Məhkəmə qərarları › İş №2-1(120)-655/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-655/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-655/2024 05.03.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.N74-cü il tarixdə Yardımlı rayonu, Anzov kəndində anadan olmuş və orta məktəbi bitirdikdən sonra Azərbaycan Milli ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Hazırda Bakı şəhəri Xəzər rayonu. Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda nömrəsiz fərdi evdə yaşayır. N92-ci ildə erməni təcavüzkarlarının torpaqları işğal etməyə başladığı ilk dövrlərdən düşmənə qarşı əks döyüşlərdə yaxından iştirak etmişdir. Belə ki, həmin il Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən Şirin Mirzəyev adına Təlim batalyonunda hərbi xidmətə başlamışdır. 3 ay təlimdən sonra Ağdam rayonu Kəngərli kəndində yerləşən Kötəl bataliyonunun komandiri şəhid Ərşad Nadirovun bataliyonunda aktiv döyüşlərdə iştirak etmişdir. N93-cü ilin 18 aprel tarixində Ağdam rayonunun Şelli kəndinin erməni təcavüzkarlarından müdafiəsi zamanı minaaatan mərmisinin qəlpəsindən yaralanmışdır. Döyüş zonasından birbaşa Sumqayıt şəhər X7 xəstəxanasına yerləşdirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mörkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli, 320 №-li protokolundan da göründüyü kimi döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N93-cü ildə aldığı və xx.xx.N93-cü ildən xx.xx.N93-cü ilə kimi Sumqayıt şəhər X7 xəstəxanasında müayinə və müalicə olunduğu, yaralanma diaqnozu - “boyun nayihəsinin və sol budun kor qəlpə yarası” (Yardımlı RHK-nın xx.xx.2010-cu il tarixli, 4/30 №-li göndərişi, xx.xx.2010-cu il tarixli, 4/31 №-li arayışı, Sumqayıt şəhər X7 xəstəxanasından verilmiş xx.xx.N93-cü il tarixli, 1337 №-li çıxarış epiqrizi ilə təsdiq edilir) HƏRBİ TRAVMADİR. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmişdir, onlar onun müraciətini baxılması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərmişlər. Lakin oradan ona cavab olaraq göndərilən məktubda “xx.xx.N93-cü il tarixdən (müalicədən) sonra xx.xx.N95-ci il tarixədək (N №-li hərbi hissənin şəxsi heyyətin siyahısına daxil edilənədək) xidmətiniz arxiv arayışında və təqdim edilmiş sənədlərdə təsdiqlənmədiyindən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Bildirir ki, Sumqayıt şəhər X7 xəstəxanasından 145 №-li hərbi poliklinikaya göndərilmiş, oradan ona 1 ay məzuniyyət verilmiş, məzuniyyətdən qayıtdıqdan sonra poliklinikadan ona bildirilmişdir ki, artıq Ağdam rayonu işğal olunduğundan onu N saylı Hərbi Hissəyə göndərmişdirlər. N saylı hərbi hissədən ona bildirilmişdir ki, “sənin delon bizdə deyil Yardımlı rayon Hərbi Komissarlığına göndərilmişdir”. Yenidən Yardımlı rayon Hərbi Komissarlığına qayıtmış, oradan 212 saylı Hərbi Hissəyə, oradan isə N saylı Hərbi Hissəyə göndərdərilmiş və N96-cı il tarixədək (təxris olunanadək) həmin hərbi hissədə xidmət etmişdir. Göstərilən dövr ərzində, N saylı hərbi hissədə xidmət etməyini onunla birlikdə xidmət etmiş şahidlərdə təsdiq edə bilərlər. Qeyd olunanlara əsasən N92-ci ildən N96-cı ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyini və yaralanmağını nəzərə alaraq, ona müharibə veteranı statusunun verilməsi öhdəliyiyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edəsiniz. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası üzrə inzibati işə baxılır. Müdafiə Nazirliyi hesab edir ki, iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 Nq-İİ Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən “N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxşi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanların təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Müdafiə nazirinin xx.xx.N98-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müharibə Veteram” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 Nq-İİ qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», və «Əmək veteranı» adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatların aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, N92-ci ildə Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən Şirin Mirzəyev adına Təlim batalyonunda hərbi xidmətə başlamışdır. 3 ay təlimdən sonra Ağdam rayonunun, Kəngərli kəndində yerləşən Kötəl batalyonunun komandiri şəhid Ərşaq Nadirovun batalyonunda aktiv döyüşlərdə iştirak etmişdir. 18 aprel N93-cü il tarixdə Ağdam rayonunun Şəlli kəndində minaatan mərmisinin qəlpəsindən yaralanmışdır. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı “Müharibə veteram” adının və vəsiqəsinin verilməsi” tələbini irəli sürmüşdür. İddia tələbi əsassız olduğundan İddiaçı Hüseynxan oğlunun döyüş əməliyyatları aparılan zaman xidməti barədə məlumat olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Tələbin faktiki əsasında gəldikdə isə ilk öncə qeyd etmək zəruridir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin arxiv arayışına əsasən İddiaçı barəsində 08 iyun N93-cü il tarixdən (müalicədən) sonra 11 iyul N95-ci il tarixədək N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olunanadək xidməti əmrlərlə təsdiqlənməmişdir. İstər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının N93-cü il tarixdən N95-ci il tarixədək hərbi xidməti barədə hər hansı bir sübut yoxdur. İddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdə olmaması onun döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs statusunu əldə etməsini istisna edir. Belə olan halda Müdafiə Nazirliyinin imtinası qanunidir iddiaçının hüquqlarını pozan hal kimi giymətləndirilə bilməz. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçıların izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübütlar tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Göstərilənlərə əsasən hesab edir ki, İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsaslı və qanuni olaraq imtina etmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb və Azərbaycan Respublikası İPM-nin 47.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi» tələbinə dair iddia ərizəsini rədd edəsiniz. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 20N-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 20N-cu il tarixli, 4 nömrəli qərarına əsasən Yardımlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Yardımlı rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 08317021 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N74-cü il tarixdə Yardımlı rayonunda anadan olmuş, Yardımlı rayonu, Anzov kəndində qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli, 375 nömrəli qərarında qeyd edilmişdir ki, Yardımlı RİİK tərəfindən N92-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Hüseyinxan oğlunun döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N93-cü ildə aldığı və xx.xx.N93-cü ildən xx.xx.N93-cü ilə kimi Sumqayıt şəhəri X7 xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: «Boyun nahiyyəsinin və sol budun kor qəlpə yarası» (Yardımlı RıTKnm xx.xx.2010-cu il tarixli 4/30 nömrəli göndərişi. xx.xx.2010-cu il tarixli 4/31 nömrəli arayışı, Sumqayıt ş. X7 xəstəxanasından verilmiş xx.xx.N93-cü il tarixli, 1337 nömrəli çıxarış epikrizi ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.2. maddəsinin a) bəndi, MN MHMKnın 320 nömrəli, xx.xx.2010-cu il tarixli protokolu. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/3 1452 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq təkrar bildiririk ki, Sizə “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2017-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. xx.xx.N93-cü il tarixdən (müalicədən) sonra xx.xx.N95-ci il tarixədək (N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olunanadək) xidmətiniz arxiv arayışında və təqdim edilmiş sənədlərdə təsdiqlənmədiyindən Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-43-65/2-252/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2023-cü il tarixli ƏN/1157 nömrəli telefonoqramının icrası ilə əlaqədar bildirirəm ki, xx.xx.N74-cü il tarixdə Yardımlı rayonu Anzov kəndində anadan olmuş İddiaçı xx.xx.N95-ci ildən xx.xx.N96-cı ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.N96-cı il tarixdə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən xidmət müddəti başa çatdığına görə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. İddiaçı xidmət etdiyi müddətdə 1-ci Qarabağ müharibəsində döyüşlər zamanı torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi və həmin döyüşlər zamanı yaralanması barədə Xidmətin Yardımlı rayon bölməsində məlumatlar qeydə alınmamışdır. İddiaçı xidmət etdiyi müddət ərzində hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Xidmətin Yardımlı rayon bölməsində məlumat qeydə alınmamışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/2-2099 nömrəli məktubunda qeyd olunmuşdur ki, sizin xx.xx.2023-cü il tarixli 2-1(120)-2570/2023 №-li məktubunuza (Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə xx.xx.2023-cü il tarixdə daxıl olmuş) cavab olaraq bildiririk ki, N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 105 №-li əmrində (əsas: §-1, səh-41, sıra-67, əmrdə atasının adı “Hüseyfan” yazılmışdır) İddiaçı Hüseyfan oğlunun xx.xx.N92-ci il tarixdən tədris batalyonunun tərkibinə daxil edilməsi barədə məlumat vardır. Tədris batalyonunda təlim almış və hərbi and içmiş, əsgər İddiaçı Hüseynxan oğlu xx.xx.N92-ci il tarixdən xidmətini davam etdirmək üçün hərbi hissənin Ehtyiat batalyonuna göndərildiyindən N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 102 №-li əmrilə (əsas: §-2, səh-12, sıra-38, əmrdə atasının adı “Hüseynxan" yazılmışdır) Tədris batalyonunun siyahısından silinmişdir. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, Yardımlı RHK-nın çağırışçısı, N74-cü il təvəllüdlü, sıravi İddiaçı Hüsüxan oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N95-ci il tarixli 224 №-li əmrilə (əsas: §-1, səh-52, sıra-3, əmrdə atasının adı "Hüsüxan” yazılmışdır) xx.xx.N95-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq 1-ci MAT-ın 3-cü MAB-nın zenit-pulemyot manqasında "hesab nömrəsi” vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N96-cı il tarixli 141 №-li əmrinə əsasən, N74-cü il təvəllüdlü, 2-ci motoatıcı taborun atıcısı, sıravi İddiaçı Hüseynxan oğlu Silahlı Qüvvələrdən tərxis olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.N96-cı il tarixli 235 №-li əmrilə (əsas: §-4, səh-187, sıra-1, əmrdə atasının adı “Hüseynxan” yazılmışdır) 20.08 N96-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Yardımlı RHK-na göndərilmişdir. Qeyd edirik ki, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N №-li hərbi hissə komandirinin sentyabr N92-ci il- 10 yanvar N93-cü il N №-li hərbi hissə komandirinin sentyabr-dekabr N92-ci il, yanvar-dekabr N93-cü il, yanvar-dekabr N94-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin “Yaralıların qeydiyyatı” kitablarında. 181(709) №-li hərbi hissə komandirinin aprel-dekabr N93-cü il, yanvar-dekaor N94-cü il tarixli nizami hissə üzrə əmrlərində, N №-li hərbi hissə komandirinin may-iyul N95-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında X2 barəsində məlumat aşkar edilməmişdir. “Kötəl” batalyon komandirinin nizami hissə üzrə əmrləri və 145 №-li hərbi poliklinikanın sənədləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-43-65/2-462/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Hüseynxan oğlu xx.xx.N96-cı il tarixdə hərbi qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 1547 nömrəli məktubunda qeyd olunmuşdur ki, sizin xx.xx.2023-cü il tarixli 2-1(120)-2570/2023 №-li məktubunuza (Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə xx.xx.2023-cü il tarixdə daxil olmuş) cavab olaraq bildiririk ki, N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 105 №-li əmrində (əsas: §-1, səh-41, sıra-67, əmrdə atasının adı “Hüseyfan” yazılmışdır) İddiaçı Hüseyfan oğlunun xx.xx.N92-ci il tarixdən tədris batalyonunun tərkibinə daxil edilməsi barədə məlumat vardır. Tədris batalyonunda təlim almış və hərbi and içmiş, əsgər İddiaçı Hüseynxan oğlu xx.xx.N92-ci il tarixdən xidmətini davam etdirmək üçün hərbi hissənin Ehtiyat batalyonuna göndərildiyindən N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 102 №-li əmrilə (əsas: §-2, səh-12, sıra-38, əmrdə atasının adı “Hüseynxan” yazılmışdır) Tədris batalyonunun siyahısından silinmişdir. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, Yardımlı RHK-nın çağırışçısı, N74-cü il təvəllüdlü, sıravi İddiaçı Hüsüxan oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N95-ci il tarixli 224 №-li əmrilə (əsas: §-1, səh-52, sıra-3, əmrdə atasının adı “Hüsüxan” yazılmışdır) xx.xx.N95-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq 1-ci MAT-ın 3-cü MAB-nın zenit-pulemyot manqasında “hesab nömrəsi” vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N96-cı il tarixli 141 №-li əmrinə əsasən, N74-cü il təvəllüdlü, 2-ci motoatıcı taborun atıcısı, sıravi İddiaçı Hüseynxan oğlu Silahlı Qüvvələrdən tərxis olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.N96-cı il tarixli 235 №-li əmrilə (əsas: §-4, səh-187, sıra-1, əmrdə atasının adı “Hüseynxan” yazılmışdır) xx.xx.N96-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Yardımlı RHK-na göndərilmişdir. Qeyd edirik ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin sentyabr N92-ci il-10 yanvar N93-cü il, N №-li hərbi hissə komandirinin sentyabr-dekabr N92-ci il, yanvar-dekabr N93-cü il, yanvar-dekabr N94-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin “Yaralıların qeydiyyatı” kitablarında, N () №-li hərbi hissə komandirinin aprel-dekabr N93cü il, yanvar-dekabr N94-cü il tarixli nizami hissə üzrə əmrlərində, N №-li hərbi hissə komandirinin may-iyul N95-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında X3 barəsində məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 2248 nömrəli məktubunda qeyd olunmuşdur ki, sizin xx.xx.2023-cü il tarixli, 2-1(120)-2570/2023 №-li məktubunuza (Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə xx.xx.2023-cü il tarixdə daxil olmuş) cavab olaraq bildiririk ki, N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli 105 №-li əmrində (əsas: §-1, səh-41, sıra-67, əmrdə atasının adı “Hüseyfan” yazılmışdır) İddiaçı Hüseyfan oğlunun xx.xx.N92-ci il tarixdən tədris batalyonunun tərkibinə daxil edilməsi barədə məlumat vardır. Tədris batalyonunda təlim almış və hərbi and içmiş, əsgər İddiaçı Hüseyixan oğlu xx.xx.N92-ci il tarixdən xidmətini davam etdirmək üçün hərbi hissənin Ehtiyat batalyonuna göndərildiyindən N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli, 102 №-li əmrilə (əsas: §-2, səh-12, sıra-38, əmrdə atasının adı “Hüseyixan” yazılmışdır) Tədris batalyonunun siyahısından silinmişdir. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, Yardımlı RHK-nın çağırışçısı, N74-cü il təvəllüdlü, sıravi İddiaçı Hüsüxan oğlu N №-li hərbi hissə komandirinin xx.xx.N95-ci il tarixli, 224 №-li əmrilə (əsas: §-1, səh-52, sıra-3, əmrdə atasının adı “Hüsüxan” yazılmışdır) xx.xx.N95-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq 1-ci MAT-ın 3-cü MAB-nın zenit-pulemyot manqasında “hesab nömrəsi” vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N96-cı il tarixli 141 №-li əmrinə əsasən, N74-cü il təvəllüdlü, 2-ci motoatıcı taborun hərbi qulluqçusu, atıcı, sıravi İddiaçı Hüseynxan oğlu Silahlı Qüvvələrdən tərxis olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.N96-cı il tarixli 235 №-li əmrilə (əsas: §-4, səh-187, sıra-1, əmrdə atasının adı Hüseynxan” yazılmışdır) xx.xx.N96-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Yardımlı RHK-na göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X8 “Sumqayıt Tibb Mərkəzi” X8 X7 Xəstəxanasının xx.xx.2024-cü il tarixli, N7 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Hüseynxan oğlu xx.xx.N93-cü il 17.30-da (x/t 1337) xəstəxanaya odlu silah yarası ilə stasionar müalicəyə daxil olub, xx.xx.N93-cü il tarixdə ambulator müalicəyə yazılıb. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı Hüseyfxan oğlu xx.xx.N92ci il tarixdən tədris batalyonunun tərkibinə daxil edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N () nömrəli hərbi hissə komandirinin N nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı Hüseyfxan oğlunun adı xx.xx.N92-ci il tarixdən tədris batalyonunun tərkibindən silinmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə N91ci il oktyabrın 9-dan N94-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N93-cü ildə aldığı və xx.xx.N93-cü ildən xx.xx.N93-cü ilə kimi Sumqayıt şəhəri X7 xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: «Boyun nahiyyəsinin və sol budun kor qəlpə yarası» (Yardımlı RıTK-nm xx.xx.2010-cu il tarixli 4/30 nömrəli göndərişi. xx.xx.2010-cu il tarixli 4/31 nömrəli arayışı, Sumqayıt ş. X7 xəstəxanasından verilmiş xx.xx.N93-cü il tarixli, 1337 nömrəli çıxarış epikrizi ilə təsdiq edilir), «HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR». xx.xx.N95-ci ildən xx.xx.N96-cı ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.N96-cı il tarixdə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən xidmət müddəti başa çatdığına görə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən ötrü Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş lakin cavabdeh inzibati orqan onun müraciətindən imtina etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin “imtinasın”da və iddiaya qarşı verilən etirazın dəlillərində iddiaçının xidməti barədə məlumatın olmaması qeyd olunsa da, iş materiallarında iddiaçıya məxsus sənədlərdə iddiaçının xidməti və yaralanması barədə məlumatlar mövcuddur. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar