Məhkəmə qərarları › İş №2-1(120)-665/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-665/2022

13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-665/2022 13.06.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 13 iyun 2022-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “işlədiyi illərin və hərbi xidmətdə olduğu dövrün sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə İrnişli rayonunun Yalavac kəndində anadan olmuş və həmin kənddə yaşayır. 1978-1980-cı illərdə hərbi xidmətdə olmuşdur. 1978-ci ilin iyun ayından 1979-cu ilin dekabr ayına kimi Əfqanıstan Demokratik Respublikasında öz beynəlmiləl borcunu yerinə yetirmişdir. Döyüşdə qəlpə yarası və kontuziya almışdır. Daha sonra torpaqlarımıza erməni təcavüzü başlayarkən işğalçılara qarşı döyüş əməliyyatlarında, erməni dilini bildiyinə görə əsasən emənilərin arxasında kəşfiyyat işlərində iştirak və partizanlıq etmişdir. İİ qrup müharibə əlilidir. xx.xx.2017-ci ildə “Vətənə xidmət” ordeni ilə, “İgidliyə görə” medalı ilə, 20 fevral 2014-cü ildə ‘ Döyüş əməliyyatları iştirakçısı” vəsiqəsi ilə, “Veteranlar birliyinin vəsiqəsi” ilə, “Əfqanıstan müharibəsinin 20 illiyi, 25 illiyi, 30 illiyi medalları ilə, xx.xx.2017-ci ildə “Fədai” medalı ilə, xx.xx.2017-ci ildə “Vətən naminə medalı ilə təltif ediimişdir. 1990-cı ildə Meqri stansiyasında Bakı Şərur sərnişin qatarında ermənilər girov götürəndə ermənini əsir götürüb girovları dəyişmişdir. O, “Azərbaycan Əfqanıstan Veteranları X10 rayon şöbəsinin sədr müavini, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvüdür.. İİ tip şəkərli diabet xəstəliyindən əziyyət çəkir, Yeni Azərbaycan Partiyasının üzvüdür. Güzəştli arayışda göstərilir ki, o, xx.xx.1975-ci il tarixdə teplovoz təmizləyicisi vəzifəsinə dublyor qəbul edilmişdir. xx.xx.1981-ci il tarixdə teplovozda maşinist köməkçisi vəzifəsinə, xx.xx.1984-cü ildə teplovozda maşinist vəzifəsinə keçirilmişdir. xx.xx.2002-ci ildə işdən azad edilmişdir. 2002-ci ildən 2010-cu ilə kimi bələdiyyə sədri işləmişdir. Onun güzəştli şərtlərlə stajı 20 il 10 ay 19 gün təşkil edir. Onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli, 320 saylı qərarına əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. Onun ümumi əmək stajı 30 ildən çoxdur. O, güzəştli şənləri əmək pensiyası təyin edilməsi üçün sənədlərlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin filialın xx.xx.2021-ci il tarixli cavabında göstərilir ki, “əmək kitabçasında müxtəlif illərə aid qeydlərdə mürəkkəbin rəngi, sözlərin yazılışı və təsdiqedici imzaların eyni olduğu müəyyən edilmişdir, bu səbəbdən sizə dair arayışdakı və əmək kitabçasındakı qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Adı çəkilən xx.xx.2016-cı il tarixinədək olan arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi və saxlanılmadığı bildirilmişdir. Buna görə də əmək stajını dəqiqləşdirmək mümkün olmadığı üçün yuxarıda qeyd olunan dövrləri sosial sığorta stajına daxil etmək mümkün deyil. Ona görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün hesab edilmir”. Cavadehin həmin cavabını düzgün hesab etmir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin Filial tərəfindən İddiaçı təqdim etdiyi əmək kitabçasındakı qeydlərə dair əsaslı şübhələr yarandığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, 01 yanvar 2006-cı il tarixədək Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İşin faktiki halların əsasən, İddiaçı tərəfindən təqdim edilmiş 21 iyul 1975-ci il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" QSC- nin X4 xx.xx.2021-ci il tarixli, 4 nömrəli arayışında 15 iyul 1975-ci il tarixdən 26 mart 2002-ci il tarixədək sözügedən müəssisədə işləməsinə dair qeydlər vardır. Lakin Filial tərəfindən aparılmış araşdırma zamanı əmək kitabçasında müxtəlif dövrlərə dair qeydlərdə mürəkkəbin rəngi, sözlərin yazılışı və təsdiqedici imzaların eyni olduğu müəyyən edilmişdir. Bu səbəbdən təqdim edilmiş əmək kitabçası və müəssisənin arayışındakı qeydlərin mötəbərliyinə əsaslı şübhələr yaranmışdır. İddiaçı qeyd olunan tarixlərdə sözügedən müəssisədə işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq sorğular ünvanlanmışdır. Belə ki, iş materiallarına əsasən, "xxxx" QSC-nin Yük daşımaları departamentinin X8 tərəfindən təqdim edilmiş 10 noyabr 2021-ci il tarixli, 36 nömrəli məktubda sözügedən müəssisədə xx.xx.2016-cı il tarixədək əmr kitabları, əməkhaqqı cədvəllərinin saxlanılmadığı qeyd olunmuşdur. İş materiallarına əsasən Azərbaycan Respublikası İmişli rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş 11 noyabr 2021-ci il tarixli, 185 nömrəli məktubda “X8”nun əmr kitabları, əməkhaqqı cədvəlləri, mühasibatlıq sənədlərinin mühafizə və saxlanılmaq üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Lakin İddiaçı tərəfindən təpdim edilmiş "xxxx" QSC-nin X4 17 may 2021-ci il tarixli 14 nömrəli arayışında isə: 1. xx.xx.1975-ci il tarixdə teplovoz təmizləyici vəzifəsinə qəbul edildiyi (Əmr № 201); 2. xx.xx.1981-ci il tarixdə teplovozda maşinist köməkçisi vəzifəsinə keçirildiyi (Əmr № 299L); 3. xx.xx.1984-cü il tarixdə teplovoz maşinisti vəzifəsinə keçirildiyi (Əmr №111), xx.xx.2002-ci il tarixdə isdən azad ediliyi qeyd edilmişdir (Əmr № 27). Məlum olduğu kimi, işə daxilolma və işdən azad edilmə barədə qeydlər müəssisədə mövcud olan əmrlər kitabına əsasən yazılaraq təqdim olunur. Lakin göründüyü kimi, iddiaçıya təqdim olunmuş arayışda sözügedən müəssisədə işləməsi ilə bağlı qeydlər olsa da, tərəflərindən hazırda fəaliyyət göstərən həmin müəssisəyə göndərilmiş sorğuya cavab olaraq təqdim edilmiş məktubda həmin müəssisənin xx.xx.2016-cı il tarixədək əmr kitabları, əməkhaqqı cədvəllərinin saxlanılmadığı qeyd olunmuşdur. Bütün bunlar iddiaçıya məxsus əmək kitabçasında və "xxxx" QSC- nin X4 17 may 2021-ci il tarixli, 14 nömrəli arayışında qeyd edilmiş məlumatların qeyri-mötəbər olduğuna əsas verir. Digər tərəfdən, "xxxx" QSC-nin X4 17 may 2021-ci il tarixli 14 nömrəli “Güzəştli arayışı” tələb olunan rekvizitlərə cavab vermir. Həmin arayışda qeyd edilən vəzifənin sözügedən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının hansı bölmə, bənd, şifr, siyahısında sadalandığı göstərilməmişdir. Məhz buna görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" QSC X4 xx.xx.2021-ci il tarixli, 06 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1975-ci ildə X5 teplovoz təmizləyən işinə qəbul edilmişdir. (Əmr № 201, xx.xx.1975). xx.xx.1975-ci ildə avtomat sexində avtomat çilingəri vəzifəsinə öyrənc kimi keçirilmişdir. (Əmr № -333, xx.xx.1975). xx.xx.1977-ci ildə Hərbi xidmətə çağrışı ilə əlaqədar işdən azad edilmişdir. (Əmr №-301, xx.xx.1977). xx.xx.1977-ci ildə hərbi xidmətə getməməsi ilə əlaqədar əvvəlki iş yerinə bərpa edilmişdir. (Əmr № - 364, xx.xx.1977). xx.xx.1978-ci ildə yenidən Hərbi xidmətə çağrışı ilə əlaqədar işdən azad edilmişdir.( Əmr №-150, xx.xx.1978). xx.xx.1980-ci ildə X5 avtomat avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsinə qəbul edilmişdir. (Əmr №-215, xx.xx.1980). xx.xx.1981-ci ildə teplovoz maşinist köməkçisi vəzifəsinə keçirilmişdir. (Əmr №-299, xx.xx.1981). xx.xx.1984-cü ildə teplovoz maşinisti vəzifəsinə keçirilmişdir. (Əmr №-111, xx.xx.1984). xx.xx.2002-ci ildə ARƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. (Əmr №-27, xx.xx.2002). İş materiallarında olan "xxxx" QSC X4 xx.xx.2021-ci il tarixli, 14 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1975-ci ildə teplovoz təmizləyici vəzifəsinə dublor qəbul edilmişdir. (Əmr № 201, xx.xx.1975-ci il). xx.xx.1981-ci il tarixdə teplovozda maşinist köməkçisi vəzifəsinə keçirilmişdir. (Əmr № 299, xx.xx.1981-ci il). xx.xx.1984-cü ildə teplovoz maşinisti vəzifəsinə keçirilmişdir. (Əmr № 111, xx.xx.1984-cü il). xx.xx.2002-ci ildə işdən azad edilmişdir. (Əmr № 27, xx.xx.2002-ci il). İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il tarixli, 320 saylı qərarına əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. İddiaçı güzəştli şərtlərlə stajı 20 il 10 ay 19 gün təşkil edir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin arayışından görünür ki, İddiaçı dair soröu edilən məlumat və sənədlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin arxivində aşkar olunmamışdır. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1975-ci il tarixli, ИТ-İ № ******* saylı əmək kitabçasına əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək və xx.xx.1980-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yük daşımaları departamentinin İİ qrup X5 çalışmışdır. İş materiallarında olan İmişli rayon Statistika İdarəsinin xx.xx.2022-ci il tarixli, 18 nömrəli arayışından görünür ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikası statistik vahidlərin Dövlət reyestrində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X8 17 iyun 1996-cı il tarixindən qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli, 1129 nömrəli arayışından görünür ki, 1959-cu il təvəllüdlü İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək keçmiş Sovet ordusunda həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumata əsasən, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 5 il 10 ay 4 gün olduğu müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1 -ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə iş stajı göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılarac sığortaolunana əmək pensiyası təyin edilir. Qəhrəman X2 təqdim etdiyi 21 iyul 1975-ci il tarixli HT ******* nömrəli əmək kitabçasında və "xxxx" QSC-nin X6 xx.xx.2021-ci il tarixli, 4 nömrəli arayışında xx.xx.1975-xx.xx.2002-ci il tarixlə arasındakı dövr ərzində sözügedən müəssisədə işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfində adıçəkilən şəxsin əmək kitabçasında müxtəlif illərə aid qeydlərdə mürəkkəbin rəngi, sözləri yazılışı və təsdiqedici imzaların eyni olduğu müəyyən edilmişdir. Bu səbəbdəndə ona dair əmə kitabçasındakı qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Bununla əlaqədər qeyd oluna əmək stajının dövlət arxivinin arayışları əsasında təsdiqlənməsi ilə bağlı aidiyyəti üzrə sorğ verilmişdir. Cavab olaraq yuxarıda qeyd olunan müəssisənin xx.xx.2016-cı il tarixinədək ola arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi və saxlanılmadığı bildirilmişdir. Buna görə də İddiaçı stajını dəqiqləşdirmək mümkün olmadığı üçün yuxarıda qey olunan dövrləri sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. Eyni zamanda bildiririk ki, İddiaçı 2006-cı ilədək olan əmək stajın uyğun hesablanmış pensiya kapitalı 4751,14 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərc hesabın sığorta hissəsində qeydə alınan 724,65 manat olmaqla cəmi pensiya kapitalı 5475,7 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1 -ci maddəsin əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərc hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 mane (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olara hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığort hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmə pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərc hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsini hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixin fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 5 il 10 ay 4 gün iş stajı pensiya kapitalına çevrilməkl hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasə indeksləşdirilərək 4751,14 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 724,65 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməs üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə güzəştli şərtləri; yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən a olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə hazırda 41352,72 manat məbləğində hesablanmışdır. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********1 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 15 oktyabr 2021-ci il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına rnalik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Mərkəzi Filiala təqdim etdiyiniz 21 iyul 1975-ci il tarixli İ/İT-İ ******* nömrəli əmək kitabçanızda və "xxxx" QSC-nin X4 sizə dair xx.xx.2021-ci il tarixli 4 nömrəli arayışında xx.xx.1975-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə işlədiyiniz qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən əmək kitabçanızda müxtəlif illərə aid qeydlərdə mürəkkəbin rəngi, sözlərin yazılışı və təsdiqedici imzaların eyni olduğu müəyyən edilmişdir. Bu səbəbdən də sizə dair arayışdakı və əmək kitabçanızdakı qeydlərin həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Tərəflərindən qeyd olunan əmək stajınızın dövlət arxivinin arayışları əsasında təsdiqlənməsi ilə bağlı aidiyyəti üzrə sorğu verilmişdir. Cavab olaraq yuxarıda qeyd olunan müəssisənin xx.xx.2016-cı il tarixinədək olan arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi və saxlanılmadığı bildirilmişdir. Buna görə də əmək stajınızı dəqiqləşdirmək mümkün olmadığı üçün yuxarıda qeyd olunan dövrləri sosial sığorta stajına daxil etmək mümkün deyil. Qeyd edilənlərə əsasən əmək kitabçanıza və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətlərinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1959-cu il tarixdə İmişli rayonu, Yalavac kəndində doğulmuş, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək keçmiş Sovet ordusunda həqiqi hərbi xidmət keçmiş, xx.xx.1975-ci il tarixli, 201 nömrəli əmrlə X7 lokomotiv təmizləyicisi işinə qəbul edilmiş, xx.xx.1975-ci il tarixli, 333 nömrəli əmrlə avtomat sexinə avtomat çilingər şagirdi keçirilmiş, xx.xx.1976-cı il tarixli, 01 nömrəli əmrlə 1-ci dərəcəli avtomat çilingər ixtisaslaşmasına təyin edilmiş, xx.xx.1976-cı il tarixli, 06 nömrəli əmrlə 2-ci dərəcəli avtomat çilingər ixtisaslaşmasına təyin edilmiş, xx.xx.1977-ci il tarixli, 301 nömrəli əmrlə həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar olaraq avtomat avadanlıqların təmiri üzrə çilingər işindən azad edilmiş, xx.xx.1977-ci il tarixli, 364 nömrəli əmrlə həqiqi hərbi xidmətə çağırışdan geri gəldiyi üçün yenidən əvvəlki 2-ci dərəcəli avtomat çilingər vəzifəsinə təyin edilmiş, xx.xx.1978-ci il tarixli, 150 nömrəli əmrlə həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar olaraq işdən azad edilmişdir. xx.xx.1980-ci il tarixli, 215 nömrəli əmrlə avtomat əyləcli avadanlıqların təmiri üzrə çilingər işinə qəbul edilmiş, xx.xx.1980-ci il tarixli, 68/28 nömrəli əmrlə əyləcli və pnevmatik avadanlıqların təmiri üzrə 3-cü dərəcəli çilingər vəzifəsinə təyin olunmuş, xx.xx.1981-ci il tarixli, 292 nömrəli əmrlə maşinist köməkçisi dublyoru təyin edilmiş, xx.xx.1981-ci il tarixli, 299 nömrəli əmrlə maşinist köməkçisi təyin edilmiş, xx.xx.1984-cü il tarixli, 194 nömrəli əmrlə maşinist köməkçisi dublyoru təyin edilmiş, xx.xx.1984-cü il tarixli, 121 nömrəli əmrlə maşinist köməkçisi təyin edilmiş, xx.xx.1987-ci il tarixli, 13 nömrəli əmrlə üçüncü sinif maşinisti vəzifəsinə təyin olunmuş, xx.xx.2002-ci il tarxli, 27 nömrəli əmrlə işdən azad edilmişdir. xx.xx.2002-ci il tarixdə İmişli rayonu Yalavac bələdiyyəsinin sədri təyin edilmiş, xx.xx.2004-cü il tarixdə İmişli rayonu Yalavac bələdiyyəsinin sədri vəzifəsindən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 1 yanvar 2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin a) bəndinə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Cavabdeh iddiaçının ümumi və güzəştli iş stajının mövcudluğunu, eləcə də onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyini qəbul etməklə mübahisələndirmir. Cavabdehin yeganə mübahisələndirdiyi məsələ iddiaçının 21 iyul 1975-ci il tarixli, İ/İT-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" QSC-nin X4 xx.xx.2021ci il tarixli, 4 nömrəli arayışında xx.xx.1975-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə işlədiyinin qeyd olunması, Mərkəzi Filial tərəfindən əmək kitabçasında müxtəlif illərə aid qeydlərdə mürəkkəbin rəngi, sözlərin yazılışı və təsdiqedici imzaların eyni olmasının müəyyən edilməsi, bu səbəbdən də iddiaçıya dair arayışdakı və əmək kitabçasındakı qeydlərin həqiqiliyinə əsaslı şübhələr yarandığı, tərəflərindən qeyd olunan əmək stajının dövlət arxivinin arayışları əsasında təsdiqlənməsi ilə bağlı aidiyyəti üzrə sorğu verildiyi, cavab olaraq yuxarıda qeyd olunan müəssisənin xx.xx.2016-cı il tarixinədək olan arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi və saxlanılmadığı bildirilmiş, buna görə də əmək stajını dəqiqləşdirmək mümkün olmadığı üçün yuxarıda qeyd olunan dövrləri sosial sığorta stajına daxil edilməsinin mümkün olmamasına dair dəlildir. Məhkəmə cavabdehin sözügedən dəlilini əsassız hesab edir. Belə ki, bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Beləliklə, məhkəmə tərəfindən aparılmış araşdırmalar nəticəsində və iş materiallarından olan mötəbərliyi mübahisələndirilməyən sübutlarla müəyyən edilmişdir ki, iddiaçının iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı iş illəri və hərbi xidmət illəri nəzərə almaqla, ona hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsinin İddiaçı və ona güzəştli iş stajına dair arayış təqdim edən şəxslərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 320.1 və 320.2-ci maddələrinin tərkib əlamətlərinin olmasına dair əsaslı şübhələr olduğundan bu barədə xüsusi qərardad çıxarılmaqla Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsinə dair vəsatətinə münasibətdə isə məhkəmə hesab edir ki, cavabdehin həmin hallarla bağlı özünün müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnun olduğu qeyd edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı iş illəri və hərbi xidmət illəri nəzərə almaqla, ona hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar