Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-660/2020 16.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, cavabdehin nümayəndəsi Mustafayev Alim Böyükağa oğlunun (İmişli şəhəri, H.Əliyev prospekti, ev 141-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İmişli rayon filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə İmişli rayonunda doğulmuş, İmişli rayonu, Sarxanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxxxxx 2020-ci il tarixli, **********2 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1955-ci ildə İmişli rayonu, Sarxanlı kəndində anadan olmuş və hal-hazırda İmişli rayonu, Sarxanlı kəndində yaşayır. Uzun müddət müxtəlif yerlərdə işləmişdir. xx.xx.1977-ci ildən xx.xx.1984-cü ilə qədər İmişli texniki təchizat birliyində, xx.xx.1984-cü ildən 03-.07.1989-cu ilə qədər İmişli kənd təsərrüfatı maddi-texniki təchizat bazasında və digər sahələrdə işləmişdir. Bu barədə əmək kitabçasında müvafiq qeydlər vardır. Hazırda Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə pensiya üçün müraciət etdikdə onun xx.xx.1977-ci ildən xx.xx.1984-cü ilə qədər İmişli texniki təchizat birliyində və xx.xx.1984-cü ildən xx.xx.1989-cu ilə qədər İmişli kənd təsərrüfatı maddi-texniki təchizat bazasında işləməyi əmək kitabçasında qeyd edilsə də, işlədiyi dövrün əmr kitabları əmək haqqı cədvəlləri İmişli rayon Dövlət arxivinə təhvil verilməmişdir. Bu səbəbi əsas göstərən Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi ona pensiya təyin etməkdən imtina etmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin nümayəndəsi Mustafayev Alim Böyükağa oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, vətəndaşın əmək kitabçasında xx.xx.1977-xx.xx.1984-cü illərdə İmişli texniki təchizat birliyində, xx.xx.1984-cü ildən 03-.07.1989-cu ilə qədər İmişli kənd təsərrüfatı maddi-texniki təchizat bazasında işləməsi qeyd edilsə də, yoxlama zamanı məlum oldu ki, işlədiyi dövrün əmr kitabları, əmək haqqı cədvəlləri İmişli rayon Dövlət arxivinə təhvil verilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X7 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh İmişli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur və xx.xx.2020-ci il tarixdə 64 yaş 6 ayı (x xxxx 2019-xx xxxx 2020-cu il tarixlərdə kişilər üçün pensiya yaşı 64 yaş 6 aydır) tamam olmuşdur. İddiaçının əmək kitabçasındakı iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 06066335 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə İmişli rayonunda anadan olmuş, İmişli rayonu, Sarxanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1982-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1977-xx.xx.1984-cü illərdə İmişli texniki təchizat birliyində, xx.xx.1984-cü ildən 03-.07.1989-cu ilə qədər İmişli kənd təsərrüfatı madditexniki təchizat bazasında və xx.xx.1990-cı ildən xx.xx.2002-ci ilə qədər İmişli komunal müəssisələr kombinatında əmək fəaliyyətində olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 03 nömrəli arayışın surətindən görünür ki, 1955-ci il təvəllüdlü İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmət keçmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, vətəndaşın əmək kitabçasında xx.xx.1977-xx.xx.1984-cü illərdə İmişli texniki təchizat birliyində, xx.xx.1984- xx.xx.1989-cu illərdə İmişli kənd təsərrüfatı maddi-texniki təchizat bazasında işləməsi qeyd edilsə də yoxlama zamanı məlum oldu ki, işlədiyi dövrün əmr kitabları, əmək haqqı cədvəlləri İmişli rayon Dövlət arxivinə təhvil verilməmişdir. Bu səbəbdən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin şərtləri ödənilmədiyi üçün yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Onun əmək kitabçasında xx.xx.1977-xx.xx.1983, xx.xx.1983-xx.xx.1983, xx.xx.1983-xx.xx.1984, xx.xx.1984-xx.xx.1989, xx.xx.1989-xx.xx.2002-ci il tarixədək qeyd olunan illərdə işləməsini göstərməklə hərbi xidmətdə olduğu dövr ilə birlikdə ümumilikdə 27 il 4 ay iş stajı göstərilmişdir. Vətəndaşın əmək kitabçasında xx.xx.1977-xx.xx.1984-cü illərdə İmişli texniki təchizat birliyində, xx.xx.1984- xx.xx.1989-cu illərdə İmişli kənd təsərrüfatı maddi-texniki təchizat bazasında işləməsi qeyd edilsə də, yoxlama zamanı məlum oldu ki, işlədiyi dövrün əmr kitabları, əmək haqqı cədvəlləri İmişli rayon Dövlət arxivinə təhvil verilməmişdir. Həmin müəssisələrin X1 qeydiyyatda olmasını hal-hazırki dövrə kimi heç bir fəaliyyətini müəyyən etmək mümkün olmamışdır. X13 Sistemində M.B.İmanovun xx.xx.2006-xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı barəsində məlumat və RPS proqramının baza məlumatına əsasən vətəndaşın adına fərdi hesabın sığorta hissəsində hər hansı bir məbləğdə pul vəsaiti kapital ödənilməmişdir. Bu səbəbdən həmin illərdə əmək haqqı alıb-almadığını və müəssisələr tərəfindən sosial sığorta haqqının ödənilibödənilməməsini yoxlamaq mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 64 yaş 6 ayına çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum 28800 manat məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından aslı olmayaraq, buna imkan vermədikdə isə ümumilikdə 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o,1979-1999-cu illərdə İmişli kənd təsərrüfatı istehsalı texniki təminat birliyində sürücü vəzifəsində işləmişdir. Həmin müəssisədə işlədiyi müddətdə onunla birlikdə İddiaçı da sürücü vəzifəsində işləmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o,1978-1999-cu illərdə İmişli kənd təsərrüfatı istehsalı texniki təminat birliyində müxtəlif vəzifələrdə işləmişdir. Həmin müəssisədə işlədiyi müddətdə onunla birlikdə İddiaçı da sürücü vəzifəsində işləmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki,o, 1978-1996-cı illərdə İmişli kənd təsərrüfatı istehsalı texniki təminat birliyində anbardar vəzifəsində işləmişdir. Həmin müəssisədə işlədiyim müddətdə onunla birlikdə İddiaçı da sürücü vəzifəsində işləmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (əmək kitabçasını) təqdim etmişdir. Мəhkəmə xx.xx.1982-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Bundan başqa, məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, İmişli texniki təchizat birliyində onunla birlikdə X3 da işləmiş və ona Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi tərəfindən pensiya təyin edilərkən həmin iş illəri staj kimi qəbul edilmişdir. Qeyd olunan məsələ ilə bağlı cavabdeh orqana sorğu ilə müraciət edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubda qeyd edilmişdir ki, İmişli rayonu, Buludlu kənd sakini X3 xx.xx.1975-ci il tarixdə İmişli rayon Texnika Birliyinin avtomobil dəstəsində sürücü işinə qəbul edilmiş, xx.xx.1980-cı il tarixdə işdən azad olunmuş, o cümlədən xx.xx.1980-cı il tarixdə İmişli rayonu Aqrokimya Birliyində sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci il tarixdə işdən azad olunmuşdur. Ona yaşa görə əmək pensiyası təyin olunarkən həmin illər sosial sığorta stajı kimi nəzərə alınmışdır. Eyni zamanada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüququi şəxsin İmişli rayon filialının xx.xx.2020-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd edilmişdir ki, X2 pensiya təyinatı zamanı Texnika birliyində işləməsi sosial sığorta stajı kimi nəzərə alınması o dövrün qanunvericiliyinin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilənfəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallaramalik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Məhkəmə, həmçinin şahid ifadələrini də mötəbər sübut kimi qəbul edir. Həmin şahid ifadələri ilə müəyyən olunur ki, İmişli texniki təchizat birliyi və İmişli kənd təsərrüfatı madditexniki təchizat bazası qeyd olunan illərdə fəaliyyətdə olmuşdur. Məhkəmə hüquqi mövqeyini aydın ifadə edərək qeyd edir ki, iddiaçının xx.xx.1977xx.xx.1984-cü illərdə İmişli texniki təchizat birliyində, xx.xx.1984- xx.xx.1989-cu illərdə İmişli kənd təsərrüfatı maddi-texniki təchizat bazasında işlədiyi dövrə dair əmək haqqı və əmr kitablarının arxiv təhvil verilməməsi iddiaçının təqsiri kimi qəbul oluna bilməz və bu hal iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı əmək kitabçasında qeyd edilən iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əməkpensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İmişli rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İmişli rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-660/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-660/2020
16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver