Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-671/2022 07.07.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6na qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 07 iyul 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin 10 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilə qədər Dövlət texniki peşə məktəbində təhsil müddətini, 1975-1977-ci illərdə həqiqi hərbi xidmətdə olduğu müddət, xx.xx.1978-ci ildən xx.xx.1981-ci ilə qədər Sabirabad avtobazasında SMU-17-də və ATP-7 treslərində işlədiyi dövr, xx.xx.1981-ci ildən xx.xx.2005-ci il tarixədək “Saatlı-Sərnişin” ATSC-də xidmət illərinin təsdiq edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin 10 saylı Regional Ərazi filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin 10 saylı Regional Ərazi filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin X6 ilə əvəz olunmasını, eləcə də iddianın dəyişdirilərək “onun Dövlət texniki peşə məktəbində təhsil aldığı illər, hərbi xidmətdə olduğu müddət və işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin 10 saylı Regional Ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Saatlı rayonunun Məzrəli kəndində anadan olmuşdur. Hal-hazırda Saatlı rayonunun Naharlı kəndində yaşayır. Ailəlidir, texniki peşə təhsili, hərbi xidməti və 27 ildən çox əmək stajı vardır. Qeyd edir ki, xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilə qədər Dövlət texniki peşə məktəbində “üçüncü dərəcli traktorçu maşinist” ixtisasına yiyələnmişdir. Bu barədə ona 6051 saylı Attestat verilmişdir. 1975-1977-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, xidmət illərinə dair Saatlı rayon hərbi komissarlığı tərəfindən ona H3 № ******* saylı hərbi bilet verilmişdir. xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə qədər Sabirabad rayonunda SMU-17 İdarəsində, l1.05.1980-ci ildən xx.xx.1980-ci ilə qədər həmin idarənin ATP-7 hissəsinin trestində işləmişdir. xx.xx.1981-ci ildən xx.xx.2005-ci il tarixədək Saatlı-Sərnişin ATSC-də əmək fəaliyyəti olmuşdur. xx.xx.1981-ci il tarixdən işə qəbul olunmağına dair əmri vardır, lakin müəssiəsinin 1992-1995-ci illər üzrə əmək haqqı cədvəlləri və 1988-ci ildən sonrakı illər üçün əmr kitablarının arxivdə saxlanılmaması səbəbindən Sabirabad və Saatlı rayonlarında ümümilikdə 27 ilə yaxın əmək fəaliyyəti barədə əmək kitabçasında qeydlər aparılsa da DSMF-nin publik hüquqi şəxsinin 10 saylı regional ərazi filialı əmək fəaliyyəti illərini faktiki olaraq qəbul etmədiyindən xx.xx.2021-ci il tarixli, **********4 saylı qərarla yaşa görə ona əmək pensiyasının təyin edilməsindən imtina vermişdir. Bundan başqa DSMFnin 10 saylı regional ərazi idarəsi xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilə qədər Dövlət texniki peşə məktəbində təhsil müddətini, 1975-1977-ci illərdə hərbi xidmət illərini, bundan başqa xx.xx.1978-ci ildən xx.xx.1981-ci ilə qədər Sabirabad rayonunda SMU-17 və ATP -7 trestində xidmət illərini də əmək stajı kimi qeyd etməmişdir. Halbuki, bütün sadaladıqlarını təsdiq edən peşə təhsili barədə Attestatı, həqiqi hərbi xidmət barədə hərbi bileti, əmək kitabçası və arxiv arayışı vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından aslı olmayaraq müəyyən edilir. O, xx.xx.2021-ci il tarixində **********7-saylı ərizə ilə ƏƏSMN-nin tabeliyində DSMF-publik hüquqin şəxsinin 10 saylı regional ərazi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan ədalətsiz olaraq onun müraciəti əsasında ona yaşa görə əmək pensiyası müəyyən etməmişdir. Cavabdehin ədalətsizliyini onunla əsaslandıra bilər ki, əmək stajına dair qeydləri əmək kitabçasında, hərbi xidmətinə dair qeydləri hərbi biletində və peşə təhsilinə dair peşəkar attestatı vardır. Beləliklə bildirmək istəyir ki, hərbi xidmət illəri, təhsil ili və əmək fəaliyyəti dövrü ümumilikdə 30 il təşkil edir, bu da ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq şamil edilməlidir. İşlədiyi idarənin sənədlərinin arxivə təhvil verilməməsi və ya hansısa illərin arxivdə saxlanılmamasına məsul olan şəxs də o, olmamış, buna görə də ədalət məhkəməsi bunları nəzərə almalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsində qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Beləliklə, İddiaçı təqdim etdiyi sənədlərə baxılarkən məlum olur ki, xx.xx.1981-xx.xx.2005-ci illərdə “Saatlı- Sərnişin” ATSC-də əmək fəaliyyətində olmuşdur. Filialın əməkdaşları tərəfindən həmin dövrlərə aid iş stajının doğruluğu Saatlı rayon Dövlət Arxivində araşdırılmışdır. Araşdırma zamanı xx.xx.1981-ci il tarixdə işə qəbul olunma əmrinin doğruluğu təsdiq olunmuşdur. Lakin müəssisənin 1992-1995-ci illər üzrə əmək haqqı cədvəlləri və 1998-ci ildən sonrakı illər üçün əmr kitablarının arxivdə saxlanılmaması səbəbindən iş stajının həmin dövrlər üzrə əmr kitabları və əmək haqqı cədvəllərinə əsasən yoxlanılması mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarına əsasən, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququn mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli, ИТ-İ № ******* nömrəli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1978-ci il tarixli, 10 k saylı əmrlə xx.xx.1978-ci ildə Sabirabad avtomobil bazası AAQ TQİ-17 nəzdində 3-cü dərəcə ilə a/m sürücüsü vəzifəsinə qəbul edilmiş, xx.xx.1980ci il tarixli, 28 k saylı əmrlə xx.xx.1980-ci il tarixdə adı BAMST “azmeliorasiyasutikintisi” Sabirabad ATP-7 trestinə dəyişdirilmiş, xx.xx.1981-ci il tarixli, 60 k saylı əmrlə xx.xx.1981ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1981-ci il tarixli, 291/s saylı əmrlə xx.xx.1981-ci il tarixdə Saatlı avtomobil kolonu PAZ-672 a/m 2-ci dərəcə ilə sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci il tarixli, 28 nömrəli əmrlə xx.xx.2005-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İş materiallarında olan xx.xx.1974-cü il tarixli, 6051 nömərli Attestatın surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək Saatlı kənd texniki peşə məktəbini “üçüncü dərəcli traktorçu maşinist” ixtisası üzrə bitirmişdir. İş materiallarında olan НЗ-3223140 saylı hərbi biletdən görünür ki, İddiaçı 18 noyabr 1975-ci il tarixdən 15 dekabr 1977-ci il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmişdir. İş materiallarında olan Saatlı rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 77 nömrəli arayışından görünür ki, Saatlı rayon Avtomobil müəssisəi üzrə əmr kitabları yoxlanılarkən 29 L/s saylı, xx.xx.1981-ci il tarixli əmrlə İbrəhimov X3 müəssisəsinə 2-ci dərəcəli sürücü qəbul edilmişdir. Qeyd: 1998-ci ildən sonra Avtomobil müəssisəsi arxivə sənəd təhvil vermədiyi üçün işdən azad edilməsini araşdırmaq mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********870300 saylı məktubundan görünür ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən "xxxx" X13 Cəmiyyətinin xx.xx.1998-ci il tarixdə 9 (doqquz) rəqəmli ********* saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, xx.xx.2004-cü il tarixdə isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə 10 (on) rəqəmli ********* saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə vergi orqanında vergi ödəyicisi kimi vergi uçotuna alınması barədə məlumat aşkar edilmşdir. Hal-hazırda fəaliyyəti aktivdir. İş materiallarında olan Saatlı rayon Statistika İdarəsinin xx.xx.2021-ci il tarixli, 186 saylı məktubundan görünür ki, "xxxx" ATSC (təzə adı ŞAARV MMC 6********) xx.xx.1996cı il tarixindən Saatlı rayonu üzrə X4 Reyestrində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********08 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 543 nömrəli sərancamı ilə "xxxx" X8 X1 bazasında "xxxx" Açıq Səmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2005-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçi dəyişmişdir. İddiaçı ona əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasınin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nm 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barədə sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilir. Sizin təqdim etdiyiniz sənədlərə baxılarkən müəyyən olmuşdur ki, xx.xx.1981-xx.xx.2005-ci illərdə "xxxx" ATSC-də əmək fəaliyyətində olmusunuz. Filialın əməkdaşları tərəfindən həmin dövrlərə aid iş stajınızın doğruluğu Saatlı rayon Dövlət Arxivində araşdırılmışdır. Araşdırma zamanı xx.xx.1981-ci il tarixdə işə qəbul olunma əmrinin doğruluğu təsdiq olunmuşdur. Lakin müəssisənin 1992-1995-ci illər üzrə əmək haqqı cədvəlləri və 1998-ci ildən sonrakı illər üçün əmr kitablarının arxivdə saxlanılmaması səbəbindən iş stajınızın həmin dövrlər üzrə əmr kitabları və əmək haqqı sədvəllərinə əsasən yoxlanılması mümkün olmadı. Bu səbəbdən Sizə yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1956-cı ildə Saatlı rayonunda anadan olmuşdur. İddiaçı xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək Saatlı kənd texniki peşə məktəbini “üçüncü dərəcli traktorçu maşinist” ixtisası üzrə bitirmiş, 18 noyabr 1975-ci il tarixdən 15 dekabr 1977-ci il tarixədək keçmiş Sovet ordusunda xidmət keçmiş, xx.xx.1978-ci il tarixli, 10 k saylı əmrlə xx.xx.1978-ci ildə Sabirabad avtomobil bazası AAQ TQİ-17 nəzdində 3-cü dərəcə ilə a/m sürücüsü vəzifəsinə qəbul edilmiş, xx.xx.1980-ci il tarixli, 28 k saylı əmrlə xx.xx.1980-ci il tarixdə adı BAMST “azmeliorasiyasutikintisi” Sabirabad ATP-7 trestinə dəyişdirilmiş, xx.xx.1981-ci il tarixli, 60 k saylı əmrlə xx.xx.1981ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1981-ci il tarixli, 291/s saylı əmrlə xx.xx.1981-ci il tarixdə Saatlı avtomobil kolonu PAZ-672 a/m 2-ci dərəcə ilə sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.2005-ci il tarixli, 28 nömrəli əmrlə xx.xx.2005-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iddiaçının texniki peşə təhsilini, hərbi xidmət illərini, xx.xx.1981-ci ildə "xxxx" ATSC-yə işə qəbul olunmasını mübahisələndirmir. Cavabdehin mübahisələndirdiyi məsələ iddiaçının 1992-1995-ci ilərdə (əmək haqqı cədvəllərinin olmadığı illər) və 1998- 2005-ci illərdə (əmr kitablarının arxivdə saxlanılması səbəbindən) "xxxx" ATSC-də işlədiyi illərdir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Belə ki, bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Məhkəmə cavabdehin “iddiaçının işlədiyi müəssisənin 1992-1995-ci illər üzrə əmək haqqı cədvəlləri və 1998-ci ildən sonrakı illər üçün əmr kitablarının arxivdə saxlanılmaması səbəbindən iş stajının həmin dövrlər üzrə əmr kitabları və əmək haqqı sədvəllərinə əsasən yoxlanılması mümkün olmaması, bu səbəbdən iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunması” barədə imtina dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçı onun iş stajını təsdiq edən sənədləri cavabdehə təqdim etsə də sonuncu öz vəzifələrini yerinə yetirərək sənədlərin qarşılıqlı yoxlanılmasını həyata keçirə bilmədiyindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının işlədiyi iş yerlərinin sənədlərinin arxivə təhvil verilməməsi və ya saxlanılmaması iddiaçının təqsirindən baş verməmiş və iddiaçı buna görə məsuliyyət daşımır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, qanunvericiliyin tələbinə əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2021-ci ildə yaranmışdır. İddiaçının Dövlət texniki peşə məktəbində təhsil aldığı illər, hərbi xidmətdə olduğu müddət və işlədiyi illər nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı Dövlət texniki peşə məktəbində təhsil aldığı illər, hərbi xidmətdə olduğu müddət və işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Dövlət texniki peşə məktəbində təhsil aldığı illər, hərbi xidmətdə olduğu müddət və işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-671/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-671/2022
07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver