Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-686/2022 22.06.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası üzrə inzibati işə 22 iyun 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ə90-153-21 saylı, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi və onun X10 xidmətə bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Növbətçi Hissəsinin növbətçi köməkçisi, polis baş serjantı olmuşdur. Cavabdeh Ə90-153-21 saylı, xx.xx.2021ci il tarixli əmrinə əsasən Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X2 xx.xx.2021-ci il tarixində saat 21:00 radələrində xidmətdə olarkən Lənkəran-Lerik yolunun 52 km-də hərəkət edən “Zil” markalı, AZ **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaş odun daşıdığı barədə məlumat əsasında avtomaşını saxlamış, özünü təqdim etdikdən sonra avtomobilə baxış keçirərkən yeni kəsilmiş yaş odun aşkarlanması səbəbindən odun daşınmasına görə müvafiq sənədlərin olmadığı üçün sürücüyə avtomobili RPŞ-nin duracağına aparılması xahiş edilməsi, avtomobilin sürücüsü tabesizlik göstərərək onun qanuni tələblərinə tabe olmadığını və oraya gələn NH-nin növbətçi köməkçisi, polis baş serjantı İddiaçı CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Dəniz Hüseynova qarşı kobud rəftar etməsi və saxlanılan avtomobilin sürücüsünə qaçıb getməsinə şərait yaratdığı üçün Lerik RPŞ-nin Növbətçi Hissəsinin növbətçi köməkçisi, polis baş serjantı İddiaçı X10n xidmətdən xaric olunması əmr edilmişdir. Cavabdeh Ə90- 153-21 saylı, xx.xx.2021-ci il tarixli əmri əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, əmrdə qeyd edilən xüsusatlar əsassızdır. Belə ki, tərəfindən əsasən Lerik RPŞ-nin CABnin əməliyyat müvəkkili, polis baş leytenantı X5 qarşı heç bir kobudluq edilməmişdir. Ümumiyyətlə xidmətdə olduğu müddətdə tərəfindən nizam-intizam məsələlərinə daim məsuliyyətli olmuşdur. Bundan başqa Lənkəran-Lerik yolunun 52 km-də hərəkət edən “Zil” markalı, AZ **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan X3 verilən 25 avqust 2021-ci il tarixli 001104 saylı meşə məhsullarının buraxılışı orderinə əsasən həmin şəxsin odun daşınmasına müvafiq icazəsi olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Lakin əmr ona rəsmi qaydada təqdim edilməmişdir. Göstərilənlərə əsasən, iddianın təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, Lerik RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı X2 xx.xx.2021-cı il tarixində saat 21:00 radələrində xidmətdə olarkən Lənkəran-Lerik yolunun 52-ci km-də hərəkət edən “Zil” markalı, Az **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yaş odun daşıdığı barədə məlumatı əsasında avtomaşını saxlamış, özünü təqdim etdikdən sonra yükdaşıma yerində yeni kəsilmiş yaş odun aşkarlanması səbəbindən odun daşınmasına görə müvafiq sənədlərin olmadığı üçün sürücüyə avtomobili RPŞ-nin duracağına aparılması barədə xahiş etmişdir. Avtomobilin sürücüsü tabesizlik göstərərək onun qanuni tələblərinə tabe olmadığını və oraya gələn NH-nin növbətçi köməkçisi İddiaçı əməliyyat müvəkkili Dəniz Hüseynovla kobud rəftar etməsi, saxlanılan avtomobilin sürücüsünə qaçıb getməsinə şərait yaratması barədə xx.xx.2021-ci il tarixli, 153-8874- 1121 nömrəli raportu əsasında xidməti yoxlama aparılmışdır. Araşdırma zamanı CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı X2 izahatı alınmış, o, izahatında raportda yazdıqlarını təsdiq etməklə polis baş serjantı İddiaçı səs yazısını təqdim etmişdir. Səs yazısında İddiaçı özündən rütbədə və vəzifədə böyük olan əməkdaşa vəzifəsim icra etməyə mane olmaqla, özünü ondan yüksək tutmaqla D.Hüseynova şöbə rəhbərliyindən hadisəni gizlətməyi, maşını görmədiyini və saxlamadığını deməsini tələb etməklə həmkarına bu qanunsuzluqları etmək müqabilində ona pul təklif etmiş, bunun işə yaramadığını gördükdə hədə-qorxu gəlməyə, bu hörmətsizliyi ona bağışlamayacağını bildirməklə “Zil” markalı avtomobilin sürücüsünün avtomobili sürüb oradan getməsini bildirməklə sürücü Lerik rayonu, Pirasora kənd sakini X1 hadisə yerindən qaçmasına zəmin yaratması səs yazısında müəyyən olunmuşdur. İzahatı alınmış Lerik RPŞ-nin NHnin növbətçi köməkçisi, polis baş serjantı İddiaçı həqiqətən xx.xx.2021-ci il tarixdə, saat 21:00 radələrində CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı X7 tərəfindən yaxını Lerik rayonu, Pirasora kənd sakini X1 “Zil” markalı, Az **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaş odun daşıdığı üçün Lənkəran-Lerik yolunun 52-ci km-də hərəkət edən zaman D.Hüseynov tərəfindən saxlanılması və sürücü N.Kəlbiyevin ona zəng edərək köməklik göstərməsini bildirmişdir. Hadisə yerinə gələn İddiaçı əməliyyat müvəkkili Dəniz Hüseynova həmin şəxsin sənədlərinin olmasını və odunun qanuni şəkildə Meşə mühafizəsi və bərpası idrəsindən alındığını və lazımdırsa sabah şəxsən özü tərəfindən təqdim edəcəyini bildirsə də D.Hüseynovun onu eşitmədiyi üçün avtomaşının hadisə yerindən onun tərəfindən qaçırılmasının yalan olduğunu, avtomobilin həmin vaxt nasaz olmaqla şöbənin duracağına gətirildiyini bildirməklə və ilk öncə Dəniz Hüseynovun ona qarşı kobudluq etməsini, lakin səs yazısında onun dedikləri sübut olmamışdır. İddiaçı baş vermiş hadisə ilə bağlı özünü tam təqsirkar bilməklə D.Hüseynovdan və şəxsi heyətdən etdiyi əmələ görə üzr istəməsini, gələcəkdə bir daha belə hallara yol verməyəcəyini izahatında göstərmişdir. İzahatı alınmış Lerik rayonu, Pirasora kənd sakini X6 “Zil” markalı, Az **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Lerik meşəbəyliyindən 85 manat ödəyərək 5 kub yaş odunu Lerik rayonu, Günəşli kəndindəki meşə zolağında doğranmış halda təhvil alaraq özünə məxsus nəqliyyat vəsitəsi ilə yaşadığı Pirasora kəndinə aparan zaman Lənkəran-Lerik yolunun 52-ci km-də hərəkət edən zaman D.Hüseynov tərəfindən saxlanılması, maşının və odunun sənədlərinin evdə qaldığını bildirsə də, D.Hüseynovun onun RPŞ-nin duracağına aparmaq istədiyi üçün kömək məqsədi ilə yaxını polis əməkdaşı İddiaçı zəng etdiyini təsdiqləyərək RPŞ-yə gələn zaman avtomobildə yaranan nasazlıqla bağlı Lerik şəhərində yaşayan bacısının evinə dönmüş, İddiaçı ona zəng edərək polis şöbəsinə gəlməsini bildirdiyi üçün nəqliyyat vasitəsindəki nasazlığı aradan qaldıraraq RPŞ-yə gəlməsini, həmçinin D.Hüseynovla İddiaçı aralı olduğu üçün onların mübahisələrinin şahidi olmadığını izahatında təsdiq etmişdir. Avtomobilin sürücüsü tabesizlik göstərərək onun qanuni tələblərinə tabe olmadığını və oraya gələn NH-nin növbətçi köməkçisi İddiaçı əməliyyat müvəkkili Dəniz Hüseynovla kobud rəftar edərək onu hədələməsi və saxlanılan avtomobilin sürücüsünə qaçıb getməsinə şərait yaratması barədə xx.xx.2021-ci il tarixli, 153-8874-1121 nömrəli raportu ilə bağlı aparılmış xidməti yoxlama materialı nəzərdən keçirib müəyyən edilmişdir ki, Lerik RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı X2 xx.xx.2021-ci il tarixdə, saat 21:00 radələrində xidmətdə olarkən Lənkəran-Lerik yolunun 52-ci km-də hərəkət edən “Zil” markalı, Az **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaş odun daşıdığı barədə məlumat əsasında avtomaşını saxlamış, özünü təqdim etdikdən sonra yükdaşıma yerində yeni kəsilmiş yaş odun aşkarlanması səbəbindən odun daşınmasına görə müvafiq sənədlərin olmadığı üçün sürücüyə avtomobili RPŞ-nin duracağına aparılması barədə xahiş etməsi, avtomobilin sürücüsü tabesizlik göstərərək onun qanuni tələblərinə tabe olmadığı və oraya gələn NHnin növbətçi köməkçisi İddiaçı əməliyyat müvəkkili Dəniz Hüseynovla kobud rəftar etməsi saxlanılan avtomobilin sürücüsünə qaçıb getməsinə şərait yaratması Dəniz Hüseynovun araşdırma zamanı təqdim etdiyi səs yazısına qulaq asıldıqdan sonra tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası DİN-in xx.xx.2005-ci il tarixli, 130 nömrəli etik davranış kodeksinin 1-ci, 2-ci, 4-cü 6-cı, 6-1-ci, 9-cu, 10-cu, 17-ci, 19-cu, 20-ci və 22-ci maddələrinin, DİN-in xx.xx.2009-cu il tarixli, 330 nömrəli intizam nizamnaməsinin 3.2-ci, 3.8-ci, 3.9-cu və 7-ci bəndlərinin və “Polis haqqında” Qanunun 3-cü, 13-cü və 29-cu maddələrinin tələblərini nəzərə alaraq Lerik RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı X2 xx.xx.2021-ci il tarixdə, saat 21 radələrində xidmətdə olarkən Lənkəran-Lerik yolunun 52-ci km-də hərəkət edən “Zil” markalı, Az **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaş odun daşıdığı barədə məlumatı əsasında avtomaşını saxlamış, özünü təqdim etdikdən sonra yükdaşıma yerində yeni kəsilmiş yaş odun aşkarlanması səbəbindən odun daşınmasına görə müvafiq sənədlərin olmadığı üçün sürücüyə avtomobili RPŞ-nin duracağına aparılmasını xahiş etməsi, avtomobilin sürücüsünün tabesizlik göstərərək onun qanuni tələblərinə tabe olmadığını və oraya gələn NH-nin növbətçi köməkçisi İddiaçı əməliyyat müvəkkili Dəniz Hüseynovla kobud rəftar etməsi, saxlanılan avtomobilin sürücüsünə qaçıb getməsinə şərait yaratması tam təsdiqini tapdığı və yuxarıda göstərilən digər nöqsanlara yol verdiyi üçün xx.xx.2021-ci il tarixli, 153-8874- 1121 nömrəli material ilə bağlı aparılmış xidməti yoxlama üzrə materiala sıravi və kiçik rəis heyətinin yığıncağında baxılmış, Lerik RPŞ-nin NH-nin növbətçi köməkçisi, polis baş serjantı İddiaçı barəsində xidməti yoxlama aparılmış və müzakirə üçün Lerik RPŞ-nin sıravi və kiçik rəis heyətinin yığıncağına verilmiş, Lerik RPŞ-nin NH-nin növbətçi köməkçisi, İddiaçı işdən xaric edilməsi ilə bağlı Ə90-153-21 nömrəli əmri ilə X10n xidmətdən xaric edilmişdir. Lerik rayon sakini İddiaçı X10n xaric olunduqdan sonra xidmətə bərpa olunması ilə bağlı özü və anası dəfələrlə Daxili işlər Nazirliyinin rəhbərliyinə müraciət etmiş, lakin onun əməlləri Azərbaycan Respublikası DİN-in DİO-nun intizam nizamnaməsinə, DİN-in Etik davranış kodeksi haqqında əmrə və DİO-da Xidmətkeçmə haqqında əsasnaməyə zidd olduğu üçün yenidən DİO-da xidmətə qəbul olunması rədd edilmişdir. Əgər İddiaçı göstərdiyi kimi onun DİO-dan xaric olunmağı barədə əmr qanunsuz olsaydı Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Rəhbərliyinin dəfələrlə qəbulunda olmaqla DİO-dan xidmətdən xaric olunması faktı DİN-in Daxili Təhqiqatlar İdarəsində və digər xidmət sahələrində araşdırılmış və Lerik RPŞ-nin sabiq polis əməkdaşı İddiaçı polisə yararsız olması onun barəsində qəbul olunmuş qərarların düzgün olduğu öz təsdiqini tapmışdır. Əlavə olaraq bildirirlər ki, xx.xx.1982-ci il tarixdə Lerik rayonu, Əliabad kəndində anadan olmuş, 2000-ci ildə Lerik rayonu, Gürdəsər kənd M.Əliyev adına tam orta məktəbini bitirmiş, 2003-cü ildən DİO-da xidmət etməklə, 2021-ci ilədək Lerik RPŞ-nin Növbətçi Hissənin növbətçi köməkçisi vəzifəsində xidmət edən, polis baş serjantı rütbəsində olan sabiq polis əməkdaşı İddiaçı işlədiyi müddətdə özünü intizamlı, işgüzar, bacarıqlı bir əməkdaş kimi göstərə bilməmiş, geyim formasına riayət etməmişdir. O, ictimaiyyətdə və məişətdə nümunəvi olmamış, polis əməkdaşının adına və nüfuzuna daim xələl gətirmişdir. İddiaçı 3 aydan artıqdır ki, DİO-dan xidmətdə yol verdiyi qəbahətlərə görə DİO-da xidmətdən xaric olunmuşdur. Xaric olunmağı barədə əmr qanunsuz idisə nə üçün Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bir ay ərzində yox, indi şikayət edir. İddiaçı X10n xidmətdən xaric olunması barədə xx.xx.2021-ci il tarixli, Ə 90-153-21 nömrəli əmr qanunamüvafiq qaydada xx.xx.2021-ci il tarixində səhər təlimatında ona və şəxsi heyətə elan olunmuş və qardaşı hal-hazırda Lerik RPŞ-nin İTBnin sahənin polis nəfəri vəzifəsində işləyən polis baş serjantı X8 xx.xx.2021-ci il tarixdə xidməti vəsiqəsini və Azərbaycan Respublikası DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsinə 13 oktyabr 2021-ci il tarixli 028/4769-1219 nömrəli hesablama-arayışına əsasən 176 (yüz yetmiş altı) manat əmlak borcunun ödənildikdən sonra sənədləri ona təqdim edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlüyünə qiymət verərək qeyd edir ki, iddia tələbi inzibati akt hesab olunan əmrin ləğv edilməsinə yönəldiyindən mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddianın iki mümkünlük şərti mövcuddur ki, birincisi iddiaçının həmin iddia üzrə subyektiv hüquqa malik olub-olmaması, ikincisi isə qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürüb-ötürməməsidir. Mübahisə predmeti olan əmr iddiaçının xidmətdən xaric olunmasına səbəb olduğundan o, həmin əmri mübahisələndirmək üçün subyektiv hüquqa malikdir. Bununla yanaşı, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 38.1). İddiaya etirazda mübahisə predmeti olan əmrin iddiaçıya qanunamüvafiq qaydada xx.xx.2021-ci il tarixində səhər təlimatında ona və şəxsi heyətə elan olunduğu və qardaşı hal-hazırda Lerik RPŞ-nin İTB-nin sahənin polis nəfəri vəzifəsində işləyən polis baş serjantı X8 xx.xx.2021-ci il tarixdə xidməti vəsiqəsini və Azərbaycan Respublikası DİN-nin Maddi-Texniki Təminat Baş İdarəsinə 13 oktyabr 2021-ci il tarixli 028/4769-1219 nömrəli hesablama-arayışına əsasən 176 (yüz yetmiş altı) manat əmlak borcunu ödədikdən sonra sənədləri ona təqdim edilməsi qeyd edilsə də, cavabdehin məhkəməyə təqdim etdiyi qəbzdən görünür ki, həmin əmrin surətinin iddiaçının qardaşına xx.xx.2021-ci il tarixdə deyil, xx.xx.2021-ci il tarixdə təhvil verilmişdir. İddiaçı isə hazırki tələblə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı irəli sürmək üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürməmişdir. Bu səbəbdən də iddia mümkün hesab edilməli və hazırki iddiaya inzibati məhkəmə icraatında baxılaraq hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu maddə - 62.1, 62.2, 62.3). İddiaçı, onun barəsində verilmiş əmrin qanunsuzluğunu aşağıdakı hüquqi əsaslara – “X10 xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsində göstərilən hərəkətlərə yol verməməsinə, habelə xidmətdən xaric edilməsi zamanı əmək qanunvericiliyi ilə təminat altına alınmış hüquqlarının pozulmasına - istinad edərək irəli sürmüş və iddia tələbini bu əsaslarla müdafiə etmişdir. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiaçının istinad etdiyi qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. İddiaçının iddia tələbinin ilk hüquqi əsasına, yəni, onun xidmətdən xaric edilməsi zamanı “X10 xidmət keçmə haqqında Əsasnamə”nin tələblərinin pozulması arqumentinə qiymət verərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli, Ə 90-153-21 nömrəli əmrinin surətindən görünür ki, Cavabdeh NH-nin növbətçi köməkçisi, polis baş serjantı İddiaçı “Azərbaycan Respublikasının X10 xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdiyinə görə) X10 xidmətdən xaric edilmişdir. Həmin əmrə əsas kimi göstərilən və məhkəmənin sorğusu əsasında cavabdeh təşkilat tərəfindən göndərilərək iş materiallarına əlavə olunmuş Cavabdeh xx.xx.2021-ci il tarixli, Ə 90-153-21 nömrəli əmrindən aydın olur ki, iddiaçının X10 xidmətdən xaric edilməsi aşağıdakı kimi əsaslandırılmışdır: Lerik RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı X2 xx.xx.2021-cı il tarixində saat 21:00 radələrində xidmətdə olarkən Lənkəran-Lerik yolunun 52-ci km-də hərəkət edən “Zil” markalı, Az **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaş odun daşıdığı barədə məlumatı əsasında avtomaşını saxlamış, özünü təqdim etdikdən sonra avtomobilə baxış keçirərkən yeni kəsilmiş yaş odun aşkarlanması səbəbindən odun daşınmasına görə müvafiq sənədlərin olmadığı üçün sürücüyə avtomobili RPŞ-nin duracağına aparılmasını xahiş etmiş, avtomobilin sürücüsü tabesizlik göstərərək onun qanuni tələblərinə tabe olmadığını və oraya gələn NH-nin növbətçi köməkçisi İddiaçı CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Dəniz Hüseynova qarşı kobud rəftar etməsi və saxlanılan avtomobilin sürücüsünə qaçıb getməsinə şərait yaratmaqla Azərbaycan Respublikası DİN-in xx.xx.2005-ci il tarixli, 130 nömrəli etik davranış kodeksinin 1-ci, 2-ci, 4-cü 6-cı, 6-1-ci, 9-cu, 10-cu, 17-ci, 19-cu, 20-ci və 22-ci maddələrinin, DİN-in xx.xx.2009-cu il tarixli, 330 nömrəli intizam nizamnaməsinin 3.2-ci, 3.8-ci, 3.9-cu və 7-ci bəndlərinin və “Polis haqqında” Qanunun 3-cü, 13-cü və 29-cu maddələrinin tələblərini pozmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən polis əməkdaşı xidmət apararkən hüquqa zidd hərəkət etdikdə, xidmət və icra intizamını pozduqda, polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb edilir. Polis əməkdaşına məzəmmət, töhmət, şiddətli töhmət, xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə, xüsusi rütbənin bir pillə aşağı salınması və xidmətdən xaric edilmə intizam tənbehləri tətbiq edilə bilər. Polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir. Polis əməkdaşı hüquqa zidd hərəkətlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 34-cü maddəsinə əsasən, polis əməkdaşı öz arzusu ilə polisdə xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə, and içməkdən imtina etdikdə, cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda, polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda, xidmətdə olmanın son yaş həddinə çatdıqda, səhhətinə görə, o cümlədən uzunmüddətli (dörd aydan artıq) xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə xüsusi həkim komissiyasının rəyi olduqda, polisdə xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə, polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə, intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda, ştatlar ixtisar edildikdə, fəaliyyət qabiliyyətsizliyi və məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə və digər hüquq-mühafizə orqanlarına işə keçdikdə xidmətdən xaric edilə bilər. Polis əməkdaşı xidmətdən xaric edilməsi barədə tabeliyi üzrə yuxarı orqana və ya məhkəməyə müraciət edə bilər. Polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir. “Azərbaycan Respublikasının X10 xidmət keçmə haqqında” Əsasnamənin 108-ci bəndində qeyd olunur ki, X10 xidməti intizam-əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Həmin Əsasnamənin 114-cü maddəsinə görə, xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına məzəmmət, töhmət, şiddətli töhmət, xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə, xüsusi rütbənin bir pillə aşağı salınması və xidmətdən xaric edilmə növündə intizam tənbehləri tətbiq edilə bilər. Adı çəkilən Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə görə isə, daxili işlər orqanlarının əməkdaşı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Lerik RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı X2 xx.xx.2021-cı il tarixində saat 21:00 radələrində xidmətdə olarkən Lənkəran-Lerik yolunun 52-ci km-də hərəkət edən “Zil” markalı, Az **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaş odun daşıdığı barədə məlumatı əsasında avtomaşını saxlamış, özünü təqdim etdikdən sonra avtomobilə baxış keçirərkən yeni kəsilmiş yaş odun aşkarlanması səbəbindən odun daşınmasına görə müvafiq sənədlərin olmadığı üçün sürücüyə avtomobili RPŞ-nin duracağına aparılmasını xahiş etmiş, avtomobilin sürücüsü tabesizlik göstərərək onun qanuni tələblərinə tabe olmadığını və oraya gələn NH-nin növbətçi köməkçisi İddiaçı CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Dəniz Hüseynova qarşı kobud rəftar etməsi və saxlanılan avtomobilin sürücüsünə qaçıb getməsinə şərait yaratmaqla Azərbaycan Respublikası DİN-in xx.xx.2005-ci il tarixli, 130 nömrəli etik davranış kodeksinin 1-ci, 2-ci, 4-cü 6-cı, 6-1-ci, 9cu, 10-cu, 17-ci, 19-cu, 20-ci və 22-ci maddələrinin, DİN-in xx.xx.2009-cu il tarixli, 330 nömrəli intizam nizamnaməsinin 3.2-ci, 3.8-ci, 3.9-cu və 7-ci bəndlərinin və “Polis haqqında” Qanunun 3-cü, 13-cü və 29-cu maddələrinin tələblərini pozduğuna görə həmin əmrlə İddiaçı “DİO-da xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə müvafiq olaraq xidmətdən xaric olunmuşdur. Bununla razılaşmayan iddiaçı hazırki iddia tələbini irəli sürmüşdür. Məhkəmə iş üzrə müəyyən edilən hallara və iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmrlə İddiaçı “DİO-da xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə müvafiq olaraq xidmətdən xaric etməkdə haqlı olmamışdır. Belə ki, “Azərbaycan Respublikasının X10 xidmət keçmə haqqında” Əsasnamənin 114-cü maddəsi, xidmətdən xaric edilmə növündə intizam tənbehini ən sərt və sonuncu tədbir olaraq müəyyənləşdirmişdir və işlədiyi müddət ərzində heç bir intizam tənbehi almamış iddiaçıya ilk dəfə yol verdiyi irəli sürülən pozuntuya görə ən sərt tənbehin verilməsi də ədalətli hesab edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında tərəflərin izahatları, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan digər sənədlərlə təsdiq olunur ki, iddiaçı xx.xx.2003-cü ildə X10 əmək fəaliyyətinə başlamış, işlədiyi müddət ərzində İddiaçı əmək funksiyalarını yerinə yetirərkən səhlənkarlığa, etinasızlığa yol verməmiş və cavabdeh təşkilata qəsdən heç bir ziyan vurmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı qeyd olunan nöqsana yol verdiyini səmimi etiraf etmiş və buna görə baş vermiş hadisə ilə bağlı özünü tam təqsirkar bilməklə D.Hüseynovdan və şəxsi heyətdən etdiyi əmələ görə üzr istəmiş, gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X10 xidmətdən xaric edilərkən onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, 2003-cü ildən cavabdeh təşkilatda işləməsi və heç bir intizam tənbehi almaması nəzərə alınmamış və iddiaçıya ilk dəfə yol verdiyi irəli sürülən pozuntuya görə ən sərt tənbeh verilməklə xidmətdən xaric edilmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmr ləğv edilməli və İddiaçı X10 əvvəlki işinə bərpa edilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, Ə90-153-21 nömrəli əmr ləğv edilsin və İddiaçı X10 əvvəlki işinə bərpa edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-686/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-686/2022
22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver