Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-674/2020 24.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi x1, İddiaçı, nümayəndəsi və vəkili x2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “11 iyul 2017-ci il tarixli, 76 nömrəli sərəncamın qismən ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “11 iyul 2017-ci il tarixli, 76 nömrəli sərəncamın qismən ləğv edilməsi”barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçının iddia ərizəsi üzrə tələbindən, həmçinin sonradan təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi ərizəsindən görünür ki, İddiaçı Cavabdehnə qarşı 11 iyul 2017ci il tarixli, 76 nömrəli sərəncamın qismən ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bu arada qeyd edilməlidir ki, iddia tələbinin dəqiqləşdirilməsi ərizəsində göstərilən tələb əvvəlki iddia ərizəsi üzrə olan tələblə eynilik təşkil edir. Yəni ilkin iddia ərizəsi üzrə tələbdə hər hansı dəyişiklik olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının və onun nümayəndəsinin imzası ilə məhkəməyə təqdim olunan və hazırda iş materiallarında olan iddia ərizəsində (ərizənin 2-ci səhvəsinin 3-cü və 6-cı abzaslarında) qeyd olunur ki, iddiaçı Cavabdeh 11 iyul 2017-ci il tarixli, 76 nömrəli sərəncamının və 16 dekabr 2017-ci il tarixli 149 saylı sərəncamının surətlərini 2018-ci ilin oktyabr ayında əldə etmiş və bundan sonra yəni sərəncamların surətini əldə etdikdən sonra Cavabdehnə qarşı Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq Cavabdeh Başçısının 11 iyul 2017-ci il tarixli 76 saylı sərəncamının (hazırda mübahisələndirilən sərəncamın) qismən etibarsız hesab olunmasını istəmişəm. Göründüyü kimi iddiaçı və onun nümayəndəsi hazırda mübahisələndirilən sərəncamdan 2018-ci il tarixindən məlumatlı olduqlarını, hətta həmin sərəncamın məhkəmə qaydasında mübahisələndirldiyini qəbul edirlər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan 2018ci ilin oktyabr ayından məlumatı olmuş və prosessual müddətin axımı onun mübahisələndirdiyi qərardan məlumatlı olduğu, yəni 2018-ci ilin oktyabr ayından başlamışdır. Əvvəlki iddia tələbi üzrə icraat kassasiya instansiyasına qədər uzanmasına baxmayaq, hazırkı tələblə bağlı iddia ərziəsi ilə 10.02.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı hazırkı tələblə bağlı iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi inzibati aktdan məlumatlı olduğu vaxtdan 1 il 3 aydan artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əvvəlki iddia ərizəsi sözügedən sərəncamın etibarsızlığı ilə bağlı olmuşdursa da, hazırkı iddia tələbi həmin sərəncamın ləğv edilməsi ilə bağlıdır. Başqa sözlə əvvəlki iddia tələbi üzrə işə baxılması, hazırkı iddia tələbi üzrə iddianın vaxtında qaldırlmasını istisna etməmişdir. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş 01.02.2018-ci il tarixli 2-1(086)-245/2019 saylı qərarından (7-ci səhvəsinin 5-ci abzası və 8-ci səhvənin 2-ci və 3-cü abzası) qeyd olunmuşdur: “həm iş materiallarında olan sənədlərdən, həm də tərəflərin izahatlarından müəyyən olunur ki, qismən etibarsız hesab edilməsi tələb olunan sərəncam poçt vasitəsilə iddiaçıya göndərilmiş, iddiaçının həmin sərəncam haqqında məlumatı olmuş, torpaq sahəsinin qiymətləndirilməsi zamanı iddiaçı orada iştirak etmiş, ödəniləcək kompensasiya məbləği ilə bağlı icra hakimiyyətinin nümayəndələri ilə görüşmüş, ödəniləcək kompensasiyanın həcmi onu qane etmədiyindən sərəncamın ona aid hissədə ləğv olunmasını arzu etmiş, lakin mübahisələndirmə növündə iddianın qaldırılması ilə bağlı müddətin ötürüldüyünün fərqinə vararaq, etibarsızlığın tanınması növündə iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, inzibati aktın etibarsızlığının tanınmasına dair iddia, mübahisələndirmə haqqında iddia ilə yanaşı qaldırılması mümkün olmalıdır.” “Lakin, iddiaçıya həm yazılı, həm də şifahi qaydada iddia tələbinin dəqiqləşdirilməsi tövsiyə edilsə də, iddiaçı eyni iddia növündə qalmaqla, iddia tələbini dəyişmişdir. Yəni iddiaçı əvvəlcə Cavabdeh 16 dekabr 2017-ci il tarixli, 149 nömrəli sərəncamının qismən etibarsız hesab edilməsi xahiş etmiş, sonradan tələbini dəyişərək 11 iyul 2017ci il tarixli, 76 nömrəli sərəncamının qismən etibarsız hesab edilməsini xahiş etmiş, lakin həmin sərəncamın ləğv edilməsini tələb etməmişdir. Belə ki, mübahisələndirmə haqqında iddianın qaldırılması üçün nəzərdə tutulmuş zəruri müddətlərə riayət edilməlidir. İşin hallarından məlum olduğu kimi iddiaçı müvafiq qərardan məlumatlı olmuşdur. Göründüyü kimi hazırkı iddia mübahisələndirmə haqqında iddia kimi qaldırılacağı təqdirdə, iddianın mümkünlük şərtləri ödənilməyəcəkdir.” Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, sözügedən sərəncamın mübahisələndirilməsi ilə bağlı hələ birinci dəfə məhkəmədə iddia qaldıranda iddiaçı hazırkı iddia tələbi üzrə məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdehnə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı 11 iyul 2017-ci il tarixli, 76 nömrəli sərəncamın qismən ləğv edilməsitələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “11 iyul 2017-ci il tarixli, 76 nömrəli sərəncamın qismən ləğv edilməsi”tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-674/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-674/2020
24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver