Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-69/2021 15.02.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdeh N nömrəli hərbi hissəsinin nümayəndəsi X4 iştirаkı ilə, İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə qarşı “intizam cəzalarının etibarsız hesab olunması və ehtiyata buraxılması barədə 010 gm nömrəli, xx.xx.2020-ci il tarixli əmrin ona aid hissədə ləğv olunması” barədə iddiasına dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə qarşı intizam cəzalarının etibarsız hesab olunması və ehtiyata buraxılması barədə 010 gm nömrəli, xx.xx.2020-ci il tarixli əmrin ona aid hissədə ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibаti Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(120)-982/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə qarşı “intizam cəzalarının etibarsız hesab olunması və ehtiyata buraxılması barədə 010 gm nömrəli, xx.xx.2020-ci il tarixli əmrin ona aid hissədə ləğv olunması” barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamışdır. Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(106)-476/2020 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Şirvan İnzibаti Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(120)-982/2020 saylı qərardadı ləğv edilmiş, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati işin Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şirvan İnzibаti Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(120)-1672/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə qarşı “intizam cəzalarının etibarsız hesab olunması və ehtiyata buraxılması barədə 010 gm nömrəli, xx.xx.2020-ci il tarixli əmrin ona aid hissədə ləğv olunması” tələbinə dair iş üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, N №-li hərbi hissədə “yanacaqsürtkü” materialları anbarının rəisi vəzifəsində xidmət keçmişdir. 2020-ci ilin fevral ayının 4-də maşın başçısı kimi 6-cı bölməyə yanacaq verib qayıdarkən yanacaq daşıdıqları avtomobilin təkərini Balaxanı qəsəbəsində yol kənarında yerləşən təkər təmiri sexində təmir zamanı hərbi polis idarəsinin axtarış şöbəsinin əməkdaşları tərəfindən yoxlanılmışdılar. Onlar onu və avtomobilin sürücüsü və maxe çavuş Famil Osmanovu hərbi hissənin yanacağının satılmasında günahkar bilsələr də, onların bu şübhələri öz təsdiqini tapmamışdır. Lakin onların barələrində AR Müdafiə Nazirliyinə məruzə olunmuş və hər ikisinin ordu sıralarından ehtiyata buraxılması barədə müvafiq əmr imzalanmışdır. Həmin əmr onlara, o cümlədən ona xx.xx.2020-ci il tarixdə imza etdirilməklə çatdırılmışdır. Onun AR Müdafiə Nazirliyinə göndərdiyi şikayət teleqramından sonra həmin əmr ləğv edilmişdir. Daha sonra onu həmin əmrin əsasları dəyişdirilməklə guya hərbi intizamı kobud şəkildə pozduğuna, vəzifə borclarını layiqincə yerinə yetirmədiyinə, nizam qaydalarına əməl etmədiyinə görə “töhmət”, “şiddətli töhmət” və “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” kimi intizam cəzaları verilməklə 010 gm nömrəli xx.xx.2020-ci il tarixli əmri ilə ehtiyata buraxılmışdır. “Şiddətli töhmət” və “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” cəzaları saxtalaşdırılmış və ona elan edilməmişdir. Həmin əmr ona çatdırılmamış, əmrin nömrəsi və tarixi ona xx.xx.2020-ci il tarixdə təyinat vərəqəsi verilərkən məlum olmuşdur. Hesab edir ki, həmin əmr qanunsuz və əsassızdır. xx.xx.2020ci il tarixdə hərbi polis tərəfindən saxlanılmış, xx.xx.2020-ci il tarixdə isə Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini Hərbi Hava qüvvələri Komandanının 010 gm nömrəli xx.xx.2020-ci il tarixli əmri ilə xidmət uyğunsuzluğuna görə ehtiyyata buraxılmışdır. Ehtiyyata buraxılmasına əsas olmuş intizam cəzalarının etibarsız hesab olunması və ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini Hərbi Hava qüvvələri Komandanının 010 gm nömrəli xx.xx.2020-ci il tarixli əmrinin ona aid hissəsində ləğv olunması üçün qərar qəbul edilməsi xahişi ilə xx.xx.2020-ci il tarixdə cavabdehə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Müraciətinə N nöməli hərbi hissə tərəfindən xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli məktublarla imtina cavabları verilmişdir. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında cavabdeh N nömrəli hərbi hissənin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək, bildirdi ki, İddiaçı xidmət müddətində hərbi xidmətə olan münasibətə və tutduğu əməllərə görə hərbi hissənin komandiri tərəfindən dörd dəfə töhmət, bir dəfə şiddətli töhmət intizam cəzası ilə cəzalandırılmışdır. Bundan başqa o, xx.xx.2020-ci il tarixdə Hərbi Hava Qüvvələrinin X2 yanacaq xidməti rəisi tərəfindən yanacaq xidmətinin yoxlanılması zamanı aşkar olunan nöqsanlara görə xx.xx.2020-ci il tarixdə “xidmətə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzası verilmişdir. İddiaçı xidmətdə özünü nizam-intizamsız bir hərbi qulluqçu kimi göstərmişdir. Buna görə də “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) müqavilə bitməmiş ehtiyata buraxılmışdır. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin İddiaçı Tarıqulu oğluna ünvanladığı xx.xx.2020-ci il tarixli, 2813 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə nazirinə ünvanladığınız ərizəyə Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin idarəsində baxılmışdır. Nəzərinizə çatdırırıq ki, siz N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə vəzifə borclarını yerinə yetirməyə laqeyid yanaşmış, xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol vermisiniz, təhkim olunmuş texnikanı mənimsəməyə səy göstərməmisiniz və istismarına nəzarət etməmisiniz. Xidməti vəzifələrin icrası zamanı yol verdiyiniz nöqsanlara görə hərbi hissə rəhbərliyi tərəfindən dəfələrlə intizam nizamnaməsi çərçivəsində cəzalandırılmısınız. Lakin buna baxmayaraq sizin xidmətə münasibətiniz dəyişməmişdir. Tutulan iradlardan heç bir nəticə çıxartmadığınıza görə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin-müavini Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 010 gm nömrəli əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmısınız. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirirəm ki, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 010 gm əmrində hər hansı bir dəyişiklik edilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin İddiaçı Tarıqulu oğluna ünvanladığı xx.xx.2020-ci il tarixli, 2946 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin Azərbaycan Respublikasının Müdafiə nazirinə ünvanladığınız ərizəyə Müdafiə nazirliyinin Hərbi Hava Qüvvələrinin idarəsində baxılmışdır. Nəzərinizə çatdırırıq ki, siz N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə vəzifə borclarını yerinə yetirməyə laqeyid yanaşmış, xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol vermisiniz, təhkim olunmuş texnikanı mənimsəməyə səy göstərməmisiniz və istismarına nəzarət etməmisiniz. Xidməti vəzifələrin icrası zamanı yol verdiyiniz nöqsanlara görə hərbi hissə rəhbərliyi tərəfindən dəfələrlə intizam nizamnaməsi çərçivəsində cəzalandırılmısınız. Lakin buna baxmayaraq sizin xidmətə münasibətiniz dəyişməmişdir. Tutulan iradlardan heç bir nəticə çıxartmadığınıza görə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin-müavini Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 010 gm nömrəli əmri ilə hərbi xidmətdən ehtiyata buraxılmısınız. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirirəm ki, Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 010 gm əmrində hər hansı bir dəyişiklik edilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli, 525 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsində vəzifəlilərin qeydiyyatındadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təqdimatdan görünür ki, N nömrəli hərbi hissə, maddi-texniki təminat bölüyünün anbar rəisi gizir İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün həmin hərbi hissənin komandiri tərəfindən təqdimat verilmişdir. Həmin təqdimatın əsaslandırıcı hissəsində qeyd olunur ki, gizir İddiaçı, xx.xx.2018-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət edir. Xidmət etdiyi müddət ərzində öz vəzifə borclarının öhdəsindən gələ bilməməsi halları müşahidə olunmuşdur. Komandir tərəfindən verilən tapşırıqların öhdəsindən gəlməkdə çətinlik çəkir. Anbar rəisi kimi ona həvalə edilmiş maddi vəsaitlərin alınıb verilməsinə, saxlanmasına düzgün nəzarət etmir. Onların vaxtından əvvəl korlanmasına və itirilməsinə yol vermə halları aşkarlanmışdır. Anbarda olan maddi vəsaitlərin uçotunu dəqiqləşdirməkdə və keyfiyyətli aparmaqda çətinlik çəkir. Komandanlıq tərəfindən xidmətdə buraxdığı nöqsanlara və xidməti vəzifə borclarının öhdəsindən gələ bilmədiyinə görə gizir İddiaçı Azərbaycan Ordusundan xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını məqsədəuyğun hesab edir. Nəticə: Tutduğu vəzifəyə uyğun deyil. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün vəsatət verirəm. İş materiallarında olan N nömrəli hərbi hissənin komandirinin N nömrəli hərbi hissənin komandirinə göndərdiyi 421 nömrəli raportunda qeyd edilmişdir ki, hərbi hissənin maddi-texniki təminat bölüyünün anbar rəisi (yanacaq anbarı) gizir İddiaçı, xidmət etdiyi müddət ərzində dəfələrlə nöqsanlar tutulmasına baxmayaraq xidmətində dönüş yaratmaqda çətinlik çəkir. Hərbi xidmətində buraxdığı nöqsanlara görə hərbi hissənin komandiri tərəfindən “Töhmət” və “Şiddətli Töhmət” intizam cəzası ilə dəfələrlə cəzalandırılmışdır. xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixinədək Hərbi Hava Qüvvələrinin yoxlama komissiyası tərəfindən yoxlama zamanı anbarda maddi vəsaitlərin uçotunun təşkilində yol verdiyi nöqsanlara və öz vəzifə borclarına laqeyd yanaşdığına, xidmətdə yol verdiyi nöqsanlara görə Hərbi Hava Qüvvələri - komandanın adından xx.xx.2019-cu il tarixində “Töhmət" intizam cəzası ilə cəzalandırılmışdır. xx xxxxxx 2020-ci il tarixdə Hərbi Hava Qüvvələrinin X2 yanacaq xidməti rəisi tərəfindən yanacaq xidmətinin yoxlanması zamanı hərbi hissənin yanacaq anbarında uçot sənədlərinin düzgün aparılmaması, maddi vəsaitlərin alınıb verilməsində və saxlanmasında ciddi nöqsanlara yol vermə halları və maddi vəsaitlərin faktiki varlığının uçot sənədlərinə uyğun olmaması aşkarlanmışdır. Aşkarlanmış nöqsanlara görə Hərbi Hava Qüvvələri komandanının adından gizir İddiaçı xx.xx.2020-ci il tarixində “Xidmətə tam uyğun olmaması barədə xəbərdarlıq intizam cəzası verilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq gizir İddiaçı “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Ordusundan ehtiyata buraxılmasına sərəncam verməyinizi Sizdən xahiş edirəm. İş materiallarında olan xidməti xasiyyətnamədə qeyd edilmişdir: gizir İddiaçı Tarıqulu oğlu, N saylı hərbi hissənin maddi-texniki təminat bölüyündə yanacaq-sürtgü materialları anbar rəisi vəzifəsində xidmət etdiyi müddət ərzində xidməti cəhətdən mənfi xarakterizə etmişdir. Komandir və rəislər tərəfindən verilən tapşırığı vaxtı-vaxtında və dəqiq yerinə yetirməkdə çətinlik çəkir. Vəzifəsinin öhdəsindən zəif gəlir. Hərbi nizamintizamın səviyyəsi aşağıdır və özünə qarşı tələbkarlığı aşağıdır. Hərbi intizamın pozulmasına müntəzəm olaraq yol verir. Başqaları ilə münasibətdə nəzakətsizdir və ünsiyyətcildir. Yoldaşları arasında nüfuza malikdir. Silahlı Qüvvələrin Nizamnamələrini zəif bilir və onların tələblərinə layiqincə əməl etmir. Fiziki cəhətdən sağlamdır. Çalışqanlığı və özünə qarşı tələbkarlığı zəifdir. Dövlət və hərbi sirri saxlamağı bacarır. İş materiallarında olan söhbət vərəqəsinin birinci söhbətinin söhbət aparılan şəxsin cavab və mülahizələri hissəsində “xidmətimdə dönüş yaratmağa söz verirəm, buraxdığım nöqsanların aradan qaldırılmasında əlimdən gələni əsirgəməyəcəm” qeyd edilmiş, həmin söhbətin hərbi qulluqçunun xahiş və sualları hissəsində “xahiş edirəm ki, 2 az yaşlı övladımı nəzərə alaraq mənim xidmətdə qalmağıma köməklik gösdərəsiniz” qeyd edilmişdir. İş materialında olan Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının xx xxxxxx 2020-ci il tarixli 010gm nömrəli əmrindən çıxarışdan görünür ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, 981-ci Zenit Raket briqadasının (N №-li hərbi hissə) Maddi-texniki təminat bölüyünün anbar rəisi (HUİ-650) gizir İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. HUİ-650 qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon bölməsinə göndərilmişdir. İş materialında olan gizir İddiaçı barəsində tərtib olunmuş Xidmət vərəqəsində aşağıdakılar öz əksini tapmışdır: - Yeməkxana növbətçisi olarkən yeməkxanada nümunəvi səliqə–səhman yaratdığına görə xx.xx.2019-cu il tarixli 743 nömrəli əmr ilə xx.xx.2019-cu il tarixli intizam cəzası götürülsün. - 9 noyabr Dövlət bayrağı günü münasibətilə xx.xx.2019-cu il tarixli 780 nömrəli əmr ilə əvvəlcə verilmiş intizam cəzası götürülsün. - Avtopark növbətçisi olduğu zaman avtomobilə texniki baxış keçirmədiyinə görə xx.xx.2019-cu il tarixli, 69 nömrəli əmr ilə töhmət verilsin. - Avtopark növbətçisi olduğu zaman avtomobilə texniki baxış keçirmədiyinə görə xx.xx.2019-cu il tarixli, 70 nömrəli əmr ilə tarixdə töhmət verilsin. - Səhər yerbəyerinə gecikdiyi üçün xx.xx.2019-cu il tarixdə şifahi töhmət verilsin. - Hərbi Polis tərəfindən saxlandığına saxlandığına görə xx.xx.2019-cu il tarixli, 314 nömrəli əmr ilə töhmət verilsin. - Park növbətçisi olarkən sənədləri düzgün işləmədiyinə görə xx.xx.20019-cu il tarixli şifahi əmrlə töhmət verilsin. - Nümunəvi xidmət təşkil etdiyinə görə xx.xx.2019-cu il tarixli şifahi əmr ilə xx.xx.2019-cu il tarixli, intizam cəzası götürülsün. - Verilmiş intizam cəzası öz tərbiyəvi rolunu oynadığına görə xx.xx.2019-cu il tarixli, 864 nömrəli əmr ilə xx.xx.2019-cu il tarixli intizam cəzası götürülsün. - Səhər yerbəyerinə gecikdiyi üçün xx.xx.2019-cu il tarixli şifahi əmr ilə töhmət verilsin. - Park növbətçisi olarkən xidmət yerini icazəsiz tərk etdiyinə görə xx.xx.2019-cu il tarixli, 611 nömrəli əmr ilə şiddətli töhmət verilsin. - Yanacaqdaşıyan avtomobillərin təmizliyinə nəzarət etmədiyinə xx.xx.2019-cu il tarixli, 655 nömrəli əmr ilə töhmət verilsin. - Öz vəzifə borclarına laqeyd yanaşdığına, xidmətdə yol verdiyi nöqsanlara görə xx.xx.2019-cu il tarixli, 282 nömrəli əmr ilə töhmət verilsin. - Öz vəzifə borclarına laqeyd yanaşdığına görə (maddi vəsaitlərin alınıb verilməsində və saxlanmasında ciddi nöqsanlara yol verdiyi üçün xx.xx.2020-ci il tarixli şifahi əmr ilə xx.xx.2020-ci il tarixdə vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq olunsun. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə göndərdiyi iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, İddiaçı iddia tələbləri əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmasına əsas olan sənədlərə baxılmışdır. O, öz arzusu ilə müddətdən artıq hərbi xidmətə qəbul olunmaq üçün müvafiq hərbi hissəyə müraciyət etmiş və xx.xx.2018-ci il tarixdə N nömrəli hərbi hissədə xidmət etmişdir. İddiaçı xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, xidməti vəzifəsinin öhtəsindən gələ bilməyən bir hərbi qulluqçu kimi göstərmişdir. Belə ki, İddiaçı xidmət müddətində hərbi xidmətə olan münasibətə və tutduğu əməllərə görə hərbi hissə komandiri tərəfindən 4(dörd) dəfə “Töhmət”, 1 (bir) dəfə “Şiddətli töhmət” intizam cəzası ilə cəzalandırılmışdır. Bundan başqa Hərbi Hava Qüvvələri komandanının adından gizir İddiaçı xx.xx.2019-cu il tarixində “Töhmət” intizam cəzası ilə cəzalandırılmışdır. ci il tarixdə Hərbi Hava Qüvvələrinin X2 yanacaq xidməti rəisi tərəfindən yanacaq xidmətinin yoxlanılması zamanı aşkar olunan nöqsanlara görə Hərbi Hava Qüvvələri komandanının adından gizir İddiaçı xx.xx.2020-ci il tarixində “Xidmətə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam cəzası verilmişdir. Təqdimatında İddiaçı xidmətdə özünü nizam intizamsız bir hərbi qulluqçu kimi göstərmişdir, ixtisasına uyğun bilik və hazırlıq səviyyəsi kafidir, işinə tənqidi və yaradıcılıqla yanaşma qabilliyyətinə malik deyil. Xidmət yerinə gecikmə, vəzifə borcunun icrasına səhlənkar yanaşmaq onun xarakterik xüsusiyyətinə çevrilmişdir. Səliqəsizdir, dözümsüzdür, ünsiyyət bacarığına malik deyil. Buna görə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) müqavilə müddəti bitməmiş ehtiyata buraxılmışdır. xx.xx.1994-cü il tarixli 885 №-li Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 98-ci maddəsinə (İntizam cəzalarının icra qaydası) əsasən hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər. Hərbi intizam hərbi qulluqçuların Azərbaycan Respublikası Qanunlarında və Hərbi Nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Təbiidir ki, Müdafiə Nazirliyi hərbi intizamı pozan və işinə səhlənkar yanaşan, hərbi qulluqçuların şərəfini ləkələyən hərbi qulluqçu Silahlı Qüvvələrin ehtiyaclarına cavab verməyən hərbi kadrların komplekləşdirilməsi yol verilməzdir. Silahlı Qüvvələrdə xidmət, hərbi intizamın, hərbi qulluqçuların yüksək şüurluğuna, vətənpərvərlik borclarını dərindən dərk etmələrinə və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı intizamsızlıq etmiş müddətdən artıq xidmət etmiş hərbi qulluqçuları xidmət müddəti başa çatmamış ehtiyyata buraxmaq diskrison səlahiyyətə sahibdir. Bütün göstərilənləri nəzəra alaraq Müdafiə nazirliyin Hərbi Hava Qüvvələri komandanın əmrin ləğv edilərək İddiaçı xidmətə bərpası mümkün deyil . Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 47-ci və 154-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı oğlunun Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı olan iddia tələbi əsassız olduğuna görə rədd edilsin. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Müdafiə Nazirliyinə göndərdiyi xx.xx.2020-ci il tarixli, 4772 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu gizir İddiaçı N nömrəli hərbi hissənin maddi-texniki təminat bölüyünün anbar rəisi vəzifəsində xidmət etdiyi müddətdə xx.xx.2020-ci il tarixdə 6-cı bölməyə yanacaq verib qayıdarkən hərbi polis idarəsinin axtarış şöbəsinin əməkdaşları tərəfindən saxlanılması barədə N nömrəli hərbi hissədə araşdırma aparılmamışdır. Gizir İddiaçı hərbi xidmətdə olduğu müddətdə yol verdiyi nöqsanlara görə Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin xx xxxxxx 2020-ci il tarixli, 54 nömrəli əmrindən çıxarışın 1-ci bəndində qeyd edilmişdir ki, gizir İddiaçı, Maddi-texniki təminat bölüyünün anbar rəisi, Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının xx xxxxxx 2020-cı il tarixli 010gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə, 2020-ci ilin növbəti məzuniyyətinə 3 (üç) gün müddətinə buraxılmaqla xx xxxxxx 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon bölməsinə göndərilsin. Gizir İddiaçı, 2020-ci il yanvar ayındakı xidmətinə görə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq deyil. Gizir İddiaçı 2020-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilsin. 2020-ci ilin növbəti məzuniyyətindən istifadə edib, məzuniyyət pulu ödənilsin. Gizir İddiaçı vəzifə və rütbə maaşının 05 misli miqdarında çıxış pulu ödənilsin. Əsas: Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının xx xxxxxx 2020-ci il tarixli 010gm nömrəli əmrindən çıxarış (dax.ol. № 159) Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Ağayev X7 nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının xx xxxxxx 2020-ci il tarixli 010gm nömrəli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon bölməsinə göndərilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatındadır. Hazırda iddiaçı qeyd olunan əmrin ona aid hissədə ləğv olunmasını xahiş edir. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: Belə ki, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Həmin Qanunun 40.2-ci maddəsinə müvafiq olaraq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanununun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 40.3-cü maddəsinə görə, zabitlər, gizirlər və miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları «Hərbi xidmətkeçmə haqqında» “Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 41.0-cı maddəsinə uyğun olaraq ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X3»nin 61-ci bəndinin «z» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.9. öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa). "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Hazırki halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməmiş, inzibati orqanın diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Beləliklə də yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş bütün faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı halda mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, iddiaçının həmin inzibati orqana qarşı “intizam cəzalarının etibarsız hesab olunması və ehtiyata buraxılması barədə 010 gm nömrəli, xx.xx.2020-ci il tarixli əmrin ona aid hissədə ləğv edilməsi”nə dair tələbi əsaslı deyil. Ona görə də, cavabdeh inzibati orqanın mübahisələndirilən əmri əsaslı və qanuni olduğundan, iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan, həmin tələb təmin edilməməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə qarşı “intizam cəzalarının etibarsız hesab olunması və ehtiyata buraxılması barədə 010 gm nömrəli, xx.xx.2020-ci il tarixli əmrin ona aid hissədə ləğv olunması” barədə iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh N nömrəli hərbi hissəyə qarşı “intizam cəzalarının etibarsız hesab olunması və ehtiyata buraxılması barədə 010 gm nömrəli, xx.xx.2020-ci il tarixli əmrin ona aid hissədə ləğv olunması” barədə iddia tələbi təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-69/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-69/2021
15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver