Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-682/2022 02.06.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 02 iyun 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan N T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının bütövlüyü uğrunda İ Qarabağ döyüşlərində iştirak etdiyi üçün ona müharibə veteranı adı verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının bütövlüyü uğrunda İ Qarabağ döyüşlərində iştirak etdiyi üçün ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.N2-ci ildə Füzuli rayonu Hərbi Komissarlığından hərbi xidmətə çağrılmışdır. xx.xx.N2-ci ildən xx.xx.N3-cü ilə kimə N saylı hərbi hissədə xidmətdə olmuşdur. N3-cü ildə onun təcrübəli çavuş olduğunu görərək 8 nəfər çavuş heyəti ilə birlikdə N saylı hərbi hissəsdən N saylı hərbi hissəyə göndərmişlər. xx.xx.N3-cü ildən xx.xx.N6-cı il tarixə qədər N saylı hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.N4-cü ildə Horadiz əməliyyatlarında döyüşlərin iştirakçısı olmuşdur. Ulu Öndərin rəhbərliyi altında N-ci Qarabağ döyüşlərində iştirak etdiyi üçün veteranlıq adının verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə rəsmi qaydada müraciət etmişdir. Təssüflər olsun ki, ona imtina cavabı verilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci ilin fevralın N-dən N4-cü ilin mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində- Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu , Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınınm yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə qeyd edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirlər ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. N. Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfumuna AR Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 3N mart 202N-ci il tarixli 9/2-2653 nömrəli arayışına əsasən iddiaçı döyüş əməliyyatları aparan hərbi hissəni özbaşına tərk etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N nömrəli əmrilə hərbi hissəni özbaşına tərk etdiyi üçün qazan təminatından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3cü il tarixli, 309 nömrəli əmri ilə fərrarilikdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin qeyd hissəsinə əsasən bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası cinayət-prosessual məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Beləliklə də, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran” adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası məhz bu əsaslarla N2 dekabr 202N -ci il tarixli qərarı ilə iddiaçıya “Müharibə veteranı” vəsiqəsinin verilməsindən imtina etmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi heyət baş idarəsinin xx.xx.202N-ci il tarixli, 4/3-NN54 nömrəli məktubundan görünür ki, iddiaçının Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya daxil olmuş ərizəsinə baxılmışdır. Mərkəzi Arxivin xx.xx.202N-ci il tarixli, 9/2-3653 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissəni dəfələrlə özbaşına tərk etmə faktı olduğuna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuş, məhkəməyə müraciət etməsinin məqsədə uyğun olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər idarəsi Mərkəzi Arxivinin xx.xx.20N6-cı il tarixli, 9/2-N44NN nömrəli Arxiv Arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N7 noyabr N3-cü il tarixli, 32N №-li əmrilə (əsas: pr-7, səh-287, §-N2, sıra-N9) həmin tarixdən N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə keçirilmişdir və Müdafiə Nazirinin 30 sentyabr N6-cı il tarixli, N94 №-li əmrinə əsasən xx.xx.N2-ci il tarixdə Füzuli RHK-dan çağırılmış, N MAT-un əsgəri sıravi İddiaçı Silahlı Qüvvələr sıralarından ehtiyata tərxis olunduğu üçün hərbi hissə komandirinin N2 noyabr N6-cı il tarixli, 3N7 №-li əmrilə (əsas: pr-N2, səh-N43, sıra-78) şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılaraq qeydiyyata düşmək üçün rayon hərbi komissarlığına göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər idarəsi Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli, 9/2-2653 nömrəli və xx.xx.202N-ci il tarixli, 4/2- 2373 nömrəli Arxiv Arayışlarından görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N2ci il tarixli, 95 №-li əmrilə (əsas: səh-N64, sıra-43) İddiaçı N nömrəli hərbi hissəyə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, NN №-li əmrilə (əsas: səh-N0, əmrdə atasının adı Məmməd yazılmışdır) sıravi İddiaçı Məmməd oğlu kimya müdafiə bölüyünə ezam edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, N20 №-li əmrində (əsas: səh-27, §-9, sıra 8, əmrdə atasının adı yazılmamışdır) N nömrəli hərbi hissədən gəlmiş sıravi İddiaçı Məmməd oğlu şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, N09 №-li əmrində (əsas: səh-40, §-N0, sıra 8, əmrdə atasının adı tam yazılmamışdır) N nömrəli hərbi hissənin hərbi qulluqçusu İddiaçı M. oğlunun N nömrəli hərbi hissənin tabeliyinə verilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 44 №-li əmrində (əsas: səh-43, §-N, sıra 7, əmrdə atasının adı tam yazılmamışdır) N nömrəli hərbi hissənin hərbi qulluqçusu İddiaçı M. oğlunun N nömrəli hərbi hissə komandirinin sərancamına göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, N42 №-li əmrində (əsas: səh-N7, §-4, sıra 6, əmrdə atasının adı yazılmamışdır) N nömrəli hərbi hissənin sıravisi İddiaçı 2-ci motoatıcı batalyonun şəxsi heyətinin siyahısına daxil edilməsi barədə məlumat vardır. 2-ci motoatıcı taboru icazəsiz tərk etdiyi üçün sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, N80 №-li əmrilə (əsas: səh-8, §-4, sıra N27, əmrdə atasının adı yazılmamışdır) qazan təminatından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 309 №-li əmrində (əsas: səh-268, §-5, əmrdə atasının adı yazılmamışdır) fərarilikdən qayıtmış sıravi İddiaçı 6 MAT-un qazan təminatına daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 32N №-li əmrində (əsas: səh-29N, §-2N, sıra-N, əmrdə atasının adı yazılmamışdır) 6 MAT-un hərbi qulluqçusu İddiaçı BMO-nun tərkibinə daxil edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 32N №-li əmrində (əsas: səh-287, §- 7, sıra-N9) N nömrəli hərbi hissənin hərbi qulluqçusu İddiaçı xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissənin tərkibinə keçirilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 45 №-li əmrində (əsas: səh-2N2, §-N0, sıra-28, əmrdə atasının adı yazılmamışdır) BMO-nun hərbi qulluqçusu İddiaçı xidmətini davam etdirmək üçün 5 MATun tərkibinə keçirilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 47 №-li əmrində (əsas: səh-235, §-N, sıra-N8, əmrdə atasının adı yazılmamışdır) hərbi hissəni özbaşına tərk etdiyi üçün İddiaçı BMO-nun qazan təminatından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 73 №-li əmrilə (əsas: səh-32, §-N4, sıra-N6) 5 MAT-un sıravisi İddiaçı xidmətini davam etdirmək üçün 2 MAT-un tərkibinə keçirilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 20N №-li əmrilə (əsas: səh-N04, §-5, sıra-5) xx.xx.N4-cü il tarixdən qazan təminatından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 2N2 №-li əmrilə (əsas: səh-N24, §-2) hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 20N №-li əmrində §-5də hərbi hissəni özbaşına tərk etdiyi üçün qazan təminatından çıxarılmış sıravi İddiaçı barəsində seçilmiş əmr etibarsız sayılmışdır. Müdafiə Nazirinin xx.xx.N6-cı il tarixli müvafiq əmrinə əsasən Ordu sıralarından ehtiyata tərxis edilmiş, xx.xx.N2-ci il tarixdə hərbi xidmətə çağırılmış sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli, 3N7 №-li əmrilə (əsas: səh-N43, §-N2, sıra-78) şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılaraq qeydiyyata düşmək üçün Füzuli RHK-na göndərilmişdir. NN0 №-li hərbi hissədən Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatıarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N () №-li hərbi hissənin xx.xx.N2-ci ildən xx.xx.N2-ci ilədək, xx.xx.N3-cü ildən xx.xx.N4-cü ilədək və N №-li hərbi hissənin xx.xx.N2-ci ildən xx.xx.N4-cü ilədək döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmışdır. İş materiallarında olan Füzuli Hərbi Prokurorluğunun xx.xx.20N8-ci il tarixli, N7/N665 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və cinayət işi olmamışdır. İş materiallarında olan Beyləqan rayon Polis Şöbəsinin xx.xx.202N-ci il tarixli, 3/N37-N7802-N22N nömrəli məktubundan görünür ki, xx.xx.N973-cü il təvəllüdlü İddiaçı məlumatı RPŞ-də Vahid məlumat axtarış sistemi üzrə yoxlanılaraq barəsində məhkumluq və təqsirləndirici materialın olması barədə məlumat aşkar edilməmişdir. İddiaçıya məxsus HЗ № ******* nömrəli hərbi biletdə onun xx.xx.N3-cü il tarixindən xx.xx.N4-cü il tarixinədək N () nömrəli hərbi hissənin tərkibində Füzuli rayonunda olan hərbi hərəkətlərdə iştirak etdiyi qeyd edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə NN-ci il oktyabrın 9-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi heyət baş idarəsinin xx.xx.202N-ci il tarixli, 4/3-NN54 nömrəli məktubu ilə döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissəni dəfələrlə özbaşına tərk etmə faktı olduğuna görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Eyni zamanda cavabdeh inzibati orqan etirazında Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 3N mart 202N-ci il tarixli 9/2-2653 nömrəli arayışına istinad edərək İddiaçı döyüş əməliyyatları aparan hərbi hissəni özbaşına tərk etdiyi, N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, N nömrəli əmrilə hərbi hissəni özbaşına tərk etdiyi üçün qazan təminatından çıxarıldığı, N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 309 nömrəli əmri ilə fərarilikdən qayıtmış hesab edilərək qazan təminatına daxil edildiyini bildirir. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus hərbi biletdə onun xx.xx.N3-cü il tarixindən xx.xx.N4-cü il tarixinədək N () nömrəli hərbi hissənin tərkibində Füzuli rayonunda olan hərbi hərəkətlərdə iştirak etdiyi qeyd olunmuş və həmin sənəddəki məlumatların həqiqiliyini təkzib edən hər hansı dəlil, sübut cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Məhkəmə onu da qeyd edir ki, hərbi hissəni özbaşına tərk etdiyi üçün onun BMOnun qazan təminatından çıxarılması barədə məlumata dair cavabdehin dəlillinə cavab olaraq iddiaçı məhkəmə iclasında verdiyi izahatında o, heç bir vaxt hərbi hissəni özbaşına tərk etdmədiyini, N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 45 №-li əmrinə əsasən xidmətini davam etdirmək üçün 5 MAT-un tərkibinə keçirildikdən sonra, müəyyən səbəblərdən həmin hərbi hissədə xidmətini davam etdirmək istəmədiklərini bildirdikləri üçün onun və bir neçə hərbiçi yoldaşlarının “Şəmkir rayonunda yerləşən “Seyfəli” poliqonuna aparıldığını, orada bir müddət hərbi təlim keçdikdən sonra xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 73 №-li əmrilə 2 MAT-un tərkibinə keçirildiyini bildirmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın təqdim etdiyi məlumatlarla iddiaçıya məxsus hərbi biletdə olan qeydlər, eləcə də iddiaçının izahatı arasında ziddiyyətlər vardır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun NN-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 6N-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in N4.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.N-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.N-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.N) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.N-ci, 23.N-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 8N-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-682/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-682/2022
02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver