Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-667/2023 01.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2022-ci il tarixli, **********414700 nömrəli qərarın ləğv edilməsi iddia tələbi üzrə inzibati işə məhkəmənin inzibati binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2022-ci il tarixli, **********758100 nömrəli qərarın ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-2023/2022 nömrəli qərardadı ilə iddiaçının ərizəsi üzrə iddia tələbi dəqiqləşdirilərək, İddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2022-ci il tarixli, **********414700 nömrəli qərarın ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-2023/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2021-ci il mənfəət vergisi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********758100 nömrəli qərara əsasən analoji olaraq kameral vergi yoxlaması nəticəsində müəssisəyə əlavə 31.167,56 manat vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış gəlir vergisi məbləğləri əsassız və qanunsuz olaraq hesablanmışdır. "xxxx" MMC tərəfindən 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********448500 nömrəli uyğunsuzliq məktubu ilə əlaqədar bildirilmişdir ki, Cəmiyyətin ƏDV qeydiyyat tarixinin xx.xx.2013-cii il olmasına baxmayaraq Cəmiyyətə məxsus obyekt (anbar) xx.xx.2021-ci il tarixdə vergi qeydiyyatına alınmışdır. Həmçinin, xx.xx.2022-ci il tarixli **********794700 nömrəli "Aşkar edilmiş uyğunsuzluq haqqında "məktubunuzla əlaqədar "xxxx" MMC-nin rəhbərliyi aşağıdakılar bildirilmişdir: "xxxx" MMC xx.xx.2011-ci il tarixdə vergi ödəyicisi kimi, xx.xx.2013-cü ildə ƏDV ödəyicisi kimi qeydiyyata alınmışdır. Cəmiyyətin təsisçisi 1-ci Qarabağ müharibəsinin veteranı X2r. Yarandığı gündən hal-hazıradək Cəmiyyətin direktoru X4 olmuşdur. Fəaliyyəti dövründə Cəmiyyət əsasən “Salyan OİL" (VÖEN **********) şirkətinə mal-material satışı ilə məşğul olmuşdur. 2021-ci il ərzində Cəmiyyət yalnız "0" dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyatlar aparmış,Cəmiyyətin ümumi dövriyyəsi 761314.10 manat oilmuşdur. Yarandığı gündən hal-hazıradək Cəmiyyət tərəfindən dövlət büdcəsinə ödənilmiş vergi məbləği 76108.47 manat olmuşdur. Cəmiyyətin 2 (iki) nəfər işçisi vardır ki, onların əmək haqqı məbləğləri bütün dövrlərdə Respublika üzrə minimum əmək haqqı məbləğindən yüksək olmuşdur. Cəmiyyət üzrə hazırda işçilərin aylıq əmək haqqı fondu 620.0 manat təşkil edir. Əmək haqlarından tutulan vergilərə güzəşt verilənədək, yəni,xx.xx.2019-cu ilədək Cəmiyyət üzrə işçilərin əmək haqqından 936.97 manat gəlir vergisi hesablanıb ödənilmişdir. Cəmiyyət tərəfindən hesablanmış vergilər və işçilərin aylıq əmək haqqı fondundan DSMF-yə ayırmalar vaxtında və artıqlamasilə tam məbləğdə ödənilir. Belə ki,hal-hazlrda Cəmiyyətin vergilər üzrə Dövlət büdcəsinə 1302.18 manat artıq ödəməsi vardır. Bundan əlavə xx.xx.2022-ci il tarixli **********794700 nömrəli məktubla əlaqədar aşağıdakılar bildirilmişdir:
1. Cəmiyyət tərəfindən fəaliyyəti dövründə əmtəəsiz əməliyyatlar aparılmamışdır. Bir daha bildiririk ki, Cəmiyyət tərəfindən fəaliyyəti dövründə yalnız "Salyan OYL Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə (**********) və "xxxx" MMC-yə (VÖEN 1********) mal-material satışı həyata keçirilmişdir.
2. Cəmiyyət xx.xx.2021-ci ilədək "xxxx" MMC (**********), ”NHAO” MMC (**********),xx.xx.2021-ci il tarixədək "xxxx" (**********) MMC ilə, xx.xx.2021-ci il tarixədək "xxxx" MMC (**********) ilə, xx.xx.2021 -ci il tarixədək "xxxx" MMC (**********) qarşılıqlı əməliyyatlar aparmış və onlardan müxtəlif mal-materiallar almışdır. Apardığımız araşdırmalara görə "xxxx" MMC (**********) və ”NHAO” MMC (**********) yalnız xx.xx.2021ci ildən, "xxxx" (**********) MMC xx.xx.2021-ci ildən, "xxxx" MMC (**********) 09.0.2021-ci ildən, "xxxx" MMC (**********) isə xx.xx.2021-ci ildən riskli vergi ödəyiciləri elan edilmişdir. Bildiririk ki, Cəmiyyət xx.xx.2021-ci ilədən sonra "xxxx" MMC (**********) və ”NFlAO” MMC (**********) ilə, xx.xx.2021-ci ildən sonra "xxxx" (**********) ilə, xx.xx.2021-ci ildən sonra "xxxx" MMC (********** )ilə, xx.xx.2021-ci ildən sonra"xxxx" MMC (**********) ilə , yəni həmin vergi ödəyiciləri riskli vergi ödəyiciləri elan olunduqdan sonra onlarla heç bir əməliyyat aparmamışdır və aparmayacaqdır. xx.xx.2022-ci il tarixli **********468900 nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubla əlaqədar İddiaçı MMC tələb olunan sənədləri göndərərək aşağıdakıları bildirir: "xxxx" MMC xx.xx.2011-ci il tarixdfə vergi ödəyicisi kimi, xx.xx.2013-cü ildə ƏDV ödəyicisi kimi qeydiyyata alınmışdır. Cəmiyyətin təsisçisi 1-ci Qarabağ müharibəsinin veteranı X2r.Yarandığı gündən hal-hazıradək Cəmiyyətin direktoru X4 olmuşdur.Fəaliyyəti dövründə Cəmiyyət əsasən “Salyan OİL” (VÖEN **********) şirkətinə mal-material satışı ilə məşğul olmuşdur. 2021-ci il ərzində Cəmiyyət yalnız "0" dərəcə ilə ƏDV-yə cəlb edilən əməliyyatlar aparmış,Cəmiyyətin ümumi dövriyyəsi 761314.10 manat odmuşdur. Yarandığı gündən hal-hazıradək Cəmiyyət tərəfindən dövlət büdcəsinə ödənilmiş vergi məbləği 76108.47 manat olmuşdur. Cəmiyyətin 2 (iki) nəfər işçisi vardır ki, onların əmək haqqı məbləğləri bütün dövrlərdə Respublika üzrə minimum əmək haqqı məbləğindən yüksək olmuşdur.Belə ki,Cəmiyyət üzrə hazırda işçilərin aylıq əmək haqqı fondu 620.0 manat təşkil edir. Əmək haqlarından tutulan vergilərə güzəşt verilənədək,yəni,xx.xx.2019-cu ilədək Cəmiyyət üzrə işçilərin əmək haqqından 936.97 manat gəlir vergisi hesablanıb ödənilmişdir. Cəmiyyət tərəfindən hesablanmış vergilər və işçilərin aylıq əmək haqqı fondundan DSMF-yə ayırmalar vaxtında və artıqlamasilə tam məbləğdə ödənilir. Belə ki,hal-hazlrda Cəmiyyətin vergilər üzrə Dövlət büdcəsinə 1302.18 manat artıq ödəməsi vardır. Yuxarıda qeyd etdiklərimizlə əlaqədar aşağıdakıları bildirilir: 1. Cəmiyyət tərəfindən fəaliyyəti dövründə əmtəəsiz əməliyyatlar aparılmamışdır. Cəmiyyət tərəfindən fəaliyyəti dövründə yalnız "Salyan OYL Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə (**********) və "xxxx" MMC-yə (VÖEN 1********) mal-material satışı həyata keçirilmişdir. 2. Cəmiyyət xx.xx.2021-ci ilədək "xxxx" MMC (**********), ”NHAO” MMC (********** ),xx.xx.2021 -ci il tarixədək "xxxx" (**********) MMC ilə, xx.xx.2021-ci il tarixədək "xxxx" MMC (**********) ilə, xx.xx.2021-ci il tarixədək "xxxx" MMC (**********) qarşılıqlı əməliyyatlar aparmış və onlardan müxtəlif mal-materiallar almışdır. Apardıqları araşdırmalara görə "xxxx" MMC (**********) və ”NHAO” MMC (**********) yalnız xx.xx.2021ci ildən, "xxxx" (**********) MMC xx.xx.2021-ci ildən, "xxxx" MMC (**********) və "xxxx" MMC (**********) xx.xx.2021-ci ildən, "xxxx" MMC (**********) isə xx.xx.2021-ci ildən riskli vergi ödəyiciləri elan edilmişdir. Bildiririk ki, Cəmiyyət xx.xx.2021-ci ilədən sonra "xxxx" MMC (**********) və ”NHAO” MMC (**********) ilə, xx.xx.2021-ci ildən sonra "xxxx" (**********) ilə, xx.xx.2021-ci ildən sonra "xxxx" MMC (620036554l)ilə, xx.xx.2021-ci ildən "xxxx" MMC (**********) ilə, xx.xx.2021-ci ildən sonra"xxxx" MMC (**********) ilə ,yəni həmin vergi ödəyiciləri riskli vergi ödəy iciləri elan olunduqdan sonra onlarla heç bir əməliyyat aparmamışdır və aparmayacaqdır. Kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı:xx.xx.2022-ci il tarixli **********496901 nömrəli), xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********496902 nömrəli) və xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********496903 nömrəli) müraciətlərinizin araşdırılmasının nəticəsinə əsasən Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il tarixli **********425900 nömrəli Qərar qəbul edilmişdir. Qərara əsasən, kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli inzibati şikayətlərimiz təmin edilməmiş, 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********758100 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Sözügedən iş üzrə səlahiyyətli orqan işə baxarkən və qərar çıxararkən işin faktiki hallarını düzgün təhlil etməmiş, işi lazımi qaydada və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və yaxud düzgün təfsir etməmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddia ərizəsinə etiraz verilərək bildirilmişdir ki, idarə aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi ilə razılaşmır və onu əsassız hesab edir. Belə ki, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı cəmiyyətin 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC) ilə aparılmış 155 837,8 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Belə ki, araşdırma zamanı cəmiyyət tərəfindən 2021-ci il ərzində 731 214,6 manat dəyərində elektron qaimə-faktura əldə etməsi, bundan 155 837,8 manat hissəsində olan elektron qaimə-fakturaların "xxxx" MMCdən (VÖEN **********) 8 125,0 manat məbləğində, "xxxx" MMC-dən (VÖEN **********) 12 275,0 manat məbləğində, "xxxx" MMC-dən (VÖEN **********) 39 026,8 manat məbləğində, "xxxx" MMC- dən (VÖEN **********)17 300,0 manat məbləğində,"xxxx" MMC-dən (VÖEN **********) 42 823,0 manat məbləğində, "xxxx" MMC-dən (VÖEN **********) 36 288,0 manat məbləğində əldə etməsi, həmin vergi ödəyicilərinin Cəmiyyətə təqdim etdiyi elektron qaimə-fakturalarda qeyd olunan malların əldə etdikləri elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış-aklarlına əsasən müəyyən edilmədiyi, yəni təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilmişdir.Bu səbəbdən yuxarıda qeyd edilən əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilməsi barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********669000 nömrəli, xx.xx.2021 -ci il tarixli **********667600 nömrəli, xx.xx.2021-ci il tarixli **********453400 nömrəli, xx.xx.2021-ci il tarixli **********114800 nömrəli, xx.xx.2021-ci il tarixli **********453800 nömrəli və xx.xx.2021-ci il tarixli **********448200 nömrəli qərarlar qəbul edilmişdir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Araşdırma zamanı "xxxx" MMC tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində cəmi 42823,0 manat məbləğində təqdim edilmiş qaimə fakturalar üzrə satışda qeyd edilən malların (Siyirtmə, qayka, süzgəc filtri və s.) Cəmiyyətin elektron qaimə faktura üzrə alışında, idxalında qeyd edilən malların (iş və xidmətlərin) müəyyən edilmədiyi və vergi orqanında qeydiyyatda olan təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarf’nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarının 2-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatların aparılması vergi ödəyicisinin riskli vergi ödəyicisi kimi qərar qəbul edilməsinə əsas verən haldır. Nəticədə qeyd olunan malların riskli vergi ödəyiçilərindən əldə edildiyini nəzərə alaraq, həmin malların İddiaçı MMC (VÖEN: **********) tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində əks etdirilməsi nəticəsində vergi məbləği üzrə 31167.56 manat məbləğində kənarlaşmanın olduğu ehtimal edilmişdir.Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********468900 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmiş və Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən 5 gün müddətində əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması vergi ödəyicisindən tələb olunmuşdur.Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd edilən təsdiqedici sənədlər təqdim edilmədiyi üçün, yuxarıda qeyd olunanları əsas götürərək qeyd olunan dövr üzrə kameral vergi yoxlaması zamanı əlavə vergi məbləği hesablanaraq, vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********758100 nömrəli vergilərin hesablanması barədə Qərar göndərilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirib, təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X6 iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı lazımi qaydada xəbərdar edilmişdir. Lakin, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarından, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə olan 25 aprel 2022-ci il tarixli, **********758100 nömrəli qərarı ilə müəssisəyə 31.167,56 manat əlavə vergi hesablanmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2022-ci il tarixli, **********414700 nömrəli qərarına əsasən, iddiaçıya 35470.06 manat əlagvə vergi hesablanmışdır. İş materiallarında olan cavabdeh vergi orqanının iddiaçıya ünvanladığı «kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» 11 aprel 2022-ci il tarixli məktubunun təsdiq olunmuş surətindən görünür ki, vergi ödəyicisi tərəfindən aparılan araşdırma zamanı e-qaimə ilə "xxxx" MMC-dən (VÖEN **********) 8125.0 manat məbləğində, "xxxx" MMC-dən (VÖEN **********) 12275.0 manat məbləğində, "xxxx" MMC-dən (VÖEN **********) 39026.8 manat məbləğində, "xxxx" MMCdən (VÖEN **********) 17300.0 manat məbləğində, "xxxx" MMC-dən (VÖEN **********) 42823.0 manat məbləğində, "xxxx" MMC-dən (VÖEN **********) 36288.0 manat məbləğində, cəmi 155837.8 manat məbləğində mal (iş və xidmət) alındığı müəyyən edildiyi, nəticədə qeyd olunan malların riskli vergi ödəyicilərindən əldə edildiyini nəzərə alaraq, həmin malların təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində əks etdirilməsi nəticəsində vergi məbləği üzrə 31167.56 manat məbləğində kənarlaşmanın olduğu bildirilmiş, bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün dəqiqləşdirilmiş bəyannamə və zəruri sənədlərlə əsaslandırılmış izahat məktubunun 5 (beş) gün ərzində təqdim olunması tələb olunmuş, əks təqdirdə, Vergi Məcəlləsinin 37,67 və 83-cü maddələrinin tələblərinə əsasən vergi orqanının müəssisənin vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərini yenidən hesablamaq hüququ olduğu qeyd edilmişdir. İş materiallarında olan 14 iyun 2022-ci il tarixli, **********425900 nömrəli qərar ilə İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli inzibati şikayətləri təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, **********357800 nömrəli Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə ********** dövlət qeydiyyat nömrəsi ilə (VÖEN) qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, № 39 saylı, xx.xx.2021-ci il tarixli, № 40 saylı alqı-satqı müqaviləsindən və ona əlavə edilmiş təsnifatdan görünür ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********453800 nömrəli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********2453400 nömrəli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********448200 nömrəli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********114800 nömrəli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan Laçın rayon Vergilər Şöbəsinin xx.xx.2021-ci il tarixli **********669000 nömrəli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan Laçın rayon Vergilər Şöbəsinin xx.xx.2021-ci il tarixli **********667600 nömrəli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********107400 nömrəli məktubunda göstərilmişdir ki, 5 saylı Ərazi Vergilər İdarəsində uçotda olan vergi ödəyicisi İddiaçı (VÖEN **********) "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********) arasında apardığı əməliyyatlar barədə məlumatlar məhkəməyə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2023/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2023-cü il tarixli, 9/8927 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, rəyin tədqiqi hissəsində və təqdim edilmiş iş materiallarından göstərilənlər nəzərə alınmaqla, cavabdeh Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər idarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-cı il tarixli, **********414700 saylı qərarı ilə İddiaçı MMC-yə əlavə olaraq hesablanmış vergi məbləğinin düzgün hesablanmaması müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. MPM-in 76-cı maddəsinə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Həmin Məcəllənin 83.7-ci maddəsinə əsasən Vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Həmin Məcəllənin 221.2-ci maddəsinə görə sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, bu Məcəllədə müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. Məhkəmə iş üzrə iddianın növünə (mübahisələndirmə haqqında) görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlillərinə qanunvericiliyin sadalanan müddəalarının tələbləri baxımından qiymət verərək, mübahisələndirilən əlverişsiz inzibati aktın qəbulu üzrə inzibati icraatda müəyyən edilmiş aşağıdakı xüsusatları qeyd edir: Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cəmiyyət tərəfindən 2021-ci il ərzində 731 214,6 manat dəyərində elektron qaimə-faktura əldə etməsi, bundan 155 837,8 manat hissəsində olan elektron qaimə-fakturaların "xxxx" MMC-dən (VÖEN **********) 8 125,0 manat məbləğində, "xxxx" MMC-dən (VÖEN **********) 12 275,0 manat məbləğində, "xxxx" MMC-dən (VÖEN **********) 39 026,8 manat məbləğində, "xxxx" MMC- dən (VÖEN **********)17 300,0 manat məbləğində,"xxxx" MMC-dən (VÖEN **********) 42 823,0 manat məbləğində, "xxxx" MMC-dən (VÖEN **********) 36 288,0 manat məbləğində əldə etməsi, həmin vergi ödəyicilərinin Cəmiyyətə təqdim etdiyi elektron qaimə-fakturalarda qeyd olunan malların əldə etdikləri elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarına əsasən müəyyən edilmədiyi, yəni təsdiqedici sənədlərlə almadıqları malları satdıqları müəyyən edilmişdir. Əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək "xxxx" MMCnin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********), "xxxx" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilməsi barədə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********669000 nömrəli, xx.xx.2021 -ci il tarixli **********667600 nömrəli, xx.xx.2021-ci il tarixli **********453400 nömrəli, xx.xx.2021-ci il tarixli **********114800 nömrəli, xx.xx.2021-ci il tarixli **********453800 nömrəli və xx.xx.2021-ci il tarixli **********448200 nömrəli qərarlar qəbul edilmişdir. Malların riskli vergi ödəyicilərindən əldə edildiyini nəzərə alaraq, həmin malların İddiaçı MMC (VÖEN: **********) tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində əks etdirilməsi nəticəsində vergi məbləği üzrə 31167.56 manat məbləğində kənarlaşmanın olduğu ehtimal edilərək, iddiaçıya uyğunsuzluq məktubu göndərilmişdir. Uyğunsuzluq məktubunda qeyd edilən sənədlər təqdim edilmədiyi üçün xx.xx.2022-ci il tarixli qərar göndərilmişdir. Əsaslandırma kimi 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş olan Vergi Məcəlləsinin 13.2.82-ci maddəsi riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir) qeyd edilmişdir. Hal-hazırda vergi orqanı tərəfindən iddiaçıya “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2022-ci il tarixli, **********414700 nömrəli qərarla 2021-ci ilin bəyannamə və hesabat dövrü üçün ümumilikdə 35470.06 manat cərimə hesablanmışdır. Göründüyü kimi aparılan icraat zamanı cavabdeh vergi orqanı mübahisələndirilən inzibati aktın qəbul edilməsinin hüquqi əsasını və mübahisələndirilən qərarın qanuniliyini sübut edə bilməmişdir. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir. Vergi ödəyicisi olan hüquqi şəxslərin riskli vergi ödəyiciləri barədə məlumat mənbəyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 265 saylı qərarının 1.3 və 1.4-cü müddəalarına əsasən Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi və X5. İddiaçı tərəfindən əməliyyatlar aparılan zaman digər tərəflərin riskli vergi ödəyicisi olması barədə iddiaçı tərəfindən məlumat alınacaq yeganə mənbə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi və X5 ki, həmin əməliyyatlar zamanı qeyd olunan vergi ödəyiciləri həmin tarixdə riskli vergi ödəyiciləri siyahısında olmamışdır. Belə ki, cavabdehin təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktuba əsasən İddiaçı (**********) ilə "xxxx" MMC (VÖEN **********) arasında olan elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021-ci il, "xxxx" MMC (VÖEN **********) arasında olan elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021-ci il, "xxxx" MMC (VÖEN **********) arasında olan elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il, xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021-ci il, "xxxx" MMC (VÖEN **********) arasında olan elektron qaimə faktura tarixi 29.03, xx.xx.2021, xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021-ci il, "xxxx" MMC (VÖEN **********) arasında olan elektron qaimə faktura tarixi xx.xx.2021-ci il, xx.xx.2021-ci il, lakin riskli vergi ödəyicisi hesab edilməsi tarixi xx.xx.2021-ci il tarixli qərarlar olmuşdur. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hazırki inzibati mübahisə üzrə sübutetmə vəzifəsi iddiaçının deyil, məhz cavabdehin üzərinə düşür. Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli həmin qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktın özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırda mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktların özündə yazılı şəkildə əsaslandırılması yeterli qiymətləndirilmir. Həmçinin təqdim edilənə sənədlərə və hesablama barədə məlumatlara əsasən qərarın Vergilər Məcəlləsinin 109.9-cu maddəsi əsas götürülərək yazıldığı bildirilsə də, qeyd edilən mübahisəli aktın özündə həmin maddəyə istinad olunmamışdır. Bu isə o deməkdir ki, həmin qərarın qəbulunda «İnzibati icraat haqqında» Qanunun 48.1-ci maddəsinin tələbləri pozulmuşdur; «İnzibati icraat haqqında» Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.11 -ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin onuncu fəslindəki maddələr fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan münasibətləri tənzimləyir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən onuncu fəsil gəlir vergisinin və mənfəət vergisinin məqsədləri üçün tətbiq edilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 130.1 -ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. Həmin Məcəllənin 130.4-cü maddəsinə əsasən mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur (139.1.). Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir (139.2.). Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi mənəvi cəhətdən köhnəlmiş və ya dəbdən düşmüş qüsurlu malın, yaxud digər səbəblər üzündən istehsalına çəkilmiş xərclərdən (satınalma qiymətindən) yüksək qiymətə satıla bilməyən malın (məhsulun) dəyərini onların satıla biləcəyi qiyməti əsas götürməklə qiymətləndirə bilər (139.3.). Vergi ödəyicisi onun ixtiyarında olan malların fərdi uçotunu aparmırsa, o, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə qiymətləndirmə metodundan istifadə etməklə aparmaq hüququna malikdir (139.4.). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan redaksiyada tələblərinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 83.7-ci maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Məhkəmə müəyyən etdi ki, iddiaçı sahibkarlıq məqsədilə 5 hüquqi şəxsdən ayrı-ayrı vaxtlarda müxtəlif sayda elektron qaimə-faktura olmaqla sənaye malları almış və onları digər şəxslərə satmışdır. İddiaçı qeyd edir ki, o, mübahisəli malları elektron qaimə- faktura ilə almış, eyni zamanda elektron qaimə-faktura ilə başqa şəxslərə satmışdır. Vergi orqanı onun, yəni iddiaçının mübahisəli malları hansı şəxslərə satmasını elektron məlumatlarla görə bilir. O, əməliyyatlar həyata keçirərkən ilk növbədə elektron informasiya vasitəsilə qarşı tərəfin riskli vergi ödəyicisi olub-olmamasını aydınlaşdırır. Mübahisəli elektron qaiməfaktura ilə iddiaçı əməliyyatlar həyata keçirilən tarixlərdə həmin 5 hüquqi şəxs riskli vergi ödəyiciləri olmamışdırlar. İddiaçı həmin 5 hüquqi şəxslə elektron qaimə- faktura ilə əməliyyatlar həyata keçirdikdən sonra həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri olmaları barədə qərarlar qəbul edilmişdir. İddiaçı həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri olmaları barədə qərarlar qəbul edilməmişdən əvvəl onların riskli vergi ödəyiciləri olmalarını müəyyən edə bilməzdi. Cavabdeh isə zəruri araşdırma aparmadan iddiaçının həmin elektron qaimə-faktura üzrə əmtəəsiz əməliyyatlar aparmasına istinad edərək iddiaçıya əlavə mənfəət vergisi hesablamışdır. Cavabdeh tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmçinin 19 yanvar 2023-cü il tarixli, 9/8927 nömrəli ekspert rəyinə əsasən, cavabdeh Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər idarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-cı il tarixli, **********414700 saylı qərarı ilə İddiaçı MMC-yə əlavə olaraq hesablanmış vergi məbləğinin düzgün hesablanmaması müəyyən olunmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2022-ci il tarixli, **********414700 nömrəli qərarı qəbul edən zaman həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcud olub-olmamasını nəzərə almamışdır. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz (maddə 3.8). Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir (maddə 3.11). Vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur (maddə 24.0.2). Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar (maddə 36.2). Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur (maddə 53.3). Məhkəmə belə nəticəyə gəlir ki, vergi orqanının Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2022-ci il tarixli, **********414700 nömrəli qərarı qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hallar isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli, **********414700 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərc - məhkəmə ekspertizasının keçirilməsinə görə 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər Baş İdarəsindən tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər Baş İdarəsinin «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» xx.xx.2022-ci il tarixli, **********414700 nömrəli qərarı ləğv edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.
Hakim: Amilya Hüseynova