Məhkəmə qərarları › İş №2-1(120)-682/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-682/2023

06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-682/2023 06.07.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “4427,78 manat pensiya məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının hesabına ödənilməsi” barədə iddia tələbi üzrə işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq şifahi məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “4427,78 manat pensiya məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının hesabına ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddiаçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı iddia tələbini onunla əsaslandırmışdır ki, vətəndaş Cavabdeh xx.xx.2006-cı il tarixindən İdarə (hazırda Mərkəzi Filial) tərəfindən əmək pensiyası təyin edilərək 01 yanvar 2006-cı il tarixindən hesablanıb ödənilmişdir. Azərbaycan Respublikası Hesablama Palatasının İdarədə (hazırda Mərkəzi Filial) apardığı son audit yoxlamasının nəticəsində vətəndaşa eyni zamanda Dövlət Sosial Müdafiə fondunun Lənkəran rayon şöbəsi tərəfindən ümumilikdə 4708,50 (dörd min yeddi yüz səkkiz) manat məbləğində artıq müavinət ödənilməsi aşkar edilmiş və həmin məbləğin geri alınması İdarəyə (Mərkəzi Filiala) tapşırılmışdır. Artıq ödənilmiş vəsaitin 280,72 (iki yüz səksən) manat hissəsi cavabdehin əmək pensiyasından tutulmuş, qalan 4427,78 (dörd min dörd yüz iyirmi yeddi) hissəsinin isə tutulması mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1 -ci maddəsinə əsasən - “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər”. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müavinət pensiya hüququ almadıqda təyin edilir. Tərəfimizdən, vətəndaş Cavabdeh yaranmış 4427,78 manat borcu, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin hesabına ödənilməsi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra isə xx.xx.2019-cu il tarixdə tərəfimizdən məktub göndərilərək, xəbərdarlıq edilmiş, əks halda qanuna müvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məlumat üçün bildiririk ki, tərəfimizdən dəfələrlə müraciət edilməsinə baxmayaraq, artıq ödənilmiş dövlət vəsaitinin qaytarılması cavabdeh tərəfindən həyata keçirilməmiş və nəticədə 4427,78 manat İdarənin (Mərkəzi Filialın) hesabına ödənilməmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən - “artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur”. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091 -ci maddəsinə əsasən - “əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qanuni əsas və ya müqavilə əsas olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir”. Qeyd olunanları nəzərə alaraq, həmin artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş 4427,78 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmiş və əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, artıq ödənilmiş 4427,78 manat pensiya məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli etirazından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ona qarşı ödənilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd olunmuşdur ki, 18 aprel 2008-ci il tarixindən İdarə tərəfindən mənə əmək pensiyası təyin edilərək xx.xx.2006-cı il tarixindən ödənilmişdir.Azərbaycan Respublikası Hesablama Palatasının İdarədə apardığı son audit yoxlamasının nəticəsinə əsasən mənə eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsi tərəfindən ümumilikdə 4708,50(dörd min yeddi yüx səkkiz) manat məbləğində artıq müavinət ödənilməsi aşkar edilmiş və həmin məbləğin geri alınması ldarəyə(Mərkəzi Filiala) tapşırılmışdır.Artıq ödənilmiş vəsaitin 280,72(iki yüz səksən) manat hissəsi mənim əmək pensiyamdan tutulmuş, qalan 4427,78(dörd min dörd yüz iyirmi yeddi) manat hissəsinin isə tutulması mümkün olmamışdır.lddianm verilməsi əsası kimi Əmək pensiyaları haqqında qanunun 39.1-ci maddəsi göstərilmişdir. Aşağıdakı əsaslara görə hesab edirəm ki, iddia əsassız olduğuna görə rədd olunmalı və iş üzrə icraata xitam verilməlidir. Məlumat üçün bildirmək istəyirəm ki, iddiaçı iddia ərizəsini düzgün tərtib etməyərək, hazırkı iddia ilə bağlı hüququnun olmadığı və iddianın ümumiyyətlə Mərkəzi Filiala heç bir aidiyyətinin olmadığı halda Məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əmək pensiyası təyin edən orqandır.Lakin mübahisənin predmeti isə sosial müavinətlə bağlıdır.Odur ki, iddiaçının sosial müavinətin mübahisələndirmə hüququ yoxdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnamənin 2.1 bəndinə əsasən Filialın fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1 Qanunun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi, və ödənilməsi; 2.1.2 məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların fərdi uçotunun həyata keçirilməsi, onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsi. 2.1.2 məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların fərdi uçotunun həyata keçirilməsi, onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsi. Əsasnamənin 3.1.11 -ci bəndində göstərilir ki, fəaliyyət istiqamətlərinə aid məhkəmələrdə qaldırılmış iddialar üzrə təmsilçiliyin həyata keçirilməsini təmin etmək Filialın vəzifəsidir. İddia ərizəsində göstərilir ki, Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsi tərəfindən mənə 4708,50 manat məbləğində artıq müavinət ödənilməsi aşkar edilmişdir.Belə olan halda iddiaçı kimi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia qaldırmağa hüququ yoxdur.Çünki Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı sosial müavinət təyin edən orqan deyildir və həmin orqanın sosial müavinətlərlə bağlı tələb irəli sürməsinin heç bir hüquqi əsası yoxdur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əmək pensiyaları təyin edən orqandır.Mərkəzi filial tərəfindən yuxarıda qeyd olunduğu kimi mənə əmək pensiyası təyin olunaraq ödənilmiş və hal hazırda da ödənilir.Filial tərəfindən mübahisələndirilən sosial müavinətin mənim aldığım əmək pensiyası ilə heç bir bağlılığı yoxdur və bunun bu formada mübahisələndirilməsi qanunun tələblərinə zidd olmaqla əsassızdır. Mərkəzi filial tərəfindən heç bir əsas olmadan 2019-cu ilin fevral və mart ayında əmək pensiyamdan əsassız tutulma aparılmış və yalnız xx.xx.2019-cu il tarixli şikayət ərizəm nəticəsində əsassız tutulma 2019-cu ilin aprel ayından etibarən dayandırılmışdır. İddiaçı iddiasını eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsi ilə əsaslandıraraq əsassız varlanmaya da istinad edir.Bununla bağlı qeyd edirəm ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür.xx.xx.2018-ci il tarixdə sosial müavinət dayandırılmış və DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının bununla bağlı rəsmi məlumatı olmuşdur. İddiaçı iddia ərizəsində qeyd edir ki, Azərbaycan Respublikasının Hesablama X4 apardığı son audit yoxlamasının nəticəsinə əsasən artıq müavinət ödənilməsi aşkar olunmuş və həmin məbləğin geri alınması Mərkəzi Filiala tapşırılmışdır.Lakin iş materiallarına audit yoxlama Aktının və yaxud qərarının surəti əlavə edilməmişdir.Bu hal da hazırkı iddianın əsassız olması anlamına gəlir. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının qanunu sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamının 1.11 -ci bəndinə əsasən, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi nəzərdə tutulmuş, Prezident təqaüdünün ödənilməsinə xx.xx.2019- cu il tarixdən başlanılmış və həmin tarixdən müharibə veteranlarına müavinətlərin ödənilməsi dayandırılmışdır.Başqa sözlə, xx.xx.2019-cu il tarixdən müharibə veteranlarına ödənilən müavinət Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə əvəz edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 640 nömrəli fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Odur ki, iddia ərizəsində göstərilən və ödənilməsi tələb olunan sosial müavinət növü ləğv olunaraq Azərbaycan Respublikasının Prezidentinin təqaüdü ilə əvəz olunmuşdur.Məhz bu səbəbdən də iddiada tələb olunan məbləğin geri qaytarılmasının heç bir hüquqi əsası yoxdur və onun hətta istənilən orqan tərəfindən tələb olunması əsassızdır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya qanununun 87.1 -ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya qanununun 89.1-ci maddəsinə əsasən Normativ hüquqi akt (onun struktur elementi) aşağıdakı hallarda öz qüvvəsini itirir:-89.1.2 normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikasının Konstitusiyası, bu Konstitusiya Qanunu və digər qanunvericilik aktları ilə nəzərdə tutulan hallarda ləğv edildikdə; Mübahisələndirilən müavinətlə bağlı qeyd etmək istəyirəm ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur.Tərəfimdən bununla bağlı 20 aprel 2008-ci il tarixində Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə məlumat verilmişdir.Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən bildirmişlər ki, müavinətin dayandırılması üçün Hərbi Qulluqçular Departamenti tərəfindən Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə məktub göndərilməlidir. Bundan sonra müavinətin dayandırılmasına baxıla bilər. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş iddia əsassız olduğu üçün rədd edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahat verərək bildirdi ki, Cavabdeh 4427,78 manat pensiya məbləğinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin keçmiş iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (qardaşı) X6 iddia tələbinin əsassız olduğunu bildirmiş və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə X5 Anar Sənan oğluna ünvanladığı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh xx.xx.2008-ci il tarixdən İdarə tərəfindən əmək pensiyası təyin edilərək 1 yanvar 2006-cı il tarixdən hesablanaraq ödənilmişdir. Azərbaycan Respublikası Hesablama Palatasının İdarədə apardığı son audit yoxlamasının nəticəsində ona eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsi tərəfindən ümumilikdə 4708,50 manat məbləğində artıq artıq müavinət ödənilməsi aşkar edilmiş və həmin məbləğin geri alınması İdarəyə tapşırılmışdır. Artıq ödənilmiş vəsaitə görə əmək pensiyasından cari ilin mart ayında aparılmış tutulma aprel ayından etibarən dayandırılmışdır. Ona artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığına qısa müddət ərzində İdarəyə təqdim edilməsini, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı mənə qarşı 4427,78 manat artıq ödənilmiş müavinətin geri qaytarılması iddiası ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən mənə heç bir müavinət təyin edilməmişdir və onun tələb olunması da Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın səlahiyyətlərinə aid deyildir.Qanunvericiliyin tələblərinə əsasən verilən iddianın heç bir hüquqi əsası olmamaqla, iddia müddəti də ötürülmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1 maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. İddiaçı iddiasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsi ilə əsaslandıraraq əsassız varlanmaya görə pulun geri qaytarılmasını tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür.Mülki Məcəllənin 377.1-ci maddəsində göstərilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Ödənilmiş müavinət xx.xx.2018-ci il tarixində DSMF-nun Lənkəran şəhər şöbəsi tərəfindən dayandırılmışdır. Mülki məcəllənin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. Qərarlar). Həmin qərarlarda iddia müddətinin əhəmiyyətinin aşağıdakılardan ibarət olması göstərilmişdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri- mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məlumat üçün bildirirəm ki, mənə 18 aprel 2008cı il tarixindən əmək pensiyası təyin edilərək 01 yanvar 2006-cı il tarixindən hesablanaraq ödənilmişdir. xx.xx.2005-ci il tarixdən Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən müharibə veteranlığına görə ödənilən müavinətin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına heç bir aidiyyati yoxdur və Filial tərəfindən bu müavinətin məndən tələb olunması tam qanunsuzdur və heç bir hüquqi əsası yoxdur. Odur ki, yuxarıda göstərilənlərə əsasən iddia müddətinin də keçməsi ilə əlaqədar məhkəmənin iddiadan imtina barəsində qərar çıxarmasını xahiş etmişdir. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli etirazından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ona qarşı ödənilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd olunmuşdur ki, 18 aprel 2008-ci il tarixindən İdarə tərəfindən mənə əmək pensiyası təyin edilərək xx.xx.2006-cı il tarixindən ödənilmişdir.Azərbaycan Respublikası Hesablama Palatasının İdarədə apardığı son audit yoxlamasının nəticəsinə əsasən mənə eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsi tərəfindən ümumilikdə 4708,50(dörd min yeddi yüx səkkiz) manat məbləğində artıq müavinət ödənilməsi aşkar edilmiş və həmin məbləğin geri alınması ldarəyə(Mərkəzi Filiala) tapşırılmışdır.Artıq ödənilmiş vəsaitin 280,72(iki yüz səksən) manat hissəsi mənim əmək pensiyamdan tutulmuş, qalan 4427,78(dörd min dörd yüz iyirmi yeddi) manat hissəsinin isə tutulması mümkün olmamışdır.lddianm verilməsi əsası kimi Əmək pensiyaları haqqında qanunun 39.1-ci maddəsi göstərilmişdir. Aşağıdakı əsaslara görə hesab edirəm ki, iddia əsassız olduğuna görə rədd olunmalı və iş üzrə icraata xitam verilməlidir. Məlumat üçün bildirmək istəyirəm ki, iddiaçı iddia ərizəsini düzgün tərtib etməyərək, hazırkı iddia ilə bağlı hüququnun olmadığı və iddianın ümumiyyətlə Mərkəzi Filiala heç bir aidiyyətinin olmadığı halda Məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əmək pensiyası təyin edən orqandır.Lakin mübahisənin predmeti isə sosial müavinətlə bağlıdır.Odur ki, iddiaçının sosial müavinətin mübahisələndirmə hüququ yoxdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnamənin 2.1 bəndinə əsasən Filialın fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1 Qanunun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi, və ödənilməsi; 2.1.2 məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların fərdi uçotunun həyata keçirilməsi, onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsi. 2.1.2 məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların fərdi uçotunun həyata keçirilməsi, onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsi. Əsasnamənin 3.1.11 -ci bəndində göstərilir ki, fəaliyyət istiqamətlərinə aid məhkəmələrdə qaldırılmış iddialar üzrə təmsilçiliyin həyata keçirilməsini təmin etmək Filialın vəzifəsidir. İddia ərizəsində göstərilir ki, Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsi tərəfindən mənə 4708,50 manat məbləğində artıq müavinət ödənilməsi aşkar edilmişdir.Belə olan halda iddiaçı kimi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia qaldırmağa hüququ yoxdur.Çünki Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı sosial müavinət təyin edən orqan deyildir və həmin orqanın sosial müavinətlərlə bağlı tələb irəli sürməsinin heç bir hüquqi əsası yoxdur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əmək pensiyaları təyin edən orqandır.Mərkəzi filial tərəfindən yuxarıda qeyd olunduğu kimi mənə əmək pensiyası təyin olunaraq ödənilmiş və hal hazırda da ödənilir.Filial tərəfindən mübahisələndirilən sosial müavinətin mənim aldığım əmək pensiyası ilə heç bir bağlılığı yoxdur və bunun bu formada mübahisələndirilməsi qanunun tələblərinə zidd olmaqla əsassızdır. Mərkəzi filial tərəfindən heç bir əsas olmadan 2019-cu ilin fevral və mart ayında əmək pensiyamdan əsassız tutulma aparılmış və yalnız xx.xx.2019-cu il tarixli şikayət ərizəm nəticəsində əsassız tutulma 2019-cu ilin aprel ayından etibarən dayandırılmışdır. İddiaçı iddiasını eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsi ilə əsaslandıraraq əsassız varlanmaya da istinad edir.Bununla bağlı qeyd edirəm ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür.xx.xx.2018-ci il tarixdə sosial müavinət dayandırılmış və DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının bununla bağlı rəsmi məlumatı olmuşdur. İddiaçı iddia ərizəsində qeyd edir ki, Azərbaycan Respublikasının Hesablama X4 apardığı son audit yoxlamasının nəticəsinə əsasən artıq müavinət ödənilməsi aşkar olunmuş və həmin məbləğin geri alınması Mərkəzi Filiala tapşırılmışdır.Lakin iş materiallarına audit yoxlama Aktının və yaxud qərarının surəti əlavə edilməmişdir.Bu hal da hazırkı iddianın əsassız olması anlamına gəlir. Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının qanunu sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamının 1.11 -ci bəndinə əsasən, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi nəzərdə tutulmuş, Prezident təqaüdünün ödənilməsinə xx.xx.2019- cu il tarixdən başlanılmış və həmin tarixdən müharibə veteranlarına müavinətlərin ödənilməsi dayandırılmışdır.Başqa sözlə, xx.xx.2019-cu il tarixdən müharibə veteranlarına ödənilən müavinət Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə əvəz edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 640 nömrəli fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Odur ki, iddia ərizəsində göstərilən və ödənilməsi tələb olunan sosial müavinət növü ləğv olunaraq Azərbaycan Respublikasının Prezidentinin təqaüdü ilə əvəz olunmuşdur.Məhz bu səbəbdən də iddiada tələb olunan məbləğin geri qaytarılmasının heç bir hüquqi əsası yoxdur və onun hətta istənilən orqan tərəfindən tələb olunması əsassızdır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya qanununun 87.1 -ci maddəsinə əsasən normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya qanununun 89.1-ci maddəsinə əsasən Normativ hüquqi akt (onun struktur elementi) aşağıdakı hallarda öz qüvvəsini itirir:-89.1.2 normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan Respublikasının Konstitusiyası, bu Konstitusiya Qanunu və digər qanunvericilik aktları ilə nəzərdə tutulan hallarda ləğv edildikdə; Mübahisələndirilən müavinətlə bağlı qeyd etmək istəyirəm ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur.Tərəfimdən bununla bağlı 20 aprel 2008-ci il tarixində Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə məlumat verilmişdir.Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən bildirmişlər ki, müavinətin dayandırılması üçün Hərbi Qulluqçular Departamenti tərəfindən Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə məktub göndərilməlidir. Bundan sonra müavinətin dayandırılmasına baxıla bilər. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş iddia əsassız olduğu üçün rədd edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)- 535/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh 4427,78 manat pensiya məbləği tutularaq iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qət etmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(106)- 1165/2022 nömrəli qərardadından görünür ki, Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-535/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı artıq alınmış pensiya məbləğinin qaytarılması tələbinə dair mülki mühakimə icraatında baxılmalı olmadığından xitam verilmişdir. Qeyd olunur ki, hazırkı iş üzrə inzibati məhkəmə mübahisəsinin əsası artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılmasının qanuni hesab edilib-edilməməsi ilə bağlıdır ki, məhkəmə hesab edir ki, bu zaman məhkəmə inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olaraq əmək pensiyasının təyin edilməsi barədə inzibati aktın qanuni və qanunsuzluğundan əvvəl həmin inzibati aktın əlverişsiz və ya əlverişli inzibati akt olmasını araşdırmalıdır. Başqa sözlə hazırkı iş üzrə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə tələb, əmək pensiyasının təyin edilməsi barədə qərarın, o cümlədən inzibati orqan faktiki xarakterli digər hərəkətlərinin əlverişli və ya əlverişsiz olmasından asılıdır. Məhkəmə gəlmiş olduğu nəticəni inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırmaq zərurəti ilə bağlı aşağıdakıların qeyd edilməsini labud hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Yuxarıda qeyd edildiyi kimi hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı tələbin qanuniliyi baxımından həll edici əhəmiyyət daşımasa da pensiya təyini qərarının və faktiki xarakterli hərəkətlərinin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır. Aydın məsələdir ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edib-edə bilməməsindən asılıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, cavabdeh rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair məhkəməyə müraciət oluna bilər. Lakin işin faktiki hallarından göründüyü kimi qeyd olunan halların heç biri mövcud olmamışdır ki, iddiaçının cavabdehdən asılı olmayan hallar nəticəsində əmək pensiyasının güman olunan səhv təyin edilməsi belə məhkəmə hesab edir ki, cavabdehdən ödənişin tutulmasına əsas yarada bilməz. Belə ki, məhkəməyə daxil olmuş müvafiq sənədlərdə iddiaçının güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində, artıq müavinətin ödənilməsində cavabdehin təqsirli olması barədə heç bir qeyd edilməmişdir. İş materiallarında olan digər sənədlərlə isə vətəndaşa eyni zamanda əmək pensiyasının və müavinətin təyin edilməsinin hüquqi əsasının olmadığı ilə bağlı əsaslandırılsa da, bu zaman cavabdehin səhv təyinata hər hansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə cavabdeh onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının cavabdehdən gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi cavabdeh etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı iddiaçının hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər cavabdeh üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, Adıçəkilən Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin cavabdehə ehtimal olunan artıq pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir. Beləliklə, müavinətin təyin edilməsi barədə qərar qanunsuz hesab edilsə belə, həmin qərarın qeyd olunan halda qanunsuz və əlverişli xarakterə malik olması iddiaçı tərəfindən hazırkı iddianın verilməsinə və həmin iddianın təmin edilməsinə əsas vermir. Belə ki, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyil. İnzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə cavabdehdən pul məbləğinin geri tələb edilməsini istisna edir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi inzibati orqan tərəfindən müavinət səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə cavabdehin hesabına düzəldilməsi yol verilməzdir. Göründüyü kimi əmək pensiyasının və ya müavinətin təyin edilməsi barədə qərar şəxsin ziyanına şərh olunacağı halda belə, yəni əmək pensiyasının və ya müavinətin təyin edilməsi barədə qərar ləğv olunacağı, əmək pensiyasının və ya müavinətin bərpa edilməsi barədə cavabdeh tərəfindən iddia qaldırılmayacağı, iddia qaldırılsa belə həmin iddianın təmin edilməyəcəyi halda belə bu həmin aktın əlverişli inzibati akt hesab edilməsini aradan qaldırmır və hazırkı faktiki hallar nəzərə alınmaqla cavabdehin etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı tələbin təmin edilməsi istisna olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar