Məhkəmə qərarları › İş №2-1(120)-668/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-668/2023

22.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-668/2023 22.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı «torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı 1.52 ha həyətyanı zəpdi olan torpağın, evinin altındakı 0.20 ha olan torpağın evi ilə birlikdə və 1.82 ha çöl pay torpaqlarına hüquq müəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli nömrəli və 30 may 2023-cü il tarixli məktubları ilə İddiaçı hüquqi yardım edilmişdir. Məhkəmənin 31 avqust 2022-ci il tarixli və 25 oktyabr 2022-ci il tarixli qərardadları ilə X19, X5 və X27 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Belə ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı 1.52 ha həyətyanı zəpdi olan torpağın, evinin altındakı 0.20 ha olan torpağın evi ilə birlikdə və 1.82 ha çöl pay torpaqlarına hüquq müəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və üçüncü şəxslər X19, X5 və X27 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı və üçüncü şəxslər X12, X2 və X20 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X21 iddia tələbinin əsassız olduğunu bildirərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin keçmiş iclasında iştirak edən İddiaçı məhkəmə tərəfindən ona izah olunanların aydın olduğunu bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə prosesdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan aktdan görünür ki, “Qartal” pay bəlli kəndli fermer təsərrüfatının üzvlərinə kolxozun ərazi sahəsindən düşən 1.82 ha torpaq sahəsi fermer başçısı İddiaçı təhvil verilmişdir. İş materiallarında olan İmişli rayonunun Azərbaycan kolxozunun ərazi sahəsindən ayrılmış yeni “Qartal” paybəlli kəndli fermer təsərrüfatının yerqurluşu planından görünür ki, “Qartal” pay bəlli kəndli fermer təsərrüfatının yerquruluşu planı İmişli rayon X26 tərəfindən hazırlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət X34 Komitəsinin “Torpaq sahəsinin planı və ölsü”ndən görünür ki, İddiaçı İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 06 nömrəli qərarı ilə 1996.93 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-0196, KOD 90700078 nömrəli dövlət aktından görünür ki, İddiaçı və ailə üzvlərinə İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 07 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0.40 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan İmişli rayon Dövlət Arxivinin məhkəməyə ünvanlanladığı xx.xx.2022-ci il tarixli, 142 nömrəli məktubundan görünür ki, İddiaçı “Pay almaq hüququ olan subyektlərin siyahısı”na 8 nəfərdən ibarət ailə üzvləri, X18 üzrə 0.20 ha həyətyanı torpaq sahəsi, faktiki zəbt olunmuş 1.76 ha həyətyanı torpaq sahəsi və 0.40 ha pay torpağı vardır. Dövlət akt № **********6. X19 “Pay almaq hüququ olan subyektlərin siyahısı”na 6 nəfərdən ibarət ailə üzvləri, X18 üzrə 0.06 ha həyətyanı torpaq sahəsi, faktiki zəbt olunmuş 0.79 ha həyətyanı torpaq sahəsi və 1.62 ha pay torpağı vardır. Dövlət aktı № **********7. X5 “Pay almaq hüququ olan subyektlərin siyahısı”na 4 nəfərdən ibarət ailə üzvləri, X18 üzrə torpaq sahəsi yoxdur, faktiki zəbt olunmuş torpaq sahəsi yoxdur və 2,41 ha pay torpağı vardır. № **********4. İddiaçı mülkiyyətində 1996-2000-ci, 2001-2005-cı və 2006-2010-cu illərin Təsərrüfatbaşına Kitablarında İmişli rayonun Qulubəyli kəndində daşınmaz əmlakı barədə məlumat bu kitablarda sorğuya əlavəolunan kimi qeyd olunmuşdur. İddiaçı adı İmişli rayonun Qulubəyli kəndində Təsərrüfatbaşına kitablarda vardır. 2011-ci ildən hal-hazıra kimi Təsərrüfatbaşına Kitablar ərazi icra nümayəndəliyində saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı adına yerli aqraı islahat kommissiyası tərəfindən İmişli rayon, Qulubəyli kəndində həyətyanı torpaq sahəsi ayrılan siyahıda 0.20 ha 8 nəfər ümumi birgə qeyd edilsə də, həmin torpaq sahəsinə aid plan və ölçü sənədi tərtib edilməsi barədə məlumat aşkarlanmmışdır. Əlavə olaraq bildirir ki, İddiaçı adına İmişli rayon, Quiubəyii kəndində mülkiyyətndə olan hər hansı bir daşınmaz əmlak olması barədə məlumat aşkarlanmamışdır. X12 adına İmişli rayon X10 xx.xx.2002-ci ii tarixli, 07 saylı qərarı əsasında İmişli rayon, Qulubəyli kəndində yerləşən 1.62 ha kənd təsərrüfatı təyinatlı toıpaq sahəsi üzərində 6 nəfər ümumi biıgə olmaqla mülkiyyət hüququnun (JN-197) qeydiyyata alınması barədə məlumat aşkarlanmışdır. X2 adına İmişli rayon X13 xx.xx.2002-ci il tarixi, 07 saylı qorarı əsasında İmişli rayon, Qulubəyli kəndində yerləşən 2.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində 4 nəfər ümumi birgə olmaqla mülkiyyət hüququnun (JN-194) qeydiyyata alınması barədə məlumat aşkarlanmışdır. Qeyd edilən 2.40 ha torpaq sahəsi İmişli rayon 2 saylı notariat konturunun 4Ə-238 sayiı, 21.10.2.016-cı i! tarixli alqı satqı müqaviləsi əsasında özgəninkiləşdirilərək hazırda Mənsimov Elman Əİi oğluna məxsusdur. İş materiallarında olan İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 2 saylı qərarından görünür ki, Qulubəyli kənd sakini İddiaçı əskik pay torpağının verilməsi barədə Dövlət X34 Komitəsi İmişli rayon şöbəsinin xx.xx.2007-ci il tarixli rəyi təsdiq edilsin. Vətəndaşlar İddiaçı əskik pay torpağının verilməsi və X4 bələdiyyə mülkiyyətindən pay torpağının ayrılması ilə əlaqədar olaraq onların torpaq islahatı sənədlərində zəruri düzəlişlər aparılsın. Azərbaycan Respublikası Dövlət X34 Komitəsindən xahiş edilsin ki, İddiaçı və X2 torpaq islahatı sənədlərində zəruri düzəlişləri nəzərə alaraq onların adlarına pay torpaqları ilə bağlı hüquqi sənədlərin hazırlanmasına'köməklik göstərilsin. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X34 Komitəsi İmişli Rayon Şöbəsinin xx.xx.2007-ci il tarixli rəyindən görünür ki, Rayonun Qulubəyli kənd sakini İddiaçı adma həvətyam torpaq zəbtnin səhvən 1.96 hektar yazılması nəticəsində onun pay torpaqmm o.Sv ha azaldılması barədə müraciəti araşdırılmışdır. Məlum olmuşdur ki. Qulubəyli kəndində 2002-ei ildə aparılan təkraı torpaq islahatı zamanı vətəndaşların həyətyanı torpaq sahələri ölçülərkən İddiaçı həyətyanı torpaq zəbti l.~4 ha olduqu halda onun adma həyətyanı torpaq zəbti 1.96 ha yazılmışdır. Nəticədə İddiaçı qanuni 0,20 ha və faktiki həyətyanı torpaq sahəsinə görə artıq yazılmış 0.22 ha çıxılmamış və bununla əlaqədar olaraq ona çöl sahədən 0,89 ha pay torpaqı əskik hesablanmışdır. Ona görə də təkrar torpaq islahatına uyğun hazırlanmış torpağa mülkiyyət hüququna dair Dövlət Aktında İddiaçı pay torpaqı 0.40 ha • olmuşdur. X28 İddiaçı pay torpağı olmuş, lakin sonradan göstərilən texniki səhv nəticəsində onun pay torpaqmdan azaldılmış 0.89 ha torpaq sahəsi isə Qulubəyli kənd sakini mülkiyyətçi Ə.Şahbazova 2-ci hissə pay torpağı kimi verilmişdir. Bununla əlaqədar olaraq İddiaçı pay torpağı ilə bağlı problem yaranmışdır. Həmin problemin aradan qaldırılması üçün Qulubəyli bələdiyyəsi Ə.Şahbazovun ərizəsinə əsasən ona öz pay torpağının yanında olan bələdiyyə mülkiyyətinə məxsus ərazidən 0,89 ha pay torpağının ayrılması barədə qərar qəbul etmişdir. Bununla da İddiaçı buraxılmış texniki səhv nəticəsində əskik hesablanmış pay torpaqmm verilməsinə imkan yaranmışdır. Ona görə də adları göstərilən mülkiyyətçilərə verilmiş pay torpaq sahələrinin cizgi-xəritəsi, müvai'iq sənədləri tərtib edilərək təsdiq edilmişdir. Göstərilənlərə əsasən təsdiq edilmiş cizgi-xəritədə göstərilən ərazidən Qulubəyli kənd sakinləri İddiaçı 0,89 ha, X4 isə bələdiyyə mülkiyyətindən ayrılmış 0.89 ha pay torpağı ilə bağlı onların adlarına hüquqi sənədlərin hazırlanması qanunamül'aviqdir. İş materiallarında olan İmişli rayon Qulubəyli bələdiyyəsinin oktyabr 2007-ci il tarixli 11 nömrəli iclas protokolundan görünür ki, Qulubəyli kəndində 2002-ci ildə aparılan təkrar torpaq islahatı zamanı vətəndaşların həyətyanı torpaq sahələri ölçülərkən Qulubəyli kənd sakini mülkiyyətçi İddiaçı həyətyanı torpaq zəbti 1.72 ha olduğu halda onun adına həyətyanı torpaq zəbti 1.96 ha yazılmışdır. Nəticədə İddiaçı qanuni 1.20 ha və faktiki həyətyanı torpaq sahəsinə görə atıq yazılmış 0.20 ha çıxarılmadan ona X28 olduğundan yəni İddiaçı pay torpağı olmuş lakin sonradan göstərilən texniki səhf nəticəsində onun pay torpağından azaldılmış 0.89 ha torpaq sahəsi Qulubəyli kənd sakini mülkiyyətçi X4 verilmişdir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-0197, KOD 90700078 nömrəli Dövlət aktından görünür ki, İmişli rayonu Qulubəyli kənd sakini X14 İmişli rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2002-ci il tarixli, 07 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1.62 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan İmişli Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli AN-İ№ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsində qeyd edilmişdir ki, İmişli rayon Qulubəyli kənd sakinləri X6, X15, X16 və X1 rayonu Qulubəyli kənd ünvanında yerləşən ümumi sahəsi 0.8879 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə onlara məxsus hissəsində alıcı X25 500 manat müqavilində satmışlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, İmişl rayonu Qulubəyli kəndi ərazisindən 0.8879 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X3, X7, X8 və X9 ümumi birgə mülkiyyətlərindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, A№ 096728 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İmişli rayonu Qulubəyli kəndi ərazisində kənd təsərrüfatı təyinatlı 0.8879 ha torpaq sahəsi X3 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, İmişl rayonu Qulubəyli kəndi ərazisindən 0.8879 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X20 mülkiyyətlərindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, A№ 279008 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İmişli rayonu Qulubəyli kəndi ərazisində kənd təsərrüfatı təyinatlı 0.8879 ha torpaq sahəsi X20 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, İmişli rayonu Qulubəyli kəndi ərazisindən 1.5151 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X20 mülkiyyətlərindədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə, həmçinin hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Yəni, İddiaçı iddia etdiyi torpaq sahələrinin ona məxsus olması ilə bağlı hər hansı bir hüquqmüəyyənedici sənədlər təqdim etməmiş və cavabdeh inzibati orqanın hansı hüquqlarını pozduğunu əsaslandıra bilməmişdir. İddiaçının arqument kimi göstərdiyi Aqrar İslahat Komissiyasının torpaq islahatının səhv aparması və səhv qərarın verilməsi hissəsində isə məhkəmə bildirir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək torpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdır. Nəticədə, Azərbaycan Respublikasının torpaqları dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid olmaqla 3 kateqoriyaya bölünmüşdür. Beləliklə, iddiaçının tələbi üzrə cavab verməli olan dövlət qurumu (aqrar islahat komissiyası) artıq mövcud deyildir, həmin qurum 1996-cı ildən təsis edilərək fəaliyyətə başlamış və 2005-ci ilədək (10 il ərzində) aqrar islahatın, o cümlədən torpaq islahatının aparılmasını, bununla bağlı məsələlərin həllini həyata keçirmiş, öz missiyasını sona çatdırması ilə əlaqədar 2005-ci ildə mövcudluğuna xitam verilmişdir. xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Oxşar mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2019-cu il tarixli 3 nömrəli bülletenində (11-ci səhifəsində) aşağıdakı kimi öz əksini tapmışdır: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanı aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya xx.xx.2023-cü il tarixli, 2-1(120)-668/2023 saylı məktubla iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım olunsa da, iddiaçı iddia tələbini müdafiə etdiyini, iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar