Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-663/2024 16.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı «Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1993-cü il tarixli, 4311 nömrəli qərarında əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi, “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALMİŞDİR” kimi qeyd edilməsi» tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət dövrü ilə əlaqədar” əlilliyin səbəbinin “hərbi xidmət vəzifələrin (xidməti vəzifələri) yerinə yetirməsi” səbəbinə dəyişdirilməsi məsələsinin cavabdehin hərəkətsizliyi səbəbindən baxılmadığına görə bu məsələyə məhkəmə qaydasında baxılması, əlilliyin səbəbinin “hərbi xidmət vəzifələrin (xidməti vəzifələri) yerinə yetirməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-nin 47-49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2-1(120)-663/2024 nömrəli qərardadı ilə iddia tələbinə “Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1993-cü il tarixli, 4311 nömrəli qərarında əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi, “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALMİŞDİR” kimi qeyd edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, N saylı hərbi hissənin əsgəri kimi 1993-cü ilin fevral ayında Ağdam bölgəsində hərbi xidmət zamanı “URAL” maşının minaya düşməsi nəticəsində aldığı travma nəticəsində ona əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası təsdiq edilmişdir. Qaydanın 1.4. bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Qaydanın 1.5. bəndinə əsasən Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1 ümumi səbəblərdən; 1.5.1.1 ümumi xəstəlik; 1.5.1.2 istehsalat zədəsi; 1.5.1.3 peşə xəstəliyi; 1.5.1.4 Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5 hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6 hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7 terror hadisəsi ilə əlaqədar; 1.5.2 xüsusi səbəblərdən: 1.5.2.1 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3 hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4 Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Aldığı travmaya görə ona 1.5.1.5. bəndində qeyd olunmuş “hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə ona əlillik təyin edilmişdir. Onun travma almağı müharibə dövründə Ağdam bölgəsində hərbi xidməti yerinə yetirən zaman olduğuna görə, əlilliyinin səbəbi 1.5.2.3. bəndində qeyd olunmuş “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməsi” səbəbi ilə olmalı idi. 1993-cü ilə məxsus 2255 №-li xəstəlik tarixindən və 4311 №-li “müayinə vərəqində” yaralanmağının səbəbi Azərbaycan Respublikasının müdafiəsi zamanı qeyd olunmuşdur. Həmçinin AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin arayışında da yaralanmabəli Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasın Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, məktubunda buna münasibət olaraq bildirilmişdir ki, travmanın alınma şəraiti haqqında hərbi hissə komandirinin arayışı olmadığına görə əlilliyin səbəbi “hərbi xidmət dövrü ilə əlaqədar” kimi göstərilmiş, travmanın səbəbi: Xəstəlikdir-Bəli, hərbi xidmət dövründə alınmışdır kimi qeyd olunmuşdur. Buna görə ona həm mənəvi, həm də maddi ziyan dəymişdir. Belə ki, əlillik səbəbi düzgün təyin olunmadığına görə müharibə əlillərinə edilən güzəşt və imtiyazlardan istifadə edə bilməmişdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 2008-ci il tarixli, 823 nömrəli Fərmanına əsasən ”Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və 2008-ci il sentyabrın 1-dən qüvvəyə minmişdir. Əlillik vəziyyətinin hərbi səbəblə əlaqədar qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. Agentlikdən gələn cavabda ona bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir və 10 fevral 2004-cü il tarixindən “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbdən ikinci dərəcə əlillik statusuna malikdir. Əlilliyinin “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəb əlaqəsinin “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməsi” səbəb əlaqəsinə dəyişdirilməsi üçün Mərkəzi Hərbi Həkim Komissiyasının yenilənmiş şəhadətnamə və ya qərarı ilə Agentliyə müraciət etməsi tövsiyə olunmuşdur (1 noyabr 2022-ci il tarixli **********8 №-li məktub). Əlilliyinin səbəbinin yenidən şəhadətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına etdiyi müraciətini “cavabdeh” olaraq xx.xx.2023-cü il tarixli 277 №-li məktubu ilə aşağıdakı kimi cavablandırmışdır: “N saylı hərbi hissənin əsgəri kimi hərbi xidmət keçərkən naməlum şəraitdə xx.xx.1993-cü il tarixdə avtoqəza nəticəsində aldığı travmanın nəticələrinə görə xx.xx.1993-cü il tarixdə AR MN Mərkəzi Hərbi Poliknikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərkən ona aldığı xəsarətin nəticəsinə görə AR MN o vaxtlar qüvvədə olan 1987-ci il tarixli, 260 nömrəli Əmrinin “Xəstəliklər cədvəli”nin 39 “b” maddəsinin İ qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” rəyi verilmiş və rəy xx.xx.1993-cü il tarixli 4311 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Müdafiə nazirinin 1987-ci il tarixli, 260 nömrəli əmrinə dair Təlimatın 115-ci maddəsinin 2-ci yarımbəndinin tələblərinə uyğun travmanın alınma şəraiti haqqında hərbi hissə komandirinin arayışı olmadığından hərbi həkim komissiyasının qərarına əsasən travmanın hərbi xidmətlə səbəb əlaqəsi düzgün olaraq “Xəstəlikdir, bəli, hərbi xidmət dövründə alınmışdır”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən cavabdeh qarşısında qaldırdığı “Hərbi xidmət dövrü ilə əlaqədar” əliliyinin səbəbinin “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməsi” səbəbinə dəyişməsi məsələsinə cavabdehin hərəkətsizliyi səbəbindən baxılmadığına görə bu məsələyə məhkəmə qaydasında baxılsın, əlilliyinin səbəbinin “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməsi” səbəbindən olması barədə, imtiyaz və güzəştlərinin bərpa edilməsi barədə qərar qəbul edəsiniz. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddia ərizəsində ona məxsus xx.xx.1993-cü il tarixli, 4311 nömrəli xəstəlik haqqında şəhadətnamədə xəstəliyin səbəb əlaqəsinin dəyişdirilərək “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin edilməsi vəzifəsinin Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına (MN MHHK) üzərinə qoyulmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən İddiaçı iddiasını qanunsuz və əsassız hesab edirik. Salyan RHK tərəfindən 1993-cü ildən hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı N saylı hərbi hissənin əsgəri kimi hərbi xidmət keçərkən naməlum şəraitdə xx.xx.1993-cü il tarixdə avtoqəza nəticəsində aldığı travmanın nəticələrinə görə xx.xx.1993-cü il tarixdə Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərkən onda təyin edilmiş xəsarətin nəticəsinə görə Müdafiə Nazirliyinin o vaxtlar qüvvədə olan 1987-ci il tarixli 260 nömrəli əmrinin “Xəstəliklər Cədvəlinin 39 “b” maddəsinin İ qrafasına əsasən və “SÜLH DÖVRÜNDƏ HƏRBİ XİDMƏTƏ YARARSİZ, MÜHARİBƏ DÖVRÜNDƏ MƏHDUD YARARLİDİR’’ rəyi verilmiş və rəy xx.xx.1993-cü il tarixli, 4311 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə rəsmiləşdirilib. Müdafiə Nazirinin 1987-ci il tarixli 260 nömrəli əmrinə dair Təlimatın 115-ci maddəsinin 2-ci yarımbəndinin tələblərinə uyğun travmanın alınma şəraiti haqqında hərbi hissə komandirinin arayışı olmadığından hərbi həkim komissiyasının qərarına əsasən travmanın hərbi xidmətlə səbəb əlaqəsi düzgün olaraq “XƏSTƏLİKDİR, BƏLİ, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi təyin edilmişdir. İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi tanınması tələbi MN MHHK-nın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqan üzərinə qeyd edilən öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövbcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1. maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. İddiaçı iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin İddiaçı qanunla müəyyən edilmiş həmin müddəti 29 ildən artıq ötürmüşdür. Yuxarıda qeyd olunanlara görə hesab edirik ki, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin heç bir qanuni əsası yoxdur və bu səbəbdən də məhkəmə tərəfindən onun iddiası rədd olunmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən İddiaçı iddiasının rədd olunmasına dair qərar çıxarasınız. Мəhkəmə iclasında izahatında İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1993-cü il tarixli, 4311 nömrəli qərarında əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi, “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALMİŞDİR” kimi qeyd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının nümayəndəsinin iştirakı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia tələbindən göründüyü kimi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1993-cü il tarixli, 4311 nömrəli qərarında əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi, “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALMİŞDİR” kimi qeyd edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2-190590/2023 nömrəli məktuba əlavə edilmiş sənədlərdən və xx.xx.1993-cü il tarixli, 2102 nömrəli ərizədən görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixli, 4311 nömrəli qərarı Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsinə təqdim etmiş və onun barəsində pensiya təyin edilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin müəyyən olunur ki, müxtəlif vaxtlarda iddiaçının əllik vəziyyətinin qiymətləndirilməsi həyata keçirilmişdir. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə iddia ərizəsininin məzmunundan və iş materiallarında olan sənədlərdən göründüyü kimi, İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilərkən Hərbi Həkim Komissiyasının xx.xx.1993-cü il tarixli, 4311 nömrəli qərarını Dövlət Sosial Müdafiə Fonduna təqdim etmiş və həmin qərar əsasında ona əlillik təyin edilmişdir. Belə olan halda İddiaçı həmin qərardan xx.xx.1993-cü il tarixdən məlumatlı olmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2-190590/2023 nömrəli məktuba əlavə edilmiş məktubdan görünür ki, xx.xx.1993-cü il tarixli, 4311 nömrəli qərarını Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsinə təqdim etmiş və onun barəsində pensiya təyin edilməsi barədə qərar qəbul edilmişdir. Belə olan halda İddiaçı həmin qərardan xx.xx.1993-cü il tarixdən məlumatlı olmuşdur. Bundan başqa iddiaçının iştirakı ilə ildə bir dəfə əllik vəziyyətinin qiymətləndirilməsi həyata keçirilmiş, 10 fevral 2004-cü ildə ona müddətsiz əllik təyin edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı «Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1993-cü il tarixli, 4311 nömrəli qərarında əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi, “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALMİŞDİR” kimi qeyd edilməsi» barədə iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə qeyd edir ki, nəzəri cəhətdən qəbul etsək ki, iddiaçı mübahisələndirilən qərarı pensiya təyinatı üçün Dövlət Sosial Müdafiə Fonduna təqdim etmiş, iddiaçının iştirakı ilə ildə bir dəfə əllik vəziyyətinin qiymətləndirilməsi həyata keçirilmiş, 10 fevral 2004-cü ildə ona müddətsiz əllik təyin edilmiş, 30 ilə yaxın müddət ərzində iddiaçı əlillik dərəcəsinə görə pensiya almış, müharibə iştirakçıları üçün nəzərədə tutulmuş güzəştlərdən istifadə etməmişdir. Belə olan halda iddiaçının qərardan məlumatlı olduğu müəyyən olunur, bu zaman iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti (30 günü) ötürmüş olur. Belə ki, hazırki iddia ərizəsi xx.xx.2023-cü il tarixdə poçta, xx.xx.2023-cü il tarixdə isə məhkəmənin dəftərxanasına daxil olmuşdur. Başqa sözlə prosessual müddətin axımını (həmin qərardan məlumatlı olduğu vaxtı) xx.xx.1993-cü il tarixindən hesablasaq İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 29 (iyirmi doqquz) ildən artıq vaxt keçdikdən sonra müraciət etmiş olur. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı «Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1993-cü il tarixli, 4311 nömrəli qərarında əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi, “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALMİŞDİR” kimi qeyd edilməsi» tələbinə dair iddiası üzrə Hərbi Həkim Komissiyasının xx.xx.1993-cü il tarixli, 4311 nömrəli qərarı iddiaçıya məlum olmuş və onu məhkəmə qaydasında mübahisələndirmişdir. Ona görə də iddia tələbi mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı «Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1993-cü il tarixli, 4311 nömrəli qərarında əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi, “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALMİŞDİR” kimi qeyd edilməsi» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-663/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-663/2024
16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver