Məhkəmə qərarları › İş №2-1(120)-671/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-671/2025

06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-671/2025 06.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı Abdulqadir qızının iştirakı ilə, İddiaçı Abdulqadir qızının cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı «2021-ci (2020-2021), 2022ci (2021-2022), 2023-cü (2022-2023) illər üçün 30 ha torpaq sahəsində əkdiyi taxıl məhsuluna görə yerdə qalan ödənilməmiş subsidiyanın verilməsi» tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Abdulqadir qızı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə müqaviləsi əsasında istifadəsində olan torpaq sahəsi üzrə aparılmış əkinə uyğun subsidiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-671/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, “2021-ci (2020-2021), 2022-ci (2021-2022), 2023-cü (2022-2023) illər üçün 30 ha torpaq sahəsində əkdiyi taxıl məhsuluna görə yerdə qalan ödənilməmiş subsidiyanın ödənilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2094/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi cavabdeh siyahısından çıxarılmış, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh qismində tanınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əvvəllər atasının istifadəsində olmuş, atasının vəfatından sonra Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə 2013-cü ildə ona icarəyə verilmiş 30 hektar torpaq sahəsi üzərində əkin işləri aparırmışdır. Lakin bir neçə ildir ki, DAİM Biləsuvar şöbəsi tərəfindən torpaq sahəsi üzərində əkin əsasında verilməli olan subsidiya məbləğinin hesablanmasında problem yaranır. DAİM Biləsuvar şöbəsi onun əkin üzrə göstərdiyi bəyanın doğru olmadını qeyd edir. Əvvəlcə ona bildirildi ki, onun icarəsinə verilmiş torpaq sahəsi ilə qonşu torpaq sahəsinin 5 hektara yaxın hissəsi üst-üstə düşür. Yəni onlara aid çıxarışda göstərilən 30 hektar torpaq sahəsinin 5 hektarı digər qonşu 25 hektar ərazinin 5 hektari ilə eyni koordinatları göstərir. Əgər dedikləri kimidirsə, yəni koordinatlar üst-üstə düşürsə o zaman həmin torpaq mübahisəli sayılaraq araşdırılması üçün DƏDRX-nə müraciət edilməli deyildimi? DƏDRX tərəfindən ona verilmiş çıxarış əvvəlcə, qonşu torpaq sahəsinin sahibi Möhübbət İmanova verilmiş çıxarış isə sonra verilib. Qanunvericiliyə əsaslanaraq ilk verilən sənəd əsas, ikinci verilən sənəd isə düzəlişə ehtiyacı olan sənəd sayılır. Yəni birinci verilən sənəddə deyil, ikinci verlən sənəddə koordinatlar sürüşdürülərək üst-üstə salınıb ki, bu da onların sənədi etibarsız saymağa əsas vermir. Bütün israr və izahatlarına baxmayaraq, əslində 30 ha torpaq sahəsi üzərində onun tərəfindən aparılmış əkinin sənəd əsasında əksik olduğunu göstərirlər. Daha dogrusu gah deyilir ki, əgər sənədin 30 hektar əkdiyin ərazi 40 hektardır, onlar ancaq 30 hektar ərazini hesablaya bilər – sənədə əsaslanır, gah da deyilir ki, sənədin 30 hektar olsa da naturada olan 30 hektarın hamısını əkməmişdir, ona hesablaya bilmərlər. Lakin burda doğru olmayan bəzi nüanslar var. Belə ki, əvvəlcə subsidiya hesablanması məqsədi ilə torpaq sahəsinə edilən monitoring zamanı bir neçə dəfə onların iştirakı təmin edilməmiş, mübahisəli olduğu qonşu torpaq sahəsinin sahibkarı isə monitoringdə iştirak etmişdir və hər dəfə nəticə olaraq onlara bildirildi ki, onlara aid əkin sahəsi göstərdiyindən azdır. İstər onlara aid 30 hektar ərazinin, istərsə də qonşu 25 hektar torpaq sahəsininin sahibkarının göstərilən torpaq sahəsi üzrə DƏDRXdən verilmiş çıxarışı vardır. Əgər dedikləri kimi 5 hektar sahədə koordinatllar üst-üstə düşürsə nəyə əsasən deyə bilirlər ki, əksik olan torpaq sahəsi onlara aid hissədədir. Əgər rəsmi sənədə əsaslanırlarsa o zaman rəsmi sənəd 30 hektar göstərir. Əgər torpaq üzərində əkinə əsaslanırsa, o zaman torpaq üzərində 30 hektar hissədə əkin vardır. Niyə əksik olan hissəni onlara aid edirlər və buna “əsaslanaraq” yalan bəyan verməyə görə ona maliyyə sanksiyası tətbiq edirlər? Yəni əslində ona aid torpaq sahəsi üzərində əkin tam göstərilmir və buna uyğun olaraq almalı olduğu subsidiya məbləği yalan bəyan verməyə görə maliyyə sansksiyası tətbiq edilərək cərimə şəklində tutulur. Maraqlıdır ki, hər il ayrı ayrı məbləğlərdə tətbiq edilən və ödənilməli subsidiya məbləğindən cərimə olaraq tutulmuş məbləğlər, cari il üzrə təkrar cərimə sanksiyası şəklində toplanaraq - Fermer Kartıma ödənilmiş subsidiya məbləğindən təkrar çıxılmışdır. Kənd Təsərrüfatı Nazirliyindən verilmiş 26 avqust 2023-cü il tarixli cavabda göstərilir ki, Qaydanın 5.2.3-cü bəndinə əsasən 2021-ci il üzrə ödənilmiş 3248 AZN və 2022-ci il üzrə ödənilmiş 630 AZN, Qaydanın 5.2.2-ci maddəsinə əsasən 2022-ci il üzrə 1921,50 AZN subsidiya vəsaiti Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hesabına qaytarılmışdır. Kənd Təsərrüfatı Nazirliyindən verilmiş 07 iyul 2023-cü il tarixli cavabda göstərilir ki, monitoringin nəticələri nəzərə alınmaqla hesablanmış 5940 AZN əkin subsidiyası hesabına köçürülmüşdür. Göründüyü kimi subsidiya məbləği hesaba köçürülsə də AKİA tərəfindən həmin məbləğ cərimə şəklində həm də iki dəfə hesablanaraq çıxılmışdır. Vətəndaşın qanuna uyğun haqlı tələbini dövlət orqanının müxtəlif bəhanələrlə yerinə yetirməkdən boyun qaçırması yolverilməzdir. Sözü gedən torpaq sahəsi 30 hektardır. Nə bir 1 metr əksik nə 1 metr artıq. Cavabdeh tərəfindən ünvanına göndərdiyi cavablardan göründüyü kimi onların müraciətinə diqqətlə yanaşılmamışdır, ona verilmiş cavablar ziddiyətlidir və bəhanədən başqa bir şey deyil. Qanunvericiliyin bu normalarının tələblərinə uyğun olaraq o, məhkəməyə müraciət etməklə onun icarəsində olan 30 ha torpaq sahəsində əkdiyi əkin üzrə ödənilməli olan subsidiyaların cərimə şəklində tutularaq geri çəkilmiş məbləğinin ona ödənilməsini cavabdehdən məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi tərəfindən iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının iddiası əsassız va qanunsuz olduğu üçün təmin edilə bilməz. Belə ki, vətəndaşın müraciəti araşdırılan zaman məlum olmuşdur ki, “X2” informasiya sisteminə (bundan sonra - EKTİS) daxil edilmiş məlumatlar əsasında 2020- 2021-ci əkin ili üzrə 3828 AZN (üç min səkkiz yüz iyirmi səkkiz manat), 2021-2022-ci əkin ili üzrə 6300 AZN (altı min üç yüz manat) və 2022- 2023-cü əkin ili üzrə 5940 AZN (beş min doqquz yüz qırx manat) məbləğlərində əkin subsidiyası hesablanaraq iddiaçının kart hesabına köçürülmüşdür. 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.8-ci bəndinə əsasən, fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) EKTİS-ə daxil etməlidirlər. Qaydanın 5.1 -ci bəndinə əsasən, subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən müəyyən ardıcıllıqla monitorinqlər aparılır. Qaydanın 5.5-ci bəndinə uyğun olaraq, fermerin cari ildə istifadə etdiyi subsidiyanın məbləği monitorinq əsasında bu Qaydanın 5.2-ci bəndinə uyğun olaraq müəyyən edilmiş məbləğdən artıq olarsa, həmin vəsaiti fermer Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə geri qaytarır. Bu vəsait geri qaytarılmadıqda, növbəti illərdə ödəniləcək subsidiyaların məbləği həmin vəsaitin məbləği qədər azaldılır. Qeyd olunan uyğunsuzluqla əlaqədar, 2020-2021 və 2021-2022-ci əkin illəri üzrə vəsaitin ödənilməsindən sonra əkin sahəsində həyata keçirilmiş monitorinq zamanı bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasında fərq aşkar edilmişdir. Bu səbəbdən,Qaydanın 5.5- ci uyğun olaraq, 2021- 2023-cü illərdə ödənilmiş 16068 AZN (on altı min altmış səkkiz manat) vəsaitdən 2021- 2022-ci illər ərzində artıq ödənilmiş 5799,50 AZN (beş min yeddi yüz doxsan manat 50 qəpik), yəni 2021-ci ildə artıq hesablanaraq ödənilmiş 3248 AZN ( üç min iki yüz qırx səkkiz manat) və 2022-ci ildə artıq hesablanaraq ödənilmiş 2551,50 AZN (iki min beş yüz əlli bir manat 50 qəpik), əkin subsidiyası Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nağd və nağdsız hesablarına geri qaytarılmışdır. Nəticə etibari ilə 2020-2021 və 2021-2022-ci əkin illəri üzrə vəsaitin ödənilməsindən sonra əkin sahəsində həyata keçirilmiş monitorinq zamanı bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasında fərq aşkar edildiyindən artıq hesablanmış məbləğ haqlı olaraq geri qaytarılmışdır və həmin torpaq sahələri üzrə əkin subsidiyası ödənilməməlidir. Göstərilənlərə, o cümlədən iddianın əsassız olmasına əsasən İddiaçı Abdulqadir qızının iddiasının təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Abdulqadir qızı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məlumat verməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirakı оlmаdаn bахılmаsını mümkün hеsаb еtmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, inzibati iş üzrə Biləsuvar rayon İcra Hakimiyyətinin 2013-cü il 29 may tarixli 155 saylı sərəncamına əsasən iddiaçı X1 icarəsinə verilmiş 30 hektar torpaq sahəsinə görə subsidiyanın ödənilməsi ilə bağlı məlumatların təqdim edilməsi barədə Kənd Təsərrüfatı Nazirliyinə və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanladığı sorğulara baxılmışdır. “X2” informasiya sistemində olan məlumatlara əsasən vətəndaş İddiaçı həmin torpaq sahəsində həyata keçirdiyi əkinlərə görə 2020-ci ildə 6000 (altı min) manat, 2021-ci ildə 3828 (üç min səkkiz yüz iyirmi səkkiz) manat, 2022-ci ildə 6300 (altı min üç yüz) manat, 2023-cü ildə 5940 (beş min doqquz yüz qırx) manat və 2024-cü ildə isə 6600 (altı min altı yüz) manat subsidiya ödənilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-S-00xxxx/2023 saylı məktubuna əsasən, 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü hazırlanan zaman texniki səhvə yol verilərək 30 ha torpaq sahəsi tam şəkildə fəqli koordinatlar üzrə verilmişdir. Həmin texniki səhv aradan qaldırılaraq xx.xx.2023-cü il tarixdə torpaq sahəsinin yeni plan və ölçüsü tərtib edilmişdir. - İşdə olan "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli məktubla xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli əməliyyat tarixləri üzrə ödəniş kartı üzrə çıxarışlar təqdim edilmişdir. - İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) X2 İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər. Qaydanın 5.1 -ci bəndinə əsasən subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə monitorinqlər aparılır. Qaydanın 5.5-ci bəndinə əsasən fermerin cari ildə istifadə etdiyi subsidiyanın məbləği monitorinq əsasında bu Qaydanın 5.2-ci bəndinə uyğun olaraq müəyyən edilmiş məbləğdən artıq olarsa, həmin vəsaiti fermer Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə geri qaytarır. Bu vəsait geri qaytarılmadıqda, növbəti illərdə ödəniləcək subsidiyaların məbləği həmin vəsaitin məbləği qədər azaldılır. İddiaçı 30 hektar buğda əkini barədə 2020-2021-ci əkin ilində EKTİS-ə daxil etdiyi məlumatlara əsasən X3 İnkişaf Mərkəzinin (DAİM) əməkdaşları tərəfindən həyata keçirilən monitorinq zamanı 30 hektar sahənin 24 hektarında buğda əkini müəyyən olunduğu üçün Qaydanın 5.2.3-cü yarımbəndinə əsasən bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 20-50 faiz az olduğuna görə ona həmin bəyan üzrə cari il (2021 -ci il) üzrə subsidiya vəsaiti ödənilməməli olduğu halda İddiaçı kart hesabına monitorinqdən əvvəl 3248 AZN (üç min iki yüz qırx səkkiz manat) artıq subsidiya vəsaiti ödənib. Bundan əlavə, İddiaçı 27 hektar buğda və 3 hektar arpa əkini barədə 2021-2022-ci əkin ilində EKTİS-ə daxil etdiyi məlumatlara əsasən Biləsuvar DAİM əməkdaşları tərəfindən monitorinq həyata keçirilmişdir. Monitorinq zamanı 27 hektar sahənin 25.5 hektarında buğda əkini müəyyən olunduğu üçün Qaydanın 5.2.2-ci yarımbəndinə uyğun olaraq bəyan edilmiş əkinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 5 faizdən çox 20 faizdən az olduğu üçün müəyyən edilmiş subsidiya məbləği 30 faiz azaldılaraq 3748,5 AZN (üç min yeddi yüz qırx səkkiz manat, 50 qəpik) manat ödənilməli olduğu halda hesablanmış 5670 AZN (beş min altı yüz yetmiş manat) subsidiya tam ödənilmiş, nəticədə bu bəyan üzrə fermerə 1921,5 AZN (min doqquz yüz iyirmi bir manat 50 qəpik) artıq subsidiya ödənib. 3 hektar sahənin 0,35 hektarında arpa əkini müəyyən olunduğu üçün Qaydanın 5.2.4-cü yarımbəndinə əsasən bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyəniəşdiriimiş məbləğ arasındakı fərq 50 faizdən çox olduqda, cari il və sonraki il (2021 və 2022-ci il) ərzində fermerə subsidiya ödənilməməli olduğu halda ona 630 AZN (altı yüz otuz manat) artıq subsidiya vəsaiti ödənilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Qaydanın 5.5-ci bəndinə əsasən fermerə 2020-2021-ci əkin ilində artıq ödənilmiş 3248 AZN (üç min iki yüz qırx səkkiz manat) və 2021-2022-ci əkin ilində ödənilmiş 2551,50 AZN (iki min beş yüz əlli bir manat 50 qəpik) əkin subsidiyası Aqrar Kredit və İnkişaf Agentliyinin nağd və nağdsız hesablarına geri qaytarılmışdır. - İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq X2 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) EKTİSə daxil etməlidirlər. Bu Qaydanın 5.1.3-cü yarımbəndinə əsasən seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə X5 Mərkəzinin mütəxəssisləri nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirir. Qaydanın 5.2.2-ci yarımbəndinə əsasən bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 5 faizdən çox, 20 faizdən az olduqda, veriləcək subsidiyanın məbləği 30 faiz azaldılır. Qaydanın 5.2.3-cü yarımbəndinə əsasən bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 20-50 faiz olduqda, cari il ərzində həmin fermerə subsidiya ödənilmir. Habelə, Qaydanın 5.5-ci bəndinə əsasən fermerin cari ildə istifadə etdiyi subsidiyanın məbləği monitorinq əsasında bu Qaydanın 5.2-ci bəndinə uyğun olaraq müəyyən edilmiş məbləğdən artıq olarsa, həmin vəsaiti fermer Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyinə geri qaytarır. Bu vəsait geri qaytarılmadıqda, növbəti illərdə ödəniləcək subsidiyaların məbləği həmin vəsaitin məbləği qədər azaldılır. İddiaçı 30 hektar torpaq sahəsində həyata keçirdiyi əkinlərə görə 2020-ci ildə 6000 (altı min) manat, 2021-ci ildə 3828 (üç min səkkiz yüz iyirmi səkkiz) manat, 2022-ci ildə 6300 (altı min üç yüz) manat, 2023-cü ildə 5940 (beş min doqquz yüz qırx) manat və 2024-cü ildə isə 6600 (altı min altı yüz) manat subsidiya ödənilmişdir. 2020-2021-ci əkin ili üzrə İddiaçı 30 hektar buğda əkininə dair bəyanına əsasən keçirilən monitorinq zamanı həmin sahənin 24 hektarında buğda əkildiyi müəyyən edilmişdir. Qaydanın 5.2.3-cü yarımbəndinə əsasən bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 20-50 faiz arası olduğu üçün 2021-ci il üzrə artıq hesablanmış və ödənilmiş 3248 (üç min iki yüz qırx səkkiz) manat dövlət büdcəsinə geri qaytarılmışdır. 2021-2022-ci əkin ili üzrə İddiaçı 27 hektar buğda arpa əkininə dair bəyanına əsasən keçirilən monitorinq zamanı həmin sahənin müvafiq olaraq 25,5 hektarında buğda əkildiyi müəyyən edilmişdir. Qaydanın 5.2.2-ci yarımbəndinə əsasən hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 5 faizdən çox, 20 faizdən az olduğu üçün hesablanmış subsidiyanın məbləği 30 faiz azaldıldığından 2022-ci il üzrə artıq hesablanmış və ödənilmiş 1921,50 (bir min doqquz yüz iyirmi bir manat əlli qəpik) manat subsidiya vəsaiti dövlət büdcəsinə geri qaytarılmışdır. 2021-2022-ci əkin ili üzrə İddiaçı 3 hektar arpa əkininə dair bəyanına əsasən keçirilən monitorinq zamanı həmin sahənin müvafiq olaraq 0,35 hektarında arpa əkildiyi müəyyən edilmişdir. Qaydanın 5.2.3-cü yarımbəndinə əsasən bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 20-50 faiz arası olduğu üçün 2022ci ilmüzrə artıq hesablanmış və ödənilmiş 630 (altı yüz otuz) manat subsidiya dövlət büdcəsinə geri qaytarılmışdır. 2022-2023-cü əkin ili üzrə İddiaçı 30 hektar torpaq sahəsində həyata keçirilən əkinlərə görə 2021-2022-ci əkin ilində keçirilən monitorinqin nəticələri nəzərə alınmaqla hesablanmış 5940 (beş min doqquz yüz qırx) manat əkin subsidiyası onun kart hesabına ödənilmişdir. - xx.xx.2021-ci il tarixli yerində müşahidə hesabatına əsasən, İddiaçı Abdulqadir qızı **********19-********** reyestr nömrəli çıxarış üzrə payızlıq yumşaq buğda-bezostaya yetişdirilmiş 30 ha torpaq sahəsinə müşahidə aparılmış və 24 ha torpaq sahəsi üzrə uyğunsuzluq müəyyən edilmiş, 1.90 arpa, 4.10 torpaq mövcud deyil. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən **********19-********** reyestr nömrəli çıxarışa əsasən, İddiaçı Abdulqadir qızının adına Biləsuvar rayonu, 30 ha DEF torpaq sahəsi xx.xx.2013xx.xx.2028-ci ilədək-15 il müddətinə xx.xx.2017-ci il tarixdə icarə hüququ qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, B 007382 saylı torpaq sahəsinin planı və ölçüsünə əsasən, İddiaçı Abdulqadir qızının adına 30 ha icarə hüququ qeydə alınmışdır. - İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq X2 informasiya Sistemi üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) EKTİSə daxil etməlidirlər. Bu Qaydanın 5.1.3-cü yarımbəndinə əsasən seçmə üsulu ilə əkinlərin aparıldığı yerlərdə X5 Mərkəzinin mütəxəssisləri nəzarət və qiymətləndirmə tədbirlərini həyata keçirir. Qaydanın 5.5-ci bəndinə əsasən fermerin cari ildə istifadə etdiyi subsidiyanın məbləği monitorinq əsasında bu Qaydanın 5.2-ci bəndinə uyğun olaraq müəyyən edilmiş məbləğdən artıq olarsa, həmin vəsaiti Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyinə geri qaytarır. Bu vəsait geri qaytanlmadıqda, növbəti illərdə ödəniləcək subsidiyaların məbləği həmin vəsaitin məbləği qədər azaldılır. 2020- 2021-ci əkin ili üzrə 30 hektar buğda, 2021-2022-ci əkin ili üzrə 27 hektar buğda və 3 ha arpa əkininə dair EKTİS-ə daxil etdiyi məlumatlara əsasən 2021 -ci ildə keçirilən monitorinq zamanı həmin sahənin 24 hektarında buğda əkildiyi, 2022-ci ildə keçirilən monitorinq zamanı həmin sahənin müvafiq olaraq 25,5 hektarında buğda, 0,35 hektarında arpa əkildiyi müəyyən edilmişdir. Qaydanın 5.2.3-cü yarımbəndinə əsasən bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 20-50 faiz arası olduğu üçün 2021 -ci il üzrə ödənilmiş 3248 AZN (üç min iki yüz qırx səkkiz manat) və 2022-ci il üzrə ödənilmiş 630 AZN (altı yüz otuz manat), Qaydanın 5.2.2-ci yarımbəndinə əsasən hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 5 faizdən çox, 20 faizdən az olduğu üçün 2022-ci il üzrə hesablanmış subsidiyanın məbləği 30 faiz azaldıldığından həmin il üzrə artıq ödənilmiş 1921,50 AZN olmaqla ümumilikdə 5799,50 AZN (beş min yeddi yüz doxsan doqquz manat 50 qəpik) subsidiya vəsaiti Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və inkişaf Agentliyinin hesabına geri qaytarılmışdır. Fermer kartına tətbiq edilən məhdudiyyət aradan qaldırılmışdır. - İddiaçı tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi arasında bağlanmış xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli xidmətin göstərilməsinə dair müqavilələr və hesab fakturalar təqdim edilmişdir. - İşdə olan X4 xx.xx.2023-cü il tarixli məktubuna əsasən, həqiqətən xx.xx.2023 tarixinlərində vətəndaş İddiaçı Abdulqadir qızı tərəfindən Kapital Bank ASC-nin Yasamal Filialındakı cari hesabına cəmi 393 manat 00 qəpik vəsait daxil olmuşdur. Daxil olan vəsaitdən sığorta olunanlarlarla bağlanılan Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortasına görə 1 müqavilə üzrə 335.72 manat debitor borc bağlandıqdan sonra 57.28 manat vəsait artıq ödənilmişdir. Eyni zamanda sığortalının əvvəlki dövrlərdən 0.69 manat artıq ödənişi mövcuddur. Artıq ödənilmiş 57 (Əiıi yeddi) manat 37 qəpik məbləğ xx.xx.2023-cü il arixində ərizədə qeyd etdiyi bank hesabına geri qaytarılmışdır. - İşdə olan X3 İnkişaf Mərkəzinin 78 saylı, xx.xx.2021-ci il tarixli məktubuna əsasən, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq EKTİS üzərindən həyata keçirilir. Bu Qaydanın 5.1.3-cü yarımbəndinə əsasən seçmə üsulu ilə - aparıldığı yerlərdə X5 Mərkəzinin mütəxəssisləri nəzarət və qiymətəndirmə tədbirlərini həyata keçirir. 30,0 hektar torpaq sahəsi üzərində icarə hüququna dair sənədi qanunvericiliyin tələblərinə uyğun olaraq EKTİS-ə daxil edilərək təsdiq edilmişdir. Həmin torpaq sahəsində həyata keçirilən payızlıq buğda əkininə dair məlumatlar 2020-ci il 07 dekabr tarixində EKTİS-ə daxil edilmiş, 2020-2021-ci ilin müvafiq dövrü üçün subsidiyaya müraciət göndərilmişdir. Həyata keçirilən monitorinq zamanı, faktiki istifadə etdiyi torpaq sahəsinin 24,0 hektarında buğda, 1,90 hektarında arpa əkini aparıldığı aşkar edilərək yerində müşahidə hesabatı tərtib edilmişdir. Faktiki buğda əkini ilə bəyan olunmuş buğda əkini arasında fərq 20 faiz olduğu müəyyən olunmuşdur. Qaydanın 5.2.2-ci yarımbəndinə fərq 5-20 faiz intervalına düşdüyü üçün faktiki subsidiya məbləği 30 faiz azaldılmalıdır. Ona görə də monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ (4640 manat 30 faizi azaldılaraq cari ildə 3248 manat əkin subsidiyası hesablanmışdır. - İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-22/2-S-1676/2-16-3895/2023 saylı məktubuna əsasən, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırıİması Qaydası”nın 3.8-ci bəndinə əsasən, fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) X2 İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər. Qaydanın 5.1-ci bəndinə əsasən, subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə subsidiya alınması üçün müraciət daxil olduqda və ya əldə edilmə mənbəyi bəlli olan hər hansı məlumat əsasında fermerin bəyannaməsində göstəriləndən fərqli hallar aşkar edildikdə monitorinqlər aparılır. Qaydanın 5.5-ci bəndinə əsasən, fermerin cari ildə istifadə etdiyi subsidiyanın məbləği monitorinq əsasında bu Qaydanın 5.2-ci bəndinə uyğun olaraq müəyyən edilmiş məbləğdən artıq olarsa, həmin vəsait fermer Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə geri qaytarır. Bu vəsait geri qaytarılmadıqda, növbəti illərdə ödəniləcək subsidiyaların həmin vəsaitin məbləği qədər azaldılır. 2020-2021 və 2021-2022-ci əkin illərində 30 hektar torpaq sahəsində həyata keçirdiyi əkinlərə görə hesablanmış ümumilikdə 10128 AZN (on min birvüz iyirmi səkkiz manat) subsidiya kart hesabına köçürülmüşdür. Qeyd edilən əkin illəri üzrə vəsaitin ödənilməsindən sonra əkin sahəsində həyata keçirilmiş monitorinq zamanı bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasında fərq aşkar edilmişdir. Bu səbəbdən ödənilmiş subsidiya məbləği monitorinq nəticəsində hesablanmış məbləğdən artıq olduğu üçün 5799,50 AZN (beş min yeddi yüz doxsan doqquz manat 50 qəpik) məbləğində subsidiya Qaydanın 5.5-ci bəndinə uyğun olaraq Agentliyin nağd və nağdsız hesablarına geri qaytarılmışdır. 2022-2023-cü əkin ilində EKTİS-ə daxil etdiyi məlumatlara əsasən 30 hektar torpaq sahəsində həyata keçirdiyi əkinə görə monitorinqin nəticəsinə uyğun olaraq hesablanmış 5940 manat (beş min doqquz yüz qırx manat) məbləğində əkin subsidiyası kart hesabına köçürülmüşdür. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, İddiaçı Abdulqadir qızı ilə Biləsuvar Rayon İcra Hakimiyyəti arasında torpaq icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən, 15 il müddətinə Biləsuvar rayonu, 30 ha DEF torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən **********19-********** reyestr nömrəli çıxarışa əsasən, İddiaçı Abdulqadir qızının adına Biləsuvar rayonu, 30 ha DEF torpaq sahəsi xx.xx.2013-xx.xx.2028-ci ilədək-15 il müddətinə xx.xx.2017-ci il tarixdə icarə hüququ qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində əkin əkmiş və subsidiya əldə etmişdir, 2020-ci il tarixdən etibarən cavabdeh orqan tərəfindən ödənilmiş subsidiyalar üzrə müəyyən ziddiyyətlər yaranmışdır. Belə ki, cavabdeh orqan tərəfindən məhkəməyə bildirilmişdir ki, “X2” informasiya sisteminə (daxil edilmiş məlumatlar əsasında 2020-2021ci əkin ili üzrə 3828 AZN, 2021-2022-ci əkin ili üzrə 6300 AZN və 2022-2023-cü əkin ili üzrə 5940 AZN məbləğlərində əkin subsidiyası hesablanaraq iddiaçının kart hesabına köçürülmüşdür. 2020-2021 və 2021-2022-ci əkin illəri üzrə vəsaitin ödənilməsindən sonra əkin sahəsində həyata keçirilmiş monitorinq zamanı bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasında fərq aşkar edilmişdir. Qeyd olunan uyğunsuzluqla əlaqədar, Qaydanın 5.5- ci uyğun olaraq, 2021-2023-cü illərdə ödənilmiş 16068 AZN vəsaitdən 2021-2022-ci illər ərzində artıq ödənilmiş 5799,50 AZN, yəni 2021-ci ildə artıq hesablanaraq ödənilmiş 3248 AZN və 2022-ci ildə artıq hesablanaraq ödənilmiş 2551,50 AZN, əkin subsidiyası Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nağd və nağdsız hesablarına geri qaytarılmışdır. Nəticə etibari ilə 2020-2021 və 2021- 2022-ci əkin illəri üzrə vəsaitin ödənilməsindən sonra əkin sahəsində həyata keçirilmiş monitorinq zamanı bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasında fərq aşkar edildiyindən artıq hesablanmış məbləğ haqlı olaraq geri qaytarılmışdır və həmin torpaq sahələri üzrə əkin subsidiyası ödənilməməlidir. İddiaçı cavabdeh orqan tərəfindən irəli sürülən mövqeyə etiraz edərək göstərmişdir ki, onun icarəsinə verilmiş torpaq sahəsi ilə qonşu torpaq sahəsinin 5 hektara yaxın hissəsi üst-üstə düşməsi barədə, yəni onlara aid çıxarışda göstərilən 30 hektar torpaq sahəsinin 5 hektarı digər qonşu 25 hektar ərazinin 5 hektari ilə eyni koordinatları göstərməsi barədə məlumat verildi, DƏDRX tərəfindən ona verilmiş çıxarış əvvəlcə, qonşu torpaq sahəsinin sahibi Möhübbət İmanova verilmiş çıxarış isə sonra verilmişdir. 30 ha torpaq sahəsi üzərində onun tərəfindən aparılmış əkinin sənəd əsasında əksik olduğunu göstərilir. Bundan sonra İddiaçı yenidən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ona verilmiş 30 ha torpaq sahəsinə yeni plan ölçü sənədinin verilməsi ilə bağlı müraciət etmiş və xx.xx.2023-cü il tarixli, B 007382 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş bəyannamələr üzrə göstərilmişdir ki, 2020-2021-ci il üçün 30 ha torpaq sahəsinə payızlıq yumşaq buğda, 2021-2022-ci il üçün 27 ha buğda, 3 ha arpa, 2022-2023-cü il üçün 30 ha arpa bəyan edilmişdir. Cavabdeh orqan tərəfindən məhkəməyə məlumatlar təqdim edilərək göstərilmişdir ki, İddiaçı 30 hektar torpaq sahəsində həyata keçirdiyi əkinlərə görə 2020-ci ildə 6000 (altı min) manat, 2021-ci ildə 3828 (üç min səkkiz yüz iyirmi səkkiz) manat, 2022-ci ildə 6300 (altı min üç yüz) manat, 2023-cü ildə 5940 (beş min doqquz yüz qırx) manat və 2024-cü ildə isə 6600 (altı min altı yüz) manat subsidiya ödənilmişdir. 2020-2021-ci əkin ili üzrə İddiaçı 30 hektar buğda əkininə dair bəyanına əsasən keçirilən monitorinq zamanı həmin sahənin 24 hektarında buğda əkildiyi müəyyən edilmişdir. Qaydanın 5.2.3-cü yarımbəndinə əsasən bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 20-50 faiz arası olduğu üçün 2021ci il üzrə artıq hesablanmış və ödənilmiş 3248 (üç min iki yüz qırx səkkiz) manat dövlət büdcəsinə geri qaytarılmışdır. 2021-2022-ci əkin ili üzrə İddiaçı 27 hektar buğda arpa əkininə dair bəyanına əsasən keçirilən monitorinq zamanı həmin sahənin müvafiq olaraq 25,5 hektarında buğda əkildiyi müəyyən edilmişdir. Qaydanın 5.2.2-ci yarımbəndinə əsasən hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 5 faizdən çox, 20 faizdən az olduğu üçün hesablanmış subsidiyanın məbləği 30 faiz azaldıldığından 2022-ci il üzrə artıq hesablanmış və ödənilmiş 1921,50 (bir min doqquz yüz iyirmi bir manat əlli qəpik) manat subsidiya vəsaiti dövlət büdcəsinə geri qaytarılmışdır. 2021-2022-ci əkin ili üzrə İddiaçı 3 hektar arpa əkininə dair bəyanına əsasən keçirilən monitorinq zamanı həmin sahənin müvafiq olaraq 0,35 hektarında arpa əkildiyi müəyyən edilmişdir. Qaydanın 5.2.3-cü yarımbəndinə əsasən bəyan edilmiş əkin sahəsinə görə hesablanan məbləğlə monitorinq nəticəsində müəyyənləşdirilmiş məbləğ arasındakı fərq 20-50 faiz arası olduğu üçün 2022-ci ilmüzrə artıq hesablanmış və ödənilmiş 630 (altı yüz otuz) manat subsidiya dövlət büdcəsinə geri qaytarılmışdır. 2022- 2023-cü əkin ili üzrə İddiaçı 30 hektar torpaq sahəsində həyata keçirilən əkinlərə görə 2021-2022-ci əkin ilində keçirilən monitorinqin nəticələri nəzərə alınmaqla hesablanmış 5940 (beş min doqquz yüz qırx) manat əkin subsidiyası onun kart hesabına ödənilmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, iş materillarından görünür ki, İddiaçı Abdulqadir qızı ilə Biləsuvar Rayon İcra Hakimiyyəti arasında torpaq icarə müqaviləsi əsasında 15 il müddətinə Biləsuvar rayonu, 30 ha DEF torpaq sahəsi üzərində icarə münasibətləri davam etməkdədir. İddiaçının mübahisəli torpaq sahəsi üzrə xx.xx.2017-ci il tarixdə icarə hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********19-********** reyestr nömrəli çıxarışla qeydiyyata alınmışdır və torpaq sahəsi üzrə plan və ölçü sənədi tərtib edilmişdir. Bundan sonra cavabdeh orqan xx.xx.2021-ci il tarixli yerində müşahidə hesabatı tərtib etmiş, İddiaçı Abdulqadir qızı **********19-********** reyestr nömrəli çıxarış üzrə payızlıq yumşaq buğdabezostaya yetişdirilmiş 30 ha torpaq sahəsinə müşahidə aparılmış və 24 ha torpaq sahəsi üzrə uyğunsuzluğun müəyyən edilməsi, 1.90 arpa, 4.10 torpaq sahəsində mövcud olmamasını göstərmişdir. İddiaçı onun iştirakı olmadan monitorinqin keçirilməsini bildirmişdir. Məhkəmə tərəfindən cavabdeh orqanın keçirtdiyi monitorinqlər barədə (neçə hektar arpa və ya buğda əkilməsi barədə və s.) ətraflı sənəd və məlumatların məhkəməyə təqdim edilməsi tələb edilmiş, cavabdeh orqan tərəfindən müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Həmçinin iddiaçının bəyannamədə göstərdiyi məlumatlar üzrə aşkar edilmiş uyğunsuzluqlar barədə sübutlar müəyyən edilməmişdir. İddiaçının yenidən müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən edilmiş texniki səhv aradan qaldırılmış və xx.xx.2023-cü il tarixli, B 007382 saylı yeni torpaq sahəsinin planı və ölçüsü təqdim edilmişdir. Məhkəmə cavabdehin tərəfindən göstərilən dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun subsidiya alması barədə hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə bundan belə nəticəyə gəlir ki, İddiaçı Abdulqadir qızının EKTİS-də qeydiyyatdan keçirdiyi 30 hektar torpaq sahəsindən icarə hüququna dair hüquqmüəyyənedici sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmuşdur, əkin bəyanı verilən zamanlarda Biləsuvar Rayon İcra Hakimiyyəti ilə İddiaçı Abdulqadir qızı arasında bağlanmış xx.xx.2013-cü il tarixli icarə müqaviləsinin müddəti bitməmişdir. Məhkəmə trəfindən qeyd edilir ki, iddiaçıya mübahisələndirilən illərdə cavabdeh orqan tərəfindən subsidiyilar ödənilsə də, ödənilmiş məbləğlər tam qaydada deyil, müəyyən hissələrdə geri çəkilmişdir və bu barədə ididaçı tərəfindən kart hesabından çıxarışlar təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin X5 mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.8ci bəndinə əsasən Nazirliyin X5 mərkəzləri (DAİM) subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir: 2.8.1. bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır; 2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin subsidiya informasiya sisteminə (SİS) daxil edilməsini həyata keçirir; 2.8.3. subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; 2.8.4. subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. Lakin, sözügedən "Qayda”nın 2.8.3-cü və 2.8.4-cü bəndlərində nəzərdə tutulmuş subsidiyaların verilməsinin və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanın həyata keçirilməsini, habelə subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemlərin araşdırılmasını və onların həlli barədə Agentliyə təkliflərin verilməsini təsdiq edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin X5 mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. Qaydaların 6.2-ci bəndinə əsasən bu Qaydanın həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1 -ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1 -ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə qeyd edir ki, inzibati orqan tərəfindən maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edilməsi və ya tam araşdırılmaması onların konstitusion hüquqlarının, eləcə də bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hallar məhsuldarlığın aşağı düşməsi ilə yanaşı fermerlərin narazılığına səbəb ola bilər ki, belə halların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Baş Nazirinin 2021-ci il tarixli, D/O 20827/10763 aid nömrəli məktubu ilə Kənd Təsərrüfat Nazirliyinə ünvanlanan məktubda hüquqmüəyyənedici sənədlərində problemlər olan və qeyri-əkin təyinatlı torpaqlarda becərilən pambıq, tütün, çəltik və şəkər çuğunduru əkinlərinə görə istehsalçılara 2021-ci ildə müstəsna hal kimi subsidiya verilməsinə etiraz edilmədiyi bildirilmişdir. Cavabdeh orqanın imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı Abdulqadir qızına 2021-ci (2020-2021), 2022-ci (2021-2022), 2023-cü (2022-2023) illər üçün 30 ha torpaq sahəsində əkdiyi taxıl məhsuluna görə yerdə qalan ödənilməmiş subsidiyanın (ödənilməsi) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1 -ci, 23.1 -ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81 -ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı Abdulqadir qızına 2021-ci (2020-2021), 2022-ci (2021-2022), 2023-cü (2022-2023) illər üçün 30 ha torpaq sahəsində əkdiyi taxıl məhsuluna görə yerdə qalan ödənilməmiş subsidiyanın (ödənilməsi) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar