Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-672/2021 24.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2, iddiaçının nümayəndəsi və vəkili X7, Cavabdeh Salyan rayon Yolüstü Bələdiyyəsinin nümayəndəsi X1, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Salyan rayon Yolüstü Bələdiyyəsinə qarşı “Salyan rayon Yolüstü bələdiyyəsinin 17.12.2018-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Salyan rayon Yolüstü Bələdiyyəsinə qarşı “30.10.2004-cü ildə, 17 saylı qərarla 20 il müddətinə bağlanılmış icarə müqaviləsi əsasında İddiaçı-nin icarəsində olan 156 ha torpaq sahəsinin bir hissəsinin başqa şəxslərin icarəsinə verilməsi barədə müvafiq qərarların və həmin qərarlar əsasında başqa şəxslərlə bağlanmış icarə müqavilələrinin və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələrin ləğv edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2-1(120)-672/2021 nömrəli qərardadı ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Salyan rayon Yolüstü Bələdiyyəsinə qarşı “30.10.2004-cü ildə, 17 saylı qərarla 20 il müddətinə bağlanılmış icarə müqaviləsi əsasında İddiaçı-nin icarəsində olan 156 ha torpaq sahəsinin bir hissəsinin başqa şəxslərin icarəsinə verilməsi barədə müvafiq qərarların və həmin qərarlar əsasında başqa şəxslərlə bağlanmış icarə müqavilələrinin və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələrin ləğv edilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə isə “Salyan rayon Yolüstü bələdiyyəsinin 17.12.2018-ci il tarixli qərarının ləğv edilməsi” kimi bахılmаsı, həmçinin X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Мəhkəmə iclasında iştirak edən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X8 izahatında Salyan rayon Yolüstü bələdiyyəsinin 17.12.2018-ci il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında iştirak edən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X12 izahatında Salyan rayon Yolüstü bələdiyyəsinin 17.12.2018-ci il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında iştirak edən cavabdeh Salyan rayon Yolüstü Bələdiyyəsinin nümayəndəsi X4 izahatında iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Мəhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 izahatında iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia tələbindən göründüyü kimi İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Salyan rayon Yolüstü Bələdiyyəsinə qarşı “Salyan rayon Yolüstü bələdiyyəsinin 17.12.2018-ci il tarixli qərarının ləğv edilməsi” barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan X10 ilə Salyan rayon İcra Hakimiyyəti arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 22 noyabr 2000-ci il tarixli, 2 nömrəli müqavilədən görünür ki, Yolüstü bələdiyyəsinin 22 oktyabr 2000-ci il tarixli, 6 saylı qərarı əsasında 156 hektar torpaq sahəsi 5 il müddətinə X6 icarəyə verilmişdir. İş materiallarında olan “torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-0826, KOD 80900001 nömrəli şəhadətnamədən görünür ki, 22 noyabr 2000-ci il tarixli, 2 nömrəli icarə müqaviləsinin əsasında 156 hektar torpaq sahəsi 5 il müddətinə X6 icarəyə verilmişdir. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsinin 07.08.2018-ci il tarixli, 234 nömrəli ölüm haqqqında qeyd akt qeydindən görünür ki, X10 06 iyun 2009-cu il tarixdə Şirvan şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin 18 mart 2020-ci il tarixli, **********39 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin “şəhadətnamənin surətinin verilməsi” ilə bağlı 30.01.2020-ci il tarixli, 2-1(120)- 624/2020 saylı məktubunuza 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Məktuba cavab olaraq JN: 0826 olan torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin verilməsinə əsas olan sənədlər Ərazi İdarəsinin arxivində saxlanılmır. Eyni zamanda qeyd edirik ki, istifadə müddəti bitdiyi üçün sözügedən şəhadətnamə hüquqi qüvvəsini itirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə İdarəsinin 10.03.2020-ci il tarixli, 491 nömrəli məktubuna qoşma edilərək məhkəməyə göndərilən Salyan rayonu Yolüstü bələdiyyəsi ilə “Vaqif” kəndli fermer təsərrüfatı arasında bağlanmış 30 oktyabr 2004-cü il tarixli icarə müqaviləsindən görünür ki, Yolüstü bələdiyyəsinin 30 oktyabr 2004-cü il tarixli, 17 saylı qərarı əsasında 156 hektar torpaq sahəsi 20 il müddətinə kənd təsərrüfatı və heyvandarlıq məqsədi ilə “Vaqif” kəndli fermer təsərrüfatına icarəyə verilmişdir. İş materiallarında olan Salyan rayonu Yolüstü bələdiyyəsinin 17.12.2018-ci il tarixli, 45 saylı qərarının qərara aldı hissəsində aşağıdakılar qeyd olunmuşdur: Salyan rayonu Yolüstü bələdiyyəsinin 15.03.2004-cü il tarixli 07 saylı qərarı ilə və 15.03.2004-cü il tarixli 02 saylı icarə müqaviləsi ilə Qaraçala qəsəbəsində məskunlaşan Cəbrayıl rayonundan məcburi köçkün Şahverdiyev Vaqif Əİiş oğluna Yolüstü bələdiyyəsi mülkiyyətinə məxsus ərazidən heyvandarlığın inkişafı məqsədilə icarəyə ayrılan 156 ha torpaq sahəsinin istifadə müddətinin bitdiyini və istifadəçinin vəfat etdiyini nəzərə alaraq Azərbaycan Respublikasının Torpaq Məsəlləsinin 73-cü maddəsinə əsasən Yolüstü bələdiyyəsinin fonduna geri qaytarılsın (1-ci bənd); Salyan rayonu Yolüstü bələdiyyəsinin 22.10.2000ci il tarixli 06 saylı qərarı ilə 22.11.2000-ci il tarixli 02 saylı icarə müqaviləsi qüvvədən düşmüş hesab edilsin (2-ci bənd); Yolüstü bələdiyyəsinin icarə predmeti olan 13 ha örüş torpaq sahəsinin müsabiqə yolu ilə icarəyə verilməsi heyvandarlıq məqsədilə təyinatı, ərazinin yer quruluşu-təssərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması, tikintisi layihəsinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya xətlərinin mühafizə zolağından və sürüşmə zonasında yerləşmədiyindən həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə mülkiyyətə verilməsi ilə bağlı satılması üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılsın (3-cü bənd); Bələdiyyənin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reysterində qeydiyyatının aparılması məqsədilə torpaq sahəsinin yerləşmə sxemi, torpaq sahəsinin kadastr göstəriciləri Əmlak Məsələləri Dövlət komitəsinin 7 saylı ərazi şöbəsinin rəyi və İcra hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin rəyi Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşımaz Əmlakın Dövlət Reysteri Xidmətinin 13 saylı Ərazi İdarəsinə təqdim edilsin (4-cü bənd); Hüquqların dövlət qeydiyyatı haqqında Dövlət Reysterindən çıxarışın və eyni zamanda daşınmaz əmlakın təsvurunə, dövlət qeydiyyatına alınmış hüququların və onların məhdudlaşdırılmasına, yüklülüyünə dair arayışın verilməsi .Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşımaz Əmlakın Dövlət Reysteri Xidmətininin 13 saylı Ərazi İdarəsinə xahiş edilsin (5-ci bənd); Bu qərarların icrasına nəzarət bələdiyyə icrasına həvalə olunsun (6-cı bənd). İş materiallarında olan Salyan rayon Yolüstü Bələdiyyəsinin məhkəməyə təqdim etdiyi məktubunda (arayışında) qeyd edilir ki, Yolüstü bələdiyyəsinin 17.12.2018-ci il tarixli 45 saylı iclas protokolu kompüterin yaddaşında olan hansısa protokoldan əvvəlki sədr tərəfindən onun üzərində düzəliş olaraq çıxardılıb ona görə, prtokolun qərara alır hissəsinin 1-ci bəndində olan ay, gün, il rəqəmləri mexaniki olaraq səhv gedib. Əslində protokolun qərara alır hissəsinin 1-ci bəndi belə olmalıdır; Salyan rayon Yolüstü bələdiyyəsinin 22.10.2000-ci il tarixli 06 saylı qərarı ilə və 22.11.2000-ci il tarixli 02 saylı icarə müqaviləsi ilə Qaraçala qəsəbəsində məskunlaşan Cəbrayıl rayonundan məcburi köçkün X6 Yolüstü bələdiyyəsi mülkiyyətinə məxsus ərazidən heyvandarlığın inkişafı məqsədi ilə ayrılan 156 ha torpaq sahəsinin istifadə müddətinin bitdiyini və istifadəçinin vəfat etdiyini nəzərə alaraq Azərbaycan Topaq Məcəlləsinin 73-cü maddəsinə əsasən Yolüstü bələdiyyəsinin fonduna geri qaytarılsın. “Vaqif” kəndli fermer təsərrüfatı ilə Yolüstü bələdiyyəsi arasında 30.10.2004-cü ildə bağlanan müqaviləyə şəhadətnamə alınmadığı üçün həmin müqavilə hüquqi sənəd hesab olunmur. İş materiallarında olan Salyan rayon Yolüstü Bələdiyyəsinin məhkəməyə təqdim etdiyi məktubdan qeyd olunur ki, 1994-cü ildə Cəbrayıl rayonundan qaçqın düşmüş 6 qardaş Qaraçala qəsəbəsində məskunlaşıblar. Onlar Yolüstü bələdiyyəsindən 22.10.2000ci il tarixli 06 saylı ilə və 22.11. 2000-ci il tarixli 02 saylı icarə müqaviləsi ilə 5 illik Şahverdiyev Vaqifin adına "Topaqdan müvəqqəti istifadə hüququna dair JN-0826 saylı Şəhadətnamə” alınıb. 30.10.2004-cü ildə Ş.Vaqif Yolüstü bələdiyyəsi ilə “Vaqif k/f təsərrüfatı” yaratmaq adı ilə heç bir hüquqi əsası olmayan 20 illik müqavilə bağlayıb. Bələdiyyənin belə uzun müddətli müqavilə bağlamaq səlahiyyəti yoxdur, çünki həmin müqaviləyə şəhadətnamə alınmalı idi. 2009-cu ildə Ş.Vaqif rəhmətə gedib. Böyük qardaş rəhmətə gedəndən sonra bunların arasında torpaq üstündə mübahisə düşüb. Qardaşlardan Ş.Məmməd yuxarı instansiyalara dəfələrlə şikayət edib. Rayonun müvafiq İcra orqanları Ş.Məmmədin torpaqla təmin olunması məsələsini qaldırıblar. Əvvəlki bələdiyyə tərəfindən torpaq sahəsi ölçülüb orada 156 ha yox, 176 ha torpaq sahəsi olduğunu müəyyən edib. Qanuni müqavilənin vaxtı bitdiyi və icarədarı rəhmətə getdiyi ücün həmin şəhadətnamə bələdiyyənin 17.12.2018-ci il tarixli 45 saylı iclas protokolunun qərarı ilə bazadan silinib. Ş.Məmmədə həmin ərazidən 13 ha A № 441735 Torpaq sahəsinin planı və ölçüsü sənədi verilib. İş materiallarında olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Salyan rayon Yolüstü Bələdiyyəsinə qarşı qarşı iddia tələbi üzrə 2-1(120)-624/2020 nömrəli inzibati işin içərisində olan iddia ərizəsindən görünür ki, iddiaçı, “Salyan rayon Yolüstü bələdiyyəsinin 17.12.2018-ci il tarixli, 45 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir və həmin iddia ərizəsi 30.01.2020-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 26.10.2020-ci il tarixli, 2- 1(120)-624/2020 nömrəli qərardadından görünür ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Salyan rayon Yolüstü Bələdiyyəsinə qarşı “bələdiyyənin qərarının ləğv edilməsi” barədə iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 22 noyabr 2000-ci il tarixli, 2 nömrəli müqavilə ilə 156 hektar torpaq sahəsi kənd təsərrüfatı və heyvandarlıq məqsədi ilə 5 il müddətinə X6 icarəyə verilmişdir. Sonradan Salyan rayonu Yolüstü bələdiyyəsinin 17.12.2018-ci il tarixli, 45 saylı qərarı ilə Salyan rayonu Yolüstü bələdiyyəsinin 22.10.2000-ci il tarixli 06 saylı qərarı və 22.11.2000-ci il tarixli 02 saylı icarə müqaviləsi əsasında Qaraçala qəsəbəsində məskunlaşan Cəbrayıl rayonundan məcburi köçkün Şahverdiyev Vaqif Əİiş oğluna Yolüstü bələdiyyəsi mülkiyyətinə məxsus ərazidən heyvandarlığın inkişafı məqsədilə icarəyə ayrılan 156 ha torpaq sahəsinin istifadə müddətinin bitdiyini və istifadəçinin vəfat etdiyini nəzərə alaraq Azərbaycan Respublikasının Torpaq Məsəlləsinin 73-cü maddəsinə əsasən Yolüstü bələdiyyəsinin fonduna geri qaytarılmış, Salyan rayonu Yolüstü bələdiyyəsinin 22.10.2000-ci il tarixli 06 saylı qərarı və 22.11.2000-ci il tarixli 02 saylı icarə müqaviləsi qüvvədən düşmüş hesab edilmişdir. Mübahisələndirilən hazırki qərar ilə həmçinin 13 ha örüş torpaq sahəsinin müsabiqə yolu ilə icarəyə verilməsi və fərdi yaşayış evinin tikintisi məqsədilə mülkiyyətə verilməsi ilə bağlı satılması üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması qərara alınmışdır. İddiaçı hazırda üzərində bələdiyyənin mülkiyyət hüquqlarını qeydiyyata aldırdığı və daha sonra hazırki iş üzrə üçüncü şəxs kimi icraata daxil edilən X5 icarəyə verdiyi 13 ha torpaq sahəsinin Salyan rayonu Yolüstü bələdiyyəsi ilə arasında bağladığı 30.10.2004-cü il tarixli icarə müqaviləsi ilə onun icarəsində olan torpaq sahəsinə aid olduğunu iddia edərək Salyan rayonu Yolüstü bələdiyyəsinin 17.12.2018-ci il tarixli, 45 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda mübahisələndirdiyi Salyan rayonu Yolüstü bələdiyyəsinin 17.12.2018-ci il tarixli, 45 saylı qərarının ləğv edilməsi üçün ilk dəfə 30.01.2020-ci il tarixdə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və həmin iddia tələbi üzrə iddianın mümkün sayılmaması barədə Şirvan İnzibati Məhkəməsinin 26.10.2020-ci il tarixli, 2- 1(120)-624/2020 nömrəli qərardadı qəbul edilmişdir. Hazırda iddiaçı eyni tələblə bağlı yəni Salyan rayon Yolüstü bələdiyyəsinin 17.12.2018-ci il tarixli 45 saylı qərarının ləğv edilməsi ilə bağlı təkrarən 2021-ci ilin fevral ayında məhkəməyə müraciət etmişdir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan yəni Salyan rayonu Yolüstü bələdiyyəsinin 17.12.2018-ci il tarixli, 45 saylı qərarından 30.01.2020-ci il tarixindən (məhkəmədə ilk dəfə iddia qaldırdığı vaxtdan) məlumatlı olduğundan və prosessual müddətin axımı həmin qərardan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, hazırkı iddia ərziəsi 04.02.2021-ci il tarixdə poçta, 10.02.2021-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Salyan rayon Yolüstü bələdiyyəsinin 17.12.2018-ci il tarixli qərarından məlumatlı olduğu vaxtdan 1 (bir) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Hətta, məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin başlanğıcını məhkəmə qərarının qəbul edildiyi 26.10.2020-ci il tarixdən hesablanmış olsa belə iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti (30 günü) ötürmüş olur. Bununla belə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı mübahisələndirdiyi qərardan yəni Salyan rayonu Yolüstü bələdiyyəsinin 17.12.2018-ci il tarixli, 45 saylı qərarından 30.01.2020-ci il tarixindən deyil, daha əvvəldən yəni 2019-cu ilin dekabr ayının əvvəllərindən məlumatlı olmuşdur. Belə ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Salyan rayon Yolüstü Bələdiyyəsinə qarşı qarşı iddia tələbi üzrə 2- 1(120)-624/2020 nömrəli inzibati işin içərisində olan iddia ərizəsində (2-ci səhifə, 4-cü abzas) qeyd olunur ki, “... lakin, təxminən 2019-cu ilin dekabr ayının əvvəllərində mənə məlum oldu ki, Salyan rayon Yolüstü bələdiyyəsi 17 dekabr 2018-ci il tarixli 45 saylı iclas protokolu əsasında bizim xəbərimiz və razılığımız olmadan İddiaçı-nin istifadəsinə 30 oktyabr 2004-cü il tarixli icarə müqaviləsi əsasında verilmiş 156 ha torpaq sahəsinə dair icarə müqaviləsini qanunsuz olaraq, güya istifadə müddəti bitdiyi üçün və istifadəçinin vəfat etdiyini nəzərə alaraq, AR Torpaq Məcəlləsinin 73cü maddəsinə əsasən Yolüstü Bələdiyyəsinin fonduna qaytarılması barədə özbaşına qərar qəbul edilmişdir”. Göründüyü kimi iddiaçı mübahisələndirdiyi qərardan yəni Salyan rayonu Yolüstü bələdiyyəsinin 17.12.2018-ci il tarixli, 45 saylı qərarından 2019-cu ilin dekabr ayından məlumatlı olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı həmin qərardan məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Salyan rayon Yolüstü bələdiyyəsinə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan Salyan rayon Yolüstü bələdiyyəsinin 17.12.2018-ci il tarixli qərarının iddiaçının subyektiv hüququnun pozub-pozmaması ilə bağlı məsələlərin araşdırılmasını zəruri hesab etməmişdir. Şərti olaraq qəbul etsək ki, mübahisəli inzibati aktla ayrılmış torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmuş topraq sahəsi ilə üst-üstə düşmür yəni, eyni ərazi deyil, bu zaman iddiaçının hazırkı iddianı qaldırmaqda ümumiyyətlə subyektiv hüququ olmayacaq və iddia mümkün hesab olunmayacaqdır. Yox əgər qəbul etsək ki, eyni ərazidir bu zaman həmin inzibati aktdan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş müddət ötürüldüyündən yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə hazırkı iddia mümkün sayılmayacaqdır. Beləliklə də yuxarıda göstərilən halları, yəni torpaq sahəsinin üst-üstə düşübdüşməməsi yəni iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olması hazırkı iddianın mümkün olması ilə nəticələnmədiyindən, məhkəmə, qeyd olunan halın müəyyən edilməsi məqsədilə iş üzrə müvafiq ekspertiza təyin edilməsinə zərurət olmadığı qənaətinə gəlmişdir. Başqa sözlə, hazırda mübahisələndirilən inzibati akt iddiaçının subyektiv hüququnu pozmuş olsa belə, həmin inzibati aktdan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş müddət ötürüldüyündən müvafiq ekspertizanın keşçirilməsi əlavə vaxt itkisinə səbəb olacaq, yəni məhkəmə proseslərinin uzadılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Salyan rayon Yolüstü Bələdiyyəsinə qarşı “Salyan rayon Yolüstü bələdiyyəsinin 17.12.2018-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Salyan rayon Yolüstü Bələdiyyəsinə qarşı “Salyan rayon Yolüstü bələdiyyəsinin 17.12.2018-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-672/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-672/2021
24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver