Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-675/2024 20.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Salyan rayon Mərkəzi Xəstəxanası” X18rşı “əlilliyin müəyyən olunması və əlillik dərəcəsinin verilməsi üçün göndərişin göndərilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Cavabdeh “Salyan rayon Mərkəzi Xəstəxanası” X18rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əlilliyin müəyyən olunması və əlillik dərəcəsinin verilməsi üçün göndərişin göndərilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4.-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2003-cü ildə Salyan rayonunun Qaraçala kəndində anadan olmuş, xx.xx.2021-ci il tarixdə SHXÇDX-nin Salyan rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, hərbi xidmətdə olduğu zaman N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 971 nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən yoxlamadan keçmiş, xəstəliyi ilk dəfə həmin müayinə zamanı aşkar olunmuşdur. N nömrəli hərbi hissə komandiri tərəfindən hava desant qoşunlarından hərbi xidmətə yararlığın təyin edilməsi üçün hərbi həkim komissiyasından keçən zaman EXO KQ müayinəsi ilə MN BKH-na kardioloq və revmatoloqun konsultasiyasına göndərilmiş, aparılan müayinələrin nəticəsinə əsasən ona “Revmatizim, Mitral qapaq çatışmazlığı diaqnozu qoyulmuşdur. Bundan sonra həkim komissiyası tərəfindən əlilliyin təyin edilməsi üçün göndərişin verilməsi ilə bağlı “Salyan rayon Mərkəzi Xəstəxanası” X22 müraciət etmiş, lakin “Salyan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi onun göndərişinin verilməsindən xx.xx.2022-ci il tarixli, 466 nömrəli məktubla imtina etmişdir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarının 1.4-cü maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Həmin Qərarın 1.9cu maddəsinə əsasən orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Həmin Qərarın 2.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Həmin Qərarın 2.2-ci maddəsinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qərarın 2.4-cü maddəsinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qeyd edilənləri nəzərə alraq əlilliyimin müəyyən olunması və ona əlillik dərəcəsinin verilməsi üçün göndərişin (forma 88) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi öhdəliyinin cavabdeh “Salyan rayon Mərkəzi Xəstəxanası” X20 üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və “Salyan rayon Mərkəzi Xəstəxanası” X20 nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbi mümkün olsa da əsassızdır, ona görə də təmin oluna bilməz. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan komissiyanın sədri və üzvləri X6, (baş həkim) X7, (terapevt) X11, (ümumi cərrah) X8 və (pediatr) X10 (nevropatoloq) tərtib etdikləri həkim məsləhət komissiyası tərəfindən əlilliyin təyin edilməsi üçün göndərişlərin verilməsindən imtina aktından görünür ki, İddiaçı “Rematizm, qeyri fəal dövr MQ çatmamazlığı əlilliyin müəyyən edilməsi məqsədilə tibbi müəssisənin həkim məsləhət komissiyasına müraciət etmişdir və 08 sentyabr 2022-ci il tarixdə keçirilən həkim məsləhət komissiyasının iclası zamanı onun diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş”Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlilliyin müəyyən edilməsinə əsasən verən diaqnozlara uyğun gəlmədiyi müəyyən edilmişdir. Bu səbəbdən “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi QaydasCnın təsdiq edilməsi və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydalarf’nın təsdiq edilməsi barədə” Azərbaycan Resublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarına əsasən şəxsin tibbi sənədlərinin əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Salyan rayon Mərkəzi Xəstəxanası” X20 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, PHŞ-6-68/2-1189/2023 nömrəli məktubunda qey edilmişdir ki, Poliklinika şöbəsinin müdiri Tünzalə Əsədovanın 35 nömrəli, xx.xx.2023-cü il tarixli məlumatına əsasən, Salyan rayon Qaraçala kənd sakini 2003-cü il təvəllüdlü İddiaçı poliklinikaya dəvət olundu. Həkim revmotoloq tərəfindən xx.xx.2022-ci il tarixdə E.T.K.İ-na göndərilmiş və “Revmatizim qeyri fəal faza. Mirtal qapaq çatışmazlığı İ dərəcə” diaqnozu ilə epikriz təqdim edilmişdir. Lakin bu diaqnoz əlillik təyini üçün müəyyən olunmuş meyarlarda öz əksini tapmadığından xəstəyə xx.xx.2022-ci tarixdə imtina aktı yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 1293 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı aid xx.xx.2023-cü il tarixli, 9284 nömrəli xəstəlik haqqında şəhadətnamənin təsdiq olunmuş surəti Sizin ünvana göndərilir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının arxiv bazasında vətəndaş İddiaçı dair xx.xx.2023-cü il tarixli, 9284 saylı “Xəstəlik haqqında şəhadətnamə” dən başqa heç bir sənəd və məlumat yoxdur. MN MHHK-sı tərəfindən forma 88 arayışları tərtib olunmur. Bu arayışların Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi vətəndaşların qeydiyyatda olduqları poliklinika şöbələri tərəfindən həyata keçirilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akamedik C.M.Abdullayev adına X3” X20 məhkəməyə ünvanladı xx.xx.2023-cü il tarixli, 3-28-7/2- 396/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, 14.08 2003-cü il təvəllüdlü Salyan rayonu, Qaraçala kəndində anadan olan vətəndaş İddiaçı (FİN-xxxxxxx) xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik C.M Abdullayev adına X3” publik hüquqi şəxsin Poliklinika şöbəsində ambulator muayinədən keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Salyan rayon Mərkəzi Xəstəxanası” X20 məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, PHŞ-6-68/2-1570/2023 nömrəli məktubunda qey edilmişdir ki, Poliklinika şöbəsinin müdir əvəzi Fərqanə Pənahovanın xx.xx.2023-cü il tarixli məlumatına əsasən, 2003-cü il il təvəllüdlü İddiaçı poliklinikaya dəvət olundu. Həkim revmotoloq tərəfindən xx.xx.2022-ci il tarixdə Elmi X5na göndərilmiş və “Revmatizim qeyri fəal faza. Mirtal qapaq çatışmazlığı İ dərəcə” diaqnozu ilə epikriz təqdim edilmişdir, lakin bu diaqnoz əlillik təyini üçün müəyyən olunmuş meyarlarda öz əksini tapmadığından xəstəyə xx.xx.2022-ci tarixdə imtina aktı yazılmışdır. Məhkəmənin xx.xx.2023-cü il qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X20 xx.xx.2023-cü il tarixli T919/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 28 dekabr 2023-cü il tarixdə Adilov X14 Təkrari ekspertizalar şöbəsində müayinədən keçirildi. Deməsinə görə 2021-ci ildə hərbi xidmətdə olarkən xəstələnmiş, BKH-da dörd-beş gün stasionar müalicə olunmuş və əsgərlikdən təxris olunmuşdur. Halhazırda şikayəti ürək nahiyəsində ağrıdan və qıcolmadandır. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi qidalıdır. İddiaçı tibbi rəy verilməsi üçün X2 göndərilir. Akademik C.Abdullayev adına X3nun konsultativ poliklinika şöbəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli rəydə qeyd edilmişdir ki, İddiaçı şikayətləri ürəkdə sancan ağrılardan, ürək döyünmədəndir. Halı kafidir. Huşu aydındır. A/T-120/80 mm civə sütununa bərabərdir. Nəbzi bir dəqiqədə 60 vurğudur, ritmikdir. Ürək tonları karlaşıb, zirvədə sistolik küy eşidilir. Ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilir. EKQ nəticəsi: sinus bradikardiyası, erkən repolyarizasiya sindromu qeyd edilir. ExoKQ nəticəsi: sol mədəciyin sistola-diastolik ölçüləri genişlənməyib, sistolik funksiyası N (LVEF=60%). Diastolik funksiya pozulmayıb, seqmentar divar hərəkəti qüsuru qeyd edilmir. Mitral qapaq qalınlaşıb. Rəngli doppler ExoKQ: MÇ-İ-İİ0. Diaqnoz: “QÜQ, mitral klapanm çatışmazlığı İ- İİ dərəcə. Akademik C.Abdullayev adma X1 İddiaçı adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli transtorakal exokardioqrafıya nəticəsində qeyd edilmişdir: sol mədəciyin sistoladiastolik ölçüləri genişlənməyib, süstolik funksiyası N (LVEF=60%). Diastolik funksiyası pozulmayıb, seqmentar divar hərəkəti qüsuru qeyd edilmir. Mitral qapaq qalınlaşıb. Perikard boşluğu təmizdir. Rəngli doppler ExoKQ: MÇ-İ-İİ. Beləliklə, vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adma müvafiq tibb müəssisəsində doldurulub göndərilmiş göndərişdə qeyd edilmiş diaqnoz əyani müayinədə əlillik əlamətləri təyin etmir. 2003-cü il təvəllüdlü İddiaçı adma tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: -Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən onun düçar olduğu xəstəlikləri stasionarda müalicədə olarkən kliniki, anamnestik, laboratorinstrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparılmış, onların səmərəliliyi, proqnozu qənaətbəxş olmuşdur. -Vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə-tibbi müayinədən keçərkən tibbi rəy verilməsi üçün X2 göndərilmiş və xx.xx.2023-cü il tarixdə aparılmış müayinələrdən sonra onda “QÜQ, mitral klapanın çatışmazlığı İ-İİ dərəcə” diaqnozu müəyyən edilmişdir. -Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə müvafiq olaraq əlilliyin müəyyən edilməsi qeyd edilən diaqnozlara uyğun gəlmədiyi üçün göndərişlərin verilməsindən imtina edilməsi düzgün olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bəndinə əsasən Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-ci bəndinə əsasən Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bəndinə əsasən Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bəndinə əsasən Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bəndinə əsasən şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-ci bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-ci bəndinə əsasən peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bəndinə əsasən əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bəndinə əsasən Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bəndinə əsasən Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-ci bəndinə əsasən Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-ci bəndinə əsasən Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bəndinə əsasən Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. 2.6-ci bəndinə əsasən Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. 2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışını təmin edir. 2.8-ci bəndinə əsasən Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 3.1-ci bəndinə əsasən Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: - 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; Yuxarıda sadalanan normalardan göründüyü kimi İddiaçı “Rematizm, qeyri fəal dövr MQ çatmamazlığı əlilliyin müəyyən edilməsi məqsədilə tibbi müəssisənin həkim məsləhət komissiyasına müraciət etmişdir və 08 sentyabr 2022-ci il tarixdə keçirilən həkim məsləhət komissiyasının iclası zamanı onun diaqnozunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş” Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlilliyin müəyyən edilməsinə əsasən verən diaqnozlara uyğun gəlmədiyi müəyyən edilmişdir. Bu səbəbdən “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi QaydasCnın təsdiq edilməsi və “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydalarf’nın təsdiq edilməsi barədə” Azərbaycan Resublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarına əsasən şəxsin tibbi sənədlərinin əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati icraat dövlət-şəxs, şəxs-hakimiyyət münasibətləri probleminin səmərəli həlli yollarının axtarışında yaradılmış mühüm institutlardan biridir. Bu institutun məqsədi inzibati orqanlar üçün hüquqi başlanğıcların, rəhbər istiqamətlərin müəyyən edilməsi, bütün idarəçilik orqanları üçün ümumi olan qaydalar qəbul etməklə, hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi sahəsində hüquqi yanaşmaların vahidliyini təmin etməkdən ibarətdir. İnzibati icraat institutu dövlət orqanlarının və ya hakimiyyət səlahiyyətlərini həyata keçirən şəxslərin idarəçilik fəaliyyəti ilə bağlı istifadə etdiyi üsul və qaydaların konstitusion prinsiplərə əsaslanmasını, hüquqi dövlətin tələblərinə, ədalət və mütənasiblik meyarlarına cavab verməli olmasını, maraqlı şəxslərin mənafelərinin nəzərə alınmasını tələb edir. İnzibati orqanların idarəçilik fəaliyyətinin vahid icraat qaydalarının müəyyən edilməsi yolu ilə hakimiyyətdən sui-istifadənin, şəxslərin hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması mümkündür ki, əks hal, hakimiyyət səlahiyyətlərinin qanunla müəyyən edilmiş qaydadan kənar həyata keçirilməsinə şərait yaradır. Belə olan halda, hər bir dövlət orqanı öz səlahiyyətlərini dəqiq və aydın şəkildə müəyyən olunmuş, bütün dövlət orqanları üçün eyni cür və vahid qaydalar əsasında həyata keçirməlidir ki, idarəçilik fəaliyyəti ilə bağlı icraat qaydalarının inzibati orqanların hər biri tərəfindən ayrıayrılıqda müəyyən olunması məqbul deyildir. İnzibati icraat institutu konstitusiya prinsipləri əsasında nizama salınan icraat qaydalarının vahidliyini, şəffaflığını və sadəliyini müəyyən etməklə yanaşı, şəxsləri inzibati orqanların və onların vəzifəli şəxslərinin özbaşınalığından, süründürməçiliyindən qorumaq üçün lazımi təşkilati-hüquqi mexanizmlərin yaradılmasını özündə ehtiva edir. Bu çərçivədə şəxs dövlət orqanları tərəfindən idarəçilik fəaliyyəti ilə bağlı qəbul edilmiş qərarların və dövlət orqanlarının hərəkətlərinin (hərəkətsizliyinin) əsaslılığını və qanuniliyini öz hüquq və mənafeləri baxımından qiymətləndirmək, eləcə də onları inzibati və ya məhkəmə qaydasında mübahisələnirmək hüququna malikdir. Bununla da, bir tərəfdən qanunsuz hərəkətlərə yol vermiş şəxslərin hüquqi məsuliyyətə cəlb olunmasına, digər tərəfdən isə şəxslərin qanuni mənafelərinin təmin olunmasına nail olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2003-cü ildə Salyan rayonunun Qaraçala kəndində anadan olmuş, xx.xx.2021-ci il tarixdə SHXÇDX-nin Salyan rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmış, hərbi xidmətdə olduğu zaman N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 971 nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən yoxlamadan keçmiş, xəstəliyi ilk dəfə həmin müayinə zamanı aşkar olunmuşdur. N nömrəli hərbi hissə komandiri tərəfindən hava desant qoşunlarından hərbi xidmətə yararlığın təyin edilməsi üçün hərbi həkim komissiyasından keçən zaman EXO KQ müayinəsi ilə MN BKH-na kardioloq və revmatoloqun konsultasiyasına göndərilmiş, aparılan müayinələrin nəticəsinə əsasən ona “Revmatizim, Mitral qapaq çatışmazlığı diaqnozu qoyulmuşdur. Bundan sonra həkim komissiyası tərəfindən əlilliyin təyin edilməsi üçün göndərişin verilməsi ilə bağlı “Salyan rayon Mərkəzi Xəstəxanası” X22 müraciət etmiş, lakin “Salyan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi onun göndərişinin verilməsindən xx.xx.2022-ci il tarixli, 466 nömrəli məktubla imtina etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmətibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X19-Təcrübi və Tədris Birliyinə həvalə edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” X20 ekspertləri tərəfindən xx.xx.2023-cü il tarixli, T919/2023 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: 2003-cü il təvəllüdlü İddiaçı adma tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: -Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən onun düçar olduğu xəstəlikləri stasionarda müalicədə olarkən kliniki, anamnestik, laboratorinstrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparılmış, onların səmərəliliyi, proqnozu qənaətbəxş olmuşdur. -Vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəmə-tibbi müayinədən keçərkən tibbi rəy verilməsi üçün X2 göndərilmiş və xx.xx.2023-cü il tarixdə aparılmış müayinələrdən sonra onda “QÜQ, mitral klapanın çatışmazlığı İ-İİ dərəcə” diaqnozu müəyyən edilmişdir. -Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə müvafiq olaraq əlilliyin müəyyən edilməsi qeyd edilən diaqnozlara uyğun gəlmədiyi üçün göndərişlərin verilməsindən imtina edilməsi düzgün olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.5-ci bəndinin tələblərinə görə həmin bənddə sadalanan hallarda yalnız tibb müəssisəsi tərəfindən göndəriş verilə bilər. İddiaçının hətta mütəmadi olaraq həkim müayinəsindən keçməsi özü-özlüyündə onun müalicə olunması anlamına gəlmir. Digər tərəfdən, əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün məhz əlilliyə səbəb ola bilən diaqnozların, həmçinin “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.5-ci bəndində nəzərdə tutulmuş şərtlərin mövcudluğu tələb olunur. İddiaçının əlillik dərəcəsinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.2-ci və 1.5-ci bəndində göstərilən əsaslar yoxdur. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və qanunvericiliyin yuxarıda qeyd edilən şərtlərinin mövcudluğu müəyyən edilmədiyindən cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1,68, 69, 75.4, 85.1 -ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “Salyan rayon Mərkəzi Xəstəxanası” X18rşı “əlilliyin müəyyən olunması və əlillik dərəcəsinin verilməsi üçün göndərişin göndərilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-675/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-675/2024
20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver