Məhkəmə qərarları › İş №2-1(120)-660/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-660/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-660/2025 06.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı qəyyumu X9 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin olunması” tələbinə dair iş üzrə Giriş Hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı qəyyumu X9 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlillik dərəcəsinin təyin olunması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı qəyyumu X15 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi-Sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 5WCJM4A0004 nömrəli qərarının ləğv edilməsi və həmin tarixdən İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün, Müstəqilliyinin və Konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar səbəbi ilə müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Lənkəran şəhər Psixatriya Xəstəxanası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmişdir. Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Müharibədə iştirakına görə o, “Kəlbəcərin azad olunması”, “Hərbi xidmətlərə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. 02 noyabr 2020-ci il tarixdə döyüş zamanı Murovdağ yaxınlığında mərmi partlaması nəticəsində xəsarət almışdır. İlkin yardım göstərildikdən sonra hərbi hissəyə göndərilmiş, oradan da Şəmkir Rayon Mərkəzi Xəstəxanasına köçürülmüşdür. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi həmin xəstəxananın cərrahiyyə şöbəsində stasionar qaydada müalicə və müayinə olunmuşdur. Şəmkir rayon Mərkəzi Xəstəxanasının verdiyi xx.xx.2020-ci il tarixli 2931/83 nömrəli epikrizində qeyd olunmuşdur ki, “İddiaçı partlayış travması, hər iki budun arxa səthinin yanmış qəlpə yarası” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Xəstə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş zamanı mərmi partlamasından xəsarət almışdır. Müalicədən sonra yenidən hərbi xidmətini davam etdirilməsi üçün hərbi hissəyə göndərilmişdir. İddiaçı səhhəti ağırlaşdığından xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi Silahlı Qüvvvələrin Baş X1 bölməsində “Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı-kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət. Soltərəfli İİ dərəcəli varikosele. Sol gözün hipermetopiyası Hm 1,0D nəticəsində görmə itiliyinin 0,7-ə qədər azalması, korreksiya olunmur. Sağ qulaqarxası nahyyəsinin limfadeniti. Partlayış yaralanması. Hər iki bud nahiyyəsinin yumşaq toxumalarının kor qəlpə yaralanmasına görə aparılmış yaraların 1-li cərrahi işlənilməsindən sonrakı vəziyyət” diaqnozu ilə stasionar qaydada müayinə və müalicə olunmuşdur. Əsas: Silahlı Qüvvələrin Baş X6 bölməsinin 271 nömrəli çıxarış epikrizi (xəstəlik tarixi). Vəziyyəti pisləşdiyindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi Silahlı Qüvvələrin Baş X11 Uçuş Ekspertizası bölməsində “Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı-kəllə beyin travması, baş beyin silkələnməsinin postkommasion sefalıgm sindromu və veqetativ damar davamsızlığı ilə təzahür edən nəticəsi. Sol tərəfli İİ (ikinci) dərəcəli varikosel. Sol gözün hipermetopiyası refrasiya HM 100 D nəticəsində” diaqnozu ilə stasionar qaydada müayinə və müalicə olunmuşdur. Əsas: Silahlı Qüvvələrin Baş X6 bölməsinin X18 271 nömrəli çıxarış epikrizi (xəstəlik tarixi) Vəziyyəti yenidən pisləşməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi İddiaçı Silahlı Qüvvələrin Baş Klinik Hospitalın Nevrologiya bölməsində “Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı-kəllə beyin travması, baş beyin silkələnməsinin beyinin hər iki yarımkürəsinin qıcolma paroksizmləri və vegetativ damar davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri. Keçirilmiş baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Hər iki budun arxa səthinin və sağrı nahiyyəsinin kor qəlpə yaralanmasına görə aparılmış yaraların 1-li cərrahi işlənilməsindən, yad cisimlərin xaric edilməsindən sonrakı bərkimiş dəri çapığı. Soltərəfli İİ dərəcəli varikosele” diaqnozu ilə stasionar qaydada müayinə və müalicə olunmuşdur. Əsas SQ Baş Klinik Hospitalın Nevrologiya bölməsinin 3434 nömrəli çıxarış epikrizi (xəstəlik tarixi). xx.xx.2021-ci il tarixli 960 nömrəli xəstəlik haqqında şəhadətnamədə göstərilir ki, İddiaçı “partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı-kəllə beyin travması, baş beyin silkələnməsinin beyinin hər iki yarımkürəsinin qıcolma paroksizmləri və vegetativ damar davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri. Keçirilmiş baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Hər iki budun arxa səthinin və sağrı nahiyyəsinin kor qəlpə yaralanmasına görə aparılmış birinci cərrahi işlənilməsindən, yad cisimlərin xaric edilməsindən sonrakı bərkimiş dəri çapığı” diaqnozu xəstəsidir. Hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. 20 sentyabr 2021-ci ildə xəstəliyi ilə əlaqədar olaraq hərbi xidmətdən tərxis olunmuşdur. Vəziyyəti ağırlaşmasına görə o, xx.xx.2022-ci il tarixdən 15.03. 2022-ci il tarixə kimi Sumqayıt Psixiatriya Xəstəxanasında “partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı-kəllə beyin travması, baş beyin silkələnməsinin beyinin hər iki yarımkürəsinin qıcolma paroksizmləri və vegetativ damar davamsızlığı ilə təzahür edən posttravma. Ensefalopatiya ilə nəticələnən üzvi şəxsiyyət və davranış pozuntuları, amnestik sindrom” diqanozu ilə stasionar müalicədə olmuşdur. Əsas: Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının 121/2022 nömrəli xx.xx.2022-ci il tarixli xəstəlik tarixindən çıxarışı. Bundan sonra Elməddin Məmmədov xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Azərbaycan Respublikası SN-nin Respublika Psixatriya Xəstəxanasında “Üzvi (baş beyin travması) şəxsiyyət pozuntusu, yaddaşın enməsi cəngolma tutmaları ilə (ayda 2-3 dəfə), davranış pozuntularlı amnestik sindromla” diqanozu ilə stasionar qaydada müalicə olunmuşdur. Əsas: Respublika Psixiatriya Xəstəxanasının 081276 (8622) nömrəli xx.xx.2022-ci il tarixli xəstəlik tarixindən çıxarışı. Təyin olunmuş komission stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 150 nömrəli rəyində qeyd edilmişdir ki, Yardımlı rayon Məhkəməsinin 2(038)-467/2022-ci il nömrəli xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı Azərbaycan Respublikası SN “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsdə stasionar qaydada müalicə olunmuşdur. Yoxlanılan şəxs İddiaçı halhazırda “travma mənşəli X14, intellektin enməsi ilə (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Təqdim olunmuş tibbi sənədlərə əsasən Elməddin Məmmədova əvvəlcə “Partlayış, travma nəticəsində keçirilmiş qapalı-kəllə beyin travması, baş beyin silkələnməsi, beyinin hər iki yarımkürəsində olan qıcolma paroksizm və vegetativ damar davamsızlığı ilə təzahür edən postravma, ensefalopatiya ilə nəticələnən üzvi şəxsiyyət və davranış pozuntuları və amnestik sindrom” növbəti dəfə “Üzvi (baş biyin travması) şəxsiyyət pozuntusu, yaddaşın enməsi, ayda 2-3 dəfə cəngolma tutmaları” diqanozunun qoyulması və həmin diaqnozlarda əksini tapan patalogiyalann ağırlaşması kimi davranış pozuntuları və amnestik sindromlar qeyd olunması) və hal-hazırdakı psixiatrik müayinə nəticələri sübut edir. Yoxlanllan şəxs İddiaçı aşkarlanan psixi patologiya tezliklə qüvvəyə minəcək klassifikatorda-psixi, davranış və yaxud neyroinkişaf pozuntularının beynəlxalq təsnifatının 11-ci baxışnda “Başqa yerdə təsnif edilən pozuntularla və ya xəstəliklərlə əlaqəli ikinci psixi və davranış sindromları” rübrikasında 6E68 kodu altında “İkinci şəxsiyyət dəyişikliyi” olaraq qeyd edilir. İddiaçı halhazıda “Travma mənşəli X14, intellektin enməsi ilə” kimi psixi patalogiyadan əziyyət çəkir. Psixi vəziyyətinə görə öz hərəkətlərini ölçüb-biçmək, mənasını başa düşmək və onları idarə etmək qabiliyyətinə malik deyildir. Öz hərəkətlərinin mənasını anlamaq və onlan şüurlu idarə etmək iqtidarında deyildir. Buna görə də fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası SN-nin Respublika Psixatriya Xəstəxanası X24n Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 1862 nömrəli rəyində göstərilir ki, Azərbaycan Respublikası SN-nin 17 fevral 2023-cü il tarixli 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı Respublika Psixatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr- Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, qıcolma tutmaları (ayda 2-3 dəfə) koqnitiv funksiyaların enməsi ilə F 070. İddiaçı hərbi xidmətdən tərxis olunub evə qayıdandan sonra mütəmadi olaraq ambulator və stasionar qaydada müalicələr olunsa da səhhətində heç bir irəliləyiş olmamış, səhhəti tamamilə ağırlaşmışdır. Baş ağrılarından, əsəbilikdən, yuxu və davranış, yaddaş və intellekt zəifliyindən, qıcolmadan əziyyət çəkir, psixi vəziyyəti tamamilə dözülməz hala düşmüşdür. Öz hərəkətlərini ölçüb-biçmək, mənasını başa düşmək və onları idarə etmək qabiliyyəti yoxdur. Öz həyatının vacib funksiyalarını icra edə bilmədiyinə görə kənar şəxslərin köməyinə möhtacdır. Ona görə də X15 əri X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə əlaqədar Yardımlı rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(038)-12/2023 nömrəli qətnaməsi ilə İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Qeyd olunanalara əsasən iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdehin etirazı: Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyətinə sonuncu dəfə Lənkəran Şəhər Psixiatrıya Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni Üzvi (baş beyin travması) şəxsiyyət pozuntusu, davranış pozuntuları və amnestik sindromla Yaddaş və intellekt zəifliyi ılə.Cəngolma tutmaları itə (ayda 2-3 dəfə) Mərkəzə göndərilmənin imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb “Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Yardımlı rayon sakini xx.xx.1995-ci il təvəllüdlü İddiaçı (FİN:5WCJM4A) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, E Mahmudova Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 960 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəlləbeyin travması baş-beyın silkələnməsinin beynin hər iki yarımkürəsinin qıcolma paroksizmləri və vegetativ damar davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri, mərkəzi sinir sistemi funksiyasının mülayim dərəcədə pozulması ilə. Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı astno-nevrotik təzahürlər. Hər iki budun arxa səthinin və sağrı nahiyəsinin kor qəlpə yaralanmalarına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən, yad cisimlərin xaric edilməsindən sonrakı bərkimiş dəri çapığı dıaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, yuxusuzluqdan, unutqanlıqdan şikayətlənmişdir. Zahirən sakit, ünsiyyətə həvəssiz, emosional-iradə sferası qeyri-sabit olmuş, düşüncəsi aydın, bələdliyi və özünə tənqidi tam saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Mülayim dərəcədə ifadə olunmuş nevrasteniya koqnitiv funksiyaların zəifləməsi ilə” (Tibbi sənədlər və instrumental müayinələrdə etıolon faktor öz təsdiqim tapmır) kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksıonal pozuntuları qeyd olunmamışdır Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş 3-cü şəxsin nümayəndəsi iclasda iştirak etmir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə 3-cü şəxsin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X12 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Məhkəmə müəyyən edir ki, mübahisə inzibati hüquq sahəsində yaranan mübahisədir. Və tələb üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də riayət edilməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində əlverişli inzibati aktın qəbul edilməməsi ilə bağlı hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə qeyd edir ki, İddiaçı məhkəmə qətnaməsi əsasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir və həyat yoldaşı X15 onun qəyyumu təyin edilmişdir. Mülki Məcəllənin müvafiq normalarına əsasən, qəyyumlar məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini xüsusi səlahiyyət almadan müdafiə edirlər. Və beləliklə də, mülki hüquq normalarına istinadən iddiaçının iddia qaldırmaq hüququ mövcud olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikası Medalının Vəsiqələrindən görünür ki, İddiaçı “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətinə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Şəmkir rayon Mərkəzi Xəstəxanasının 2931/83 nömrəli Epikrizində qeyd edilmişdir ki, N saylı hərbi hissənin hərbi qulluqçusu İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Şəmkir rayon Mərkəzi Xəstəxanasında olmuşdur. Klinik diaqnoz: Partlayış travması. Hər iki budun arxa səthinin yanmış qəlpə yarası. Xəstə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş zamanı mərmi partlayış nəticəsində xəsarət almışdır. xx.xx.2021-ci il tarixli, 960 nömrəli Xəstəlik haqqında Şəhadətnamədə qeyd edilmişdir ki, İddiaçı- Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Silahlı Qüvvələrin Baş X2 Bölməsinin epikrizindən müəyyən olunur ki, İddiaçı Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı-kəllə beyin travması, baş beyin silkələnməsinin beyinin hər iki yarımkürəsinin qıcolma paroksizmləri və vegetativ damar davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri. Keçirilmiş baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Hər iki budun arxa səthinin və sağrı nahiyyəsinin kor qəlpə yaralanmalarına görə aparılmış yaraların 1-li cərrahi işlənilməsindən, yad cisimlərin xaric edilməsindən sonrakı bərkimiş dəri çapığı. Soltərəfli İİ dərəcəli varikosele” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 xx.xx.2022-ci il tarixli, 150 saylı rəyində qeyd edilmişdir ki, İddiaçı öz hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarında deyildir. Buna görə də E.Ə.Mahnuıdov fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yardımlı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(038)-12/2023 nömrəli qətnaməsi ilə 25 fevral 1995-ci il təvəllüdlü İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Yardımlı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 24 nömrəli sərəncamı ilə İddiaçı arvadı X9 qəyyumluğuna verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X17 xx.xx.2023-cü il tarixli 1862 nömrəli rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr-Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, qıcolma tutmaları (ayda 2- 3 dəfə) koqnitiv funksiyaların enməsi ilə F 07.0 İddiaçıya məxsus Əlillik altsistemdən çıxarışlardan müəyyən olunur ki: xx.xx.2022-ci il tarixdə 0286003AA1GD nömrəli Forma 88 əsasında əlillik qiymətləndirilmiş və Əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlillik təyinindən imtina edilmiş və əlavə ixtisaslaşmış müalicə tövsiyyə olunmuşdur, xx.xx.2022-ci il tarixdə 0286003AA4GU nömrəli Forma 88 əsasında əlillik qiymətləndirilmiş və Diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi il əlillik təyinindən imtina edilmişdir, xx.xx.2023-cü il tarixdə B00086013SUV nömrəli Forma 88 əsasında əlillik qiymətləndirilmiş və Diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyinindən imtina edilmişdir, Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, 5WCJM4A0004 nömrəli qərarı ilə xx.xx.2023-cü il tarixli, P00138836AME nömrəli Forma 88 əsasında əlillik qiymətləndirilmiş və Diaqnozun öz təsdiqini tapmaması səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, P00138836AME nömrəli Forma 88-də: Əsas Diaqnoz, XBT 10 kodu F07.0 üzvi (baş beyin travması) şəxsiyyət pozuntusu, davranış pozuntuları və amnestik sindromla. Ağırlaşma, XBT 10 kodu F06.7 Yüngül koqnitiv pozuntu, yaddaş və intellekt zəifliyi ilə. Ağırlaşma, XBT 10 kodu R25.2 Qıcolma və spazm, Cəngolma tutmaları ilə.(ayda 2-3 dəfə). Ağırlaşma, XBT 10 kodu Z74.1 Özünə xidmət zamanı köməyə ehtiyac, öz həyati vacib funksiyalarını icra edə bilmədiyinə görə kənar şəxslərin köməyinə möhtacdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2041/2024 nömrəli qərardadı ilə qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının canlı müayinəsinin aparılması üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 gün müddət təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin vətəndaşın əyani müayinə olunması haqqında xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Yardımlı rayon sakini İddiaçı əyani müayinə olunması barədə xx.xx.2024-cü il tarixli, 2-1(120)-2041/2024 nömrəli qərardadınıza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Bildiririk ki, İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin müəyyən edilməsi məqsədilə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının P00138836AME nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Qəbul zamanı təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə qərardadınıza uyğun olaraq vətəndaş xx.xx.2024-cü il tarixində Agentlikdə yenidən əyani müayinə olunmuşdur. Müayinə nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qüvvədə saxlanılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2041/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspert rəyi alınanadək iş üzrə icraat təxirə salınmışdır. Səhiyyə Nazirliyinin “Məhkəmə-X23 X10” X24 tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, T 624/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1995-cü il təvəllüdlü vətəndaş İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: T624/2024; xx.xx.2024-cü il İddiaçı 1.2.3.5. İddiaçı kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan, onun digər mütəxəssisə göndərilməsinə ehtiyac olmadı. Lakin əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88 göndərişində qeyd edilən “Əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi(baş beyin travması) şəxsiyyət pozuntusu. Davranış pozuntuları amnestik sindromla. b)Ağırlaşma: F06.7 Yüngül koqnitiv pozuntu. Yaddaş və intelekt zəifliyi ilə. R25.2 Qıcolma və spazm. Cəngolma tutmaları ilə.(ayda 2-3 dəfə). Z74.1 Özünə xidmət zamanı köməyə ehtiyac. Öz həyati vacib funksiyalarını icra edə bilmədiyinə görə kənar şəxslərin köməyinə möhtacdır” diaqnoz ona şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixində vətəndaş DTSERA-da əyani müayinədə olan zaman əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları aşkarlanmamış, diaqnozun təstiqlənməməsi barədə qərar qüvvədə saxlanılmışdır. 4. Qeyd olunan xəstəliklər tam reabilitasiya olunmurlar, yalnız ehtiyac yarandıqda stasionar müalicəyə cəlb olunurlar. Bu cür xəstələr yaşayış yerində poliklinikada həkim psixiatorda dispanser qeydiyyata götürülürlər və təyin edilmiş dərman preparatlarını mütəmadi qəbul edirlər. 6. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilib göndərilmiş Forma 88 göndərişi tam doldurulmuşdur. 8. Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(120)-660/2024 nömrəli qərardadı ilə mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə tapşırılmışdır. Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 800 nömrəli rəyində qeyd edilmişdir ki, Motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı hal-hazırda “X14, Depressiv Daxilolmalar, X5 ilə” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘Respublika Psixiatriya Xəstəxanasıda “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Qıcolma tutmaları (ayda 2-3 dəfə), koqnitiv funksiyaların enməsi, amnestik sindrom ilə F07.0” diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (təfəkkürünün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional İİ. Yekun hissəsi: İnzibati işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Cavab: Bu sualı cavablandırmaq məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. 2-ci sual: Cavab: Yoxlanılan şəxs İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, anamnezində qıcolma tutmaları ilə müəyyən edilir. Aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz aparılmış müayinələrin nəticələrinə uyğundur. 3-cü sual: Cavab: Bu sualı cavablandırmaq məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. 4-cü sual: Cavab: Yoxlanılan şəxs İddiaçı müəyyən edilən pozuntu döyüşlərdə aldığı kəllə-beyin travması nəticəsində yaranmış və xroniki xarakter daşıyır. 5-ci sual: Cavab: Yoxlanılan şəxs İddiaçı müəyyən edilən pozuntu döyüşlərdə aldığı kəllə-beyin travması nəticəsində yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə tərəfləri dinləyərək, iddia və etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanunun: 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən, İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən, Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən, Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında» Əsasnamənin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra - Xidmət) tibbi-sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun (bundan sonra - əlillik) qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən, onların reabilitasiyasını həyata keçirən icra hakimiyyəti orqanıdır; 3.1.2-ci bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra –Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2.xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3.xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 -xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış.

7. Psixi və davranış pozuntuları 7.6.Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Qeyd. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə.

7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya F06 somatik xəstəliklə bağlı digər psixi pozuntular üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 postensefalit sindromu F07.1 postkontuzion sindrom F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və F07.8 davranış pozuntuları Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə 35- 2 il azalmasına, ətrafdakılarla tez-tez problemlər 60 yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, 65- 2 il təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, 80 rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya teztez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti

Məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, P00138836AME nömrəli Forma 88də qeyd olunmuşdur: Əsas Diaqnoz, XBT 10 kodu F07.0 üzvi (baş beyin travması) şəxsiyyət pozuntusu, davranış pozuntuları və amnestik sindromla. Ağırlaşma, XBT 10 kodu F06.7 Yüngül koqnitiv pozuntu, yaddaş və intellekt zəifliyi ilə. Ağırlaşma, XBT 10 kodu R25.2 Qıcolma və spazm, Cəngolma tutmaları ilə.(ayda 2-3 dəfə). Ağırlaşma, XBT 10 kodu Z74.1 Özünə xidmət zamanı köməyə ehtiyac, öz həyati vacib funksiyalarını icra edə bilmədiyinə görə kənar şəxslərin köməyinə möhtacdır. Həmçinin iş materiallarında olan Səhiyyə Nazirliyinin “Məhkəmə-X23 X10” X24 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, T 624/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1995-cü il təvəllüdlü vətəndaş İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: T624/2024; xx.xx.2024-cü il İddiaçı 1.2.3.5. İddiaçı kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan, onun digər mütəxəssisə göndərilməsinə ehtiyac olmadı. Lakin əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88 göndərişində qeyd edilən “Əsas diaqnoz: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi(baş beyin travması) şəxsiyyət pozuntusu. Davranış pozuntuları amnestik sindromla. b)Ağırlaşma: F06.7 Yüngül koqnitiv pozuntu. Yaddaş və intelekt zəifliyi ilə. R25.2 Qıcolma və spazm. Cəngolma tutmaları ilə.(ayda 2-3 dəfə). Z74.1 Özünə xidmət zamanı köməyə ehtiyac. Öz həyati vacib funksiyalarını icra edə bilmədiyinə görə kənar şəxslərin köməyinə möhtacdır” diaqnoz ona şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Qeyd olunan xəstəliklər tam reabilitasiya olunmurlar, yalnız ehtiyac yarandıqda stasionar müalicəyə cəlb olunurlar. Bu cür xəstələr yaşayış yerində poliklinikada həkim psixiatorda dispanser qeydiyyata götürülürlər və təyin edilmiş dərman preparatlarını mütəmadi qəbul edirlər. Bundan əlavə Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 800 nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı hal-hazırda “X14, Depressiv Daxilolmalar, X5 ilə” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘Respublika Psixiatriya Xəstəxanasıda “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Qıcolma tutmaları (ayda 2-3 dəfə), koqnitiv funksiyaların enməsi, amnestik sindrom ilə F07.0” diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri -təfəkkürünün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional. Yoxlanılan şəxs İddiaçı üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, anamnezində qıcolma tutmaları ilə müəyyən edilir. Aparılmış əyani müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnoz aparılmış müayinələrin nəticələrinə uyğundur. İddiaçı müəyyən edilən pozuntu döyüşlərdə aldığı kəllə-beyin travması nəticəsində yaranmış və xroniki xarakter daşıyır. Beləliklə də, şəxsə məxsus göndərişdə qeyd olunan diaqnoz və xəstəlik mötəbər sübut hesab olunan rəylərlə və tibbi sənədlərlə öz təsdiqini tapır. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Belə olan halda məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir və qeyd edir ki, iddiaçının barəsində tərtib olunan həmin göndəriş əsasında ididaçıya əlillik təyin edilməlidir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(2112)-2550/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqe bu istiqamətdə olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, əlillik meyarının müəyyən edilməsi cavabdeh inzibati orqanın diskression səlahiyyətinə aiddir. Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir ("İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Oxşar İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "... kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2-1(102)- 1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməmdə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Etimad hüququnun qorunması Konstitusiyadan və X21 Konvensiyasından irəli gəlir. Konstitusiyanın 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın həmin maddəsinin 2-ci bəndinə əsasən, bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X21 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və şəxsin hüquqlarının, mənafeyinin pozulması ilə nəticələnmişdir. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə əsasən, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənləri və İnzibati-Prosessual Məcəllənin 52, 68, 69, 75.4, 85.1- ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı:

İddia təmin edilsin. İddiaçı barəsində Tibbi-Sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 5WCJM4A0004 nömrəli qərarı ləğv edilsin və ona xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixli, P00138836AME nömrəli göndəriş əsasında Azərbaycan Respublikası ərazi bütövlüyünün, Müstəqilliyinin və Konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar səbəbi ilə müvafiq əlillik dərəcəsinin təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar