Məhkəmə qərarları › İş №2-1(120)-662/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-662/2024

09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-662/2024 09.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi XN, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx xxxx N97N-ci ildə Saatlı rayonun Qara Nuru kəndində anadan olmuşdur. 20 noyabr N990-09 mart N992-ci illərdə keçmiş SSR-nin ordu sıralarında hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası xx.xx.N99N-ci ildə müstəqilliyini bərpa etdikdən sonra hərbi xidmətini davam etdirmək üçün keçmiş SSR-nin ordu sıralarından çıxarılaraq xx.xx.N992-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N () saylı hərbi hissəsinin şəxsi heyyətinin tərkibində Azərbaycan Respublikasının ordu sıralarına qəbul edilmişdir. Həmin dövrlərdə Ermənistan Respublikasının Azərbaycan Respublikasının ərazilərinə məlum hərbi təcavüzü zamanı Qarabağ müharibəsi döyüşlərində iştirak etmiş və xx.xx.N996-cı il tarixli, 300 saylı əmrlə Azərbaycan Respublikasının ordu sıralarından təxris olunmuşdur. Göstərdiyi faktlar barədə hərbi biletində qeydiyyat aparılmışdır. Lakin, yuxarıda qeyd etdikləri hərbi biletindəki qeydlərdə və Müdafiə Nazirliyinə etdiyi yazılı müraciətinə cavab olaraq ona ünvanlanmış 25 aprel 2022-ci il tarixli, 4/2-2588 saylı arxiv arayışında öz təsdiqini tapsada, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın N9 dekabr 2022-ci il tarixli, 4N3-N3825 saylı məktubu ilə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Həmçinin həmin arxiv arayışının 2-ci və 3-cü abzaslarında qeyd edilənlərlə də razı deyildir. Çünki, Azərbaycan Respublikasının torpaqlarının bütövlüyü uğrunda gedən İ Qarabağ müharibəsində xx.xx.N992-ci ildən döyüş əməliyyatlarında iştirak etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N996-cı il tarixli 300 saylı əmri ilə ordu sıralarından tərxis olunmuşdur. Əlavə olaraq qeyd edir ki, erməni işğalçılarına qarşı döyüş əməliyyatlarında iştirak etməyi barədə müdafiə nazirliyinin mərkəzi arxivində xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilədək Füzuli şəhərində döyüşlərdə iştirak etməyi barədə rəsmi məlumat olsa da, ona məlum olmayan səbəblərdən xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilədək və xx.xx.N992-ci ildən sonra məlumatların olmaması onun günahı deyildir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci və 2.2.2-ci maddəsinə əsasən məhkəmə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə mənə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi qoya bilər. Azərbaycan Respublikası İPM-nin 2-ci maddəsini rəhbər tutaraq və N992-N996-cı illərdə vətənin ərazi bütövlüyü uğrunda ordu sıralarında erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmiş şəxs kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə ona “Müharibə adının və vəsiqəsinin” verilməsi öhdəliyi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, icraatınızda, İddiaçı iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, Qarabağ döyüşlərdə iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Buna etiraz edib bildirir ki, Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90-İİİ QD №-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli, 396 №-li fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün 22 sentyabr N995-ci il tarixli 2N6 №-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin N-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin N-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir)). Hesab edirəm ki, iddia tələbi əsassızdır. Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-22588 nömrəli arayışına əsasən İddiaçı xx.xx.N992-ci il tarxdən sonra xidməti və ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8-ci il tarixli 422 nömrəli qərarına əsasən: “Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Tələbin faktiki əsasına gəldikdə isə ilk öncə qeyd etmək zəruridir ki, şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və s. xidmətini bilavasitə əks edən sənədlərdə öz təsdiqini tapmalıdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 47.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və N54-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı tələbinin rədd edilməsinə dair qərar qəbul edilsin. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Saatlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Saatlı rayonunda qeydiyyatda olduğundan doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.N97N-ci il tarixdə anadan olmuşdur. İşdə olan NZ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 20 noyabr N990-09 mart N992-ci illərdə keçmiş SSR-nin ordu sıralarında hərbi xidmət keçmişdir. Daha sonra xx.xx.N992-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin şəxsi heyyətinin tərkibində Azərbaycan Respublikasının ordu sıralarına qəbul edilmişdir. xx.xx.N996-cı il tarixli, 300 saylı əmrlə Azərbaycan Respublikasının ordu sıralarından təxris olunmuş və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsində qeydiyyata düşmüşdür. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/3-N3825 nömrəli məktubunda qeyd edilir: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-2588 nömrəli arayışına əsasən xx.xx.N992-ci ildən sonra hərbi xidmətiniz və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmağınız barədə məlumat olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/2- 2588 nömrəli arxiv arayışında qeyd edilir; N () nömrəli hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli, 70 №-li əmrilə (əsas: § 3, səh. N5N, sıra 3) İ MSR-in pulemyotçusu, sıravi İddiaçı 0N avqust N992-ci ildən 3N avqust N992-ci ilədək gəlmiş hesab edilərək, Füzuli şəhərində döyüş əməliyyatları bögəsində döyüş tapşırığını yerinə yetirmiş hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin N noyabr N994-cü il tarixli, 328 №-li əmrində rabitə bölüyünün hərbi qulluqçusu, çavuş İddiaçı Mingəçevir şəhərinə hospitala getməsi barədə məlumat vardır (əsas: § 7, səh. N38, sıra 6, əmrdə atasının adı yazılmayıb). Qeyd edirik ki, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N nömrəli hərbi hissə komandirinin N fevral-4 sentyabr N992-ci və 03 yanvar-3N mart N993-cü il tarixli, N nömrəli hərbi hissə komandirinin fevral-dekabr N992-ci il tarixli, may-dekabr N993-cü il tarixli, yanvar-23 noyabr N994-cü il tarixli, oktyabr N996-cı il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissənin şəxsi həyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/2-N844 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin xx.xx.2023-cü il tarixli 2-N(N20)-26N9/2023 №-li məktubunuza (Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə xx.xx.2023-cü il tarixdə daxil olmuş) cavab olaraq bildiririk ki, N () nömrəli hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli 70 №-li əmrilə (əsas: § 3, səh. N5N, sıra 3) İ MSRin pulemyotçusu, sıravi İddiaçı 0N avqust N992-ci ildən 3N avqust N992-ci ilədək gəlmiş hesab edilərək, Füzuli şəhərində döyüş əməliyyatları bögəsində döyüş tapşırığını yerinə yetirmiş hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin N noyabr N994-cü il tarixli 328 №-li əmrində rabitə bölüyünün hərbi qulluqçusu, çavuş İddiaçı Mingəçevir şəhərinə hospitala getməsi barədə məlumat vardır (əsas: § 7, səh. N38, sıra 6, əmrdə atasının adı yazılmayıb). Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan xx.xx.N992-xx.xx.N992-ci il, xx.xx.N993-xx.xx.N993-cü il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin xx.xx.N992-dekabr N992-ci il, may- dekabr N993-cü il, yanvar-xx.xx.N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin yanvar-aprel N993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Məktubda İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi və xidmət dövrü (il,ay) qeyd edilmədiyindən araşdırmalar barəsində Mərkəzi Arxivə daxil olmuş sorğular əsasında aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Saatlı rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, N02/2-75N2 nömrəli məktubunda qeyd edilmişdir ki, məktubunuzda adı qeyd olunan Saatlı şəhəri, O.Rzayev küyəsi, ev 5N-də qeydiyyatda olan, xx.xx.N960-cı il təvəllüdlü İddiaçı, barəsində Saatlı RPŞ-də hər hansı bir cinayət işi, təqsirləndirici material, inzibati icraat materialı qeydə alınmamışdır. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-43-49/2-3NN/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Saatlı rayon sakini N97N -ci il təvəllüdlü İddiaçı xx.xx.N990-cı il tarixdə Saatlı rayon hərbi Komissarlığından həqiqi hərbi xidmətə göndərilmişdir. Lakin İddiaçı həqiqi hərbi xidmətdən qayıtması və hərbi qeydiyyata alınması barəsində SHXÇDXnin Saatlı rayon şöbəsində heç bir məlumat aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-25-4/2-6489/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, icraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə baxılır. Sizin N2 sentyabr 2023cü il tarixli 2-N(N20)-26N/2023 nömrəli sorğunuzda iddiaçıya məxsus HZ ******* nömrəli hərbi biletin 3-cü səhifəsinin məzmunundan görünür ki, İddiaçı xx.xx.N996-cı il tarixdə ordu sıralarından xaric edilmiş, lakin Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4/3-N3825 imtina məktubunun məzmununda qeyd olunur ki, xx.xx.N992-ci ildən sonra hərbi xidməti və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Bununla əlaqədar olaraq aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edirik. Belə ki, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə qeyd edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Şəxsin xidmət keçməsi, hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna AR Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Belə ki, Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-22588 nömrəli arayışına əsasən İddiaçı xx.xx.N992ci il tarxdən sonra xidməti və ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Bununla da İddiaçı xx.xx.N992-ci il tarxdən sonrakı xidməti və qanuni əsaslarla ehtiyata buraxılması Mərkəzi arxivdə olan nizami hissə üzrə əmrlərlə təsdiq edilmədiyindən Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya tərəfindən İddiaçı “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc-hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son-hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunmuş, İddiaçı N () nömrəli hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli 70 №-li əmrilə (əsas: § 3, səh. N5N, sıra 3) İ MSR-in pulemyotçusu, sıravi İddiaçı 0N avqust N992-ci ildən 3N avqust N992-ci ilədək gəlmiş hesab edilərək, Füzuli şəhərində döyüş əməliyyatları bögəsində döyüş tapşırığını yerinə yetirmiş hesab edilmişdir. Həmçinin İddiaçı məxsus H3 seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.N997-ci tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsində qeydiyyata düşmüşdür. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin “imtinasın”da və iddiaya qarşı verilən etirazın dəlillərində hərbi xidməti barədə məlumat olmaması qeyd olunsa da, iddiaçıya məxsus H3 seriyalı ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı N () nömrəli hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli 70 №-li əmrilə (əsas: § 3, səh. N5N, sıra 3) İ MSR-in pulemyotçusu, sıravi İddiaçı 0N avqust N992-ci ildən 3N avqust N992-ci ilədək gəlmiş hesab edilərək, Füzuli şəhərində döyüş əməliyyatları bögəsində döyüş tapşırığını yerinə yetirmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Həmçinin İddiaçı hərbi hissəni özbaşına tərk etməsi, məhkum edilməsi, amnistiya aktına əsasən xitam verilməsi barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsində heç bir məlumat əldə edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya inzibati icraat zamanı və məhkəməyə ünvanlanmış iddia tələbinə etirazda qeyd edilmişdir ki, iddiaçı tərəfindən hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasını özündə əks etdirən sənədlər təqdim edilməmiş, həmçinin arxiv arayışlarından müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının özüdə saxlanılmalı olduğu hərbi biletində müəyyən edilir ki, o, İ Qarabağ müharibəsi zamanı hərbi xidmətdə olmuş, N () nömrəli hərbi hissə komandirinin N sentyabr N992-ci il tarixli 70 №-li əmrilə (əsas: § 3, səh. N5N, sıra 3) İ MSRin pulemyotçusu, sıravi İddiaçı 0N avqust N992-ci ildən 3N avqust N992-ci ilədək gəlmiş hesab edilərək, Füzuli şəhərində döyüş əməliyyatları bögəsində döyüş tapşırığını yerinə yetirmişdir. Hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasını təsdiq edən sənədlərin saxlanılması üçün hər hansı məhsuliyyət qanunvericiliklə iddiaçıya aid vəzifə hesab edilməmişdir. Məhkəmə tərəfindən dəfələrlə cavabdeh inzibati orqana etirazında istinad etdiyi iddiaçının iddiaçının qanuni əsaslar olmadan ehtiyata buraxılması barədə halları təsdiq edən sənədlərin məhkəməyə təqdim olunması təklif olunsada cavabdeh inzibati orqan etirazında istinad etdiyi hallara dair sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : N2.N-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. N2.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. N2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 6N-ci maddəsinin tələblərinə görə: 6N.N. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 6N.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 6N.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 6N.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.N. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilə bilməz (iddiaçı istisna olmaqla). Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar