Məhkəmə qərarları › İş №2-1(120)-678/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-678/2025

08.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-678/2025 08.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı Neftçala Rayon Neftçala Bələdiyyəsinin nümayəndəsi X19 iştirakı ilə, İddiaçı Neftçala Rayon Neftçala Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «Neftçala Bələdiyyəsinin 296 kv.m torpaq sahəsinə görə verilmiş X6 adına qeydiyyata alınmış qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cı il tarixli çıxarışın və Neftçala Bələdiyyəsinin 525 kv.m torpaq sahəsinə görə verilmiş Gültəkin Zakir qızının adına qeydiyyata alınmış qeydiyyat nömrəsi **********, xx.xx.2019-cı il tarixli çıxarışın qeydiyyatının ləğv edilməsi» tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Neftçala Rayonu Bələdiyyəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Məhkəmənin 2-1(120)-2151/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iş üzrə X16 və X17 zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 2-1(120)-2151/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iş üzrə “X16 və X8 adına çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması davam etdirilmişdir. Şirvan İnzibati məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2151/2024 saylı qərardadı ilə üçüncü şəxslər X16 və X8 nümayəndəsi və vəkili Vəkil vəsatəti təmin edilmiş, iddiaçı Neftçala bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “X16 və X8 adına olan çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2- 1(120)-2151/2024 saylı inzibati iş üzrə icraat, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(086)-2005/2019 iş üzrə yekun məhkəmə aktı qəbul edilib, qanuni qüvvəyə minənədək dayandırılmışdır. Şirvan İnzibati məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-678/2025 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Neftçala Rayonunun Bələdiyyəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı «çıxarışların ləğv edilməsi» tələbinə dair iş üzrə icraat təzələnmişdir. Şirvan İnzibati məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-678/2025 saylı qərardadı ilə iddia tələbinə iddiaçı Azərbaycan Respublikası Neftçala Rayonunun Bələdiyyəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi qarşı “Neftçala Bələdiyyəsinin 296 kv.m torpaq sahəsinə görə verilmiş X6 adına qeydiyyata alınmış qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cı il tarixli çıxarışın və Neftçala Bələdiyyəsinin 525 kv.m torpaq sahəsinə görə verilmiş Gültəkin Zakir qızının adına qeydiyyata alınmış qeydiyyat nömrəsi **********, xx.xx.2019-cı il tarixli çıxarışın qeydiyyatının ləğv edilməsi” barədə cavabdehin üzərinə öhdəlik qoyulması qoyulması kimi baxılması davam etdirilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin iş № 2-1 ( 086-2005-2019) saylı 16 dekabr 2019-cu il tarixli qərarında, Neftçala bələdiyyəsinin xx.xx.2019-ci il tarixli 7 nömrəli iclasında qəbul olunmuş ayrı-ayrılıqda fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulan 1-ci məsələ üzrə 0.0525 ha torpaq sahəsinin satış qiyməti 1513 manat, 2-məsəiə uzrə 0.0296 ha torpaq sahəsinin satış qiyməti 740 manat,3-cü məsələ üzrə 0.06 ha torpaq sahəsinin satış qiyməti 1500 manat, 4-cü məsələ üzrə növbəti 0.06 torpaq sahəsinin satış qiyməti 1500 manat müəyyənləşdirilmiş qərarlar, Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsin 13-saylı Şirvan Ərazi İdarəsinin qiymət arayışında 0.525 ha torpaq sahəsinin bazar qiyməti 6700 manat 0.0296 ha torpaq sahəsinin bazar qiyməti 4000 manat, 0.06 ha torpaq sahəsinin bazar qiyməti 6300 manat, 0.06 ha torpaq sahəsinin bazar qiyməti isə 6300 manat qiymətləndirildiyi üçün ləğv edilmişdir. Neftçala bələdiyyəsi Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qərarını nəzərə alaraq bələdiyyənin xx.xx.2020-ci il tarixli 02-saylı qərarı ilə, Neftçala bələdiyyəsinin xx.xx.2019-ci il tarixli, 07 saylı iclasında 4 məsələ üzrə qəbul olunmuş 4 qərarı ləğv etmişdir. Yuxarıda göstərilən torpaq sahələrindən 0.0525 ha torpaq sahəsi 30 may 2019-cu il tarixində Neftçala şəhər sakini X18 ilə Neftçala bələdiyyəsi arasında notariat qaydasında alqı-satqı müqaviləsi bağlanaraq 1313 ( bir min üç yüz on üç) manata satılmış və 0.0296 ha torpaq sahəsi 30 may 2019- cu il tarixində Neftçala şəhər sakini X15 ilə Neftçala bələdiyyəsi arasında notariat qaydasında alqı-satqı müqaviləsi bağlanaraq 740 ( yeddi yüz qırx) manata satılmışdır. Həmin qərarlar Şirvan İnzibati -İqtisadi Məhkəməsinin xx.xx.2023ci il tarixli iş № 2-1(086)- 2005/2019-cu il tarixli və Neftçala bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 02-saylı qərarı ilə ləğv edilməsinə baxmayaraq, Neftçala şəhər sakinləri X18 və X15 xx.xx.2019-cu il tarixində həmin torpaq sahələrinə görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13-saylı Şirvan Ərazi İdarəsindən çıxarış almışdırlar. Neftçala bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 135-saylı məktubu ilə DƏDK və Reyestr publik hüquqi şəxsin 13-saylı Şirvan Ərazi idarəsinə müraciət edərək Neftçala şəhər sakinləri X18 və X6 adına olan çıxarışların ləğv edilməsini xahiş etmişdir. Cavabında həmin idarənin 13 iyul 2022-ci il tarixli **********24-saylı məktubu ilə Neftçala bələdiyyəsinə bildirilmişdir ki, çıxarışların ləğvi hüquq səhiblərinin müraciəti və ya məhkəmənin qərarı əsasında aparılır. Neftçala bələdiyyəsi Şirvan İnzibati-İqtisadi məhkəməsinə məktub yazaraq ƏMDK-nın yanında DƏDRX-nın ərazi idarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Neftçala şəhər sakini X11 verilmiş **********-saylı qeydiyyat nömrəli Dövlət Reyestrindən çıxarışın və ƏMDK-nın yanında DƏDRX-nın ərazi idarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Neftçala şəhər sakini X9 verilmiş **********-saylı qeydiyyat nömrəli Dövlət Reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmişdir. Cavabında Neftçala bələdiyyəsinə bildirilmişdir ki, ilkin olaraq müvafiq sənədləri əlavə etməklə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13-saylı Şirvan Ərazi İdarəsinə müraciət etməli müraciətin təmin edilmədiyi və bununla razılaşmadığı təqdirdə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45 və 46-cı maddələrinin tələbinə riayət etməklə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13-saylı Şirvan Ərazi İdarəsinə qarşı öhtəliyin icrası haqqında iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilər. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Neftçala bələdiyyəsi Neftçala şəhəri ərazisində yerləşən 0.0525 ha və 0.0296 ha torpaq sahələrinə dair vətəndaşların hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədlərinin ləğvi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Sözügedən torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi hüquq sahiblərinin müraciəti və ya məhkəmənin qərarı əsasında aparılır. Hüquq sahiblərinin müraciəti və ya məhkəmənin qərarı olmadığından Neftçala ədiyyəsinin müraciətinin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnin 13 saylı Şirvan Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş müəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi ə başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər zsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinə etiraz edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X24 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçısının izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. - İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********24 nömrəli məktubda göstərilmişdir ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən daşınma əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqları dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunur. Sözügedən torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaq, əmlakın dövlət reyestrindən çıxarışın ləğvi hüquq sahiblərinin müraciəti və ya məhkəmənin qərarı əsasında aparılır. - İşdə olan Azərbaycan Respublikası Neftçala rayonu Neftçala bələdiyyəsini 17.02 2020-cü il tarixli iclas protokolunun 02 nömrəli qərarına əsasən, Şirvan İnzibati-lqtisadi Məhkəməsinin iş № 2-1 (086)-2005/2019 saylı 16 dekabr 2019-ci il tarixli qərarı nəzərə alınmış, Neftçala bələdiyyəsinin 13 may 2019-ci il tarixli 7 nömrəli iclasında qəbul olunmuş dörd ədəd akt ləğv edilmişdir. - İşdə olan Şirvan İnzibati -İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, iş № 2- 1(086)- 2005/2019-cu il tarixli qərarı ilə iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə İdarəsinin cavabdeh Neftçala bələdiyyəsinə qarşı xx.xx.2019-cu il tarixli, 7 saylı iclasında 4 məsələ üzrə qəbul olunmuş 4 qərarın ləğv olunması barədə iddia tələbi təmin edilmiş, Neftçala bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 7 nömrəli iclasında qeyd edilmiş 4 qərar ləğv edilmişdir. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-02/2-1094/2024 saylı məktubuna əsasən, X10 adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli və X7 adına verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışların və onların verilməsinə əsas olmuş sənədlərin surətlərinin təqdim edilməsi barədə məktubuna aidiyyəti üzrə baxılmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən X10 adına xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və X7 adına xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın verilməsi barədə məlumat aşkar edilməmişdir. xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Neftçala bələdiyyəsinə məxsus olmuş Neftçala şəhəri, H.Əliyev prospekti 27B ünvanında yerləşən 0,0525 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixli 4Ə-341 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X10 adına xx.xx.2019- cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Həmçinin xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Neftçala bələdiyyəsinə məxsus olmuş Neftçala şəhəri, H.Əliyev prospekti 27A ünvanında yerləşən 0,0296 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixli 4Ə-340 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X8 adına xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. - İşdə olan Neftçala bələdiyyəsinin 13 may 2019-ci il tarixli 7 nömrəli iclas protokoluna əsasən, X5 Fondunun alqı-satqı predmeti olan yaşayış məntəqəsi təyinatı torpaqlarından 0.0525 ha və ya 525 kv.m torpaq sahəsinin Neftçala şəhər sakini X10 xüsusi mülkiyyətinə fərdi yaşayış evinin tikintisi məqsədilə (müsabiqədənkənar) satılması barədə bələdiyyənin “İqtisadi inkişaf məsələləri daimi komissiyası”nın xx.xx.2019-cu il tarixli, 01 saylı iclas qərarı təsdiq edilməsi, X5 fondunun alqı-satqı predmeti olan yaşayış məntəqəsi təyinatlı torpaqlarından qeydiyyat nömrəsi ********** nömrəli Çıxarışla və AN 350755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri ilə bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.0525 ha torpaq sahəsi (müsabiqədənkənar) fərdi yaşayış evinin tikintisi məqsədilə X3 xüsusi mülkiyyətinə satılması; X5 Fondunun alqı-satqı predmeti olan yaşayış məntəqəsi təyinatı torpaqlarından 0.0296 ha və ya 296 kv.m torpaq sahəsinin Neftçala şəhər sakini X8 xüsusi mülkiyyətinə fərdi yaşayış evinin tikintisi məqsədilə (müsabiqədənkənar) satılması barədə bələdiyyənin “İqtisadi inkişaf məsələləri daimi komissiyası”nın xx.xx.2019-cu il tarixli, 01 saylı iclas qərarının X5 fondunun alqısatqı predmeti olan yaşayış məntəqəsi təyinatlı torpaqlarından qeydiyyat nömrəsi ********** nömrəli Çıxarışla və AN 350754 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri ilə bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.0265 ha torpaq sahəsi (müsabiqədənkənar) fərdi yaşayış evinin tikintisi məqsədilə X4 xüsusi mülkiyyətinə satılmas qərara alınmışdır. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Neftçala şəhəri, H.Əliyev prospekti, 27A ünvanında yerləşən 0.0296 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan AN-İ ******* saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlkaın alqı-satqı müqaviləsinə əsasən, Neftçala Rayon Neftçala X1 Neftçala Rayon Neftçala Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 7 saylı qərarına əsasən, 0.0296 ha torpaq sahəsi 740 manat pul məbləğinə satılmışdır. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Neftçala şəhəri, H.Əliyev prospekti, 27A ünvanında yerləşən 0.0296 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Neftçala Rayon Neftçala Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Neftçala şəhəri, H.Əliyev prospekti, 27B ünvanında yerləşən 0.0525 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan AN-İ ******* saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Neftçala Rayon Neftçala X2 Neftçala Rayon Neftçala Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 7 saylı qərarına əsasən, 0.0525 ha torpaq sahəsi 1313 manat pul məbləğinə satılmışdır. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Neftçala şəhəri, H.Əliyev prospekti, 27B ünvanında yerləşən 0.0525 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Neftçala Rayon Neftçala Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. -İşdə olan Neftçala şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, **********50 saylı reyestr nömrəli çıxarışa əsasən, X11 məxsus 0,0525 ha və xx.xx.2019-cu il tarixli **********51 saylı reyestr nömrəli çıxarışa əsasən X12 məxsus 0.0296 torpaq sahələri hal-hazırda istifadəsiz boş ərazilərdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı məhkəməyə müraciət edərək göstərmişdir ki, Şirvan İnzibati -İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, iş № 2-1(086)- 2005/2019-cu il tarixli qərarı ilə iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə İdarəsinin cavabdeh Neftçala bələdiyyəsinə qarşı xx.xx.2019-cu il tarixli, 7 saylı iclasında 4 məsələ üzrə qəbul olunmuş 4 qərarın ləğv olunması barədə iddia tələbi təmin edilmiş, Neftçala bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 7 nömrəli iclasında qeyd edilmiş 4 qərar ləğv edildiyi üçün müvafiq qərar əsasında tərtib edilmiş 296 kv.m torpaq sahəsinə görə verilmiş X6 adına qeydiyyata alınmış qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cı il tarixli çıxarışın və 525 kv.m torpaq sahəsinə görə verilmiş Gültəkin Zakir qızının adına qeydiyyata alınmış qeydiyyat nömrəsi **********, xx.xx.2019-cı il tarixli çıxarışın qeydiyyatının ləğv edilməsini xahiş etmişdir. Bununla bağlı cavabdeh orqana müraciət etmişdir, cavabdeh orqan tərəfindən imtina verilmişdir. Mübahisəli torpaq sahələri iddiaçı üçün mühüm iqtisadi maraq kəsb edir və deməli, bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. İnsan Huquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında da eyni mövqe bildirilmişdir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. İş materiallarını araşdıraraq məhkəmə qeyd edir ki, Şirvan İnzibati -İqtisadi Məhkəməsində iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə İdarəsinin cavabdeh Neftçala bələdiyyəsinə qarşı “xx.xx.2019-cu il tarixli, 7 saylı iclasında 4 məsələ üzrə qəbul olunmuş 4 qərarın ləğv olunması” barədə iddia tələbi üzrə icraat aparılan ərəfədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən Neftçala Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 7 saylı iclas protokolununu, AN-İ ******* saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, AN-İ ******* saylı, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsini və digər hüquqmüəyyənedici sənədləri əsas götürərək üçüncü şəxslər X16 və X8 adlarına mülkiyyət hüququ üzrə qeydə alınması barədə xx.xx.2019-cu il tarixlərdə çıxarışlar tərtib edilmişdir. Bundan sonra isə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, iş № 2-1(086)-2005/2019-cu il tarixli qərarı ilə iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə İdarəsinin cavabdeh Neftçala Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 7 saylı iclasında 4 məsələ üzrə qəbul olunmuş 4 qərarın ləğv olunması barədə iddia tələbi təmin edilmiş, Neftçala Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 7 nömrəli iclasında qeyd edilmiş 4 qərar ləğv edilmişdir və qərar qanuni qüvvəsini alaraq Neftçala Bələdiyyəsi tərəfindən qərar icra edilmişdir. Yuxarıda qeyd edilənlər məhkəmə tərəfindən araşdırılaraq hesab edilir ki, üçüncü şəxslərin adına qeydiyyata alınmış çıxarışlara əsas olan Neftçala Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 7 saylı iclasında 4 məsələ üzrə qəbul olunmuş qərarları məhkəmə qaydasında ləğv olunduğu üçün və artıq mübahisəli torpaq sahələrinin üçüncü şəxslərə verilməsi barədə hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmadığı üçün, üçüncü şəxslərin adına müvafiq torpaq sahələri mülkiyyət hüququ əsasında qeydə alınması mümkün deyildir və bu barədə reyestr bazasında qeydlər aparılmalıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi qeydiyyat üçün əsas kimi alqı-satqı müqaviləsini deyil, qanunla müəyyən olunmuş qaydada bələdiyyə orqanı tərəfindən bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş qərarın (inzibati aktın) olmasını müəyyən etmişdir. Belə ki, torpağın özgəninkiləşdirilməsi barədə qərar – bələdiyyə tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş, özgəninkiləşdirən şəxs üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktdır. Həmin inzibati akt qanunla dəqiq müəyyən edilmiş, yəni “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” qanunun və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun inzibati icraat aparılmaqla qəbul olunur. Bu inzibati icraatda torpaq sahəsinin hüquqi statusu, məqsədli təyinatı, koordinatları müəyyən olunur, müvafiq orqanların rəyləri alınır, kollegial qərar qəbul olunur. Alqı-satqı müqaviləsi isə torpaqdan istifadə üzrə şərtləri, tərəflərin öhdəlik və vəzifələrini müəyyən edən əqddir. Göründüyü kimi qanun, bələdiyyə torpaqlarına mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi alqı-satqı müqaviləsinə deyil, bələdiyyənin qərarına üstünlük verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də dövlət qeydiyyatının əsası kimi məhz bələdiyyə orqanları tərəfindən qəbul edilmiş akt nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda göstərilən Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Üçüncü şəxslər tərəfindən cavabdehə təqdim edilən aktın “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit olunmuş qüvvədən düşmə halları da iş üzrə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas yoxdur, yəni cavabdeh inzibati orqanın daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində Neftçala şəhəri, H.Əliyev prospekti, 27B ünvanında yerləşən 0.0525 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X10 adına qeydiyyata alınmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın və 32 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində Neftçala şəhəri, H.Əliyev prospekti, 27A ünvanında yerləşən 0.0296 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X8 adına qeydiyyata alınmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi və bununla bağlı reyestr bazasında qeydlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından imtinası əsassızdır. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsaəsn “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AzərbaycanRespublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan RespublikasınınDaşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır (maddə 4.1). «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin etməməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq Neftçala şəhəri, H.Əliyev prospekti, 27A ünvanında yerləşən 0.0296 ha torpaq sahəsinə və Neftçala şəhəri, H.Əliyev prospekti, 27B ünvanında yerləşən 0.0525 ha torpaq sahəsi çıxarışlarla üçüncü şəxslərin mülkiyyət hüququn qeydə alınması üçün hüquqi əsaslar müəyyən olunmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və yahüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia ərizəsi təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində Neftçala şəhəri, H.Əliyev prospekti, 27B ünvanında yerləşən 0.0525 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X10 adına qeydiyyata alınmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın və 32 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində Neftçala şəhəri, H.Əliyev prospekti, 27A ünvanında yerləşən 0.0296 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X8 adına qeydiyyata alınmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi və bununla bağlı reyestr bazasında qeydlərin aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar