Məhkəmə qərarları › İş №2-1(120)-683/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-683/2023

10.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-683/2023 10.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı QSC BOKT-un nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC BOKT-un Cavabdehnə (Trade Line” MMC üçüncü şəxs qismində cəlb edilməklə) qarşı Cavabdeh başçısının xx.xx.2012-ci il tarxli, 15 saylı sərəncamının ləğv edilməsi tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti BOKT Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh başçısının xx.xx.2012-ci il tarxli, 15 saylı sərəncamının ləğv edilməsi” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(120)-2050/2022 nömrəli qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(120)-2050/2022 nömrəli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı Cavabdeh başçısının xx.xx.2012-ci il tarxli, 15 saylı sərəncamının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015ci il tarixli 570 nömrəli Fərmanının və Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101 s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra - İddiaçı QSC) keçmişdir.Qeyd edilən Fərmanın və Sərəncamın icrası ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" ASC-yə olan problemli borcları üzrə tələb hüququ da təhvil-təslim sənədləri əsasında İddiaçı QSC-yə təhvil verilmişdir.Təhvil-təslim sənədləri araşdırılarkən məlum olmuşdur ki, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)- 186/2009 saylı, 23 yanvar 2009-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iddiası qismən təmin edilərək, cavabdeh "xxxx" MMC- dən 6.959.202,00 ABŞ dollarının məzənnəsinə uyğun manatla pulun əsas borca görə, 2.645.535,00 ABŞ dollarının məzənnəsinə uyğun manatla pulun faiz borcuna görə, 619.703,00 ABŞ dollarının məzənnəsinə uyğun manatla dəbbə puluna sörə, 20 manat ödənilmiş dövlət rüsumuna görə pulun alınaraq "xxxx" ASC-yə ödənilməsi, ödəniləcək məbləğlərin ilkin olaraq onun bank hesablarına yönəldilməsi, çatışmayan məbləğlərin cavabdehə məxsus "xxxx" ASC-nin 21 1.762 ədəd adi adlı səhmlərinə və digər əmlaklarına yönəldilməklə və həmin əmlakların hərrac vasitəsilə satılması yolu ilə borcun ödənilməsinin təmin edilməsi, hərraclardan artıq qalan pulun borc tam ödənildikdən sonra cavabdehə qaytarılması qət edilmişdir. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)- 186/2009 saylı, 23 yanvar 2009-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almış və həmin qətnamə əsasında xx.xx.2010-cu il tarixdə verilmiş icra vərəqəsi icra olunması üçün əvvəlcə Nəsimi rayon icra şöbəsinə, sonra isə Sabirabad rayon icra şöbəsinə göndərilmişdir. Verilmiş sorğular əsasında DƏDRX-dən verilmiş cavab məktubuna əsasən məlum olmuşdur ki, "xxxx" MMC-nin adına Kürdəmir şəhəri, 15 saylı “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi (99 il müddətinə: xx.xx.2006-xx.xx.2105) icarə hüququ əsasında qeydiyyata alınmışdır. Buna əsas isə Cavabdeh Başçısının xx.xx.2006-cı il tarixli 78 nömrəli Sərəncamı olmuşdur.Sonradan Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-13/2021 saylı, 26 may 2021-ci il tarixli qərardadı ilə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)- 186/2009 saylı, 23 yanvar 2009-cu il tarixli qətnaməsinin icra üsulu dəyişdirilərək borcun "xxxx" MMC-nin adma icarə hüququ əsasında qeydiyyata alınan Kürdəmir şəhəri, 15 saylı ”Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə, digər təyinatlı torpaq sahəsinə və "xxxx" MMC-nin adında qeydiyyatdan keçən nəqliyyat vasitələrinə yönəldilməsi, "xxxx" MMC-nin həmin əmlaklar üzərində müvafiq olaraq mülkiyyət, icarə, istifadə hüquqlarına xitam verilməsi, İddiaçı QSC-nin həmin əmlaklar üzərində mülkiyyət, icarə, istifadə hüquqlarının tanınması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yaninda Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC-nin qeyd olunan əmlakların yeni mülkiyyətçisi, icarəçisi, istifadəçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, yuxarıda qeyd olunan əmlaklar borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləğinin borclu "xxxx" MMC-nin digər daşmar və daşınmaz əmlaklarına (o cümlədən texnika və nəqliyyat vasitələrinə) yönəldilməsi və həmin əmlaklar hesabına borcun tutularaq İddiaçı QSC-yə ödənilməsi qərara alınmışdır. Həmin qərardad qanuni qüvvəsini aldıqdan sonra Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli məktubu ilə icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə göndərilmişdir.Həmin qərardad icra olunaraq, Kürdəmir şəhəri, 15 saylı “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi üzərində İddiaçı QSC-nin icarə hüquqları dövlət qeydiyyatına alınmış (qeydiyyat tarixi: 03.1 1.2021, qeydiyyat nömrəsi: **********) və buna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarış, torpaq sahəsinin planı və ölçüsü verilmişdir.Sonradan məlum olmuşdur ki, Cavabdeh Başçısının 15 nömrəli 14 fevral 2012-ci il tarixli Sərəncamı ilə "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə quşçuluq kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu ambarların və sair yardımçı binaların tikintisi məqsədilə “Çöl Sor-Sor” yeri adlanan dövlət fonduna məxsus toıpaq sahəsindən 30 ha yerin ayrılması qərara alınmışdır. Həmin Sərəncamla Cavabdeh tərəfindən "xxxx" MMC ilə icarə müqaviləsi bağlanması rayon İcra Hakimiyyəti Başçısının Aqrar məsələlər üzrə müavini Ə.X.Şükürova həvalə edilmişdir. Bundan sonra 15 fevral 2012-ci il tarixdə "xxxx" MMC ilə torpaq icarə müqaviləsi bağlanmış və 30 ha torpaq sahəsi 99 il müddətinə "xxxx" MMC-yə icarəyə verilmişdir.Göründüyü kimi “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha torpaq sahəsi Cavabdeh Başçısının xx.xx.2006-cı il tarixli 78 nömrəli Sərəncamı ilə ilkin olaraq "xxxx" MMC-nin 99 il müddətinə icarəsinə verilməsinə və həmin icarə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına baxmayaraq 5 ildən aıtıq müddət keçəndən sonra Cavabdeh Başçısının 15 nömrəli 14 fevral 2012-ci il tarixli Sərəncamı ilə "xxxx" MMC-nin icarəsinə verilmişdir. Bu səbəbdən hesab edirik ki, Cavabdeh Başçısının 15 nömrəli 14 fevral 2012-ci il tarixli Sərəncamı ləğv edilməli və həmin sərəncama əsasən tərtib olunmuş sənədlər etibarsız sayılmalıdır. İddiaçı QSC tərəfindən Cavabdeh Başçısının 15 nömrəli 14 fevral 2012-ci il tarixli Sərəncamının ləğv edilməsi bağlı Cavabdehnə müraciət edilsə də, Cavabdeh İddiaçı QSC-nin müraciətinə heç bir münasibət bildirməmişdir. Ona görə də, Şirvan İnzibati Məhkəməsində sözügedən Sərəncamım ləğv olunması tələbi ilə əlaqədar iddia qaldırmaq zərurəti yaranmışdır. Cavabdeh Başçısının 15 nömrəli, 14 fevral 2012-ci il tarixli Sərəncamının ləğv edilməsi ilə bağlı İddiaçı QSC tərəfindən xx.xx.2022-ci il tarixdə 3-11/648 nömrəli məktubla Cavabdeh başçısına müraciət olunsa da, müsbət nəticə olunmadığına görə, İddiaçı QSC tərəfindən həmin sərəncamın ləğv oluması ilə əlaqədar qanunverciliyin tələbinə əsasən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.İnzibati Prosessual Məcəllənin 73.3.1-73.3.2-ci maddələrinin tələbinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz.İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 60, 71-ci, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1, 34.1-ci maddələrini rəhbər tutaraq, Cavabdeh Başçısının 15 nömrəli, 14 fevral 2012-ci il tarixli Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi vəkil X4 şifahi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məkəməyə təqdim etdiyi etiraz məktubunda göstərilmişdir ki, hörmətli Amilya xanım, məlum olduğu kimi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra-İddiaçı QSC) Cavabdehnə (bundan sonra-Kürdəmir RİH) qarşı Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Sədrliyinizlə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)-2050/2022 nömrəli qərardadı ilə hazırkı inzibati iş üzrə hüquqlarını müdafiə etdiyim "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra- "xxxx" MMC) zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı QSC tələbini onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(81)- 186/2009 nömrəli qətnaməsi əsasında verilmiş xx.xx.2010-cu il tarixli icra vərəqəsinin icrası prosesində sorğulara cavablardan məlum olmuşdur ki, Kürdəmir RİHB-nin xx.xx.2006-cı il tarixli 78 nömrəli sərəncamı ilə Kürdəmir şəhəri, 15 saylı “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi (99 il müddətinə: 01.072006-xx.xx.2015) icarə hüququ əsasında "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. Sonradan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8-2(113)-13/2021 nömrəli qərardadı ilə 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(81)-186/2009 nömrəli qətnaməsinin icra üsulu dəyişdirilərək, borcun "xxxx" MMC-nin adına icarə hüququ əsasında qeydiyyata alınan Kürdəmir şəhəri, 15 saylı “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsinə və "xxxx" MMC-nin adına qeydiyyatdan keçən nəqliyyat vasitələrinə yönəldilməsi qərara alınmışdır. Həmin qərardad icra olunaraq, Kürdəmir şəhəri, 15 saylı “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi üzərində İddiaçı QSC-nin icarə hüquqları dövlət qeydiyyatına alınmış və buna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvfiq çıxarış, torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Sonradan məlum olmuşdur ki, Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamı ilə "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə quşçuluq kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbarları və sair yardımçı binaların tikintisi məqsədilə “Çöl Sor-sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən 30 ha yerin ayrılması qərara alınmışdır. X5 RİH tərəfindən “TRADE LİNE“ MMC ilə icarə müqaviləsinin bağlanması Kürdəmir RİHB-nin Aqrar məsələləri üzrə müavini Ə.X.Şükürova həvalə edilmişdir. Bundan sonra xx.xx.2012-ci il tarixdə "xxxx" MMC ilə torpaq icarə müqaviləsi bağlanmış və 30 ha torpaq sahəsi 99 il müddətinə "xxxx" MMC- yə icarəyə verilmişdir. İddia ərizəsində daha sonra göstərilir ki, “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha torpaq sahəsi Kürdəmir RİHB-nin xx.xx.2006-cı il tarixli 78 nömrəli sərəncamı ilə ilkin olaraq "xxxx" MMC-nin 99 il müddətinə: icarəsinə verilməsinə və həmin icarə hüquqları daşınmaz əmlakın dövlət reyestri orqanında qeydiyyata alınmasına baxmayaraq, 5 ildən artıq müddət keçəndən sonra Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamı ilə “TRADE LİNE“ MMC-nin icarəsinə verilmişdir. Bu səbəbdən də iddiaçı hesab edir ki, Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamı ləğv edilməli və həmin sərəncama əsasən, tərtib olunmuş sənədlər eibarsız sayılmalıdır. İddia ərizəsində iddiaçının istinad etdiyi fakt və halları bütünlüklə nəzədən keçirdim və orada göstərilənlərlə razı deyiləm. Ona görə də hesab edirəm ki, aşağıdaklara əsasən, iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu mddəsinin 3-cü hissəsinin tələbinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Yenə Konstitusiyamızın 60-cı mddəsinin 1-ci hissəsində ilə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İPM) 29.1-ci maddəsində müəyyən edilmişdir ki, üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Yenə MPM-nin 47.2- ci maddəsində bildirilir ki, iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Surəti işdə olan Kürdəmir RİHB-nin xx.xx.2006-cı il tarixli 78-ci nömrəli sərəncamının 1-ci və 2-ci bəndlərinə əsasən, "xxxx" MMC-nin xx.xx.2006-cı il tarixli 89/06 nömrəli məktubu və mütəxəssislərin tərtib etdiyi xx.xx.2006-cı il tarixli aktı nəzərə alınaraq, lift və lift ehtiyat hissələri, kənd təsərrüfatı texnikassı, dərin quyular üçün su nasosları və digər avadanlıqlar istehsal edən zavodun tikintisi məqsədilə "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə Kürdəmir şəhəri, 15 saylı “Çöl Sor-sor” adlı sahədən 30 hektar torpaq sahəsinin verilməsi qərara alınmışdır. Qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra-Torpaq Məcəlləsi) 57-ci maddəsinin 4-cü hissəsində müəyyən edilmişdir ki, qeyri-kənd təsərrüfatı və qeyri-meşə təsərrüfatı məqsədləri üçün torpaq sahəsinin ayrılması iki mərhələdə aparılır: 1)obyektin yerləşdirilməsinin əvvəlcədən razılaşdırılması (layihələşdirilməsi); 2) torpaq sahəsinin verilməsinin rəsmiləşdirilməsi. Yenə Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən, torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Surəti işdə olan Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, hüquqlarını müdafiə etdiyim "xxxx" MMC-nin rəhbərliyi Kürdəmir RİHB-nə müraciət edərək, Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramından irəli gələn vəzifələrə uyğun Kürdəmir rayonunun ərazisində quşçuluq kompleksinin, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbarların və sair yardımçı binaların tikintisi üçün seçdikləri ərazidən 30 hektar torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Mütəxəssis komissiyası əraziyə baxış keçirmiş və "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə “Çöl Sor-sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən tikinti məqsədilə 30 hektar yer ayrılmasını məqsədəmüvafiq hesab etmişdir. Göründüyü kimi, "xxxx" MMC-nə “Çöl Sor-sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən tikinti məqsədilə 30 hektar yer ayrılmasından ötrü əvvəlcə mütəxəssis komissiyası həmin əraziyə baxış keçirmiş və orada qeyd edilən ölçüdə torpaq sahəsinin ayrılmasını məqsədəmüvafiq hesab etmişdir. Bununla təsdiq edilir ki, "xxxx" MMC-nə “Çöl Sor-sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən tikinti məqsədilə yer ayrılanda Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə düzgün əməl edilmişdir. Həmin sərəncamın 1-ci və 2-ci bəndlərinə əsasən, hüquqlarını müdafiə etdiyim "xxxx" MMC-nin müraciəti nəzərə alınaraq, onun uzunmüddətli istifadəsinə quşçuluq kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbarları və sair yardımçı binaların tikintisi məqsədilə “Çöl Sor-sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən 30 ha yerin ayrılması qərara alınmışdır. Qeyd edilməlidir ki, Şirvan İnzibati Məhkəməsinin hakimi Amilya xanım Hüeynovaya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda Kürdəmir RİHB- nın müavini cənab Ağalı Kərimli İddiaçı QSC-nin iddiasının əsassız olduğunu və onu qəbul etmədiyini bildirməklə yanaşı, Kürdəmir rayonunun inzibati ərazisində yerləşən “Çöl Sor-sor” adlı ərazidən xx.xx.2006-cı il tarixli 78-ci nömrəli sərəncamla "xxxx" MMC-nə ayrılmış 30 hektr torpaq sahəsi ilə və xx.xx.2012- ci il tarixli 15 nömrəli sərəncamla "xxxx" MMC-nə ayrılmış 30 hektar torpaq sahəsinin üst- üstə düşməsi barədə heç bir məlumatın olmadığını göstərmişdir. Həmin məktubda daha sonra bildirilmişdir ki, "xxxx" MMC-nin həmin dövrdə rəhbəri olmuş R.Mansurovun rayon icra hakimiyyətinə ünvanladığı müraciətində həmin torpaq sahəsinin əvvəllər də otlaq sahəsi kimi onların icarəsində olduğu qeyd edilmiş və həmin torpaq sahəsinin yenidən sənədləşdirilməsi, ərazidə ferma və digər tikintilər tikilməsinə icazə verilməsi xahiş edilmişdir. Surətini təqdim etdiyim "xxxx" MMC-nin rəhbəri R.Mansurovun Kürdəmir RİH başçısı cənab F.Məlikova ünvanladığı xx.xx.2012-ci il tarixli məktubda bildirilir ki, əvvəllər Sor-sor kəndi yaxınlığında rayonun inzibati ərazisində mal-qara saxlamaq üçün 30 hektar icarəyə torpaq sahəsi götürmüşlər. Hazırda həmin ərazidə mal-qaranın kökəldilməsi məqsədilə bəzi tikinti tikməyə ehtiyacları vardır. Odur ki, istifadələrində olan 30 hektar torpaq sahəsinin yenidən sənədləşdirilməsinə və həmin ərazidə ferma, çoban evi və s. yardımçı binaların tikilməsinə sərəncam verilməsini xahiş edir. Hazırda qüvvədə olan 30 aprel 1992-ci il tarixdə qəbul edilmiş “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-“İcarə haqqında” Qanun) 1-ci və 2-ci maddələrinə görə icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. İcarə münasibətləri bu Qanunla, Mülki Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. “İcarə haqqında” Qanunun 7-ci maddəsində müəyyən edilmişdir ki, icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. Torpaq Məcəlləsinin 51-ci mddəsinin 3-cü hissəsinə görə icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Həmçinin bildirirəm ki, tərəflər arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 04 saylı “Torpaq icarəsi” müqaviləsinə əsasən, Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamına müvafiq olaraq, “İcarəyəverən” Kürdəmir RİH “Çöl Sor-sor” adlı yerdə yerləşən boş olan 30 ha torpaq sahəsini tikinti məqsədi ilə 99 il müddətə “İcarəçi” "xxxx" MMC-nin icarəsinə vermşdir. İcarə müqaviləsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmışdır, “İcarəçi” olaraq "xxxx" MMC tərəfindən icarə müqaviləsinin şərtlərinə düzgün əməl edilmişdir və icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi barədə “İcarəyəverən” Kürdəmir RİH bildiriş göndərməmişdir. Belə vəziyyətdə isə tərəflər arasında bağlanmış icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə əsas yoxdur. Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci və 6-cı hissələrinə əsasən, torpaq torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Bildirirəm ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Kürdəmir rayon şöbəsi tərəfindən tərtib edilmiş və Dövlət kadastr kitabında xx.xx.2013-cü il tarixdə 691 nömrə ilə uçota alınmış A seriylı 426165 nömrəli “Torpaq sahəsinin ölçüsü”ndən görünür ki, Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamına və xx.xx.2012-ci il tarixli 04 saylı icarə müqaviləsinə əssən Kürdımir rayonunda 300000 kv.m torpaq sahəsi tikinti məqsədilə "xxxx" MMC-nin adına tərtib edilmişdir. Bununla da təsdiq edilir ki, torpaq sahəsi icarəyə verilənədək onun koordinatları, qonşu nöqələri və sərhədləri yerdə (naturada) müəyyən edilmişdir. Xüsusilə qeyd edirəm ki, iddiaçının ləğv edilməsini tələb etdiyi Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamının mətnində "xxxx" MMC-nin icarəsinə verilmiş “Çöl Sor-sor” adlı yerdə yerləçən 30 ha torpaq sahəsinin bundan əvvəl "xxxx" MMC-nin icarə istifadəsində olmasına dair hər hansı fakt və sübut aşkar edilmədi. Bunlardan başqa, "xxxx" MMC müstəqil kommersiya hüquqi şəxsidir, onun müstəqil balansı vardır və o, "xxxx" MMC-nin öhdəliklərinə görə hər hansı formada cavabdehlik daşımır və ya onun tərkibinə daxil deyildir. Daha sonra, "xxxx" MMC tikinti üçün uzunmüddətli icarəyə götrdüyü torpaq sahəsini 2013-cü ildən başlayaraq, təyinatı üzrə istifadə etməkdə davam edir. Belə ki, vəkil sorğusu əsasında müstəqil qiymətləndirici "xxxx" MMC-nin qiymətləndirici - mütəxəssisləri tərəfindən “Kürdəmir rayonu, “Çöl Sor-sor” ünvanında yerləşən "xxxx" MMC-nin daşınmaz əmlakının qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli UNİ/F 136-156/23 nömrəli hesabat tərtib edilmişdir. Qiymətləndirici qarşısında qoyulmuş suala uyğun olaraq Kürdəmir rayonu, “Çöl Sor-Sor” ünvanında yerləşən "xxxx" MMC-yə məxsus olan əmlak kompleksinə baxış keçirilmiş, qiymətləndirmə üçün tədqiqat aparılmışdır. Əmlak Kürdəmir rayonun mərkəzinə yaxın yerləşir. Gediş-gəliş yolları və nəqliyyatla təminatı qənaətbəxş səviyyədədir. Qiymətləndirmə hesabatından görünür ki, göstərilən ünvanda yerləşən əmlak kompleksinə 2013-cü ildə tikilmiş 2 mərtəbəli otel binası, sendvic anbar binası, köhnə anbar binası, cücə fabriki binası, istehsalat binası, 4 ədəd gözətçi binsı, 2 ədəd yarımçıq tikli, hasar və broyler avadnlığı seksiyası daxildir. Beləliklə, apаrılmış hеsаblаmаlаrа və təhlillərə əsаsən Kürdəmir rayonu, “Çöl Sor- Sor” ünvanında yerləşən "xxxx" MMC-yə məxsus olan əmlak kompleksinin dəyəri 20 fevral 2023-ci il tarixinə 2 201 665,60 (iki milyon iki yüz bir min altı yüz altmış beş manat, 60 qəpik) manat təşkil edir. Nəzərə alınmalıdır ki, Kürdəmir rayonu “Çöl Sorsor” adlı yerdə yerləçən 30 ha torpaq sahəsi dövlət mülkiyyətindədir, istər "xxxx" MMC-nin, istərsə də "xxxx" MMC-nin yalnız icarə istifadəsinə verilmişdir. Kürdəmir RİHB-nin hər iki sərəncamından aydın görünür ki, həmin torpaq sahəsi istər "xxxx" MMC-nə, istərsə də "xxxx" MMC-nə Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramından irəli gələn vəzifələrə uyğun olaraq verilmişdir. Qymətləndiricinin hesabatında əksini tapan məlumatlarla təsdiq edilir ki, "xxxx" MMC icarəyə götürdüyü torpaq sahəsində sonrakı ildən yəni, 2013-cü ildən başlayaraq təyinatı üzrə obyektlərin tikintisinə balamışdır. Müəyyən maliyyə çətinlikləri ilə bağlı əmlak kompeksində tikinti işləri müvəqqti olaraq dayandırılmışdır. Başlanılan işlərin başa çatdırılması isə Kürdəmir rayonunda əhalinin yeni iş yerləri ilə təmin edilməsi baxımından çox əhəmiyyətldir və Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramından irəli gələn vəzifələrə uyğundur. Yuxarıda istinad etdiyim fakt və hallara əsasən belə nəticəyə gəlirəm ki, Kürdəmir rayonu “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha torpaq sahəsinin Kürdəmir RİHB-nin xx.xx.2006-cı il tarixli 78 nömrəli sərəncamı ilə ilkin olaraq "xxxx" MMC-nin 99 il müddətinə icarəsinə verilməsinə və həmin icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestri orqanında qeydiyyata alınmasına baxmayaraq, 5 ildən artıq müddət keçəndən sonra Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamı ilə “TRADE LİNE“ MMC-nin icarəsinə verilməsinə dair İddiaçı QSC-nin iddia ərizəsinin dəlilləri əsaslı deyildir. Ümumiyyətlə, İddiaçı QSC iddia ərizsində Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamının ləğv edilməsi ilə bağlı tələbini ehtimal və fərziyyələrlə əsaslandırmışdır. Hətta, İddiaçı QSC-nin tələbinin təmin edildiyini fərz etsək belə, onda o, Kürdəmir rayonu “Çöl Sor-sor” adlı yerdə yerləçən dövlət mülkiyyətində olan 30 ha torpaq sahəsindən icarəçi qismində istifadə etmək və müvfiq olaraq icarə haqqını ödəmək vəzifəsini yerinə yetirməli olacaqdır. Lakin, belə vəziyyətdə İddiaçı QSC 2012-ci ildən indiyədək həmin torpaq sahəsini qanuni əsasla istifadə edən “TRADE LİNE“ MMC-nin orada dəyəri 2 201 665,60 manat təşkil edən əmlak kompleksinin mövcudluğunu nəzərə alaraq, çəkilən xərclərin ödənilməsi məsələsini də həll etməli olacaqdır. İPM-nin 48.2-ci maddəsinin tələbinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 48.3-cü maddəsində isə göstərilir ki, yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Odur ki, göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28, 29-cu və 48-ci maddələrinə əsaslanaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə və üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Cavabdeh başçısının xx.xx.2012-ci il tarixli 15 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə Cavabdeh və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələrinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını və işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, hazırkı iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (sərəncamın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti (iddia qaldırmaq səlahiyyəti və iddia müddətinə riayət edilməsi) mövcuddur. Belə ki, iddiaçı subyektiv hüququnun pozulduğunu (və ya pozulması ehtimalını) iddia ərizəsində əsaslandırmışdır (İPM-in 35.1-ci maddəsi). Yəni cavabdeh inzibati orqanın əlverişsiz inzibati aktı (sərəncamı) iddiaçının əmlak hüququna müdaxilə etmişdir. Məhkəmə qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Belə ki, - İş materiallarında olan Cavabdeh Başçısının 29 iyun 2006-cı il tarixli 78 nömrəli sərəncamının surətindən görünür ki, lift və lift ehtiyat hisssələri, eskalator, kənd təsərrüfatı texnikası, dərin quyular üçün su nasosları və digər avadanlıqlar istehsal edən zavodun tikintisi məqsədi ilə "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə 30 hektar torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-1(81)- 186/2009 saylı icra vərəqəsinə əsasən, "xxxx" MMC-dən 6.959.202 ABŞ dollar nın məzənnəsinə zoğun manatla pul əsas borca görə, 2.645.535 ABŞ dollarının məzənnəsinə uyğun pul manatla faiz borcuna görə, 619703 ABŞ dollarının məzənnəsinə uyğun manatla dəbbə puluna görə, 20 manat ödənilmiş dövlət rüsumuna görə pul alınaraq "xxxx" ASC-yə ödənilməsi, ödəniləcək məbləğlər ilkin olaraq onun bank hesablarına yönəldilməsi, çatışmayan məbləğlər cavabdehə məxsus "xxxx" ASC-nin 211.762 ədəd adi adlı səhmlərinə və digər əmlaklarına yönəldilməklə və həmin əmlakların hərrac vasitəsi ilə satılması yolu ilə borcun ödənilməsi təmin edilməsi, hərraclardan artıq qalan pul borcun tam ödənildikdən sonra cavabdehə qaytarılması, məhkəmə icraçısına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilməsi,məhkəmə nəzarətçisinin və məhkəmə icraçısının qanuni tələblərim /erinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıması qət edilmişdir. - İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8-2(113)- 13/2021 saylı qərardadına əsasən, 1 saylı Bakı Yerli iqtisad Məhkəməsinin 2(81)-186/2009 saylı, 23 yanvar 2009-cu il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının ərizəsi təmin edilərək, 1 saylı Bakı Yerli iqtisad Məhkəməsinin 2(81)-186/2009 saylı, 23 yanvar 2009-cu il tarixli qətnaməsinin icra üsulu dəyişdirilərək borc "xxxx" MMC-nin adına icarə hüququ əsasında qediyyata alınan Kürdəmir şəhəri, 15 saylı “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsinə, "Qafqaz Holdinq” MMC-nin adında qeydiyyatdan keçən:(-“KAMAZ 55111Ş-də KC 45721 yük” markalı ** JV *** dövlət qeydiyyat nişanlı;-“QAZ 31105 120 minik” markalı 10 JU237 dövlət qeydiyyat nişanli;-“QAZ 3302 18 yük” markalı 10JV 297 dövlət qeydiyyat nişanlı;-“QAZ 3302 18 yük” markalı ** JV *** dövlət qeydiyyat nişanlı;-“QAZ 31105 120 minik”markalı ** JS *** dövlət qeydiyyat nişanlı;-"MAZ 642290 2122 yük” markalı ** JV *** dövlət qeydiyyat nişanlı;-“MAZ 9506 010 yarımqoşqu” markalı ** ZD *** dövlət qeydiyyat nişanlı;-“QAZ 31105 120 minik” markalı ** JU *** dövlət qeydiyyat nişanlı;- “QAZ 31105 120 minik” markalı ** JU *** dövlət qeydiyyat nişanlı;-“MAZ 642290 2122 yük” markalı ** JV *** dövlət qeydiyyat nişanlı;-“KRAZ 6444 yük” markalı ** AJ *** dövlət qeydiyyat nişanlı;-“MAZ 9506 010 yarımqoşqu” markalı ** ZD *** dövlət qeydiyyat nişanlı;-“QAZ 31105 120 minik” markalı ** JU *** dövlət qeydiyyat nişanlı;-“QAZ 31105 120 minik” markalı ** JU *** dövlət qeydiyyat nişanlı) nəqliyyat vasitələrinə yönəldilməsi, "xxxx" MMC-nin həmin əmlaklar üzərində müvafiq olaraq mülkiyyət, icarə, istifadə hüquqlarına xitam verilsin və İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət, icarə, istifadə hüquqları tanınması, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının qeyd olunan əmlakların yeni mülkiyyətçisi, icarəçisi, istifadəçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, yuxarıda qeyd olunan əmlakların borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləği borclu "xxxx" MMC-nin digər daşınar və daşınmaz əmlaklarına (o cümlədən texnika və nəqliyyat vasitələrinə) yönəldilməsi və həmin əmlaklar hesabına borcun tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8-2(113)-13/2021 saylı qərardadı xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. - İşdə olan "xxxx" MMC-nin Cavabdeh Başçısına ünvanlanmış xx.xx.2012-ci il tarixli məktubuna əsasən, əvvəllər Sor-Sor kəndinin yaxınlığında Kürdəmir rayonunun inzibati ərazisində mal-qara saxlamaq üçün 30 ha icarəyə torpaq sahəsi götürmüşdür. Hazırda həmin ərazidə mal-qaranın kökəltməsi məqsədi üçün bəzi tikililər tikməyə ehtiyacı vardır. İstifadəsində olan 30 ha torpaq sahəsinin yenidən səədləşdirilməsinə və həmin ərazidə ferma, çoban evi və s.yardımçı binaların tikilməsinə sərəncam verilməsini xahiş etmişdir. - İş materiallarında olan Cavabdeh Başçısının 14 fevral 2012-ci il tarixli 15 nömrəli sərəncamının surətindən görünür ki, "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə quşçuluq kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbarların və sair yardımçı binaların tikintisi məqsədi ilə “Çöl Sor-Sor yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən 30 (otuz) hektar yer ayrılmışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2013-cü il tarixli, AN 426165 saylı torpaq sahəsinin planı və ölçüsünə əsasən, Cavabdeh Başçısının 14 fevral 2012-ci il tarixli 15 nömrəli sərəncamı və xx.xx.2012-ci il tarixli 04 saylı icarə müqaviləsi ilə 99 il müddətinə 300000 kv.m tikinti məqsədilə torpaq sahəsi "xxxx" MMC-yə ayrılması X7 kitabında xx.xx.2013-cü il tarixli, 691 nömrə ilə uçota alınmışdır. İşdə olan xx.xx.2012-ci il tarixli 04 saylı torpaq icarəsi müqaviləsinə əsasən Cavabdeh Başçısı 30 ha torpaq sahəsi 99 il müddətinə tikinti məqsədi ilə "xxxx" MMC-nin icarəsinə verilmişdir. - İşdə olan Azərrbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarışına əsasən, ünvan 8 ünvanında yerləşən 30.0 ha torpaq sahəsi Cavabdeh Başçısının xx.xx.2006-cı il tarixli, 78 saylı sərəncamına əsasən, İddiaçı QSC-nin xeyrinə hüquq yüklü edilmişdir, hüququn əvvəlki yüklülüyü "xxxx" MMC-yə aid olmuşdur. İş materiallarında olan Cavabdeh Başçısının Aparatının 26 avqust 2022-ci il tarixli, 2/1061-2 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı Cavabdeh başçısının xx.xx.2012-ci il tarixli, 15 saylı sərəncamının ləğv edilməsi barədə tələbinə dair mülki işin araşdırılması ilə əlaqədar Cavabdeh arxivində Cavabdeh başçısının xx.xx.2012-ci il tarixli, 15 saylı sərəncamı və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlər, xx.xx.2012-ci il tarixli, 04 nömrəli torpaq icarə müqaviləsi və həmin icarə müqaviləsinin bağlanmasına əsas olmuş sənədlər saxlanılmır. 5 ildən artıq müddəti olan sənədlər Cavabdeh arxivində saxlanılmır, həmin sənədlər saxlanılması üçün Kürdəmir Rayon Dövlət Arxivinə təhvil verilir. Odur ki, sorğuda qeyd edilən məlumatların əldə edilməsi üçün Kürdəmir Rayon Dövlət Arxivinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 18) müraciət edə bilər. İş materiallarında olan Cavabdeh Başçısının Aparatının 22 sentyabr 2022-ci il tarixli, 2/1174-2 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh başçısının 14 fevral 2021 -ci il tarixli, 15 nömrəli sərəncamının ləğv edilməsi barədə iddia tələbi ilə əlaqədar bildiririk ki, həmin iddianı əsassız olduğu üçün qəbul etmir. Cavabdeh başçısının 29 iyun 2006-cı il tarixli 78 nömrəli sərəncamı əsasında Kürdəmir rayonunun inzibati ərazisində yerləşən, “Çöl Sor-Sor” adlı ərazidən 30 hektar sənaye təyinatlı torpaq sahəsi lift və lift ehtiyat hissələri və digər avadanlıqlar istehsal edən zavod tikilməsi üçün "xxxx" MMC-yə uzunmüddətli istifadəyə verilmişdir. Eyni zamanda Cavabdeh başçısının 14 fevral 2012-ci il tarixli 15 nömrəli sərəncamı əsasında Kürdəmir rayonunun inzibati ərazisində yerləşən, “Çöl Sor-Sor” adlı ərazidən 30 hektar torpaq sahəsi "xxxx" MMC-yə icarəyə verilmişdir.Həmin torpaq sahələrinin üst-üstə düşməsi barədə rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur. "xxxx" MMC-nin həmin dövrdə rəhbəri olmuş R.Mansurovun rayon İcra hakimiyyətinə ünvanladığı müraciətində həmin torpaq sahəsinin əvvəllər də otlaq sahəsi kimi onların icarəsində olduğu qeyd edilmiş və həmin torpaq sahəsinin yenidən sənədləşdirilməsi, ərazidə ferma və digər tikintilər tikilməsinə icazə verilməsi xahiş edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən xahiş edirik ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh başçısının 14 fevral 2021 -ci il tarixli, 15 nömrəli sərəncamının ləğv edilməsi barədə iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh Kürdəmir rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 11 yanvar 2023-cü il tarixli, 02 nömrəli məktubundan görünür ki, Cavabdeh Başçısı Aparatından daxil olmuş 06 yanvar 2023-cü il tarixli 2/3-5 nömrəli məktubunda 12 dekabr 2022-ci il tarixli 2-l(120)-2050/2022 nömrəli məktubu aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə göndərilmişdir.Araşdırılma aparılmış Cavabdeh Başçısının xx.xx.2012-ci il tarixli, 15 saylı sərəncamı aşkar edilmişdir.Sərəncamın təsdiq olunmuş surəti qoşma vərəqlərdə tanış olmaq üçün göndərilir. Lakin sərəncamın verilməsinə əsas olan hər hansı bir sənədlər Dövlət Arxiv İdarəsində aşkar olunmadı. İş materiallarında olan Cavabdeh Başçısının Aparatının 30 mart 2023-ci il tarixli, 5- 56-3/2-351/2023 nömrəli məktubunda göstərilmişdir ki, 30 hektar sənaye təyinatlı torpaq sahəsinin lift və lift ehtiyat hissələri və digər avadanlıqlar istehsal edən zavod tikilməsi üçün "xxxx" MMC-yə uzunmüddətli istifadəyə verilməsi barədə rayon icra Hakimiyyəti başçısının 29 iyun 2006-cı il tarixli 78 nömrəli sərəncamının ləğv edilməsi və ya hazırda qüvvədə olub-olmaması barədə rayon icra Hakimiyyətində rəsmi məlumat yoxdur. "Qafqaz Holdinq” MMC-yə 30 ha torpaq sahəsinin ayrılması barədə rayon icra Hakimiyyəti başçısının 29 iyun 2006-cı il tarixli 78 nömrəli sərəncamının verilməsinə əsas olan sənədlər, torpaq sahəsinin plan, sxem (ölçü) sənədləri və digər sənədləri arxivdə saxlanılmadığı üçün həmin sənədləri məhkəməyə təqdim etmək mümkün olmamışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh başçısının 14 fevral 2012-cı ıl tarixli. 15 nömrəli sərəncamının ləğv edilməsi barədə iddia tələbi ilə əlaqədar rayon icra Hakimiyyətinin rəsmi münasibəti 22 sentyabr 2022-ci il tarixli, 2/1174 saylı məktubla Şirvan inzibati Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məkəməyə təqdim etdiyi məlumat məktubunda göstərilmişdir ki, istər iddia ərizəsində, istərsə də məhkəmə araşdırılmasında iddiaçının istinad etdiyi fakt və hallar əsassız olduğuna görə təsdiq edilmədi və sübuta yetirilmədi. Ona görə də iddiaçının tələbi ilə razı deyil və fikrimcə, aşağıda göstərəcəyi faktlara və hallara əsasən iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməlidir. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İstinad etdiyi qanuvericilik normalarının tələbinə əsasən, mübahisələndirmə haqqında iddia ərizəsində iddiaçı qəbul edilmiş inzibati aktda inzibati orqanın onun hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. iddiaçı iddia ərizəsində Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamının qəbul edilməsi nəticəsində onun hüquqlarının pozulmasının nədən ibarət olmasına dair sübutlar təqdim edə bilməmişdir. Belə ki, İddiaçı QSC tələbini onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(81)-186/2009 nömrəli qətnaməsi əsasında verilmiş xx.xx.2010-cu il tarixli icra vərəqəsinin icrası prosesində sorğulara cavablardan məlum olmuşdur ki, Kürdəmir RİHB-nin xx.xx.2006-cı il tarixli 78 nömrəli sərəncamı ilə Kürdəmir şəhəri, 15 saylı “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi (99 il müddətinə: 01.072006-xx.xx.2015) icarə hüququ əsasında "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır. Sonradan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8-2(113)- 13/2021 nömrəli qərardadı ilə 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(81)-186/2009 nömrəli qətnaməsinin icra üsulu dəyişdirilərək, borcun "xxxx" MMC-nin adına icarə hüququ əsasında qeydiyyata alınan Kürdəmir şəhəri, 15 saylı “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsinə və "xxxx" MMC-nin adına qeydiyyatdan keçən nəqliyyat vasitələrinə yönəldilməsi, ... qərara alınmışdır.Həmin qərardad icra olunaraq, Kürdəmir şəhəri, 15 saylı “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi üzərində İddiaçı QSC-nin icarə hüquqları dövlət qeydiyyatına alınmış və buna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvfiq çıxarış, torpaq sahəsinin planı və ölçüsü verilmişdir.Sonradan məlum olmuşdur ki, Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamı ilə "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə quşçuluq kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbarları və sair yardımçı binaların tikintisi məqsədilə “Çöl Sor-sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən 30 ha yerin ayrılması qərara alınmışdır. X5 RİH tərəfindən “TRADE LİNE“ MMC ilə icarə müqaviləsinin bağlanması Kürdəmir RİHB-nin Aqrar məsələləri üzrə müavini Ə.X.Şükürova həvalə edilmişdir. Bundan sonra xx.xx.2012-ci il tarixdə "xxxx" MMC ilə torpaq icarə müqaviləsi bağlanmış və 30 ha torpaq sahəsi 99 il müddətinə "xxxx" MMC-yə icarəyə verilmişdir.“Çöl Sor-Sor” adlı sahədə yerləşən 30,00 ha torpaq sahəsi Kürdəmir RİHB-nin xx.xx.2006-cı il tarixli 78 nömrəli sərəncamı ilə ilkin olaraq "xxxx" MMC-nin 99 il müddətinə: icarəsinə verilməsinə və həmin icarə hüquqları daşınmaz əmlakın dövlət reyestri orqanında qeydiyyata alınmasına baxmayaraq, 5 ildən artıq müddət keçəndən sonra Kürdəmir RİHBnin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamı ilə “TRADE LİNE“ MMC- nin icarəsinə verilmişdir. Bu səbəbdən də iddiaçı hesab edir ki, Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamı ləğv edilməli və həmin sərəncama əsasən, tərtib olunmuş sənədlər eibarsız sayılmalıdır. Göründüyü kimi, iddiaçı mübahisələndirdiyi sərəncamın qəbul edilməsi zamanı hansı hüquq normalarının pozulduğunu əsaslandırmamış, icra hakimiyyəti orqanının sərəncamının qanuniliyini əsassız olaraq şübhə altına almağa cəhd etmişdir. Halbuki, surəti işdə olan Kürdəmir RİHB-nin xx.xx.2006-cı il tarixli 78-ci nömrəli sərəncamının 1-ci və 2-ci bəndlərinə əsasən, "xxxx" MMC-nin xx.xx.2006-cı il tarixli 89/06 nömrəli məktubu və mütəxəssislərin tərtib etdiyi xx.xx.2006-cı il tarixli aktı nəzərə alınaraq, lift və lift ehtiyat hissələri, kənd təsərrüfatı texnikası, dərin quyular üçün su nasosları və digər avadanlıqlar istehsal edən zavodun tikintisi məqsədilə "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə Kürdəmir şəhəri, 15 saylı “Çöl Sor-sor” adlı sahədən 30 hektar torpaq sahəsinin verilməsi qərara alınmışdır. Qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra-Torpaq Məcəlləsi)57-ci maddəsinin 4-cü hissəsində müəyyən edilmişdir ki, qeyri- kənd təsərrüfatı və qeyri-meşə təsərrüfatı məqsədləri üçün torpaq sahəsinin ayrılması iki mərhələdə aparılır:1)obyektin yerləşdirilməsinin əvvəlcədən razılaşdırılması (layihələşdirilməsi);2) torpaq sahəsinin verilməsinin rəsmiləşdirilməsi. Yenə Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən, torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Yenə surəti işdə olan Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamının giriş hissəsindən görünür ki, hüquqlarını müdafiə etdiyim "xxxx" MMC-nin rəhbərliyi Kürdəmir RİHB-nə müraciət edərək, Regionların sosial- iqtisadi inkişafı dövlət Proqramından irəli gələn vəzifələrə uyğun Kürdəmir rayonunun ərazisində quşçuluq kompleksinin, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbarların və sair yardımçı binaların tikintisi üçün seçdikləri ərazidən 30 hektar torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bununla əlaqədar mütəxəssis komissiyası əraziyə baxış keçirmiş və "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə “Çöl Sor- sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən tikinti məqsədilə 30 hektar yer ayrılmasını məqsədəmüvafiq hesab etmişdir. Göründüyü kimi, "xxxx" MMC-nə “Çöl Sor-sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən tikinti məqsədilə 30 hektar yer ayrılmasından ötrü əvvəlcə mütəxəssis komissiyası həmin əraziyə baxış keçirmiş və orada qeyd edilən ölçüdə torpaq sahəsinin ayrılmasını məqsədəmüvafiq hesab etmişdir. Bununla təsdiq edilir ki, "xxxx" MMC-nə “Çöl Sor-sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən tikinti məqsədilə yer ayrılanda Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə düzgün əməl edilmişdir. Həmin sərəncamın 1-ci və 2-ci bəndlərinə əsasən, hüquqlarını müdafiə etdiyi "xxxx" MMC-nin müraciəti nəzərə alınaraq, onun uzunmüddətli istifadəsinə quşçuluq kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbarları və sair yardımçı binaların tikintisi məqsədilə “Çöl Şor-şor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən 30 ha yerin ayrılması qərara alınmışdır. Əlbəttə, qeyd edilən sərəncamın qəbul edilməsinə əsas olmuş bu hərəkətlər qanuni sayılmalıdır. Belə vəziyyətdə iddiaçının tələbi qanuni və əsaslı sayıla bilməz. Bundan başqa, qeyd edilməlidir ki, məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda Kürdəmir RİHB- nın müavini cənab Ağalı Kərimli İddiaçı QSC-nin iddiasının əsassız olduğunu və onu qəbul etmədiyini bildirməklə yanaşı, Kürdəmir rayonunun inzibati ərazisində yerləşən “Çöl Sor-sor” adlı ərazidən xx.xx.2006-cı il tarixli 78-ci nömrəli sərəncamla "xxxx" MMC-nə ayrılmış 30 hektar torpaq sahəsi ilə və xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamla "xxxx" MMC-nə ayrılmış 30 hektar torpaq sahəsinin üst- üstə düşməsi barədə heç bir məlumatın olmadığını göstərmişdir. Məktubda həm də bildirilmişdir ki, "xxxx" MMC-ninhəmin dövrdə rəhbəri olmuş cənab R.Mansurovun rayon icra hakimiyyətinə ünvanladığı müraciətində həmin torpaq sahəsinin əvvəllər də otlaq sahəsi kimi onların icarəsində olduğu qeyd edilmiş və həmin torpaq sahəsinin yenidən sənədləşdirilməsi,ərazidə ferma və digər tikintilər tikilməsinə icazə verilməsi xahiş edilmişdir. Surətini məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin rəhbəri cənab R.Mansurovun Kürdəmir RİH başçısı cənab F.Məlikova ünvanladığı xx.xx.2012-ci il tarixli məktubda bildirilir ki, əvvəllər Sor-sor kəndi yaxınlığında rayonun inzibati ərazisində malqara saxlamaq üçün 30 hektar icarəyə torpaq sahəsi götürmüşlər. Hazırda həmin ərazidə mal-qaranın kökəldilməsi məqsədilə bəzi tikinti tikməyə ehtiyacları vardır. Odur ki, istifadələrində olan 30 hektar torpaq sahəsinin yenidən sənədləşdirilməsinə və həmin ərazidə ferma, çoban evi və s. yardımçı binaların tikilməsinə sərəncam verilməsini xahiş edir. Sadalanan hallarla təsdiq edilir ki, “Çöl Sor-sor” adlı ərazidə yerləşən barəsində mübahisə gedən 30 hektar torpaq sahəsi xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamla "xxxx" MMC-nin icarəsinə verilənə qədər "xxxx" MMC tərəfindən istifadə edilmişdir. Bu halda da iddiaçının tələbi qanuni və əsaslı deyildir. Bundan əlavə, hazırda qüvvədə olan30 aprel 1992-ci il tarixdə qəbul edilmiş “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-“İcarə haqqında” Qanun) 1-ci və 2-ci maddələrinə görə icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. İcarə münasibətləri bu Qanunla, Mülki Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. “İcarə haqqında” Qanunun 7-ci maddəsində müəyyən edilmişdir ki, icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. Torpaq Məcəlləsinin 51-ci maddəsinin 3-cü hissəsinə görə icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Tərəflər arasında xx.xx.2012-ci il tarixdə bağlanmış 04 saylı “Torpaq icarəsi” müqaviləsinə əsasən, Kürdəmir RİHB-nin xx.xx.2012ci il tarixli 15 nömrəli sərəncamına müvafiq olaraq, “İcarəyəverən” Kürdəmir RİH “Çöl Sorsor” adlı yerdə yerləşən boş olan 30 ha torpaq sahəsini tikinti məqsədi ilə 99 il müddətə “İcarəçi” "xxxx" MMC-nin icarəsinə vermşdir. Hesab edirəm ki, icarə müqaviləsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq boş torpaq sahəsinə dair bağlanmışdır, “İcarəçi” olaraq "xxxx" MMC tərəfindən icarə müqaviləsinin şərtlərinə düzgün əməl edilmişdir və icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi barədə “İcarəyəverən” Kürdəmir RİH bildiriş göndərməmişdir. Belə vəziyyətdə isə tərəflər arasında bağlanmış icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə əsas yoxdur. Eyni zamanda qeyd edirəm ki, barəsində mübahisə gedən torpaq sahəsindən hüquqlarını müdafiə etdiyi "xxxx" MMC-nin hansı məqsədlə istifadə etməli olduğu dəqiq və aydın göstərilmişdir. Belə vəziyyətdə də iddiaçının tələbi qanuni və əsaslı sayıla bilməz. Hətta, iddiaçının haqlı olduğu məhkəmədə müəyyən edilmiş olsa (halbuki, bunun üçün heç bir hüquqi əsas mövcud deyildir) belə, onda iddiaçı icarəyə verilməsini tələb etdiyi torpaq sahəsindən hansı məqsədlə istifadə edəcəyini və buna icarəyəverənin razı olcağına dair də iddia ərizəsində heç bir hal göstərməmişdir. Çünki, bunlar müqavilənin əsas şərtlərinə aid tələblərdəndir. Daha sonra, Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci və 6-cı hissələrinə əsasən, torpaq torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Kürdəmir rayon şöbəsi tərəfindən tərtib edilmiş və Dövlət kadastr kitabında xx.xx.2013-cü il tarixdə 691 nömrə ilə uçota alınmış A seriylı 426165 nömrəli “Torpaq sahəsinin ölçüsü”ndən görünür ki, Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamına və xx.xx.2012-ci il tarixli 04 saylı icarə müqaviləsinə əsasən,Kürdımir rayonunda 300000 kv.m torpaq sahəsi tikinti məqsədilə "xxxx" MMC-nin adına tərtib edilmişdir. Bununla da təsdiq edilir ki, torpaq sahəsi icarəyə verilənədək onun koordinatları, qonşu nöqtələri və sərhədləri yerdə (naturada) müəyyən edilmişdir. Belə vəziyyətdə isə barəsində mübahisə gedən torpaq sahəsinin "xxxx" MMCnin icarəsinə verilmiş torpaq sahəsi ilə üst-stə düşməsi istisna edilir. Bu hal da iddiaçının tələbi qanuni və əsaslı olmadığını təsdiq edir. Xüsusilə qeyd edirəm ki, iddiaçının ləğv edilməsini tələb etdiyi Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamının mətnində "xxxx" MMC-nin icarəsinə verilmiş “Çöl Şor-şor” adlı yerdə yerləçən 30 ha torpaq sahəsinin bundan əvvəl "xxxx" MMC-nin icarə istifadəsində olmasına dair hər hansı fakt və sübut da aşkar edilmədi. Nəzərə alınmalıdır ki, "xxxx" MMC müstəqil kommersiya hüquqi şəxsidir, onun müstəqil balansı vardır və o, "xxxx" MMC-nin öhdəliklərinə görə hər hansı formada cavabdehlik daşımır və ya onun tərkibinə daxil deyildir. Qeyd edilənlərlə yanaşı, hüquqlarını müdafiə etdiyim "xxxx" MMC tikinti üçün uzunmüddətli icarəyə götrdüyü torpaq sahəsini 2013-cü ildən başlayaraq, təyinatı üzrə istifadə etməkdə davam edir.Belə ki, vəkil sorğusu əsasında müstəqil qiymətləndirici "xxxx" MMC-nin qiymətləndirici-mütəxəssisləri tərəfindən “Kürdəmir rayonu, “Çöl Sor-sor” ünvanında yerləşən "xxxx" MMC-nin daşınmaz əmlakının qiymətləndirilməsi barədə” xx.xx.2023-cü il tarixli UNİ/F 136-156/23 nömrəli hesabat tərtib edilmişdir. Qiymətləndirici qarşısında qoyulmuş suallara uyğun olaraq, Kürdəmir rayonu, “Çöl Sor-Sor” ünvanında yerləşən "xxxx" MMC-yə məxsus əmlak kompleksinə baxış keçirilmiş, qiymətləndirmə üçün tədqiqat aparılmışdır. Əmlak kompleksi Kürdəmir rayonunun mərkəzinə yaxın yerləşir. Gediş-gəliş yolları və nəqliyyatla təminatı qənaətbəxş səviyyədədir. Qiymətləndirmə hesabatından görünür ki, göstərilən ünvanda yerləşən əmlak kompleksinə 2013-cü ildə tikilmiş 2 mərtəbəli otel binası, sendvic anbar binası, köhnə anbar binası, cücə fabriki binası, istehsalat binası, 4 ədəd gözətçi binası, 2 ədəd yarımçıq tikli, hasar və broyler avadanlığı seksiyası daxildir. Aparılmış hesablamalara və təhlillərə əsasən Kürdəmir rayonu, “Çöl Sor-Sor” ünvanında yerləşən "xxxx" MMC-yə məxsus olan əmlak kompleksinindəyərinin20 fevral2023-ciiltarixə 2 201 665,60 (iki milyon iki yüz bir min altı yüz altmış beş manat, 60qəpik) manat təşkil etdiyi göstərilmişdir. Qeyd edilənlərlə də təsdiq edilir ki, barəsində mübahisə gedən torpaq sahəsi icarəyə veriləndən sonra təyinatı üzrə istifadə edilmişdir. Bu hal da iddiaçının tələbi qanuni və əsaslı olmadığını təsdiq edir. Həmçinin, nəzərə alınmalıdır ki, Kürdəmir rayonu “Çöl Sor-sor” adlı yerdə yerləçən 30 ha torpaq sahəsi dövlət mülkiyyətindədir və həmin torpaq sahəsi istər "xxxx" MMC-nin, istərsə də "xxxx" MMC-nin yalnız icarə istifadəsinə verilmişdir. Kürdəmir RİHB-nin hər iki sərəncamından aydın görünür ki, həmin torpaq sahəsi istər "xxxx" MMC-nə, istərsə də "xxxx" MMC-nə Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramından irəli gələn vəzifələrə uyğun olaraq verilmişdir. Qymətləndiricinin hesabatında əksini tapan məlumatlarla da təsdiq edilir ki,"xxxx" MMC icarəyə götürdüyü torpaq sahəsində sonrakı ildən yəni, 2013-cü ildən başlayaraq təyinatı üzrə obyektlərin tikintisinə başlamışdır. Müəyyən maliyyə çətinlikləri ilə bağlı əmlak kompeksində tikinti işləri hazırda müvəqqti olaraq dayandırılmışdır. Başlanılan tikinti işlərinin başa çatdırılması isə Kürdəmir rayonunda əhalinin yeni iş yerləri ilə təmin edilməsi baxımından çox əhəmiyyətldir və Regionların sosial-iqtisadi inkişafı dövlət Proqramından irəli gələn vəzifələrə uyğundur. Beləliklə, yuxarıda istinad etdiyim fakt və hallarla təsdiq edildi ki, Kürdəmir rayonu “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha torpaq sahəsinin Kürdəmir RİHB-nin xx.xx.2006-cı il tarixli 78 nömrəli sərəncamı ilə ilkin olaraq "xxxx" MMC-nin 99 il müddətinə icarəsinə verilməsinə və həmin icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestri orqanında qeydiyyata alınmasına baxmayaraq, 5 ildən artıq müddət keçəndən sonra Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamı ilə “TRADE LİNE“ MMC- nin icarəsinə verilməsinə dair İddiaçı QSC-nin iddia ərizəsinin dəlilləri əsaslı deyildir. Ümumiyyətlə isə, İddiaçı QSC iddia ərizsində Kürdəmir RİHB-nin xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamının ləğv edilməsi ilə bağlı tələbini ehtimal və fərziyyələrlə əsaslandırmışdır. Hətta, İddiaçı QSC-nin tələbinin təmin edildiyini fərz etsək belə, onda o, Kürdəmir rayonu “Çöl Sor-sor” adlı yerdə yerləçən dövlət mülkiyyətində olan 30 ha torpaq sahəsindən icarəçi qismində istifadə etmək və müvafiq olaraq icarə haqqını ödəmək vəzifəsini yerinə yetirməli olacaqdır. Lakin, belə vəziyyətdə İddiaçı QSC 2012-ci ildən indiyədək həmin torpaq sahəsini qanuni əsasla istifadə edən hüquqlarını müdafiə etdiyim “TRADE LİNE“ MMC-nin orada dəyəri 2 201 665,60 manat təşkil edən əmlak kompleksinin mövcudluğunu nəzərə alaraq, çəkilən xərclərin ödənilməsi məsələsini də həll etməli olacaqdır. Həmçinin işdə olan kifayət qədər tutarlı sübutlarla iddiaçının tələbinin qanunsuz və əsassız olduğu təsdiq edildi. Beləliklə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə və hüquqlarını müdafiə etdiyi üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Cavabdeh başçısının xx.xx.2012-ci il tarixli 15 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin hallarından müəyyən edilmişdir ki, Cavabdeh Başçısının 29 iyun 2006-cı il tarixli 78 nömrəli sərəncamla lift və lift ehtiyat hisssələri, eskalator, kənd təsərrüfatı texnikası, dərin quyular üçün su nasosları və digər avadanlıqlar istehsal edən zavodun tikintisi məqsədi ilə "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə 30 hektar torpaq sahəsi verilmişdir. Sonradan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101 s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir.Qeyd edilən Fərmanın və Sərəncamın icrası ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" ASC-yə olan problemli borcları üzrə tələb hüququ da təhvil-təslim sənədləri əsasında İddiaçı QSC-yə təhvil verilmişdir. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-186/2009 saylı, 23 yanvar 2009-cu il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı iddiası qismən təmin edilərək, cavabdeh "xxxx" MMC- dən 6.959.202,00 ABŞ dollarının məzənnəsinə uyğun manatla pulun əsas borca görə, 2.645.535,00 ABŞ dollarının məzənnəsinə uyğun manatla pulun faiz borcuna görə, 619.703,00 ABŞ dollarının məzənnəsinə uyğun manatla dəbbə puluna sörə, 20 manat ödənilmiş dövlət rüsumuna görə pulun alınaraq "xxxx" ASC-yə ödənilməsi, ödəniləcək məbləğlərin ilkin olaraq onun bank hesablarına yönəldilməsi, çatışmayan məbləğlərin cavabdehə məxsus "xxxx" ASC-nin 21 1.762 ədəd adi adlı səhmlərinə və digər əmlaklarına yönəldilməklə və həmin əmlakların hərrac vasitəsilə satılması yolu ilə borcun ödənilməsinin təmin edilməsi, hərraclardan artıq qalan pulun borc tam ödənildikdən sonra cavabdehə qaytarılması qət edilmişdir. "xxxx" MMC-nin adına Kürdəmir şəhəri, 15 saylı “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi (99 il müddətinə: xx.xx.2006-xx.xx.2105) icarə hüququ əsasında qeydiyyata alınması və Cavabdeh Başçısının xx.xx.2006-cı il tarixli 78 nömrəli Sərəncamı əsas olmuşdur. Sonradan Bakı Kommersiya Məhkəməsinin 8- 2(113)-13/2021 saylı, 26 may 2021-ci il tarixli qərardadı ilə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-186/2009 saylı, 23 yanvar 2009-cu il tarixli qətnaməsinin icra üsulu dəyişdirilərək borcun "xxxx" MMC-nin adına icarə hüququ əsasında qeydiyyata alınan Kürdəmir şəhəri, 15 saylı ”Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə, digər təyinatlı torpaq sahəsinə və "xxxx" MMC-nin adında qeydiyyatdan keçən nəqliyyat vasitələrinə yönəldilməsi, "xxxx" MMC-nin həmin əmlaklar üzərində müvafiq olaraq mülkiyyət, icarə, istifadə hüquqlarına xitam verilməsi, İddiaçı QSC-nin həmin əmlaklar üzərində mülkiyyət, icarə, istifadə hüquqlarının tanınması, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC-nin qeyd olunan əmlakların yeni mülkiyyətçisi, icarəçisi, istifadəçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, yuxarıda qeyd olunan əmlaklar borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləğinin borclu "xxxx" MMC-nin digər daşınar və daşınmaz əmlaklarına (o cümlədən texnika və nəqliyyat vasitələrinə) yönəldilməsi və həmin əmlaklar hesabına borcun tutularaq İddiaçı QSC-yə ödənilməsi qərara alınmışdır. Həmin qərardad qanuni qüvvəsini aldıqdan sonra Bakı Kommersiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli məktubu ilə icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə göndərilmişdir.Həmin qərardad icra olunaraq, Kürdəmir şəhəri, 15 saylı “Çöl Sor-sor” adlı sahədə yerləşən 30,00 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi üzərində İddiaçı QSCnin icarə hüquqları dövlət qeydiyyatına alınmış və müvafiq çıxarış, torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Bundan sonra Cavabdeh Başçısının 15 nömrəli 14 fevral 2012-ci il tarixli sərəncamı ilə "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə quşçuluq kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbarların və sair yardımçı binaların tikintisi məqsədilə “Çöl Sor-Sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən 30 ha yerin ayrılması müəyyən olunmuş və sərəncam əsasında Cavabdeh tərəfindən "xxxx" MMC ilə icarə müqaviləsi bağlanmışdır. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh Başçısının 15 nömrəli 14 fevral 2012-ci il tarixli sərəncamının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, Cavabdeh Başçısının 29 iyun 2006-cı il tarixli 78 nömrəli sərəncamı ilə lift və lift ehtiyat hisssələri, eskalator, kənd təsərrüfatı texnikası, dərin quyular üçün su nasosları və digər avadanlıqlar istehsal edən zavodun tikintisi məqsədi ilə "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə 30 hektar torpaq sahəsi verildikdən sonra Cavabdeh başçısının 29 iyun 2006-cı il tarixli 78 nömrəli sərəncamının ləğv edilməsi və ya hazırda qüvvədə olub-olmaması barədə rayon icra Hakimiyyətində rəsmi məlumat olmadığı məlum olmuşdur. Sonradan üçüncü şəxs "xxxx" MMC xx.xx.2012-ci il tarixdə məktubla müraciət edərək əvvəllər Sor-Sor kəndinin yaxınlığında Kürdəmir rayonunun inzibati ərazisində mal-qara saxlamaq üçün 30 ha icarəyə torpaq sahəsi götürdüyünü, hazırda həmin ərazidə mal-qaranın kökəltməsi məqsədi üçün bəzi tikililər tikməyə ehtiyacı olduğunu, 30 ha torpaq sahəsinin yenidən səədləşdirilməsinə və həmin ərazidə ferma, çoban evi və s.yardımçı binaların tikilməsinə sərəncam verilməsini xahiş etmişdir. Cavabdeh Başçısının 15 nömrəli 14 fevral 2012-ci il tarixli sərəncamı ilə "xxxx" MMC-nin uzunmüddətli istifadəsinə quşçuluq kompleksi, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbarların və sair yardımçı binaların tikintisi məqsədilə “Çöl Sor-Sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən 30 ha yerin ayrılmışdır və tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.6-ci maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsi torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə əsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin edilmiş öhdəlik icra edilmədikdə. “Torpaq icarəsi haqqında” Qanunun 31-ci maddəsinə əsasən, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtında əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Göründüyü kimi qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah edilməsi və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. İşdən görünür ki, сavabdehin mübahisəli sərənсamı qəbul edilən inzibati iсraat üçüncü şəxs "xxxx" MMC məktubu əsasında başlanılmış, qəbul olunması nəzərdə tutulan inzibati aktın "xxxx" MMC-nin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi açıq və aydın olsa da, сavabdehin onun inzibati iсraatda iştirakını təmin etmək üçün xəbərdar etməsi, hüquq və vəzifələrinin izah etməsi, bununla bağlı ona məlumatın çatdırılması məqsədilə rabitə vasitələrindən istifadə etməsi heç bir sübutla təsdiq olunmur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC-yə sərəncamla 2012-ci il tarixdə “Çöl Sor-Sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən 30.0 ha torpaq ərazisi icarəyə verilərkən həmin torpaq sahəsinin hüquqi vəziyyəti cavabdeh inzibati orqan tərəfindən araşdırılmamış, qəbul edilmiş xx.xx.2012-ci il tarixli sərəncamda "xxxx" MMC-yə dair heç bir münasibət bildirilməmiş, "xxxx" MMC-yə və ya MMC-nin borcları üzrə tələbkar olan "xxxx" ASC-yə məlumat verilməmiş və sərəncamın hüquqi nəticələri izah edilməmiş və həmin ərazi üzrə Cavabdeh başçısının 29 iyun 2006-cı il tarixli 78 nömrəli sərəncamının ləğv edilməsi barədə qəbul edilmiş inzibati akt nə "xxxx" MMC-yə və ya MMC-nin borcları üzrə tələbkar olan "xxxx" ASC-yə, nə də məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, "xxxx" MMC-yə 2012-ci il tarixdə ayrılmış mübahisəli torpaq sahəsinin icarəyə verilməsi, istifadəsi ilə əlaqədar məsələlər Cavabdeh tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilməmişdir. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsində göstərildiyi kimi, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məlum olduğu kimi, xx.xx.2011-ci il tarixindən “İnzibati icraat haqqında” Qanun qüvvəyə minmişdir ki, həmin Qanunun “İnzibati aktlar” adlanan Vİ fəsli mövcuddur və sözügedən fəsildə inzibati orqanda inzibati icraatın aparılması qaydaları müfəssəl və konkret olaraq müəyyən edilmişdir. Başqa sözlə, xx.xx.2011-ci il tarixindən etibarən cavabdeh inzibati orqan –Cavabdeh mübahisə predmeti olan xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamı yalnız “İnzibati icraat haqqında” Qanunun Vİ fəslində müəyyən edilmiş qaydalar çərçivəsində qəbul edə bilərdi. Hazırkı iddianın predmetini təşkil edən inzibati akt – Cavabdeh mübahisə predmeti olan xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamı cavabdeh tərəfindən hazırkı qərarın 30cu bəndində qeyd olunan “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, həmin sərəncam qəbul olunan zaman cavabdeh inzibati icraat barədə, eləcə də inzibati akt qəbul edilməzdən əvvəl onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməmiş, bu barədə onların mülahizələrini dinləməmişdir. Qeyd olunan normaların tələbinə görə rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Lakin Cavabdeh mübahisə predmeti olan xx.xx.2012-ci il tarixli 15 nömrəli sərəncamının maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim edilməsi və ya dərc edilməsi işə məhkəmədə baxılarkən öz təsdiqini tapmamışdır. Hazırda mübahisələndirilən inzibati aktın qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd edilən tələblərinə (proseduruna) əməl olunmasına dair hər hansı sənəd (sübut) və məlumat cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, sübutetmə yükü qanunveriсiliklə üzərinə qoyulan tərəf kimi сavabdeh tərəfindən mübahisəli inzibati aktın qəbuluna əsas olmuş faktiki şərtlərin mövсudluğu iş üzrə sübuta yetirilmir. Cavabdeh hazırkı iş üzrə Cavabdeh xx.xx.2012-ci il tarxli, 15 saylı sərəncamını qəbul edərkən yuxarıda sadalanan normaların tələblərinə əməl etməmiş, "xxxx" MMC və ya MMC-nin borcları üzrə tələbkar olan "xxxx" ASC-nin və ya onların nümayəndəsinin inzibati icraatda iştirakını təmin etməmiş, onların mülahizələrini dinləməmiş, qəbul etdiyi sərəncamda mübahisəli torpaq sahəsinin hüquqi vəziyyətini araşdırmamış, işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutları göstərməmişdir. Hal-hazırda mübahisəli torpaq sahəsi üçüncü şəxsin istifadəsindədir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-yə “Çöl Sor-Sor” yeri adlanan dövlət fonduna məxsus torpaq sahəsindən 30.0 ha torpaq ərazisinin ayrılması barədə xx.xx.2012-ci il tarixli sərəncam qanunsuz qəbul edilmişdir. Göründüyü kimi mübahisələndirilən sərəncam (inzibati akt) inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul edildiyindən “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbinə əsasən ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X1rşı» iş üzrə xx.xx.2005-сi il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə 1 saylı Protokolun 1-сi maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik сəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, сavabdehin mübahisəli inzibati aktı qanuna ziddir və bunun nətiсəsində iddiaçının hüquqlarını pozmuşdur (İPM- 70.1). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iddia tələbi təmin edilməli, Cavabdeh Başçısının xx.xx.2012-ci il tarxli, 15 saylı sərəncamı ləğv edilməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının iddia tələbi təmin edilsin. Cavabdeh Başçısının xx.xx.2012-ci il tarxli, 15 saylı sərəncamı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar