Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-672/2024 26.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı“xx.xx.2023-cü il tarixli, 3-17-1/1-Ş-21174/2023 qərarın ləğv edilməsi və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində,məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərəkKürdəmir rayonun keçmiş «Əzizbəyov» kolxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsinı xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-672/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddia tələbinə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixli, 3-17-1/1-Ş-21174/2023 qərarın ləğv edilməsi və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşmə aparılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1955-ci ildə Kürdəmir rayonunun Ərəbqubalı kəndində anadan olmuş və hal-hazırda da həmin kənddə yaşayır. O, orta məktəbi bitirdikdən sonra 1972- ci ilin yanvar axından Kürdəmir rayonunun keçmiş «Əzizbəyov» adına kolxozda əmək fəaliyyətinə başlamışdır. Kolxozun iri buynuzlu Malfermasinda hesablayıcı işinə qəbul olunmuşdur. Sonradan Kolxozda mühasib müavini, baş mühasib və sonda 1997-ci ildən 1998-ci ilin axırlaranadək Kolxoz sədri işləmişdir. Ümumiyyətlə 1972-ci ilədən 1998-ci illərin sonlarınadək «Əzizbəyov» adına kolxozda miixtəlif vəzifəiərdə işləmişdir. Onun pensiya hüququ yaranıb və bununla bağlı pensiyaya çıxmaq üçün DSMF-nin Kürdəmir rayon şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fondunun xx.xx.2023-cii il tarixli məktubuna əsasən ona əmək pensiyasının təyin elməkdən imtina edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İcraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş vardır.İddiaçı iddia ərizəsində cavabdehin xx.xx.2023cü il tarixli məktubunun qanunsuz hesab edilməsi və əmək pensiyasının təyin edilnəsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutmaqla hazırki işə dair münasibət bildirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir: cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.Belə ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir.İddiaçı R.X8 daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq, məktubla bildirilmişdir ki, inzibati orqana təqdim etdiyi ənək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı 22 il 5 ay 5 gün təşkil edir. Qeyd olunanlara əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində tələb olunan 25 il sosial sığorta stajı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.Həmçinin məktubda iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı bildirilmişdir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63yaşına çatmış kişilərin və 60yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmışpensiyakapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd.Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq. 2) azı 25 il sığorta staiı olduqda.Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinəgörə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.İddiaçı 1972-ci il tarixdən 1998-ci tarixədək Kürdəmir rayon “Əzizbəyov adına kolxoz”da işlədiyini iddia edir.İddiaçı R.X8 təqdim etdiyi və xx.xx.1979-cu il tarixdə tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə və xx.xx.2019-cu il tarixli 70 nömrəli arxiv arayışının surətinə əsasən xx.xx.1972ci il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 22 il 5 ay 5 gün təşkil edir.Qeyd olunan dövrlərə əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2019cu il tarixə indeksləşdirilmiş məbləği aşağıda verilmiş cədvələ əsasən hesablanmaqla 16206,56 manat təşkil edir.Cavabdeh orqan tərəfindən iddiaçının sosial sığorta stajının dəqiqləşdirilməsi məqsədiylə Kürdəmir rayon Dövlət Arxivinə xx.xx.2023-cü il tarixdə sorğu ünvanlanmışdır.Kürdəmir rayon Dövlət Arxivindən sorğuya gələn xx.xx.2023-cü il tarixli cavab məktubunda arxivdə saxlanılan “Əzizbəyov adına kolxoz”un sənədlərinə əsasən İddiaçı adına qeyd edilən əmək haqqı cədvəlləri aşkar edilsə də işə daxilolma, işdən azadedilmə, məzuniyyətə çıxma və məzuniyyətdən geri qayıtma əmrləri Arxiv İdarəsinə təhvil verilməmişdir. Əmək haqqı cədvəllərində ata adı qeyd edilməmişdir. 1975-ci il tarixdən 1995-ci il tarixədək əmək haqqı kitabları təhvil verilmişdir. 1997-ci il tarixdən 1998ci il tarixədək əmək haqqı kitabları Arxiv İdarəsinə təhvil verilməmişdir.Cavabdeh orqan tərəfindən İddiaçı sosial sığorta stajının yoxlanılmasına dair qarşılıqlı yoxlama keçirilmiş və xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Aktın məzmununa əsasən arxivdə saxlanılan “Əzizbəyov adına kolxoz”un sənədlərinə əsasən 1972-ci tarixdə vətəndaşın adı qeyd edilsə də adam günü və əmək haqqı qeyd edilmədiyi bildirilmişdir. Həmçinin 1973-cü il tarixdə adam günü qeyd edilməsə də əmək haqqı qeyd edilmişdir.1993-cü il tarixdə vətəndaşın adı qeyd edilsə də, adam günü və əmək haqqı qeyd edilməmişdir. 1977-ci il tarixdən 1994-cü il tarixədək və 1995-cı il tarixdə isə vətəndaşın ata adı qeyd edilməmişdir.Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində göstərilən hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə (xx.xx.2019-cu il tarixdə) çatmışdır.Lakin yuxarıda qeyd olunan qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq iddiaçının əmək kitabçasında mövcud olan sığorta stajı (22 il 5 ay 5 gün) uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir.Qeyd etmək lazımdır ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixdən 220 manata çatdırılmış və hazırda ödənişdədir.Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçının əmək kitabçasında qeyd olunan bütün dövrlər cavabdeh orqan tərəfindən sosial sığorta stajı kimi qəbul olunsa belə xx.xx.2006-cı il tarixədək ümumi iş stajına əsasən formalaşan pensiya kapitalı 16206,56 manat olmaqla qanunvericiliklə tələb olunan məbləğdən azdır. Həmçinin iddiaçının pensiya yaşına çatdığı xx.xx.2019-cu il tarixinə sığorta stajı cəmi 22 il 5 ay 5 gün olmaqla 25 ildən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.Yuxarıda sadalananları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini nəzərə alaraq, İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair 2-1(120)-2652/2023 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, Kürdəmir rayonu “Əzizbəyov” adına kolxozunun 1995, 1997 və 1998-ci illərin inzibati-idarə sənədlərinin Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə təhvil verilmədiyini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Kürdəmir şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Həmçinin İddiaçı tərəfindən cavabdeh orqanın xx.xx.2023-cü il tarixli, 3-17-1/1-Ş- 21174/2023 qərarını mübahisələndirmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, müvafiq inzibati akt iddiaçıya cavabdeh orqan təqdim edilməmişdir. Belə ki, cavadeh inzibati orqan hazırda mübahisələndirilən qərardan iddiaçının məlumatlı olması barədə rəsmi sənədi (poçt qəbzini və s.) məhkəməyə təqdim etməmişdir. Hansı ki, iddiaçının hüquq və qanunla qorunan maraqlarına birbaşa təsir göstərən, onun üçün əlverişsiz vəziyyət yaradan inzibati aktın məzmunu ilə vaxtında tanış olmaq və həmin inzibati akta qarşı öz müdafiəsini təşkil etmək hüququ, cavabdeh inzibati orqanın isə iddiaçının bu hüquqlarını təmin etmək vəzifəsi vardır. Buna görə də iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsində müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki,xx.xx.1955-cı il tarixdə doğulmuş Şükürov X6 rayonu, Ərəbqubalı kənd ünvanında qeydiyyatdadır. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Ş-42427/2023 saylı imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Mərkəzi Aran regional filialından daxil olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək pensiya yaş həddi kişilər üçün 64 yaş müəyyən edilib.Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019- 2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.Təqdim edilən əmək kitabçasının surətinə və digər sənədlərə əsasən sığorta stajı 22 il 5 ay 5 gün təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb.Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2020-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixdən 220 manata çatdırılıb. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. - İşdə olan xx.xx.1979-cu il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 1972-1998-ci illərdə Kürdəmir rayonu “Əzizbəyov” adına kolxozunda müxtəlif əmək fəaliyyəti ilə məşğul olmuşdur. - İşdə olan Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 185 nömrəli arxiv arayışından görünür ki,Kürdəmir rayonun “Əzizbəyov” adına kolxoz 1972, 1973, 1974 , 1975 -ci illərə aid şəxsi heyyətə dair sənədləri Arxiv İdarəsinə qismən təhvil verilmiş, 1995, 1997 və 1998-ci illərin inzibati-idarə sənədləri isə Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir. - İşdə olan Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 70 nömrəli arxiv arayışından görünür ki, verilir, Kürdəmir rayonu Ərəbaubalı kəndində qeydiyyatda olan İddiaçı ondan ötəri ki, o, 1976, 1977, 1978, 1979, 1980, 1981, 1982, 1983, 1984, 1985, 1986, 1987, 1988, 1989, 1990, 1991, 1992, 1994, 1996-cı illərdə Kürdəmir rayonu “Əzizbəyov” adına kolxozda işləyərək natura dəyəri ilə birlikdə əmək haqqı qazanmışdır. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-148256/2023 saylı imtina məktubunda göstərilmişdir ki,“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə pensiya yaşına çatmışdır. İddiaçı müraciətinə dair inzibati icraat materiallarının surəti məhkəməyə təqdim olunmuşdur. - İşdə olan Kürdəmir rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-48-25/2A/2-71/2023 nömrəli məktubunda göstərilmişdir ki,Arxiv İdarəsində araşdırılma aparılmış Kürdəmir rayon "Əzizbəyov" adına kolxozun əmək haqqı kitablarında İddiaçı barədə olan məlumatlar aşkar edilərək cədvəllərin təsdiq olunmuş surətləri göndərilmişdir. "Əzizbəyov" kolxozunun digər işçilərə aid əmək haqqı kitablarında minimum adam günü norması qeyd olunmamışdır. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Odənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-155855/2024 nömrəli məktubunda göstərilmişdir ki,İddiaçı təqdim etdiyi xx.xx.1979-cu il tarixində tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə və xx.xx.2019-cu il tarixli 70 nömrəli arxiv arayışının surətinə əsasən xx.xx.1972-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1996cı il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 22 il 5 ay 5 güntəşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 altsisteminə əsasən iddiaçının xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı xx.xx.2006-cı il tarixədək 22 il 5 ay 5 gün ümumi iş stajına əsasən pensiya kapitalı pensiya yaşına çatdığı xx.xx.2019-cu il tarixinə aşağıdakı qaydada hesablanır:(22 il tam iş stajı x 306 manat) + (306 manat: 12 ay x 5 ay) + (306 manat: 12 ay : 30 gün x 5 gün)= 6863,75 manat.Buradan, iddiaçının xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2019-cu il tarixinə indeksləşdirilmiş məbləği aşağıda verilmiş cədvələ əsasən hesablanmaqla 16206,56 manat təşkil edir: İstehlak qiymətləri İndeksləşdirmə nəzərə İllər indeksinin illik alınmaqla ilin əvvəlinə səviyyəsi (faizlə) pensiya kapitalı (manatla) xx.xx.2006 - 6863,75 xx.xx.2007 8,3 7433,44 xx.xx.2008 16,7 8674,82 xx.xx.2009 20,8 10479,18 xx.xx.2010 1,5 10636,37 xx.xx.2011 5,7 11242,65 xx.xx.2012 7,9 12130,82 xx.xx.2013 1,1 12264,25 xx.xx.2014 2,4 12558,60 xx.xx.2015 1,4 12734,42 xx.xx.2016 4,0 13243,79 xx.xx.2017 12,4 14886,03 xx.xx.2018 5,7 15734,53 xx.xx.2019 3 16206,56 Yaşa görə əmək pensiyasının təyin olunması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6-1 -ci, 7-ci və 10.2-ci maddələri nəzərə alınmaqla tələb olunan minimum pensiya kapitalı xx.xx.2019-ci il tarixdən 23040 manat(160 manat x144 ay=23040 manat) xx.xx.2023-cü il tarixdən 40320 manatdır(280 manat x144 ay=40320 manat).Göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajına əsasən formalaşan pensiya kapitalı 16206,56 manat olmaqla qanunvericiliklə tələb olunan məbləğdən azdır. Həmçinin iddiaçının pensiya yaşına çatdığı xx.xx.2019-cu il tarixinə sığorta stajı cəmi 22 il 5 ay 5 gün olmaqla qanunvericiliklə tələb olunan 25 ildən azdır. İddiaçı əmək fəaliyyəti dövrlərinin araşdırılmasına dair qarşılıqlı yoxlama aktı aşkar edilmədi. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-160125/2024 nömrəli məktubunda göstərilmişdir ki,Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2024-cü il tarixli, 2-1(120)-672/2024 nömrəli sorğuya aidiyyəti üzrə baxılmışdır. İddiaçı təqdim etdiyi xx.xx.1979-cu il tarixində tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə və xx.xx.2019-cu il tarixli 70 nömrəli arxiv arayışının surətinə əsasən xx.xx.1972-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1992-ci il tarixədək, xx.xx.1994-cü il tarixdən 31,12.1994-cü il tarixinədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 22 il 5 ay 5 gün təşkil edir. İddiaçı tərəfindən əlavə sənədlər təqdim ediləcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətinə tamamlanarsa, onun əmək fəaliyyəti dövrünə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər.Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Kürdəmir Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 185 nömrəli arxiv arayışına əsasən Kürdəmir rayonunun “Əzizbəyov” adına kolxoz 1972, 1973, 1974,1975-ci illərə aid şəxsi heyyətə dair sənədləri Arxiv İdarəsinə qismən təhvil verilmiş, 1995, 1997 və 1998-ci illərin inzibatiidarə sənədləri isə Kürdəmir Rayon Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir. - İşdə olan xx.xx.2023-cü il tarixli yoxlama aktında göstərilmişdir ki, İddiaçı adına verilmiş arayışyerində araşdırılmışdır. İddiaçı"Əzizbəyov" adına kolxozun 1972-ci ilə aid kitabda adı qeyd olunsa da, adam günü və əmək haqqı qeyd olunmamışdır. 1973-cü ildə əmək haqqı qeyd olunsa da adam günü qeyd olunmamışdır.1993-cü ildə də adam günü və əmək haqqı qeyd olunmamışdır. 1977-ci ildən 1996-cı il tarixədək ata adı qeyd edilməmişdir. Cədvəl tərtib edilərək 1973, 1976-1992-ci illər, 1994, 1996-cı illərə aid İddiaçı işlədiyi əmək haqqı alması barədə məlumatlar göstərilmişdir. - İşdə olanSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-43-33/2-124/2024 nömrəli məktubunda göstərilmişdir ki,ünvan 3 sakini, xx.xx.1955-ci ıl təvəllüdlü İddiaçı ilkin tibbi müayinəyə çağırılan zaman tibbi müayinədən keçirilmiş və SSRİ Müdafiə Nazirliyinin 224 saylı əmrinin İ qrafa, 33-cü maddəsinin “a” bəndinə əsasən, “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edildiyi üçün xx.xx.1972-ci il tarixdə ilkin hərbi qeydiyyatdan hərbi vəzifəlilərin istefasına keçirilmişdir. - İşdə olan Kürdəmir rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-48-25KA/2-15/2024 nömrəli məktubunda göstərilmişdir ki,Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 70 nömrəli arxiv arayışında İddiaçı əmək fəaliyyətində olduğu 1976-1996-cı illərdə minimum adam günü göstərilmədiyi üçün digər kolxozlarda həmin illərdə minimum adam günü norması və qazanç orta hesabla nə qədər olması barədə məhkəməyə məlumat vermək xahiş edilmişdir. Araşdırılma aparılmış"Sabir" adına kolxozunun 12 nömrəli staj kitabının 45 nömrəli şəxsi hesabında X4 və 10 nömrəli şəxsi hesaba əsasən Quliyev Gülalı barədə hesablanmış adam günləri və əmək haqqı cədvəlləri aşkar edilərək təsdiq olunmuş surətləri tanış olmaq üçün göndərilir. - İşdə olan X16 Təhsili Komitəsi tərəfindən İddiaçı verilmiş 886 nömrəli xx.xx.1973cü il tarixli attestatdan görünür ki, o, təhsil müddəti 1 (bir) il olan Kürdəmir 15 №-li kənd texniki peşə məktəbini “kiçik baytar feldşeri” sənəti üzrə bitirmişdir. - İşdə olan Kürdəmir rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-48-25KA/2-50/2024 nömrəli məktubunda göstərilmişdir ki,İddiaçı Kürdəmir 15 nömrəli Texniki Peşə məktəbində işləməsi barədə bəzi sənədlərin məhkəməyə təqdim olunmasımı xahiş edilmişdir. Məktuba cavab olaraq bildirilmişdir ki,araşdırılma aparılmış Kürdəmir 15 nömrəli Texniki Peşə məktəbinin arxiv sənədləri Kürdəmir rayon Dövlət Arxiv İdarəsində aşkar edilməmişdir. - İşdə olan Peşə Təhsili üzrə Dövlət Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-79-63/2-377/2024 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı həqiqətən xx.xx.1972-ci il tarixdə 15 nömrəli X12 Məktəbinin “Kiçik baytar feldşeri” ixtisas qrupuna daxil olmuş və xx.xx.1973-cü il tarixində həmin məktəbi əyani formada bitirmişdir. Sözügedən müəssisənin təhsil sənədləri (attestatların və diplomların verilməsi kitabları) ilə bağlı arxiv məlumatları tam olmadığından həmin sənədlərin təqdim olunması ilə bağlı müraciəti təmin etmək imkan xaricindədir. İddiaçının şifahi vəsatəti əsasında şahid qismində X3 ifadə verərək bildirmişdir ki, İddiaçı uşaqlıqdan tanımışdır, iddiaçı 1972-ci il tarixdən kolxozda mühasibatlıqda işləyirdi, onun kolxoz sədri olması barədə sənədlər pensiya fondunda yerləşir, 1978-ci il tarixdən "Əzizbəyov" adına kolxozuna sədr təyin olundu, 1980-ci il tarixdə iddiaçını baş mühasib vəzifəsinə təyin etdi, 1978-ci il tarixdən 1994-cü ilədək bilrikdə çalışmışlar, 1994-cü il tarixdə özü işdən azad olundu, onun özünə də məhkəmə qərarı əsasında yaşa görə pensiya təyin edilmişdir, hal-hazırda yaşa görə əmək pensiyası alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli,3-17-1/2-173361/2024 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan inzibati Məhkəməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 2-1(120)-672/2024 nömrəli sorğuya Fondun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialında baxılmışdır. Sözügedən işlə bağlı məhkəmə sorğusunun birinci hissəsi ilə əlaqədar X1 pensiya işinin təsdiq olunmuş surəti təqdim edilmişdir. Sorğunun ikinci hissəsinə münasibətdə isə bildirilmişdir ki, Z.X10 rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Şirvan inzibati-iqtisadi Məhkəməsinə müraciət edərək 1978-ci il tarixdən 1994-cü il tarixədək və 1996-cı il tarixdə Kürdəmir rayon “Əzizbəyov" adına kolxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.Sözügedən iş üzrə Şirvan inzibati-iqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(86)-1949/2017 nömrəli qərarına əsasən iddia təmin olunmuş və ona 1978-ci il tarixdən 1994-cü il tarixədək və 1996-cı il tarixdə Kürdəmir rayon “Əzizbəyov” adına kolxozda işlədiyi illərin sosial sığorta stajı kimi müəyyən edilərək yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi Fondun Kürdəmir rayon şöbəsinə həvalə edilmişdir. Məhkəmə qərarı Kürdəmir rayon şöbəsi tərəfindən icra edilmiş və xx.xx.2017-ci il tarixli 702 nömrəli qərara əsasən vətəndaş Z.Surxayevə yaşa görə əmək pensiyası təyin edilmişdir. Z.Surxayevə Kürdəmir rayon şöbəsi tərəfindən əmək pensiyası təyin edilərkən onun Kürdəmir rayon“Əzizbəyov” adına kolxozda işlədiyi dövr (16 il 11 ay) onun sosial sığorta stajına daxil edilmişdir. - Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(86)-1949/2017 saylı qərarına əsasən, X1 1978-1994-cü il və 1996-cı illərdə Kürdəmir rayonu “Əzizbəyov” adına kolxozda işlədiyi illəri siğorta stajı kimi müəyyən edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinin üzərinə ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmuşdur. Məhkəmə tərəfindən müəyyən edilir ki, cavabdeh orqan tərəfindən təqdim edilən məlumat əsasında iddiaçı R.X8 təqdim etdiyi və xx.xx.1979-cu il tarixdə tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə və xx.xx.2019-cu il tarixli 70 nömrəli arxiv arayışının surətinə əsasən xx.xx.1972-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 22 il 5 ay 5 gün təşkil edir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiya kapitalının az olması və əmək fəaliyyətinin iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş Kürdəmir rayon "Əzizbəyov" adına kolxozda işləməsi barədə 1995, 1997 və 1998-ci illərin inzibati-idarə sənədləri isə Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə təhvil verilmədiyi üçün həmin dövrlər sosial siğorta stajına daxil edilməmişdir, iddiaçının həmin illərdə olan əmək fəaliyyəti mübahisə edilmişdir. Məhkəmə iddiaçının 1972-ci il tarixdən 1998-ci ilədək Kürdəmir rayon "Əzizbəyov" adına kolxozda işlədiyi dövrlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub – oİmamasıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçıya məxsus əmək kitabçasından və arxiv arayışından görünür ki, iddiaçı Şükürov X6 rayon "Əzizbəyov" adına kolxozda 1972-ci il tarixdən 1998-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə tərəfindən R.X8 təqdim etdiyi və xx.xx.1979-cu il tarixdə tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə, şahid ifadəsinə və xx.xx.2019-cu il tarixli 70 nömrəli arxiv arayışına, arxiv cədvəlləri və keçirilmiş yoxlama aktına əsasən hesab edilir ki, hazırkı iş üzrə mübahisəli məsələ üzrə ümumilikdə xx.xx.1972-ci il tarixdən xx.xx.1980ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1997-ci il tarixdən 1998-ci ilin iyun ayınadək Kürdəmir rayon "Əzizbəyov" adına kolxozda işləyən iddiaçının əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X7 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 ildən çox sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. İddiaçı xx.xx.1972-ci il tarixdə 15 nömrəli X12 Məktəbinin “Kiçik baytar feldşeri” ixtisas qrupuna daxil olmuş və xx.xx.1973-cü il tarixində həmin məktəbi əyani formada bitirmişdir. Məhkəmə tərəfindən həmin dövrlər üzrə iddiaçının kolxozda işlədiyi illər siğorta stajı olaraq qəbul edildiyi üçün, təhsil aldığı illər siğorta stajı kimi nəzərə alınmır. İddiaçının 1972-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1997-ci il tarixdən 1998-ci ilin iyun ayınadək Kürdəmir rayon "Əzizbəyov" adına kolxozda işləməməsi və əmək haqqı almaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər iddiaçının 1972-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1997-ci il tarixdən 1998-ci ilin iyun ayınadək Kürdəmir rayon "Əzizbəyov" adına kolxozda işləməsi halı müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasındakı iş illəri nəzərə alınmaqla, tələb olunan 25 ildən çox sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göründüyü kimi iddiaçının əmək kitabçasında və arxiv sənədlərində olan qeydlərə uyğun işə daxil olması, həmin kolxozda işləməsi və əmək haqqı alması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə, Kürdəmir rayon "Əzizbəyov" adına kolxozu mövcud olmuş, iddiaçı Kürdəmir rayon "Əzizbəyov" adına kolxozda fəhlə işləmiş və əmək haqqı almış, sadəcə olaraq 1991-ci ildən 1997-ci ilədək olan sənədləri kolxozun tam qaydada arxivə təhvil verilmədiyindən iddiaçının əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları natamam aşkar edilmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi Kürdəmir rayon "Əzizbəyov" adına kolxozda fəhlə işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının kolxozda işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi kolxozun sənədlərinin, xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, Kürdəmir rayon "Əzizbəyov" adına kolxozda işləməsi onun əmək kitabçasında və arxiv sənədlərində qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə kolxozun mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin kolxoz tərəfindən müəyyən dövr üçün kolxoza məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) tam qaydada arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair əsasən 1972, 1993, 1997- 1998-ci illərə dair sənədlərin arxivə tam təhvil verilməməsi və yaxud saxlanılmaması kolxozda işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. İddiaçının iş yoldaşı X1 pensiya işi məhkəməyə təqdim edilmişdir. Həmin pensiya işinin materiallarına nəzər yetirilərək müəyyən edilir ki, X1 1978-1994-cü il və 1996-cı illərdə Kürdəmir rayonu “Əzizbəyov” adına kolxozda işlədiyi illərə aid arxiv məlumatları təhvil verilmədiyi üçün Z.Surxayev barəsində məhkəmə qaydasında kolxozda işləmə faktı müəyyən etmiş və bu müddət onun sosial siğorta stajına daxil edilmişdir. Məhkəmə bildirir ki, “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinin tələbləri rəhbər tutaraq təhsil dövrü, hərbi və arxiv arayışında olan müddət nəzərə alındıqda iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 il olması müəyyən olunur. Hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlərdən biri, onun kolxozda işlədiyi müddət ilə bağlıdır. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin müvafiq olaraq a) və q) bəndlərinə görə əmək kitabçası və arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. Məhkəmə hesab edir ki, arxiv məlumatlarında ümumiyyətlə qeyd edilən illər üzrə təkcə iddiaçı ilə bağlı deyil, bütövlükdə kolxozun şəxsi heyətə aid kitabların arxivə təhvil verilmədiyi bildirildiyindən və iddiaçının bu dövrlə bağlı iş stajı əmək kitabçası ilə təsdiq edildiyindən, iddiaçının işlədiyi dövrdə qüvvədə olan hüquq normalarına görə bu dövrü iddiaçının sığorta stajına aid edilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. İddiaçının əmək kitabçasının surətində qeyd olunmuş Kürdəmir rayonu “Əzizbəyov” adına kolxozda xx.xx.1997-ci il tarixdə iddiaçının 1998-ci ilin iyun ayına kimi əmək fəaliyyəti ilə məşğul olması qeyd edilmişdir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-588/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur, onun yaşa görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya hüququ xx.xx.2019-cu il tarixdən yaranmış olur. Həmçinin iddiaçıya cavabdeh orqan tərəfindən xx.xx.2020-ci il tarixdən müavinət təyin edilmişdir. Bundan sonra İddiaçı cavabdeh orqana xx.xx.2021-ci il tarixdə və sonralar yaşa görə pensiya təyin edilməsi üçün müraciətlər etmiş və cavabdeh orqan tərəfindən pensiya təyin edilməsindən imtina edilmişdir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı pensiya hüququnun yarandığı gündən (xx.xx.2019-cu il tarixdən) yaşa görə əmək pensiyası təyin edilməli və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi (aldığı sosial müavinət çıxılmaqla) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinəqoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/1-Ş-21174/2023 qərarın ləğv edilsin. İddiaçı pensiya hüququnun yarandığı gündən (xx.xx.2019-cu il tarixdən) yaşa görə əmək pensiyası təyin edilsin və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi (aldığı sosial müavinət çıxılmaqla) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-672/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-672/2024
26.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver