Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-677/2022 19.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi xx katibliyi, İddiaçı, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X1 nümayəndəsi X3 iştirаkı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X4na qarşı «xx.xx.1992-xx.xx.2000-ci ilədək Sabirabad 40 nömrəli Yol Sahəsində, xx.xx.2000-xx.xx.2003-cü illərdə X2 Təchizat idarəsində işlədiyi iş stajı nəzərə alınmaqla ona xx.xx.2018-ci il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının xx.xx.2021-ci il tarixdən bərpa edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə 19 dekabr 2022-ci il tarixdə, Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun X4na qarşı 2000-2003-cü illərdə Sairabad İstehsalat texniki təcrübə idarəsində işlədiyi iş stajı nəzərə alınmaqla ona xx.xx.2018-ci il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının xx.xx.2021ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1992-xx.xx.2000-ci ilədək Sabirabad 40 nömrəli Yol Sahəsində, xx.xx.2000-xx.xx.2003cü illərdə X2 Təchizat idarəsində işlədiyi iş stajı nəzərə alınmaqla ona xx.xx.2018-ci il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının xx.xx.2021-ci il tarixdən bərpa edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin 4 saylı Regional Ərazi filialının pensiyamın dayandırılması ilə bağlı hərəkətlərini qanunsuz hesab edib, 2000-2003-cü illərdə X2 təcrübə idarəsində işlədiyi iş stajı nəzərə alınmaqla ona xx.xx.2018-ci il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının xx.xx.2021-ci il tarixdən pensiyanının dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir və bu halı onunla əsaslandırır ki, 2000-2003-cü illərdə X2 təcrübə idarəsində işləmiş və onun 25 ildən çox ümumi iş stajı mövcuddur. İddiaçı yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin ona pensının bərpa olunmasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxsinin 4 saylı Regional Ərazi filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda iddiaçıya xx.xx.2018-ci il tarixli qərarla yaşa görə əmək pensiyası təyin edildiyi, daha sonra audit yoxlaması nəticəsində xx.xx.2000-ci ildən xx.xx.2003-cü ilədək X2 Təchizat İdarəsində işlədiyini iddia etdiyi illəri sosial sığorta stajının əmək kitabçasında qeyd edilməsinə baxmayaraq idarənin sənədləri arxivə təhvil verilmədiyindən yoxlanılması mümkün olmadığı üçün sosial sığorta stajı öz təsdiqini tapmadığından həmin illərin nəzərə alınmasından imtina edildiyi və bu səbəblə xx.xx.2021-ci il tarixdən əmək pensiyasının dayandırıldığı qeyd edilmişdir. Sonradan cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaya qarşı yazılı etirazını təqdim etmiş və etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Fondun regional filialına ona yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun müvafiq filialı tərəfindən ərizəyə baxılaraq vətəndaşa yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra filial tərəfindən daxili araşdırma aparıldıqda vətəndaşın pensiya hüququnun olub-olmamasına yenidən baxılmış, iddiaçının xx.xx.1990-cı ildən xx.xx.2000-ci ilədək Sabirabad 40 № Yol Sahəsində, xx.xx.2000-ci ildən xx.xx.2003-cü ilədək X2 Təchizat İdarəsində işlədiyini iddia etdiyi illəri sosial sığorta stajına daxil edilməyərək iddiaçıya əmək pensiyası ödənişi dayandırılmışdır. İnzibati orqan tərəfindən qeyd edilmişdir ki, sözügedən müəssisələrin sənədləri arxivə təhvil verilmədiyindən əmək fəaliyyətinin yoxlanılması mümkün olmamışdır və həmin illər sosial sığorta stajına daxil edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddələrin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Sabirabad 40 № Yol Sahəsinin və X2 Təchizat idarəsinin arxiv sənədlərinin yeri məlum olmadığı üçün inzibati orqan tərəfindən vətəndaşın həqiqətən də işləyib-işləmədiyini, əməkhaqqı alıb-almadığını və əməkhaqqdan sosial sığorta haqlarının tutulub-tutulmaması yoxlanıla bilmədiyi üçün həmin illər vətəndaşın sosial sığorta stajına daxil edilmir. Qeyd olunanlardan bir daha aydın olur ki iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun X4na qarşı “2000-2003-cü illərdə X2 təcrübə idarəsində işlədiyi iş stajı nəzərə alınmaqla ona xx.xx.2018ci il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının 21,05.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə iddiaçının iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Şifahi məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 izahatında iddia tələbini qəbul etmədiyini, xx.xx.1992-xx.xx.2000-ci ilədək Sabirabad 40 nömrəli Yol Sahəsində, xx.xx.2000xx.xx.2003-cü illərdə X2 Təchizat idarəsində işlədiyi iş stajı arxiv sənədləri təsdiq edilə bilmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İDDİANİN MÜMKÜNLÜYÜ : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İDDİANİN ƏSASLİLİĞİ : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuşdur və ona xx.xx.2018-ci il tarixdən 63.5 yaşından 26 il 7 ay 7 gün sığorta stajı ilə yaşa görə əmək pensiyası təyin edilmiş və audit yoxlaması nəticəsi olaraq xx.xx.2021-ci il tarixdən əmək pensiyası dayandırılmışdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Nusratdinov Şükiri xx.xx.1954-cü il tarixdə Özbəkistan Respublikası, Səmərqənd şəhərində doğulmuş, Sabirabad rayonu, Qaratəpə kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildən xx.xx.2003-cü il tarixədək fasilələrlə ayrı-ayrı müəssisələrdə əmək fəaliyyətində olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli, HT ******* nömrəli hərbi biletdən görünür ki, Nusratdinov Şükiri xx.xx.1973-xx.xx.1975-ci illərdə SSRİ Silahlı Qüvvələri sıralarında hərbi xidmətdə olmuşdur. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, X2-Təchizat İdarəsi 9 rəqəmli ********* saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, xx.xx.2004-cü il tarixdə isə 10 rəqəmli ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə vergi ödəyicisi kimi uçotuna alınması barədə məlumat aşkar edilmişdir. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X2-Təchizat İdarəsi xx.xx.2004-cü il tarixdə, Sabirabad 40 saylı Yol Sahəsi isə xx.xx.1996-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. X2-Təchizat İdarəsinin fəaliyyət vəziyyəti və Sabirabad 40 saylı Yol Sahəsinin isə mövcud olan iş qovluğu məhkəməyə təqdim edilmişdir. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məlumatların təqdim edilməsi barədə məktubundan görünür ki, dövlət reyestrində “40 saylı Yol Sahəsi”nin xx.xx.1996-cı il tarixdə D-1141 nömrə dövlət qeydiyyatından keçməsi və hüquqi ünvanının ünvan 1aylı Yol Sahəsi” adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********09 nömrəli məktubundan görünür ki, X2 Təchizat İdarəsi dövlət əmlakının Registrində qeydiyyata alınmışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məhkəmənin sorğusu əsasında məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, Sığortaedənlərin iş qovluqlarında olan məlumatlara əsasən müraciətdə qeyd edilən dövrlər üzrə Sabirabad 40 nömrəli Yol Sahəsinin 1994-1999-cu və X2 Təchizat İdarəsinin xx.xx.2000xx.xx.2003-cü illərdə fəaliyyəti olmuşdur. Belə ki, cavabdeh tərəfindən verilmiş yazılı etirazın surətindən görünür ki, cavabdeh imtina üçün 3 halı əsas götürmüşdür: - İddiaçının Sabirabad 40 nömrəli Yol Sahəsində işlədiyi xx.xx.1992-ci ildən xx.xx.2000-ci il tarixədək işlədiyi illərin əmək haqlarının yoxlanılmasının mümkün olmaması; - İddiaçının X2 Təchizat İdarəsində işlədiyi xx.xx.2000-ci ildən xx.xx.2003-cü il tarixədək işlədiyi illərin əmək haqlarının yoxlanılmasının mümkün olmaması; - iddiaçının 25 il ümumi iş stajının toplamaması; Məhkəmə cavabdehin imtina məktubunda göstərilən hər üç əsasa münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmiş və həmin hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə ki, cavabdeh inzibati orqanın xx.xx.2018-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2018-ci il tarixdən , yəni 63.5 yaşından yaşa görə əmək pensiyası təyin edilmiş və sonradan audit yoxlaması nəticəsi olaraq yaşa görə əmək pensiyası dayandırılmışdır. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olubolmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1974-cü il tarixli, ******* nömrəli əmək kitabçasının əmək kitabçasına nəzər yetirdikdə məlum olur ki, iddiaçı: - xx.xx.1974-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildən xx.xx.2003-cü il tarixədək fasilələrlə ayrı-ayrı müəssisələrdə əmək fəaliyyətində olmuşdur. Cavabdehin məhkəməyə ünvanladığı məktublara əsasən iddiaçının əmək kitabçası və hərbi xidmət dövrü ilə birlikdə ümumilikdə 26 il 07 ay 07 gün olmuşdur və iddiaçının hərbi xidmətdə olan dövrü cavabdeh mübahisəsiz hal kimi qəbul etmişdir. Qeyd olunmalıdır ki, iddiaçının hərbi xidmətdə olduğu və əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrü cəmlədikdə müəyyən olunur ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çox təşkil edir. Lakin, nəzərə alınmalıdır ki, cavabdeh ümumi iş stajı ilə bağlı şərtin ödənilməməsi qənaətinə gələrkən, iddiaçının xx.xx.1992 - xx.xx.2000, xx.xx.2000 - xx.xx.2003-cü illərdə işlədiyi dövrün əmək haqlarının yoxlanılmasının mümkün olmadığını əsas götürmüşdür. Məhkəmə cavabdehin irəli sürdüyü bu mülahizələr ilə razılaşmır. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı (15 il 03 ay 26 gün) “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığörta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. İddiaçının işlədiyi Sabirabad 40 nömrəli Yol Sahəsi və X2 Təchizat İdarəsi ilə bağlı arxiv sənədlərinin olmamasına dair cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə məhkəmə bildirir ki, adıçəkilən müəssisə ilə bağlı arxiv sənədlərinin olmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Bax: Ali Məhkəmənin № 2- 1(102)-594/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ali Məhkəmə tərəfindən formalaşdırılmış təcrübəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr Siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilərlər. Bu halda, məhkəmə ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmamasını yoxlamalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına - ƏƏSMN-ə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, eləcə də digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğu verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış varsa onun hüquqi varisindən əldə edilməlidir. Əgər hüquqi varis yoxdursa, onda sözügedən arayışı müəssisənin sənədlərinin saxlanıldığı qurum verməlidir. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər.” Məhkəmə diqqətə çatdırır ki, yuxarıda göstərilən qərarda Ali Məhkəmənin formalaşdırılmış təcrübəsi odur ki, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulan güzəştli iş stajı ilə bağlı şərtin ödənilibödənilməməsinin müəyyən edilməsi güzəştli arayış əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, şəxsin işlədiyi dövrdə müəssisənin fəaliyyət göstərən müəssisə olubolmamasının müəyyən edilməsi mühüm olan məsələlərdən biridir ki, bu zaman müvafiq araşdırmanın aparılması üçün aidiyyəti orqanlara müraciət olunmalıdır. Qeyd olunmalıdır ki, bu araşdırma təkcə güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Ali Məhkəmə xüsusi ilə vurğulamışdır ki, əgər hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər. Nəzərə alınmalıdır ki, bu hissə məhz güzəştli arayış ilə bağlı olmuşdur ki, vətəndaşın ümumi iş stajının yoxlanılması zamanı hər hansı oxşar müəssisəyə sorğu verilməsi zərurəti yaranmır. Yuxarıda göstərilənlər əsasında öz xidməti vəzifəsinə uyğun olaraq məhkəmə tərəfindən aidiyyəti üzrə inzibati orqanlara sorğular vermiş və məhkəmə icraatı zamanı məhkəməyə ünvanlanmış sorğulara cavab məktublarından məlum olmuşdur ki: - dövlət reyestrində “40 saylı Yol Sahəsi”nin xx.xx.1996-cı il tarixdə D-1141 nömrə dövlət qeydiyyatından keçməsi və hüquqi ünvanının ünvan 1aylı Yol Sahəsi” adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır. - Sabirabad 40 nömrəli Yol Sahəsi və X2 Təchizat İdarəsi ilə bağlı arxiv sənədləri Sabirabad rayon Dövlət Arxivinə təhvil verilməmişdir. - X2-Təchizat İdarəsi 9 rəqəmli ********* saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, xx.xx.2004-cü il tarixdə isə 10 rəqəmli ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə vergi ödəyicisi kimi uçotuna alınması barədə məlumat aşkar edilmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məhkəmənin sorğusu əsasında məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubundan görünür ki, Sığortaedənlərin iş qovluqlarında olan məlumatlara əsasən müraciətdə qeyd edilən dövrlər üzrə Sabirabad 40 nömrəli Yol Sahəsinin 1994-1999-cu və X2 Təchizat İdarəsinin xx.xx.2000xx.xx.2003-cü illərdə fəaliyyəti olmuşdur. - X2-Təchizat İdarəsi xx.xx.2004-cü il tarixdə, Sabirabad 40 saylı Yol Sahəsi isə xx.xx.1996-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. X2-Təchizat İdarəsinin fəaliyyət vəziyyəti və Sabirabad 40 saylı Yol Sahəsinin isə mövcud olan iş qovluğu məhkəməyə təqdim edilmişdir. Beləliklə, iddiaçının əmək fəaliyyəti göstərdiyi Sabirabad 40 saylı Yol Sahəsi əvvəllər Sabirabad 46 saylı X12 adlandırılmışdır. Azərbaycan SSR Ali Sovetinin 07 dekabr 1989-cu il tarixli fərmanı, Respublika Nazirlər Sovetinin 30 dekabr 1989-cu il tarixli, 524 nömrəli qərarı və Azərbaycan SSR avtomobil yolları istehsalat birliyinin 15 yanvar 1990-cı il tarixli, 06 nömrəli əmrinə əsasən “Avtoyol” təmir tikinti istehsalat birliyi “Azəravtoyol” İstehsalat Birliyinə çevrilmişdir. “Azəravtoyol” İstehsalat Birliyinin xx.xx.1990-cı il tarixli, 51 nömrəli əmrinə əsasən isə onun tərkibində olan təşkilatların adları dəyişdirilmiş, “Cənubavtoyol” tikinti təmir idarəsi 3 nömrəli yol istismar idarəsinə çevrilmişdir. “Azəravtoyol” İstehsalat Birliyinin 3 nömrəli yol istismar idarəsinin xx.xx.1990-cı il tarixli, 33 nömrəli əmrinə əsasən 46 saylı X7 adı dəyişdirilərək Sabirabad 40 saylı Yol Sahəsi kimi adlandırılmışdır. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən Sabirabad 40 saylı Yol Sahəsi tərəfindən 1994-1999-cu illərdə, eləcə də X2-Təchizat İdarəsi tərəfindən 2000-2003-cü illərdə məcburi dövlət sığorta haqlarının müəyyən hissəsinin ödənilməsi də həmin qeyd edilən təşkilatların fəaliyyətdə olmuş təşkilat olduğunu sübut edir. Araşdırma ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların arxivdə saxlanılmaması iddiaçının təqsiri səbəbilə olmamışdır. Həmçinin bununla bağlı arxiv məlumatın olmamasını da məhkəmə iddiaçının ziyanına şərh etmir. Belə ki, əgər arxivdə yalnız İddiaçı ilə bağlı əmək haqqı arayışı və cədvəlləri olmasaydı o halda məhkəmə bu halı iddiaçının ziyanına şərh edə bilərdi. Sorğu cavablarına, eləcə də qarşılıqlı yoxlama aktına əsasən Sabirabad 40 saylı Yol Sahəsi və X2- Təchizat İdarəsi ilə bağlı ümumi əmək haqqı cədvəlləri, eləcə də digər maliyyə sənədlərinin arxivə təqdim edilmədiyi aşkar qeyd edilmişdir. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. Bu səbəbdən Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının Sabirabad 40 saylı Yol Sahəsində və X2-Təchizat İdarəsində işlədiyi illəri onun sığorta stajına daxil edir. Qeyd olunan iş stajı və orduda xidmət illəri cəmləndikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı mövcuddur. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyası dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməlidir. İddiaçı tələbində həmçinin, pensiya bərpa olunduğu vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında Məhkəmə hesab edir ki, iddiaçıya pensiya bərpa edildiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının bərpa edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Nusratdinov Şükiriyə xx.xx.1992-xx.xx.2000-ci ilədək Sabirabad 40 nömrəli Yol Sahəsində, xx.xx.2000-xx.xx.2003cü illərdə X2 Təchizat idarəsində işlədiyi iş stajı nəzərə alınmaqla ona xx.xx.2018-ci il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının xx.xx.2021-ci il tarixdən bərpa edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X1 üzərinə vəzifə olaraq qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. NƏTİCƏVİ HİSSƏ: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Nusratdinov Şükiriyə xx.xx.1992-xx.xx.2000-ci ilədək Sabirabad 40 nömrəli Yol Sahəsində, xx.xx.2000-xx.xx.2003-cü illərdə X2 Təchizat idarəsində işlədiyi iş stajı nəzərə alınmaqla ona xx.xx.2018-ci il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının xx.xx.2021ci il tarixdən bərpa edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyi Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X1 üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-677/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-677/2022
19.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver