Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-665/2025 22.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və sağlamlıq imkanlarının pozulması 61-80 faiz olmaqla, səbəb əlaqəsinin anadangəlmə ümumi xəstəliklə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiаçı İddiaçı nümayəndəsi Ağayev Hidayət İskəndər oğlunun iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və sağlamlıq imkanlarının pozulması 61-80 faiz olmaqla, səbəb əlaqəsinin anadangəlmə ümumi xəstəliklə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 22 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1asında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri Hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2023-cü il tarixli, R00142810ZPN saylı qərarın ləğv edilməsi və iddiaçıya xx.xx.2023-cü il tarixdən ikinci qrup müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək iddia tələbinə “xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və sağlamlıq imkanlarının pozulması 61-80 faiz olmaqla, səbəb əlaqəsinin anadangəlmə ümumi xəstəliklə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-665/2025 nömrəli qərardadı ilə ərizə təmin edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2023-cü il tarixli, R00142810ZPN saylı qərarın ləğv edilməsi və iddiaçıya xx.xx.2023-cü il tarixdən ikinci qrup müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və sağlamlıq imkanlarının pozulması 61-80 faiz olmaqla, səbəb əlaqəsinin anadangəlmə ümumi xəstəliklə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2000-ci ildə Cəlilabad rayon Söyüdlü kəndində anadan olmuşdur. Hal-hazırda orada yaşayır. Onun anadangəlmə bədəninin müxtəlif nahiyələrində dərialtı törəmələrdən çanaq sümüklərində, hər iki bazu va hər iki mil sümüklərində, hər iki bud baldır sümüklərində olan çoxsaylı törəmələrdən əziyyət çəkir. Bu xəstəlik onun atası va qardaşında olduğu üçün anadangəlmə uşaqlıqdan sağlamlıq imkanları məhdud uşaq hesab olunaraq pensiya müavinəti 18 yaşına kimi almışdır.18 yaşından sonra isə ona xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilədək beşillik ikinci dərəcəli əllilik təyin edilmişdir. Sonuncu dəfə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının 27 oktyabr 2023-cü il tarixli R00142810ZPN saylı göndərişi əsasında baxılmışdır. Qoyulmuş "Diaqnozun mətni: M89.8 Sümüklərin digər dəqiqləşdirilmiş zədələnmələri, Sümüklərin çoxsaylı ekzostozu. Mərkəzə göndarilmənin/İmtina edilməsinin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir" səbəbi ilə imtina verilmişdir. İddiaçı bu üzdən xx.xx.2023-cü il tarixdə saat 12:30 üçün DTSERA Aparat-na Cərrahi, onkoloji və travmataloji xəstəlikləri istiqaməti üzrə onlayın növbə götürüb həmin tarix va saatda komissiyadan keçmişdir. Ona, oradan müayinə edən komissiyanın üzvüləri və hakimləri bildirdilər ki, daşıyıcısı olduğu xəstəliklərlə əlaqədar hazırda onun əlavə ixtisaslaşdırılmış stasionar müalicəyə ehtiyac yoxdur, həmin xəstəliklər müalicə olunmurlar və onlarla əlaqədar tibbi ədəbiyyatlarda da müfəssəl məlumatlar yoxdur. O üzdən sistemə həmin xəstəliyə aid məlumatlar qoyulmamışdır. Buna görə diaqnoz əlillik əlaməti təyin etmir səbəbindən ona imtina gəlmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etiraz): Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş (bundan sonra-göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslarla şəxsin eyni xəstəliklə son 6 ay müddətinə fasiləsiz və ya son 12 ay müddətinə fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V məhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqlarının və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranmışdır. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEKin sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir. TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sonradan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən vəsatət verilərək Azərbaycan Respublikasının İPM-nin 67.2-ci bəndinə əsasən, yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması üçün iddiaçının əyani müayinəsinin keçirilməsi üçün müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan inzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2067/2024 nömrəli qəraradı ilə cavabdeh tərəfindən verilmiş vəsatətin təmin olunması qərara alınmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Ağayev Hidayət İskəndər oğlu iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati akt qəbulundan cavabdeh tərəflərdən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edildiyi hallara şamil olunur. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixdə inzibati orqandan baxılmış və müvafiq qərar qəbul edilmişdir. İddiaçının iddia ərizəsi xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə təqdim edilmiş, xx.xx.2023-cü il tarixdə məhkəmədə qeydə alınmışdır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya X4 Arayışın surətindən müəyyən olunur ki, xx.xx.2000-ci il təvəllüdlü İddiaçı aparılmış müayinələr nəticəsində Əsas diaqnoz: M89.8- Sümüklərin digər dəqiqləşdirilmiş zədələnmələri; Diaqnoz qeydi:Sümüklərin çoxsaylı ekzostozu diaqnozu verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/2- 16376/2024 nömrəli, xx.xx.2024 tarixli məktubunun surətindən müəyyən edilmişdir ki, məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2024cü il tarixli, 3-17-4/3-1-11414/2024 nömrəli Qərarının surətindən müəyyən olunur ki, Cəlilabad rayon sakini xx.xx.2000-ci il təvəllüdlü İddiaçı əlillik müddəti tamamlandıqdan sonra müraciəti əsasında göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Bununla bağlı İddiaçı əyani müayinə aparılaraq məhkəmənin hüquqi mövqei nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən, məlum olmuşdur ki, İddiaçı əlillik vəziyyəti ilk dəfə xx.xx.2004-cü il tarixində Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək ona, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixinədək 2 il müddətinə “ilkin” SİMU; xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək 2 il müddətinə “təkrar” SİMU; xx.xx.2016-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə 3 il müddətinə uzadılaraq “təkrar” SİMU; xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 5 il müddətinə ümumi xəstəlik sənbəbindən ikinci dəfə “təkrar” əlillik təyinatı aparılmışdır. Əlillik müddəti tamamlandıqdan sonra, vətəndaşın müraciəti əsasında Cəlilabad rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2023-cü il tarixli R00142810ZPN nömrəli göndəriş rəsmiləşdirilərək, vətəndaşın sağlamlıq vəziyyəti Tibbi Sosial Ekspert komissiyası tərəfindən qiymətləndirilmiş və “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırki vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı, şikayətləri bədənin müxtəlif nahiyələrində dərialtı törəmələrin olmasından, yerişin çətinləşməsi, hərəkət məhdudluğu, ümumi zəiflik və halsızlıqdan olmuş, anamnestik olaraq uşaqlıqdan xəstə və mütəmadi olaraq həkim nəzarətində olduğunu bildirmiş, xx.xx.2012-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək 2 il müddətinə “təkrar” SİMU məlumatlarının yer aldığı 104505 nömrəli TSEK arayışını təqdim etmişdir. Təqdim edilmiş sənədlər əsasında Milli Onkologiya Mərkəzinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli, L0203512-A230114335 nömrəli ambulator kartdan çıxarışına əsasən diaqnoz:”Sümüklərin çoxsaylı ekzostozu” şəklində göstərilmiş, orada aparılmış rentgen müayinəsinin nəticəsi “Çanaq sümüklərində, hər iki bazu, hər iki mil sümüklərində, hər iki bud və baldır sümüklərində çoxsaylı ekzostozlar” kimi qeyd edilmişdir. Obyektiv müayinə zamanı, dəri və görünən selikli qişaların rəngi normal olmuş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları aydın eşidilmiş, AT 120/80 mm civ.süt, nəbz ritmik (1 dəqiqədə 80 vurğu), dili nəm, ərpsizdir, qarnı yumuşaq, göbəkətrafı və epiqastral nahiyədə ağrısız olmuş, qaraciyər və dalaq böyüməmiş, böyrəkləri horizontal və vertikal vəziyyətdə əllənməmiş, döyəcləmə simptomu hər iki tərəfdən mənfi qeyd edilmiş, periferik nəbz dolğun olmuş, heç bir hərəkət məhdudiyyəti izlənilməmiş, bədənin müxtəlif nahiyyələrində dərialtı törəmələr qeyd edilmiş, əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu aşkarlanmamışdır. Nəticədə obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2012-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək 2 il müddətinə təkrar SİMU məlumatlarının Əlillik AS-nə daxil edilməsi və “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 160 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə-tibbi ekspertizası rəyindən müəyyən edilmişdir ki, 2000-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərlə, özünün məhkəmə-tibbi müayinəsində və qərardadda göstərilən suala uyğun komissiya nəticəyə gəlir: İddiaçı iş materiallarında olan tibbi sənədlərə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adına Cəlilabad rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli R00142810ZPN nömrəli Forma 88 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas xəstəlik” M89.8-Sümüklərin digər dəqiqləşdirilmi zədələnmələri. Sümüklərin çoxsaylı ekzostozu; Ağırlaşma: R26.8-Hərəkətin və yerişin digər dəqiqləşdirilməmiş pozuntuları. Yeriş, hərəkətin kəskin pozulması” diaqnoz xəstənin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu, səmərəliyi qənaətbəxş olmuşdur. Diaqnoz aparılan müayinələrin nəticələri əsasında əldə olunduğundan onunla əlaqədar hazırda əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibbi ekspertiasının deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı: ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanun: 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə iddiaçının tələbi- onun hüquqi marağı və məqsədi “xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və sağlamlıq imkanlarınınpozulması 61-80 faiz olmaqla, səbəb əlaqəsinin anadangəlmə ümumi xəstəliklə müddətsiz əlilliyin təyin edilməsindən ibarətdir. Göründüyü kimi, cavabdeh inzibati orqan İddiaçı sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntuların aşkar olunmadığı göstərmişdir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 verdikləri xx.xx.2025-ci il tarixli, 160 saylı rəydə göstərilmişdir ki, İddiaçı daşıyıcısı olduğu xəstəliklərlə əlaqədar hazırda onun əlavə ixtisaslaşdırılmış stasionar müalicəsinə ehtiyacı yoxdur, belə ki, həmin xəstəliklər müalicə olunmurlar və onlarla əlaqədar tibbi ədəbiyyatlarda da müfəssəl məlumatlar yoxdur. Digər tərəfdən, məhkəmənin qənaətinə görə İddiaçı xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13-cü “Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” bölməsinin əhatə dairəsinə daxil edilmiş xəstəliklərə tam uyğunluğu müşahidə olunur. Həmçinin, məhkəmə qeyd edir ki, İddiaçı xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə onun sağlamlığının bərpa olunmasını təsdiq edən hər hansı dəlil, sübut cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, İddiaçı əlillik vəziyyəti ilk dəfə xx.xx.2004-cü il tarixində Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək ona, xx.xx.2004cü il tarixdən xx.xx.2006-cı il tarixinədək 2 il müddətinə, xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək 2 il müddətinə, “təkrar” xx.xx.2016-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək, avtomatlaşdırılmış şəkildə 3 il müddətinə uzadılaraq, “təkrar” xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 5 il müddətinə ümumi xəstəlik sənbəbindən ikinci dəfə “təkrar” əlillik təyinatı aparılmış, iddiaçının əvvəlki vəziyyətinin hazırda yaxışılaşmasını cavadeh inzibati orqan hər hansı tibbi sənədlə əsaslandırmamışdır. Əksinə, məhkəməyə təqdim olunmuş tibbi sənədlərdə İddiaçı xəstəliklərinin anadangəlmə olmaqla hal-hazıradək mövcud olması və bu xəstəliklərin müalicə olunmaması tam təsdiq olunur. Bundan başqa iddiaçının 10 (on) ildən artıq hazırkı xəstəlik səbəbindən əlil olması, ilkin əlillik təyinatın 2004-cü il tarixdən təyin edilməsi məhkəmə tərəfindən müəyyən edilmişdir. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu nəticəyə gəlməyə əsas verir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, R00142810ZPN saylı qərarının ləğv edilməsi, və sağlamlıq imkanlarının pozulması 61-80 faiz olmaqla, səbəb əlaqəsinin anadangəlmə ümumi xəstəliklə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbində haqlıdır. İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, R00142810ZPN saylı qərarı ləğv edilməli, İddiaçı sağlamlıq imkanlarının pozulması 61-80 faiz olmaqla, səbəb əlaqəsinin anadangəlmə ümumi xəstəliklə, müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Nəticəvi Hissə: Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, R00142810ZPN saylı qərarı ləğv edilsin. İddiaçı sağlamlıq imkanlarının pozulması 61-80 faiz olmaqla, səbəb əlaqəsinin anadangəlmə ümumi xəstəliklə, müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-665/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-665/2025
22.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver