Məhkəmə qərarları › İş №2-1(120)-665/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-665/2021

06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-665/2021 06.12.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 12 saylı Regional Ərazi Filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialına qarşı “01.09.1980-15.01.1983cü illərdə Sumqayıt Politexnik Texnikomunda əyani təhsil aldığı müddətin, 03.08.1994- 07.05.2001-ci illərdə X12 və 07.05.2001-03.06.2002-ci illərdə X5 İdarəsində işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri h i s s ə: İddiaçı xx xxxxxx 1956-cı ildə anadan olmuşdur, 01.09.1980-15.01.1983-cü illərdə Sumqayıt Politexnik Texnikomunda əyani təhsil almış, 03.08.1994-07.05.2001-ci illərdə X12 və 07.05.2001-03.06.2002-ci illərdə X5 İdarəsində işləmişdir. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialına müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona 19 yanvar 2021-ci il tarixli, **********1 saylı imtina məktubu verilərək, 03.08.1994-07.05.2001-ci illərdə X12 işlədiyi dövr üçün iş stajının yoxlanılması hal-hazırda həmin müəssisənin hüquqi ünvanının məlum olmaması və arxiv sənədlərinin arxivə təhvil verilməməsi əsas gətirilərək pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1980-1983-cü illərdə Sumqayıt Politexnik Texnikomunda əyani təhsil aldığı müddətin, 03.08.1994-07.05.2001-ci illərdə X12 işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2-1(120)-665/2021 saylı qərardadı ilə iddia tələbinə “01.09.1980-15.01.1983-cü illərdə Sumqayıt Politexnik Texnikomunda əyani təhsil aldığı müddətin, 03.08.1994-07.05.2001-ci illərdə X12 və 07.05.2001-03.06.2002-ci illərdə X5 İdarəsində işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi bахılmаsı qərara alınmışdır. İddiaçı hesab edir ki, onun 01.09.1980-15.01.1983-cü illərdə Sumqayıt Politexnik Texnikomunda əyani təhsil aldığı müddət, 03.08.1994-07.05.2001-ci illərdə X12 və 07.05.2001-03.06.2002-ci illərdə X5 İdarəsində işlədiyi dövrü nəzərə alınmış olsa ona hüququnun yarandığı tarixdə 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur. Buna görə də hərbi xidmətdə olduğu müddət, işlədiyi iş və əyani təhsil aldığı illəri nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaçının 03.08.1994-07.05.2001-ci illərdə X12 işlədiyi dövr üçün iş stajının doğruluğunun yoxlanılması, hal-hazırda həmin müəssisənin hüquqi ünvanının məlum olmaması və arxiv sənəd materiallarının mühafizə olunması üçün arxivə təhvil verilməməsini əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə tərəfindən cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 12 saylı Regional Ərazi Filialına Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddiaya dair 30 mart 2021ci il tarixli, **********9 saylı etiraz məktubunda qeyd edilmişdir: “İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik nüquqi şəxsinin 12 saylı regional ərazi filialına (Kürdəmir) qarşı "təhsil illərinin və işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, icraatınızda olan 2-1(120)-665/2021 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən etirazımızı təqdim edirik. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta nissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya :əminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 1027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi oövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçı H.X9 rayon şöbəsinə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Kürdəmir rayon şöbəsi tərəfindən 03.08.1994-cü il tarixdən 07.05.2001-ci il tarixədək Kürdəmir “Süd” zavodunda işlədiyi müddətin qarşılıqlı yoxlanılması mümkün olmadığından yaşa görə əmək pensiyası təyin edilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş arayışda iddiaçının 04.01.1999-cu il tarixdən 03.06.2002-ci il tarixədək X5 idarəsində işləməsi faktı öz əksini tapmışdır. Lakin iddiaçının əmək kitabçasında 03.08.1994-cü il tarixdən 07.05.2001-ci il tarixədək Kürdəmir “Süd” zavodunda işləməyi öz əksini tapsada, arayış və əmək kitabçasında qeyd olunan illər üzrə ziddiyətlər əsaslı şübhə doğurur. Bundan başqa, X16na dair sənədlər Dövlət Arxivinə təhvil verilmədiyindən və həmçinin həmin müəssisənin arxiv sənədlərinin saxlanıldığı hüquqi ünvan məlum olmadığından əmək kitabçasındakı qeydlərin zarşılıqlı yoxlanılmasını həyata keçirmək mümkün olmamışdır. Əlavə olaraq, İddiaçı 1980-cı il tarixdən 1988-ci il tarixədək Sumqayıt Politexnik Texnikumunda əyani təhsil aldığını iddia edir. Lakin 1986-1988-ci illərdə əmək kiabçasında işləməsinə dair müvafiq qeydlər vardır. Göstərilən halları nəzərə alaraq cavabdeh tərəfindən həmin illər sosial sığorta stajına daxil edilməmişdir. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Yuxarıda sadalananları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərini nəzərə alaraq, icraatınızda olan 2-1(120)-665/2021 nömrəli inzibati iş üzrə İddiaçı “təhsil illərinin və işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz”. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini, hərbi biletinin notarial qaydada təsdiq edilmiş surətini, əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətini və əmək kitabçasının əslini, diplomunun notarial qaydada təsdiq olunmuş surətini, X5 İdarəsinin 02 aprel 2021-ci il tarixli, 01/06 nömrəli arayışını, əmək kitabçasının notarial qaydada tərcümə olunmuş surətini, Kürdəmir rayon Dövlət Arxivinin 01.02.2021-ci il tarixli 21 nömrəli arxiv arayışını, cavabdehin imtina məktubunu məhkəməyə təqdim etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən Kürdəmir rayon Statistika İdarəsinin 23 fevral 2021-ci il tarixli, 24 nömrəli məktubunun, Dövlət Arxivinin Sumqayıt filialının 30.06.2021-ci il tarixli, 12/2 nömrəli əmrlərdən çıxarışının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialının 17.07.2021-ci il tarixli, **********0 nömrəli məktubunun, Dövlət Arxivinin Sumqayıt filialının 28.07.2021-ci il tarixli, 14/2 nömrəli əmrlərdən çıxarışın, Kürdəmir rayon Dövlət Arxivinin 05 avqust 2021-ci il tarixliİ, 91 nömrəli məktubunun, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 05 avqust 2021-ci il tarixli, **********56 nömrəli məktubunun və ona əlavə olunmuş sənədlərin məzmununa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialının 13.10.2021-ci il tarixli, **********5 nömrəli məktubunun, X5 İdarəsinin 02 aprel 2021-ci il tarixli, 01/06 nömrəli arayışının, X5 İdarəsinin 06 dekabr 2021-ci il tarixli, 01/492 nömrəli məktubu və ona əlavə olunmuş sənədlərin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 30 mart 2021-ci il tarixli, **********9 saylı etirazının məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Kürdəmir rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Kürdəmir rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxx 1956-cı il tarixdə doğulmuşdur. Yaşa görə əmək pensiyası almaq hüququ 01.01.2021-ci il tarixdə yaranmışdır və 25 ildən artıq sığorta stajına malik olması, yəni 01.09.1980-15.01.1983-cü illərdə Sumqayıt Politexnik Texnikomunda əyani təhsil alması MT-İ №271151 nömrəli diplom, Dövlət Arxivinin Sumqayıt filialının 30.06.2021-ci il tarixli, 12/1 nömrəli məktubla məhkəməyə göndərdiyi əmrlərdən çıxarışı, Dövlət Arxivinin Sumqayıt filialının 28.07.2021-ci il tarixli, 14/1 nömrəli məktubla məhkəməyə göndərdiyi əmrlərdən çıxarışı ilə, 03.08.1994-07.05.2001-ci illərdə X12 işləməsi iddiaçıya məxsus əmək kitabçası, Kürdəmir rayon Statistika İdarəsinin 23 fevral 2021-ci il tarixli, 24 nömrəli məktubu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 05 avqust 2021-ci il tarixli, **********56 nömrəli məktubunun və ona əlavə olunmuş X13 nizamnaməsi və digər sənədlər ilə, 07.05.2001-03.06.2002-ci illərdə X5 İdarəsində işləməsi əmək kitabçası, X5 İdarəsinin 02 aprel 2021-ci il tarixli, 01/06 nömrəli arayışı, X5 İdarəsinin 06 dekabr 2021-ci il tarixli, 01/492 nömrəli məktubu və ona əlavə olunmuş sənədlər ilə təsdiq olunur. Məhkəmə onu da qeyd etmək istəyir ki, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina edərkən 03.08.1994-07.05.2001-ci illərdə X12 işlədiyi dövr üçün iş stajının yoxlanılmasının hal-hazırda həmin müəssisənin hüquqi ünvanının məlum olmaması və arxiv sənədlərinin arxivə təhvil verilməməsi səbəbindən əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanılmasının mümkünsüzlüyü ilə əsaslandırsa da, məhkəmə gedişatı zamanı iddiaçının 01.09.1980-15.01.1983-cü illərdə Sumqayıt Politexnik Texnikomunda əyani təhsil aldığı müddəti və 07.05.2001-03.06.2002-ci illərdə X5 İdarəsində işlədiyi dövrləri də mübahisələndirmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək fəaliyyətinin (mübahisəli və mübahisəsiz dövrlərinin) cəminin 25 ildən artıq olması cavabdeh tərəfindən məhkəməyə göndərilən Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialının 17.07.2021-ci il tarixli, **********0 nömrəli və 13.10.2021-ci il tarixli, **********5 nömrəli məktubun məzmunundan da müəyyən olunur. Belə ki, hazırkı iş üzrə məhkəmənin sorğusu əsasında göndərilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialının 17.07.2021-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd edilmişdir: “sizin 25.06.2021-ci il tarixli 2-1(120)-665/2021 saylı sorğunuza cavab olaraq bildiririk ki, ünvan 1 ünvanında yaşayan xx.xx.1956-cı il təvəllüdlü İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialına 12.01.2021-ci il tarixdə ona yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə müraciət etmişdir. Məlumat üçün bildiririk ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşma çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edirik ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1 maddəsinə əsasən sığortaolunanın 01.01,2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalı olacağı təqdirdə sığortaolunanlara avtomatlaşdırılmış qayda da yaşa görə əmək pensiyası təyin olunacaqdır. Lakin bildiririk ki, həmin dövrdə (01.01.2006-01.07.2018) iddiaçının pensiya kapitalı olmamışdır. Vətəndaş ərizəsilə birlikdə şəxsiyyət vəsiqəsini, əmək kitabçasının, hərbi biletinin, diplomunun surətlərini və Kürdəmir rayon Suvarma Sistemləri idarəsindən işləməsi barədə arayış təqdim etmişdir. İddiaçı təqdim etdiyi diplomda 01.09.1980-cı il tarixdən 24.03.1988-ci il (7 il 6 ay 23 gün) tarixlərədək Sumqayıt politexnik texnikumun bitirildiyi göstərilmişdir. Xatırladırıq ki, 01.01.2006-cı il tarixindən qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə uyğun olaraq, həmin tarixədək bitmiş əyani təhsil müddəti sığorta stajına daxil edilir. Lakin vətəndaşın həmin dövürdə əyani təhsil alması mübahisəli olduğundan həmin illər sığorta stajı kimi nəzərə alınmamışdır. Bildiririk ki, İddiaçı 08.05.1974-11.05.1976-ci illərdə hərbi xidmət dövrü (2 il 3 gün), əmək kitabçasında qeyd olunan 04.09.1973 - 24.04.1974, 17.07.1976-21.07.1980, 21.03.1986-02.08.1994, 03.08.1994-07.05.2001-ci illər (19 il 9 ay 9 gün) və 04.01.1999-03.06.2002-ci illərdə (arayış) Kürdəmir rayon Suvarma Sistemləri idarəsindən (3 il 4 ay 29 gün) işləməsini nəzərə alsaq 31.12.2005-ci il tarixədək 25 il 2 ay 29 gün ümumi iş stajı və 01.07.2020-cı ildən 01.03.2021-ci il tarixədək 8 ay stajı nəzərə alınmaqla ümumilikdə 25 il 10 ay 29 gün sığorta stajı hesablanmışdır. Buradan görünür ki, vətəndaşın bütün sosial sığorta stajı nəzərə alınsa ona yaşa görə əmək pensiyası hesablamaq mümkündür. Lakin qeyd edirik ki, vətəndaşın əmək kitabçasında qeyd olunan 03.08.1994-07.05.2001-ci illər (6 il 9 ay 4 gün) mübahisəlidir. Belə ki, İddiaçı 03.08.1994-cü il tarixdən 07.05.2001-ci il tarixədək Kürdəmir rayon Süd zavodunda işləməyi əmək kitabçasında qeyd olunmuşdur. Bu qeydlərin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 4.2.7 bəndinə uyğun olaraq yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. Bildiririk ki, Kürdəmir rayon Süd zavodunun hal hazırda fəaliyyəti olmadığından, sənədlərin saxlandığı hüquqi ünvan məlum olmadığından və sənədlər Kürdəmir rayon Dövlət arxivinə təhvil verilmədiyindən əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanılaraq təsdiq edilməsini həyata keçirmək mümkün olmamış və həmin dövr əmək kitabçasında qeyd olunsada ümumi əmək stajına daxil edilməmişdir. Qeyd etdiyimiz illəri ((03.08.1994-07.05.2001-ci illər (6 il 9 ay 4 gün)) nəzərə almadıqda İddiaçı 19 il 1 ay 25 gün sığorta stajı qalır. Eyni zamanda bildiririk ki, vətəndaşın təqdim etdiyi arayışında qeyd olunan 04.01.1999 - 03.06.2002-ci illər əmək kitabçasında qeyd edilməmişdir. Qeyd edirik ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.1 maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bu səbəblərdən də vətəndaşa əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Nəzərə almağınız xahiş olunur.” Hazırkı iş üzrə məhkəmənin sorğusu əsasında göndərilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialının 13.10.2021-ci il tarixli, **********5 nömrəli məktubunda qeyd edilmişdir: “ünvan 3 ünvanında yaşayan xx.xx.1956-cı il təvəllüdlü İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialına 12.01.2021-ci il tarixdə ona yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə müraciət etmişdir. Məlumat üçün bildiririk ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edirik ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-1 maddəsinə əsasən sığortaolunanın 01.01.2006-cı il tarixdən 01.07.2018ci il tarixədək qeydə alınmış pensiya kapitalı olacağı təqdirdə sığortaolunanlara avtomatlaşdırılmış qayda da yaşa görə əmək pensiyası təyin olunacaqdır. Lakin bildiririk ki, həmin dövrdə (01.01.2006-01.07.2018) iddiaçının pensiya kapitalı yoxdur. Sorğunuzla bağlı bildiririk ki, İddiaçı yaşa görə əmək pensiyası hüququ «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 01.01.2021-ci il tarixdən yaranır. Bu Qanunun tələblərindən göründüyü kimi vətəndaşın 25 il sığorta stajı və ya 28800 (min əmək pensiyası 200*144=28800) pensiya kapitalı olduğu halda yaşa görə əmək pensiya hüququ yaranır. Vətəndaş ərizəsilə birlikdə şəxsiyyət vəsiqəsini, əmək kitabçasının hərbi biletinin, diplomunun surətlərini və Kürdəmir rayon Suvarma Sistemləri idarəsindən işləməsi barədə arayış təqdim etmişdir. İddiaçı təqdim etdiyi diplomda 01.09.1980-cı il tarixdən 24.03.1988-ci il (7 il 6 ay 23 gün ) tarixlədək Sumqayıt politexnik texnikumun bitirildiyi göstərilmişdir. Xatırladırıq ki, 01.01.2006-cı il tarixindən qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə uyğun olaraq, həmin tarixədək bitmiş əyani təhsil müddəti sığorta stajına daxil edilir. Lakin vətəndaşın həmin dövürdə əyani təhsil alması mübahisəli olduğundan həmin illər sığorta stajı kimi nəzərə alınmamışdır. Bildiririk ki, təhsil dövrünü tam əyani qurtardıqda sosial sığorta stajına daxil edilir. Nəzərinizə çatdırırıq ki, iddiaçının əmək kitabçasında 03.08.1994-07.05.2001-ci il tarixlərində X12 işləməsi qeyd olunmuşdur. Eyni zamanda təqdim etdiyi arayışda 04.01.1999 - 03.06.2002-ci illərdə Kürdəmir rayon Suvarma Sistemləri idarəsindən işləməsi göstərilmişdir. Buradan görünür ki, vətəndaşın 04.01.1999-cu il tarixdən 07.05.2001 -ci il tarixədək əmək (sosial sığorta) stajı üst-üstə düşür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 22.2. bəndinə əsasən Sığortaoiunamn ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə,onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Bildiririk ki, İddiaçı 08.05.1974-11.05.1976-ci illərdə hərbi xidmət dövrü (2 il 3 gün ), əmək kitabçasında qeyd olunan 04.09.1973-24.04.1974, 17.07.1976-21.07.1980, 21.03.1986- 02.08.1994, 03.08.1994-07.05.2001-ci illər (19 il 9 ay 9 gün) və 07.05.2001-03.06.2002-ci illərdə (arayış) Kürdəmir rayon Suvarma Sistemləri idarəsindən (1 il 26 gün) işləməsini nəzərə alsaq 31.12.2005-ci il tarixədək 22 il 10 ay 8 gün ümumi iş stajı və 01.07.2020-cı ildən 01.03.2021-ci il tarixədək 8 ay stajı nəzərə alınmaqla ümumilikdə 23 il 6 ay 8 gün sığorta stajı hesablanmışdır. Buradan görünür ki, vətəndaşın bütün sosial sığorta stajı nəzərə alınsa ona yaşa görə əmək pensiyası hesablamaq mümkün deyildir. Əlavə olaraq qeyd edirik ki, vətədaşın əmək kitabçasında qeyd olunan 03.08.1994-07.05.2001-ci illər (6 il 9 ay 4 gün) mübahisəlidir. Belə ki, İddiaçı 03.08.1994-cü il tarixdən 07.05.2001-ci il tarixədək Kürdəmir rayon Süd zavodunda işləməyi əmək kitabçasında qeyd olunmuşdur. Bu qeydlərin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 4.2.7-ci bəndinə uyğun olaraq yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. Bildiririk ki, Kürdəmir rayon Süd zavodunun hal hazırda fəaliyyəti olmadığından,sənədlərin saxlandığı hüquqi ünvan məlum olmadığından və sənədlər Kürdəmir rayon Dövlət arxivinə təhvil verilmədiyindən əmək kitabçasındakı qeydlərin qarşılıqlı yoxlanılaraq təsdiq edilməsini həyata keçirmək mümkün olmamış və həmin dövr əmək kitabçasında qeyd olunsada ümumi əmək stajına daxil edilməmişdir. Eyni zamanda bildiririk ki, vətəndaşın təqdim etdiyi arayışında qeyd olunan 04.01.1999-03.06.2002-ci illər əmək kitabçasında qeyd edilməmişdir. Qeyd edirik ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.1 maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bu səbəblərdən də vətəndaşa əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Nəzərə almağınız xahiş olunur.” Məhkəmə ilk öncə cavabdeh tərəfindən iddiaçının mübahisə edilən 03.08.1994- 07.05.2001-ci illərdə X10 və 07.05.2001-03.06.2002-ci illərdə X5 İdarəsindəki əmək fəaliyyəti ilə bağlı aşağıdakıları bildirir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 03.08.1994-07.05.2001-ci illərdə X12 və 07.05.2001-03.06.2002-ci illərdə X5 İdarəsində işlədiyi əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisələrin mövcud olması, işə daxil olması, həmin müəssisədə işləməsi və əmək haqqı alması, o cümlədən müəssisənin fəaliyyətinin olması halı müəyyən edilmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 05 avqust 2021-ci il tarixli, **********56 nömrəli məktubuna əlavə olunmuş 07.07.1993-cü il tarixli nizamnamədən görünür ki, X16 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 293 saylı 8 iyun 1993-cü il tarixli qərarı ilə “Azəryeyinti Sənaye” dövlət şirkətinin tərkibində müstəqil müəssisə kimi tabe edilmişdir. X16 sərbəst balansla birbaşa Azərbaycan Respublikası Dövlət Yeyinti Sənayesi şirkətinə tabedir, tam təsərrüfat hesabı ilə işləyir. Hüquqi vahiddir. Aqrosənaye bankının Kürdəmir rayon şöbəsində hesablaşma hesabları var və Kürdəmir rayonunda yerləşir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 05 avqust 2021-ci il tarixli, **********56 nömrəli məktubuna əlavə olunmuş müəssisənin 15.05.2014-cü il tarixli, 2827 nömrəli alqı-satqı müqaviləsindən, 13 may 2014-cü il tarixli, 02 nömrəli hərracın yekun protokolundan görünür ki, X16 hərraca çıxarılmış və 13.05.2014-cü il tarixdə keçirilən hərracda 01 nömrəli protokola əsasən X1 tərəfindən 11917 manata satın alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 05 avqust 2021-ci il tarixli, **********56 nömrəli məktubundan görünür ki, X16 7 iyul 1993-cü ildən 01 yanvar 1997-ci ilə qədər fəaliyyət göstərmiş, zavodun rəhbərləri X2 və X1 olmuşdur. İşdə olan Kürdəmir rayon Statistika İdarəsinin 23 fevral 2021-ci il tarixli, 24 nömrəli məktubunda qeyd olunmuşdur: hüquqi şəxslərin qeydiyyatı Dövlət Statistika Komitəsi tərəfindən 1996-cı ildən başlayaraq aparılır və “X16” 17 iyun 1996-cı ildən qeydiyyatdadır. İşdə olan Kürdəmir rayon Dövlət Arxivinin 05.08.2021-ci il tarixli, 91 nömrəli məktubundan görünür ki, X13 şəxsi heyyətinə dair ilkin sənədləri Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir. İşdə olan əmək kitabçasının əslindən (18-19-cu səhifələrindən) görünür ki, İddiaçı 04.01.1999-03.06.2002-ci illərdə X5 İdarəsində işləmişdir. İşdə olan X5 İdarəsinin 06 dekabr 2021-ci il tarixli, 01/492 nömrəli məktubu və ona əlavə olunmuş əmrlərdən görünür ki, İddiaçı 04.01.1999-cu il tarixdə 1 nömrəli əmr ilə X5 İdarəsinə işə daxil olmuş, 03.06.2002-ci il tarixli, 19 nömrəli əmr ilə işdən azad olunmuşdur. İşdə olan X5 İdarəsinin 06 dekabr 2021-ci il tarixli, 01/492 nömrəli məktubuna əlavə olunmuş əmək haqqı cədvəlindən görünür ki, İddiaçı 1999-2002-ci illərdə əmək haqqı almışdır. İşdə olan Azərbaycan Meliorasiya və X17 Səhmdar Cəmiyyətinin X5 İdarəsinin 02.04.2021-ci il tarixli, 01/06 nömrəli arayışından görünür ki, İddiaçı 1999-2002-ci illərdə əmək haqqı almışdır. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin müəssisədə işləməsi və əmək haqqı alması, o cümlədən müəssisənin fəaliyyətinin olması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə müəssisə mövcud olmuş, iddiaçı həmin müəssisədə müvafiq əmrlərlə işə daxil olmuş və işdən xaric olmuş, o cümlədən əmək haqqı almış sadəcə olaraq müəssisənin sənədləri arxivə təhvil verilmədiyindən iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi 03.08.1994-07.05.2001-ci illərdə X10 və 07.05.2001-03.06.2002-ci illərdə X5 İdarəsindəki iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Odur ki, məhkəmə iddiaçının 03.08.1994-07.05.2001-ci illərdə X12 və 07.05.2001- 03.06.2002-ci illərdə X5 İdarəsində işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 17.11.2021-ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Cavabdeh iddiaçının işlədiyi müəssisənin sənədlərinin arxivə təhvil verilməməsini və müəssisənin hüquqi ünvanının məlum olmamasını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının 03.08.1994-07.05.2001-ci illərdə X12 işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu arxiv sənədləri ilə təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üçün müəssisəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, işdə olan Kürdəmir rayon Dövlət Arxivinin 05.08.2021-ci il tarixli, 91 nömrəli məktubundan görünür ki, X13 şəxsi heyyətinə dair ilkin sənədləri Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi, həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 10.03.2021-ci il tarixli 2-1(102)-410/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Bundan başqa cavabdeh inzibati orqan iddiaçının 07.05.2001-03.06.2002-ci illərdə X5 İdarəsində işlədiyi dövrlərin əmək kitabçasında qeyd edilmədiyini bildirsə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin dövrlər iddiaçıya məxsus əmək kitabçasının 18-19-cu səhifələrində qeyd edilmiş və X5 İdarəsinin möhürü ilə təsdiq edilmiş və yuxarıda qeyd olunan sənədlərlə əmək kitabçasının mötəbərliyi sübuta yetirilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı 01.09.1980-15.01.1983-cü illərdə Sumqayıt Politexnik Texnikomunda əyani təhsil aldığından məhkəmə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul olunanadək vətəndaşların pensiya təminatı ilə bağlı qüvvədə olan maddi hüquq normalarını da nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “d” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 8-ci maddəsinə əsasən Ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti, habelə aspirantura, doktorantura və klinika ordinaturasında, kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddətləri göstərilməklə arxiv məlumatlarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur. Sənədlərdə belə məlumatlar olmadıqda təhsil müddətini təsdiqedici sənəd kimi həmin təhsil müəssisələrində müvafiq illərdə əyani təhsil müddəti barədə verilən arayışlar əsas götürülə bilər, bu şərtlə ki, sənədlərdə təhsili tam başa vurması göstərilmiş olsun. İş materiallarında olan MT-İ №271151 nömrəli diplomdan görünür ki, İddiaçı 01.09.1980-24.03.1988-ci illərdə Sumqayıt Politexnik Texnikomunda təhsil almışdır. İş materiallarında olan Dövlət Arxivinin Sumqayıt filialının məhkəməyə göndərdiyi 30.06.2021-ci il tarixli, 12/1 nömrəli məktubuna əlavə olunmuş Sumqayıt Politexnik Texnikomunun 22.08.1988-ci il tarixli, 161-s nömrəli və 15.01.1983-cü il tarixli, 2-s nömrəli, 03.09.1987-ci il tarixli, 432-s nömrəli və 24.03.1988-ci il tarixli, 99-s nömrəli əmrlərindən çıxarışdan görünür ki, İddiaçı 01.09.1980-ci il tarixdə gündüz (əyani) bölməsinə qəbul olunmuş və imtahanda iştirak etmədiyinə görə 15.01.1983-cü il tarixdən xaric olunmuş, daha sonra 03.09.1987-ci il tarixdə texnikomun qiyabi bölməsinə bərpa olunmuş, 24.03.1988-ci il tarixdə təhsilini başa çatdırmış və 24.03.1988-ci il tarixli, 7 nömrəli protokol əsasında diplom almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18.05.2021-ci il tarixli, 11-11-37/12 nömrəli məktubundan görünür ki, Sumqayıt Politexnik Texnikomu tərəfindən İddiaçı verilmiş MT-İ seriyalı, 271151 nömrəli diplom dövlət nümunəlidir. Göründüyü kimi, İddiaçı 01.09.1980-ci il tarixdə gündüz (əyani) bölməsinə qəbul olunmuş və 15.01.1983-cü il tarixinə kimi əyani təhsil almış və 24.03.1988-ci il tarixdə təhsilini tam başa çatdırmış və diplom almışdır. Yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edimiş faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, vətəndaşların ali təhsil müəssisələrində əyani təhsil müddətlərinin onların iş stajına daxil edilməsi nəzərdə tutulduğundan və iddiaçı 01.09.1980-15.01.1983-cü illərdə Sumqayıt Politexnik Texnikomunda əyani təhsil aldığından və həmin təhsil müəssisəsini başa vuraraq buna dair diplom aldığından, iddiaçının əyani təhsil aldığı müddət sığorta stajı kimi nəzərə alınmalıdır. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 03.08.1994-07.05.2001-ci illərdə işlədiyi X13 sənədlərinin arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçının 01.09.1980-15.01.1983-cü illərdə Sumqayıt Politexnik Texnikomunda əyani təhsil aldığı müddət, 03.08.1994-07.05.2001-ci illərdə X12 və 07.05.2001-03.06.2002-ci illərdə X5 İdarəsində işləməsi ilə bağlı əmək stajı sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 12 saylı Regional Ərazi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Nəticəvi hissə: İddia təmin edilsin. İddiaçının 01.09.1980-15.01.1983-cü illərdə Sumqayıt Politexnik Texnikomunda əyani təhsil aldığı müddət, 03.08.1994-07.05.2001-ci illərdə X12 və 07.05.2001- 03.06.2002-ci illərdə X5 İdarəsində işlədiyi illər sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar