Məhkəmə qərarları › İş №2-1(120)-677/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-677/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-677/2023 17.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi XN iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı hərbi biletlndə və şəxsi işində N, 08 və 09 noyabr N0N0-ci il tarixlərində xidmət keçməsi barədə məlumatların qeydiyyatının aparılması, müharibə veteranı adının və vəsiqəsinin verilməsi və müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçıN cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “hərbi biletlərində və şəxsi işlərində N, 08 və 09 noyabr N0N0-ci il tarixlərində xidmət keçmələri barədə məlumatların qeydiyyatının aparılması, müharibə veteranı adının və vəsiqəsinin verilməsi və müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.N0NN-cü il tarixli N-1(1N0)-677/N0NN nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçıN Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hərbi biletlərində və şəxsi işlərində N, 08 və 09 noyabr N0N0-ci il tarixlərində xidmət keçmələri barədə məlumatların qeydiyyatının aparılması, müharibə veteranı adının və vəsiqəsinin verilməsi və müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair N-1(1N0)-677/N0NN saylı iş müstəqil işlər üzrə icraata ayrılmışdır. İddiaçı1 iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi” haqqında N8 sentyabr N0N0-ci il tarixli Sərəncamına əsasən müvafiq olaraq müharibədə iştirak üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılıblar. O, müvafiq olaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə gətirilərək siyahıya alınıb və xx.xx.N0N0-ci il tarixə qədər bu hərbi hissədə qalaraq döyüş əmri gözləyiblər.xx.xx.N0N0-ci il tarixdə iddiaçı digər çağırışçılarla birlikdə qeyd edilən hərbi hissədən çıxarılaraq ona verilən şifahi məlumata görə döyüşə aparılıb. Lakin iddiaçıya məlum olmayan səbəbdən o döyüşə deyil, döyüş bölgəsində yerləşən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə gətirilib. Burada ona qısa müddət sonra döyüş tapşırığına uyğun olaraq döyüşə girəcəyi bildirilib. İki gün, yəni N və 08 noyabr N0N0-ci il tarixlərində qeyd edilən hərbi hissədə qalaraq hərbi xidmətkeçmə qaydalarına uyğun olaraq xidməti tapşırıq və əmrləri yerinə yetirən iddiaçı xx.xx.N0N0-ci il tarixdə səhər tezdən digər çağırışçılarla və döyüşlər zamanı yaralanıb müalicə olunduqdan sonra döyüşə geri dönən hərbi qulluqçularla birlikdə “KAMAZ” markalı avtomobillə ona verilən şifahi məlumata görə Şuşa şəhəri istiqamətində döyüşə aparılmışdır. Təxminən saat 1N.00-1N.00 radələrində avtomobil xarab olduğundan maşın işğaldan azad edilmiş Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisində dayanmış, şəxsi heyət maşından düşürülmüşdür.Bu ərazidə düşmənlə hər an döyüşə girmək ehtimalı nəzərə alınaraq komandanlığın əmri əsasında iddiaçı da daxil olmaqla bütün şəxsi heyət həmin kənddə mövqelənib döyüş növbətçiliyinin təşkilində iştirak ediblər. Bu kənddə 16 noyabr N0N0-ci il tarixə qədər döyüş növbətçiliyində qaldıqdan sonra işğaldan azad edilmiş Hadrut qəsəbəsinə aparılıblar.Göründüyü kimi iddiaçı N0N0-ci ilin oktyabr ayının sonu və noyabr ayının əvvəllərində döyüş zonasına yaxın hərbi hissədə toplanmış, xx.xx.N0N0-ci il tarixdən döyüşlərin getdiyi əraziyə aparılmaq üçün ilkin toplandıqları hərbi hissədən çıxarılmış, N gün ərzində döyüş bölgəsində yerləşmiş N saylı hərbi hissədə xidməti tapşırıqları yerinə yetirdikdən sonra xx.xx.N0N0-ci il tarixdə Vətən Müharibəsi zamanı işğaldan azad edilmiş və birbaşa döyüş bölgəsi hesab edilən Şuşa şəhərinə aparılsa da avtomobildə yaranmış texniki nasazlıq səbəbilə işğaldan azad edilmiş və döyüş bölgəsi hesab edilən digər ərazi-Xocavənd rayonunun Böyük Tağlar kəndində qalaraq möhkəmlənmiş və döyüş tapşırığına uyğun olaraq döyüş növbətçiliyi aparmışlar. İddiaçıya məxsus hərbi biletdə N0N0-ci ilin oktyabr ayının son və noyabr ayının ilk günlərində müvafiq hərbi hissəyə toplanaraq siyahıya alınması, o cümlədən xx.xx.N0N0-ci il tarixdə həmin hərbi hissədən çıxması öz təsdiqini tapır. Lakin bu hərbi hissədən çıxarıldıqdan sonra N gün ərzində, yəni N, 08 və 09 noyabr N0N0-ci il tarixlərində hansı hərbi hissənin tabeçiliyində xidmət etməsi iddiaçıya məlum olmayan səbəbdən onurı hərbi biletində əks olunmayıb.xx.xx.N0N0-ci il tarixdən isə iddiaçının N saylı hərbi hissənin tabeçiliyinə verilməsi və müvafiq tarixlərdə tərxis olunana qədər bu hərbi hissədə xidmət keçməsi barədə qeyd hərbi biletlərdə aparılmışdır. İddiaçının hərbi biletində əks olunmayan N gün (N, 08 və 09 noyabr N0N0-ci i!) onun hərbi biletinə və şəxsi işinə işlənməli, iddiaçının bu günlər ərzində, xüsusən də 09 noyabr N0N0- ci il tarixində işğaldan azad edilmiş Böyük Tağlar kəndində, yəni birbaşa döyüş bölgəsində müdafiə xarakterli döyüş tapşırıqlarını icra etməsi və bu səbəbdən də aşağıda qeyd ediləcək hüquqi əsaslara görə ona ‘‘Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi təmin edilməlidir. İş üzrə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının tələbləri əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq Müharibə veteranı adı N0N0-ci il sentyabrın N7dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, məhkəmənin sorğusunun icrasının təmin olunmasını təmin etmək məqsədi ilə onun tərəfindən N nömrəli hərbi hissəyə müvafiq sorğu verilmişdir. Sorğuya cavab olaraq təqdim edilən N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N0-ci il tarixli N1 nömrəli əmri ilə 6-cı tamamlama bölüyünün sanitar atıcısı İddiaçı1 şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi, N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0ci il tarixli 41 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli 0N5 nömrəli əmrinə əsasən hərbi hissələrin şəxsi heyətlə komplektləşdirilməsi məqsədi ilə İddiaçı1 N noyabr N0N0-ci il tarixdən 70N nömrəli hərbi hissəyə göndərilmiş hesab edilməsi, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarıldığı qeyd edilmişdir. 70N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli N18 nömrəli əmri ilə sanitar və qaytarılmaz itkilərin bərpası üçün əsgər İddiaçı1 N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, N7 dekabr N0N0-ci il tarixli N66 nömrəli əmrlə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmiş, şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştrak edən hərbi hissələrin siyahısında olmadığına görə, iddiaçıların 70N nömrəli hərbi hissədə xidmətləri N noyabr N0N0-ci il tarixdən sonraya, döyüş əməliyyatlarının dayandırılması dövrünə təsadüf etdiyinə görə iddiaçılara “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı hərbi biletlərində qeydlərin aparılması və “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı1 izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 6N.N-cü maddəsinə əsasən məhkəmə iddiaçı və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N.N.N-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr N019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr N019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Kürdəmir rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Kürdəmir rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1987-ci il tarixdə anadan olmuş və Kürdəmir rayonu, Şilyan kəndində qeydiyyatdadır. - İşdə olan AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı1 N006- N0N-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında xidmət etmişdir. xx.xx.N0N0-ci il tarixində müharibədə iştirak üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmışdır. N8N hərbi hissədə xx.xx.N0N0-ci ildən xx.xx.N0N0-ci ilədək, N saylı hərbi hissədə xx.xx.N0N0-ci ildən xx.xx.N0N0-ci ilədək qulluq etmişdir. N saylı hərbi hissənin tərkibində Şuşa kəndinin mühafizə və müdafiəsində iştirak etmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın iddiaçıya ünvanladığı xx.xx.N0NN-ci il tarixli, 4/N-6786 nömrəli məktubunda qeyd edilmişdir ki, "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın xx.xx.N0NN-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. - İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kürdəmir rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.N0NN-ci il tarixli N71-18718-1N nömrəli məktubunda göstərilmişdir ki, şöbənin aidiyyəti əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarında, xx.xx.1987-ci il təvəllüdlü, Kürdəmir rayonu Şilyan kəndində qeydiyyatda olan İddiaçı1 məhkumluğu barədə məlumat, eləcə də onun barəsində Kürdəmir RPŞ-də təqsirləndirici material aşkar olunmamışdır. - İşdə olan N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N0-ci il tarixli N1 nömrəli əmrindən görünür ki, əsgər İddiaçı1 6-cı tamamlama bölüyünün sanitar atıcısı Səfərbərlik təyinatına müvafiq olaraq N oktyabr N0N0-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. - İşdə olan N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli 41 nömrəli əmrindən görünür ki, N noyabr N0N0-ci il tarixdən əsgər İddiaçı1 70N nömrəli hərbi hissəyə göndərilmişdir. - İşdə olan 70N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli N18 nömrəli əmrindən görünür ki, əsgər İddiaçı1 5-ci motoatıcı tabor 14-cü bölük N-ci taqım N-ci manqa baş atıcı vəzifəsinə təyin olunmuşdur. - İşdə olan 70N nömrəli hərbi hissə komandirinin N7 dekabr N0N0-ci il tarixli N66 nömrəli əmrindən görünür ki, əsgər İddiaçı1 5-ci motoatıcı tabor 14-cü bölük N-ci taqım N-ci manqa baş atıcı SHXÇDX-nın Kürdəmir rayon şöbəsinə göndərilmişdir. - İşdə olan 70N nömrəli hərbi hissə komandirinin N yanvar N0NN-cü il tarixli 797 nömrəli aktında göstərilmişdir ki, aşağıda imza edənlər komissiyanın sədri; 5-ci taborun komandiri polkovnik-leytenant X1 üzvləri: 5-ci tabor komandirinin maddi-texniki təminat üzrə müavini baş leytenant X5, 5-ci tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini mayor X6, 5-ci taborun1N-cü bölüyünün 1-ci taqım komandiri baş leytenant X4 bu aktı tərtib edirik ondan ötrü ki, həqiqətən də hərbi vəzifəli əsgər İddiaçı1 xx.xx.N0N0-ci il tarixdə N nömrəli hərbi hissədən 70N nömrəli hərbi hissəyə göndərilmiş və xx.xx.N0N0-ci il tarixdə “Vətən müharibəsində” 5-ci taborun tərkibində Şuşa şəhəri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüş əməliyyatlarına getdiyinə görə hərbi vəzifəli əsgər İddiaçı1 70N nömrəli hərbi hissəyədaxil olması barədə qeydlər xx.xx.N0NN-ci il tarixdə aparılmışdır. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.N0NN-cü il tarixli, N-4N-NN/N-467/NN nömrəli məktubunda qeyd edilmişdir ki, 1987-ci il təvəllüdlü ehtiyatda olan əsgər İddiaçı1 xx.xx.N0N0-cı il tarixdən xx.xx.N0N0-ci il tarixdək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində, xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək isə 70N nömrəli hərbi hissədə səfərbərlik üzrə həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N0-ci il tarixli N74 nömrəli əmrilə ehtiyata buraxılmışdır. İddiaçı1 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsində heç bir məlumat yoxdur. N-08-09 noyabr N0N0-ci il tarixlərdə N8N və 70N nömrəli hərbi hissələrin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi barədə aidiyyəti üzrə Müdafiə Nazirliyinə müraciət olunması tövsiyyə olunur. - İşdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.N0NN-cü il tarixli N-N-1N/N-N0-1478/NN nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı1 N0N0-ci ilin sentyabr-noyabr aylarında baş vermiş döyüş əməliyyatları zamanı N8N və 70N nömrəli hərbi hissələrdə xidmət etməsilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun N-cü maddəsinin N-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin N-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli N16 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N018 tarixli 4NN nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh orqan tərəfindən vətəndaş İddiaçı1 döyüş əməliyyatları aparılan dövrdə N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına, habelə N saylı hərbi hissədə xidmətləri xx.xx.N0N1-ci il tarixdən sonraya, yəni döyüş əməliyyatlarının dayandırılması dövrünə təsadüf etdiyinə görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq 70N nömrəli hərbi hissə komandirinin N yanvar N0NN-cü il tarixli 797 nömrəli aktında göstərilmişdir ki, aşağıda imza edənlər komissiyanın sədri; 5-ci taborun komandiri polkovnik-leytenant X1 üzvləri: 5-ci tabor komandirinin maddi-texniki təminat üzrə müavini baş leytenant X5, 5-ci tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini mayor X6, 5-ci taborun1N-cü bölüyünün 1-ci taqım komandiri baş leytenant X4 bu aktı tərtib etmişdir ki, həqiqətən də hərbi vəzifəli əsgər İddiaçı1 xx.xx.N0N0-ci il tarixdə N nömrəli hərbi hissədən 70N nömrəli hərbi hissəyə göndərilmiş və xx.xx.N0N0-ci il tarixdə “Vətən müharibəsində” 5-ci taborun tərkibində Şuşa şəhəri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüş əməliyyatlarına getdiyinə görə hərbi vəzifəli əsgər İddiaçı1 70N nömrəli hərbi hissəyədaxil olması barədə qeydlər xx.xx.N0NN-ci il tarixdə aparılmışdır. Həmçininin İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.N0NN-cü il tarixli, N-4N-NN/N-467/NN nömrəli məktubunda qeyd edilmişdir ki, 1987-ci il təvəllüdlü ehtiyatda olan əsgər İddiaçı1 xx.xx.N0N0-cı il tarixdən xx.xx.N0N0-ci il tarixdək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində, xx.xx.N0N0-ci il tarixdən xx.xx.N0N0-ci il tarixədək isə 70N nömrəli hərbi hissədə səfərbərlik üzrə həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N0N0-ci il tarixli N74 nömrəli əmrilə ehtiyata buraxılmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın təqdim etdiyi məlumatlar arasında ziddiyyətlər vardır. Məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N0-ci il tarixli N1 nömrəli əmri ilə 6-cı tamamlama bölüyünün sanitar atıcısı İddiaçı1 şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi, N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli 41 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli 0N5 nömrəli əmrinə əsasən hərbi hissələrin şəxsi heyətlə komplektləşdirilməsi məqsədi ilə İddiaçı1 N noyabr N0N0-ci il tarixdən 70N nömrəli hərbi hissəyə göndərilmiş hesab edilməsi, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarıldığı, 70N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli N18 nömrəli əmri ilə sanitar və qaytarılmaz itkilərin bərpası üçün əsgər İddiaçı1 N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, N7 dekabr N0N0-ci il tarixli N66 nömrəli əmrlə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmiş, şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılması qeyd edilmiş, lakin 70N nömrəli hərbi hissə komandirinin N yanvar N0NN-cü il tarixli 797 nömrəli aktla iddiaçının xx.xx.N0N0-ci il tarixdə N nömrəli hərbi hissədən 70N nömrəli hərbi hissəyə göndərilməsi və xx.xx.N0N0-ci il tarixdə “Vətən müharibəsində” 5-ci taborun tərkibində Şuşa şəhəri uğrunda gedən döyüşlərdə iştirak etməsi, döyüş əməliyyatlarına getdiyinə görə hərbi vəzifəli əsgər 70N nömrəli hərbi hissəyə daxil olması barədə qeydlər xx.xx.N0NN-ci il tarixdə aparılmışdır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun N4-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7N.N və 7N.N.N-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in N.N.N-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), N.N.N-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.N-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in NN.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in NN.N-ci maddəsinə görə bu Məcəllənin NN.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in N4.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 7N.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 7N.N-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 7N.N-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 7N.N.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 7N.N.N) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 7N.N.N) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı1 müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, NN.1-ci, 58.7-ci, 6N-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı1 müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən N0 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi N) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən N0 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar