Məhkəmə qərarları › İş №2-1(120)-674/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-674/2025

03.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-674/2025 03.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirаkları ilə, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Lənkəran-Astara regional filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-674/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddia tələbi dəyişdirilərək, iddia tələbinə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşmə aparılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1960-cı ildə Lənkəran rayonunun Sütəmurdov kəndində anadan olmuşdur. Ailəlidir, övladları var və hazırda da həmin kənddə ailəsi ilə birgə yaşayır. İddiaçı 1 sentyabr 1977-ci ildən 24 iyul 1978-ci ilə kimi (lil) Lənkəran 34 saylı texniki peşə məktəbini oxuyub bitirmişdir. xx.xx.1978-ci ildə Lənkəran konserv kombinatına işə qəbul olunmuş, xx.xx.1979-cu ildə öz ərizəsi ilə işdən azad olunmuşdur. xx.xx.1982-ci ildə yenidən Lənkəran konserv zavoduna işə qəbul olunmuş, xx.xx.1989-cu ildə öz ərizəsi ilə həmin işdən azad olunmuşdur. xx.xx.1990-cı ildə X9nə işə qəbul olunmuş, xx.xx.1999- cu ildə öz ərizəsi ilə işdən azad olunmuşdur. Sonradan o, xx.xx.2004-cü ildə Lənkəran rayon Sütəmurdov kənd baxçasına gözətçi təyin olunmuşdur, xx.xx.2006-cı ildə həmin işdən öz ərizəsi ilə ayrılmışdır. xx.xx.2008-ci ildə "xxxx" MMC-yə fəhlə kimi işə qəbul olunmuş, xx.xx.2010-cu ildə işdən öz ərizəsi ilə azad olunmuşdur. Sonra o xx.xx.2010-cu ildə "xxxx"MMC-yə fəhlə kimi işə qəbul olunmuş, xx.xx.2014-cü ildə öz ərizəsi ilə işdən azad olunmuşdur.xx.xx.2014-cü ildə "xxxx"MMC-yə fəhlə kimi işə qəbul olunmuş, xx.xx.2014-cü ildə həmin işdən azad olunmuşdur. İşlədiyi dövrlərdə onun adına bir sıra sənədlər, əmək kitabçası, əmək haqqı cədvəli və işə gəlibgetmə haqqında tabel yazılmışdır. İşlədiyi dövrlərdə əmək intizamına ciddi riayət etmişdir. Ona görə də nünunəvi işçi kimi həmişə seçilmişdir.Yuxarıda qeyd edilmiş idarə, kombinat, fabrik və MMC-lərdə işlədiyi illər onun əmək kitabçasına yazılmaqla dövlət möhürü ilə təsdiq edilmişdir. Hətta o X9ndə işlədiyi illərdə analıq məzuniyyətinə çıxmış və körpə uşağa qulluq etmək üçün qanunamüvafiq şəkildə məzuniyyət götürmüşdür. O, uşaqların doğulmasına görə və körpəyə qulluğa görə dəfələrlə fasiləsiz olaraq məzuniyyət götürmüşdür. Məzuniyyət götürdüyü dövr 1 noyabr 1990-cı ildən 16 noyabr 1999-cu illəri əhatə edir. X10 Arxivinin verdiyi arayışda onun işə qayıtma və işdən azad olması haqqında əmrlər yoxdur. Bu haqda əmək kitabçasında əmrin nömrəsi var və möhürlə təsdiq olunmuşdur, ancaq imza yoxdur. Hazırda 63 yaşı tamam olmuşdur. Onun kifayət qədər iş stajı vardır. O, sənədlərini hazırlayıb Azərbaycan Respublikasının Ə.Ə.S.M.N-nin tabeliyində olan DSMF publik hüquqi şəxsin Lənkəran-Astara regional filialına təqdim etmişdir. Uzun illər çəkdiyi zəhmətin qarşılığında ona əmək pensiyası təyin olunmamışdır. ƏƏSMN-nə müraciət etmişdir. Nazirlik ona imtina məktubu göndərmiş və məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Yuxarıda göstərilən nöqsanlara görə ona əmək pensiyası təyin edilməmişdir. Ona görə iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına (bundan sonra Mərkəzi Filial) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1 (120)-2138/2024 nömrəli inzibati iş vardır. İddiaçı iddia ərizəsində cavabdehin müvafiq tarixli məktubunun qanunsuz hesab edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir.Əvvəlcə məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. İddiaçı A X2 daxıl olmuş ərizəsinə aidiyyəti uzrə bəxılaraq müvafiq tarixli məktubla bildirilmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş müvafiq sənədlər əsasında sığorta stajı qanunla nəzərdə tutulandan (25 ıl) az olduğu uçün ona yaşa görə emək pensiyasının teyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-cı maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığor ıssəsındə qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən a/ o mayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-cı il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası huququ vardır 01 07 2022-ci il tarixdən xx.xx.2023-cü il tarıxdək pensiya yaş həddi qadınlar uçun 63 yaş müəyyən edilib. Qanunun 22-1.1-cı maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxıl olmaqla) yaşa gorə əmək pensiyası təyin edilərkən onun 2006-cı ıl yanvarın 1-dək olan sığorta stajı 25 iİ 2023-cü ildən etibarən isə hər təqvim ilı uçün bır il azaldılmaqla hesablanır. Qanunun 1 0 2-cı maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası huququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən iddiaçı A Rəhimova xx.xx.2023-cü il tarixdə (64 yaşda) yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. Məhkəməyə bildirməyi zəruri hesab edir ki, İddiaçınm təadim etdiyi müvafiq sənədlərin surətlərinə əsasən 01 09.1977-ci il tarixdən xx.xx.1978-cı il tarixədək təhsil illəri. xx.xx.1978-ci il tarixdən 10.11 1979-cu il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ümumilikdə 10 il 10 ay 8 gün mübahisələndirilməyən dövr kimi sıäorta staiı müəyyən edilmişdir. Bundan başqa, İddiaçınm fərdi hesabının sığorta hissəsində 01 01.2006-cı il tarixədək 10 il 10 ay 8 gün sığorta stajına uyğun olaraq 10283,43 manat, 01.01 2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək 5 il 1 ay sığorta stajına uyğun olaraq 2756,25 manat olmaqla ümumilikdə 13,039,68 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş ‘İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları na əsasən İddiaçı əmək kitabçasında qeyd edilmiş xx.xx.1990-xx.xx.1999-cu il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu uçün (xx.xx.1990-cı ıl tarixdə işə qəbul əmri latin qrafikasıyla yazıldığı və 18 06 1990-cı ıl tanxdə işə qəbul ilə xx.xx.1999-cu il tarixdə işdən azad olma əmrlərində müəssisə rəhbərinin imzası olmadığı, eləcə də xx.xx.1999-cu il tarixli işdən azad olma əmri 1 nömrəli olduğu uçun) həmin dövrlərin onun sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Məhkəməyə bildirməyi zəruri hesab edirik ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı, şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir.Bildiririk ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən sizə xx.xx.2017-ci il tarixindən yaşa görə sosial müavinət təyin edildiyi üçün Qanunun 22-1.2-ci maddəsi tətbiq edilməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb.Ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.İddiaçı əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Lənkəran şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-cı il tarixdə doğulmuş Rəhimova X4 rayonu, Sütəmurdov kənd ünvanında qeydiyyatdadır. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialından daxil olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019- 2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi əmək kitabçasının və təhsil haqqında diplomun surətlərinə əsasən sığorta stajı (xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla) 15 il 11 ay 8 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 10 il 10 ay 8 gün sığorta stajına uyğun olaraq 10283,43 manat, xx.xx.2006-cı il tarixidən xx.xx.2014-cü il tarixinədək 2756,25 manat olmaqla, ümumilikdə 13.039,68 manat təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (xx.xx.1990-cı il tarixində işə qəbul əmri və xx.xx.1999-cu il tarixinədə işdən azad olma əmri latin qrafikasıyla yazıldığı, əmrlərdə müəssisə rəhbərinin imzası olmadığı və xx.xx.1999-cu il tarixli işdən azad olma əmri 1 nömrəli olduğu üçün) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixindən yaşa görə sosial müavinət təyin edildiyi üçün (hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir) Qanunun 22-1.2-ci maddəsi tətbiq edilməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. - İşdə olan xx.xx.1990-cı il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1978-xx.xx.2014-cü illərdə müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - İşdə olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş 4834 nömrəli, 24 iyul 1978-ci il tarixli atestatın surətindən görünür ki, İddiaçı xx.xx.1977-xx.xx.1978-ci illərdə Lənkəran 34 saylı texniki peşə məktəbini oxuyub bitirmişdir. - Lənkəran rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3- 48DA7F/1-2xx-xx-2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı X9ndə 1990-1997-ci illərdə işləməsi barədə olan xx.xx.2024-cü il tarixli 3-48 - DA-7f/ 1-254/2023 (əvvəlki 3-48 DA-7F/ l-R-758/2023) №-li əmrlərə aid arxiv arayışı və həmin arayışı təsdiqləyən əmrlərin ksero surətləri göndərilir. X6 1990-1997-ci illər əmək haqqı kitabları yoxlanıldı, həmin kitablarda İddiaçı adı müəyyən olunmadı. - Lənkəran rayon Dövlət Arxivinin 3-48DA7F/1-254-1-42-2023 nömrəli arxiv arayışında göstərilmişdir ki, Rəhimova X4 Tikiş fabrikinin 21 iyun 1990-cı il tarixli 53 № li əmri § 4 X5 2 № li tikiş sexinə işə qəbul edilmişdir. X6 01 noyabr 1990-cı il tarixli 89 № li § 8 Rəhimova Asya körpə uşağa qulluq etməkdən ötrü 1 / Xİ -90-cı ildən 1/ Xİ - 91- ci ilə qədər məzuniyyət verilmişdir.X6 14 fevral 1992-ci il tarixli 19 № li əmri § 1 Rəhimova Asya körpə uşağa görə 12 /11-92 -ci ildən 1/ İV -92-ci ilə qədər məzuniyyət verilmişdir. X6 01 aprel 1992-ci il tarixli 30 № li əmri § 8 Rəhimova Asya 01/İV -92-ci ildən analıq məzuniyyətindən işə qaytarılmışdır. X6 22 sentyabr 1992-ci il tarixli 85 № li əmri § 5 Rəhimova Asya 24 / İX -92 -ci ildən 10 / İİ -94-cü ilə qədər körpə uşağın 1 yaş yarımına kimi məzuniyyət verilmişdir. X6 22 iyun 1994-cü il tarixli 48 № li əmri § 2 Rəhimova Asya 22 / Vİ -94 -cü ildən 27 / İX -95-cü ilə qədər körpə uşağın 1 yaş yarımına kimi məzuniyyət verilmişdir. X6 27 noyabr 1995-ci il tarixli 57 № li əmri § 5 Rəhimova Asiya uşağın yaş yarımı qurtardığı üçün 3 yaşma qədər 27- İİİ- 1997- ci ilə qədər məzuniyyət verilmişdir. X6 əmr kitabları yoxlanıldı, lakin Rəhimova Asiyanın analıq məzuniyyətindən işə qayıtması və işdən azad olunması əmrləri müəyyən olunmadı. X7ma aid olan 21 iyun 1990-cı il tarixli 53 № li əmr başqa xəttlə yazılmışdır. - İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2024-cü il tarixli, 3-34/2-5/01-3/2024 nömrəli məktubunda göstərilmişdir ki, X9 (sonradan "xxxx" ASC) 03 iyul 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli qarşılıqlı yoxlama aktından görünür ki, 1)Rəhimova X4 Tikiş Fabrikinin xx.xx.1990-cı il tarixli, 53 nömrəli əmri ilə 2№-li tikiş sexinə işə qəbul edilmişdir. 2) X6 xx.xx.1990-cı il tarixli, 89 nömrəli əmri ilə 1№-li sexin tikişçisi İddiaçı, körpə uşağa görə1 il 01.İX.1990-cı ildən 01.Xİ.1991-ci ilə qədər məzuniyyət verilmişdir.3) X6 xx.xx.1991-ci il tarixli, 96 nömrəli əmri ilə 1№-li sexin tikişçisi İddiaçı uşağın 1 yaş 2 aylığından sonra 01.Xİ.1991-ci ildən xx.xx.1992-ci ilədək 4 ay məzuniyyət verilmişdir. 4) X6 xx.xx.1992-ci il tarixli, 13 nömrəli əmri ilə 1№-li sexin tikişçisi İddiaçı körpə uşağa görə xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək məzuniyyət verilmişdir. 5) X6 xx.xx.1992-ci il tarixli, 30 nömrəli əmri ilə 1№-li sexin ikinci növbəsinin tikişçisi İddiaçı xx.xx.1992-ci ildən analıq məzuniyyətindən işə qaytarılmışdır. 6) X6 xx.xx.1992-cı il tarixli, 85 nömrəli əmri ilə 1№-li sexin tikişçisi İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü ilədək körpə uşağın 1 yaş yarımına qədər məzuniyyət verilmişdir. 7) X6 xx.xx.1994-cü il tarixli, 48 nömrəli əmri ilə 1№-li sexin tikişçisi İddiaçı xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək uşağın 1 yaş yarımına qədər məzuniyyət verilmişdir.8) X6 xx.xx.1995-ci il tarixli, 57 nömrəli əmri ilə 1№-li sexin tikişçisi İddiaçı uşağının yaş yarımı qaldığı üçün 3 yaşına qədər xx.xx.1997-ci ilədək məzuniyyət verilmişdir. İddiaçı adına məzuniyyətdən işə qayıtma və işdən azad edilmə əmrləri aşkar edilməmişdir. X1 aid olan 21 iyun 1990-cı il tarixli 53 № li əmr başqa xəttlə yazılmışdır. -İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2-301207/2023 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli 2-1(120)-5060/2023 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. Adıçəkilən şəxsin təqdim etdiyi sənədlərin surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixinədək təhsil illəri, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ümumilikdə 10 il 10 ay 8 gün mübahisələndirilməyən dövr kimi sığorta stajı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1990-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (xx.xx.1990-cı il tarixində işə qəbul əmri və xx.xx.1999-cu il tarixinədək işdən azad olma əmri latin qrafikasıyla yazıldığı, əmrlərdə müəssisə rəhbərinin imzası olmadığı və xx.xx.1999-cu il tarixli işdən azad olma əmri 1 nömrəli olduğu üçün) həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1,2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixdən İddiaçı yaşa görə sosial müavinət təyin edildiyi üçün Qanunun 22-1,2-ci maddəsi tətbiq edilməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixədək 10 il 10 ay 8 gün sığorta stajına uyğun olaraq 10283,43 manat,xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək 5 il 1 ay sığorta stajına uyğun olaraq 2756,25 manat olmaqla ümumilikdə 13.039,68 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. -İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-74736/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı pensiya təyin olunması barədə müraciəti ilə bağlı inzibati icraat materiallarında əmək fəaliyyətinin yoxlanılmasına dair qarşılıqlı yoxlama aktı aşkar edilməmişdir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 3-17-1/2-5744/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixində yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçının təqdim etdiyi 4834 nömrəli attestatın surətində qeyd olunan məlumatlara əsasən onun xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil dövrü, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək, o4.06.1982-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək, xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla 10 il 10 ay 8 gün, xx.xx.2006-cı il tarixindən sonra Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) "Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək pensiya kapitalı qeydə alınan 5 il 1 ay əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla mübahisələndirilməyən sığorta stajı ümumilikdə 15 il 11 ay 8 gün təşkil edir. İddiaçı pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 10 il 10 ay 8 gün sığorta stajına uyğun olaraq 10053,83 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək 2756,25 manat (2023-cü il tarixinə indeksləşdirilmiş məbləğ) olmaqla, ümumilikdə 12810,08 manat təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 4.1- ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Adıçəkilən şəxsin ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan xx.xx.1990-cı il tarixli işə götürülmə əmri və xx.xx.1999-cu il tarixli işdən azad olma əmri latın qrafikasıyla yazıldığı və məsul şəxsin imzası olmadığı üçün həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən İddiaçı xx.xx.2017-ci il tarixindən yaşa görə sosial müavinət təyin edildiyi üçün Qanunun 22-1.2-ci maddəsi tətbiq edilməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun normalarına əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası təyin olunur. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tələb olunan sosial sığorta stajını toplamamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən,1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Belə ki, iddiaçının sığorta stajını təsdiq edən sənədlər təqdim edilən əmək kitabçası, arxiv arayışları olmuşdur. Yəni, cavabdeh orqan tərəfindən iddiaçının iddiaçının təqdim etdiyi sənədlərə əsasən, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixinədək təhsil illəri, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla 10 il 10 ay 8 gün, xx.xx.2006-cı il tarixdən sonra Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək pensiya kapitalı qeydə alınan 5 il 1 ay əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla, mübahisələndirilməyən siğorta stajı 15 il 11 8 gün təşkil edir. Cavabdeh orqan iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən, əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək X9ndə tikişçi (xx.xx.1990-cı il tarixində işə qəbul əmri və xx.xx.1999-cu il tarixinədək işdən azad olma əmri latin qrafikasıyla yazıldığı, əmrlərdə müəssisə rəhbərinin imzası olmadığı və xx.xx.1999-cu il tarixli işdən azad olma əmri 1 nömrəli olduğu üçün) həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmadığı üçün iddiaçının 25 ildən az siğorta stajı dövrünün mövcud olduğunu müəyyən etmişdir. İddiaçıya məxsus əmək kitabçasında xx.xx.1990-cı il tarixdən xx.xx.1999-cu il tarixədək X9ndə tikişçi olaraq əmək fəaliyyəti barədə məlumat-xx.xx.1990-cı il tarixində işə qəbul əmri və xx.xx.1999-cu il tarixədək işdən azad olma əmri latin qrafikasıyla yazıldığı, əmrlərdə müəssisə rəhbərinin imzası olmadığı üçün arxiv arayışı göndərilmiş və xx.xx.2024-cü il tarixli qarşılıqlı yoxlama aktı tərtib edilmiş və Rəhimova X4 Tikiş Fabrikinin xx.xx.1990-cı il tarixli, 53 nömrəli əmri ilə 2№-li tikiş sexinə işə qəbul edilməsi, X6 xx.xx.1990-cı il tarixli, 89 nömrəli əmri ilə 1№-li sexin tikişçisi İddiaçı, körpə uşağa görə1 il 01.İX.1990-cı ildən 01.Xİ.1991-ci ilə qədər məzuniyyət verilməsi, X6 xx.xx.1991-ci il tarixli, 96 nömrəli əmri ilə 1№-li sexin tikişçisi İddiaçı uşağın 1 yaş 2 aylığından sonra 01.Xİ.1991ci ildən xx.xx.1992-ci ilədək 4 ay məzuniyyət verilməsi, X6 xx.xx.1992-ci il tarixli, 13 nömrəli əmri ilə 1№-li sexin tikişçisi İddiaçı körpə uşağa görə xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək məzuniyyət verilməsi, X6 xx.xx.1992-ci il tarixli, 30 nömrəli əmri ilə 1№-li sexin ikinci növbəsinin tikişçisi İddiaçı xx.xx.1992-ci ildən analıq məzuniyyətindən işə qaytarılması, X6 xx.xx.1992-cı il tarixli, 85 nömrəli əmri ilə 1№-li sexin tikişçisi İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü ilədək körpə uşağın 1 yaş yarımına qədər məzuniyyət verilməsi, X6 xx.xx.1994-cü il tarixli, 48 nömrəli əmri ilə 1№-li sexin tikişçisi İddiaçı xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək uşağın 1 yaş yarımına qədər məzuniyyət verilməsi, X6 xx.xx.1995-ci il tarixli, 57 nömrəli əmri ilə 1№-li sexin tikişçisi İddiaçı uşağının yaş yarımı qaldığı üçün 3 yaşına qədər xx.xx.1997-ci ilədək məzuniyyət verilməsi barədə məlumat əldə edilmişdir. Məhkəmə iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi dövrlə bağlı X9ndə əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı hər hansı sübut, dəlil əldə edə bilməmişdir. Məhkəmə iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək X9ndə işləyib, əmək haqqı aldığı dövrü sığorta stajı kimi qəbul edir. Buna baxmayaraq iddiaçının tələb olunan sığorta stajı kifayət etmir. Məhkəmə tərəfindən qeyd edilir ki, iddiaçının işlədiyi xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək X9ndə tikişçi vəzifəsində ilədək işlədiyi dövrlər sosial siğorta stajı kimi qəbul edilmiş olsa belə, pensiya təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajı yaranmır. Başqa sözlə, iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə təqdim etdiyi sənədlərə müvafiq olaraq Qanunla tələb edilən 25 ildən az sığorta stajı mövcuddur. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə sosial siğorta stajı və pensiya kapitalı qeydə alınmamışdır.Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələb olunan sosial sığorta stajı yaranmır. Göründüyü kimi, cavabdehin iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etməsi qanuni olmuşdur və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə görə məhkəmə hesab edir ki, cavabdeh haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı işlədiyi illərin iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun1ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin–ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq -sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §4753; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §7677, Karsonun işi (Carson), § 64). Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya ünvanladığı cavab məktubu işin maddi hüquqi əsasları və müraciətin yekun nəticəsi baxımından qanuni və əsaslı olmuşdur. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan sənədlərə əsasən aparılmış riyazi hesablamalara görə iddiaçı 2006-cı il 1 yanvar tarixədək 25 ildən az ümumi əmək stajını toplamışdır ki, bu da qanunvericiliyin tələbləri nəzərə alındığı halda ona yaşa görə pensiya təyinatının aparılması üçün kifayət deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-cimaddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar