Məhkəmə qərarları › İş №2-1(120)-67/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-67/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-67/2020 17.03.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi məhkəmə iclas katibi X6, İddiaçı vəkili və nümayəndəsi X1 (Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 2 mənzil 87-də yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 (Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 152, mənzil 111-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23.07.2019-cu il tarixli, **********187368 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 115582,55 manat əlavə vergi məbləğinin və 57791,28 manat maliyyə sanksiyasının silinməsi barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23.07.2019-cu il tarixli, **********187368 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 115582,55 manat əlavə vergi məbləğinin və 57791,28 manat maliyyə sanksiyasının silinməsi barədəqərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. İddiaçı vəkili və nümayəndəsi X4 şifahi məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, 6 saylı Ərazi Vergilər Departamentinin 21.06.2018-ci il tarixli, **********153993 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyəti üzrə səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticələri 03.06.2019-cu il tarixli səyyar vergi yoxlması aktı ilə rəsmiləşdirilmiş və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23.07.2019-cu il tarixli, **********187368 nömrəli qərarına əsasən iddiaçıya 115582,55 manat əlavə vergi məbləği və 57791,28 manat maliyyə sanksiyası hesablanmışdır. Hesab edir ki, 6 saylı ƏVİ-nin qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23.07.2019-cu il tarixli, **********187368 nömrəli qərar qanunsuz və əsassızdır. İlk növbədə yoxlamanın keçirilməsi müddətinə düzgün əməl olunmamışdır. Belə ki, yoxlama aktından da məlum olduğu kimi səyyar vergi yoxlaması 22.06.2018-ci tarixdə başlanmış və 29.05.2019-cu il tarixdə yekunlaşdırılmışdır. Göründüyü kimi yoxlama 11 aydan çox müddətə davam etmişdir. Halbuki Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Mübahisələndirilən inzibati aktdan məlum olur ki, iddiaçıya 2016-cı ilin 2-ci rübü üzrə 719,48 manat sadələşdirilmiş vergi hesablanmış və həmin məbləğin 50 faizi miqdarında 359,74 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi Məcəlləsinin 221.3-cu maddəsinə əsasən sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Qeyd olunan normaların qarşılıqlı təhlilini apararaq belə nəticəyə gəlmək olar ki, 2016-cı ilin 2-ci rübü üzrə vergi öhdəliklərinin yerinə yetirilməsi müddəti 20 iyul 2016-cı il tarixidir. Mübahisələndirilən qərar isə 23.07.2019-cu il tarixdə qəbul olunmaqla iddiaçıya 719,48 manat sadələşdirilmiş vergi hesablanmış və həmin məbləğin 50 faizi miqdarında 359,74 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Göründüyü kimi, qeyd olunan məbləğlər Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbləri pozulmaqla hesablanmışdır. Eyni zamanda, səyyar vergi yoxlaması aktından məlum olur ki, 2016 və 2017-ci illər üzrə gəlir vergisi AR Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 55 saylı qərarına əsasən hesablanmışdır. Bu xüsusatın tətbiq edilməsi ilə bağlı da Vergi Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci abzasında göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini həmin maddədə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün həmin maddədə göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir. Məcəllənin 67.3-cü maddəsinə əsasən vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Qanunvericiliyin təhlilindən aydın olur ki, vergi ödəyicisi tərəfindən vergilərin hesablanması və ödənilməsi ilə bağlı zəruri sənədlər yoxlamaya təqdim edilmədikdə vergi orqanı müvafiq ardıcıllıqla: - Sənədləri və ya əşyaları digər mənbələrdən əldə etmək mümkün olmadıqda Məcəllənin 67.1-ci maddəsində öz əksini tapan əlaqəli məlumatardan istifadə edir; - Əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarından istifadə olunur; - Yuxarıda qeyd olunan üsullarla vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadıqda (başqa sözlə, gəlir və ya xərcini müəyyən etmək mümkün olduqda), vergiləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydalara əsasən hesablayır. Göründüyü kimi gəlir vergisinin hesablanması zamanı Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş ardıcıllığa riayət olunmamış və 67.1, 67.2-ci maddələrin tələbləri tətbiq olunmadan birbaşa 67.14-cü maddənin müddəaları tətbiq edilmişdir. Ümumiyyətlə vergi ödəyicisi 2016-cı və 2017-ci illər ərzində idxal etdiyi müxtəlif növ məhsullar real bazar qiymətinə uyğun ticarət əlavəsi tətbiq etməklə satmış və satışdan formalaşmış dövriyyəni vergi bəyannamələrində əks etdirmişdir. Vergi orqanının vergi ödəyicisinin bəyannamə məlumatlarında göstərilmiş gəlir məbləği ilə razılaşmamasını anlamaq mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Yəni inzibati orqan sübuta yetirməlidir ki, birincisi, iddiaçı təqdim etdiyi mənfəət vergisi bəyannamələrində həmin vergini az hesablamış (və ya ümumiyyətlə hesablamamış); ikincisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarının tətbiqi üçün hüquqi əsas olmuşdur. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Məcəllənin 24.0 və 24.1-ci maddələrinə əsasən vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X5 şifahi məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının vəkili qeyd edir ki, inzibati orqan tərəfindən yoxlamanın keçirilməsi müddətinə düzgün əməl olunmamış, yoxlama 22.06.2018-ci il tarixdə başlamış və 29.05.2019-cu il tarixdə yekunlaşmış, yəni yoxlama 11 aydan çox müddətə davam etmişdir. 6 saylı Ərazi Vergilər Departamentinin səyyar vergi yoxlamasının keçirilməsi haqqında 21.06.2018-ci il tarixli, **********153993 nömrəli qərarına əsasən fərdi sahibkar İddiaçı üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması həyata keçirilmişdir. Səyyar vergi yoxlaması 22.06.2018-ci il tarixdə başlamış və 29.05.2019-cu il tarixdə başa çatdırılaraq, nəticəsi 03.06.2019-cu il tarixli, **********167202 nömrəli səyyar vergi yoxlaması aktı ilə nəticələnmişdir. Səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün 01.08.2018-ci il tarixli, **********158598 nömrəli və 18.09.2018-ci il tarixli, **********163421 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında qərarlarla yoxlamanın müddəti 30 gün (iş günü) artırılmış və həmin qərarlar iddiaçıya təqdim edilmiş, iddiaçı qərarlarla tanış olmuş və imza etmişdir. Eyni zamanda 21.12.2018-ci il tarixli, **********72297 nömrəli və 15.04.2019-cu il tarixli, **********180977 nömrəli əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarlar qəbul edilmişdir. Qəbul edilmiş 21.12.2018-ci il tarixli, **********72297 nömrəli iddiaçıya təqdim edilmiş, iddiaçı sözügedən qərarla tanış olmuş və imza etmişdir. 15.04.2019-cu il tarixli, **********180977 nömrəli qərar isə sifarişli xəbərnamə ilə iddiaçının ünvanına göndərilmiş və qərarın çatdırılmaması səbəbi kimi “imtina edilib” qeydi edilmişdir. İddiaçının qeyd etdiyi “11 aydan çox davam etmiş səyyar vergi yoxlaması” ifadəsi tam əsassızdır. Digər tərəfdən iddiaçı qeyd edir ki, Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş ardıcıllığa riayət olunmamış, 67.1-ci və 67.2-ci maddələrin tələbləri tətbiq olunmadan birbaşa 67.14-cü maddənin müddəaları tətbiq edilərək 2016-cı və 2017ci illər üzrə gəlir vergisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 55 saylı qərarına əsasən hesablanmışdır. Vergi ödəyicisindən götürülmüş sənədlər (yük gömrük bəyannamələri, beynəlxalq qaimələr və Dövlət Gömrük komitəsinə ödənişləri təsdiq edən sənədlər) və həmçinin vergi ödəyicisi barədə vergi orqanında olan baza məlumatlarına əsasən vergi ödəyicisinin xərcləri müəyyənləşdirilmiş, lakin gəlirin əldə edilməsi və malların satışı ilə bağlı təqsdiqedici sənədlərin olmaması səbəbindən 2016-cı və 2017-ci illərin gəlirini müəyyənləşdirmək mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən fərdi sahibkarın xərclərinə əsasən gəlirləri müəyyən olunmuş və gəlir vergisi hesablanmışdır. 22.06.2018-ci il tarixli, **********154141 nömrəli vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə də iddiaçıya təqdim edilmiş və iddiaçı tələbnamə ilə tanış olmuş və imza etmişdir. İddiaçı tərəfindən yoxlamaya aid olan zəruri sənədlərdən heç biri təqdim olunmamışdır. Qeyd olunan hal 17.07.2018-ci il tarixli aktla rəsmiləşdirilmiş, aktın surəti İddiaçı təqdim edilmişdir. Daha sonra Vergi Məcəlləsinin 23-cü və 43-cü maddəsi əsas götürülərək 6 saylı Ərazi Vergilər İdarəsinin 10.08.2018-ci il tarixli **********159695 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” çıxarılmış Qərarı vergi ödəyicisinə şəxsən təqdim edilmiş, yoxlama dövrünə aid olan sənədlər 16.08.2018-ci il tarixli **********67297 nömrəli protokolla vergi ödəyicisindən götürülmüş, lakin malların satışını təsdiq edən sənədlərin olmaması səbəbindən təqdim edilməməsinə görə 16.08.2018-ci il tarixli **********167299 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina haqqında” Akt tərtib edilmişdir. 6 saylı Ərazi Vergilər İdarəsinin 25.12.2018-ci il tarixli **********172634 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” Qərarı çıxarılmış, 2 nəfər müşahidəçinin və vergi ödəyicisinin iştirakı ilə keçirilmiş baxışın nəticəsi 18.01.2019-cu il tarixli **********175721 nömrəli protokolla rəsmiləşdirilmişdir. Baxışın keçirilməsi zamanı həmin ünvanda vergi ödəyicisinə məxsus obyektin söküldüyü müəyyən edilmişdir. Vergi ödəyicisi yoxlamaya təqdim etdiyi izahatında 02.11.2018-ci il tarixli **********167202 nömrəli aktın poçt vasitəsi ilə çatdığını və aktla tanış olduğunu, həmçinin 2016-cı ilin sonuna heç bir mal qalığının olmadığını bildirilmişdir. Baxışın keçirilməsi zamanı vergi ödəyicisinə məxsus obyekt və mal aşkar edilmədiyindən inventarizasiyanın keçirilməsinə zərurət yaranmamışdır. Səyyar vergi yoxlaması vergi orqanının məlumat bazasında olan elektron vergi hesab fakturaları, gömrük məlumatları, bank sənədləri və vergilərin hesablanması üçün lazım olan digər sənədlər əsasında aparılmışdır. Vergi ödəyicisi fəaliyyət göstərdiyi dövr ərzində əsasən kənd təsərrüfatı məhsullarının, eyni zamanda tikinti mallarının və müxtəlif sənaye mallarının idxalı ilə də məşğul olmuşdur. Vergi ödəyicisi yoxlamaya təqdim etdiyi izahatında idxal etdiyi malların səyyar qaydada bazar və yarmakalarda satdığını bildirmişdir. Vergi ödəyicisi 06.05.2016-cı il tarixdə ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır və ƏDV qeydiyyatı 06.05.2016-cı il tarixdən qüvvəyə minmişdir. Vergi ödəyicisi ƏDV qeydiyyatına alındığı tarixə öhdəsində qalan 33211,19 manat dəyərində olan malları ƏDV-yə cəlb edilən əməliyyatlar nəticəsində əldə etmiş, lakin həmin mallar əldə edilərkən ƏDV-ni əvəzləşdirməyə hüququ olmamışdır. Yoxlama ilə VM-nin 67.15-ci maddəsinə uyğun olaraq həmin mal qalığı yoxlamanın əhatə etdiyi dövrün sonuncu ayına, yəni vergi ödəyicisi 31.10.2017-ci il tarixinə sahibkarlıq fəaliyyətini dayandıraraq 2017-ci ilin oktyabr ayı üçün son bəyannamə təqdim etdiyini nəzərə alaraq, təqdim olunmuş 2017-ci ilin oktyabr ayının ƏDV bəyannaməsinin 3 nömrəli əlavəsində ƏDV tutulan əməliyyat sayılmayan dövriyyə barədə məlumata daxil edilmişdir. Vergi ödəyicisi tərəfindən 2016-cı ilin may ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində 986,52 manat, 2016-cı ilin iyun ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində 892,31 və 1264,53 manat, ümumilikdə 3143,36 manat ƏDV məbləğini əvəzləşdirmədiyi üçün yoxlama zamanı həmin vergi gömrük bəyannamələri əsasında əvəzləşdirilmiş, nəticədə 3143,36 manat artıq hesablama yaranmışdır. Yoxlama ilə vergi ödəyicisinin 2016-cı il üzrə gəlirdən çıxılan ümumi xərclərinin 1340501,68 manat olması nəzərə alınaraq şərti rentabellik tətbiq etməklə gəliri 1608602,01 manat, xərcləri 1340501,68 manat, vergiyə cəlb edilən gəliri 268100,33 manat, gəlir vergisi 53620,07 manat müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2016-cı ilin gəlir vergisi bəyannaməsinə əsasən vergi məbləği 4844,89 manat olmuşdur. Nəticə etibarı ilə 2016-cı il üzrə vergi ödəyicisi tərəfindən yayındırılmış vergi məbləği 48775,18 manat olmuşdur. 2017-ci il üzrə gəlirdən çıxarılan ümumi xərc 1688041,84 manat olması nəzərə alınaraq şərti rentabellik tərtib etməklə ümumi gəlir 2025650,21 manat, xərcləri 1688041,84 manat vergiyə cəlb edilən gəliri 337608,37 manat, gəlir vergisi 67521,67 manat müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2017-ci ilin gəlir vergisi bəyannaməsinə əsasən vergi məbləği 1433,78 manat olmuşdur. Nəticə etibarı ilə 2017-ci il üzrə vergi ödəyicisi tərəfindən yayındırılmış vergi məbləği 66087,89 manat olmuşdur. Nəticədə yoxlama ilə 2016-cı il və 2017-ci illər üzrə ümumilikdə gəlir vergisi üzrə 114863,07 manat vergi hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergilərin hesabatda göstərilmiş məbləğinin vergilərin hesabatda göstərilməli olan məbləğinə nisbətən 115582,56 manat (719,48 manat sadələşdirilmiş verginin+114863,07 manat gəlir vergisi) azaldılmasına görə azaldılmış vergi məbləğinə görə 57791,28 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Yoxlama nəticəsində 719,48 manat sadələşdirilmiş verginin, 114863,07 manat gəlir vergisinin azaldılması müəyyən olunmuşdur. Beləliklə də yoxlama ilə büdcəyə çatası vergilər maliyyə sanksiyası ilə birlikdə 173373,83 manat olması müəyyən olunmuşdur. Bu baxımdan hesab edir ki, 21 yanvar 2020-ci il tarixli, 28733 saylı ekspert rəyi də tam əsassızdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (qərarın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti (iddia qaldırmaq səlahiyyəti və iddia müddətinə riayət edilməsi) mövcuddur. Belə ki, iddiaçı subyektiv hüququnun pozulduğunu (və ya pozulması ehtimalını) iddia ərizəsində əsaslandırmışdır (İPM-in 35.1-ci maddəsi). İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 (otuz) gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. Başqa sözlə, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt müddəti ötürməmişdir. İddianın əsaslılığı : İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, mübahisələndirilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23.07.2019-cu il tarixli, **********187368 nömrəli qərar qanunazidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu üçün iddiaçı həmin əlverişsiz inzibati aktın ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materialında olan AZE 14308492 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 10.11.1978-ci il tarixdə Astara şəhərində anadan olmuş və Astara rayonu, Ərçivan qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materialında olan fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 18.08.2008-ci il tarixdə 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qeydiyyata alınmışdır. İş materialında olan səyyar vergi yoxlamasının keçirilməsi haqqında 21.06.2018-ci il tarixli, **********153993 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə may 2015-aprel 2018 vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. İş materialında olan səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında 01.08.2018-ci il tarixli, **********158598 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı üzrə keçirilən səyyar vergi yoxlamasının müddəti 30 iş günü artırılmışdır. İş materialında olan səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında 18.09.2018-ci il tarixli, **********163421 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı üzrə keçirilən səyyar vergi yoxlamasının müddəti 30 iş günü artırılmışdır. İş materialında olan əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında 21.12.2018-ci il tarixli, **********72297 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı üzrə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi qərara alınmış və əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi müddəti 30 iş günü müəyyən edilmişdir. İş materialında olan əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında 15.04.2019-cu il tarixli, **********180977 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı üzrə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi qərara alınmış və əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi müddəti 30 iş günü müəyyən edilmişdir. İş materialında olan 03.06.2019-cu il tarixli, **********167202 nömrəli səyyar vergi yoxlaması aktının təsdiq edilmiş surətindən görünür ki, yoxlanılan dövrdə vergilərin ümumilikdə 115582,55 manat azaldılması, 3143,36 manat artıq hesablanması müəyyən edilmiş və 57791,28 manat maliyyə sanksiyası təklif olunmuşdur. İş materialında olan vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 23.07.2019-cu il tarixli, **********187368 nömrəli qərarından görünür ki, İddiaçı 2016-2017-ci illər üzrə vergilərin 115582,55 manat məbləğində azaldılmış, 3143,36 manat artıq hesablanmış hesab edilərək 57791,28 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İş materialında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.01.2020-ci il tarixli, 28733 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan verginin məbləği düzgün müəyyən olunmamış, həmçinin sənədlər təqdim edilmədiyindən real vergi məbləğini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə müəyyən etdi ki, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama nəticəsində yoxlanılan dövrdə vergilərin ümumilikdə 115582,55 manat azaldılması, 3143,36 manat artıq hesablanması müəyyən edilmiş və 57791,28 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi səbəbinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 23.07.2019-cu il tarixli, **********187368 nömrəli qərar ilə İddiaçı vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Məhkəmə ilk öncə səyyar vergi yoxlamasının aparılması müddətləri ilə bağlı aşağıdakı qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, səyyar vergi yoxlaması 22.06.2018-ci il tarixdə başlamış və 29.05.2019-cu il tarixdə başa çatdırılaraq, nəticəsi 03.06.2019-cu il tarixli, **********167202 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) qeyd etmişdir ki,... “22.06.2018-ci il tarixdə başlanılmış olan səyyar vergi yoxlaması 30 iş günü davam edərək, 01.08.2018-ci il tarixdə başa çatdığı üçün, həmin gün 01.08.2018-ci il tarixli, **********158598 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” qərar qəbul edilmiş və yoxlama yenidən 30 iş günü artırılmışdır.18.09.2018-ci il də 30 iş günü bitdiyi üçün yenidən vergi qanunvericiliyinə uyğun olaraq 18.09.2018-ci il tarixli, **********163421 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” qərar qəbul edilmiş və yoxlama yenidən 30 gün (iş günü) artırılmış və yoxlama qeyd olunan 30 iş günü ərzində, yəni 30.10.2018-ci il tarixdə başa çatdırılmışdır” Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: - nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; - səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Məhkəmə qeyd edir ki, yoxlamanın başlanma tarixi ilə (22.06.2018-ci il) yoxlama müddətinin uzadılması barədə qərar qəbul edilməsi tarixi (01.08.2018-ci il) arasındakı müddət 40 gündür. Halbuki Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. 01.08.2018-ci il tarixli **********158598 nömrəli və 18.09.2018-ci il tarixli **********163421 nömrəli qərarlarla yoxlamanın keçirilməsi müddəti 30 iş günü artırılmışdır. Göründüyü kimi 01.08.2018-ci il tarixdən yoxlama 30 iş günü müddətinə yoxlama müddətinin uzadılması qərara alınmış və yoxlamanın uzadılması 30 gündən artıq davam etmişdir. İkinci halda isə müddətin uzadılması ilə bağlı qərar 18.09.2018-ci il tarixdə qəbul olunmasına baxmayaraq, yalnız 21.12.2018-ci il tarixdə “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə” **********172297 nömrəli qərar qəbul olunmuş və müddətin uzadılması 90 gündən artıq davam etmişdir. Ümumilikdə 01.08.2018-ci il tarixdən 21.12.2018-ci il tarixədək olan müddətdə, yəni 140 gündən artıq yoxlama müddətinin uzadılmasına yol verilmişdir ki, bu da özlüyündə Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələblərinə ziddir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə səyyar vergi yoxlamasının keçirilməsi və artırılması müddətləri “təqvim günü” ilə ifadə edilsə də, cavabdeh həmin müddəti “iş günü” kimi qəbul etmişdir. Güman ki, belə nəticəyə gəlməkdə cavabdeh Vergi Məcəlləsinin 38.4-cü maddəsini (səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir) rəhbər tutmuşdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, Vergi Məcəlləsinin 38.4-cü maddəsinə görə “Səyyar vergi yoxlamasının iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilməsi”nə dair müddəa həmin Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş 30 və 90 günlük müddətlərin təqvim günü kimi başa düşülməli olduğunu istisna etmir. Başqa sözlə, qanunvericiliyin ifadə tərzinə və mənasına görə səyyar vergi yoxlaması yalnız iş günlərində və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilməli olsa da, ümumilikdə 30 təqvim günü, müstəsna hallarda isə 90 təqvim günündən artıq davam etməməlidir. Cavabdeh vergi orqanı (eləcə də yuxarı vergi orqanı) isə qanunvericiliyin tələblərini yanlış tətbiq edərək yoxlama müddətlərini iş günü ilə təyin etmişlər ki, bu da yoxlamanın qanunsuz olaraq uzadılması ilə nəticələnmişdir. Bundan başqa, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, cavabdeh tərəfindən 21.12.2018-ci il tarixli, **********72297 nömrəli və 15.04.2019-cu il tarixli, **********180977 nömrəli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərarlar qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) qeyd etmişdir ki, ... “Vergi Məcəlləsinin 49.1.3-cü maddəsinə əsasən 21.12.2018-ci tarixli, **********72297 nömrəli və 15.04.2019-cu il tarixli, **********180977 nömrəli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərarlar qəbul edilmişdir. Bu qərarlar qəbul olunduğu tarixdən Vergi Məcəlləsində səyyar vergi yoxlamasının keçirilməsi ilə bağlı müəyyən olunmuş prosessual müddətlərin axımı yenidən başlayır. Qeyd olunan qərarlar üzrə də səyyar vergi yoxlamaları 30 iş günü davam etmişdir”. Göründüyü kimi 21.12.2018-ci il tarixdə “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” **********172297 nömrəli qərarla 30 iş günü müddətində əlavə yoxlama tədbirlərinin keçirilməsi qərara alınsa da, həmin tədbirlər 110 gündən çox davam etmiş və 15.04.2019-cu il tarixdə yenidən “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” **********180977 nömrəli qərar qəbul olunaraq, 30 iş günü müddətində əlavə yoxlama tədbirlərinin keçirilməsi qərara alınmışdır.15.04.2019-cu il tarixli qərar əsasında tədbirlər 40 gündən çox davam etmiş və 03.06.2019-cu il tarixli **********167202 nömrəli səyyar vergi yoxlaması aktında yoxlamanın 29.05.2019-cu il tarixdə yekunlaşdırıldığı göstərilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş Səyyar vergi yoxlamasının keçirilməsi Qaydalarının 50.10-cu bəndinə əsasən “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında Qərar”da vergi nəzarətinə dair əlavə tədbirlərin keçirilməsinin zəruriliyini doğuran səbəblər şərh edilməli, vergi nəzarətinə dair konkret əlavə tədbirlərin təyin edilməsi və əlavə tədbirlərin keçirilmə müddəti öz əksini tapmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən qəbul edilən “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” qərarlarda əlavə tədbirlərin keçirilməsinin zəruriliyini doğuran səbəblər şərh edilməmiş və vergi nəzarətinə dair konkret hansı əlavə tədbirlərin təyin edilməsi göstərilməmişdir. Bununla yanaşı, cavabdeh qeyd olunan qərarları qəbul etməsi ilə Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələblərini də pozmuşdur. Məhkəmə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23.07.2019-cu il tarixli, **********187368 nömrəli qərarla iddiaçıya hesablanmış sadələşdirilmiş vergi və tətbiq olunmuş maliyyə sanksiyası ilə bağlı aşağıdakıları qeyd edir. Mübahisələndirilən inzibati aktdan müəyyən olunur ki, iddiaçıya 2016-cı il 2-ci rübü üzrə 719.48 manat sadələşdirilmiş vergi hesablanmış və həmin məbləğin 50 faizi miqdarında 359.74 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi Məcəlləsinin 221.3-cu maddəsinə əsasən sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Həmin Məcəllənin 85.4-cu maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, 2016-cı ilin 2-ci rübü üzrə vergi öhdəliklərinin yerinə yetirilməsi müddəti 20 iyul 2016-cı ildir. Mübahisələndirilən qərar isə 23.07.2019-cu il tarixdə qəbul olunmaqla, iddiaçıya 719.48 manat sadələşdirilmiş vergi hesablanmış və həmin məbləğin 50 faizi miqdarında 359.74 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan məbləğlər Vergi Məcəlləsinin 85.4cü maddəsinin tələbləri pozulmaqla hesablanmışdır. Məhkəmə,həmçinin hazırkı işlə bağlı təqdim edilmiş 21.01.2020-ci il tarixli, 28733 nömrəli ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir. Belə ki, həmin rəyin tədqiqathissəsində qeyd edilmişdir ki, ...“ fiziki şəxsin sahibkarlıq fəaliyyəti üzrə tərtib olunmuş səyyar vergi yoxlamasının başlanma tarixi 22.06.2018-ci il, başa çatması tarixi 29.05.2019-cu il, aktın tərtib olunma tarixi 03 iyun 2019-cu il, yoxlama ilə əhatə olunan dövr isə 2-ci rüb 2015-2-ci rüb 2018-ci il olmuşdur. Yuxarıda göstərilənlər nəzərə alınmaqla 03.06.2019-cu il tarixli, **********167202 nömrəli səyyar vergi yoxlaması aktının Vergi Məcəlləsinin tələblərinə əsasən müddət baxımından düzgün keçirilməməsi müəyyən olunur. Yəni fiziki şəxs İddiaçı fəaliyyəti üzrə tərtib olunmuş səyyar vergi yoxlamasının başlanması tarixi 22.06.2018-ci il, başa çatması tarixi 29.05.2019-cu il, həmçinin səyyar vergi yoxlaması aktının tərtib olunma tarixi 03 iyun 2019-cu il olmasına baxmayaraq yoxlama ilə əhatə olunan dövr 2-ci rüb 2015-2-ci rüb 2018-ci il tarixədək olduğundan Vegi Məcəlləsinin müvafiq maddələrinin tələbləri pozulmuşdur. Bu mənada 23.07.2019-cu il tarixli qərarla vergi ödəyicisinə 2016-cı ilin 2-ci rübü üzrə sadələşdirilmiş verginin və həmin vergi məbləğinə uyğun maliyyə sanksiyasının hesablanması Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələblərinə zidd olmuşdur”. Məhkəməniniddiaçıya hesablanmış gəlir vergisi ilə bağlı hüquqi mövqeyi aşağıdakı kimidir: Səyyar vergi yoxlaması aktından müəyyən olunur ki, iddiaçıya 2016 və 2017-ci illər üzrə gəlir vergisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 55 saylı qərarına əsasən hesablanmışdır. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) qeyd etmişdir ki, ... “Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi ödəyicisi yoxlamaya xərcləri təsdiq edən sənədlər-yük gömrük bəyannamələri, beynəlxalq qaimələr və Dövlət Gömrük Komitəsinə ödənişləri təsdiq edən sənədləri təqdiq etmiş, lakin gəlirini təsdiq edən sənədləri, malların satışını təsdiq edən sənədləri yoxlamaya təqdim etməmişdir. Bu səbəbdən də 2016 və 2017-ci illərin gəlirini birbaşa müəyyən etmək mümkün olmamışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən fərdi sahibkarın xərclərinə əsasən gəlirləri müəyyən olunmuş və gəlir vergisi hesablanmışdır. Məhkəmə qeyd edir ki, vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67-ci maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2-ci maddəsinə əsasən vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4-cü maddəsinə əsasən vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6-cı maddəsinə əsasən vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7-ci maddəsinə əsasən vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8-ci maddəsinə əsasən vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9-cu maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2-ci maddəsinə əsasən Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1-ci maddəsinə əsasən eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2-ci maddəsinə əsasən eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3-cü maddəsinə əsasən fəaliyyət göstərilən ərazi. 67.3-cü maddəsinə əsasən vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.7-ci maddəsinə əsasən əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə alınır. 67.9-cu maddəsinə əsasən əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Göründüyü kimi Vergi Məcəlləsinə əsasən vergilərin əlaqəli məlumatlar əsasında hesablanması qaydası Məcəllənin 67.3-cü maddəsində müəyyən edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 67.1.3-cü maddəsinə əsasən vergi orqanına məlum olan rəsmi xərclər barədə məlumatlar məhz Məcəllənin 67.1.6-cı maddəsi ilə müəyyən edilmiş idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardır. “Normativ hüququ aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.4-cü maddəsinə əsasən eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki,.. “Vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən və digər bu kimi qanuni tələblər yerinə yetirilmədikdə, vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə verginin məbləği həmin maddəyə uyğun olaraq əlaqəli məlumatlardan istifadə olunmaqla hesablanır”. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, vergilərin hesablanması üçün idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar nəzərə alınmaqla, Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən analoji vergi ödəyicisi müəyyən edilməli və Vergi Məcəlləsinin 67.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada vergilər hesablanmalı idi. Ancaq cavabdeh birbaşa 67.14-cü maddəni tətbiq etməklə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinə münasibətdə iddiaçı barəsində daha böyük məbləğdə vergilərin hesablanmasına nail olmuşdur. Məhkəmə 21.01.2020-ci il tarixli, 28733 nömrəli ekspert rəyini də yuxarıda qeyd edilən hüquq normalarının tətbiqi baxımından qanuni və əsaslı hesab edir. Belə ki, həmin rəyin tədqiqathissəsində qeyd edilmişdir ki, ....“Vergi orqanı tərəfindən fiziki şəxs İddiaçı hesablanmış vergilər əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və s. amillərə istinad olunmadan Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli qərarına əsasən hesablanmışdır. Həmçinin, iş materiallarında anoloji müəssisənin mövcud olub-olmaması, əlaqəli məlumatların müəyyən olunub-olunmaması ilə bağlı sənədlər və ya məlumatlar öz əksini tapmamışdır. Yəni vergilər Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli qərarına əsasən hesablanmamışdan əvvəl əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və s. amillərə istinad olunmalı idi. Göründüyü kimi, vergilərin hesablanması ilə bağlı qanunvericiliyin tələbləri nəzərə alınmamışdır. Bundan başqa qeyd edilir ki, iş materiallarında olan səyyar vergi yoxlaması aktında qeyd edilir ki, vergi ödəyicisinin gəlirləri ilə bağlı sənədləri olmadığından malın dəyəri və mal qalığı nəzərə alınmaqla xərc müəyyən olunmuş və həmin xərcin əsasında Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli qərarına əsasən vergiyə cəlb olunan gəlir müəyyən olunmuşdur. Lakin qeyd edilir ki, xərc yalnız malın dəyərindən ibarət deyildir”. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Konstitusiyanın 73-cü maddəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.9-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. 23.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək (maddə 23.1.1), qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır (maddə 23.1.5). 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar (maddə 36.2). 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 53.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halları və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (maddə 14.1). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur (maddə 70.1). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən inzibati akt (23.07.2019-cu il tarixli) qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23.07.2019-cu il tarixli, **********187368 nömrəli qərarı ləğv edilməli və həmin qərar əsasında hesablanmış 115582,55 manat əlavə vergi məbləği və 57791,28 manat maliyyə sanksiyası silinməlidir. İPM-in 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən prosessual xərclər (ekspertiza xərci) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutulmalıdır. İPM-in 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. İPM-in 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23.07.2019-cu il tarixli, **********187368 nömrəli qərarı ləğv edilsin və həmin qərar əsasında hesablanmış 115582,55 manat əlavə vergi məbləği və 57791,28 manat maliyyə sanksiyası silinsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ

22. Hesab № AZ43CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar