıncağında qəbul edilir. Maddə 88. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları 88.1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının sayı qanunvericiliklə müəyyənləşdirilmiş həddi keçməməlidir. Əks halda o, bir il ərzində səhmdar cəmiyyətinə çevrilməli, bu müddət bitdikdən sonra isə, əgər onun iştirakçılarının sayı azaldılıb qanunla müəyyənləşdirilmiş həddə endirilməzsə, məhkəmə qaydasında ləğv edilməlidir. 88.2. Məhdud məsuliyyətli cəmiyyətin yeganə iştirakçısı bir şəxsdən ibarət digər təsərrüfat cəmiyyəti ola bilməz. Maddə 89. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsi Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; iştirakçılardan hər birinin payının miqdarı haqqında; onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında, maya qoyulması üzrə öhdəlikləri pozmağa görə iştirakçıların məsuliyyətləri haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir. Maddə 90. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı 90.1. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. Maliyyə bazarlarında nəzarət edilən subyektlərə münasibətdə nizamnamə kapitalının minimum miqdarı, onun formalaşdırılması qaydası sahəvi qanunların tələbləri nəzərə alınmaqla müəyyən edilir. 90.2. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının müəyyən müddətə ödənilməsi nəzərdə tutulmayıbsa, cəmiyyət dövlət qeydiyyatına alınanadək təsisçilər nizamnamə kapitalını tamamilə ödəməyə borcludurlar. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində nizamnamə kapitalının ödənilməsi müddətlə şərtləndirildiyi halda, bu müddət üç aydan çox ola bilməz. 90.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçısının cəmiyyətinin nizamnamə kapitalına maya qoymaq vəzifəsindən azad edilməsinə, o cümlədən cəmiyyətə qarşı tələblərin əvəzləşdirilməsi yolu ilə azad edilməsinə yol verilmir. 90.3-1. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının artırılması zamanı cəmiyyət iştirakçılarının yekdil qərarı əsasında həmin cəmiyyətə qarşı pul tələbinə malik olan şəxslər pul tələblərini əvəzləşdirməklə və məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı olmaqla nizamnamə kapitalına maya qoymaq vəzifəsindən azad oluna bilərlər. Bu cür təşəbbüslə cəmiyyətə qarşı pul tələbi olan şəxslər və (və ya) cəmiyyət çıxış edə bilər. Maliyyə bazarlarında nəzarət edilən subyektlərə qarşı pul tələbi olan şəxslərin pul tələblərinin həmin subyektlərin nizamnamə kapitalında payla əvəzləşdirilməsi maliyyə bazarlarını tənzimləyən qanunlarda mühüm iştirak payının əldə olunmasına dair tələblər nəzərə alınmaqla həyata keçirilir. 90.4. Əgər ikinci və ya hər bir növbəti maliyyə ili başa çatarkən məhdud məsuliyyətli cəmiyyətin xalis aktivlərinin dəyəri nizamnamə kapitalından az olarsa, cəmiyyət öz nizamnamə kapitalının azaldığını elan etməyə və müəyyənləşdirilmiş qaydada qeydə aldırmağa borcludur. Əgər cəmiyyətin göstərilən aktivlərinin dəyəri nizamnamə kapitalının minimum miqdarından az olarsa, cəmiyyət ləğv edilməlidir. 90.4. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı yalnız onun tam ödənilməsindən sonra bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin əmlakı hesabına iştirakçıların nizamnamə kapitalındakı mayalarının dəyərinə mütənasib şəkildə artırılması və (və ya) iştirakçılar tərəfindən əlavə mayaların qoyulması vasitəsi ilə və (və ya) cəmiyyətə qarşı pul tələbi olan şəxslərin pul tələblərinin həmin cəmiyyətin nizamnamə kapitalında payla əvəzləşdirməsi yolu ilə və (və ya) cəmiyyətə qəbul edilən yeni iştirakçıların mayaları hesabına artırıla bilər. Maliyyə bazarlarını tənzimləyən qanunlarda pul tələblərinin cəmiyyətin nizamnamə kapitalındakı payla əvəzləşdirilməsi ilə bağlı müddəaların olduğu hallar istisna olmaqla, cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində ödənilməmiş zərəri onun nizamnamə kapitalından artıq olduğu halda, həmin artıq məbləğlə iştirak payı ilə əvəzləşdirilməsi nəzərdə tutulan borc məbləği arasındakı fərq əlavə maya qoyulması hesabına aradan qaldırıldıqda cəmiyyətə qarşı pul tələblərinin əvəzləşdirilməsinə yol verilir. Cəmiyyətin təsərrüfat fəaliyyəti nəticəsində ödənilməmiş zərəri müəyyən edilərkən əsas vəsaitlərə amortizasiya ayırmaları hesabına yaranan xərclər nəzərə alınmır. 90.5. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Belə qərar yalnız cəmiyyətin ötən il üçün maliyyə hesabatlarının göstəriciləri əsasında qəbul edilə bilər. Nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılan miqdarı cəmiyyətin xalis aktivlərinin dəyəri, nizamnamə kapitalının miqdarı və cəmiyyətin ehtiyat fondu arasındakı fərqi keçməməlidir. Cəmiyyətin nizamnamə kapitalı bu maddədə müəyyən edilmiş qaydada artırıldıqda iştirakçıların mayalarının məbləği dəyişmədən bütün iştirakçıların mayalarının nominal dəyəri proporsional surətdə artır. 90.6. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iştirakçıların əlavə payları hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Bu qərarla əlavə payların ümumi dəyəri, həmçinin iştirakçının əlavə payının dəyəri və onun payının nominal dəyərinin artırıldığı məbləğ arasındakı nisbət müəyyən edilməlidir. Həmin nisbət iştirakçının payının nominal dəyərinin onun əlavə payına bərabər və ya ondan az məbləğdə arta biləcəyi nəzərə alınmaqla müəyyən edilir. Hər bir iştirakçı əlavə payların ümumi dəyərindən artıq olmayan, həmin iştirakçının nizamnamə kapitalında olan mayasının məbləğinə proporsional olaraq əlavə pay qoymaq hüququna malikdir. İştirakçılar tərəfindən əlavə paylar, bu barədə ümumi yığıncağın qərarı qəbul edildikdən sonra nizamnamədə və ya ümumi yığıncağın qərarında müəyyən edilmiş müddətdə qoyulmalıdır. Əlavə pay qoymaq üçün müəyyən edilmiş müddətin ötürülməsi nizamnamə kapitalının qeyd edilən üsulla artırılmasının baş tutmamasına səbəb olur. 90.7. Bu Məcəllənin 90.6-cı maddəsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının cəmiyyətin nizamnamə kapitalının artırılması haqqında qərarı iştirakçının (iştirakçıların) əlavə maya qoyulması haqqında ərizəsi və (və ya) əgər nizamnamədə qadağan edilməmişdirsə, üçüncü şəxsin (şəxslərin) onun (onların) cəmiyyətə iştirakçı kimi qəbul edilməsi və maya qoyması haqqında ərizəsi əsasında qəbul edilir. Ərizədə mayaların məbləği və tərkibi, onların qoyulma qaydası və müddəti, iştirakçının və ya üçüncü şəxsin nizamnamə kapitalında malik olmaq istədikləri mayaların məbləği göstərilir. Ərizədə mayaların qoyulmasının və cəmiyyətə daxil olmanın digər şərtləri də göstərilə bilər. Cəmiyyətin ümumi yığıncağı iştirakçıların ərizəsi əsasında nizamnamə kapitalının artırılması haqqında qərarın qəbul edilməsi ilə eyni zamanda nizamnamə kapitalının məbləğinin və ərizə vermiş iştirakçının mayasının nominal dəyərinin artırılması ilə əlaqədar nizamnaməyə edilən dəyişikliklər haqqında da qərar qəbul edir. Ümumi yığıncaq üçüncü şəxsin ərizəsi əsasında nizamnamə kapitalının artırılması haqqında qərarla yanaşı üçüncü şəxsin cəmiyyətə qəbul edilməsi, onun mayasının nominal dəyərinin müəyyən edilməsi və iştirakçıların mayalarının məbləğlərinin dəyişməsi ilə əlaqədar nizamnaməyə edilən dəyişikliklər haqqında qərar qəbul edir. Cəmiyyətə qəbul edilən üçüncü şəxsin mayasının nominal dəyəri onun payının dəyərinin məbləğinə bərabər və ya ondan az olmalıdır. Əgər nizamnamə kapitalının artırılması baş tutmamışdırsa, cəmiyyət ağlabatan müddətdə iştirakçıların əlavə mayalarını və üçüncü şəxslərin mayalarını müvafiq olaraq geri qaytarmalıdır. 90.8. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə həyata keçirilə bilər. Bütün iştirakçıların mayalarının nominal dəyərinin azaldılması yolu ilə nizamnamə kapitalının azaldılması bütün iştirakçıların mayalarının nisbəti saxlanılmaqla həyata keçirilir. Cəmiyyətin nizamnamə kapitalının azaldılması cəmiyyətin ümumi yığıncağının qərarı əsasında həyata keçirilir. Nizamnamə kapitalının azaldılması haqqında ümumi yığıncağın qərarı qəbul edildikdən sonra nizamnamədə və ya cəmiyyətin ümumi yığıncağının qərarında müəyyən edilmiş müddətdə cəmiyyət özünün bütün kreditorlarına bu barədə yazılı məlumat göndərməlidir. Məlumat alındığı gündən bir ay müddətində cəmiyyətin kreditorlarının cəmiyyətin müvafiq öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsini və ya xitamını, düşdükləri zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 90-1. Məhdud məsuliyyətli cəmiyyətdə mənfəətin bölüşdürülməsi 90-1.1. Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. 90-1.2. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir. 90-1.3. Məhdud məsuliyyətli cəmiyyət aşağıdakı hallarda mənfəətin bölüşdürülməsi haqqında qərar qəbul edə bilməz: 90-1.3.1. əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyət qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas əlamətlərinə uyğun gəlirsə və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə əlamətlər əmələ gələcəksə; 90-1.3.2. əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul edildiyi anda cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından azdırsa və ya həmin qərarın qəbul edilməsi nəticəsində onun məbləğindən az olacaqsa. Maddə 91. Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər. 91.1-1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. 91.1-2. Cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. 91.1-3. Cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı qanunda və ya nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən digər şəxslər tərəfindən çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. 91.1-4. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir 91.1-5. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. 91.1-6. Yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. 91.1-7. Bir iştirakçıdan ibarət olan cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir. 91.2. Cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. 91.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 91.3.1. cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək; 91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.3. cəmiyyətin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək; 91.3.4. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 91.3.5. cəmiyyətin cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya təftiş komissiyasını (müfəttişini) seçmək və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək; 91.3.6. bu Məcəllənin 49-1.2-ci və 87.10-cu maddələrində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək. 91.4. Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. 91.5. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq hesabat) tələb olunmur. Maddə 92. Məhdud məsuliyyətli cəmiyyətin yenidən təşkili və ləğvi 92.1. Məhdud məsuliyyətli cəmiyyət onun iştirakçılarının yekdil qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Cəmiyyətin yenidən təşkilinin və ləğvinin başqa əsasları, habelə onun yenidən təşkili və ləğvi qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC təşkil edikdə təsisçilərin nizamnamə kapitalındakı paylar aşağıdakı kimi bölünmüşdür:1. X13, 230.000.000(iki yuz otuz milyon), o cümlədən, 92.788.9 min manat dəyərində əmlak, 137.211.1 min manat dəyərində pul vəsaitidir, nizamnamə kapitalının 33.3%-i, 1 (bir) pay 2.X12 , 230.690.690 (iki yuz otuz milyon altı yüx doxsan min altı yüx doxsan) manat nizamnamə kapitalının 33.4%-i 1 (bir) pay; 3. X14, 230.000.000 (iki yuz otuz. milyQO) manat nizamnamə kapitalının 33.3%-i 1 (bir) pay. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə şəxslərin dövlət qeydiyyatı üzrə X24 tərəfindən verilmiş kommersiya təşkilatlarının dövlət reyestrindən xx.xx.2004-cü il tarixli çıxarışa əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti reyestrdə qeydə alınmışdır, təsisçilər haqqında məlumatlar: X14 və X10, X13 qeyd edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli təsisçilərinin ümumi yığıncaq protokolundan və qərar qəbul edilmişdir. Belə ki, MMC-nin təsisçiləri X14 və X10 müraciət edərək müəsisənin fəaliyyəti ilə əlaqədar ümumi yığıncağın çağırılmasını xahiş etmişdir. Təsisçilər M.Muradov, İ.Məsiyev gəlmiş, lakin X13 iştirak etməmişdir. İştirak edən təsisçilər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğv edilməsi, müəssisənin etmə prosesinin başlanması, təsviyyəçi 10 gün müddətində müvafiq mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumat dərc etdirilməsi, təsviyyəçi tərəfindən 15 gün ərzində, cəmiyyətin ləğv prosesində olması barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ərizə ilə müraciət edilməsi qərara almışdır. Bundan sonra "xxxx" MMC cavabdeh orqana hüquqi şəxsin ləğv prosesinin icra edilməsi ilə bağlı müraciət etmişdir, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********287800 saylı qərar qəbul edilərək, "xxxx" MMC-nin ləğv olunması ilə əlaqədar təqdim edilmiş ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmış, qurumun ləğv prosesində olması barədə qeydin dövlət reyestrinə daxil edilməsindən imtina edilmişdir. Cavabdeh orqan tərəfindən imtina onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ləğvolunma ilə əlaqədar təqdim etdiyi ərizəsi və ona əlavə olunmuş qanunvericilikdə nəzərdə tutulmuş sənədləri geri qaytarılmalı, qurumun ləğv prosesində olması barədə qeyd dövlət reyestrinə daxil edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 92.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət onun iştirakçılarının yekdil qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Cəmiyyətin yenidən təşkilinin və ləğvinin başqa əsasları, habelə onun yenidən təşkili və ləğvi qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə X24ndə xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış cəmiyyətin nizamnaməsinin 8.2-ci bəndində "cəmiyyətin ləğvi iştirakçıların və ya məhkəmənin qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən edilmiş qaydada həyata keçilir” göstərilmişdir. Lakin təqdim edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC-nin ləğvi onun iştirakçılarının yekdil qərarı ilə olmamış, qərar möhürlə təsdiq olunmamış, təsviyəçinin şəxsiyyətini təsdiq edən sənədin surəti ərizəyə əlavə edilməmişdir. Məhkəmə cavabdehin imtinasının (etirazının) dəlilləri ilə razılaşaraq qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi məhdud məsuliyyətli cəmiyyət onun iştirakçılarının yekdil qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər, məhdud məsuliyyətli cəmiyyət onun iştirakçılarının yekdil qərarı ilə könüllü surətdə ləğv edildikdən sonra isə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən, hüquqi şəxsin ləğv prosesində olması barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində qeyd edilən ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 16.1-1.1. ləğvetmə qərarı; 16.1-1.2. ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat; 16.1-1.3. Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunmasını təsdiq edən sənəd və möhür. Yəni iddiaçı yuxarıda qeyd edilmiş qanunvericlik normalarına riayət edərək, qeyd edilən müvafiq sənədlərlə cavabdehə müraciət edilməlidir. Lakin qeyd edilən faktlar müəyyən edilmir. Məhkəmə bildirir ki, təqdim edilmiş məhkəmə qərarları, icra sənədləri və digər sənədlərdən müəyyən olunur ki, "xxxx" MMC-nin digər təsisçi X13 ilə bir çox məhkəmə mübahisələri mövcud olmuşdur, hal-hazırda borcların ödənişləri və illik hesabatlarının və mühasibat balansları, divident, mənfəətin bölüşdürülməsi və digər mübahisələr davam etmişdir. Həmçinin iddiaçı tərəfindən X7 Ümumi yığıncağın keçirilməsi və ümumi yığıncağın gündəliyi barədə rəsmi məlumat təqdim etməmişdir. «A.İ.M» Vəkil Bürosunun vəkili X15 “VVatsapp” proqramı vasitəsi ilə məktub göndərilmiş və «A.İ.M» Vəkil Bürosunun vəkili X17 tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli cavab məktubu elan edilmiş və yekun qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən həmçinin qeyd edilir ki, "xxxx" MMC-nin Nizamnaməsinin 8.2ci maddəsində Cəmiyyətin ləğvi iştirakçıların və ya məhkəmənin qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən edilmiş qaydada həyata keçirilməsi qeyd edilmiş və 8.3-cü maddəsində göstərilmişdir ki, müəyyən olunmuş qaydada borclar ödəndikdən sonra qalan vəsait nizamnamə fonduna qoyduqlan paya mütənasib olaraq iştirakçılara verilir, (hesablarına köçürülür), yaxud onların müəyyən etdiyi fiziki və ya hüquqi şəxslərin sərəncamına verilir. Halbuki "xxxx" MMC Ümumi yığıncaq təşkil edərək, qanunvericlik tərəfindən müəyyən edilmiş normaları və öz Nizamnaməsinin müvafiq maddəsinə zidd olaraq, iki təsisçi tərəfindən verilmiş səs çoxluğu əsasında MMC-nin ləğvi barədə qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, şəxsin təsisçilər sırasından çıxarılması məsələsi üzrə mülki mülki mühakimə icraatı qaydasında məhkəmədə baxılan işlərin predmeti ola bilər. İnzibati mühakimə icraatı qaydasında isə iddiaçının hazırkı məsələ ilə əlaqədar hüquq və mənafelərinə inzibati orqanın müdaxiləsinin qanuni olub-olmaması məsələləri araşdırıla bilər. Qeyd olunan mövqedən çıxış edərək hesab edilir ki, hazırkı tələb inzibati orqan olan hüquqi şəxslərin qeydiyyatını aparan dövlət orqanına qarşı yönəldiyindən, təsisçilərin ümumi yığıncağı üzrə yekdil qərara gəlməsi, hüquqi şəxsin ləğvi məsələsi üzrə ümumi yığıncağı səlahiyyətli olmaması kimi halların mövcudluğunu müəyyənləşdirmək və üçüncü şəxsin təsisçilər sırasında çıxarılmalı olması nəticəsinə gələrək iddiaçının tələbi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi yığıncağının ləğv prosesi ilə bağlı qərarının qanuni hesab edilməsi və hüquqi şəxsin ləğv prosesinin icra edilməsi cavabdeh inzibati orqanın hazırkı inzibati icraat çərçivəsində baxıb öz qiymətləndirməsi ilə həll edə biləcəyi məsələ deyildir. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarında göstərilmişdir ki, ... Mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblərə) kommersiya məhkəmələri baxır. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Yenə həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 32-ci, 52-ci, 68- 69-cu, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli, **********287800 saylı kommersiya qurumunun ləğvetmə ərizəsini qəbul edilməsindən imtina haqqında qərarın ləğv edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi yığıncağının ləğv prosesi ilə bağlı qərarının qanuni hesab edilməsi və hüquqi şəxsin ləğv prosesinin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.
Hakim Amilya Hüseynova