Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-68/2021 17.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı nümayəndəsi X4 (hüquqşünas, Bakı şəhəri 28 saylı vəkil bürosunda vəkil işləyən, Bakı şəhəri, ak. M.Topçubaşov küçəsi, ev 21, mənzil 17-də qeydiyyatda olmaqla yaşayan) iştirakı ilə İddiaçı cavabdeh Neftçala rayon Qaraqaşlı bələdiyyəsinə qarşı “Neftçala rayon Qaraqaşlı bələdiyyəsinin xx xxxx 2018-ci il tarixli 09 nömrəli protokol qərarının qismən, yəni Qaraqaşlı bələdiyyəsi ilə icarədar İddiaçı arasında bağlanmış xx xxxxxxx 2005-ci il tarixli icarə müqaviləsinin müddətinin başa çatdığı üçün ləğv edilməsi barədə qərarının ləğv edilməsi və üzərinə müqavilənin eyni müddətə artırılması öhdəliyinin qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Neftçala rayon Qaraqaşlı bələdiyyəsinə qarşı məhkəmədə iddia qaldıraraq “xx xxxxxxx 2005-ci il tarixdə Qaraqaşlı bələdiyyəsinin onunla bağladığı torpaq icarə müqaviləsinə xitam verilməsinin qanunsuz hesab olunması və torpaq icarə müqaviləsinin müddətinin uzadılması, icarə torpaqlarına bitişik artıq ölçüdə olan torpaq sahələrinin eyni əsaslarla icarəyə verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx xxxxxx 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla iddia tələbinə Neftçala rayon Qaraqaşlı bələdiyyəsinin xx xxxx 2018-ci il tarixli, 09 nömrəli protokol qərarının Qaraqaşlı bələdiyyəsi ilə icarədar İddiaçı arasında bağlanmış xx xxxxxxx 2005-ci il tarixli icarə müqaviləsinin müddəti başa çatdığı üçün ləğv edilməsi barədə qərarının ləğv edilməsi kimi baxılmasını və müqavilənin eyni müddətə artırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(120)-68/2021 saylı qərardadı ilə İddiaçı tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmiş, mübahisəyə Neftçala rayon Qaraqaşlı bələdiyyəsinin xx xxxx 2018-ci il tarixli, 09 nömrəli protokol qərarının qismən, yəni Qaraqaşlı bələdiyyəsi ilə icarədar İddiaçı arasında bağlanmış xx xxxxxxx 2005-ci il tarixli icarə müqaviləsinin müddətinin başa çatdığı üçün ləğv edilməsi barədə qərarının ləğv edilməsi və müqavilənin eyni müddətə artırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2005-ci il tarixli akta və xx xxxxxxx 2005-ci il tarixli 10 saylı iclas protokoluna əsasən Neftçala rayonunun Qaraqaşlı bələdiyyəsinin qərarı ilə ona kənd təsərrüfatı məhsullarının istehsalı məqəsdilə 1,5 ha torpaq sahəsi 10 il müddətinə icarəyə verilmişdir. İcarəsinə verilən torpaq sahəsinin icarə haqlarını və vergilərini Qaraqaşlı bələdiyyəsinin bildirişləri əsasında xx xxxxxxx 2005-ci il tarixindən 2018-ci il də daxil olmaqla hər il vaxtlı vaxtında ödəmişdir. Qərarda göstərilən 10 illik icarə müddəti Qaraqaşlı kənd bələdiyyəsinin sədri X1 razılığı əsasında xx xxxx 2018-ci il tarixinədək davam etmişdir. İcarə hüquq münasibətlərinin davam etdirilməsi və müqavilə müddətinin uzadılması barədə müqavilə müddətində xx.xx.2014-cü il tarixindən son günlərədək Qaraqaşlı bələdiyyəsinin sədri X2 dəfələrlə şifahi şəkildə və həmçinin yazılı şəkildə müraciət etmişdir. Qaraqaşlı bələdiyyəsinin sədri onunla torpaq icarə müqaviləsinin müddətinin uzadılmasına etiraz etməmişdir. Eyni zamanda, Qaraqaşlı bələdiyyəsi icarədə olan torpaqların başqa məqsədlər üçün alınması və ya torpaq icarə müqaviləsinə xitam verilməsi barədə ona hər hansı müraciət, bildiriş göndərməmişdir. İcarəsində olan torpaqlar yenidən icarəyə verilmək üçün müsabiqəyə təqdim olunduğu zaman torpaq icarəsi müqaviləsinə Qaraqaşlı bələdiyyəsi tərəfindən xx xxxx 2018-ci tarixdə birtərəfli qaydada xitam verildiyindən xəbər tutmuşdur. Sonradan məlum olmuşdur ki, xx xxxx 2018ci il tarixdə Qaraqaşlı bələdiyyəsi onun iştirakı olmadan iclas keçirmiş və xx xxxxxxx 2005ci il tarixdə bağlanmış torpaq icarəsi müqaviləsini müqavilə müddətinin qurtarması əsası ilə birtərəfli qaydada ləğv etmiş və bu barədə ona rəsmi məlumat və ya qərarın surətini göndərməmişdir. Qaraqaşlı bələdiyyəsi torpaq icarə müqaviləsinə müddətinin qurtarması əsası ilə xitam verməklə Torpaq Məcəlləsinin 75-ci və Mülki Məcəllənin 424.1-ci, 719-720ci maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2003-cü il tarixli 2 nömrəli qərarının 19-cu bəndinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına Torpaq Məcəlləsinin 73-cü maddəsində göstərilən əsaslar olduqda xitam verilir. Plenum qərarında göstərilir ki, qanunvericiliklə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. Lakin hər bir halda torpaq üzərində mülkiyyət, icarə və istifadə hüquqlarına xitam verilməsi və onun hüquqi nəticələri Torpaq Məcəlləsinin 75-ci və Mülki Məcəllənin 244-249-cu maddələrinə uyğun olmalıdır. Neftçala rayonu, Qaraqaşlı bələdiyyəsi tərəfindən icarəyə verilən torpaq sahəsi rəsmiləşdirilmiş 1,5 ha ölçüdən bir qədər artıq olmuşdur. Onun torpaqlarına bitişik olan artıq torpaqlar bələdiyyə tərəfindən mülkiyyətə, istifadəyə və icarəyə verilməmişdir. Həmin artıq torpaq sahəsi icarəyə götürdüyü torpaq sahəsi ilə onun həyətyanı və pay torpaqlarının arasında yerləşmişdir. xx xxxxxxx 2005-ci il tarixdən 2018ci il də daxil olmaqla Qaraqaşlı bələdiyyəsinin razılığı ilə həmin torpaqlar icarə münasibətləri əsasında onun istifadəsinə verilmişdir. İcarə torpaqlarla yanaşı istifadə etdiyi artıq torpaqların da vergilərini və icarə haqlarını 2005-2018-ci illər üzrə hər il vaxtlıvaxtında Qaraqaşlı bələdiyyəsinin bildirişləri əsasında ödəmişdir. İcarə torpaqlarının rəsmi ölçüsündən artıq olan torpaq sahələrinin də icarə haqları və vergilərinin ödənilməsi barədə bildirişlərin göndərməsi Qaraqaşlı bələdiyyəsi tərəfindən həmin torpaq sahələrinin ona icarə münasibətləri əsasında verilməsini təsdiq edir. Artıq torpaqlar həyətyanı və pay torpaqları ilə icarə torpaqlarının arasında yerləşdiyindən ayrılması, geri alınması mümkün deyil. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.4-cü maddəsinə əsasən, torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adlarına rəsmiləşdirilir. Bu qanuna əsasən torpaq sahələrinə bitişik artıq torpaqlar da onun icarəsinə verilməlidir. İcarəsində olan torpağa 14 il ərzində böyük zəhmət çəkmiş, xeyli sərmayə yatırmışdır. Qaraqaşlı bələdiyyəsi tərəfindən 2005-2018-ci illər üzrə icarə haqlarının və vergilərin tələb edilməsi barədə bildirişlər göndərilməsi və tərəfindən həmin bildirişlər əsasında ödənişlər edilməsi faktı təsdiq edir ki, bələdiyyə onunla torpaq icarə münasibətlərini 2018-ci il tarixədək davam etdirmiş və icarə müqaviləsi növbəti icarə müddətinə keçmiş, faktiki olaraq müqavilənin müddəti uzadılmış hesab edilmişdır. Mülki Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Odur ki, 2005-ci ildə onunla bağlanan torpaq icarə müqaviləsinə Qaraqaşlı bələdiyyəsi tərəfindən xx xxxx 2018-ci il tarixində müqavilənin müddətinin bitməsi əsası ilə bir tərəfli qaydada xitam verilməsi Mülki Məcəllənin 407.1, 421.1-ci, 719- 720-ci, 720.6-cı, 244-249-cu, Torpaq Məcəlləsinin 75-ci, 73-cü maddələrinin tələblərinə görə qanunsuzdur. Beləliklə, icarə müqaviləsinin müddətinin qurtarması ilə bağlı müqaviləyə birtərəfli qaydada xitam verməsi yuxarda sadalanan qanunların tələblərinə əsasən qanunsuzdur və Torpaq Məcəlləsinin 73 və 75-ci maddələrinə görə, bu əsasla müqaviləyə xitam verilməsi bələdiyyənin səlahiyyətində deyil. Mülki Məcəllənin 407.1-ci maddəsinə əsasən, müqavilənin müddətinin uzadılması ilə bağlı oferta aksept olunduğu üçün müqavilənin müddəti uzadılmış yəni, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 719-720-ci maddələrinin tələblərinə əsasən, icarə müqaviləsinin müddəti bələdiyyə tərəfindən uzadılmalıdır. Mülki Məcəllənin 720.6-cı maddəsinin tələblərinə əsasən, razılıq əldə edilməzsə, icarə müqaviləsinin müddətini məhkəmə uzadır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.4-cü madəsinin tələbinə əsasən, icarə torpaqlarından artıq ölçüdə istifadə etdiyi torpaq sahələri eyni hüquqla, yəni icarə hüququ əsasında ona verilməlidir. xx xxxxxxx 2005-ci il tarixdə Qaraqaşlı bələdiyyəsinin onunla bağladığı torpaq icarə müqaviləsinə xitam verilməsinin qanunsuz hesab edilməsi və torpaq icarəsi müqaviləsinin müddətinin uzadılması, icarə torpaqlarından artıq ölçüdə olan torpaq sahələrinin eyni əsasla icarəsinə verilməsi barədə qətnamə qəbul edilməsi üçün Neftçala Rayon Məhkəməsinə müraciət etmiş, lakin Neftçala Rayon Məhkəməsi işə baxılmasının onların səlahiyyətinə aid olmadığını və həmin işin inzibati məhkəmənin səlahiyyətinə aid olduğunu əsas gətirərək icraata xitam vermişdir. Neftçala Rayon Məhkəməsinin icraata xitam verilməsi barədə qərardadının ləğv edilməsi üçün Şirvan Apelyasiya Məhkəməsinə şikayət etmiş, lakin Şirvan Apelyasiya Məhkəməsi Neftçala Rayon Məhkəməsinin icraata xitam verilməsi barədə qərardadını əsaslı hesab etmişdir. Şifahi məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə etdiyini və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Neftçala rayon Qaraqaşlı bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan Neftçala rayon Qaraqaşlı bələdiyyəsinin xx xxxxxxx 2005-ci il tarixli 10 saylı iclas protokolundan çıxarışa əsasən, həmin iclasda İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,5 ha torpaq sahəsi 10 il müddətinə icarəyə verilmişdir. İş materialında olan Neftçala rayon Qaraqaşlı bələdiyyəsinin xx xxxx 2018-ci il tarixli, 09 nömrəli iclas protokolu ilə həmçinin qərara alınmışdır ki, icarə müqaviləsinin müddətinin başa çatması səbəbi ilə xx xxxxxxx 2005-ci il tarixdə Qaraqaşlı bələdiyyəsi tərəfindən icarəyə verilmiş 1.50 hektar BEF torpaq sahəsi üzərində İddiaçı fəaliyyətinə xitam verilsin. İddiaçı ilə Qaraqaşlı bələdiyyəsi arasında bağlanmış torpaq sahəsinin icarə müqaviləsi ləğv edilsin. İş materialında olan Neftçala rayon Qaraqaşlı bələdiyyəsinin xx xxxxxx 2018-ci il tarixli, 17 nömrəli iclas protokolu ilə qərara alınmışdır ki, Qaraqaşlı bələdiyyəsinin ehtiyat fondunun icarə predmeti olan örüş torpaqlarından hər biri 3,41 və 9,82 ha olmaqla torpaq sahələrinin heyvandarlığın inkişaf etdirmək məqsədi ilə icarəyə verilməsi ilə bağlı açıq müsabiqənin keçirilməsinə görə həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün ilkin sənədləşmə proseduruna başlanması qərara alınmışdır. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin xx xxxxxx 2021-ci il tarixli məktubuna əsasən, İddiaçı ilə Neftçala rayon Qaraqaşlı bələdiyyəsi arasında bağlanmış icarə müqaviləsinə əsasən icarə hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı 13 saylı Şirvan Ərazi İdarəsində məlumat aşkar edilməmişdir. İş materialında olan Neftçala rayon Qaraqaşlı bələdiyyəsinin Neftçala Rayon Məhkəməsinə ünvanlanmış iddia ərizəsinə münasibət məktubunda qeyd olunmuşdur ki, X5 Neftçala rayon Qaraqaşlı bələdiyyəsinə qarşı qaldırdığı iddianı bütöv şəkildə qəbul edirəm. Hesab edirəm ki, İddiaçı arasında bağlanan torpaq icarə müqaviləsinin müddəti uzadılmalıdır. İş materialında olan Neftçala rayon Qaraqaşlı bələdiyyəsinin İddiaçı ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli 21 saylı məktubda qeyd olunmuşdur ki, Sizin xx.xx.2017-ci il tarixli Qaraqaşlı bələdiyyəsinə qarşı qaldırdığınız vəsatətlərə cavab olaraq bildiririk ki, 2005-ci ildə sizə Qaraqaşlı bələdiyyəsinin ehtiyyat fondundan icarəyə verilmiş 1.50 ha torpaq sahəsinin istifadəsinə dair müqavilənin vaxtı bitdiyi üçün Qaraqaşlı bələdiyyəsinin xx xxxx 2018-ci il tarixli 09 saylı iclas protokolunun qərarı ilə torpaqdan istifadə haqqında olan sənəd ləğv edilmişdir. Yenidən torpağın icarə müqaviləsinin müddətinin artırılması üçün Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət olunaraq, torpağın icarəyə verilməsi hərrac müsabiqəsi yolu ilə aparılır. Ona görə də Qaraqaşlı bələdiyyəsi yazıb sizə bildirir ki, yenidən həmin torpaq sahəsi hərrac müsabiqəsi yolu ilə hərraca çıxarılaraq ilkin istifadəçi kimi sizə üstünlük verilərək bələdiyyə tərəfindən hərraca çıxarılacaqdır. İş materialında olan icarəyə verən Neftçala rayon Qaraqaşlı bələdiyyəsi ilə icarəçi Neftçala rayon Qaraqaşlı kənd sakini İddiaçı arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən, Qaraqaşlı bələdiyyəsinin xx xxxxxxx 2005-ci il tarixli 10 saylı qərarına əsasən 1,5 ha torpaq sahəsi 10 (on) il müddətinə icarəçinin istifadəsinə verilmişdir. Müqavilənin 6-cı bəndinə əsasən, bu müqavilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsində dövlət qeydiyyatına alınan gündən etibarlı sayılır. Müqavilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsində torpaq sahələrindən istifadəyə hüquq verilməsinə dair sənədlərin qeydiyyat kitabında xx.xx.2005-ci il tarixdə 133 № ilə qeydiyyata alınmışdır. İş materialında olan Neftçala rayon Qaraqaşlı bələdiyyəsinin sədri X3 tərəfindən Şirvan inzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 111 nömrəli ərizədə İddiaçı Neftçala rayon Qaraqaşlı bələdiyyəsinə qarşı qaldırdığı iddia tələbinə etirazı olmadığı və icarə münasibətlərinin davam etdirilməsinə razı olduğu qeyd edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia qismən mümkün və qismən əsaslıdır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci və 2.0.11ci maddələrinə görə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh Neftçala rayon Qaraqaşlı bələdiyyəsinin xx xxxxxxx 2005-ci il tarixli qərarına və həmin tarixdə tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən iddiaçıya kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,5 ha torpaq sahəsi 10 il müddətinə icarəyə verilmiş, icarə müqaviləsinin müddəti bitdikdən sonra da icarə münasibətləri davam etmiş, yəni iddiaçı torpaq sahəsindən istifadə etməklə icarə haqqını ödəmişdir. Cavabdeh xx xxxx 2018-ci il tarixdə qərar qəbul edərək icarə müqaviləsinin müddətinin başa çatması səbəbi ilə iddiaçının sözügedən torpaq sahəsi üzərində fəaliyyətinə xitam verərək aralarındakı icarə müqaviləsini ləğv etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsinə əsasən, bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə qanunla müəyyənləşdirilmiş qaydada şikayət verilə bilər. İnzibati Prosesssual Məcəllənin 69.4-cü maddəsinə görə, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Cavabdeh inzibati orqan iddia tələbi üzrə iki dəfə ərizə göndərərək iddianı qəbul etdiyini və icarə münasibətlərinin davam etdirilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verilir. Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 2-ci abzasına əsasən, torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Məhkəmə araşdırması zamanı həmçinin, müəyyən olunmuşdur ki, cavabdeh icarə müddəti qurtardıqda deyil, həmin müddətdən 3 ildən artıq müddət keçdikdən sonra icarə haqqını ödədiyi halda iddiaçıya heç bir məlumat vermədən müqaviləni ləğv etmişdir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Həmin Qanunun 31-ci maddəsinə əsasən, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Tərəflər arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2005ci il tarixli müqavilədə onun uzadılması ilə bağlı bənd yoxdur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, torpaq icarəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının torpaq, mülki və digər qanunvericilik aktlarından ibarətdir. "İcarə haqqında" Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən, icarə münasibətləri bu Qanunla, Mülki Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. Torpaq icarəsi ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikasının Qanunu, habelə həmin qanunlara müvafiq olaraq qəbul edilmiş digər normativ hüquqi aktlarla tənzimlənir. "İcarə haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 5ci bəndinə əsasən, müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər. Bundan əlavə, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 62-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanün üzərinə düşür. Azərbaycan Respublikasını qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yazılı inzibati akt kütləvi informasiya vasitələrində dərc olunur. İnzibati akt dərc edildiyi gündən 10 gün keçdikdən sonra elan olunmuş sayılır. Yazılı inzibati aktın kütləvi informasiya vasitələrində dərc olunması qaydası müvafiq inzibati orqan tərəfindən müəyyən edilir. Həmin Qanunun 64.1-ci maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Yenə həmin Qanunun 67.1-67.3-cü maddələrinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Cavabdeh mübahisələndirilən qərarı qəbul edilərkən iddiaçını iclasa dəvət etməmiş, bu barədə və iddiaçıya mübahisələndirilən inzibati aktın surətinin göndərilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmə iddia tələbinin müqavilənin eyni müddətə uzadılması hissəsi ilə bağlı qeyd edir ki, həmin tələb Neftçala rayon Qaraqaşlı bələdiyyəsinin xx xxxx 2018-ci il tarixli, 09 nömrəli protokol qərarının qismən, yəni Qaraqaşlı bələdiyyəsi ilə icarədar İddiaçı arasında bağlanmış xx xxxxxxx 2005-ci il tarixli icarə müqaviləsinin müddətinin başa çatdığı üçün ləğv edilməsi barədə qərarının ləğv edilməsi tələbindən asılı olmuşdur. Belə ki, iddia tələbi Neftçala rayon Qaraqaşlı bələdiyyəsinin xx xxxx 2018-ci il tarixli, 09 nömrəli protokol qərarı qismən, yəni Qaraqaşlı bələdiyyəsi ilə icarədar İddiaçı arasında bağlanmış xx xxxxxxx 2005-ci il tarixli icarə müqaviləsinin müddətinin başa çatdığı üçün ləğv edilməsi hissəsində ləğv edildikdə tərəflər arasındakı icarə münasibətləri bərpa olunmuş sayılır. Bu səbəbdən İddiaçı Neftçala rayon Qaraqaşlı bələdiyyəsinə qarşı “Neftçala rayon Qaraqaşlı bələdiyyəsinin xx xxxx 2018-ci il tarixli 09 nömrəli protokol qərarının qismən, yəni Qaraqaşlı bələdiyyəsi ilə icarədar İddiaçı arasında bağlanmış xx xxxxxxx 2005-ci il tarixli icarə müqaviləsinin müddətinin başa çatdığı üçün ləğv edilməsi barədə qərarının ləğv edilməsi və üzərinə müqavilənin eyni müddətə artırılması öhdəliyinin qoyulması” barədə iddiasına “müqavilənin eyni müddətə artırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi” hissəsinə inzibati icraat qaydasında baxılması Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2021-ci il tarixli 2-1(120)-68/2021 saylı qərardadı ilə mümkün sayılmamışdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Neftçala rayon Qaraqaşlı bələdiyyəsinin xx xxxx 2018-ci il tarixli, 09 nömrəli protokol qərarı qismən, yəni Qaraqaşlı bələdiyyəsi ilə icarədar İddiaçı arasında bağlanmış xx xxxxxxx 2005-ci il tarixli icarə müqaviləsinin müddətinin başa çatdığı üçün ləğv edilməsi hissəsində ləğv edilsin. İddia qalan hissədə Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2021-ci il tarixli 2-1(120)- 68/2021 saylı qərardadı ilə mümkün sayılmamışdır. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov İş № 2-1(120)-68/2021 Аzərbаycаn Rеspublikаsının аdındаn QƏRАRDАD Şirvаn İnzibаti Məhkəməsi Şirvan şəhəri xx.xx.2021-ci il hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Neftçala rayon Qaraqaşlı bələdiyyəsinə qarşı “Neftçala rayon Qaraqaşlı bələdiyyəsinin xx xxxx 2018-ci il tarixli 09 nömrəli protokol qərarının qismən, yəni Qaraqaşlı bələdiyyəsi ilə icarədar İddiaçı arasında bağlanmış xx xxxxxxx 2005-ci il tarixli icarə müqaviləsinin müddətinin başa çatdığı üçün ləğv edilməsi barədə qərarının ləğv edilməsi və üzərinə müqavilənin eyni müddətə artırılması öhdəliyinin qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Neftçala rayon Qaraqaşlı bələdiyyəsinə qarşı məhkəmədə iddia qaldıraraq “xx xxxxxxx 2005-ci il tarixdə Qaraqaşlı bələdiyyəsinin onunla bağladığı torpaq icarə müqaviləsinə xitam verilməsinin qanunsuz hesab olunması və torpaq icarə müqaviləsinin müddətinin uzadılması, icarə torpaqlarına bitişik artıq ölçüdə olan torpaq sahələrinin eyni əsaslarla icarəyə verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx xxxxxx 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla iddia tələbinə Neftçala rayon Qaraqaşlı bələdiyyəsinin xx xxxx 2018-ci il tarixli, 09 nömrəli protokol qərarının Qaraqaşlı bələdiyyəsi ilə icarədar İddiaçı arasında bağlanmış xx xxxxxxx 2005-ci il tarixli icarə müqaviləsinin müddəti başa çatdığı üçün ləğv edilməsi barədə qərarının ləğv edilməsi kimi baxılmasını və müqavilənin eyni müddətə artırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2-1(120)-68/2021 saylı qərardadı ilə İddiaçı tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmiş, mübahisəyə Neftçala rayon Qaraqaşlı bələdiyyəsinin xx xxxx 2018-ci il tarixli, 09 nömrəli protokol qərarının qismən, yəni Qaraqaşlı bələdiyyəsi ilə icarədar İddiaçı arasında bağlanmış xx xxxxxxx 2005-ci il tarixli icarə müqaviləsinin müddətinin başa çatdığı üçün ləğv edilməsi barədə qərarının ləğv edilməsi və müqavilənin eyni müddətə artırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə baxılması qərara alınmışdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbinə “müqavilənin eyni müddətə artırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi” hissəsində inzibati icraat qaydasında baxılması mümkün hesab edilməməlidir. Belə ki, iddia tələbi Neftçala rayon Qaraqaşlı bələdiyyəsinin xx xxxx 2018-ci il tarixli, 09 nömrəli protokol qərarının qismən, yəni Qaraqaşlı bələdiyyəsi ilə icarədar İddiaçı arasında bağlanmış xx xxxxxxx 2005-ci il tarixli icarə müqaviləsinin müddətinin başa çatdığı üçün ləğv edilməsi barədə qərarının ləğv edilməsi və müqavilənin eyni müddətə artırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Yəni Neftçala rayon Qaraqaşlı bələdiyyəsinin xx xxxx 2018-ci il tarixli, 09 nömrəli protokol qərarı qismən, Qaraqaşlı bələdiyyəsi ilə icarədar İddiaçı arasında bağlanmış xx xxxxxxx 2005-ci il tarixli icarə müqaviləsinin müddətinin başa çatdığı üçün ləğv edilməsi hissəsində ləğv edildikdə tərəflər arasındakı icarə münasibətləri bərpa olunmuş sayılacaqdır. Bu səbəbdən iddia tələbi “müqavilənin eyni müddətə artırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində öz hüquqi qüvvəsini itirəcəkdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Neftçala rayon Qaraqaşlı bələdiyyəsinə qarşı “Neftçala rayon Qaraqaşlı bələdiyyəsinin xx xxxx 2018-ci il tarixli 09 nömrəli protokol qərarının qismən, yəni Qaraqaşlı bələdiyyəsi ilə icarədar İddiaçı arasında bağlanmış xx xxxxxxx 2005-ci il tarixli icarə müqaviləsinin müddətinin başa çatdığı üçün ləğv edilməsi barədə qərarının ləğv edilməsi və üzərinə müqavilənin eyni müddətə artırılması öhdəliyinin qoyulması” barədə iddiasına “müqavilənin eyni müddətə artırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi” hissədə inzibati icraat qaydasında baxılması mümkün hesab edilməsin. Qərardaddan tərəfə təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-68/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-68/2021
17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver