Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-664/2025 28.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Cəbrayıl rayon Qeydiyyat şöbəsinə qarşı “19 mart 1967-ci il tarixli, 019 nömrəli doğum aktı qeydinə düzəliş edilərək, “Mahmudova” soyadının “Mahmudov” soyadına, “Məlahət” adının “Mayis” adına, cinsinin qadından kişi cinsinə yazılması və həmin dəyişikliyə uyğun doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Cəbrayıl rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, doğum haqqında akt qeydinə dəyişiklik edilməsi və yeni doğum şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin 2-1(120)-664/2025 nömrəli, 28 yanvar 2025-ci il tarixli qərardadı ilə. iddia tələbində iddiaçının və cavabdehin olduğu kimi qalmaqla, iddia tələbinə “19 mart 1967-ci il tarixli, 019 nömrəli doğum aktı qeydinə düzəliş edilərək, “Mahmudova” soyadının “Mahmudov” soyadına, “Məlahət” adının “Mayis” adına, cinsinin qadından kişi cinsinə yazılması və həmin dəyişikliyə uyğun doğum haqqında şəhadətnamənin verilməsi” kimi dəqiqləşmə aparılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1967-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuşdur. Məlum hadisələrə görə 1993-cü ildə Cəbrayıl rayonundan məcburi köçkün düşmüşdür. Onun şəxsiyyət vəsiqəsində və digər hüquq müəyyənedici sənədlərində doğum tarixi xx xxxx 1967-ci il, soyadı, adı və ata adı İddiaçı kimi qeyd edilmişdir. Bundan başqa da hamı onu Mayis kimi tanıyırlar. Cəbrayıl rayonu işğal olunanda doğum haqqında şəhadətnamədə yaşadığı evdə qalmışdır. Ona doğum haqqında şəhadətnamə lazım olduğundan o Cəbrayıl rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin orada ona məlum olmuşdur ki, xx.xx.1967-ci il tarixdə tərtib edilmiş 019 saylı doğum akt qeydində soyadı Mahmudova, adı Məlahət, ata adı Əliş, cinsi isə qadın kimi qeyd edilmişdir. Hal-hazırda onun bütün hüquq müəyyənedici sənədlərində soyadı, adı və ata adı İddiaçı kimi qeyd edilmişdir. O, doğum akt qeydində düzəliş edilməsi ilə əlaqədar Cəbrayıl rayon Qeydiyyat şöbəsindən xahiş etsə də, xx.xx.2023-cü il tarixli məktubda məhkəməyə müraciət etməyini tövsiyyə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cəbrayıl rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Cəbrayıl rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, X1 qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2-ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1-ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. - İşdə olan Cəbrayıl rayon Qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/8-11/145/2023 nömrəli məktubda göstərilmişdir ki, Cəbrayıll rayon qeydiyyat şöbəsinə təkrar doğum şəhadətnaməsi yazılması ilə bağlı ərizəyə baxılmışdır. Cəbrayıl rayon Quycaq İcra nümayəndəliyində 19 mart 1967-ci ildə tərtib edilmiş 019 saylı doğum haqqında akt qeydində soyadı Mahmudov deyil Mahmudova, adı Mayis deyil Məlahət kimi, cinsi qadın kimi yazıldığı aşkar edilir. Doğum akt qeydinə düzəlişlə bağlı Nazitlər Kabinetinin xx.xx.2001-cil tarixli 52 saylı qərarına əsasən qeyd edilən düzəlişin edilməsi Cəbrayıl rayon qeydiyyat şöbəsinin imkanı xaricindədir. -İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1967-ci ildə ünvan 2 ünvanında qeydiyyatdadır. - İşdə olan AA№ 417957 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə vəsiqə verilmişdir. - İşdə olan Bakı şəhəri, Xətai rayonu, Mənzil Kommunal Təsərrüfat Birliyi 27 saylı Mənzil Kommunal İstismar Sahəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 273 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri Xətai rayonu 27 saylı Mənzil Kommunal İstismar Sahəsinin ərazisində yerləşən 8 Noyabr 2929 oboy zavodu İ.B ünvanında məskunlaşmışdır. Cəbrayıl rayonundan məcburi köçkündür. - İşdə olan V-ЖГ №432870 nömrəli, xx.xx.1992-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X7 arasında nigah bağlanmışdır. Nigah bağlandıqdan sonra ikinci tərəf Mahmudova soyadını götürmüşdür. - İşdə olan НЗ №5044419 nömrəli, xx.xx.1985-ci il tarixli hərbi biletin surətindən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı Sovet ordusu sıralarında xidmət etmişdir. - İşdə olan Cəbrayıl rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-70/2-1421/2024/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1967-ci il təvəllüdlü Cəbrayıl rayonu Quycaq kəndində anadan olmuş və Cəbrayıl rayonu Quycaq kəndində qeydiyyatda olan İddiaçı barəsində Cəbrayıl RPŞ-də cinayət işi və ya təqsirləndirici material olmamışdır. - İşdə olan Cəbrayıl rayon Pokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 158G/X-24 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı və ya xx.xx.1967-ci il təvəllüdlü X3 barəsində Cəbrayıl rayon prokurorluğunda və Cəbrayıl rayon polis şöbəsində hər hansı təqsirləndirici material (sadələşdirilmiş icraat materialı, cinayət işi və s.) yoxdur. - İşdə olan Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 02/6556/di nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı və 3 mart 1967-ci il təvəllüdlü X3 digər ölkələrdən deportasiya olunması barədə Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir. Eləcə də həmin şəxslərin ölkədən getməsinə Dövlət Miqrasiya Xidməti tərəfindən məhdudiyyət qoyulmamış, habelə X3 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. Məktubda qeyd etdiyi digər məlumatların təqdim edilməsi Dövlət Miqrasiya Xidmətinin səlahiyyətləri xaricindədir. - İşdə olan X1 Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-16-5/4-13-3550/2024 nörəli məktubunda göstərilmişdir ki, İddiaçının 1967-ci ilin mart ayında (gün dəqiq deyil) tərtib olunmuş doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən uşaq haqqında məlumat qrafasında ata adının “Qardaşxan” kimi yazılmasına baxmayaraq ata haqqında məlumat qrafasında “X8”nun məlumatları qeyd edilmişdir. Müraciətlə əlaqədar İddiaçının özünün və bacı-qardaşlarının doğumu haqqında akt qeydlərinin kserosurətləri göndərilmişdir. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən keçirilərkən İddiaçının valideynlərinin doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır. - İşdə olan 19 mart 1967-ci il tarixli, 019 nömrəli doğum akt qeydindən görünür ki, X2 xx.xx.1967-ci ildə Cəbrayıl rayonu, Quycaq kəndində anadan olmuşdur. Ata qrafasında X8, ana qrafasında X5 qeyd edilmişdir. İşdə olan Cəbrayıl rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli, 3-16-5/8-79/2024 nömrəli məktubda göstərilmişdir ki, sorğu edilən X6 doğum akt qeydində düzəliş edilməsi ilə bağlı sorğu edilən akt qeydlərinin surəti göndərilmişdir. - İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 18/2-23974/24 nğmrəli məktubunda göstərilmişdir ki, müraciətdə qeyd olunan xx.xx.1967-ci il təvəllüdlü İddiaçı məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin surəti göndərilmişdir. - İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/4-13-10067/2024 nömrəli məktubunda göstərilmişdir ki, müraciətlə əlaqədar Ə.Mahmudov və İ.Səfərovanın xx.xx.1954-cü ildə Cəbrayıl rayonunun Quycaq icra nümayəndəliyində bağlanmış nikahından doğulan xx.xx.1955-ci il təvəllüdlü Qorxmaz Mahmudovun, xx.xx.1957-ci il təvəllüdlü Xaşmaz Mahmudovun, xx.xx.1960-cı il təvəllüdlü Yasəmən Mahmudovanın, xx.xx.1962-ci il təvəllüdlü Müşkünaz Mahmudovanın, xx.xx.1964-cü il təvəllüdlü Qinyaz Mahmudovun və xx.xx.1967-ci il təvəllüdlü Məlahət Mahmudovanın doğumu haqqında akt qeydlərinin kserosurəti göndərilir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi X1 qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 192-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Məhkəmə tərəfindən iddiaçı barəsində Cəlilabad rayon Qeydiyyat şöbəsinin verdiyi 19 mart 1967-ci il tarixli, 019 nömrəli doğum akt qeydindən görünür ki, X2 xx.xx.1967-ci ildə Cəbrayıl rayonu, Quycaq kəndində anadan olmuşdur. Ata qrafasında X8, ana qrafasında X5 qeyd edilmişdir. İddiaçı tərəfindən məhkəməyə AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, НЗ ******* nömrəli, xx.xx.1984-cü il tarixli həbi bilet, V-JQ seriyalı, 432870 saylı nikah haqqında şəhadətnamənin surəti, AZ-İİ seriyalı, 450924 saylı səkkiz illik təhsil haqqında şəhadətnamənin surəti və digər sənədlərindən görünür ki, İddiaçı xx.xx.1967-ci ildə Azərbaycan Respublikası Cəlilabad rayonunda anadan olmuşdur. İddiaçının cinsi kişidir, “İddiaçı” ad və soyadı ilə yaşamış, təhsil almış və şəxsiyyət vəsiqəsi əldə etmiş, ailə qurmuş, işləmiş, sonradan isə doğum akt qeydində adının, soyadının, cinsinin səhv yazılması halı ilə rastlaşmışdır. Məhkəmə qeyd edir ki, qanunvericilikdə doğum haqqında akt qeydlərində düzəlişlərin edilməsi və yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qadağanedici norma mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi X1 qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, X1 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə X1 qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 dövlət qeydiyyatı Qaydası»nın: 1.1.Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən X1 dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X1 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.1.Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün uşağın valideyni, qəyyumu, himayəçisi və ya onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər.Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. 12.7. Uçot kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: 1.X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.
3. X1 qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: -vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;
5. X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.
8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.
9. Bu əsas müddəaların 4-cü bəndində sadalanan sənədlər və X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə 3 gün müddətində göndərilir. X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur.
10. X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki uşağın doğulması müvafiq olaraq qeydə alınır və doğum haqqında akt qeydi ilə rəsmiləşdirilir. Qeyd olunmalıdır ki, əgər doğum haqqında akt qeydində səhvə yol verilərsə bu səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Göründüyü kimi, qanunverici hər bir 18 yaşına çatmış şəxsə müstəqil qaydada öz adını və soyadını və atasının adını dəyişdirmək hüququ vermişdir. Müvafiq qeydiyyat şöbələri (inzibati orqan) isə qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər istisna olmaqla, vətəndaşın həmin müraciətinin həyata keçirilməsini təmin etmək vəzifəsini daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» Qaydalarında adın, ata adının və soyadın dəyişdirilməsinə yol verilməyən hallar sadalanmışdır. Belə ki, Qaydaların 6.5-ci bəndinin tələbinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Şifahi məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilir ki, iddiaçı soyadının dəyişdirilməsi üçün cavabdehə müraciət edərkən və hal-hazırda onun barəsində Qaydaların 6.5-ci bəndində göstərilən, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş hər hansı digər məhdudlaşdırıcı hallar yoxdur. Qeyd olunan Qaydaların tələbinə əsasən (6.15-6.18-ci bəndlər) ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir, rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır, qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir, adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Yuxarıda göstərilənləri hazırki iddiaya tətbiq etdikdə görünür ki, iddiaçının doğum haqqında akt qeydində həqiqətən də səhvlərə yol verildiyi müəyyən olunur. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq iddiaçının doğumu barədə tərtib olunmuş akt qeydinin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. Həmin akt qeydinin təhlili zamanı müəyyən olunmuşdur ki, iddiaçının adı “Məlahət” kimi, soyadı “Mahmudova”, cinsi “qadın” olaraq qeydə alınmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının doğum haqqında akt qeydində iddiaçının adının, soyadının, cinsinin səhv yazıldığı müəyyən olunduğundan və bu halı təsdiq edən kifayət qədər dəlillər olduğundan iddiaçının doğum haqqında akt qeydində düzəlişlərin edilməsindən imtina edilməsi ilə bağlı cavabdehin imtinası əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı barəsində 19 mart 1967-ci il tarixdə tərtib edilmiş, 019 nömrəli doğum haqqında akt qeydində düzəliş edilsin, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cəlilabad rayon Qeydiyyat şöbəsinin üzərinə uşaq haqqında məlumat hissəsində adı “Mayis” kimi, soyadı “Mahmudov” kimi, cinsi “qadın” kimi göstərilmiş İddiaçı ad qrafasına düzəliş edilərək “Mayis” kimi, soyad qrafasına düzəliş edilərək “Mahmudov” kimi, cinsi qrafasına düzəliş edilərək “kişi” kimi qeyd edilməklə, yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi qoyulsun. Apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.
Hakim: Amilya Hüseynova