Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-66/2020 01.12.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı “xxxx” X5 nümayəndəsi və vəkili X1, Cavabdeh Şirvan şəhər Bələdiyyəsinin nümayəndəsi X6, Üçüncü şəxs Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “xxxx” X5 cavabdeh Şirvan şəhər Bələdiyyəsinə qarşı “xx xxxx 2015-ci il tarixli və xx xxxx 2015-ci il tarixli qərarlarını qanunsuz əlverişsiz inzibati akt hesab edilməsi və həmin qərarların ləğv edilməsi” barədə iddia ərizəsi üzrə işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı “xxxx” X5 cavabdeh Şirvan şəhər Bələdiyyəsinə qarşı “xx xxxx 2015-ci il tarixli və xx xxxx 2015-ci il tarixli qərarlarını qanunsuz əlverişsiz inzibati akt hesab edilməsi və həmin qərarların ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(120)-66/2020 saylı qərardadı ilə Şirvan şəhər İcra Hakimiyyətinin iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin, tərəflər işin halları və mübahisənin vəziyyəti, həmçinin iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün xx xxxxxx 2020-ci il tarixdə, saat 09:30da məhkəməyə dəvət olunmuşlar. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Həsənov İlham Böyükkişi oğlunun, Həsənov Təyyar Böyükkişi oğlunun və X2 iştirakı ilə xx xxxxxxxx 1992-ci il tarixli Yığıncaqda “xxxx" Kiçik Müəssisəsinin (bundan sonra Müəssisə) təsis edilməsi, Həsənov İlham Böyükkişi oğlunun müəssisəninn direktoru təyin edilməsi barədə qərar qəbul edilib. Azərbaycan Respublikası Əli Bayramlı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxx 1993-cü il tarixli, 347 saylı Sərəncamı ilə Müəssisə qeydiyyata alınıb. Əli Bayramlı şəhər X16 Rəyasət Heyətinin xx xxxx 1993-cü il 05 saylı qərarı ilə Müəssisənin xx xxx 1993-cü il tarixli məktubu nəzərə alınaraq müəssisənin fəaliyyət göstərməsi üçün şəhər elektrik şəbəkəsinin yardımçı təsərrüfatının şərq hissəsində 0,5 hektar torpaq sahəsi ayrılıb. M.G.Şahbazovun, T.Həsənovun, İ.Quliyevin, R.Dadaşovun və İ.Həsənovun iştirakı ilə keçirilən müəssisə üzvlərinin Ümumi Yığıncağının xx xxxxxx 1996-cı il tarixli qərarı ilə Müəssisənin bazasında “xxxx” X5 (bundan sonra Fermer Təsərrüfatı) yaradılması və nizamnaməsinin təsdiq edilməsi qərara alınıb. Azərbaycan Respublikası Əli Bayramlı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1996-cı il tarixli, 08 saylı Sərəncamı ilə Müəssisənin bazasında Fermer Təsərrüfatının yaradılması, nizamnaməsinin təsdiq edilməsi və başqa məsələlər qərara alınıb. 2015-ci ildə “xxxx” X5 başçısı müəssisəyə ayrılmış 0,5 hektar torpaq sahəsinin Fermer Təsərrüfatının adına rəsmiləşdirilməsi üçün Cavabdehnə müraciət edib. Bələdiyyədən bildirilib ki, həmin torpaq sahəsi bələdiyyələrin yaradılmasından öncə Müəssisəyə ayrıldığından sənədləşmə işlərinin qanuni aparılması üçün təsərrüfat yazılı ərizə ilə formal olaraq torpaq sahəsindən imtina etməli və onun bələdiyyənin balansına qəbul edilməsini xahiş etməlidir. Bələdiyyə həmin ərizə əsasında torpaq sahəsini balansına qəbul etdikdən sonra qanuni sənədlər əsasında onun yenidən Fermer Təsərrüfatına ayrılması barədə qərar qəbul edəcək və həmin qərar əsasında Fermer Təsərrüfatı torpağa mülkiyyət hüququnu təsdiq edən sənədi asanlıqla əldə edəcək. Fermer Təsərrüfatının rəhbəri sənədləşmə işlərinin tez aparılması üçün Fermer Təsərrüfatının üzvlərinin Ümumi Yığıncağını keçirmədən və təsərrüfat üzvlərinin razılığını almadan xx xxxx 2015-ci il tarixli ərizə ilə Cavabdehnə müraciət edərək Müəssisəyə ayrılmış 0,5 hektar torpaq sahəsinin müəssisədən geri alınmasını xahiş edib. Ərizəni bələdiyyənin işçisi tərtib edib, fermer təsərrüfatının başçısı isə sadəcə onu imzalayıb. Cavabdeh Yerli X10 daimi Komissiyasının xx xxxx 2015-ci il tarixli 05 saylı iclasında məsələ müzakirə olunaraq Müəssisəyə ayrılmış torpaq sahəsinin Bələdiyyənin ehtiyat fonduna daxil edilməsi məqsədəuyğun hesab edilib və məsələnin Bələdiyyənin iclasına çıxarılması qərara alınıb. Cavabdeh xx xxxx 2015-ci il tarixli 11 saylı iclasının protokolundan görünür ki, Müəssisəyə ayrılmış 0,5 hektar torpaq sahəsinin Cavabdeh ehtiyat fonduna daxil edilməsi qərara alınıb. Fermer təsərrüfatı qərar barədə məlumatlandırılmayıb. Sonradan bələdiyyənin qərarından xəbər tutan Həsənov İlham Böyükkişi oğlu Cavabdehnə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan İrızibati-İqtisadi Məhkəməsinə müraciət edib. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2-1(086)-764/2018 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İlham Həsənov bu qərardaddan apelyasiya və kassasiya şikayətləri versə də, yuxarı instansiya məhkəmələri qərardadı qüvvədə saxlamışdırlar. Odur ki, qeyd olunanların nəzərə alınaraq iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” X5 nümayəndəsi və vəkili X3 izahatında xx xxxx 2015-ci il tarixli və xx xxxx 2015-ci il tarixli qərarlarını qanunsuz əlverişsiz inzibati akt hesab edilməsi və həmin qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Şirvan şəhər Bələdiyyəsinin nümayəndəsi X12 izahatında iddia tələbini qəbul etmədiyini və xx xxxx 2015-ci il tarixli və xx xxxx 2015-ci il tarixli qərarların ləğv edilməsi barədə iddiaçının iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndəsi X7 izahatında iddia tələbini qəbul etmədiyini və xx xxxx 2015-ci il tarixli və xx xxxx 2015-ci il tarixli qərarların ləğv edilməsi barədə iddiaçının iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, iddiaçı “xxxx” X5 iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən bir də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçının nümayəndəsinə şifahi və özünə yazılı şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqlarını, yəni subyektiv hüququnun olmasına və yaxud cavabdeh inzibati orqan tərəfindən subyektiv hüququnun pozulmasına, həmçinin mübahisəli qərardan qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilməsinə dair sübutların təqdim edilməsi izah etmişdir. Buna baxmayaraq iddiaçının nümayəndəsi və vəkili həmin sübutları məhkəməyə təqdim etməmiş, iddia tələbinə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Belə ki, iş materiallarında olan “xxxx” kiçik müəssisəsinin xx xxxxxx 1996-cı il tarixli, 1 nömrəli protokolundan görünür ki, xxxx kiçik müəssisəsinin bazasında xxxx X11 yaradılmış və onun nizamnaməsi təsdiq edilmiş və Həsənov İlham Böyükkişi oğlu həmin fermer təsərrüfatının başçısı seçilmişdir. İş materiallarında olan “xxxx“ fermer təsərrüfatının nizamnaməsindən görünür ki, təsərrüfat xx.xx.1996-cı il tarixli protokolu ilə yaradılmış və Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1996-cı il tarixli 8 saylı sərəncamı ilə təsdiq edilmişdir. İş materiallarında olan xx xxxxxx 1996-cı il tarixli, AB 104704 saylı şəhadətnamədən görünür ki, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan “xxxx" X11 vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan Əli Bayramlı şəhər XDS Rəyasət Heyətinin xx xxxx 1993-cü il tarixli iclasının 05 nömrəli protokolundan çıxarışdan görünür ki, Əli Bayramlı şəhər İcra Hakimiyyətinin xx xxxxx 1993-cü il tarixli, 347 saylı sərəncamı ilə qeydə alınmış “xxxx” kiçik müəssisəsinin xx xxx 1993-cü il tarixli 01 saylı məktubunu nəzərə alaraq müəssisənin fəaliyyət göstərməsi üçün şəhər elektrik şəbəkəsinin yardımçı təsərrüfatının şərq hissəsində 0,5 hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan “xxxx” kiçik müəssisəsinin direktoru Həsənov İlham Böyükkişi oğlunun Şirvan şəhər bələdiyyəsinin sədrinə ünvanladığı xx.xx.2015-ci il tarixli ərizəsində qeyd edilmişdir: “Əli Bayramlı şəhər İcra Hakimiyyətinin xx xxxxx 1993-cü il tarixli, 347 saylı sərəncamı ilə qeydə alınan “xxxx” kiçik müəssisəsinə fəaliyyət göstərməsi üçün Əli Bayramlı XDS-nin xx.xx.1993-cü il 05 saylı qərarı ilə şəhər elektrik şəbəkəsinin yardımçı təsərrüfatının şərq hissəsində 0,5 hektar torpaq sahəsi ayrılmışdır. İlk əvvəl bu torpaq sahəsi müəssisəmizin ehtiyacları üçün istifadə olunmuş, lakin uzun müddətdir ki, torpaq sahəsi baxımsız qalmışdır. Bizim müəssisəmiz üçün ayrılmış 0,5 hektar torpaq sahəsinin münbitliyinə, ekoloji durumuna və sanitar vəziyyətinə nəzarət edə bilmədiyimiz üçün xahiş edirik torpaq sahəsinin bizim müəssisəmizdən geri alınmasına köməklik edəsiniz”. İş materiallarında olan Cavabdeh Yerli X10 daimi komissiyasının iclasının xx.xx.2015-ci il tarixli, 06 nömrəli iclas protokolundan görünür ki, “xxxx” kiçik müəssisəsinin xx.xx.2015-ci il tarixli 03 saylı məktubu və Bələdiyyəyə təqdim etdiyi sənədlərin nəzərə alınması, “xxxx” kiçik müəssisəsinin könüllü imtina etdiyi 0,5 ha torpaq sahəsinin Bələdiyyənin ehtiyat fonduna daxil edilməsi məqsədəuyğun hesab olunması, Yerli İqtisad- İnkişaf məsələləri daimi komissiyasının qəbul etdiyi qərarın təsdiqinin bələdiyyə iclasından xahiş edilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh xx.xx.2015-ci il tarixli, 11 nömrəli iclas protokolundan görünür ki, Yerli X10 daimi komissiyasının xx xxxx 2015-ci il tarixli 05 saylı iclasında məsələ üzrə qəbul etdiyi qərarın nəzərə alınması, “xxxx” kiçik müəssisəsinin xx.xx.2015-ci il tarixli 03 saylı məktubu və Bələdiyyəyə təqdim etdiyi sənədlərin nəzərə alınması, “xxxx” kiçik müəssisəsinin könüllü imtina etdiyi 0,5 ha torpaq sahəsinin Bələdiyyənin ehtiyat fonduna daxil edilməsi, “xxxx” kiçik müəssisəsi tərəfindən könüllü geri qaytarılmış torpaq sahəsinin sanitar vəziyyətinə və ekoloji şəraitinə Bələdiyyə tərəfindən ciddi nəzarət edilməsi, qərarın icrasına nəzarət Bələdiyyənin Yerli X10 üzrə daimi komissiyasına həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh xx.xx.2015-ci il tarixli sərəncamından görünür ki, “xxxx” kiçik müəssisəsinin direktorunun məktubla Bələdiyəyə müraciət edərək şəhər elektrik şəbəkəsinin yardımçı təsərrüfatının şərq hissəsində 0,5 ha torpaq sahəsindən könüllü imtina etdiyinə görə müraciətinin nəzərə alınması, icarəçi tərəfindən könüllü surətdə geri qaytarılmış torpaq sahəsi ilə bağlı sənədlərə və ərizəyə müvafiq komissiyada baxılaraq bələdiyyə iclasına məsələ hazırlanması barədə sərəcam verilmişdir. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyətinin məhkəməyə göndərdiyi iddia ərizəsinə etirazında qeyd edilmişdir: “iddiaçı “xxxx“ X11 cavabdeh Şirvan şəhər Cavabdehnə qarşı xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli qərarlarının qanunsuz əlverişsiz inzibati aklt hesab edilməsi və həmin qərarların ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibat Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(120)66/2020 saylı qərardadı ilə iddiaçı “xxxx“ X11 cavabdeh Şirvan şəhər Bələdiyyəsinə qarşı xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli qərarlarının qanunsuz əlverişsiz inzibati akt hesab edilməsi və həmin qərarların ləğv edilməsi barədə iddia tələbi üzrə Şirvan şəhər İcra Hakimiyyəti iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbini qəbul etmirik, onu əsassız və qanunsuz hesab edirik. Etirazımızı onunla əsaslandırırıq ki, Əli Bayramlı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 347 saylı sərəncamının 1-ci bəndi ilə “xxxx” kiçik müəssisəsinin Nizamnaməsi qeydə alınmış, 5-ci bəndi ilə şəhər statistika idarəsinə, vergi müfəttişliyinə, sosial müdafiə fonduna hesabların vaxtında təqdim olunmasını, məşğulluq və auditor mərkəzlərində qeydiyyatdan keçirilməsini təmin etmək müəssisənin direktoru İ.Həsənova tapşıırlmışdır. Əli Bayramlı şəhər X17 Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 05 saylı Qərarı ilə “xxxx” kiçik müəssisəsinin xx.xx.1993-cü il tarixli məktubu nəzərə alınaraq müəssisəsinin fəaliyyət göstərməsi üçün şəhər Elektrik Şəbəkəsinin yardımçı təsərrüfatının şərq hissəsində 0.5 ha torpaq sahəsi ayrılmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, müəssisə üzvlərinin ümimi yığıncağının 1996cı il tarixli qərarı ilə müəssisəninn bazasında “xxxx“ X5 yaradılması və nizamanəsinin təsdiq edilməsi qərara alınaraq Əli Bayramlı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996cı il tarixli 08 saylı Sərəncamı ilə KXT-nin yaradılması nizamnaməsinin təsdiq edilməsi qərara alınmışdır. “xxxx” KM-nin direktoru Həsənov İlham Böyükkişi oğlu xx.xx.2015-ci il tarixli 03 saylı məktubla Şirvan şəhər Cavabdehnə müraciət edərək müəssisəyə ayrılmış 0.5 ha torpaq sahəsinin müəssisədən geri alınmasını xahiş etmişdir. Müraciət nəzərə alınaraq Şirvan şəhər X9 X10 Daimi Komissiyasının xx.xx.2015-ci il tarixli 05 saylı iclas protokolu ilə müəssisə tərəfindən 0.5 ha torpağın könüllü olaraq geri qaytarılması ilə əlaqədar olaraq həmin torpaq sahəsinin bələdiyyənin ehtiyat fonduna daxil edilməsi məqsədə uyğun hesab edilmişdir. Şirvan şəhəri Cavabdeh xx.xx.2015-ci il tarixli 11 saylı iclasının qərarı ilə KM-ə ayrılmış 0.5 ha torpaq sahəsinin Şirvan şəhər Cavabdeh ehtiyat fonduna daxil edilməsi qərara alınmışdır. Həsənov İlham Böyükkişi oğlu Şirvan şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə X14 Məhkəməsinə müraciət edərək Şirvan şəhər Cavabdeh xx.xx.2015-ci il tarixli 05 saylı qərarının ləğv edilməsinin xahiş etmişdir. X14 Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 1(086)764/2018 saylı qərardadı ilə X18 Böyükkişi oğlunun cavabdeh Şirvan şəhər Cavabdehnə qarşı Cavabdeh xx.xx.2015-ci il tarixli 05 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Bundan narazı qalan iddiaçı Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına apelyasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2- 1(106)510/2018 saylı qərardadı ilə X14 Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 1(086)764/2018 saylı qərardadından X18 Böyükkişi oğlu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, X18 Böyükkişi oğlunun cavabdeh Şirvan şəhər Cavabdehnə qarşı Cavabdeh xx.xx.2015-ci il tarixli 05 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması barədə X14 Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(086)764/2018 saylı qərardadının X18 Böyükkişi oğlu tərəfindən verilmiş şikayətə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. X18 Böyükkişi oğlu iddia ərizəsində göstərmişdir ki, “2015-ci ildə “xxxx" X5 başçısı müəssisəyə ayrılmış 0.5 ha torpaq sahəsinin fermer təsərrüfatının adına rəsmiləşdirilməsi üçün Cavabdehnə müraciət edib və xx.xx.2015-ci il tarixli ərizə ilə müəssisəyə ayrılmış 0.5 ha torpaq sahəsinin müəssisədən geri alınmasını xahiş edib. Müraciət nəzərə alınaraq Şirvan şəhər Cavabdeh Yerli X10 Daimi Komissiyasının xx.xx.2015-ci il tarixli 05 saylı iclas protokolu ilə müəssisə tərəfindən 0.5 ha torpağın könüllü olaraq geri qaytarılması ilə əlaqədar olaraq həmin torpaq sahəsinin bələdiyyənin ehtiyat fonduna daxil edilməsi məqsədə uyğun hesab edilmişdir. Şirvan şəhəri Cavabdeh xx.xx.2015-ci il tarixli 11 saylı iclasının qərarı ilə KM-ə ayrılmış 0.5 ha torpaq sahəsinin Şirvan şəhər Cavabdeh ehtiyat fonduna daxil edilməsi qərara alınmışdır. Hesab edirik ki, Şirvan şəhəri Cavabdeh torpaq qanunvericiliyinin tələbinə tam riayət edərək iclas qərarı qəbul etmişdir. Torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə reyiminə uyğun istifadə etmək, təbiət qoruyucu istehsalat texnologiyalarnı tətbiq etmək təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməməsinə yol verməmək, torpaq vergisini və ya icarə haqqını vaxtında ödəmək, torpaqla bağlı kompleks mühafizə tədbirləri görmək, torpaq mülkiyyətçilərinin, istifadəçiləri və icarəçilərinin borcu olduğu halda, “xxxx” KM bu öhdəlikləri yerinə yetirə bilmədiyi üçün Şirvan şəhəri Cavabdehnə bu müraciəti ünvanlamışdır. Torpağın geri qaytarılması ilə bağlı qəbul edilmiş qərar Azərbaycan Respubllikasının Torpaq Məcəlləsinin 73.1.1-ci 73.1.7-ci, 75.1 -ci və 82-ci maddələrini tələblərinə riayət etməklə qəbul edilmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Əli Bayramlı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 347 saylı sərəncamı ilə “xxxx” KM-nin Nizamnaməsi və xx.xx.1996-cı il tarixli 08 saylı sərəncamı ilə KM-nin bazasında “xxxx” KFT-nin yaradılması Nizamnaməsi təsdiq edilmişdir. Nizamnamənin təsdiq edilməsi həmin KM-nin və KFT-nin dövlət qeydiyyatından keçməsi və fəaliyyət göstərməsini təsdiq edən sənədlər deyildir, belə ki, onlar fəaliyyət göstərirdilərsə, ərazi vergilər idarəsində dövlət qeydiyyatına alınaraq onlara hüquqi şəxs kimi VÖEN verilməli idi. Eyni zamanda, həmin hüquqi şəxslər DSMF-də, Statistika idarəsində qeydə düşməli, işçiləri ilə əmək müqaviləsi bağlanılmalı, onlara əmək haqqı ödəməli, əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqqları DSMF-yə ödənilməli idi. Eyni zamanda, kiçik müəssisəyə ayrılmış 0.5 ha torpaq sahəsi onun ayrıldığı xx.xx.1993-cü il tarixdən geri alındığı xx.xx.2015-ci il tarixədək dövlət qeydiyyatına alınmamış, həmin torpaq sahəsinə icarə müqaviləsi bağlanılmamış, torpaq vergiləri ödənilməmişdir. Bütün bunlar göstərir ki, “xxxx” KM və “xxxx” KFT-nin heç bir fəaliyyəti, işçiləri olmamışdır. Əgər bu təşkilatlar fəaliyyət göstərmişsə məhkəməyə VÖENnin surətini işçilərin əmək haqqının ödənilməsi cədvəllərini DSMF-yə məcburi dövlət sosial sığorta haqqları köçürülməsini, vergi orqanlarına hər hansı birbəyannamənin təqdim olunmasını təsdiq edən hər hansı bir sənədi təqdim etsin. Göründüyü kimi iddiaçı xx.xx.2015-ci il tarixli 03 saylı məktubla “xxxx” KM-ə ayrılmış 0.5 ha torpaq sahəsinin geri alınması üçün Şirvan şəhəri Cavabdehnə müraciət etmişdir. Müəssisənin müraciəti əsasında göstərilən torpaq sahəsi Bələdiyyənin ehtiyat Fonduna qəbul edilmişdir. Bundan 3 il keçdikdən sonra iddiaçı X14 Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Şirvan şəhər Cavabdeh xx.xx.2015-ci il tarixli 05 saylı qərarının ləğv edilməsinin xahiş etmişdir. X14 Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(086)764/2018 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Bundan narazı qalan iddiaçı Şirvan Apelyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına apelyasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 08.11,2018-ci ii tarixli 2- 1(106)510/2018 saylı qərardadı ilə X14 Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 1(086)764/2018 saylı qərardadı ilə şikayət təmin edilməmişdir, bundan 2 il keçdikdən sonra iddiaçı hal hazırki iddianı qaldırmışdır. Göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən inzibati aktdan şikayət verilməsi üçün müəyyən edilmiş 30 gün müddət üzürsüz səbəbdən ötürülmüşdür. İddiaçı “xxxx" X11 cavabdeh Şirvan şəhər Cavabdehnə qarşı xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli qərarlarının qanunsuz əlverişsiz inzibati aklt hesab edilməsi və həmin qərarların ləğv edilməsi barədə iddiasının mümkün sayılmaması barədə qərardad çıxarasınız. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Əli Bayramlı şəhər X17 Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 05 saylı Qərarı ilə “xxxx” kiçik müəssisəsinin xx.xx.1993-cü il tarixli məktubu nəzərə alınaraq müəssisəsinin fəaliyyət göstərməsi üçün şəhər Elektrik Şəbəkəsinin yardımçı təsərrüfatının şərq hissəsində 0.5 ha torpaq sahəsi ayrılmışdır. Sonrada yəni xx.xx.2015-ci il tarixli 03 saylı məktubla həm “xxxx” KM-nin, həm də onun bazasında yaradılmış “xxxx" X5 direktoru Həsənov İlham Böyükkişi oğlu Şirvan şəhər Cavabdehnə müraciət edərək müəssisəyə ayrılmış 0.5 ha torpaq sahəsinin müəssisədən geri alınmasını xahiş etmişdir. Müraciət nəzərə alınaraq Şirvan şəhər X9 X10 Daimi Komissiyasının xx.xx.2015-ci il tarixli 05 saylı iclas protokolu ilə müəssisə tərəfindən 0.5 ha torpağın könüllü olaraq geri qaytarılması ilə əlaqədar olaraq həmin torpaq sahəsinin bələdiyyənin ehtiyat fonduna daxil edilməsi məqsədə uyğun hesab edilmişdir. Şirvan şəhəri Cavabdeh xx.xx.2015-ci il tarixli 11 saylı iclasının qərarı ilə KM-ə ayrılmış 0.5 ha torpaq sahəsinin Şirvan şəhər Cavabdeh ehtiyat fonduna daxil edilməsi qərara alınmışdır. Hazırda iddiaçı könüllü olaraq imtina etdiyi torpaq sahəsinin Cavabdeh ehtiyat fonduna daxil edilməsi ilə bağlı qərarları ləğv edilməsini xahiş edir. Məhkəmə müəyyən edilmiş işin faktiki hallarına qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının subyektiv hüququ pozulmamışdır. Belə ki, işin mübahisəsiz halı odur ki, torpaq sahəsindən imtina iddiaçının səlahiyyətli nümayəndəsi (direktorunun) rəsmi ərizəsi əsasında baş vermişdir. Məhz hazırda mübahisələndirilən qərarın məzmunundan da görmək olar ki, qərar iddiaçının ərizəsi əsasında qəbul edilmişdir. Başqa sözlə cavabdeh inzibati orqan tərəfindən iddiaçının iradəsinə zidd qanunla qorunan maraqlarına müdaxilə edilməmişdir. Məhkəmə onu da nəzərə çatdırır ki, hətta iddiaçının subyektiv hüququnun olmaması iş materiallarında olan qanuni qüvvəyə minmiş Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2-1(086)764/2018 saylı qərardadında da öz əksini tapır. Belə ki, həmin qərardad da (3-cü səhvə 3-cü abzas) qeyd edilir: “...Bununla yanaşı, sözügedən bələdiyyə qərarının qəbul edilməsinə səbəb “xxxx” kiçik müəssisəsinin torpaq sahəsinin geri qaytarılması barədə məktubu olmuşdur. Bu baxımdan cavabdeh inzibati orqan tərəfindən ki, “xxxx” kiçik müəssisəsinin də subyektib hüququnun pozulması halı müəyyən olunmur”. Məhkəmə qeyd edir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Bundan başqa şərti olaraq qəbul etsək ki, iddiaçının subyektiv hüququ var, bununla belə iddiaçı həmin iddianı qaldırılması üçün Qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Belə ki, iş materiallarında olan “xxxx” kiçik müəssisəsinin direktoru Həsənov İlham Böyükkişi oğlunun Şirvan şəhər bələdiyyəsinin sədrinə ünvanladığı xx.xx.2015-ci il tarixli ərizəsində qeyd edilmişdir: “Əli Bayramlı şəhər İcra Hakimiyyətinin xx xxxxx 1993-cü il tarixli, 347 saylı sərəncamı ilə qeydə alınan “xxxx” kiçik müəssisəsinə fəaliyyət göstərməsi üçün Əli Bayramlı XDS-nin xx.xx.1993-cü il 05 saylı qərarı ilə şəhər elektrik şəbəkəsinin yardımçı təsərrüfatının şərq hissəsində 0,5 hektar torpaq sahəsi ayrılmışdır. İlk əvvəl bu torpaq sahəsi müəssisəmizin ehtiyacları üçün istifadə olunmuş, lakin uzun müddətdir ki, torpaq sahəsi baxımsız qalmışdır. Bizim müəssisəmiz üçün ayrılmış 0,5 hektar torpaq sahəsinin münbitliyinə, ekoloji durumuna və sanitar vəziyyətinə nəzarət edə bilmədiyimiz üçün xahiş edirik torpaq sahəsinin bizim müəssisəmizdən geri alınmasına köməklik edəsiniz”. İş materiallarında olan Həsənov İlham Böyükkişi oğlunun Şirvan şəhəri Cavabdeh hazırda mübahisələndirilən qərarının ləğv edilməsi tələbi ilə bağlı iddia ərizəsinin surətindən görünür ki, həmin iddia ərizəsi xx.xx.2018-ci tarixdə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2-1(086)764/2018 saylı qərardadının təsdiq olunmuş surətindən görünür ki, X18 Böyükkişi oğlunun Cavabdehnə qarşı Cavabdeh xx.xx.2015-ci il tarixli, 05 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmaması qərara alınmışdır. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(106)510/2018 saylı qərardadının təsdiq olunmuş surətindən görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2-1(086)764/2018 saylı qərardadından X18 Böyükkişi oğlu tərəfindən verilmiş şikayət təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(102)-604/2019 saylı qərarının təsdiq olunmuş surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(106)510/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırkı iş üzrə iddiaçı hüquqi şəxsin direktoru (səlahiyyətli nümayəndəsi) hazırda mübahisələndirilən qərarın qəbul edilməsindən 2 ildən artıq vaxt keçdikdən sonra yəni xx.xx.2018-ci ildə həmin qərarın ləğv edilməsi ilə bağlı ilk dəfə məhkəmədə iddia qaldırmışdır. Həmin mübahisə üzrə yekun məhkəmə aktı xx xxxx 2019-cu il tarixində qəbul edilmişdir. Bundan sonra eyni tələblə yenidən yəni 2019-cu ilin sentyabr ayında yəni sonuncu məhkəmə aktının qəbulundan 5 aydan artıq vaxt keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, müəssisəyə məxsus torpaq sahəsindən imtina edilməsi ilə bağlı bələdiyəyə ünvanlanan xx.xx.2015-ci il tarixli ərizəni də, həmin ərizə əsasında qəbul edilmiş qərarların ləğv edilməsi ilə bağlı ilk dəfə qaldıran iddianı da, həmçinin hazırkı iddianı da imzalayan şəxs eyni şəxs yəni Həsənov İlham Böyükkişi oğlu olmuşdur. Həsənov İlham Böyükkişi oğlu həm “xxxx” kiçik müəssisəsinin həm də “xxxx” X5 direktoru olmuşdur. Nəzərə alsaq ki, hüquqi şəxs digər şəxslər qarşısında qanuni təmsilçiləri vasitəsilə təmsil olunur bu zaman hazırkı iddia ərizəsi üzrə iddiaçı hüquqi şəxsin həmin qərardan qanuni nümayəndəsi (direktoru) vasitəsi ilə hələ birinci məhkəmə mübahisəsi zamanı məlumatlı olduğu müəyyən olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, sözügedən qərarların mübahisələndirilməsi ilə bağlı hələ birinci dəfə məhkəmədə iddia qaldıranda iddiaçı hazırkı iddia tələbi üzrə məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin vurğulayır ki, iş üzrə İPM-in 24-cü maddəsində göstərilən halların (təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar) mövcudluğu ilə bağlı xüsusatlar müəyyən edilmədiyindən, İPM-in 13 və 24.1-ci maddəri üzrə “buraxılmış müddətin bərpası barədə” ərizə verilməsi iddiaçıya tövsiyə olunmamışdır. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, hazırkı iddia mümkün iddia deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı “xxxx” X5 cavabdeh Şirvan şəhər Bələdiyyəsinə qarşı “xx xxxx 2015-ci il tarixli və xx xxxx 2015-ci il tarixli qərarlarını qanunsuz əlverişsiz inzibati akt hesab edilməsi və həmin qərarların ləğv edilməsi” barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46.3, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” X5 cavabdeh Şirvan şəhər Bələdiyyəsinə qarşı “xx xxxx 2015-ci il tarixli və xx xxxx 2015-ci il tarixli qərarlarını qanunsuz əlverişsiz inzibati akt hesab edilməsi və həmin qərarların ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-66/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-66/2020
01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver