Məhkəmə qərarları › İş №2-1(120)-685/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-685/2024

26.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-685/2024 26.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxx 1960-cı ildə anadan olmuş, əmək fəaliyyətinə 1976-cı ildə orta məktəbi bitirdikdən sonra, 16 yaşdan başlamış, müxtəlif zavod və müəssisələrədə əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə tornaçı, elektrikmontyoru, elektrik montajçısı, mexaniki şöbədə usta, baş mexanik, elektrik-çilingəri vəzifələrində çalışmış, 17 dekabr 1976-cı ildən 24 oktyabr 1977-ci ilədək Əli-Bayramlı (indiki Şirvan) “İskoj” (Süni dəri-kimyəvi) zavodunda tornaçı vəzifəsində işləmiş, 24 oktyabr 1978-ci ildən 15 dekabr 1980-ci ilədək sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətdən qayıdandan sonra - 19 yanvar 1981-ci ildən 15 mart 1982-ci ilədək “Əli-Bayramlı” neft-qaz çıxarma idarəsində 2-ci dərəcəli elektrik montyoru, 01 iyun 1984-cü ildən 31 yanvar 1985-ci ilədək həmin idarədə 4-cü dərəcəli elektrik montyoru, 31 yanvar 1985-ci ildən 16 mart 1985-ci ilədək “Bakı montaj quraşdırma” idarəsində elektrik montyoru, 16 mart 1985-ci ildən 03 fevral 1986-cı ilədək “Bakı montaj quraşdırma” idarəsində 4-cü dərəcəli elektrik montyoru, 03 fevral 1986-cı ildən 03 fevral 1987-ci ilədək 5-ci dərəcəli elektrik montyoru, 03 fevral 1987-ci ildən 30 noyabr 1987-ci ilədək həmin idarənin Əli-Bayramlı şöbəsində 5-ci dərəcəli elektrik montyoru vəzifəsində işləmiş, elektrik montajçısı üzrə mütəxəssis tələb olunduğu üçün Bakı Təmir mexaniki zavodunun İstehsalat Birliyinin rəhbərliyinin xahişi ilə Əli-Bayramlıdan Bakıya göndərilmişdir. Həmin ildən 25 aprel 1989-cu ilədək adı çəkilən idarənin “Cənubneftavtamatika” trestində (Bakıxanov) 5-ci dərəcəli elektrik montajçısı vəzifəsində işləmiş, 17 iyul 1989-cu ildən 02 aprel 1990-cı ilədək Əli- Bayramlı “Üzən nasos stansiyalarının təmiri” zavodunda 5-ci dərəcəli elektrik montyoru, 02 aprel 1990-cı ildən 19 aprel 1990-cı ilədək həmin zavodun baş mexanik şöbəsində usta, 19 aprel 1990-cı ildən 05 avqust 1992-ci ilədək elektrik mexaniki şöbədə usta, 05 avqust 1992-ci ildən 04 aprel 1995-ci ilədək həmin şöbədə baş mexanik vəzifəsində işləmiş, zavodun başlanması ilə əlaqədar Əli-Bayramlı neft qazçıxarma sexində 4-cü dərəcəli elektrik montyoru vəzifəsinə qəbul olmuş, 06 aprel 1995-ci ildən 31 yanvar 1996-cı ilədək orada işləmişdir. 01 fevral 1996-cı ildən 01 aprel 1996-cı ilədək “Azərpetoil” müştərək müəssisəsinin Mişovdağ neft-qaz çıxarma sahəsində 4-cü dərəcəli elektrik montyoru, 01 aprel 1996-cı ildən 30 noyabr 2000-ci ilədək həmin müəssisədə 5-ci dərəcəli elektrik montyoru vəzifəsində işləmiş, müəssisənin ləğvi ilə əlaqədar olaraq onunla müddətsiz bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 01 dekabr 2000-ci ildən 23 avqust 2005-ci ilədək "xxxx" Şirkətinin Mişovdağ neft-qaz çıxarma sahəsində 5ci dərəcəli elektrik montyoru, 24 avqust 2005-ci ildən 05 aprel 2006-cı ilədək Əli-Bayramlı “Üzən nasos stansiyalarının təmiri” zavodunun enerji mexaniki şöbəsində 6-cı dərəcəli elektrik montyoru, 05 aprel 2006-cı ildən 20 sentyabr 2007-ci ilədək həmin şöbədə usta, 01 aprel 2009cu ildən 10 noyabr 2009-cu ilədək Şirvan şəhər “Araz” zavodunun 1 nömrəli İstehsalat sahəsində 6-cı dərəcəli elektrik-çilingər, 01 mart 2010-cu ildən 01 oktyabr 2010- cu ilədək Şirvan şəhər 34 saylı Yol İstismar İdarəsində elektrik montyoru vəzifəsində çalışmışdır. Xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışdığı üçün 06 mart 2017-ci ildən 57 yaşda güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Hər ay 268,2 manat məbləğində əmək pensiyası alır, pensiya məbləğinin həddən artıq az olduğunu, pensiyanın düzgün hesablanmadığını nazirliyin qaynar xəttinə zəng etməklə bildirmiş, ona verilmiş cavabda pensiyanın düzgün hesablanmadığı bildirilmişdir. Hesablanmış pensiya barədə məlumatın (hesablanma qaydası, sonda hesablanmış məbləğ) təqdim edilməsi və eləcə də pensiyanın yenidən hesablanması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Dövlət Sosial X6 Şəhər Şöbəsinə rəsmi (yazılı) müraciət etmiş, cavabdeh müraciətinə 20 may 2022 tarixli, **********1 nömrəli cavab məktubunda xx.xx.2006-cı il tarixədək ümumi is stajının 28 il 2 ay 7 gün olduğunu bildirərək xx.xx.2006-cı ilədək iş stajına uyğun pensiyanın xx.xx.2017-ci il tarixinədək indeksləşdirilərək 72,17 manat müəyyən edildiyini, xx.xx.2006-xx.xx.2017 tarixləri arasında işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 220,32 manat sığorta kapitalına uyğun olaraq pensiyanın sığorta hissəsinin 1,53 manat müəyyən edilərək üzərinə baza hissəsinin (110,00 manat) əlavə olunaraq 183,70 manat məbləğində əmək pensiyası hesablandığını bildirmişdir. Onun təvəllüdü xx.xx.1960-cı ildir. xx.xx.2006-cı il tarixə qədər həqiqi hərbi xidmət keçdiyi dövr və əmək kitabçasında qeyd edilən dövrlər nəzərə alınmaqla ümumi əmək stajım 29 ildən artıqdır. 2 nömrəli siyahıda qeyd edilmiş əmək şəraiti zərərli və ağır olan işlərdə elektrik montyoru, elektrik-çilingəri peşəsi üzrə işləmişəm. 06 mart 2017-ci ildən 57 yaşda güzəştli şərtlərlə əmək pensiyası təyin edilib, 2023-cü il yanvarından 1-dən müəyyən edilmiş maddi yardımla birgə sonuncu dəfə 326 manat pensiya almıaşam. Halbuki, mənim 2006-cı ilədək ümumi iş stajım 29 ildən artıqdır, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışmışdır. Ağır əməyinə verilən qiymət bu olmamaldır. Həmin məbləğ gündəlik xərclərə belə yetmir, təyin olunmuş pensiya ilə həm kommunal xərcləri, həm də hər gün qiyməti artan qida və qeyri-qida məhsullarını almaq, ailə saxlamaq mümkün deyildir. 29 ildən artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığı üçün cavabdeh tərəfindən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmalı, əmək pensiyası təyin olunan gündən yaranmış pensiya fərqi ödənilməlidir. Qeyd edilənləri nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı 04 aprel 2022-ci il tarixli informasiya sorğusu ilə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən vətəndaşın müraciətinə ünvanlanmış məktubla İddiaçı xx.xx.2022-ci il tarixdən etibarən 268,62 manat güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin edildiyi bildirilmişdir. İddiaçı cavabdeh orqanın təqdim etdiyi cavab məktubu ilə razılaşmayaraq yaşa görə pensiyanın yenidən hesablanması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli iddia ərizəsinin əsasları kimi İddiaçı 29 ildən artıq ümumi iş stajının və kifayət qədər güzəştli iş stajının olmasını iddia edərək ona təyin edilmiş əmək pensiyası məbləğinin az olduğunu qeyd etmişdir. Hesab edirik ki, İddiaçı iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (29 iyun 2022-ci il tarixinədək qüvvədə olan redaksiyada) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bildiririk ki, C.Nəzərova 6 mart 2017-ci il tarixdə (iddiaçı 57 yasda olmuşdur) Fondun Şirvan səhər şöbəsi tərəfindən güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat, fərdi hesabın sığorta hissəsində qeydə alınmış sığorta kapitalı və həmin dövrdə baza hissəsi götürülməklə hesablanırdı. Belə ki, iddiaçının pensiya isinə dair sənədlərdə qeyd olunanlara əsasən 1 yanvar 2006-cı il tarixinədək ümumi is stajı 28 il 2 av 7 gün təşkil edir. Bununla əlaqədar iddiaçıya xx.xx.2006-cı il tarixədək iş stajına uyğun pensiyanın sığorta hissəsi xx.xx.2017-ci il tarixə indeksləşdirilərək 72,17 manat müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2017-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 220,32 manat sığorta kapitalına uyğun olaraq iddiaçının pensiyasının sığorta hissəsi 1,53 manat müəyyən edilərək üzərinə baza hissəsi (110,00 manat) əlavə olunaraq 183,70 manat (72,17+1,53+110,00) məbləğində əmək pensiyası hesablanmışdır. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar onun əmək pensiyası xx.xx.2023-ci il tarixdən etibarən 327,21 manat təşkil edir. Belə ki, C.Nəzərovun əmək pensiyası qanunvericiliyə uyqun qaydada hesablanaraq hazırda 327,21 manat olmaqla müvafiq kart hesabına köçürülür. Hesab edirik ki, iddiaçıya verilən imtina qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi yuxarıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Cavabdeh2 etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuş, Şirvan şəhəri, Mehmandarov küçəsi ev 10, mənzil 9-da yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1977-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli, HЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, ********** nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindo Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 14 aprel 2022-ci il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, 06 mart 2017-ci il tarixində Fondun Şirvan şəhər şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən ərnək pensiyası xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat, fərdi hesabın sığorta hissəsində qeydə alınmış sığorta kapitalı və həmin dövrdə baza hissəsi götürülməklə hesablanırdı. Belə ki, pensiya işinə dair sənədlərdə qeyd olunanlara əsasən 1 yanvar 2006cı il tarixinədək ümumi iş stajı 28 il 2 ay 7 gün təşkil edir. Bununla əlaqədar olaraq xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun pensiyanın sığorta hissəsi xx.xx.2017-ci il tarixinə indeksləşdirilərək 72,17 manat müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2006-xx.xx.2017-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 220,32 manat sığorta kapitalına uyğun olaraq pensiyanın sığorta hissəsi 1,53 manat müəyyən edilərək üzərinə baza hissəsi (110,00 manat) əlavə olunaraq 183.70 manat (72,17+1,53+110,00) məbləğində əmək pensiyası hesablanmışdır. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-cı maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədaı əmək pensiyanız xx.xx.2022ci iİ tarixindən etibarən 268,62 manat təşkil edir. Əmək pensiyanın qanunvericiliyə uyğun qaydada hesablanaraq hazırda 268,62 manat olmaqla müvafiq kart hesabına köçürülür. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-112-100531/2023 nömrəli məktubundan görünür ki, X4 Mərkəzi Filiala 14 fevral 2022-ci il tarixində daxil olmuş müraciətinə tərəflərindən xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubla cavab verilmişdir. Eyni zamanda, İddiaçı əmək pensiyasının hesablanması zamanı yaranmış sualların cavablandırılmasına dair Mərkəzi Filialın aparıcı mütəxəssisi X3 rəyini təqdim edir. Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2- 1(120)-1973/2022 nömrəli inzibati iş üzrə icraata xitam verildiyindən həmin işə dair məhkəmənin 17 yanvar 2023-cü il tarixində Mərkəzi Filiala daxil olmuş məktubunun cavablandırılmasına zərurət qalmamışdır. Məhkəmənin iş üzrə 31 iyul 2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/739/2024 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Təqdim edilmiş mülki iş materiallarında olan sənədlər, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə almaqla ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı Dövlət Sosial X6 rayon şöbəsi tərəfindən 57 yaşının tamam olduğu 6 mart 2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və əmək pensiyasının məbləği həmin tarixdə qanunvericiliyin tələblərinə uyğun qaydada pensiya sığorta kapitalına əsasən hesablanıb. Belə ki, adıçəkilən şəxsin pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajının 28 il 2 ay 5 gün (xx.xx.1976 - xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1981-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) olduğu müəyyən edilmişdir. Bununla əlaqədar İddiaçı xx.xx.2006-cı il tarixinədək mövcud olan iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 33,27 manat (28,18 il x 170 manat: 144 ay) hesablanaraq xx.xx.2017ci il tarixinə indeksləşdirilməklə 72,17 manat müəyyən edilərək, üzərinə xx.xx.2006-xx.xx.2017-ci il tarixləri arasında dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 220,32 manat sığorta kapitalına uyğun 1,53 manat (220,32:144) və 110 manat baza hissəsi əlavə olunmaqla xx.xx.2017-ci il tarixindən 183,70 manat (72,17 + 1,53 + 110) məbləğində əmək pensiyası təyin edildiyi müəyyən olunur. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyası xx.xx.2024-cü il tarixindən 363,86 manat təşkil etdiyi müəyyən olunur. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 ıl sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işiəraə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahısı üzrə müəyyən edilmiş 20 il ümumi is stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır islərdə çalısan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər Hi üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilim həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Məhkəmə iş materiallarından müəyyən etdi ki, İddiaçı xx.xx.2022-ci il tarixdən etibarən 268,62 manat güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Cavabdeh inzibati orqanının imtinasında “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “bu Qanun qüvvəyə mindiyi günədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir”. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün olmadığından imtina olunmuşdur. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin xx.xx.2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvriciliyə edilmiş dəyişikliklə əlaqədar xx.xx.2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına əsasən hesablanması aparılıb. İddiaçı 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və əmək pensiyasının məbləği həmin tarixdə qanunvericiliyin tələblərinə uyğun qaydada pensiya sığorta kapitalına əsasən hesablandığı müəyyən edilir. İddiaçı əmək pensiyasının əmək haqqı əsasında hesablanmasını xahiş etmişdir ki, məhkəmə həmin hissəyə münasibət bildirərək qeyd edir ki, əmək pensiyasının sosial sığorta kapitalı əsasında deyil, əmək haqqı əsasında hesablanması üçün şəxsin pensiya hüququ xx.xx.2010-cu il tarixinədək yaranmalıdır. Lakin xx.xx.2010-cu il tarixinədək iddiaçı tərəfindən qanunvericiliyin yaş ilə bağlı tələbi ödənilməmişdir. Məhkəmə tərəfindən tam araşdırılma aparılması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli 3- 16-16/2-9/739/2024 nömrəli ekspert rəyinə əsasən müəyyən edilir ki, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajının 28 il 2 ay 5 gün (xx.xx.1976-xx.xx.1978-ci il, xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1981-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) olduğu müəyyən edilmişdir. Bununla əlaqədar İddiaçı xx.xx.2006-cı il tarixinədək mövcud olan iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 33,27 manat (28,18 il x 170 manat: 144 ay) hesablanaraq xx.xx.2017-ci il tarixinə indeksləşdirilməklə 72,17 manat müəyyən edilərək, üzərinə xx.xx.2006-xx.xx.2017-ci il tarixləri arasında dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 220,32 manat sığorta kapitalına uyğun 1,53 manat (220,32:144) və 110 manat baza hissəsi əlavə olunmaqla xx.xx.2017-ci il tarixindən 183,70 manat (72,17 + 1,53 + 110) məbləğində əmək pensiyası təyin edildiyi müəyyən olunur. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar adıçəkilən şəxsin əmək pensiyası xx.xx.2024-cü il tarixindən 363,86 manat təşkil etdiyi müəyyən olunmuşdur. Məhkəmə hazırkı iş üzrə ekspert rəyi ilə razılaşmamaqla bağlı hər hansı xüsusat müəyyən etməmişdir. Odur ki, mütəxəssis rəyi də mötəbər sübut qismində qəbul edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, eyni zamanda yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, cavabdehin “imtina”sı güzəştli şərtlərlə bağlı hissə də qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərclər İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 30 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkürəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar