Məhkəmə qərarları › İş №2-1(120)-688/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-688/2023

05.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-688/2023 05.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial X5 Hüquqi Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X5 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən yaşa görə (hərbi qulluqçu kimi) pensiya təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(120)-688/2023 nömrəli qərardadı ilə, iddia tələbinə İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 28 iyun 2022-ci il tarixli, **********9 nömrəli imtina məktubunda qeyd edilir ki,” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 27 may 2022-ci il tarixində daxil olmuş müraciətinə aiddiyyəti üzrə baxılmışdır. Bildiririk ki, AR Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 16iyu 1 2008-ci il tarixli 8 nömrəli məlumat vərəqəsinə əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 28 iyul 2008-ci il tarixində “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə əssən sizə “ hərbi xidmət dövrü ilə əlaqədar “2-ci dərəcə əliliyə görə təminat xərcliyininizin 55faizi miqdarında əmək pensiyası təmin edilməklə 31 iyul 2021- ci il tarixinədək ödənilmişdir. Pensiya ödənişi 1 avqust 2021-ci il tarixindən dayandırılmışdır. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 16 iyul 2008-ci il tarixli 8 nömrəli məlumat vərəqəsində təqvim üzrə xidmət illəriniz 17 il 7 ay 5gün , güzəştli xidmət iliniz 4 il 9ay 6 gün qeyd edilmişdir. 29 aprel 1992-ci il tarixindən 19 oktyabr 2007-ci il tarixinədək qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin “a” bəndinə əsasən xidmətdən buraxılanadək 20 il daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə əmək pensiyası hüququ vardır. Fləmin qanunun sözügedən maddəsinə 1 sentyabr 2004-cü il tarixli 728-İİQD nömrəli nömrəli Azərbaycan Respublikası qanunu ilə edilmiş dəyişikliyə əsasən “20” il sözləri “20 təqvim ili “ sözləri ilə əvəz edilmişdir. 1 yanvar 2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında “ Azərbaycan Respublikası Qanununun 9.5.1 –ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanları nəzərə alaraq sizin 1 sentyabr 2004-cü il tarixinədək 20 il xidmət müddətiniz mövcud olmadığından sizə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil” O, xx.xx.1970-ci ildə anadan olmuşam.xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilə qədər hərbi xidmətdə çalışmışam.xx.xx.1992- xx.xx.1992-ci il tarixlərdə Bakı şəhər BPİ-nin polis PPX Alayının 2-ci bölüyünün polis əməkdaşı kimi,xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Bakı şəhər BPİ-nin DYPŞ-nin avtomobillərin müayinə stansiyasının xüsusiləşdiriİmiş ekoloji nəzarət bölüyünün yol-patrul inspektoru,xx.xx.1993cü ildən xx.xx.2002-ci ilə qədər AR DİN-in DYPİ-nin müayinə nəzdində avtomobillərin stansiyasının xüsusiləşdiriİmiş ekoloji nəzarət rotasının yol polisi müfəttişi,xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilə qədər AR DİN-in sərəncamənda, xx.xx.2002-xx.xx.2003-cü il müddətində AR DİN-in Nəqliyyatda BPİ-nin Su NPİ-nin Zığ limanında XPB-nin PPX manqasının polis əməkdaşı, xx.xx.2003-cü il- xx.xx.2004-cü il müddətində AR DİN-in Nəqliyyatda BPİ-nin Su NPİ-nin Xaçmaz xüsusi polis məntəqəsinin polis nəfəri,xx.xx.2004cü ildən xx.xx.2004-cü ilə qədər Bakı şəhəri Səbail RPİ- nin əlahiddə polis bölüyünün polis nəfəri,xx.xx.2004-cü i 1-xx.xx.2006-cı il müddətində Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin yol polisi tağımımn yol polis inspektoru və xx.xx.2006-cı ildən xx.xx.2008-ci ilə kimi Bakı şəhəri Səbail RPİ- nin əlahiddə polis bölüyünün polis nəfəri kimi vəzifələrində çalışmışdır. Bakı şəhər Səbail RPİ-nin 30 aprel 2008-ci il tarixli əmri ilə Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135 maddəsinin 6 bəndinə əsasən səhhətinə görə 30 aprel 2008-ci il tarixdən daxili işlər orqanlarında xidmətdən azad edilmişdir. 30 aprel 2008-ci il tarixə qədər xidmət müddətim təqvimi hesablama ilə 17 il.07 ay,05gün, imtiyazlı hesablama ilə isə 22 il 04 ay, 11 gün təşkil etməsi haqqında arayışı ərizəsinə əlavə etmişdir. Qüvvədə olan normativ-hüquqi aktlara görə isə hərbi qulluqçuların pensiya hüququ əldə etməsi üçün xidmət illəri 20 təqvim ili və daha çox olmalıdır. Azərbaycan Respublikasında pensiya islahatlarının ilkin mərhələsində 29 aprel 1992-ci il tarixində “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun, 23 sentyabr 1992-ci il tarixində isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - “Vətəndaşların pensiya təminatı haqqında” Qanun) qəbul edilmişdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunla Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, habelə müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti, onların ailələri üçün Azərbaycan Respublikasının ərazisində vahid dövlət pensiyaları sistemi müəyyən edilirdi. Həmin Qanunun 2-ci maddəsində pensiya təminatı hüququ olan hərbi qulluqçulara pensiyanın onlar hərbi xidmətdən buraxıldıqdan sonra bu Qanuna müvafiq surətdə təyin edilməsi və ödənilməsi nəzərdə tutulmuşdu. Qeyd olunan qanunvericilik aktlarında vətəndaşlara təyin edilən pensiyaların əmək və sosial pensiya növləri, o cümlədən əmək pensiyaları daxilində yaşa (qocalığa) görə, əlilliyə görə, ailə başçısını itirməyə görə və xidmət illərinə görə pensiya növləri müəyyən edilmişdi. Göstərilən qanunvericilik aktlarında nəzərdə tutulan xidmət illərinə görə pensiyanın mahiyyəti müəyyən əmək (fəaliyyət) sahələrinin spesifik xüsusiyyətləri ilə izah olunurdu. Bu, şəxsin uzun müddət gərgin və məsuliyyətli işi yerinə yetirdikdə, həmin fəaliyyəti müəyyən müddətdən sonra psixoloji və emosional ağırlığına görə davam etdirə bilməməsi ilə əlaqələndirilmişdi. Xidmət illərinə görə pensiyanın məqsədi belə şəxsləri əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar öz əvvəlki işini davam etdirmək zərurətindən azad etməkdir. Məhz bu baxımdan xidmət illərinə görə əmək pensiyasının təyin edilməsi üçün fərdin müəyyən yaş həddinə çatması faktı hüquqi əhəmiyyət kəsb etmirdi. Hərbi qulluqçulara xidmət illərinə görə pensiyaların təyin edilməsi şərtləri “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsində öz əksini tapmışdı. Həmin maddənin a) bəndinə əsasən xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət vəya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iş stajının hesablanmasında güzəştləri nəzərdə tutan 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti - üçqat ölçüdə iş stajına daxil edilirdi. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 16-cı maddəsinə görə isə həmin Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edirdi. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən aılıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarına (bundan sonra - Nazirlər Kabinetinin 1992ci il 23 noyabr tarixli Qərarı) görə hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrlərixidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdi. Lakin “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu (bundan sonra - 2004-cü il 1 sentyabr tarixli Qanun) ilə həmin Qanunun 12-ci maddəsinin a) bəndində “20 il” sözləri “20 təqvim ili” sözləri ilə əvəz edilmiş, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququna malik olmaları müəyyən edilmişdir. Eyni zamanda, həmin Qanunla “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanunun 16-cı maddəsinə dəyişiklik edilərək aşağıdakı məzmunda ikinci hissə əlavə edilmişdir: “Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir”. Qeyd edilən dəyişikliklər 2004-cü il 13 sentyabr tarixindən qüvvəyə minmişdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 1 sentyabr 2005-ci il tarixli 977-İİQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzası aşağıdakı redaksiyada verilmişdir:"hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə;". Həmçinin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli Qərarına əsasən Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli Qərarına dəyişiklik edilərək döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, 2004-cü il 1 sentyabr tarixli Qanun qüvvəyə mindiyi günədək (yəni 2004-cü il 13 sentyabr tarixinədək) xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun, “Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunun bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cii il tarixli plenum qərarı ilə Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-1İQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilinəsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir. 2008-ci ildən 2021-ci ilin ilin iyul ayınadək əlilliyə görə pensiya almışdır. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 05 oktyabr 2023-cü il tarixli **********6 nömrəli etirazında göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2-1 (120)-2061/2022 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1,2-ci və 47-ci maddələrini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçı R.M.Aqayevə verilmiş cavab məktubunda hərbi qulluqçu kimi is stajının 20 təqvim il müddətindən az olduğundan ona hərbi qulluqçu kimi əmək pensiyasının hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. 29 aprel 1992-ci il tarixdən 19 oktyabr 2007-ci il tarixədək qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə əsasən xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun sözügedən maddəsinə 1 sentyabr 2004-cü il tarixli 728- İİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişikliyə əsasən “20 il” sözləri “20 təqvim ili” sözləri ilə əvəz edilmişdir. 1 yanvar 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 16 iyul 2008-ci il tarixli 8 nömrəli məlumat vərəqəsinə əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 28 iyul 2008-ci il tarixində ‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə əsasən İddiaçı “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinizin 55 faizi miqdarında əmək pensiyası təyin edilməklə 31 iyul 2021-ci il tarixədək ödənilmişdir (sonuncu pensiya ödənişi 489,09 manat). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı təyin edilmiş “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyinin etibarlılıq müddəti 31 iyul 2021-ci il tarixədək olduğu üçün pensiya ödənişi 1 avqust 2021-ci il tarixdən dayandırılmışdır.Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 16 iyul 2008-ci il tarixli 8 nömrəli məlumat vərəqəsində təqvim üzrə xidmət illəri 17 il 7 ay 5 gün, güzəştli xidmət ili 4 il 9 ay 6 gün qeyd edilmişdir.İddiaçı 30 aprel 2008-ci il tarixdə xidmətdən azad edilmiş, onun 1 sentyabr 2004-cü il tarixədək 20 il xidmət müddəti eyni zamanda xidmətdən buraxıldığı günə 20 təqvim ili xidmət müddəti mövcud olmamışdır. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi «əziyyətdə olan subyektlər arasında ayrı seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.Göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiaçı R.M.Aqavevin hərbi xidmətdən suraxılanadək 20 təqvim ili hərbi xidmətdə olmadığından ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uyqun hesab edilmir. 2-1(120)-2061/2022 nömrəli iş üzrə İddiaçı cğlunun Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı hərbi qulluqçu kimi yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili Vəkil şifahi məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Cavabdeh Dövlət Sosial X5 Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 şifahi məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Sabirabad şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilən sübutlarla əsaslandırmışdır: Belə ki, - İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********9 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 16 iyul 2008ci il tarixli 8 nömrəli məlumat vərəqəsinə əsasən, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 28 iyul 2008-ci il tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə əsasən “hərbi xidmət dövrü ilə əlaqədar" İİ dərəcə əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin edilməklə 31 iyul 2021-ci il tarixinədək ödənilmişdir (sonuncu pensiya ödənişi 489,09 manat). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin edilmiş “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyin etibarlılıq müddəti 31 iyul 2021-ci il tarixinədək olduğu üçün pensiya ödənişi 1 avqust 2021-ci il tarixindən dayandırılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 16 iyul 2008-ci il tarixli 8 nömrəli nömrəli məlumat vərəqəsində təqvim üzrə xidmət illəri 17 il 7 ay 5 gün, güzəştli xidmət ili 4 il 9 ay 6 gün qeyd edilmişdir. 29 aprel 1992-ci il tarixdən 19 oktyabr 2007-ci il tarixinədək qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə əsasən xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun sözügedən maddəsinə 1 sentyabr 2004-cü il tarixli 728-İİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişikliyə əsasən “20 il” sözləri “20 təqvim ili” sözləri ilə əvəz edilmişdir. 1 yanvar 2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1 -ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, 1 sentyabr 2004-cü il tarixinədək 20 il xidmət müddəti eyni zamanda xidmətdən buraxıldığı günə 20 təqvim ili xidmət müddəti mövcud olmadığından ona hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. - İş materiallarında olan ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1987-xx.xx.2008-ci illərdə müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********8 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 19 avqust 2022-ci il tarixində daxil olmuş 2-1(120)-2061/2022 nömrəli sorğunuza aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq, vətəndaş İddiaçı Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surətlərini təqdim edirik. - İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Sabirabad şəhəri, Q.Namazəliyev küçəsi, ev 8-də yaşayış yeri üzrə qeydiyyatdadır. - İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 11/4700 saylı məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə baxılır. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 12 noyabr 2022-ci il tarixli 1/5457 nömrəli məktubuna əsasən Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərində xx xxx 1970-ci il təvəllüdlü İddiaçı Azərbaycan Ordusunda hərbi qulluqçu qismində xidmət keçməsi barədə məlumat aşkar edilməmişdir. - İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-1321/2-1628/2023 saylı məktubunda göstərilmişdir ki, İddiaçı “xx.xx.2022-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi ilə əlaqədar Daxili İşlər Nazirliyinə ünvanlanmış sorğunuza baxılmışdır.Bildiririk ki, İddiaçı arxiv şəxsi işinə əsasən o, xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək (15 il, 09 ay, 05 gün) daxili işlər orqanlarında, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək (01 il, 10 ay, 12 gün) Silahlı Qüvvələrdə xidmət etmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən İddiaçı xx.xx.20008-ci il tarixə xidmət müddəti təqvimi hesablama ilə 17 il, 07 ay, 17 gün, güzəştli hesablama ilə 22 il, 04 ay, 23 gün təşkil edir. Onun təqvimi xidmət müddətinə xüsusi rütbəli əməkdaş kimi daxili işlər orqanlarında iş stajı (15 il, 09 ay, 05 gün) və Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidməti (01 il, 10 ay, 12 gün) daxildir. Güzəştli xidmətinə isə xx.xx.1992-ci ildən xx.xx.1997ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı daxili işlər orqanlarında xidmət müddəti (04 il, 09 ay, 06 gün, bir günü 2 gün hesabı ilə) daxildir. Azərbaycan Respublikasının 2006-cı il 07 fevral tarixli “Əmək pensiyaları haqqında" Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd olunanları nəzərə alaraq, İddiaçı 20 təqvim ili xidmət müddəti olmadığından ona xüsusi rütbəli əməkdaş kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İddiaçı xidmət müddətinin hesablanmasına əsas olmuş arxiv şəxsi işinin xidmətkeçmə siyahısının surəti göndərilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2013-cü il tarixli 3-13-23/2-1276/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir. - İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2013-cü il tarixli 3-13-23/2-1389/2023 nömrəli məktubunda göstərilmişdir ki, DİN-ə ünvanlanmış eyni məzmunlu müraciəti xx.xx.2023-cü il tarixdə 3-13-23/2-1276/2023 nömrəli məktubla cavablandırılmışdır. Belə ki, vətəndaş İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir. - İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarixli 3-38/16-2-5295/23 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan İnzibati məhkəməsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 2-1(120)-688/2023 nömrəli sorğuya İstintaq və Təhqiqat İdarəsində baxılmışdır. Sorğuda qeyd olunan İddiaçı adlı şəxsin Dövlət Sərhəd Xidmətində zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmətdə olması (işləməsi) barədə məlumat yoxdur. - İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-13-23/2-2330/2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2012-ci il tarixli “030913” nömrəli müharibə veteranı vəsiqəsinin verilməsi əsaslılığının yoxlanılması məqsədilə DİN-in arxivində saxlanılan 1992-1994-cü illəri əhatə edən əmrlərə baxılmış, lakin vətəndaş İddiaçı döyüş bölgəsinə ezam olunması barədə əmr müəyyən edilməmişdir. - İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 331 nömrəli arxiv arayışında göstərilmişdir ki, həqiqətən də arxiv sənədlərində İddiaçı Daxili Qoşunların tərkibində xidmət keçməsini təsdiq edən hər hansı məlumat aşkar olunmadı. Arayış Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinə təqdim olunur. - İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-43-54/2-1134/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş 11,10.2023-cü il tarixli ÇM/176 nömrəli sənədinə əsasən bildirilmişdir ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixdək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.(Əsas:qeydiyyat kartası). İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edib-etməməsi barədə Xidmətin Sabirabad rayon şöbəsində heç-bir məlumat yoxdur. Vətəndaş İddiaçı Xidmətin Sabirabad rayon şöbəsində mövcud olan qeydiyyat kartasının surətini ünvana göndərilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir. İddiaçı 2008-ci il tarixdə işdən azad olunmuş və 2008-ci il tarixdən 2021-ci il tarixədək 2-ci dərəcə əlilliyə görə əmək pensiyası almışdır. Hal-hazırda İddiaçı cavabdeh orqana müraciət edərək, xx.xx.2022-ci il tarixdən ona yaşa görə (hərbi qulluqçu kimi) pensiya təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan tərəfindən imtina edərək 1 sentyabr 2004-cü il tarixinədək 20 il xidmət müddəti eyni zamanda xidmətdən buraxıldığı günə 20 təqvim ili xidmət müddəti mövcud olmadığından ona hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmadığını bildirmişdir. İddiaçı bununla bağlı məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdən ona yaşa görə (hərbi qulluqçu kimi) pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab etmir. Məhkəmə qeyd edir ki, iddiaçının hərbi qulluqu kimi yaşa görə əmək pensiyası hüququnun olub-olmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Həmin maddənin təsiri altına düşmək üçün isə iddiaçı hərbi xidmətdən buraxılanadək 20 təqvim ilinə malik olmalıdır. Bu tələblər ödənildiyi halda yaşa və staja görə qanunvericilikdə müəyyən edilmiş tələblərə müvafiq surətdə iddiaçıya hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1988-xx.xx.1990-cı il tarixədək (2 il) Sovet Ordu sıralarında hərbi xidmətdə olmuş, Bakı şəhər BPİ-nin polis PPX Alayının 2-ci bölüyündə xx.xx.1992-xx.xx.1992-ci ilədək polis nəfəri, Bakı şəhəri BPİ-nin DYPŞ-nin avtomobillərin müayinə stansiyasının xüsusiləşdirilmiş ekoloji nəzarəti bölüyündə xx.xx.1992-xx.xx.1993-cü ilədək yol-patrul xidməti inspektoru, Bakı şəhəri BPİ-nin DYPŞnin avtomobillərin müayinə stansiyasının xüsusiləşdirilmiş ekoloji nəzarət rotasında xx.xx.1993-xx.xx.2002-ci ilədək yol polisi müfəttişi, AR DİN-in sərəncamında xx.xx.2002xx.xx.2002-ci ilədək, AR DİN-in Nəqliyyatda BPİ-nin Su NPİ-nin Zığ Limanında XPB-nin PPX manqasında xx.xx.2002-xx.xx.2003-cü ilədək polis nəfəri, AR DİN-in Nəqliyyatda BPİ-nin Su NPİ-nin Xaçmaz xüsusi polis məntəqəsində xx.xx.2003-xx.xx.2004-cü ilədək polis nəfəri, Bakı şəhəri Səbail RPİ-nin əlahiddə polis bölüyündə xx.xx.2004-xx.xx.2004-cü ilədək polis nəfəri, Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin yol polisi tağımında xx.xx.2004xx.xx.2006-cı ilədək yol polis inspektoru, Bakı şəhəri Səbail RPİ-nin əlahiddə polis bölüyündə xx.xx.2006-xx.xx.2008-ci ilədək polis nəfəri vəzifələrində çalışmışdır. İddiaçı barəsində təqvimi hesablama ilə 17 il, 07 ay, 05 gün; imtiyazlı hesablama ilə 22 il, 04 ay, 11 gün xidmət müddəti hesablanmışdır. Fövqəladə vəziyyətdə xidməti AR NK-nin xx.xx.1992-ci il tarixli, 631 saylı qərarına əsasən xx.xx.1992-xx.xx.1997-ci il xidmət müddətinin bir ayı iki ay kimi hesablanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). İddiaçının iddia etdiyi hüququnun yarandığı tarixdə qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.2005-ci il tarixli, 977-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilənə qədər “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən pensiya almaq hüququ verən iş stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti üçqat ölçüdə daxil edilir. xx.xx.1992-ci il tarixdən qüvvəyə minmiş və 01,07.2005-ci il tarixədək qüvvədə olmuş “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarına əsasən hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdir. İddiaçı məxsus 030913 saylı, xx.xx.2012-ci il tarixli AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş müharibə veteranı təqdim edilsə də, məhkəmə tərəfindən göndərilmiş sorğulara cavab olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən məhkəməyə məlumat verilərək bildirilmişdir ki, İddiaçı xx.xx.1990-cı il tarixdək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi barədə heç bir məlumat yoxdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən dövrdə qüvvədə olan redaksiyada “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən pensiya almaq hüququ verən iş stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti üçqat ölçüdə daxil edilir. Məhkəmə araşdırması nəticəsində iddiaçıya məxsus qeydiyyat kartası, şəxsi işin xidmətkeçmə siyahısı və müvafiq orqanlardan verilmiş cavab məktublarına əsasən müəyyən edilmişdir ki, 1992-1997-ci illər ərzində Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etməmişdir. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayarq qeyd edir ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 saylı 23 noyabr 1992-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə daxili işlər, ədliyyə fövqəladə hallar orqanlarında sıravi, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət daxildir. Həmin Qaydaların 2-ci bəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı iki ay sayılmaqla: döyüş şəraitində döyüş əməliyyatlarında alınan xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti; respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000 metr və daha çox hündürlükdə; reaktiv və turbovintli aviasiyada uçuş işində - Müdafiə Nazirliyinin müəyyən etdiyi şərtlərlə; su altında və barokameralarda yüksək təzyiq şəraitində xeyli qalmaqla iş aparan dalğıc vəzifələrində - müdafiə və daxili işlər nazirliklərinin habelə Dövlət Sərhəd Xidmətinin müəyyənləşdirdiyi şərtlər sayılmaqla: b) xidmətin bir ayı ayyarım sayılmaqla: bütün ad və ixtisaslardan olan dalğıc vəzifələrində (bu qərarın 2-ci bəndinin “b” yarımbəndində göstərilən dalğıclardan savayı); müdafiə daxili işlər, ədliyyə nazirliklərinin, dövlət təhlükəsizliyi xidmətinin, xarici kəşfiyyat xidmətinin və dövlət sərhəd xidmətinin xüsusi təyinatlı dəstələrində və digər hərbi birləşmələrdə bu nazirliklərin müəyyən etdiyi vəzifə siyahısı və şərtlər üzrə; iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmət – Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə; sırada olan, bilavasitə Azərbaycan Respublikası sərhədlərinin keşiyində duran dəniz sərhəd gəmilərində və katerlərində; sərhəd mühafizəsi orqanlarının zastava və komendaturalarında, respublikanın dövlət sərhədində onlara bərabər tutulan bölmələrdə (sərhəd postlarında, texniki nəzarət postlarında, nəzarət radiostansiyalarında və sərhəd nəzarətiməntəqələrində); respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000 metr və daha çox hündürlükdə; sualtı qayıqlarda onların sırada olduğu dövrdə, minatutan gəmilərdə döyüş minalarını tutma dövründə - Müdafiə Nazirliyinin müəyyənləşdirdiyi şərtlərlə; Azərbaycan Respublikası ali hakimiyyət və idarəetmə orqanlarının təhlükəsizliyi idarəsində - bilavasitə post xidməti aparan operativ heyət üçün - idarə rəisinin təsdiq etdiyi vəzifə siyahısı üzrə; cəmiyyətə zidd kütləvi təzahürlərlə bağlı fövqəladə vəziyyətlərdə ictimai asayişi və dövlət təhlükəsizliyini qorumaq vəzifələri yerinə yetirilərkən – respublikanın qanunverici orqanlarının müəyyən etdiyi dövrlərdə; müvafiq nazirlik, xidmət və baş idarə rəhbərlərinin təqdimatı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi vəzifə siyahısı üzrə hərbi qulluqçuların ayrı-ayrı kateqoriyalarına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Bilavasitə cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində işləyən əməkdaşlara pensiya təyin edilərkən işlədikləri illərin hesablanması 3 iş günü 4 iş günü kimi, yoluxucu xəstəliyə olan məhkumların saxlanması və müalicəsi üçün nəzərdə tutulmuş müalicə müəssisələrində və cəzaçəkmə müəssisələrində (cəzaçəkmə müəssisələrinin şöbələrində) isə əməkdaşlara 2 iş günü 3 iş günü kimi hesablanır. Terrorizmə qarşı mübarizəni bilavasitə həyata keçirən bölmələrdə xidmət illəri bir xidmət günü iki xidmət günü kimi, terror əleyhinə aparılan əməliyyatlarda iştirak müddəti isə bir xidmət günü üç xidmət günü kimi sayılır. Bu qərarla nəzərdə tutulmayan hallarda xidmət dövrləri ali dövlət hakimiyyət və idarəetmə orqanlarının ayrıayrı normativ aktları əsasında güzəştli şərtlərlə müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 1997-ci il tarixli 33 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarında dəyişiklik edilərək 2-ci bəndin «b» yarımbəndində göstərilən «Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddəti» abzası çıxarılmışdır. Azərbaycan Respublikası 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü bəndinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, praporşikləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafıq icra hakimiyyəti orqanlarının sıravi və rəıs heyətı (sadalanan kateqoriyalar bundan sonra hərbi qulluqçular adlanacaq) bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, pensiya təminatı hüququ olan hərbi qulluqçulara pensiya onlar hərbi xidmətdən buraxıldıqdan sonra bu Qanuna müvafiq surətdə təyin edilir və ödənilir. Həmin Qanunun 12-ci maddəsinin "a" bəndinin xx.xx.2004-cü ilədək qüvvədə olan redaksiyasına əsasən, xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublıkasının 29 aprel 1992-ci il tarixli Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2004-cü il 01 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu ilə həmin Qanunun 12-ci maddəsinin "a" bəndində "20 il" sözləri "20 təqvim ili" sözləri ilə əvəz edilmiş, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququna malik olmaları müəyyən edilmişdir. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Buna görə də məhkəmə hesab edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddalar üzrə də iddiaçı bu cür öhdəliyin icrasını zəruri edən faktiki şərtlərin möcudluğunu cavabdeh isə - onu istisna edən şərtlərin mövcudluğuna istinad edirsə - həmin şərtlərin mövcudluğunu sübut etmək vəzifəsini daşıyır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. xx.xx.2005-ci il tarixli, 977-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilənə qədər “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən pensiya almaq hüququ verən iş stajına döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti üçqat ölçüdə daxil edilir. xx.xx.1992-ci il tarixdən qüvvəyə minmiş və xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarına əsasən hərbi qulluqçulara pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1 -ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi iddiaçının güzəştli xidmətinə Fövqəladə vəziyyətdə xidməti AR NKnin xx.xx.1992-ci il tarixli, 631 saylı qərarına əsasən xx.xx.1992-xx.xx.1997-ci il xidmət müddətinin bir ayı iki ay kimi hesablanaraq daxil edilmişdir. Həmçinin Cavabdeh orqan tərəfindən barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş xidməti illəri 17 il 07 ay 05 gün qeyd edilmiş arxiv şəxsi işin xidmətkeçmə siyahısı üzrə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 20 il təqvim xidmət müddəti mövcud olmadığı üçün iddiaçıya hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 1997-ci il tarixli 33 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarında dəyişiklik edilərək 2-ci bəndin «b» yarımbəndində göstərilən «Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddəti» abzası çıxarılmışdır. Cavabdeh orqan tərəfindən məlumat vərəqəsində verilmiş məlumat üzrə və həmçinin "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublıkasının 29 aprel 1992-ci il tarixli Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2004-cü il 01 sentyabr tarixli 728-İİQD nömrəli Qanununa əsasən xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququna malik olmadığı üçün haqlı olaraq iddiaçıya imtina verilmişdir. Azərbaycan Respublikasının 2006-cı il 07 fevral tarixli “Əmək pensiyaları haqqında” Qanununun 9.5.1 -ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 20 təqvim ili xidmət müddəti olmadığından ona xüsusi rütbəli əməkdaş kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası qanunauyğun olmadığına görə rədd edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərc yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar