Məhkəmə qərarları › İş №2-1(120)-658/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-658/2023

23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-658/2023 23.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödnilməmiş pensiya məbləğinin iddiaçıya birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4005/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil Abdüləli oğlu Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4005/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)- 1263/2022 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4005/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil Abdüləli oğlu tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmamışdır. Apelyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Apelyasiya şikayəti onu verən şəxsə qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə ərizəsi ilə əlaqədar məktub göndərərək imtinaedici inzibati akt qəbul etmişdir. Cavabdeh imtinaedici aktını onunla əsaslandırıb ki, xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az - 1 il 10 ay 11 gün (xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. xx.xx.2006-cı ilə qədər 20 ildən artıq ümumi iş stajı və 10 ildən artıq güzəştli iş stajı mövcuddur. Cavabdehin imtina məktubunda xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının 10 ildən az-1 il 10 ay 11 gün (xx.xx.2004 -xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil etməsini qeyd etməsi əsassızdır. Belə ki, cavabdeh iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2004-cü ilədək 6-cı dərəcəli sementləyici aqreqatın maşinisti işləməsini güzəştli iş stajı kimi qəbul etmir. Halbuki 6-cı dərəcəli sementləyici aqreqatın maşinisti vəzifəsi cavabdehin xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlərdə işlədiyi 6-cı dərəcəli sementləyici aqreqatın motorçusu vəzifəsi İlə eynilik təşkil edir, yəni sadəcə olaraq əmək kitabçasında motorçu vəzifəsi o dövrdə çox işlədildiyi üçün rus dilindən maşinist kimi yazılmışdır. Bu halları təsdiq edən əmək kitabçası, işəgötürən- SOCAR-ın muvafıq müəssisələrinin arayışları bu iddia ərizəsinə əlavə edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə pensiya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və indiyədək ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin keçmiş iclasında iştirak edən iddiaçının nümayəndəi (vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2021-ci il tarixdə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının təqdim etdiyi 17 mart 1986-cı il tarixli ******* nömrəii əmək kitabçası və güzəştli arayışları araşdırılaraq güzəştli iş stajı 12 il 6 aydan az olması səbəbilə, cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixli **********2 nömrəli məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı ÜZrə) kİŞİlər 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayının həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəii Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Qazma bəndində (10.1) fəhlələr yarımbəndində nəzərdə tutulan vəzifələr. İddiaçı U. $.Hüseynovun təpdim etdiyi 17 mart 1986-cı il tarixli, ******* nömrəli əmək kitabçasında Qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az (1 il 10 ay 11 gün (xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əmək kitabcasındakı digər geydlər üzrə təgdim edilmiş arayışlara tərəfimizdən baxılmış və güzəştli iş stajına daxil edilməmişdir. Belə ki, iddiaçının işlədiyi vəzifələr geyd olunmasına baxmayarag çalışdığı müəssisələrin fəaliyyəti Neftin gazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, gaz, gaz kondensatı, kömür və şistin emalı bölməsi ilə əlagədar deyildir. Məhz bu səbəblərə görə də İddiaçı Qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi’ tələbinə dair inzibati iş üzrə iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Neftçala rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh (10 saylı regional ərazi filialı Neftçala rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, iddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Neftçala rayonu, Mirqurbanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.1983-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək hərbi xidmətdə iştirak etmişdir. İşdə olan iddiaçıya məxsus xx.xx.1986-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.2021-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan SOCAR Nəqliyyat İdarəsinin xx.xx.2021-ci il tarixli, SOCAR **********80020123X00012 nömrəli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2013cü il tarixindən ARDNŞ “Azneft” İB-nin Nəqliyyat Departamentinin 5 saylı texnoloji nəqliyyat sexinə 6-cı dərəcəli sementləmə aqreqatının motorçusu peşəsinə işə qəbul edilib. (əmr № 1416/K, xx.xx.2013-cü il) ARDNŞ-nin ARDNŞ/14-1000/01/SM-04-000003 nömrəli 17.01,2014cü il tarixli əmrinə əsasən “Azneft” İB-nin Nəqliyyat Departamenti xx.xx.2014-cü il tarixindən ARDNŞ-nin birbaşa tabeliyinə verilmişdir. xx.xx.2014-cü il tarixindən ARDNŞ Nəqliyyat Departamentinin 4 saylı texnoloji nəqliyyat bölümünün 2 saylı avtomobil dəstəsinə 6-cı dərəcəli sementləmə aqreqatının motorçusu peşəsinə keçirilib (əmr № 192/K, xx.xx.2014-cü il). ARDNŞnin ARDNŞ/14-1000/01/SM-04-000041 nömrəli xx.xx.2014-cü il tarixli əmrinə əsasən ARDNŞnin Nəqliyyat Departamenti xx.xx.2014-cü il tarixindən ARDNŞ-nin Nəqliyyat İdarəsi adlandırılmışdır. 31 07.2014-cü il tarixindən AR ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün işdən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir (əmr № 1509/K xx.xx.2014-cü il). İxtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən güzəştli sayılır. Siyahının 10.2-ci bölməsinin “a" bəndinə əsasən güzəştli staj peşəsinə əsasən xx.xx.2013-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək-7 ay 08 gündür. İşdə olan SOCAR Baş ofis mərkəzi arxivinin xx.xx.2021-ci il tarixli, SOCAR **********80020123X00248 nömrəli arxiv arayışından görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən 1965-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1986-cı ildə (əmr № 25/k,xx.xx.1986-cı il) “Neftçalaneft” Neft və Qazçıxarma idarəsinin (NQÇİ) Texnoloji Nəqliyyat İdarəsinə (TNİ) İ~A3-66 21-44 №-li a/maşına 3-cü sinif sürücü peşəsinə işə qəbul edilmişdir. xx.xx.1986-cı ildə (əmr № 50/k, xx.xx.1986-cı il) müvəqqəti olaraq avtomaşın təmiri üzrə 2-ci dərəcəli çilingər peşəsinə keçirilmişdir. SSRİ Neft Sənaye Nazirliyinin xx.xx.1987-ci il tarixli, 640 nömrəli əmrinə əsasən “Kürsəngi” TNİ “Neftçalaneft” NQÇİ-nin tərkibindən çıxarılaraq “Salyanneft” NQÇİ-nin tərkibinə verilmişdir. “Azneft” Birliyinin xx.xx.1987-ci il tarixli, 68 nömrəli əmrinə əsasən “Salyanneft” NQÇİ-nin Kürsəngi TNİ-si və “Neftçalaneft” NQÇİ-nin Neftçala TNİ-si birləşdirilmiş və “Salyanneft” NQÇİ- nin Kürsəngi TNİ-si kimi fəaliyyət göstərmişdir. xx.xx.1987-ci ildə (əmr № 31/k, xx.xx.1987-ci il) “Salyanneft” NQÇİ-nin Kürsəngi TNİ-nə 3-cü dərəcəli sürücü peşəsinə keçirilmiş,YA3-469 96-07 №-li a/maşına təhkim olunmuşdur. xx.xx.1989-cu ildə (əmr № 18/k,xx.xx.1989-cu il) Neftçala sahəsinin 3-cü sinif sürücüsü УA3- 452 30-88 №-li (laboratoriya) a/maşına təhkim olunmuşdur.xx.xx.1991 -ci ildə (əmr № 8/k, xx.xx.1991 -ci il) TA3-53 60-41 №-li a/maşına təhkim olunmuşdur. xx.xx.1992-ci il tarixli 42/k nömrəli əmrlə YA3-452 markalı a/maşının 3-cü sinif sürücüsü kimi növbəti məzuniyyətə buraxılmışdır. Haqq-hesab cədvəlində olan qeydə əsasən müvəqqəti olaraq 3/6 dərəcəli sürücü xx.xx.1994- cü ildə ZİL-130 08-99 №-li maşına keçirilmişdir. xx.xx.1997-ci ildə (əmr № 64/k,28.08.l997-ci il) Kpa3-250 CA-320 markalı 01-13 AİT saylı avtomaşının sürücü və maşinist heyəti ilə birlikdə Kürsəngi sahəsinin 3 saylı avtomobil H kolonuna keçirilmişdir. xx.xx.1998-ci il tarixli 46/k №-li əmrlə Kpa3-250 CA-320 markalı 01-13 saylı avtomaşının 6-cı jrəcəli motorist-sürücüsü kimi əmək məzuniyyətinə buraxılmışdır. xx.xx.1999-cu ildə (əmr № 27/k,xx.xx.1999-cu il) sürücü və maşinist heyəti ilə birlikdə Neftçala jhəsinin 4 saylı avtomobil kolonuna keçirilmişdir. P.S SOCAR-ın Baş ofisinin X4 TNİ-nin 2002-ci ilədək olan kadr, 2001-ci ilədək olan mühasibatlıq sənədləri saxlanıldığından işdən azad olunma barədə qeyd yazmaq mümkün deyildir. Haqq-hesab cədvəllərində 1990-cı ildə peşəsi xüsusi maşınların İİ qrupunda dərəcəli sürücü, 1991-ci ildə 3-cü dərəcəli sürücü, 6-cı dərəcəli maşinist, 1992-ci ildə 6-cı dərəcəli maşinist, sürücü, 1993-cü ildə sementləmə aqreqatı maşını bölməsində 6-cı dərəcəli sürücü, 1994-cü ildə 3, 6 və 3/6-cı dərəcəli sürücü, 1995-ci ildə sementləmə aqreqatı maşını bölməsində 6-cı dərəcəli sürücü və maşınçı,1996-1997-ci illərdə 6-cı dərəcəli sürücü, 1998-ci iə 6-cı dərəcəli motorist, 1999-cu ildə 6-cı dərəcəli motorist, motorist-sürücü olaraq istərilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi 28 May “Neft və Qazçıxarma İdarəsinin xx.xx.2021-ci il tarixli, 01-01ink/185 nömrəli arxiv arayışından görünür ki, 28 May” NQÇİ-nin sabiq işçisi xx.xx.1965-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2004-xx.xx.2013-cü il tarixədək sementləyici aqreqat motorçu vəzifəsində 09 il 10 ay 03 gün təşkil edir. İşdə olan SOCAR “Kompleks qazma işləri” trestinin xx.xx.2021-ci il tarixli, **********80020115X00233 nömrəli arxiv arayışından görünür ki, xx xxxx 1965-ci il təvəllüdlü İddiaçı həqiqətən “Azneft” tehsalat X2 Nəqliyyat, X7 İdarəsində işləmişdir. “Azneft” İstehsalat Birliyinin xx.xx.2003-cü il tarixli, 08 saylı əmrinə əsasən X3 İdarəsi nəqliyyat sexi kimi xx.xx.2003-cü il tarixindən X7 İdarəsinin tərkibinə verilmişdir. “Azneft” İstehsalat Birliyinin xx.xx.2005-ci il tarixli, 25 saylı əmrinə əsasən X7 idarəsi qazma sexi kimi X5 İşləri İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmış, X5 İşləri idarəsi və X8 İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi trestin tabeliyinə verilmişdir. Kompleks qazma işləri” trestinin xx.xx.2012-ci il tarixli, 82 saylı əmrinə əsasən X5 İşləri İdarəsi qazma sexi kimi X8 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR /13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “KompleksQazma işləri“ trestinin X8 İdarəsi ləğv olunaraq trestin Abşeron İstehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “Kompleks qazma işləri“ trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********0040020A00070 saylı əmrinə əsasən “Siyəzən”, "Qaradağ-Qalmaz”, “Abşeron” İstehsalat bölümləri hal-hazırda “Abşeron” istehsalat bölümü kimi fəaliyyət göstərir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1100000a-14050kodu ilə quyuların sementlənməsi üzrə maşinistlər peşəsi 09 ay, 17 gün güzəştli iş stajı təşkil edir. İşdə olan SOCAR “Azneft” İstehsalat Birliyi 1 saylı Nəqliyyat İdarəsinin xx.xx.2021-ci il tarixli, 70 nömrəli arayışından görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı həqiqətən SOCAR-ın Nəqliyyat idarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentinin 3 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin 2 saylı avtomobil dəstəsində 6-cı dərəcəli sementləyici aqreqatın motorçusu peşəsinə işə qəbul edilib, xx.xx.2020-ci il tarixdə “Azneft” İB-nin 5 saylı Texnoloji Nəqliyyat Departamentinin 3 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin 2 saylı avtomobil dəstəsində 6-cı dərəcəli sementləyici aqreqatın motorçusu peşəsinə işə qəbul edilib və hal-hazırda “Azneft” İB-nin 1 saylı Nəqliyyat İdarəsinin 3 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin texnoloji nəqliyyat dəstəsində 6-cı dərəcəli sementləyici aqreqatın motorçusu peşəsində çalışır. xx.xx.2014-cü il tarixdən hal-hazıradək (7 il 1 ay 12 gün) «sementləyici aqreqatın motorçusu » peşəsində işləyib və bu peşədə işlədiyi müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»mn 10cu «Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin 10.2-ci «Neft, qaz və qaz kondensatının hasilatı» yarımbölməsinin «a» bəndinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək(sığorta) stajı sayılır. İş materiallarına əlavə edilən SOCAR “Kompleks qazma işləri” trestinin xx.xx.2022-ci il tarixli, SOCAR**********30020123X00062 nömrəli məktubuna əsasən İddiaçı işlədiyi vəzifələrin (peşələrin) güzəştli iş stajına daxil edilmədiyi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu İlə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cu ıl tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyini 17 mart 1986-cı il tarixli, ИT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 10 ildən az (1 il 10 ay 11 gün (xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-52547/2023 nömrəli etiraza əlavədən görünür ki, İddiaçı cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2021-ci il tarixdə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının təqdim etdiyi 17 mart 1986- cı il tarixli, ******* nömrəli əmək kitabçası və güzəştli arayışları araşdırılaraq güzəştli iş stajı 12 il 6 aydan az olması səbəbilə, cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixli, **********2 nömrəli məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Bildiririk ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanununun 13-cü maddəsinin "a" bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır içlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Qanunun 9.1 -ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Qazma bəndində (10.1) fəhlələr yarımbəndində vəzifələr nəzərdə tutulmuşdur. İddiaçı təqdim etdiyi 17 mart 1986-cı il tarixli ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az 01 il 10 11 gün təşkil edir. Belə ki, iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi dövr mübahisələndirilməyən güzəştli iş stajı hesab edilərək, sosial sığorta stajına daxil edilmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı əmək kitabçasındakı digər qeydlər üzrə təqdim edilmiş arayışlara baxılmış və həmin dövrlər iddiaçının güzəştli iş stajına daxil edilməmişdir. Belə ki, arayışlarda iddiaçının işlədiyi vəzifələr qeyd olunmasına baxmayaraq çalışdığı müəssisələrin fəaliyyəti Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsi ilə əlaqədar deyildir. Məhkəmə araşdırması zamanı “SOCAR”-ın Kompleks qazma işləri trestinə güzəştli arayışın vəzifə və kodlar göstərilməklə yenidən təqdim edilməsi barədə sorğu ünvanlanmışdır. “SOCAR”-ırı xx.xx.2022-ci il tarixli, SQCAR**********30020123X00062 nömrəli arayışı ilə İddiaçı işlədiyi vəzifələrin güzəştli iş stajına daxil edilmədiyi öz təsdiqini tapmışdır. İddiaçı xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajına uyqun olaraq hesablanmış pensiya kapitalı 17762,7 manat, 01.01,2006-cı il tarixdən iddiaçının müraciət etdiyi tarixədək olan dövr üçün isə fərdi hesabının sığorta hissəsində qeydə alman pensiya kapitalı 76660,88 manat olmaqla, ümumilikdə pensiya kapitalı 94422,95 manat təşkil edir. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi' tələbinə dair inzibati iş üzrə iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddiaçı xx.xx.2017-ci il tarixdən, yəni 52 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə qiymət verilən zaman, cavabdeh imtina üçün bir halı əsas götürmüşdür: - İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmaması, bununla da onun xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının 10 ildən az olmasıdır. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1965-ci ildir, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun işlədiyi peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən siyahıda nəzərdə tutulması əsası ilə imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Bəhs edilən normaların hazırki iddiaya tətbiq etdikdə məlum olur ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olmasıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun təhsil müddəti, hərbi xidmət illəri əmək kitabçasında olan qeydlər ilə birgə nəzərə alınaraq sosial sığorta stajına da daxil edilməlidir. İlk öncə qeyd edilməlidir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmiş, imtina məktubunda və məhkəmə təqdim edilən etiraz və etiraza əlavə məktublarında iddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olmadığı bildirilmişdir. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Məhkəmə qeyd edir ki, AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Qazma bəndində (10.1) fəhlələr yarımbəndində vəzifələr nəzərdə tutulmuşdur. İddiaçı təqdim etdiyi 17 mart 1986-cı il tarixli ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az 01 il 10 11 gün təşkil edir. Belə ki, iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi dövr mübahisələndirilməyən güzəştli iş stajı hesab edilərək, sosial sığorta stajına daxil edilmişdir. Həmin siyahıda iddiaçının işlədiyi vəzifələr qeyd olunmasına baxmayaraq çalışdığı müəssisələrin fəaliyyəti Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsi ilə əlaqədar olmamış, həmin peşələr nəzərdə tutulmamışdır. SOCAR “Kompleks qazma işləri” trestinin xx.xx.2021-ci il tarixli, **********80020115X00233 nömrəli arxiv arayışından görünür ki, xx xxxx 1965-ci il təvəllüdlü İddiaçı həqiqətən “Azneft” tehsalat X2 Nəqliyyat, X7 İdarəsində işləmişdir. “Azneft” İstehsalat Birliyinin xx.xx.2003-cü il tarixli, 08 saylı əmrinə əsasən X3 İdarəsi nəqliyyat sexi kimi xx.xx.2003-cü il tarixindən X7 İdarəsinin tərkibinə verilmişdir. “Azneft” İstehsalat Birliyinin xx.xx.2005-ci il tarixli, 25 saylı əmrinə əsasən X7 idarəsi qazma sexi kimi X5 İşləri İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmış, X5 İşləri idarəsi və X8 İdarəsi yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi trestin tabeliyinə verilmişdir. Kompleks qazma işləri” trestinin xx.xx.2012-ci il tarixli, 82 saylı əmrinə əsasən X5 İşləri İdarəsi qazma sexi kimi X8 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR /13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “KompleksQazma işləri“ trestinin X8 İdarəsi ləğv olunaraq trestin Abşeron İstehsalat bölümü kimi fəaliyyət göstərmişdir. “Kompleks qazma işləri“ trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********0040020A00070 saylı əmrinə əsasən “Siyəzən”, "Qaradağ-Qalmaz”, “Abşeron” İstehsalat bölümləri hal-hazırda “Abşeron” istehsalat bölümü kimi fəaliyyət göstərir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1100000a-14050kodu ilə quyuların sementlənməsi üzrə maşinistlər peşəsi 09 ay, 17 gün güzəştli iş stajı təşkil edir. İş materiallarına əlavə edilən SOCAR “Kompleks qazma işləri” trestinin xx.xx.2022-ci il tarixli, SOCAR**********30020123X00062 nömrəli məktubuna əsasən İddiaçı işlədiyi vəzifələrin (peşələrin) güzəştli iş stajına daxil edilmədiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən qeyd edilən arayışlar nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 1 il 10 ay 11 gün (xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) nəzərə alınmışdır. Nəzərə alınmalıdır ki, İddiaçı İPM-in 13-cü maddəsinin tələbləri üzrə iddianın dəyişdirilərək “57 yaşdan” və ya “60 yaşdan” güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi kimi göstərilməsinin tövsiyə olunmasını məqsədəuyğun saymamışdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən əvvəlki və sonrakı dövrdə qüvvədə olan tələbləri üzrə müvafiq olaraq 57 yaşdan və 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Çünki mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (Azərbaycan Respublikası Nazirlər Kabinetinın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 57 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. yəni ümumi iş stajı və güzəştli iş stajının hər ikisinin mövcudluğu pensiya təyini üçün əsas hesab edilir və qeyd olunan şərtlərdən hər-hansı birinin mövcud olmamağı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbinin təmin edilməsini istisna edir. İddiaçı 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan azdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinı münasibətdə isə, onun 57 yaşı 16 iyul 2022-ci il tarixdə, yəni 1 iyul 2017-ci il tarixdən sonra tamam olduğundan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 57 yaş deyil, 60 yaşın tamam olması tələb olunur və iddiaçının məhkəmədə iddia qaldırdığı zaman 60 yaşı olmamışdır. Belə olan halda, İddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə 10 ildən artıq iş stajına malik olmadığından (xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilədək olan 9 ay 17 gün və mübahisəsiz dövr kimi heab edilən xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövr 1 il 10 ay 11 gün, cəmi 2 il 7 ay 28 gün), onun «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtinası qanuna zidd sayıla bilməz. Odur ki, iddiaçının “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi əsassızdır. İddiaçının ikiinci tələbi, yəni “keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbi birinci tələbdən törəmə və asılı olduğundan, iddia həmin hissədə də əsaslı deyil. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödnilməmiş pensiya məbləğinin iddiaçıya birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkürəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar