Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-681/2024 01.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Məhkəmə iclаsının kаtibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxslərin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Biləsuvar rayonu Zəhmətabad bələdiyyəsinə qarşı “xx.xx.2022-ci il tarixli, 01 saylı qərarın ləğv edilməsi” barədə iddia tələbinə dair işə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Biləsuvar rayonu Zəhmətabad bələdiyyəsinə qarşı “xx.xx.2022-ci il tarixli, 01 saylı qərarın ləğv edilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və cavabdehin nümayəndəsi X3 məhkəmə iclasına gəlmişlər, üçüncü şəxslər X4, X9 və X5 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, Biləsuvar rayonu Zəhmətabad bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 01 saylı qərarın ləğv edilməsi kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1072/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Biləsuvar rayonu Zəhmətabad bələdiyyəsinə qarşı “xx.xx.2022ci il tarixli, 01 saylı qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(106)-51/2023 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1072/2022 nömrəli qərarı ləğv edilmiş, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə X4 və X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdirlər. X6 Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İşdə olan Biləsuvar rayonu Zəhmətabad bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 15 saylı iclasının protokolundan görünür ki, Zəhmətabad bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 01 saylı qərarı ləğv edilmişdir. Məhkəmə proses zamanı iddiaçı ilə onun hüquqi marağına uyğun müzakirə aparmış və tələbi ilə bağlı izahlar vermişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, Biləsuvar rayonu Zəhmətabad bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 01 saylı qərarı ləğv edilmişdir. Təsərrüfat fəaliyyəti məşğul olduğunu və torpaq sahəsi ilə təmin olunmaq istədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahat verərək bildirdi ki, Biləsuvar rayonu Zəhmətabad bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 15 saylı iclas protokolu ilə Zəhmətabad bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 01 saylı qərarı ləğv edilmişdir. Həmçinin yanlışlıqların aradan qaldırılması məqsədilə iddiaçının eyni kateqoriyadan olan torpaq sahəsi ilə təmin edilməsi üçün köməklik göstərəcəyini bildirdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslərin vəkili və nümayəndəsi Vəkil izahat verərək bildirdi ki, Biləsuvar rayonu Zəhmətabad bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 15 saylı iclas protokolu ilə Zəhmətabad bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 01 saylı qərarı ləğv edilmişdir. İddiaçının tələbi cavabdeh tərəfindən təmin olunduğu üçün işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığından iş üzrə xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (maddə 67.1). Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (maddə 67.2). Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (maddə 67.3). Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. İddiaçı tələbi təmin edildiyi üçün məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd edir ki, iş üzrə icraata xitam verilməsi iddiaçı tərəfindən hüquqi marağına uyğun iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Biləsuvar rayonu Zəhmətabad bələdiyyəsinə qarşı “xx.xx.2022-ci il tarixli, 01 saylı qərarın ləğv edilməsi” barədə iddia tələbi üzrə işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Biləsuvar rayonu Zəhmətabad bələdiyyəsinə qarşı “xx.xx.2022-ci il tarixli, 01 saylı qərarın ləğv edilməsi” barədə iddia tələbi ilə bağlı iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-681/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-681/2024
01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver