Məhkəmə qərarları › İş №2-1(120)-670/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-670/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-670/2021 30.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı Salyan rayonu Yolüstü bələdiyyəsi ilə İddiaçı arasında 30.10.2004-cü il tarixli, 17 saylı qərarla, 156 ha. torpaq sahəsinə bağlanılmış icarə müqaviləsi üzrə icarə hüquqlarının dövlət qeydiyyatının aparılması və İddiaçı-nin adına torpaqdan müvəqqəti istifadəyə dair şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan rayonu Yolüstü bələdiyyəsi ilə İddiaçı arasında 30.10.2004-cü il tarixli, 17 saylı qərarla, 156 ha. torpaq sahəsinə bağlanılmış icarə müqaviləsi üzrə icarə hüquqlarının dövlət qeydiyyatının aparılması və İddiaçı-nin adına torpaqdan müvəqqəti istifadəyə dair şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi 30.06.2021-ci il tarixə saat 15:30-a məhkəməyə dəvət edilmişlər. Məhkəmənin 30.03.2021-ci il tarixə saat 12:00-a, 04.05.2021-ci il tarixə saat 11:30-a və 30.06.2021-ci il tarixə saat 15:30-a təyin edilmiş iclasları barədə bildiriş məktubları göndərilərək İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti həmin məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdarlıq edilmişdir. Lakin bildiriş məktubunun poçt xəbərnaməsinə 15.02.2021-ci il tarixdə, 05.04.2021-ci il tarixdə və 08.05.2021-ci il tarixdə imza edərək qəbul edilməsinə baxmayaraq, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. O cümlədən məhkəmə iddiaçıya məktubla müraciət edilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılacağı və belə hallarda da məhkəmənin iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edəcəyi bildirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ardıcıl olaraq uzun müddət (30 gündən artıq) məhkəmə icraatından yayındığı üçün iddia geri götürülmüş hesab olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmçinin, iddiaçıya izah olunur ki, iddianın geri götürülmüş hesab olunması iddiaçının yenidən eyni tələblə məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80ci maddələrinə əsasən məhkəmə qərara aldı:

1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı Salyan rayonu Yolüstü bələdiyyəsi ilə İddiaçı arasında 30.10.2004-cü il tarixli, 17 saylı qərarla, 156 ha. torpaq sahəsinə bağlanılmış icarə müqaviləsi üzrə icarə hüquqlarının dövlət qeydiyyatının aparılması və İddiaçı-nin adına torpaqdan müvəqqəti istifadəyə dair şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası geri götürülmüş hesab edilsin.

2. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun.

3. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar