Məhkəmə qərarları › İş №2-1(120)-655/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-655/2021

18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-655/2021 18.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Astara rayonu Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarının X17, X31 və X32 aid olan hissədə ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “Astara rayonu Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarının X17, X31 və X32 aid olan hissədə ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini aşağıdakı qaydada əsaslandırmışdır: “60 ildən çoxdur ki, Astara rayonun Pensər kəndinə ona məxsus olan həyətyanı torpaq sahəsində 1958-ci ildə tikilmiş evində yaşayır. Uzun müddət idi ki, xüsusi mülkiyyətində olan və keçən əsrin 1950ci illərin ortalarında əldə edilmiş 0.20 hektar həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsinə dair “Şəhadətnamə” ona verilmirdi. Onun davamlı müraciətlərindən sonra yuxarıda qeyd olunan “Şəhadətnamə” nin arxivdə saxlanılan nüsxəsi ilə eyni olan təsdiq olunmuş surəti AR ƏMDK yanında DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən 26.12.2017-ci il tarixdə ona təqdim olunmuşdur. Bundan sonra ona məlum olmuşdur ki, Astara rayonun Pensər kəndi ərazisində ona məxsus olan 0.20 ha həyətyanı torpaq sahəsi 6 nəfərin - İddiaçı, X18, X12, X14, X24 və X25 mülkiyyətinə verilmişdir. 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən 26 dekabr 2017-ci il tarixdə təsdiq olunaraq ona təqdim olunmuş JN-745A nömrəli KOD 80106018 olan həyətyanı torpağın xüsusi mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən həyətyanı torpaq sahəsinin mülkiyyətçisi və ailə üzvləri olan oğlu X37 və qızı Yaqubova (Ağayeva) Valiyə Murtuz qızı olduğu halda, yuxarıda - qeyd olunmuş Şəhadətnamədə keçmiş gəlinim X14 və onun uşaqlarının, yəni onun oğul nəvələri X24 və X25 adlarının mülkiyyətçi kimi qeyd edilməsi bir mülkiyyətçi kimi onun və onun birinci dərəcəli vərəsələri olan oğlu X18 və qızının Yaqubova (Ağayeva) Valiyə Murtuz qızının hüquqlarını pozmuş və məhdudlaşdırmışdır. Cavabdeh rayon ərazisində torpaq islahatını həyata keçirərkən iddiaçıya münasibətdə mülki qanunvericiliyin tələblərini aşağıdakı formada kobudcasına pozmuşdur: Birinci dəlil: Astara rayon Aqrar İslahat Komissiyası özünün 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı ilə onun keçən əsrin 50-ci ilin ortalarında əldə etdiyim həyətyanı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə gəlinim - X57 (Zabit) qızının, uşaqları - X24 və X25 adlarını mülkiyyətçi kimi qeyd etməklə unutmuşdur ki, nikaha daxil olanların əmlakının qanuni rejimi “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə deyil, “Azərbaycan Respublikasının Ailə Məcəlləsi" ilə tənzimlənir. Sual olunur: Nəyə görə və nəyə əsasən keçmiş gəlinim X57 (Zabit) qızının, 08.10.1997-ci il təvəllüdlü nəvəm X15 və 17.04.2000-ci il tarixli X19 adları mənim keçən əsrin 50-ci illərin ortal arında əldə etdiyim “torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə mülkiyyətçi kimi qeyd olunmalıdır? İkinci dəlil: Torpağın xüsusi mülkiyyətə verilməsinə dair mənə verilmiş JN- 745A nömrəli, KOD 80106018 olan “Şəhadətnamə” də həyətyanı torpağın xüsusi mülkiyyətə verilməsinə əsas olaraq Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı göstərilmişdir. Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixdə verdiyi 04 saylı qərarına əsasən, hələ 17 aprel 2000-ci ildə doğulacaq oğul nəvəm olan Yaqubova (Murtazalı) Xanım Mürşüd qızının adı da həyətyanı torpağın xüsusi mülkiyyətə verilməsinə dair verilmiş JN-745A nömrəli (KOD ********) “Şəhadətnamə” də mülkiyyətçi kimi qeyd olunmuşdur. Bu hansı məntiqin qanunlarına uyğundur. Sual olunur: Astara rayon Aqrar İslahat Komissiyasının üzvləri haradan və necə biliblər ki, 1 (bir) il 3 (üç) aydan sonra mən iddiaçının oğul nəvəsi dünyaya gələcək və onun adı Yaqubova (Murtazalı) Xanım Mürşüd qızı olacaqdır? Üçüncü dəlil: Keçmiş gəlini Yaqubova (Əliyeva) Aytəkin Mürşüd (Zabit) qızının və uşaqları Yaqubov (Murtazalı) Dövran Mürşüd oğlunun və Yaqubova (Murtazalı) Xanım Mürşüd qızının adlarının həyətyanı torpağın xüsusi mülkiyyətə verilməsinə dair ona verilmiş JN-745A nömrəli, KOD 80106018 olan “Şəhadətnamə”də mülkiyyətçi kimi qeyd olunması, bir mülkiyyətçi kimi mənim və mənim birinci dərəcəli vərəsələrim olaraq oğlum X18 və qızım Yaqubova (Ağayeva) Valiyə Murtuz qızının mülkiyyət hüquqlarını kobudcasına pozmuşdur. Belə ki, bu fakt məndən sonra oğlum X26 və qızım Yaqubova (Ağayeva) Valiyə Murtuz qızına çatacaq miras paylarının həcminin azalması ilə nəticələnəcəkdir. Sual olunur: Qüvvədə olan mülki qanunvericiliyimiz nikaha girən xanıma və doğulacaq uşaqlarına qaymananın (qayınatanın) illər öncə əldə etdiyi əmlakına çərik çıxaraq mülkiyyətçi olmaq hüququ verirmi? Dördüncü dəlil: Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı ilə morpağın xüsusi mülkiyyətə verilməsinə dair verilmiş JN-745A nömrəli (KOD ********) “Şəhadətnamə”də gəlinim X57 (Zabit) qızının, onun uşaqlarının - X48 və X25 mülkiyyətçi kimi qeyd olunması qeyri-qanuni və əsassız olmaqla yanaşı yuxanda qeyd edilən şəhadətnamədə qeyd edilən torpaq sahəsini keçən əsrin 50-ci illərində ünvan 1i ünvanında 0.19 hektar torpaq sahəsini əldə etmiş mən - İddiaçı mülkiyyət hüququ ilə tam özümə məxsus olan mülkiyyətimi vəsiyyətnamə ilə vəsiyyət etmə və ya bağışlamaq hüququndan da məhrum etmişdir. Bu da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1166-1192-ci maddələrinin kobudcasına pozulması faktıdır. Beşinci dəlil: Mənə təqdim olunmuş JN - 745A nömrəli, KOD 80106018 olan həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunan Şəhadətnamənin verilməsinə hüquqi əsas olaraq Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı göstərilmişdir. Həmin qərarın mənə verilmiş JN-745A nömrəli, KOD 80106018 olan həyətyanı torpağın xüsusi mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə aid olan hissəsi mülki qanunvericiliyin tələblərinə əsasən, zamanında (vaxtında) mənə təqdim olunmamışdır ki, mən həmin qərarla razılaşmadığım halda məhkəməyə müraciət etmə hüququmdan istifadə edim. Həmin qərarın yuxanda qeyd olunmuş hissəsi qanunvericiliyin tələblərinə əsasən, mənə zamanında (vaxtında) təqdim olunsaydı, mən həmin qərarla razılaşmadığım halda məhkəməyə müraciət edərdim. Lakin bir daha qeyd edirəm ki, həmin qərar zamanında (vaxtında) mənə təqdim olunmamışdır. Bu faktin özü də Cavabdeh tərəfindən mülki qanunvericiliyin tələblərinin kobudcasma pozulmasından xəbər verir. Mülki qanunvericiliyin tələblərinin yuxarıda qeyd edilmiş formada pozulması faktları üçün bütün məsuliyyəti Cavabdeh daşıyır. Çünki, “Sovxoz və kolxozların islahatı haqqında” AR Qanunun 7-ci maddəsinə əsasən, rayon aqrar islahat komissiyasmı rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil edir. Görünür Astara rayon Aqrar İslahat Komissiyasının tərkibinə daxil edilənlərin mülki qanunvericilik və onun tələbləri haqqında elementar anlayışları belə olmayıb. Bundan əlavə, məlumat üçün bildirirəm ki, yuxarıda qeyd olunmuş “Şəhadətnamə” də keçmiş gəlinim X4 Aytəkin Mürşüd qızı kimi yəni, mənim nəvəm kimi göstərilmişdir ki, bu da yanlış məlumatdır. Məlumat üçün bildirirəm ki, Astara rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş və iddia ərizəsinə əlavə olunmuş nəvəm X24 doğulması haqqında 07 may 2015-ci il tarixli, 1120 saylı arayışda və nəvəm X49mın doğulması haqqmda 07.05.2015-ci il tarixli, 1119 saylı arayışda nəvələrimin soyadları ata babalarının adma (Murtaza) uyğun olaraq Murtazalı kimi qeyd olunmuşdur. Məlumat üçün məhkəmənin diqqətinə çatdırıram ki, 01 yanvar 1969-cu ildə anadan olmuş oğlum X37 01.08.1997-ci il tarixdə əslən Astara rayonun Kakalos kəndindən olan X38 ilə rəsmi nikaha girərək evlənmişlər. Həmin nikahdan 08.10.1997-ci il təvəllüdlü X48 və 17.04.2000-ci il təvəllüdlü X49 adlı uşaqları doğulmuşdur. X11 01.08.1997-ci il tarixdə X38 ilə rəsmi ailə qurandan sonra Astara rayonun Kakalos kənd İnzibati Ərazi Dairəsinin Qamışovka kəndinə köçmüş və orada 2003-cü ilin iyul ayında həyat yoldaşı X38 yerli bələdiyyədən fərdi yaşayış evi tikmək üçün 0.06 ha həyətyanı torpaq sahəsi almış orada fərdi yaşayış evi tikərək ailəliklə orada yaşamışlar. 2015-ci ildə Astara Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli, 2(018)- 909/2015 saylı qətnaməsi ilə oğlum X40 ilə X38 arasında olan nikah rəsmi olaraq məhkəmə qaydasında pozulmuş, məhkəmə qərarına əsasən, tərəflərin birgə nikahdan 08.10.1997-ci il tarixdə doğulmuş X34 və 17.04.2000-ci il tarixdə doğulmuş X5 Aytəkin Zabit qızının himayəsində saxlanılması qətt edilmişdir (Astara Rayon Məhkəməsinin 14 oktyabr 2015-ci il tarixli, 2(018)-909/2015 saylı qətnaməsinin təsdiq olunmuş surəti də iddia ərizəsinə əlavə olunur). Şirvan Apelyasiya Məhkəməsi tərəfindən də birgə nikah dövründə 2003-cü ilin iyul ayında yerli bələdiyyədən fərdi yaşayış evinin tikintisi üçün alınmış 0.06 ha həyətyanı torpaq sahəsinin tərəflər arasında bərabər bölünməsi barədə 04 may 2017-ci il tarixli, 2(106)-773/2017 saylı qətnamə qəbul edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra olunmuşdur. Tərəflərə həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını təsdiq edən Çıxarışlar da verilmişdir (Çıxarışın fotosurəti də iddia ərizəsinə əlavə olunur). Məlumat üçün bildirirəm ki, hal-hazırda da keçmiş gəlinim X57 (Zabit) qızı uşaqları- X34 və X41 ilə birlikdə oğlum X40 ilə birgə nikah dövründə 2003-cü ildə Astara rayonun Qamışovka kəndində əldə etdiyi torpaq sahəsində 2003-cü ildə tikilmiş və özünə məxsus 2 otaqlı evimdə yaşayırlar və həmin ünvanda da pasport qeydiyyatındadırlar (ünvan 2 tərəfindən təsərrüfatbaşına kitaba əsasən verilmiş 02 dekabr 2016-cı il tarixli, 1091 saylı Çıxarışın notariat qaydasında təsdiq olunmuş surəti iddia ərizəsinə əlavə olunur). Mən bir daha qeyd etmək istəyirəm ki, torpaq islahatı keçirilənə qədər mübahisə predmeti olan ünvan 3i ünvanında yerləşən 0.20 ha-dan ibarət olan həyətyanı torpaq sahəsi mən - İddiaçı istifadəsində olmuşdur. Bu fakt Astara rayon Dövlət Arxivi tərəfindən verilmiş 24.12.2019cu il tarixli, 231 saylı arxiv arayışı ilə də təsdiq olunur. Həmin arayışa əsasən Astara rayonun Pensər kənd İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəliyinin 1986-1989-cu illərin təsərrüfatbaşına kitablarına əsasən, 05 saylı kitabın 314 nömrəli şəxsi hesabında mən - İddiaçı təsərrüfatının xüsusi mülkiyyətində 1960-cı ildə tikilmiş fərdi yaşayış evi və 0.19 hektar həyətyanı torpaq sahəsi olduğu təsdiq olunur (Astara rayon Dövlət Arxivi tərəfindən verilmiş 24.12.2019-cu il tarixli, 231 saylı arxiv arayışı və Astara r-n İHB-nin Pensər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təsərrüfatbaşına kitaba əsasən verilmiş 05.01.2021-ci il tarixli, 08 saylı Çıxarış da iddia ərizəsinə əlavə olunur). Mən iddiaçı olaraq bunu da bir daha məhkəmənin diqqətinə çatdiriram ki, X50 adlı 1 (bir) oğlum, Yaqubova (Ağayeva) Valiyə Murtuz qızı adlı 1 (bir) qızım var (Bu barədə Astara RİH Başçısının Pensər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən mənə 05.01.2021-ci il tarixdə verilmiş 09 saylı arayış iddia ərizəsinə əlavə olunur). Bir daha məhkəmənin diqqətinə çatdırıram ki, mən - X21ma məxsus, ünvan 1i ünvanında yerləşən, sahəsi 0.20 ha-dan ibarət, JN-745A nömrəli, KOD 80106018 olan həyətyanı torpağın xüsusi mülkiyyətə verilməsinə dair Şəhadətnamənin verilməsinə hüquqi əsas olmuş Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı mülki qanunvericiliyin tələblərinə əsasən, zamanında (vaxtında) mənə təqdim olunmamışdır ki, mən həmin qərarla razılaşmasdığım halda məhkəməyə müraciət edim. Bu səbəbdən də 26 dekabr 2017-ci il tarixdən başlayaraq AR ƏMDK DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı Astara Rayon Məhkəməsində “topaqın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab olunması və yeni şəhadətnamənin verilməsi” tələbinə dair daha sonra isə Şirvan İnzibati Məhkəməsində elə həmin idarəyə qarşı “X22ma Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı ilə verilmiş JN-745A nömrəli, KOD 80106018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin qismən etibarsız hesab edilməsi və həmin şəhadətnamədən X14, X24, X23 adlarının torpaq sahəsinin mülkiyyətçiləri siyahısından çıxarılması” tələbinə dair iddia qaldırmışam. Birincidə iddiam rədd edilmiş, ikincidə isə iddiam mümkün sayılmamışdır. Hər iki məhkəmə qərarlarında torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin deyil, onun verilməsinə hüquqi əsas olmuş inzibati aktın məhkəmədə mübahisələndirilməsinin zəruriliyi qeyd olunmuşdur. 05.01.2021-ci il tarixdə Cavabdehnə ərizə ilə müraciət edərək mən - X21ma məxsus, ünvan 1i ünvanında yerləşən, sahəsi 0.20 ha-dan ibarət, JN-745A nömrəli, KOD 80106018 olan həyətyanı torpağın xüsusi mülkiyyətə verilməsinə dair Şəhadətnamənin verilməsinə hüquqi əsas olmuş Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarının mənə verilmiş JN-456A nömrəli, KOD 80106018 olan həyətyanı torpağın xüsusi mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə aid olan hissəsinin arxivdən çıxarılaraq rəsmi olaraq mənə verilməsini xahiş etmişəm. Ərizəmə Cavabdeh başçısı aparatının Hüquq şöbəsində baxılaraq mənə 26 yanvar 2021-ci il tarixli, 72 nömrəli cavab məktubu göndərilmişdir. Qeyd olunmuş cavab məktubuna -Astara Rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarının təsdiqlənmiş surəti də əlavə olunaraq mənə təqdim olunmuş, həmin cavab məktubunda qərarın mənim hüqyqlanmı pozduğunu hesab etdiyim halda aidiyyatı üzrə məhkəmədə iddia qaldırmaq hüququmun olması qeyd olunmuşdur. Həmin cavab məktubunu poçt rabitəsi vasitəsi ilə 29 yanvar 2021-ci il tarixdə almışam. Cavabdeh tərəfindən mənə göndərilmiş 26 yanvar 2021-ci il tarixli, 72 nömrəli cavab məktubunda xüsusi diqqət çəkən aşağıdakı məlumatlar qeyd olunmuşdur: Birincisi: Həmin məktubda qeyd olunmuşdur ki, Astara Rayon Aqrar İslahat Komissiyasmın 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı ilə Astara Rayon Torpaq şöbəsinə “Torpaq İslahatı haqqında” Qanuna müvafiq olaraq Respublika Dövlət Yer Quruluşu Layihə İnstitutu tərəfindən hazırlanmış layihələrə əsasən “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarının (bu soxoz və kolxoz torpaqlarına aiddir- (iddiaçının qeydi)) və “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrin (bu isə artıq vətəndaşların istifadəsində olan həyətyanı torpaq sahələrinə aiddir- (iddiaçının qeydi)) pay almaq hüququna malik subyektlərə verilməsi tapşırılmışdır. Burada məntiqi sual yaranır: Qüvvədə olan mülki qanunvericiliyə əsasən gəlinin qayınanadan və ya qayınatadan ona qədər artıq onlarm istifadəsində olan həyətyanı torpaq sahəsindən pay almaq hüququ varmı? İkincisi: Həmin məktubda o da qeyd olunur ki, 2004-cü ildə mənim təsərrüfatımda oğlum X40, gəlinim X38, nəvələrim 1997-ci il təvəllüdlü X48 və 2000- ci il təvəllüdlü X49 olduqlarına görə onların adlan mənə verilmiş JN-745A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmişdir. Bu məlumat doğru deyil və həqiqəti əks etdirmir. Belə ki, bundan əvvəldə də qeyd etdiyim kimi oğlum X40 01.08.1997- ci il tarixdə X38 ilə rəsmi olaraq ailə qurandan sonra Astara rayonun Kakalos kənd İnzibati Ərazi Dairəsinin Qamışovka kəndinə köçmüş və orada 2003-cü ilin iyul ayında həyat yoldaşı X38 yerli bələdiyyədən fərdi yaşayış evi tikmək üçün 0.06 ha həyətyanı torpaq sahəsi almış orada fərdi yaşayış evi tikərək ailəliklə orada yaşamışlar. Bu faktın sübutu olaraq Astara rayonu Kakalos Bələdiyyəsi tərəfindən verilmiş 01 dekabr 2016-ci il tarixli, 50 saylı arayışı bu iddia ərizəsinə əlavə edirəm. Bu arayış təsdiqləyir ki, Balaca Şahağacı bələdiyyəsinin 20 iyul 2003-cü il tarixli 12 saylı qərarı ilə Kakalos kəndinin sakini X27 alqısatqı yolu ilə fərdi yaşayış evinin tikintisindən ötrü 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Burada incə hüquqi və məntiqi məqam ondan ibarətdir ki, əgər X3 ünvanında qeydiyyatda olsaydı Kakalos kənd İƏD üzrə nümayəndəliyinin Qamışovka kəndi ərazisində fərdi yaşayış evinin tikintisi üçün yerli bələdiyyədən həyətyanı torpaq sahəsi ala bilməzdi. Hətta, X38 mənim təsərrüfatımda qediyyatda olsaydı belə, o və onun uşaqları mənə məxsus həyətyanı torpaq sahəsinə şərik çıxaraq mülkiyyətçi olmaları da faktı qeyriqanuni və mülki qanunvericiliyin tələblərinin kobudcasına pozulması faktı olardı. Çünki, nikaha girənlərin əmlakının qanuni rejimi “Torpaq İslahatı haqqında” AR Qanunu ilə deyil, “Azərbaycan Respublikasının Ailə Məcəlləsi” ilə tənzimlənir. Yuxarıda göstərilənlərə əsasən, hesab edirəm ki, mən - İddiaçı qızma verilmiş, ünvan 1i ünvanında yerləşən, sahəsi 0.20 ha-dan ibarət, JN-745A nömrəli, KOD 80106018 olan həyətyanı torpağın xüsusi mülkiyyətə verilməsinə dair Şəhadətnamənin verilməsinə hüquqi əsas olmuş Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı X42ma, X31 və X53ma aid olan hissələrdə ləğv olunmalıdır. Belə ki, Astara rayon Dövlət Arxivi tərəfindən 24.12.2019-cu il tarixdə mənə verilmiş 231 saylı arxiv arayışına əsasən 1960-cı ildən mənə məxsus olan həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsinə dair mənə təqdim olunmuş JN-745A nömrəli, KOD 80106018 olan X1, X24 və X25 adlarının torpaq sahəsinin mülkiyyətçiləri kimi göstərilməsinin hüquqi əsaslan məlum deyil. Artıq 3 ildən çoxdur ki, bu problemlə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə qarşı iddia ilə mülki və inzibati məhkəmələrə müraciət edirəm. 2019-cu ildə AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı Astara Rayon Məhkəməsində “ləğv edilmiş AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsi tərəfindən mənə verilmiş 2004-cü il tarixli, JN - 745A, KOD80106018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin etibarsız hesab olunması və yeganə tam hüquqlu mülkiyyətçi kimi mənim göstərildiyim torpağın xüsusi mülkiyyətə verilməsinə dair yeni şəhadətnamənin verilməsi” tələbinə dair iddia qaldırmışdım. Astara Rayon Məhkəməsi iddiamı rədd etdi. Həmin qətnamədən Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verdim. Apelyasiya şikayətim də təmin olunmadı. Şirvan Apelyasiya Məhkəməsinin qətnaməsindən AR Ali Məhkəməsinə kassasiya şikayəti verdim. AR Ali Məhkəməsinin Mülki Kollegiyası Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.12.2019-cu il tarixli, 2(106)- 3468/2019 saylı, qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə 02.06.2020-ci il tarixli, 2(102)-3132/2020 saylı Qərar qəbul etmişdir (Qərarın surəti iddia ərizəsinə əlavə olunur). Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci və 8.1.2-ci maddələrinə əsasən, məhkəmədən İddiaçı verilmiş, ünvan 3i ünvanında yerləşən, sahəsi 0.20 ha-dan ibarət, JN-745A nömrəli, KOD 80106018 olan həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə hüquqi əsas olmuş Astara rayon Aqrar islahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarın X42ma, X31 və X32 aid olan hissələrdə ləğv olunması barədə qərar qəbul edəsiniz”. Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2-1(120)-655/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “Astara rayonu Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarının X17, X31 və X32 aid olan hissədə ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə X38, X48 və X49 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, Cavabdeh nümayəndəsi, üçüncü şəxslər X38, X48 və X49 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı, Cavabdeh nümayəndəsinin, üçüncü şəxslər X20, X24 və X25 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddia tələbindən görünür ki, İddiaçı Cavabdehnə qarşı “Astara rayonu Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarının X17, X31 və X32 aid olan hissədə ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında olan Cavabdeh iddiaçıya ünvanladığı 26 yanvar 2021-ci il tarixli, 72 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin Cavabdehnə daxil olmuş eyni məzmunlu ərizələriniz Y-1-112 və Y-1/2-112/2 nömrələri ilə qeydiyyata alınmış və müraciətinizə rayon icra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsində baxılmışdır. Müraciətinizlə əlaqədar bildiririk ki, Astara Rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 04 saylı qərarı ilə Astara Rayon Torpaq şöbəsinə “Torpaq İslahatı haqqında” Qanuna müvafiq olaraq Respublika Dövlət Yer Quruluşu Layihə İnstitutu tərəfindən hazırlanmış layihələrə əsasən “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarının və “Torpağın mülkiyyətə verilməsi barədə” şəhadətnamələrin pay almaq hüququna malik subyektlərə verilməsi tapşırılmışdır. 2004-cü ildə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (indiki Əmlak Məsələləri Dövlət Komitəsi) Astara rayon şöbəsi tərəfindən torpaq payçılarına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilmişdir. 2004-cü ildə sizin təsərrüfatınızda qızınız X35, oğlunuz X40, gəlininiz X38, nəvələriniz 1997-ci il təvəllüdlü X48 və 2000-ci il təvəllüdlü X49 olmuş və sizə verilmiş 0,20 hektar həyətyanı torpaq sahəsinin JN-745A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həmin ailə üzvlərinizin adları göstərilmişdir. 2015-ci ildə oğlunuz Mürşüd Yaqubov ilə Aytəkin Yaqubova məhkəmə qaydasında boşanmışdır. Şəhadətnamələrin payçılara təqdim edilməsindən 16 il keçdikdən sonra ərizə- pretenziya ilə müraciət edərək şəhadətnamədə keçmiş gəlininiz və nəvələrinizin adlarının göstərilməsi nəticəsində sizə on beş min manat ziyan dəydiyini bildirsəniz də, lakin ziyanın dəyməsini təsdiq edən heç bir sənəd əlavə etməmişsiniz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4cü maddəsinə əsasən kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunduğu halda və yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulduğu halda pretenziya qaydalarına əməl edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Göründüyü kimi bu məsələ kommersiya mübahisəsi deyil və tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin pozulması nəticəsində dəymiş ziyanı ehtiva etmir. Bu səbəbdən də ərizə-pretenziyanız əsassızdır və hüquqi əhəmiyyət kəsb etmir. Astara Rayon Aqrar islahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 04 saylı qərarının təsdiq olunmuş surəti sizə təqdim edilir. Həmin qərarın sizin hüquqlarınızı pozduğunu hesab etdiyiniz halda aidiyyəti üzrə məhkəmədə iddia qaldırmaq hüququnuz vardır. İş materiallarında olan Astara rayon Məhkəməsinin 2(018)-909/2015 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X40 ilə cavabdeh X38 arasında 01 avqust 1997-ci ildə bağlanıb Cavabdeh başçısının Pensər kəndi üzrə ərazi icra nümayəndəliyinin nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 nömrə ilə qeydə alınmış rəsmi nikahın pozulması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Astara rayon Polis şöbəsinin məhkəməyə göndərdiyi 28.09.2020-ci il tarixli, 135-18616-1220 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin 26.08.2020-ci il tarixli, 2-1(120)-1449/2020 nömrəli məktubunuza əsasən 22.05.1977-ci il tarixdə Astara rayonu Kakalos kəndində anadan olmuş, X38 2003-cü ildən bugünki tarixədək Astara rayonu Qamişovka kəndində daimi qeydiyyatdadır. X48 və X49 haqqında heç bir məlumat yoxdur. İş materiallarında olan Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı iclas protokolunun qərarından çıxarışında qərara aldı hissəsində aşağıdakılar qeyd olunmuşdur: Talış sovxozu X72 komissiyasının 12 noyabr 1997-ci il tarixli, 20 saylı Telman sovxozu X72 komissiyasının 13 yanvar 1998-ci il tarixli, 07 saylı iclas protokollarının qərarları təsdiq olunsun (Maddə 1), Rayonun “Talış” və Telman sovxozlarının X72 Komissiyaları üzrə Pensər və Telman kəndlərində kompleks yerquruluşu işlərinin aparılmasına dair mütəxəssislər tərəfindən tərtib olunmuş layihələr təsdiq olunsun (Maddə 2), Astara rayon Torpaq şöbəsinin müdiri B.Qasımov yoldaşa tapşırılsın ki, “Torpaq İslahatı haqqında” qanuna müvafiq olaraq Respublika Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən hazırlanmış layihələrə və torpaq islahatı barədə digər sənədlərin Respublika Dövlət Torpaq Komitəsinə təqdim etməklə, pay almaq hüququna malik subyektlərə torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının alınmasını təmin etsin (Maddə 5). İş materiallarında olan Astara rayon Aqrar İslahat Komissiyasının qərarı ilə təsdiqlənmiş Astara rayonunun Pensər kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, ailə başçılarının və ailə üzvlərinin soyadı, adı, atasının adı qrafasında İddiaçı, X40, X28, X29, X48, X25 adı qeyd olunmuşdur. İş materiallarında olan “torpağın mülkiyyətə verilməsinə dair” 2004-cü ildə tərtib edilmiş JN-745A, KOD 80106018 nömrəli şəhadətnamədən görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1995-ci il tarixli, 4 saylı qərarı ilə 0.20 hektar torpaq sahəsi İddiaçı və onun ailə üzvləri X18, X12, X20, X24 və X25 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh başçısının Pensər kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin məhkəməyə göndərdiyi 11 mart 2021-ci il tarixli, 19 nömrəli arayışında qeyd edilmişdir ki, Astara rayon İHB-nın Pensər kənd İƏD üzrə nümayəndəliyi sizin 10.02.2021-ci il tarixli 2-1(120)-655/2021 saylı məktubunuza cavab olaraq bildirir ki, tərəfimizdən Pensər kənd sakini İddiaçı ailə üzvləri ilə bağlı araşdırılma aparıldı. Astara rayon Dövlət Arxivindən götürdüyümüz təsərrüfatbaşına kitabdan çıxarışa əsasən, aqrar islahat aparılan zaman, yəni 1998-ci ildə təsərrüfatbaşına kitaba əsasən - X51, X34, X9 rayonu Pensər kəndində yaşamış, halhazırda Kakalos kənd İƏD-üzrə nümayəndəliyinin Qamışoba kəndində qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh məhkəməyə göndərdiyi 19 mart 2021-ci il tarixli, 166 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin 10 fevral 2021-ci il tarixli 2-1(120)-655/2021 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, İddiaçı oğlu X40 1997-ci ildə X38 ilə ailə qurmuş, həmin nikahdan 1997-ci il təvəllüdlü X48 və 2000-ci il təvəllüdlü X49 adlı uşaqları dünyaya gəlmişdir. Astara Rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 04 saylı qərarı ilə Pensər kəndində “Talış” X66 İslahat Komissiyasının 13 yanvar 1998-ci il tarixli protokolları təsdiq edilmiş, Astara Rayon Torpaq şöbəsinə “Torpaq İslahatı haqqında” Qanuna müvafiq olaraq Respublika Dövlət Yer Quruluşu Layihə İnstitutu tərəfindən hazırlanmış layihələrə əsasən “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarının və “Torpağın mülkiyyətə verilməsi barədə” şəhadətnamələrin pay almaq hüququna malik subyektlərə verilməsi tapşırılmışdır. 2004cü ildə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (indiki Əmlak Məsələləri Dövlət Xidmətinin) Astara rayon şöbəsi tərəfindən torpaq payçılarına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verilmiş və bir nüsxəsi həmin şöbədə saxlanılmışdır. Həmin zaman torpaq payı almaq hüququna malik bütün subyektlərə, eləcə də İddiaçı da şəhadətnamə verilmişdir. İddiaçı 2017-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinin arxivində saxlanılan nüsxəsini əldə etməsi şəhadətnamənin tərtib olunan zaman onlara verildiyini və bir nüsxəsinin arxivdə saxlanılmasını təsdiq edir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (indiki Əmlak Məsələləri Dövlət Xidmətinin) Astara rayon şöbəsi tərəfindən şəhadətnamədə soyadın və ya adın səhv yazılması texniki səhv ola bilər. 2004-cü ildə İddiaçı təsərrüfatında qızı Valiyə Yaqubova, oğlu Mürşüd Yaqubov, gəlini Aytəkin Yaqubova, nəvələri Dövran Yaqubov və Xanım Yaqubova olduğu üçün ona verilmiş 0,20 hektar həyətyanı torpaq sahəsinin JN-745A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onunla eyni təsərrüfatda yaşayan ailə üzvlərinin adları göstərilmişdir. 2015-ci ildə Mürşüd Yaqubov aralarında olan narazılıqlara görə Aytəkin Yaqubovadan məhkəmə qaydasında boşanmış və uşaqlar anaları ilə birlikdə qalmışlar. Bundan sonra X60 Rayon Məhkəməsində Qamışoba (keçmiş Qamışovka) kəndində olan torpaq sahəsinin və həmin torpaqda yerləşən evin bölünməsinə dair iddia qaldırmış və məhkəmə onun iddiasını təmin etmişdir. X2 anadan olduğu üçün torpaq sahəsinin bələdiyyə tərəfindən alqı-satqı yolu ilə satılması zamanı X30 kənd sakini kimi göstərilməsi mümkündür. Ümumiyyətlə bələdiyyə tərəfindən torpağın alqı-satqı yolu ilə satılması zamanı vətəndaşın harada qeydiyyatda olması və yaşaması əhəmiyyət kəsb etmir. Yəni hər hansı ərazidə yaşayan şəxs istədiyi bələdiyyəyə müraciət edib həmin bələdiyyəyə aid olan ərazidən torpaq sahəsi ala bilər. Göründüyü kimi İddiaçı və ailə üzvləri ilə keçmiş gəlini X38 arasında narazılıq yaranmışdır. Belə ki, 2015-ci ildə Aytəkin Yaqubova ilə Mürşüd Yaqubov arasında nikahın pozulmasından və uşaqların Aytəkin Yaqubovanın yanında qalmasından sonra aralarında qərəzli münasibət yarandığı üçün 2004-cü ildə verilmiş şəhadətnamədə Aytəkin Yaqubova və uşaqlarının adlarının göstərilməsinə uzun müddət keçdikdən sonra iddia qaldırmışlar. Ona görə iddiaçının iddia ərizəsində göstərdiklərinin əsassız olduğunu nəzərə alaraq İddiaçı Astara Rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarının X27, X31 və X32 aid olan hissədə ləğv edilməsi barədə iddiasının rədd edilməsini xahiş edirik. İş materiallarında olan Astara rayon Məhkəməsinin 21 iyul 2019-cu il tarixli, 2(018)- 436/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı 14.03.2019-cu il tarixində iddia ərizəsi ilə Astara rayon Məhkəməsinə müraciət edərək ona ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Astara rayon şöbəsi tərəfindən verilmiş 2004-cü il tarixli, JN-745A, KOD 80106018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab olunması və yeganə tam hüquqlu mülkiyyətçi kimi onun göstərildiyi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab olunması və yeganə tam hüquqlu mülkiyyətçi kimi onun göstərildiyi torpağın mülkiyyətə verilməsinə dair yeni şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh AR ƏMDK DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Astara rayon Məhkəməsinin 21 iyul 2019-cu il tarixli, 2(018)- 436/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsinə qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən etibarsız hesab olunması və yeni şəhadətnamənin verilməsi tələbinə” dair iddiasının rədd olunması qət edilmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-3468/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Astara rayon Məhkəməsinin 21 iyul 2019-cu il tarixli, 2(018)-436/2019 saylı qətnaməsinin dəyişdirilməməsi qət edilmişdir. İş materiallarında olan iddia ərizəsinin məzmunundan (ərizənin 1-ci və 6-cı vərəqələrindən) görünür ki, torpağın mülkiyyətə verilməsinə dair” JN-745A, KOD 80106018 nömrəli şəhadətnamə iddiaçıya 26.12.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsi tərəfindən təqdim edilmişdir. Məhkəmənin 08.04.2021-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, hazırda mübahisələndirdiyi JN-745 nömrəli KOD 80106018 nömrəli şəhadətnamənin təsdiq edilmiş surəti 2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsin tərəfindən iddiaçıya təqdim edilmişdir. Həmin şəhadətnamədən məlum olmuşdur ki, torpaq sahəsi Astara rayonu Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı ilə ayılmışdır. Həmin şəhadətnamənin ləğvi ilə əlaqədar Astara rayon Məhkəməsinə müraciət etmiş və mübahisə Ali Məhkəməyə qədər davam etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi Astara rayon Aqrar İslahat komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı əsasında “torpağın mülkiyyətə verilməsinə dair” JN-745A kod 80106018 nömrəli şəhadətnamə tərtib edilmişdir. Həmin şəhadətnamədə hüquq sahibləri kimi İddiaçı, X18, X12, X14, X24 və X25 adları qeyd edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, həmin şəhadətnamədə adları qeyd olunan şəxslər Astara rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəl” əsasında tərtib edilmişdir. Hazırda iddiaçı həmin şəhadətnamədən X14, X24, X25 adının çıxarılmasını istəyir. Buna görə də həmin şəhadətnamənin tərtib edilməsinə əsas olan sənədi - Astara rayon Aqrar İslahat komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarın onlara aid hissədə ləğv olunmasını məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı həmçinin iddiaçının iddia ərizəsindən, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinin (qızının) izahatından və iş materialında olan sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı hazırda mübahisələndirdiyi qərardan (inzibati aktdan) sonuncu dəfə 2017-ci il tarixindən məlumatlı olmuşdur. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir (maddə 5). “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir (maddə 3). İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X72 komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir (maddə 4). Rayon aqrar islahat komissiyasını rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası rayon aqrar islahat komissiyasının tərkibi barədə sərəncamı təsdiq edir və onun sədrini təyin edir. Komissiya həmin vaxtdan fəaliyyətə başlayır. Rayon aqrar islahat komissiyası müvafiq surətdə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına hesabat verir (maddə 7). X72 komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir (maddə 8). Dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan müəssisələrə bölünür. Toxumçuluq, cins mal-qara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmitədqiqat və tədris müəssisələrinin təcrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət əhəmiyyətli digər müəssisələrin yalnız əsas istehsal məqsədlərini təmin etmək üçün tələb olunan əmlakı dövlət mülkiyyətində saxlanılır, qalan əmlak özəlləşdirilir. Əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir (maddə 9). Fiziki və hüquqi şəxslər X72 komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər (maddə 25). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Sovxoz və kolxozlarda daimi işləyən şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və ya kolxozun ərazisində olan şəxslər; sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş digər şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır (maddə 12). Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarının sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir (maddə 13). Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir (maddə 22). Qanunvericiliyə əsaslanaraq məhkəmə qeyd edir ki, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X72 komissiyaları yaradılmışdır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşımışlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilmişdir. Rayon Aqrar İslahat Komissiyaları vətəndaşlara pay torpaq sahələrinin mülkiyyətə verilməsi ilə əlaqədar qərarlar qəbul etmişdir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Hüquq münasibətlərinin yarandığı zaman yəni 01.09.2000-ci il tarixədək qüvvədə olmuş 11.09.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir (maddə 73). İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir (maddə 76). İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur (maddə 76). İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir (maddə 82). 31.05.2012-ci il tarixədək qüvvədə olmuş 01.09.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı 2017-ci il tarixdən JN-745 nömrəli KOD 80106018 nömrəli şəhadətnaməni əldə etmiş və həmin şəhadətnamədə onun verilməsinə əsas olan sənədin rekvizitləri yəni hazırda mübahisələndirdiyi Astara rayonu Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarı əsasında verildiyi barədə məlumatlar qeyd olunmuşdur. Başqa sözlə iddiaçı razılaşmadığı Astara rayonu Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarından 2017-ci il tarixindən məlumatlı olmuşdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin müəyyən edilmiş bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan yəni Astara rayonu Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarından 26.12.2017-ci il tarixindən məlumatlı olduğundan və prosessual müddətin axımını həmin qərardan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, iddia ərziəsi 04.02.2021-ci il tarixdə poçta, 10.02.2021-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı inzibati icraat qaydasanda iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Astara rayonu Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarından məlumatlı olduğu vaxtdan 3 (üç) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Hətta müddətin axımını 2019-cu il tarixindən yəni ilk dəfə Astara rayon Məhkəməsinə müraciət edildiyi vaxtdan nəzərə alınsa belə, iddiaçının məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti (30 günü) ötürmüş olur. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 09.12.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 28.12.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. Məhkəmə həmçinin qeyd edir ki, həm hazırki mübahisəyə tətbiq edilməli olan 01.09.2000-ci il tarixədək qüvvədə olmuş 11.09.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları baxımından, həm 31.05.2012-ci il tarixədək qüvvədə olmuş 01.09.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin müddəaları baxımından, həm də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri baxımından İddiaçı hazırki iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Göründüyü kimi iddiaçı razılaşmadığı Aqrar İslahat Komissiyasının qərarından şikayət verə bilərdi ki, həmin qərardan şikayət vermək üçün Qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdehnə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı “Astara rayonu Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarının X17, X31 və X32 aid olan hissədə ləğv edilməsi” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Astara rayonu Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarının X17, X31 və X32 aid olan hissədə ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Astara rayonu Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 04 saylı qərarının X17, X31 və X32 aid olan hissədə ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar