Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-687/2020 23.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı «ona və ailə üzvlərinə vahid aylıq müavinətin 2017-ci ilin yanvar ayından bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq, onun və ailə üzvlərinin vahid aylıq müavinətlərinin 2017-ci ilin yanvar ayından bərpa olunması vəzifəsinin cavabdeh Füzuli RİH-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 4 ailə birlikdə ünvan 1 ünvanında yerləşən 2 otaqlı evdə məskunlaşmışlar. Ağır həyat şəraitində yaşayırlar. Özü və ailə üzvləri heç bir yerdə işləmirlər. Yalnız məcburi köçkünlərə verilən vahid aylıq müavinətdən ibarətdir. Lakin 2017-ci ilin yanvar ayından aylıq müavinətin verilməsi cavabdeh tərəfindən dayandırılmışdır. Ailə üzvlərinin vahid aylıq müavinətin bərpa olunması ilə bağlı cavabdeh Füzuli RİHə şifahi müraciət edilsə də, müraciətləri cavabsız qalıb. Nəhayət 2020-ci ilin yanvar ayında cavabdehə yazılı müraciət etmişdir. Cavabdehin 29 yanvar 2020-ci il tarixli, 50 saylı imtina məktubunda qeyd edilir ki, ona və ailə üzvlərinə vahid aylıq müavinətin verilməsi ilə bağlı Cavabdeh başçısına ünvanlanmış müraciəti RİHB Aparatında Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə birgə araşdırılmışdır. Müəyyən edilmişdir ki, o və ailə üzvləri məcburi köçkün kimi vahid aylıq müavinət almışlar. Lakin Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən Cavabdehnə göndərilən adlarına çıxarışlı mənzil olan vətəndaşların siyahısında onun adına ev olduğu qeyd edilmişdir. Buna görə də ona və ailə üzvlərinə verilən vahid aylıq müavinət Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası» haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə müvafiq Təlimatın 2.1-ci bəndinə uyğun olaraq dayandırılmışdır. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, 2016-cı il tarixdə oğlu X7 Bakıda ev almaq istəyirdi. Lakin onun şəxsiyyət vəsiqəsində problem olduğuna görə evi öz adına rəsmiləşdirə bilmirdi. Ev təcili və ucuz satıldığına görə evi onun adına aldı. Lakin təxminən 10-15 gün sonra şəxsiyyətini əldə etdikdən sonra evi öz adına rəsmiləşdirdi. O, oğlu Şamil ilə 2005-ci ildən ayrı təsərrüfatdırlar. Bunu Füzuli rayon Qaraxanbəyli kənd icra nümayəndəliyi tərəfindən verilmiş arayış da təsdiq edir. Belə ki, arayışda qeyd edilir ki, «X1 icra nümayəndəliyinin 12 saylı təsərrüfatbaşına kitabının 615 saylı səhifəsində ayrı təsərrüfat kimi qeydiyyatdadır». Buna görə də oğlunun ev alması onların- 4 ailənin aylıq müavinətinin kəsilməsinə səbəb olmamalıdır. Cavabdeh 10 aprel 2020-ci il tarixli 01/181 saylı etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçının ailə tərkibi 4 nəfərdən ibarətdir. Əvvəllər vahid aylıq müavinət almışlar. Lakin iddiaçının adına ünvan 3 ünvanında ev olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın 2.1-ci bəndinə əsasən onlara ödənilən vahid aylıq müavinət 2017-ci ilin yanvar ayında Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən dayandırılmışdır. İddiaçı sonradan həmin evi oğlunun adına keçirtdiyi üçün «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın 2.1-ci bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 iyun 2017-ci il tarixli 244 nömrəli qərarı ilə edilmiş əlavələrə əsasən oğlunun da ailəsinə ödənilən vahid aylıq müavinət dayandırılmışdır. Bu barədə iddiaçıya dəfələrlə məlumat verilmiş, qanunvericiliyin tələbləri izah edilmişdir. Göstərilənləri nəzərə alaraq, təqdim olunmuş materiallarla əsaslanaraq, iddianın qeyri-mümkünlüyü və ya təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı və Cavabdehnə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 25 yanvar 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən tam mülkiyyət üzrə ona məxsus ümumi sahəsi 39,08 kv/metr olan mənzili X6 bağışlamışdır. İş materialında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, ev 70, 1 saylı mənzil X5 adına Daşınmaz Əmlakın dövlət reyestrində 2572 nömrəli reyestr kitabının 239575 nömrəli vərəqində 03.02.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh 29 yanvar 2020-ci il tarixli 50 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı Əsgər oğlunun ona və ailə üzvlərinə vahid aylıq müavinət verilməsi ilə bağlı Cavabdeh başçısına ünvanlanmış müraciəti RİHB-nin Aparatında Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə birgə araşdırılmışdır. Müəyyən edilmişdir ki, o və ailə üzvləri məcburi köçkün kimi vahid aylıq müavinət almışdır. Lakin Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən Cavabdehnə göndərilən adlarına çıxarışlı mənzil olan vətəndaşların siyahısında onun adına ev olduğu qeyd olunmuşdur. Buna görə də ona və ailə üzvlərinə verilən vahid aylıq müavinət Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” haqqında 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə müvafiq Təlimatın 2.1-ci bəndinə uyğun olaraq dayandırılmışdır. Əsaslandırıcı hissə: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Füzuli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Füzuli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, 25 yanvar 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən tam mülkiyyət üzrə ona məxsus ümumi sahəsi 39,08 kv/metr olan mənzili X6 bağışlamışdır. Həmin mənzil 03.02.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X5 adına qeydə alınmışdır. İddiaçı adına ünvan 3 ünvanında mənzil olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın 2.1-ci bəndinə əsasən ödənilən vahid aylıq müavinət 2017-ci ilin yanvar ayında Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən dayandırılmışdır. Həmin evi oğlunun adına keçirtdiyi üçün «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın 2.1-ci bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 iyun 2017-ci il tarixli 244 nömrəli qərarı ilə edilmiş əlavələrə əsasən oğlunun da ailəsinə ödənilən vahid aylıq müavinət dayandırılmışdır. Hazırda iddiaçı ona və ailə üzvlərinə vahid aylıq müavinətin 2017-ci ilin yanvar ayından bərpa olunmasını xahiş edir. Məhkəmə iddia tələbi bağlı aşağıdakıları qeyd edir. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə müavinətin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.01.2017-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası»na uyğun həll edilir. 1 yanvar 2017-ci ildən qüvvədə olan adı çəkilən Qaydanın 1-ci hissəsində qeyd edilmişdir ki, aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla). Qaydanın 2.1-ci hissəsinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət şamil edilmir. Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarından göründüyü kimi məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə vahid aylıq müavinətin məcburi köçkün düşdükdən sonra ayrıca yaşayış sahəsi əldə edənədək (mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən) ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçının isə mülkiyyətində ayrıca mənzil olmuş və o, sonradan həmin mənzili bağışlamışdır. Odur ki, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı ona və ailə üzvlərinə vahid aylıq müavinətin 2017-ci ilin yanvar ayından bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı Cavabdehnə qarşı «ona və ailə üzvlərinə vahid aylıq müavinətin 2017-ci ilin yanvar ayından bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı «ona və ailə üzvlərinə vahid aylıq müavinətin 2017-ci ilin yanvar ayından bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-687/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-687/2020
23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver