Məhkəmə qərarları › İş №2-1(120)-66/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-66/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-66/2024 24.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “xx.xx.1989-cu il tarixli qeydiyat vəsiqəsinin və xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə və üçüncü şəxs X17 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X10 adına Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 23 dekabr 1989-cu il tarixli qeydiyyat vəsiqəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsində ********** nömrəsi ilə onun adına qeydiyyata alınmış 14 may 2019-cu il tarixli çıxarışın ləğv edilməsi vəzifəsini” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-1618/2021 saylı qərardadı ilə İddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı üçüncü şəxs X10 dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyatının aparılması ilə bağlı cavabdeh inzibati orqanın (6 saylı ərazi idarəsi) hərəkətlərinin qanunsuz hesab edilməsi, həmin hərəkətlər nəticəsində xx.xx.2019-cu il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi kimi baxılması qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-285/2022 saylı qərardadı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə qarşı “X10 dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyatının aparılması ilə bağlı cavabdeh inzibati orqanın (6 saylı ərazi idarəsi) hərəkətlərinin qanunsuz hesab edilməsi, həmin hərəkətlər nəticəsində xx.xx.2019-cu il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi” barədə iddiası üzrə X25 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2-1(120)-66/2024 saylı qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “xx.xx.1989-cu il tarixli qeydiyat vəsiqəsinin və xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi” kimi baxılması qəbul edilmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 271 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 2ində iki mərtəbəli dörd otaqdan ibarət fərdi yaşayış evi adına mülkiyyət hüququ əsasında 22 oktyabr 2001-ci il tarixdə qeydə alınaraq 2/1 nömrə ilə reyestr kitabına yazılmışdır. Lakin indi ona məlum olmuşdur ki, X8 X24 İcrayə Komitəsinin Qərarı (həmin qərarın verilməsinə əsas olan 05 sentyabr 1985-ci il tarixli, 46 B nömrəli protokol arxivdə aşkarlanmayıb) və 1989-cu ildə tərtib edilmiş X3 yaşayış evinin texniki pasportunda ev sahibi kimi qeyd edilmiş X9 adının üzərindən xətt çəkərək ev sahibi kimi qanunsuz olaraq X25 yazılaraq (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, kriminalistika və kriminologiya problemləri institutu tərəfindən verilmiş 27 sentyabr 2000 ci il tarixli, 2728 saylı məhkəmə ekspertizasının rəyi) Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə təqdim etmiş və həmin İdarə təqdim olunmuş saxta sənədləri araşdırmadan həmin saxta sənədlər əsasında X10 adına 23 dekabr 1989-cu il tarixdə Qeydiyyat Vəsiqəsi vermiş, həmin vəsiqə əsasında da 14 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsində ********** nömrəsi ilə qeydiyyata alınmış Çıxarış verilmişdir.Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X10 adma verilmiş 23 dekabr 1989-cu il tarixli Qeydiyyat Vəsiqəsinin və 14 may 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsində ********** nömrəsi ilə onun adına qeydiyyata alınmış Çıxarışın ləğv edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi 27 iyul 2021-ci tarixli mürciətinə 09 avqust 2021-ci il tarixli cavabla imtina edərək məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Üçüncü şəxs X25 tərəfindən məhkəməyə iddia ərizəsinə etiraz və mülahizə təqdim edilmiş və göstərilmişdir ki, aşağıda göstərilən hallara görə İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Ərazi idarəsinə qarşı və 3-cii şəxs kimi mənə:-X26ma qarşı, olan iddiasını, əsassız idda kimi qəbul etmir və rədd olunmasını xahiş etmişdir. Etiraza əlavə etdiyi 11 oktyabr 1990-cı il və 07 fevral 2001-ci il tarixli Beyləqan rayon məhkəmə qətnamələrinin surətlərindən göründüyü kimi, hələ o zamandan onun mübahisəli ev üzərində xüsusi mükliyyət hüququ mövcud olmuş və bu hüquq qeydiyyata alınmışdır. Bu məhkəmə prosesslərinin iştirakçısı olmuş İddiaçı ev üzərində onun mülkiyyət hüququnun qeydə alındığını bilmişdir. Lakin buna baxmayaraq Qeydiyyat idarəsini aldadaraq, həmin ev, mülk üzərində onun mülkiyyət hüququ mövcud olduğu halda, saxta sənədlər təqdim etməklə özünə də, həmin mülk üzərində şəxsi mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsi əldə etmişdir, İndi isə 30 il keçdikdən sonra məhkəməyə müraciət edərək onun adına aparılan qeydiyyatın ləğv edilməsini tələb edir. Bu isə ən azından iddia müddətinin buraxılması deməkdir. Ona görə də, ilk növbədə iddia müddəti normaları tətbiq edilməklə iddia rədd edilməlidir. Ünvanına göndərilən 13 sentyabr 2021ci il tarixli, 2-1 (120)-1618/2021 saylı sərəncam və ona əlavə edilmiş iddia ərizəsinin surətindən məlum olur ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət texniki invertarlaşdırılma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən İddiaçı adına 1-ci Şahsevən kəndində yerləşən 4 otaqdan, 2 mərtəbədən ibarət yaşayış evi üzərində 22 oktyabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət texniki invertarlaşdırılma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi Beyləqan rayon Dövlət texniki invertarlaşdırılma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən İddiaçı adma 271 nömrə altında mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Bunu əsas tutaraq o, bu ev üzərində ona məxsus mülkiyyət hüququna dair aparılmış qeydiyyatın ləğv edilməsini xahiş edir. Bu ev üzərində E.N. Nəsirovun adma edilən qeydəalma qanunsuz aparılmışdır. Belə ki, həmin mülkün sahibi odur və ev mülkiyyət hüququ ilə ona məxsusdur. E. Nəsirovun atası Nəsir Nəsirovla 1978-ci ildə qanuni nikah münasibətlərinə girib birlikdə ona məxsus kənd evində yaşamağa başlamışlar. Lakin bu ev və ona bitişik həyətyanı sahə heç kimin adma olmayıb. Mən oraya köçdükdən sonra oraya qeydiyyata düşmüşdür və kənd sovetliyində torpaq və tikili onun adına qeydə alınmışdır. Ailədə yeganə qazanc gətirən o olmuşdur. Bu dövrdə həyat yoldaşının dəstəyi, şəxsi vəsaiti və gücü hesabına həmin torpaq sahəsində yaşadıqları köhnə evin yerində 2 mərtəbəli təzə daş ev tikmişdir. Bu zaman İddiaçı kənddə yaşamırdı. O, Qazaxıstan Respublikasının Şevçenko şəhərdinə yaşamaqla Daxili İşlər orqanlarında işləyirdi. Daimi qeydiyyatı isə atasına məxsus olan ünvan 1 ünvanında idi. Cavabdeh İddiaçı kənddə evləndikdən sonra həyat yoldaşı Mətanət Həsənovanı kənddə atasının evində qoyub yenidən Qazaxıstan Respublikasına qayıtmışdı. Həyat yoldaşı ağır xəstə yatarkən oğlu İddiaçı kəndə qayıtdı və müvəqqəti olaraq onun tikdiyi evdə yaşamağa başladı. Atası öldükdən sonra isə həyat yoldaşı M.Həsənovanı da evə gətirdi və burada yaşamağa başladılar. Həyat yoldaşı N.Nəsirov 1989-cu ildə rəhmətə getdiyi zaman o da Bakı şəhərində pasport qeydiyyatında idi. Mübahisəli evdə yeganə olaraq o, qeydiyyatda olmuşdur və torpaq sahəsi ilə tikinti də onun adına olmuşdur. Mülk faktik olaraq həyat yoldaşına məxsus olmuş olsa belə, onun ölümündən sonra onun həyat yoldaşı və birinci dərəcəli vərəsəsi kimi əmlak ona keçməlidir. İndi necə olur ki, ev tam həcmdə onun oğlu tərəfindən ələ keçirilmiş olsun. Onun adına evə dair qeydiyyat aparılıb. Halbuki, evin bütün rəsmi sənədləri onun adına olub və rəsmiləşdirilib. Ərizəsinə əlavə etdiyi 05 sentyabr 1985-ci il tarixli 271 say altında qeydiyyata aparılmış vəsiqədən göründüyü kimi, mübahisəli ev onun adına qeydiyyata alınmışdır. Göründüyü kimi, bu qeydiyyat həyat yoldaşı vəfat etməmişdən 3 il əvvəl qeydiyyat aparılmışdır. Eyni zamanda həyat yoJdaşmnn ölümündən sonra hal-hazırda mübahisə predmetinə çevrilmiş mənzilə aid X3 yaşayış evinin texniki pasportundan göründüyü kimi onun adına qeyd olunmuşdur. Heç təsadüfi deyil ki, bu rəsmi sənədlər əsas götürülməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsi tərəfindən onun adına 14 may 2019-cu il tarixli ********** nömrəli çıxarış verilmişdir. Onun İddiaçı adına çıxarışın mövcud olduğu barədə məlumatı olmamışdır. Yalnız məhkəmə qətnaməsindən apellyasiya şikayəti verərəkən belə bir çıxarışın mövcudluğunu ona başa salıblar. Onun şikayəti əsasında məhkəmə qətnaməsi ləğv edilib və işin icraatına xitam verilib. Qeyd edir ki, onun 83 yaşı var. Bundan əvvəldə onların cavabdehlə bir sıra məhkəmə çəkişmələri mövcud olmuşdur. Məhkəmə qətnamələri ilə ona məxsus evdə yaşayış hüququ verilmiş və İddiaçı ailə üzvləri ilə birlikdə ona məxsus olan evdən çıxarılmasına dair iddiası rədd olunmuşdur. Lakin cavabdeh onun təkliyindən və yaşlı qadın olduğundan sui-istifadə edərək, nəinki, evdə müvəqqəti yaşamağa başlamış, hətta onu da oradan sıxışdırıb çıxartdılar. Hal-hazırda onun heç bir digər mənzili yoxdur. X7 yataqxanasında müvəqqəti məskunlaşmışdır. Mübahisəli ev şəxsən ona məxsusdur. Onun vəsaiti və qüvvəsi ilə tikilmişdir. Burada nə İddiaçı, nə də onun atası Nəsir Nəsirovun heç bir əməyi və vəsaiti xərclənməmişdir. Lakin, Beyləqan rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(020)-1182/2020 saylı qətnaməsindən görünür ki, ünvan 2ində 4 otaqdan, 2 mərtəbədən ibarət yaşayış evi İddiaçı adına 271 nömrə altında mülkiyyət hüququ əsasında 22 oktyabr 2001-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət texniki invertarlaşdınlma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi Beyləqan rayon Dövlət texniki invertarlaşdınlma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən qeydə alınmışdır. Bu qeydiyyatın aparılmasının heç bir hüquqi əsası yoxdur. Ona məxsus olan ev hansı əsaslarla başqasının adına mülkiyyət hüququna dair qeydiyyata alına bilərdi? AR Mülki Məcəllənin 139-cu maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar qeyd olunmuşdur. Bu əsasların heç biri cavabdeh İddiaçı adına dövlət qeydiyyat aparılması üçün əsas vermirdi. Yuxarıda göstərilənləri nəzərə alaraq, E.N. Nəsirovun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reestr Xidmətinin 6 saylı Ərazi idarəsinə qarşı və 3-cü şəxs X26ma qarşı, X12 adma Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət texniki invertarlaşdırılma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi Beyləqan rayon Dövlət texniki invertarlaşdırılma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 23 dekabr 1989-cu il tarixli qeydiyyat vəsiqəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reestr Xidmətinin 6 saylı Ərazi idarəsində ********** nömrəsi ilə onun adma qeydiyyata alınmış 14 may 2019-cu il tarixli çıxarışın ləğv edilməsi tələbini əsassız hesab etməklə qəbul etmir və rədd olunmasına dair qətnamə çıxarılmasım xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X13 iddia ərizəsini müdafiə edərək, uzun illərdən bəridir ki, mübahisəli fərdi yaşayış evində yaşadıqlarını bildirmiş və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi X18 iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi və üçüncü şəxs X25 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. - AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1959-cu il tarixdə doğulmuş Nəsirov X16 rayonu, 1-ci Şahsevən kənd ünvanında qeydiyyatdadır. - İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli **********16 nömrəli məktubda göstərilmişdir ki, vətəndaş X10 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə daxil olmuş 27 iyul 2021 -ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü, 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülkiyyət hüququn ləğvi mövcud qanunvericiliyin tələblərinə əsasən hüquq sahibinin ərizəsi və ya müvafiq məhkəmə qərarı əsasında aparılır. Qeyd olunanlara nəzərə alaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi müraciətində göstərilən məsələyə hər hansısa köməklik etmək səlahiyyətinə malik olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq məhkəmə instansiyasına müraciət olunması tövsiyə olunur. - İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 271 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 4 ünvanında 4 otaq, 2 mərtəbədən ibarət yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında 22 oktyabr 2001-ci il tarixdə qeydə alınmışdır. - İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli **********12 nömrəli məktubda göstərilmişdir ki, iddiaçının məhkəmədə mübahisələndirdiyi X10 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə daxil olmuş 27 iyul 2021-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq ərizəçiyə bildirilmişdir ki, sözügedən çıxarışın ləğv edilməsi səlahiyyətlərinə aid olmadığı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü, 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülkiyyət hüququn ləğvi mövcud qanunvericiliyin tələblərinə əsasən hüquq sahibinin ərizəsi və ya müvafiq məhkəmə qərarı əsasında aparılır. X10 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarış xx.xx.1985-ci il tarixli qeydiyyat vəsiqəsi əsasında əvvələr yaranmış hüquq üzrə dövlət reyestrinə daxil edilərək Dövlət Reyestrindən çıxarış verilmişdir. Beləliklə də iddianın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə aid hissəsinə etiraz edərək iddianın mümkünsüzlüyünə dair qərardad qəbul etməsini xahiş etmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli **********18 nömrəli məktubda göstərilmişdir ki, ********** qeydiyyat nömrəli çıxarışın və onların verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə ünvanlanmışdır. - İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 6i ünvanında yerləşən ümumi sahəsi 156.4 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İş materiallarında olan Beyləqan rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli 31/137-6362-Ə-3219 nömrəli arayışda göstərilmişdir ki, ünvan 6 sakini X25 xx.xx.2019-cu il tarixdə Beyləqan rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək, şəxsi mülkiyyətində olan Beyləqan rayonu 1-ci Şahsevən kəndində, mişar daşından tikilmiş 2 mərtəbəli, yaşayış sahəsi 44,0 kv.m köməkçi sahəsi 112,4 kv.m olan, 05 sentyabr 1985-ci il tarixdə verilmiş, inventar nömrəsi 271 olan binanın Qeydiyyat Vəsiqəsini, Beyləqan rayon ərazisində naməlum şəraitdə itməsini bildirmişdir. Aparılmış tədbirlərə baxmayaraq yuxarıda qeyd olunan sənəd tapılmamışdır. - İş materiallarında olan Beyləqan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)1182/2021 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı X36 qizına qarşı pozulmuş mülkiyyət hüququnun müdafiəsi tələbinə dair Beyləqan rayon məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli və Şirvan Apelyasiya məhkəməsinin 08 iyun 2021 ci il tarixli 2(106)906 saylı qərardadın surəti göndərilmişdir. - Beyləqan rayon məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(020)1182/2020 nömrəli qətnaməsində göstərilmişdir ki, xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsində ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarışın verilməsinə əsas olmuş cavabdeh X10 adına sənədlər və onun verdiyi bütün hüquqi nəticələr etibarsız hesab edilmişdir. - Şirvan Apelyasiya Məhkəməsinin 08 iyun 2021 ci il tarixli 2(106)906/2021 saylı qərardadında göstərilmişdir ki, X25 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Beyləqan rayon məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(020)1182/2020 nömrəli qətnaməsi ləğv edilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********80 nömrəli məktubda göstərilmişdir ki,271 nömrəli qeydiyyat vəsiqəsinin və onun verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə ünvanlanmışdır. - İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********43 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı adına tərtib edilmiş xx.xx.2001-ci il tanxli 271 nömrəli qeydiyyat vəsiqəsinin qeydiyyata alınması barədə məlumat aşkarlanmamışdır. - Beyləqan rayon məhkəməsinin 16 may 2022-ci il tarixli, 36/22 nömrəli məktubunda göstərilmişdir ki,Beyləqan rayon məhkəməsinin 2(020)-56/2001 saylı. 07 fevral 2001-ci il tarixli qətnaməsi, 05 iyul, 22 sentyabr 2005-ci il tarixli qərardadları, 27 sentyabr 2000-ci il tarixli, 2728 nömrəli ekspert rəyi və Apellyasiya məhkəməsinin 19 oktyabr 2005-ci il tarixli, lmk-7265/2005 saylı qərardadı göndərilmişdir. - Beyləqan rayon məhkəməsinin 2(020)-56/2001 saylı. 07 fevral 2001-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X25 ilə X22 aracında Beyləqan rayon İ Şahsevən kəndində yerləşən, ümumi sahəsi 156,4 kv.m olan iki mərtəbəli evin 2 saylı Dövlət natariat kontoru tərəfindən bağladığı 9.m 252 saylı reysterdə qeyd edilmiş 15 oktyabr 1999-cu il tarixli alqı-satqı müqaviləsinin ləğv olunması qərara alınmışdır. - İşdə olan Beyləqan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 06 dekabr 2022-ci il tarixli, 2-1(120)-285/2022 saylı məktubuna əsasən, Beyləqan rayon məhkəməsinin 11 oktyabr 1990-cı il tarixli və 07 fevral 2001-ci il tarixli, 2- 56 saylı qətnamələrin surətləri göndərilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3- 21-3-45/2-2902/2023 nömrəli məktubda göstərilmişdir ki,sözügedən müraciətdə qeyd edilən ünvan 6ində qeydiyyatda olan İddiaçı adına verilmiş oktyabr tarixli 2001-ci il tarixli, 271 inventar nömrəli yaşayış evirin texniki pasportunun və həmin pasportun verilməsinə əsas olan sənədlər aşkarlanmadığından sənədlərin təsdiq edilmiş surətin təqdim etmək mümkün olmadı. - İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-02/2- 10921/2024 nömrəli məktubda göstərilmişdir ki,X2 adına ünvan 6i ərazisində yerləşən hər hansı daşınmaz əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması, o cümlədən, X10 və İddiaçı adlarına Beyləqan rayon X4 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsində tərtib olunan kitabda inventar işinin qeyd edilib-edilməməsi barədə məlumatın və müvafiq sənədlərin surətlərinin təqdim edilməsi barədə məktubuna aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, arxivdə X2 adına ünvan 6i ərazisində yerləşən daşınmaz əmlak aşkar edilməmişdir. X25 və İddiaçı adlarına dair Beyləqan rayon X4 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsində tərtib edilən kitabda inventar işinin qeydə alınması barədə məlumat aşkar edilməmişdir. - İş materiallarında olan Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş 271 invertar nömrəli, 2/1-271 qeyd nömrəli X3 yaşayış evinin texniki pasportunun surətindən görünür ki, ünvan 7i ünvanında yerləşən ümumi sahəsi 156,4 kv.m olan 4 otaqlı mənzil bütövlük payı üzrə İddiaçı adına verilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3- 21-3-45/2-3442/2024 nömrəli məktubda göstərilmişdir ki,sözügedən müraciətdə qeyd edilən Beyləqan rayon X6 və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsinin tərtib etdiyi 2/1 nömrəli kitabın 271 nömrəli inventar işi yazılmış hissəsinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş inventar işinin 271 ci nömrəsində başqa bir şəxsin- X2 adına daşınmaz əmlak qeydə alınmışdır. - İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2- 11415/2023nömrəli məktubda göstərilmişdir ki,“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin və “Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi" MMC-nin arxivində ünvan 2ində yerləşən yaşayış evinə dair 271 inventar nömrəli texniki pasport və həmin texniki pasportun verilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. - İş materiallarında olan Beyləqan rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-48-8RA/2-76/2023 nömrəli məktubda göstərilmişdir ki, Beyləqan (sabiq Jdanov) rayon XDS İcraiyyə Komitəsinin 1985-ci il tarixli iclas protokollarına araşdırıldı və X17 aid Beyləqan (sabiq Jdanov) rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 46 B saylı qərarı aşkar edilmədi. - İş materiallarında olanBeyləqan rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5- 37-3/2-827/2023 nömrəli məktubunda göstərilmişdir ki, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Birinci Şahsevən kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Təsərrüfatbaşına uçot kitabının X17 aid vərəqlərinin təsdiq olunmuş surətini, X17 məxsus evdə hazırda yaşayan vətəndaşlar barədə xx.xx.2023-cü il tarixli, 5-37-33/2-918/2023 nömrəli arayışı və digər sənədləri göndərilmişdir. - İş materiallarında olan Beyləqan rayon İcra Hakimiyyəti başçısının Birinci Şahsevən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-37-33/2-918/2023 nömrəli arayışında göstərilmişdir ki, Beyləqan rayonu Birinci Şahsevən kəndində yaşayan İddiaçı dörd nəfərdən ibarət ailə üzvü ilə həmin evdə yaşayır. - İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 271 nömrəli qeydiyat vəsiqəsinin surətindən görünür ki, Beyləqan rayonu Birinci Şahsevən kəndində 4(dörd) otaqdan ibarət 2 mərtəbəli yaşayış evi İddiaçı adına mülkiyyət hüquqi əsasında 22 oktyabr 2001-ci il tarixdə qeydə alınmışdır. 2/1 № ilə reyestr kitabına yazılmışdır. - İş materiallarında olan Beyləqan rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli 05/13-504-a nömrəli məktubu ilə məhkəməyə ünvanlanmış 07 nömrəli, 29 aprel 1989-cu il tarixli ölüm haqqında akt qeydinin surətindən görünür ki, X19 28 aprel 1989-cu il tarixdə ölmüşdür. - İş materiallarında olanBeyləqan rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5- 37-3/2-593/2024 nömrəli məktubunda göstərilmişdir ki, Rayon İcra Hakimiyyəti başçısının Birinci Şahsevən kənd inzibati ərazi dairəsinin ev təsərrüfatlarının uçotu kitabında X10 təsərrüfatı barədə məlumatlar təsdiq olunaraq göndərilmişdir. - xx.xx.1991-ci il tarixli aktlardan görünür ki, Birinci Şahsevən kəndinin sakinləri S.Məmmədov, A.Əliyeva, A.Xuduyev, İddiaçı, M.Həsənova, Y.Tarayeva, M.Kərimov, M.İsmayılova tərəfindən akt imzalanmış və göstərilmişdir ki, A.Əliyeva ilə İddiaçı əvvəllər göstərilən evdə yaşamışlar. A.Əliyeva 1989-cu ilin avqust ayından münasibətləri yaxşı olmadığı üçün çıxıb getmişdir. Sonra A.Əliyeva hüquq mühafizə orqanlarına müraciət edərək, həmin evdə yaşamaq istədiyini bildirmişdir. Ona görə onu öz mənzilində yaşayışnı təmin etmişlər və əmlkarları yerləşdirilmişdir. Birgə yaşayış qaydaları izah edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İİ-JQ seriyalı, 26779 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən, X19 ilə X25 arasında xx.xx.1978ci il tarixdə rəsmi nikah bağlanmışdır. Azərbaycan Sovet Sosialist Respublikası adından verilmiş xx.xx.1989-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Beyləqan (sabiq Jdanov) rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli 46 B saylı qərarı əsasında 271 nömrəli inventar nömrəli, 05 nömrəli qeydiyyat kitabında Beyləqan rayonu Birinci Şahsevən kəndində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi X10 adına qeydə alınmışdır. Qəzetdə yerləşdirilmiş elan üzrə qeyd edilmişdir ki, X10 adına xx.xx.1985-ci il tarixdə verilmiş mişar daşından tikilmiş Birinci Şahsevən kəndində yerləşən 2 mərtəbəli, yaşayış sahəsi 44.0 kv.m, köməkçi sahəsi 112.4 kv.m, inventar nömrəsi 271 olan binanın qeydiyyat vəsiqəsi itdiyi üçün etibarsız sayılmışdır. Beyləqan rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 31/137-6362-Ə-3219 nömrəli arayışda göstərilmişdir ki, ünvan 6 sakini X25 xx.xx.2019-cu il tarixdə Beyləqan rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək, şəxsi mülkiyyətində olan Beyləqan rayonu 1-ci Şahsevən kəndində, mişar daşından tikilmiş 2 mərtəbəli, yaşayış sahəsi 44,0 kv.m köməkçi sahəsi 112,4 kv.m olan, 05 sentyabr 1985-ci il tarixdə verilmiş, inventar nömrəsi 271 olan binanın Qeydiyyat Vəsiqəsini, Beyləqan rayon ərazisində naməlum şəraitdə itməsini bildirmişdir. Aparılmış tədbirlərə baxmayaraq yuxarıda qeyd olunan sənəd tapılmamışdır. 91 invertar nömrəli, 1989-cu ilin mart ayında qeydə alınmış Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportunun surətindən görünür ki, ünvan 7i ünvanında yerləşən ümumi sahəsi 160 kv.m olan 4 otaqlı fərdi yaşayış evi bütövlük payı üzrə X10 adına qeydiyata alınmışdır, həmçinin fərdi yaşayı evinin və yerləşdiyi torpaq sahəsinin plan sxemi və digər sənədlər əlavə edilmişdir (əvvəlki adları qeyd edilmiş X25 və X9 adlarının üstündən xətt çəkilmişdir). Beyləqan şəhəri Rayonlararası Texniki İnventarizasiya Bürosu tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli arayışdan görünür ki, İddiaçı hal-hazırda yaşadığı ev 1960-cı il tarixdə tikilmişdir. Evin yaşayış sahəsi 44 kv.m, köməkçi sahəsi isə 112.4 kv.m-dən ibarətdir. Hal-hazırda yaşayış evinin həcmi dəyəri 10718 manatdır. Həyətdə yerləşən hamam 1985-ci ildə tikilmişdir. Həcmi dəyəri 483 manatdır. Birinci Şahsevən kənd Sovetliyinin verdiyi arayışa əsasən, evin texniki pasportu X10 adına yazılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci maddəsində qeyd edilir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak üzərində hüququn əldə edilməsi üçün əsasdır. Həmçinin 95 nömrəli, 95 inventar nömrəli Beyləqan DTİ tərəfindən verilmiş X3 yaşayış evinin texniki pasportunun surətinə əsasən, Beyləqan rayonu 1-ci Şahsevən kəndində yerləşən X10 adına qeydə alınmışdır. Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Birinci Şahsevən kənd inzibati ərazi dairəsinin ev təsərrüfatlarının uçotu kitabında X10 təsərrüfatı barədə məlumatlar təsdiq olunaraq göndərilmişdir və təqdim edilmiş İ Şahsevən kənd inzibati ərazi vahidi üzrə Təsərrüfatbaşına kitabın 65-ci səhifəsində 1986-1990-cı illər üzrə birinci yazılan təsərrüfat üzvü X25 göstərilmişdir, ər olaraq X19-xx.xx.1989-cu il tarixdə vəfat etmişdir, arvad olaraq X25 qeyd edilmişdir, 222 saylı şəxsi hesab üzrə 1991-1995-ci illər ərzində X25 ailə başçısı olaraq göstərilmişdir, İddiaçı-oğulluğu, X14-gəlni, X23, X20, X15 ailə başçısının nəvəsi olaraq qeyd edilmişdir. 251 saylı şəxsi hesabın surətindən görünür ki, 2000-2004-cü illər ərzində və hazırda mübahisəli evdə yaşayan şəxslərin adları qeyd edilmişdir. Təsərrüfat üzvlərinin siyahısında İddiaçı ailə başçısı, X14-arvadı, X23, X20, X15 –övladları olaraq göstərilmişdir. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğular əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli **********43 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı adına tərtib edilmiş xx.xx.2001-ci il tanxli 271 nömrəli qeydiyyat vəsiqəsinin qeydiyyata alınması barədə məlumat aşkarlanmamışdır. Tərəflər arasında bir çox məhkəmə prosesləri olmuşdur. Nəsirov X16 rayon məhkəməsinə pozulmuş mülkiyyət hüquqlarının müdafiəsi tələbi ilə müraciət etmişdir, məhkəmə tərəfindən xəttşünaslıq eskpertizası təyin edilmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və X1 xx.xx.2000-ci il tarixli, 2728 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 256 saylı mülki vərəqlərində olan “X3 yaşayış evinin texniki pasportunun ev sahibinin familyası, adı və atasının adı qrafasındakı “X25" sözləri X25 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim saylı mülki işin 56-59-cu vərəqlərində olan “X3 yaşayış sahəsinin pasportunun hissəsində ev sahibinin familyası, adı və atasının adı qrafasındakı “X25” sözləri ilə həmin texniki pasportda olan digər yazılar müxtəlif şəxslər icra olunmuşdur. Bundan sonra Beyləqan rayon məhkəməsinin 2(020)-1182/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qəbul edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-906/2021 saylı qərardadı ilə cavabdeh A.Əliyevanın apellyasiya şikayəti qismən təmin edilmiş, Beyləqan rayon məhkəməsinin 2(020)- 1182/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmiş, aidiyyatı üzrə Şirvan İnzibati –İqtisadi Məhkəməsinə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilərək, X9 prosessual hüquqi varisi olduğunu təsdiq edən vərəsəlik hüququ haqqında şəhadətnamə iş materiallarına əlavə edilmədiyi, mərhum X9 adına vərəsəlik işinin açılması ilə bağlı Beyləqan rayon Notariat Ofisinə müraciət etmək hüququnun olması barədə məlumat verilmişdir, lakin iddiaçı vərəsəlik hüququ bağlı müraciət etməmişdir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi demək idi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. Buna görə mübahisəli fərdi yaşayış evi iddiaçı üçün mühüm iqtisadi maraq kəsb edir və deməli, bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. İnsan Huquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında da eyni mövqe bildirilmişdir. Cavabdeh orqan tərəfindən imtina verilərək bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü, 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülkiyyət hüququn ləğvi mövcud qanunvericiliyin tələblərinə əsasən hüquq sahibinin ərizəsi və ya müvafiq məhkəmə qərarı əsasında aparılır. Qeyd olunanlara nəzərə alaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi müraciətində göstərilən məsələyə hər hansısa köməklik etmək səlahiyyətinə malik olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq məhkəmə instansiyasına müraciət olunması tövsiyə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Təqdim edilmiş hüquqmüəyyənedici sənədlər əsasında müəyyən edilir ki, 3-cü şəxs A.Əliyeva iddiaçıdan mübahisəli fərdi yaşayış evinə dair sənədləşməni daha əvvəl əldə etmişdir. Məhkəmə araşdırması zamanı da 3-cü şəxsin hüquqlarının ilkin yerquruluşu sənədlərinə əsasən tərtib olunduğu müəyyən edilmişdir. İddiaçının faktiki olaraq 3-cü şəxsə məxsus fərdi yaşayış evində ailə olaraq yaşaması, onun həmin mübahisəli fərdi yaşayış evinə qanuni sahibi (mülkiyyətçisi) olmasına dəlalət etmir. Belə ki, təqdim edilmiş sənədlər və məhkəmə mübahisələri əsasında müəyyən edilmişdir ki, A.Əliyeva iddiaçı və ailəsi ilə olan narazılıqlara görə fərdi yaşayış evindən oçıxıb getmişdir. İddiaçının öz adına verilmiş fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 271 nömrəli qeydiyyat vəsiqəsi və ona əsas olan hüquqmüəyyənedici sənədlər, ünvan 6ində qeydiyyatda olan İddiaçı adına verilmiş oktyabr tarixli 2001-ci il tarixli, 271 inventar nömrəli yaşayış evirin texniki pasportunun və həmin pasportun verilməsinə əsas olan sənədlər aşkarlanmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda çıxarış qanuna əsasən tərtib olunduğu üçün cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi qanuni olmuşdur. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsaəsn “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki Məcəllənin 146.2-ci maddəsinəəsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinəəsasən mülkiyyət hüququ-subyektin ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, eyni zamanda həmin Qanunun 2.4. maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Həmin Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi. 10.4. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 21.1. Məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan RespublikasınınDaşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və yahüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “xx.xx.1989-cu il tarixli qeydiyat vəsiqəsinin və xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “xx.xx.1989-cu il tarixli qeydiyat vəsiqəsinin və xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar