Məhkəmə qərarları › İş №2-1(120)-661/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-661/2020

19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-661/2020 19.06.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs Paşayeva (Xəlilova) Mahizər Ağaxan qızının iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı «Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Mehdi qızının, xx.xx.2010-cu il təvəlüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X1 ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Xəlilov X2 şəhəri, Xanlar küçəsi, 9 nömrəli mənzilin mülkiyyətçisidir. İddiaçı, mənzilində qeydiyyatda olan Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Mehdi qızının, X3, X1 mənzilin qeydiyyatından çıxarılması üçün Cavabdeh1nə müraciət etmişdir, lakin cavabdeh üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan mənzilin qeydiyyatından çıxarmaqdan imtina etmişdir. İddiaçı üçüncü şəxslərin ünvan 2 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2-1(086)-661/2020 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Mehdi qızına qarşı “qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə iddia ərizəsi üzrə iddiaçı kimi İddiaçı, cavabdeh kimi Cavabdeh1 qəbul edilməsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Mehdi qızının cavabdehlər siyahısından çıxarılması, iddia tələbinə “Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Mehdi qızının, ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilməsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Mehdi qızının və Paşayeva (Xəlilova) Mahizər Ağaxan qızının üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2-1(086)-661/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh1nə qarşı iddia tələbinə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Mehdi qızı ilə yanaşı xx.xx.2010-cu il təvəlüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 ünvan 3 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi baxılması, xx.xx.2010-cu il təvəlüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsiqərara alınmışdır. Məhkəmənin 19 iyun 2020-ci il tarixli iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, cavabdeh əsassız olaraq Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Mehdi qızını, xx.xx.2010-cu il təvəlüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 onun mənzilinin qeydiyyatından çıxarmamışdır, ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara görə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadığından üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan evin qeydiyyatından çıxarılmasından imtina edir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və məhkəmə tərəfindən inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Mehdi qızı, X7, X6 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, yaşayış yerindən arayışı, Seriya RX ******* nömrəli çıxarşın surətini, DƏDRX-in 13 saylı Şirvan Ərazi İdarəsinin **********12-10301 nömrəli texniki pasportunun surətini, Sabirabad şəhər inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 31 yanvar 2020-ci il tarixli, aktını və cavabdehin imtina məktubunu əlavə etmişdir, həmin materialların məzmununa və məhkəmənin sorğusu əsasında mənzilə dair əldə edilmiş sənədlərə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Şirvan şəhər ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Şirvan şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmə iclasında elan edilmiş RX ******* nömrəli çıxarışdan görünür ki, iddiaçı Xəlilov X2 şəhəri, X.Səfərliyev küçəsi 9 saylı mənzili RX ******* nömrəli çıxarış əsasında paylı mülkiyyət hüququ ilə adına rəsmiləşdirmişdir. Məhkəmə iclasında elan edilmiş cavabdehin iddiaçıya ünvanladığı 30 yanvar 2020-ci il tarixli imtina məktubundan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə Qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Mehdi qızı, X7, X6 iddiaçıya məxsus Sabirabad şəhəri, Xanlar Səfərliyev küçəsi 9 saylı mənzilin pasport qeydiyyatındadırlar. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Paşayeva (Xəlilova) Mahizər Ağaxan qızı izahat verərək bildirmişdir ki, sözügedən mənzilin paylı mülkiyyətçisi kimi Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Mehdi qızının, X3, X1 Sabirabad şəhəri, Xanlar Səfərliyev küçəsi 9 saylı mənzilin pasport qeydiyyatından çıxarılması ilə bağlı İddiaçı iddia tələbi ilə razıdır, həmin iddia onun iradəsinə uyğundur və həmin şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılması barədə qərar çıxarılmasını xahiş edir. Bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tətqiq edilmiş Sabirabad rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli 05/76-167 nömrəli məktubundan görünür ki, iddiaçı ilə üçüncü şəxslərin qohumluq əlaqələri barədə məlumat yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tətqiq edilmiş Sabirabad şəhər İcra Hakimiyyəti Başçısının 1 X10 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 93 nömrəli arayışından görünür ki, üçüncü şəxslər iddiaçıya məxsus Sabirabad şəhəri, Xanlar Səfərliyev küçəsi 9 saylı mənzilin pasport qeydiyyatında olmasına baxmayaraq həmin ünvanda yaşamırlar. Məhkəmə hesab edir ki, üçüncü şəxslərin iddiaçıya məxsus evdə yaşamaması onun qeydiyyatının formal olduğunu göstərir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, üçüncü şəxslərin iddiaçıya məxsus evdə qeydiyyatda olması formal xarakter daşıdığı, mülkiyyətçinin hüquqlarını qanunsuz məhdudlaşdırdığı üçün onlar iddiaçıya məxsus evin pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı üçüncü şəxslərin - Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Mehdi qızının, xx.xx.2010-cu il təvəlüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 ünvan 4 ünvanındanpasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Mehdi qızının, xx.xx.2010-cu il təvəlüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 İddiaçı (paylı mülkiyyət hüququ ilə) məxsus Sabirabad şəhəri, Xanlar Səfərliyev küçəsi, 9 nömrəli mənzilin qeydiyyatından çıxarılması öhdəliyi Cavabdeh1nə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar