Məhkəmə qərarları › İş №2-1(120)-679/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-679/2023

06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-679/2023 06.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X7 iştirakı ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 2-N(N20)-2043/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi XNN İdarəsinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçı və iddia tələbi olduğu kimi saxlanılaraq, cavabdeh qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tanınmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi XNN İdarəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi cavabdeh siyahısından çıxarılmışdır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o xx.xx.N968-ci il tarixdə anadan olmuşdur. O, N №-lı hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 5 №-li əmrilə (əsas: səh N9) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Rabitə bölüyünün döyüşçüsü kimi döyüş vaxtı yaralandığı üçün N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci ıl tarixli N4 №-li əmrilə (əsas: səh 3N) hərbi hospitala göndərilmişdir. N №-li hərbi hissə komandirinin N .-ci il tarixli 2N №-li əmrilə (əsas: səh 57) rabitə bölməsinin sıravisi kimi yaralı olduğu üçün ştatdan xaric edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N974-cü il tarixdə Masallı rayonunda anadan olmuş, Masallı rayonu, Türkoba kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xx.xx.2022-ci il tarixli, 0N4-39753H-3222 nömrəli məktubunda göstərilmişdir ki, N () saylı və dislokasiya yeri Füzuli rayonu-döyüş bölgəsi olmuş N saylı hərbi hissələrin tərkibində müddətli həqiqi hərbi xidmət keçməyinizi təsdiq edən arxiv arayışı ünvanına göndərilir. X6 tərtib edilən arxiv arayışları Arxivdə saxlanılan sənədlər əsasında hazırlanır. N saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 28 №-li əmrilə dülgər vəzifəsinə təyin edilməsi faktı müvafiq əmrdə öz əksini tapmışdır. Qeyd edilən əmr tarixi sənəd olduğu üçün əmrdə hər hansı dəyişikliyin aparılması mümkün deyildir. Arxiv sənədlərində Ağdərə rayonu uğrunda gedən döyüşlərdə iştirakı barədə hər hansı məlumat aşkar edilməmişdir. İşdə olan НЗ ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.N993-xx.xx.N996cı illərdə hərbi xidmətdə olmuşdur. Hərbi biletin N8-ci bəndinə əsasən, İddiaçı Ağdərə rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.N994-cü iil tarixdən xx.xx.N996-cı ilədək Füzuli döyüş bölgəsində iştirak etmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, N56-344N2-N222 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “VMAS” portalında təqsirləndirici material və məhkumluqu müəyyən olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 0N2-N3422-N222 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.N974-cü il təvəllüdlü İddiaçı cinayət təqibi və ya məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. Bununla yanası qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi ilə razılaşdırılmaqla Daxili İşlər Nazirliyi Kollegiyasının 20N9-cu il N6 yanvar tarixli QNN-00N-N9 nömrəli qərarı ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alınmış «Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat»ın (www.e-qanun.az) 8.6. bəndinə və 8.6.N. yarımbəndinə müvafiq olaraq şəxsin məhkumluğunun olub-olmaması barədə sorğu elektron rabitə kanalları və ya kağız daşıyıcıları vasitəsi ilə yoxlanılır. Tələbnamələr bu Təlimatla müəyyən olunmuş formada (9 nömrəli əlavə) tərtib edilir və hər bir yoxlanılan şəxsə dair ayrıca tələbnamə doldurulur, onun sovadı, adı, ata adı adlıq halda, çap hərfləri ilə yazılır.Bu növ sorğuların icra prosesində operativliyini təmin etmək məqsədilə Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarında «Elektron tələbnamə» sorğu sistemi istismara verilmişdir.Gələcəkdə müvafiq məlumatların qısa müddətdə əldə olunması üçün ərazi polis orqanına müraciət etməyiniz tövsiyə olunur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, N090 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı həqiqi hərbi xidmət keçməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əmliyyatlarında iştirak etməsi, həmçinin xx.xx.N994-cü il tarixdən xx.xx.N996-cı il tarixə kimi müxtəlif hərbi hissələrin tərkibində hərbi xidmət keçməsi, hərbi qeydiyyatı, hərbi xidmətdən tərxis olunması, hərbi xidmət zamanı yaralanması, müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müraciəti və müraciətinin araşdırılması, həmçinin iddiaçının hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə zəruri məlumat və sənədlərin təsdiq olunmuş surətlərini Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə dair müraciətinizə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsində baxılmışdır.Müəyyən olunmuşdur ki, xx.xx.N974cü il təvəllüdlü İddiaçı Cəmil oğlu xx.xx.N992-ci il tarixdə Xidmətin Masallı rayon şöbəsi (keçmiş Masallı rayon hərbi komissarlığı) tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmiş, N yanvar N993-ci il tarixdən 0N noyabr N994-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N nömrəli hərbi hissəsində (6523450 nömrəli hərbi biletin 23-cü səhifəsində aparılmış qeydə əsasən N nömrəli hərbi hissənin tərkibində hissə komandirinin 05 fevral N993-cü il 36 saylı döyüş əmri ilə N0 fevral N993-cü il tarixdə Ağdərənin raynun Meyhanə kəndi uğrunda gedən döyüşlərdə iştirak edib), 0N noyabr N994-cü il tarixdən N9 noyabr N996-cı il tarixədək (6523450 nömrəli hərbi biletin 7-ci səhifəsində aparılmış qeydə əsasən Ağdərə rayonu uğrunda gedən döyüşlərdə iştirak etmiş və 0N noyabr N994-cü il tarixdən N3 noyabr N996-cı il tarixədək Füzuli döyüş bölgəsində xidmət edib) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı xx.xx.N996-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.N996-cı il tarixli 50N nömrəli əmrinə əsasən ehtiyata buraxılmış, xx.xx.N996-cı il tarixdə hərbi vəzifəlilərin qeydiyyata alınmışdır.İddiaçı hərbi xidmət zamanı yaralanması, müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müraciəti və müraciətinin araşdırılması, həmçinin iddiaçının hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Xidmətin Masallı rayon şöbəsində məlumat aşkar edilmədi. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi XNN İdarəsinin X3 ünvanladığı xx.xx.2022-ci il tarixli 024-N896İ-3222 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakını nəzərə alıb ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsinə köməklıik göstərilməsi barədə müraciətə baxılmışdır. DİN-in Daxili Qoşunlarının Baş İdarəsi tərəfindən təqdim olunmuş arxiv sənədlərində vət. İddiaçı Daxili qoşunların komandanının xx.xx.N994-cü il tarixli 225 nömrəli əmrinə əsasən xx.xx.N994-cü il tarixdən xidmətini davam etdirmək üçün Füzuli rayonu ərazisində yerləşən N saylı hərbi hissəyə göndərildiyi müəyyən edilsə də, həmin tarix atəşkəsdən sonrakı dövrə təsadüf etdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli, 2N6 nömrəli qərarına əsasən vət. İddiaçı müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi XNN İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 024-3358-NN22 nömrəli məktubunda göstərilmişdir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə verilmiş sorğuya təqdim olunmuş xx.xx.2022-ci il tarixli 2N6 nömrəli arxiv arayışında vət. İddiaçı Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi barədə heç bir qeydiyyat aşkar olunmamışdır.Dislokasiya yeri döyüş bölgəsi olmuş Daxili Qoşunların N saylı hərbi hissəsində sabiq hərbi qulluqçu İddiaçı xidmət aparması N994-cü ilin oktyabr-noyabr aylarına atəşkəsdən sonrakı dövrə təsadüf edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci ilin fevralın N-dən N994-cu ılın mayın N2-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatları bölgəsinə xidməti vəzifələrin icrası üçün ezam olunmuş şəxslərə “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Mövcud arxiv materialları yoxlanılarkən xx.xx.N994-cü il tarixdən xx.xx.N996-cı il tarixədək Qarabağ bölgəsinə ezam olunması atəşkəs dovrunə təsadu e iyin ən vTSacıyevə Müharibə veteran,” ad, və vəsiqəsinin verilməs, qüvvədə olan, qanunvericiliyinə əsasən mümkün olmamışdır. İddiaçı X4 ilə bağlı xx.xx.2022-ci il tarixli 2-N (N20)-2053/2022 nömrəli sorğu xx.xx.2022-ci il tarixli 2-N (N02)-2043/2022 nömrəli müşayət məktubuna əlavə edilməklə XNN İdarəsinə daxil olmuş, həmin sorğu sabiq polis əməkdaşı İddiaçılə bağlı aparılmış araşdırmanın məzmununa aidiyyəti olmadığından qaytarılmışdır. İşdə olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 28 oktyabr 2022-ci il tarixli, HPxx/xx-NN465 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair icraatınızda olan 2-N(N20)-2043/2022 №-li inzibati iş ilə bağlı İddiaçı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi və yə. təqsirləndirici materialın olubolmamasına dair xx.xx.2022-ci il tarixli məktubu xx.xx.2022-ci il tarixdə Respublika Hərbi Prokurorluğuna daxil olmuşdur. Yuxarıda qeyd olunan sorğuda İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində nə vaxt və hansı hərbi hissələrdə xidmət etməsi barədə heç bir məlumat qeyd olunmadığından və N-ci Qarabağ müharibəsində iştirak etmiş və cinayət törətmiş şəxslər barəsində Respublika Hərbi Prokurorluğunda vahid mərkəzləşdirilmiş məlumat bazası mövcud olmadığından məktubla bağlı tez bir vaxtda, yəni sorğuda qeyd etdiyi N0 gün müddətində ərazi hərbi prokurorluqlarından müvafiq məlumatları alıb cavabın verilməsi mümkün deyildir. Təkrar sorğuda vətəndaş İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində nə vaxt, harada və hansı hərbi hissələrdə xidmət etməsi barədə ətraflı məlumatların göstərildiyi və bunu təsdiq edən sənədlər (İddiaçı hərbi xidməti barədə Müdafiə Nazirliyinin arxiv arayış, hərbi biletinin və ya iddia ərizəsinin surətləri) müraciətə əlavə edildiyi halda qısa müddət ərzində sorğuya cavabın verilməsi təmin ediləcəkdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi XNN İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-N3-23/2-N05/2023 nömrəli məktubunda göstərilmişdir ki, DİN-in Daxili Qoşunlarının N () saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 36 nömrəli “Döyüş əmri”ndə vətəndaş İddiaçı xx.xx.N993-cü il tarixdə Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüşlərdə iştirak etməsi faktı təsdiqini tapmamışdır. İşdə olan N saylı hərbi hissənin tibbi hissə rəisi tibb xidməti polkovnik-leytenantı İlham Əliyevin imzası ilə təsdiq edilmiş 478/N22 saylı xəstəlik tarixindən çıxarış epikrizində göstərilmişdir ki, N saylı hərbi hissənin əsgəri İddiaçı xx.xx.N993-cü il tarixdən xx.xx.N993cü il tarixədək N saylı hərbi hissənin yoluxucu xəstəliklər bölməsində “Kəskin respirator virus infeksiyası, sol tərəfli xroniki yevstaxitlə ağırlaşma” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Aparılan müalicə nəticəsində sağalma əldə olunmuşdur. N saylı hərbi hissəyə yaxşı halda yazılır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xx.xx.2023-cü il tarixli, 3-N3-N4-N/2549/2023 nömrəli məktubunda göstərilmişdir ki, Arxiv sənədlərinə istinadən vətəndaş İddiaçı N () saylı və dislokasiya yeri Füzuli rayonu-döyüş bölgəsi olmuş N saylı hərbi hissələrin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən arxiv arayışını və müvafiq əmrlərdən çıxarışlar ünvana göndərilmişdir. Daxili Qoşunların tərkibində N saylı hərbi hissə fəaliyyət göstərməmişdir. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirildiyi üçün müvafiq məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etmək məqsədəmüvafiqdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, N00 nömrəli arxiv arayışında göstərilmişdir ki, həqiqətən də sıravi İddiaçı N () saylı və dislokasiya yeri Füzuli rayonu-döyüş bölgəsi olmuş N saylı hərbi hissələrin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır:

1. N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N0 №-li əmrilə hissəyə yeni gəlmiş N (otuz dörd) nəfər əsgərin “andiçmə” mərasimi keçirilmişdir (bu əmr hərbi hissənin əlifba qeydiyyatı kitabında aparılmış qeydlərə istinadən verilir);

2. N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 42 №-li əmrilə hərbi xəstəxanaya getmiş hesab edilmişdir;

3. N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 53 №-li əmrilə hərbi xəstəxanadan gəlmiş hesab edilmişdir;

4. N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 55 №-li əmrilə hissənin qazan təminatından çıxarılıb 28 fevral N993-cü il tarixədək ailə vəziyyətinə görə 4 (dörd) gün müddətinə məzuniyyətə getmiş hesab edilmişdir;

5. N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 6N №-li əmrilə məzuniyyətdən gəlmiş hesab edilərək 0N mart N993-cü il tarixdən hissənin qazan təminatına daxil edilmişdir;

6. N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 7N №-li əmrilə hərbi xəstəxanaya getmiş hesab edilmişdir;

7. N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 85 №-li əmrilə hərbi xəstəxanadan gəlmiş hesab edilmişdir;

8. N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 240 №-li əmrilə hissənin qazan təminatından çıxarılıb 07 sentyabr N993-cü il tarixədək N0 (on) gün müddətinə məzuniyyətə getmiş hesab edilmişdir;

9. N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 252 №-li əmrilə 07 sentyabr N993-cü il tarixdə məzuniyyətdən qayıtmadığı üçün geçikmiş hesab edilmişdir; 10.25033 saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 256 №-li əmrilə məzuniyyətdən gəlmiş hesab edilərək hissənin qazan təminatına daxil edilmişdir; 11.25033 saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 346 №-li əmrilə hissənin qazan təminatından çıxarılıb N5 dekabr N993-cü il tarixədək ailə vəziyyətinə görə 3 (üç) gün müddətinə məzuniyyətə getmiş hesab edilmişdir; 12.25033 saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 348 №-li əmrilə məzuniyyətdən gəlmiş hesab edilərək hissənin qazan təminatına daxil edilmişdir; 13.25033 saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 28 №-li əmrilə avtomobil nəqliyyatının təmiri bölməsində dülgər vəzifəsinə təyin edilmişdir (əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır); 14.25033 saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 42 №-li əmrilə hissənin qazan təminatından çıxarılıb N4 fevral N994-cü il tarixədək 3 (üç) gün müddətinə məzuniyyətə getmiş hesab edilmişdir; 15.25033 saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 46 №-li əmrilə məzuniyyətdən gəlmiş hesab edilərək hissənin qazan təminatına daxil edilmişdir; 16.25033 saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N97 №-li əmrilə hissənin qazan təminatından çıxarılıb 2N iyul N994-cü il tarixədək nümunəvi xidmətinə görə 5 (beş) gün müddətinə məzuniyyətə getmiş hesab edilmişdir; 17.25033 saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 203 №-li əmrilə məzuniyyətdən gəlmiş hesab edilərək hissənin qazan təminatına daxil edilmişdir;

18. Daxili qoşunların komandanının xx.xx.N994-cü il tarixli 225 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 305 №-li əmrilə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, N saylı hərbi hissəyə keçirilmişdir;

19. Daxili qoşunların komandanının xx.xx.N994-cü il tarixli 225 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 299 №-li əmrilə xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilmişdir;

20. N saylı hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 237 №-li əmrilə hissənin qazan təminatından çıxarılıb 25 avqust N995-ci il tarixdən 3N avqust N995-ci il tarixədək ailə vəziyyətinə görə qısamüddətli məzuniyyətə getmiş hesab edilmişdir;

21. N saylı hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 244 №-li əmrilə 0N sentyabr N995-ci il tarixdən məzuniyyətdən gəlmiş hesab edilərək hissənin qazan təminatına daxil edilmişdir (əmrdə atasının adı Camal kimi qeyd edilmişdir);

22. N saylı hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 275 №-li əmrilə Daxili Qoşunların qospitalına getmiş hesab edilmişdir;

23. N saylı hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli 287 №-li əmrilə N4 oktyabr N995-ci il tarixdə qospitaldan gəlmiş hesab edilmişdir;

24. N saylı hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 320 №-li əmrilə hissənin qazan təminatından çıxarılıb NN noyabr N996-ci il tarixdən məzuniyyətə getmiş hesab edilmişdir;

25. N saylı hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 323 №-li əmrilə N4 noyabr N996-cı il tarixdən məzuniyyətdən gəlmiş hesab edilərək hissənin qazan təminatına daxil edilmişdir;

26. Azərbaycan Respublikası Prezidentinin xx.xx.N996-cı il tarixli 50N №-li Fərmanına əsasən N saylı hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli 323 №-li əmrilə Silahlı Qüvvələrə ehtiyata buraxılmaqla hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, N4 noyabr N996-cı il tarixdən qeydiyyata durmaq üçün 769 saylı keçid vərəqəsi ilə Masallı RHK-nın sərəncamına göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissənin komandirinin N yanvar N993-cü il tarixli N0 nömrəli döyüş əmrindən çıxarışda göstərilmişdir ki, N №-lihərbi hissəyə yeni gəlmiş N (otuz dörd) nəfər əsgərin and içmə mərasimi keçirilməsi əmr edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili Qoşunlarının N saylı hərbi hissənin komandirinin N iyul N994-cü il tarixli N97 nömrəli əmrindən çıxarışda göstərilmişdir ki,sıravi əsgər İddiaçı nümunəvi xidmətlərini nəzərə alaraq 5 (beş) gün, 2N iyul N994-cü il tarixədək məzuniyyətə getmiş hesab edilsin. Adı qeyd olunan sıravi əsgər müvafiq qaydada mətbəx təminatından çıxarılması əmr edilmişdir. İşdə olan N saylı hərbi hissə komandirinin N oktyabr N995-ci il tarixli 275 nömrəli əmrindən çıxarışda göstərilmişdir ki, İddiaçı xx.xx.N995-ci il tarixdən DQ qospitalına getmiş hesab edilməsi və hissənin qazan təminatından çıxarılması əmr edilmişdir. İşdə olan N saylı hərbi hissə komandirinin N4 noyabr N996-ci il tarixli 323 nömrəli əmrindən çıxarışda göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.N996-cı il tarixli 50N saylı Fərmanına əsasən Silahlı Qüvvələrə ehtiyata buraxılmaqla xx.xx.N996-cı il tarixdən göstərilən keçid vərəqələri ilə HK-nin sərəncamına göndərilmiş və şəxsi heyətin siyahısından çıxarılaraq, bütün təminat növlərindən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi XNN İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-N3-23/2-N978/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin üzərinə qoyulması” barədə tələbinə dair Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən daxil olmuş Şirvan inzibati Məhkəməsinin müvafiq məktubuna və məhkəmə iclasında iştirak barədə məhkəmə bildirişinə baxılmışdır. DİN-in Daxili Qoşunlarından təqdim edilmiş xx.xx.2023-cü il tarixli 226 nömrəli arxiv arayışına əsasən vətəndaş İddiaçı döyüş əməliyyatlarında iştirakı müəyyən edilməmiş, o cümlədən xx.xx.N994-cü il tarixdə atəşkəs elan olunduqdan sonra xx.xx.N994cü il tarixdən xidmətini dislokasya yeri döyüş bölgəsi olmuş Füzuli rayonu ərazisində yerləşən hərbi hissədə davam etdirməsi müəyyən olunmuşdur. Bundan başqa, İdarədə aparılmış araşdırma zamanı vətəndaş İddiaçı tərəfindən təqdim edilmiş ona məxsus hərbi biletin kserosurətindəki hərbi əməliyyatlarda iştirakı qrafasında sonradan qeydlər aparıldığı və həmin qeydlərin DİN-in DQ-dən təqdim olunmuş məlumatlara uyğun gəlmədiyi müəyyən edilmişdir.Bununla da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarına uyğun olaraq sabiq hərbi qulluqçu İddiaçı müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi mümkün hesab edilməmişdir. Qeyd olunanların nəzərə alınmasını, eləcə də vətəndaş İddiaçı tələbinə dair inzibati iş üzrə sonrakı məhkəmə proseslərinin Daxili İşlər Nazirliyinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi XNN İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-N3-23/2-2847/2023 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı xidmət etdiyi N () saylı hərbi hissənin dislokasiya yeri Lənkəran şəhəri olmuş, həmin hərbi hissənin X6 saxlanılan sənədlərində onun döyüş əməliyyatları zonasına ezam edilməsi barədə hər hansı bir məlumat aşkar olunmamışdır. Qeyd olunanların nəzərə alınmasını, eləcə də vətəndaş İddiaçı tələbinə dair inzibati iş üzrə məhkəmə proseslərinin Daxili İşlər Nazirliyinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının izahatı və iş materiallarına əlavə edilmiş НЗ ******* nömrəli hərbi biletdə qeyd edilmişdir ki, İddiaçı xx.xx.N993-xx.xx.N996-cı illərdə hərbi xidmətdə olmuş, Ağdərə rayonu uğrunda gedən döyüşlərdə iştirak etmiş, xx.xx.N994-cü iil tarixdən xx.xx.N996-cı ilədək Füzuli döyüş bölgəsində iştirak etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Belə ki, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan, işin faktiki hallarını müəyyən etmədən, sübutları aydınlaşdırmadan, əlaqəli sübutları və məlumatları əldə etmədən imtina cavabı verilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın təqdim etdiyi məlumatlar arasında ziddiyyətlər vardır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun N0.2-ci maddəsinə əsasən, hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun NN-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun N9-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 6N-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus hərbi biletdə İddiaçı hərbi hissəyə girişiçıxışı, həmçinin N993-N996-cı ilədək Füzuli rayonu uğrunda gedən və Ağdərə rayonu uğrunda gedən döyüşlərdə, vətənin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı göstərilmişdir. Hərbi biletdəki həmin qeydlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunları N saylı hərbi hissənin qərargah rəisinin imzası və hərbi hissənin möhürü ilə təsdiq edilmişdir. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin arxiv arayışında iddiaçının döyüş bölgəsində xidməti barədə məlumatlar da göstərilmişdir. Lakin cavabdeh inzibati orqan heç bir araşdırma aparmadan formal əsaslarla imtina cavabı vermişdir. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi XNN İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-N3-23/2-2847/2023 nömrəli məktubda vətəndaş İddiaçı xidmət etdiyi N () saylı hərbi hissənin dislokasiya yeri Lənkəran şəhəri olmuş, həmin hərbi hissənin X6 saxlanılan sənədlərində onun döyüş əməliyyatları zonasına ezam edilməsi barədə hər hansı bir məlumat aşkar olunmadığı göstərilmişdir. Lakin məhkəmə daxil olmuş iddiaçının müharibə veteranı olan döyüş yoldaşı X5 hərbi bilet və məhkəmə qərarlarına baxış keçirilərək müəyyən edilmişdir ki, S.Baxşıyev N993-N994-cü il tarixlərdə Füzuli rayonu uğrunda gedən döyüşlərdə məhz N saylı hərbi hissənin tərkibində vətən və suverenlik uğrunda gedən döyüşlərdə iştirak etmiş, N saylı hərbi hissənin qərargah rəisi və möhürü ilə təsdiq edilərək hərbi biletə qeydiyyat aparılmışdır. Bundan məhkəmə belə nəticəyə gəlir ki, N () saylı hərbi hissə döyüş əməliyyatları zonasına ezam edilmişdir. Cavabdeh inzibati orqan müraciəti yenidən qanunvericiliyin tələblərinə uyğun am dolğun araşdırmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.N-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.N) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.N-ci, 23.N-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 8N-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar