Məhkəmə qərarları › İş №2-1(120)-688/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-688/2020

29.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-688/2020 29.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi x2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “şəxsiyyətin müəyyən edilməsi və x3 şəhərindən doğum haqqında şəhadətnamənin əldə olunmasına köməklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Cavabdehnə qarşı “şəxsiyyətin müəyyən edilməsi və x3 şəhərindən doğum haqqında şəhadətnamənin əldə olunmasına köməklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 26.03.1955-ci il tarixdə x9 şəhərində anadan olmuşdur. 1973-cü il tarixdən Cəlilabad rayonunda nikaha daxil olmuşdur. Nikahdan qabaq soyadı “Şahbazova” olmuşdur. Nikahdan sonra ərinin soyadına keçərək “Əsədova” olmuşdur. Birgə nikah dövründə 3 uşağı olmuşdur. Tərtib edilmiş nikah haqqında akt qeydindən və uşaqların barəsində tərtib edilmiş doğum haqqında akt qeydlərindən müəyyən edilirki, x3 şəhərində 26.03.1955-ci il tarixdə anadan olmuşdur. Cəlilabad şəhərində yaşadıqdan sonra onun keçmiş SSSR dövrünə aid sovet pasportu olmuşdur. Bildirimək istəyir ki, RF-da doğularkən ona doğum haqqında şəhadətnamə Dağıstan Respublikası VVADQ şöbəsindən verilmişdir. Hazırda doğum haqqında şəhadətnaməsi yoxudur. Azərbaycan Respublikasında pensiya təminatı ilə əlaqədar polis şöbəsindən Azərbaycan Respublikasının vətəndaşına aid şəxsiyyət vəsiqəsi almaq istəyir. Doğum haqqında şəhadətnamə əlində olmadığından şəxsiyyət vəsiqəsi ala bilmir. Doğum haqqında şəhadətnamənin RF-dan gətirilməsi üçün Qeydiyyat şöbəsinə şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidir. Lakin şəxsiyyət vəsiqəsi olmadığı üçün təqdim edə bilmir. Cəlilabad rayon QŞ-nə ərizə ilə müraciət etsə də ona ərizəsinin təmin edilməməsi haqqında imtina cavabı verilmişdir. Qeydiyyat şöbəsi imtinanı onunla əsaslandırır ki, RF Dağıstan Respublikasından doğum haqqında şəhadətnamə alınması üçün onun şəxsiyyət vəsiqəsi yoxdur və şəxsiyyəti müəyyən deyildir. Hesab edir ki, Cavabdeh onun müraciətini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə məhkəmədə iddia qaldırmaq üçün ödəniş qəbzini, nikah haqqında akt qeydlərini, yaşayış yerindən arayışını, Cəlilabad rayon İHB-nın inzibati ərazi dairəsi üzrə Cəlilabad şəhər nümayəndəliyinin 04.02.2020-ci il tarixli, 06/39 nömrəli arayışını, nikah haqqında 18.04.1973-cü il tarixli, 20 nömrəli akt qeydini əlavə etmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusu əsasında göndərilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 29.03.2020-ci il tarixli, 05/2-1675/13 nömrəli məktubunun və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh 14 aprel 2020-ci il tarixli, 05/02-120 nömrəli məktubuna, o cümlədən məhkəmə iclasında əslinə baxış keçirilmiş və iş materiallarına əlavə edilmiş NT-İ ******* nömrəli əmək kitabçasının surətinə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). x6 Məcəllənin 2.2.2-ci maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəlilabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. İddianın əsaslılığı : Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04.02.2020-ci il tarixli, 06/39 nömrəli arayışından görünür ki, x7 şəhərində qeydiyyatda olan Əsədova x5 şəhəri, V.Niftullayev küçəsi ev 06-da yaşayır. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06.05.2020-ci il tarixli, 14/56 nömrəli şəkilli arayışından görünür ki, Əsədova x5 şəhəri, V.Niftullayev küçəsi, ev 06-da yaşayır. İşdə olan 02.02.1982-ci il tarixli, 89 nömrə ilə qeydə alınmış 368063 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, x14 03 yanvar 1982-ci il tarixdə anadan olmuş, ata qrafasında x12, ana qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan 03.01.1984-cü il tarixli, 09 nömrə ilə qeydə alınmış 475806 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, x10 16 dekabr 1983-cü il tarixdə anadan olmuş, ata qrafasında x12, ana qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan 02.01.1978-ci il tarixli, 02 nömrə ilə qeydə alınmış 361913 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, x4 14 dekabr 1977-ci il tarixdə anadan olmuş, ata qrafasında x12, ana qrafasında İddiaçı qeyd edilmişdir. İşdə olan 05.02.2020-ci il tarixli, 292/12 nömrəli və 21.04.2020-ci il tarixli, 448/12 nömrəli nikah haqqında akt qeydindən çıxarışdan görünür ki, x12 ilə x8 18.04.1973-cü il tarixdə nikaha daxil olmuş, sonuncu Əsədova soyadını qəbul etmişdir. İşdə olan 18.04.2073-cü il tarixli, 20 nömrəli nikah haqqında akt qeydindən görünür ki, 16.03.1955-ci il təvəllüdlü x12 ilə 26.03.1955-ci il təvəllüdlü x8 18.04.1973-cü il tarixdə nikaha daxil olmuşlar. Məhkəmə iclasında əslinə baxış keçirilərək surəti iş materiallarına əlavə edilmiş NT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, 26 mart 1955-ci il təvəllüdlü İddiaçı adına 17 sentyabr 1986-cı il tarixdə əmək kitabçası açılmışdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh iddiaçıya ünvanladığı 06.12.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçı şəxsiyyətini təsdiq sənəd təqdim etmədiyi üçün doğum haqqında şəhadətnamənin x1 şəhərində istənilməsi mümkün olmamışdır. Cavabdan narazı qaldığı halda aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 29.03.2020-ci il tarixli, 05/2-1675/13 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı nikahı haqqında akt qeydinin tərtib edilməsinə əsas olmuş sənədlərin istənilməsinə dair sorğunuza baxılmışdır. Müraciətə cavab olaraq bildiririk ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən, İddiaçı nikahı Cavabdehndə x11 ilə 18.04.1973-cü ildə 20 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Məlumat üçün bildiririk ki, qeydiyyat aparılan dövrdə qüvvədə olan “WAQQ orqanlarının sənədlərinin saxlama müddətini göstərən Siyahı”nın 4.15-ci bəndinə uyğun olaraq nikaha daxil olmaq haqqında ərizələr qeydiyyat şöbələrinin arxivində 5 il müddət saxlanıldıqdan sonra məhv edilirdi. Bu qəbildən olan ərizə və sənədlərin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində saxlanılması isə qanunvericilikdə ümumiyyətlə nəzərdə tutulmamışdır. Bu səbəbdən İddiaçı nikah haqqında akt qeydinin tərtib edilməsinə əsas olan sənədlərin göndərilməsi mümkün deyildir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı 14.04.2020-ci il tarixli, 05/02-120 nömrəli məktubunda qeyd edilmişdir ki, Sizin 11 fevral 2020-ci il tarixli 2-1(120)-688/2020 saylı sərəncamla əlaqədar olaraq bildiririk ki, vətəndaş İddiaçı x3 şəhərindən doğum haqqında şəhadətnamənin gətirilməsindən imtina edilmişdir. Belə ki, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələrin verilməsi qaydasına əsasən vətəndaş Qeydiyyat şöbəsinə təkrar şəhadətnamənin istənilməsi barədə ərizə, Şəxsiyyəti müəyyən edən sənədi və müvafiq ödəniş qəbzinini təqdim etməlidir. Ona görə də vətəndaşın doğum haqqında şəhadətnamənin x3 şəhərindən gətirilməsi mümkün deyildir. Müraciət edən vətəndaşın şəxsiyyəti məhkəmə qaydasında müəyyən edildikdən sonra qanunauyğun surətdə vətəndaşın doğum haqqında şəhadətnamənin x3 şəhərindən gətirilməsinə köməklik göstəriləcəkdir. Qeydiyyat şöbəsində iş yükünün çox olması ilə əlaqədar 23 aprel 2020ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etmək çətinlik törədir. Vətəndaş İddiaçı iddia ərizəsində göstərdiyi tələblə bağlı etirazımız yoxdur və xahiş edirik iştirakımız olmadan işə baxasınız. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nigah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 1.7-ci bəndinə görə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Qaydanın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Qaydanın 9.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Qaydanın 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Qaydanın 9.7-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Qaydaların 9.8-ci bəndinə görə qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 gün müddətində icra olunur. Başqa şəhərlərdən tələb edilən təkrar şəhadətnamələr ərizəçinin yaşadığı yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. Məhkəmə ilk növbədə qeyd edir ki, təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı iddiaçının müraciəti əsasında cavabdeh tərəfindən qərar formasında inzibati akt qəbul edilməli idi . Belə ki, cavabdehin yazılı formada inzibati akt qəbul etməli olması “İnzibati icraat haqqında” Qanunun tələblərindən irəli gəlir. Həmin Qanunun müddəalarına görə: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Lakin işin hallarından görünür ki, cavabdeh iddiaçının müraciəti əsasında belə bir inzibati akt qəbul etməmiş və ona yalnız məktubla cavab vermişdir. Bundan yanaşı, məhkəmə qeyd edir ki, iddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etdikdən sonra “İnzibati icraat haqqında” Qanunun müddəalarına müvafiq olaraq aparılmalı olan inzibati icraat cavabdeh tərəfindən tam həyata keçirilməmişdir, halbuki həmin Qanunun 28.1.1-ci maddəsinə görə iddiaçının təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı ərizəsi inzibati icraatın başlanması üçün əsas kimi çıxış etmişdir. Göstərilən Qanunun 28.2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən şəxsiyyətin müəyyən edilməməsini yəni “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmamasını əsas gətirmişdir. Halbuki işdə olan yuxarıda qeyd edilən sənədlərdən xüsusilə də iddiaçıya məxsus NT-İ ******* nömrəli əmək kitabçasının surətindən eyni zamanda 18.04.2073-cü il tarixli, 20 nömrəli nikah haqqında akt qeydindən görünür ki, həmin sənədlərdə iddiaçının şəxsiyyəti (doğum tarixi, yeri, adı, soyadı, atasının adı) müəyyənləşdirilmişdir. Qanunverciliyin tələbləri baxımından inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunanməqamlarıaydınlaşdırmalı, qeyd olunan sənədləri əldə edərək müvafiq araşdırma aparılmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun apararaq, həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Bundan başqa, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmamasını (şəxsiyyətin müəyyən edilməməsini) əsas gətirsə də, doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını nəzərə almamışdır. Belə olan halda, bir tərəfdən şəxsiyyət vəqəsinin verilməsi üçün doğum şəhadətnaməsinin təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamə alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir, başqa bir tərəfdən də hər hansı şəxsin iddiaçını təmsil etmələri üçün (onların 16 yaşı tamam olmuşdur) etibarnamə də şəxsiyyət vəsiqəsi əsasında alınır. Odur ki yuxarıda qeyd olunan xüsusatlar cavabdeh inzibati orqan tərəfindən bir daha nəzərdən keçirilməlidir. Yuxarıda da göstərildiyi kimi cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının tələbini təmin etmək işin hazırkı vəziyyətində mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, Cavabdeh üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar