Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-69/2024 16.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı1 Cavabdehnə qarşı «İmişli bələdiyyəsinin X8 1200 kv.m torpaq sahəsinin ayrılması barədə 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarının 602 kv.m-ə dair hissəsinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə inzibati işə 16 sentyabr 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı1 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli bələdiyyəsinin X8 1200 kv.m torpaq sahəsinin ayrılması barədə 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarının 602 kv.m-ə dair hissəsinin və həmin qərara əsasən alqı-satqı müqaviləsinin 699 kv.m hissəsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “İmişli bələdiyyəsinin X8 1200 kv.m torpaq sahəsinin ayrılması barədə 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarının 602 kv.m-ə dair hissəsinin ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi ilə əlaqədar İmişli şəhəri, S.Bəhlulzadə küçəsi yaxınlığındakı, çala ərazisində yerləşən 1000 kv.m torpaq sahəsi alqısatqı yolu ilə ona satılmışdır. Alınan torpaq sahəsi daşınma torpaq vasitəsi ilə hamar vəziyyətə salınmışdır. Torpaq sahəsinin planı Azərbaycan Respublikası DT və XK-nin İmişli rayon şöbəsi tərəfındən təsdiq edilmişdir. Eyni zamanda İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli qərarı ilə X8 İmişli şəhərində Heydər Əliyev prospektindəki Ət kombinatının arxasında çala yerindən 1200 kv.m torpaq sahəsi verilmişdir. Lakin ona ayrılan torpaq sahəsinin 602 kv.m-i Anar Cəfərova ayrılan 1200 kv.m torpaq sahəsi ilə üstüstə düşür. Başqa sözlə Anar Cəfərov ona bələdiyyə qərarı ilə torpaq ayrılmasından suiistifadə edərək ona ayrılan torpaq sahəsinin 602 kv.metrini öz ərazisinə qatmışdır. Anar Cəfərovun mülkiyyətində olan 800 kv.m torpaq sahəsinin 579 kv.m-i ona ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmuşdur. Həm ona, həm də Anar Cəfərova torpaq sahəsi ayrılması barədə bələdiyyə qərarları qüvvədədir. Azərbaycan Respublikası ƏMDK Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 sentyabr 2020-ci il tarixli mütəxəssis rəyi ilə torpaq sahələrinin üst-üstə düşməsi təsdiq olunmuşdur. Lakin həmin rəylə Anar Cəfərovun faktiki olaraq istifadəsində olan topaq sahəsinin ölçüsü müəyyən edilməmişdir. Anar Cəfərovun adına olan **********69 saylı, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətində 800 kv.m torpaq sahəsi vardır. Nəzərə alınmalıdır ki, 800 kv.m torpaq sahəsi 1200 kv.m torpaq sahəsinin tərkibinə daxildir. X12 ayrılan torpaq sahəsi 1200 kv.m-dən artıq olmamalıdır. Göründüyü kimi, Anar Cəfərova 1200 kv.m torpaq sahəsi ayrılması barədə İmişli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ona həmin tarixli bələdiyyə qərarı ilə ayrılan torpaq sahəsindən istifadə hüququnu pozur. Obyektiv nəticəyə gəlmək üçün Anar Cəfərovun həmin ərazidə istifadəsində olan torpaq sahəsinin faktiki ölçüsü müəyyən edilməldir. Bunun üçün tikinti texniki ekspertizası təyin olunmaqla İmişli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə həm ona, həm də Anar Cəfərova ayrılan torpaq sahələrinin yerində mövcud olması müəyyən olunmalı və hansı hissədə üst-üstə düşmələri dəqiqləşdirilməlidir. Mövcud sənədlərdən görünür ki, X10 Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə 1200 kv.m torpaq sahəsi ayrılmasına rəğmən onun istifadəsində 1200+800 kv.m torpaq sahəsi vardır ki, bunun da 699 kv.m-i ona aiddir. O, xx.xx.2021-ci ildə İmişli Bələdiyyəsinin sədri Mehman İsmayılova ərizə ilə müraciət edərək, Anar Cəfərova 1200 kv.m torpaq sahəsi ayrılmasına dair İmişli Bələdiyyəsinin xx.xx.2007ci il tarixli qərarının hissəvi ləğvini xahiş etsə də, onun müraciətinə bir ay ərzində cavab verilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İmişli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarının mübahisələndirilməli olması ona Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 3786/2021 saylı qərarından sonra məlum olmuşdur. Bəhs olunan qərarda göstərilib ki, Anar Cəfərova torpaq sahəsi verilməsi barədə qərar mübahisələndirilməyib. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs X9 isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İş materiallarında olan rəydən, torpaq sahəsinin planından, 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolundan çıxarışdan, torpağın alqı-satqısı və təhvil verilməsi barədə aktlardan görünür ki, İmişli şəhər sakini İddiaçı1 fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ona 1000 kv.m həyətyanı torpaq sahəsinin satılması barədə ərizə ilə İmişli Bələdiyyəsinə müraciət etmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi İmişli rayon şöbəsi İddiaçı1 satılacaq bələdiyyə mülkiyyətində olan, 2-ci qiymət zonasına aid 1000 kv.m torpaq sahəsinin satılmasının qanunamüvafiq olması barədə rəy vermiş, qeyd olunan torpaq sahəsinin planı tərtib olunmuş, İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarı ilə İmişli şəhəri, S.Bəhlulzadə küçəsinin yaxınlığında, gölə yaxın bələdiyyəyə məxsus boş torpaqdan 1000 kv.m həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə İddiaçı1 satılması qərara alınmış, bununla əlaqədar tərəflər arasında 29 oktyabr 2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair” akt tərtib olunmuş, iddiaçı tərəfindən İmişli Bələdiyyəsinin hesabına 200 (iki yüz) manat haqq ödənilmiş, həmin torpaq sahəsi yerdə göstərilərək iddiaçıya təhvil verilmiş və bu barədə 29 oktyabr 2007-ci il tarixli akt tərtib edilmişdir. İş materiallarında olan rəydən, torpaq sahəsinin planından, 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolundan çıxarışdan, torpağın alqı-satqısı və təhvil verilməsi barədə aktlardan görünür ki, İmişli şəhər sakini X9 fərdi yaşayış evinin tikintisi üçün alqısatqı yolu ilə ona 1200 kv.m həyətyanı torpaq sahəsinin satılması barədə ərizə ilə İmişli Bələdiyyəsinə müraciət etmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi İmişli rayon şöbəsi X1 bələdiyyə mülkiyyətində olan, 2-ci qiymət zonasına aid 1200 kv.m torpaq sahəsinin satılmasının qanunamüvafiq olması barədə rəy vermiş, qeyd olunan torpaq sahəsinin planı tərtib olunmuş, İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarı ilə İmişli şəhəri, H.Əliyev prospektindəki Ət Kombinatının arxasında, çala yerindən bələdiyyəyə məxsus boş torpaqdan 1200 kv.m həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə X2 qərara alınmış, bununla əlaqədar tərəflər arasında 29 oktyabr 2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair” akt tərtib olunmuş, A.Cəfərov tərəfindən İmişli Bələdiyyəsinin hesabına 240 (iki yüz qırx) manat haqq ödənilmiş, həmin torpaq sahəsi yerdə göstərilərək ona təhvil verilmiş və bu barədə 29 oktyabr 2007-ci il tarixli akt tərtib edilmişdir. İş materiallarında olan İmişli Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 152 nömrəli arayışına əsasən İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokoluna əsasən alqı-satqı yolu ilə X8 verilmiş 1200 kv.m torpaq sahəsi N.Nərimanov küçəsinin başlanğıcında yerləşir və hal-hazırda onun istifadəsindədir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********69, qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən çıxarışdan görünür ki, 0,08 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X5 adına rəsmiləşdirilmişdir. İddiaçı1 İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarı ilə X3 1200 kv.m həyətyanı torpaq sahəsinin 602 kv.m hissəsinin İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarı ilə ona satılmış 1000 kv.m həyətyanı torpaq sahəsi ilə üstüstə düşdüyünü iddia edir və İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı qərarının həmin hissədə ləğv olunmasını tələb edir. Məhkəmənin 02 fevral 2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən şəhərin S.Bəhlulzadə küçəsi yaxınlığında, gölə yaxın İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə İddiaçı1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.metr torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən şəhərin Heydər Əliyev prospektindəki Ət Kombinatının arxasında, çala yerindən İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə X8 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.metr torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olan İmişli şəhəri, S.Həmzəyev küçəsində yerləşən 0.08 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən şəhərin S.Bəhlulzadə küçəsi yaxınlığında, gölə yaxın İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə İddiaçı1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.metr torpaq sahəsinin koordinat göstəriciləri ilə İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən şəhərin Heydər Əliyev prospektindəki Ət Kombinatının arxasında, çala yerindən İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə X8 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.metr torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşürmü? Əgər düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən şəhərin S.Bəhlulzadə küçəsi yaxınlığında, gölə yaxın İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə İddiaçı1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.metr torpaq sahəsinin koordinat göstəriciləri ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olan İmişli şəhəri, S.Həmzəyev küçəsində yerləşən 0.08 ha torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşürmü? Əgər düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olan İmişli şəhəri, S.Həmzəyev küçəsində yerləşən 0.08 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə həmin torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədi olan İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən şəhərin S.Bəhlulzadə küçəsi yaxınlığında, gölə yaxın İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə İddiaçı1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.metr torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşürmü? Yəni həmin sənədə uyğun tərtib edilmişdirmi? - İmişli şəhəri, S.Həmzəyev küçəsində yerləşən X5 faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 06 iyun 2023-cü il tarixli, 10/3229 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: Qərardadın birinci sualı üzrə: İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən şəhərin S.Bəhlulzadə küçəsi yaxınlığında, gölə yaxın İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə İddiaçı1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.metr torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir. Qərardadın ikinci və veddinci sualları üzrə: İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 sayl iclas protokolunun qərarına əsasən şəhərin Heydər Əliyev prospektindəki Ət Kombinatının arxasında, çala yerindən İmişli bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə X8 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.metr torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir. Qərardadın üçüncü sualı üzrə: Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********* qeydiyyat nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olan İmişli şəhəri, S.Həmzəyev küçəsində yerləşən 0.08 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir. Qərardadın dördüncü sualı üzrə: İmişli Bələdiyyəsi tərəfindən X3 İmişli şəhərində yerləşən 1200 kv.metr torpaq sahəsinin sərhədləri ilə İmişli bələdiyyəsi tərəfindən İddiaçı1 satılmış İmişli şəhərində yerləşən 1000 kv.metr torpaq sahəsinin sərhədləri 602 kv.metr hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir. Qərardadın besinci və altıncı sualları üzrə: İmişli Bələdiyyəsinin 29 oktyabr 2007ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən şəhərin S.Bəhlulzadə küçəsi yaxınlığında, gölə yaxın İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə İddiaçı1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.metr torpaq sahəsinin koordinat göstəriciləri ilə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olan İmişli şəhəri, S.Həmzəyev küçəsində yerləşən 0.08 ha torpaq sahəsinin sərhədləri 579 kv.metr hissədə üst-üstə düşdüyü müəyyən edilmişdir. Ekspert rəyindən görünür ki, ekseprt Teymur Məmmədov xx.xx.2023-cü il tarixdə tərtib etdiyi 10/3229 nömrəli ekspert rəyində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Cəfər Cəfərovun tərtib etdiyi mütəxəssis rəyinə istinad etmişdir. Halbuki, iş materiallarına əsasən mühəndis Cəfər Cəfərovun tərtib etdiyi mütəxəssis rəyi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin 9-21-3-45/2-6369/2023 nömrəli müşayiət məktubu ilə yalnız xx.xx.2023-cü il tarixdə, yəni 10/3229 nömrəli ekspert rəyinin tərtib edildiyi tarixdən 3 ay 23 gün sonra göndərilmişdir. Başqa sözlə, 10/3229 nömrəli ekspert rəyinin tərtib edildiyi vaxtda həmin rəydə istinad olunan mütəxəssis rəyi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə daxil olmamışdır. Belə olan halda, məhkəmə hesab etmişdir ki, 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Cəfər Cəfərovun tərtib etdiyi mütəxəssis rəyində qeyd olunan bütün hallar nəzərə alınmaqla ekspertizanın yenidən keçirilməsi zəruridir. Məhkəmənin 19 dekabr 2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən şəhərin S.Bəhlulzadə küçəsi yaxınlığında, gölə yaxın İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə İddiaçı1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.metr torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən şəhərin Heydər Əliyev prospektindəki Ət Kombinatının arxasında, çala yerindən İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə X8 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.metr torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olan İmişli şəhəri, S.Həmzəyev küçəsində yerləşən 0.08 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən şəhərin S.Bəhlulzadə küçəsi yaxınlığında, gölə yaxın İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə İddiaçı1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.metr torpaq sahəsinin koordinat göstəriciləri ilə İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən şəhərin Heydər Əliyev prospektindəki Ət Kombinatının arxasında, çala yerindən İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə X8 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.metr torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşürmü? Əgər düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən şəhərin S.Bəhlulzadə küçəsi yaxınlığında, gölə yaxın İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə İddiaçı1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.metr torpaq sahəsinin koordinat göstəriciləri ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olan İmişli şəhəri, S.Həmzəyev küçəsində yerləşən 0.08 ha torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşürmü? Əgər düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olan İmişli şəhəri, S.Həmzəyev küçəsində yerləşən 0.08 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə həmin torpaq sahəsinin ilkin hüquqmüəyyənedici sənədi olan İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən şəhərin S.Bəhlulzadə küçəsi yaxınlığında, gölə yaxın İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə İddiaçı1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.metr torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşürmü? Yəni həmin sənədə uyğun tərtib edilmişdirmi? - İmişli şəhəri, S.Həmzəyev küçəsində yerləşən X5 faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/160 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: Qərardadın birinci sualı üzrə: İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən şəhərin S.Bəhlulzadə küçəsi yaxınlığında, gölə yaxın İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə İddiaçı1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.metr torpaq sahəsinin sərhədləri ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib olunaraq təsdiq edilmiş 1:2000 miqyasında olan yerquruluşu planı əsasında naturada müəyyən edilməklə koordinatları dəqiqləşdirilmişdir. Qərardadın ikinci sualı üzrə: İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən şəhərin Heydər Əliyev prospektindəki Ət Kombinatının arxasında, çala yerindən İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqısatqı yolu ilə X8 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin sərhədləri ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib olunaraq təsdiq edilmiş 1:2000 miqyasında olan yerquruluşu planı əsasında naturada müəyyən edilməklə koordinatları dəqiqləşdirilmişdir. Qərardadın üçüncü sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olan İmişli şəhəri, S.Həmzəyev küçəsində yerləşən 0.08 ha torpaq sahəsinin sərhədləri sənəd üzrə naturada müəyyən etmək üçün araşdırma aparılmışdır. Araşdırma aparılan zamanı müəyyən olunmuşdur ki, X9 tərəfindən xx.xx.2020-ci il tarixdə ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə ərizə ilə müraciət edilərək İmişli Bələdiyyəsinin 27 oktyabr 2007-ci il tarixli, 10 saylı protokoluna əsasən alqı-satqı yolu ilə ona satılmış 1200 kv.m torpaq sahəsinin ərazisinin azaldılaraq 0.08 ha hissəsinin qeydiyyata alınması xahiş edilmişdir. Bununda əsasında ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Dövlət reyestrindən reyestr nömrəsi **********69, olan qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2020-ci il olan çıxarışa əsasən, X6 xüsusi mülkiyyətinə 0.08 ha torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə: İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən şəhərin S.Bəhlulzadə küçəsi yaxınlığında, gölə yaxın İmişli Bələdiyyəsinə məxsus boş torpaq sahəsinin ərazisindən İddiaçı1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.metr torpaq sahəsinin sənəd üzrə koordinat göstəriciləri ilə İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən şəhərin Heydər Əliyev prospektindəki Ət Kombinatının arxasında, çala yerindən İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə X8 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin sənəd üzrə koordinat göstəriciləri 602 kv.m hissədə üst-üstə düşür. Qərardadın beşinci sualı üzrə: İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən şəhərin S.Bəhlulzadə küçəsi yaxınlığında, gölə yaxın İmişli Bələdiyyəsinə məxsus boş torpaq sahəsinin ərazisindən İddiaçı1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.metr torpaq sahəsinin sənəd üzrə koordinat göstəriciləri ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olan İmişli şəhəri, S.Həmzəyev küçəsində yerləşən 0.08 ha torpaq sahəsinin sərhədləri sənəd üzrə koordinat göstəriciləri 579 kv.m hissədə üst-üstə düşür. Qərardadın altıncı sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olan İmişli şəhəri, S.Həmzəyev küçəsində yerləşən 0.08 ha torpaq sahəsini, ilkin hüquqmüəyyənedici sənədi olan İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən şəhərin S.Bəhlulzadə küçəsi yaxınlığında, gölə yaxın İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə İddiaçı1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.metr torpaq sahəsinin sərhədləri sənəd üzrə koordinat göstəriciləri 579 kv.m hissədə üst-üstə düşür. Ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib olunaraq təsdiq edilmiş 1:2000 miqyasında olan yerquruluşu planı İmişli bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən şəhərin S.Bəhlulzadə küçəsi yaxınlığında, gölə yaxın İmişli Bələdiyyəsinə məxsus boş torpaq sahəsinin ərazisindən İddiaçı1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.metr torpaq sahəsinə uyğun tərtib edilmişdir. Qərardadın yeddinci sualı üzrə: İmişli şəhəri S.Həmzəyev küçəsində (mübahisəli ərazidə yerləşən) X9 tərəfindən mişar daşı vasitəsi hasara alınaraq faktiki olaraq istifadə etdiyi 882 kv.m torpaq sahəsinin hüdudlarının ölçüsü müəyyən edilmişdir. X9 tərəfindən mişar daşı vasitəsi ilə hasara alınaraq faktiki olaraq istifadə etdiyi 882 kv.m torpaq sahəsinin koordinat göstəriciləri naturada İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən şəhərin S.Bəhlulzadə küçəsi yaxınlığında, gölə yaxın İmişli Bələdiyyəsinə məxsus boş torpaq sahəsinin ərazisindən İddiaçı1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.metr torpaq sahəsinin sənəd üzrə koordinat göstəriciləri 551 kv.m hissədə üst-üstə düşür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/160 nömrəli ekspert rəyinə, iş materillarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023cü il tarixli, 9-21-3-45/2-6369/2023 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planına əsasən İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən şəhərin S.Bəhlulzadə küçəsi yaxınlığında, gölə yaxın İmişli Bələdiyyəsinə məxsus boş torpaq sahəsinin ərazisindən İddiaçı1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.metr torpaq sahəsinin sənəd üzrə koordinat göstəriciləri ilə İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən şəhərin Heydər Əliyev prospektindəki Ət Kombinatının arxasında, çala yerindən İmişli Bələdiyyəsinə məxsus boş torpaqdan alqı-satqı yolu ilə X8 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin sənəd üzrə koordinat göstəriciləri 602 kv.m hissədə üst-üstə düşür. Qeyd olunan ekspert və mütəxəssis rəylərinə əsasən ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib olunaraq təsdiq edilmiş 1:2000 miqyasında olan yerquruluşu planı İmişli bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən şəhərin S.Bəhlulzadə küçəsi yaxınlığında, gölə yaxın İmişli Bələdiyyəsinə məxsus boş torpaq sahəsinin ərazisindən İddiaçı1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.metr torpaq sahəsinə uyğun tərtib edilmişdir. İddiaçı1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.metr torpaq sahəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib olunaraq təsdiq edilmiş 1:2000 miqyasında olan yerquruluşu planına uyğun olması bu anlama gəlməyə əsas verir ki, İmişli Bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən məhz X8 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin koordinat göstəriciləri 602 kv.m hissədə İddiaçı1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.metr torpaq sahəsinin koordinat göstəricilərinin üzərinə vurulmuşdur. Yəni mübahisələndirilən və hal-hazırda X5 istifadəsində olan 602 kv.m torpaq sahəsi İddiaçı1 məxsusdur və İmişli bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən ona ayrılmış 1000 kv.m torpaq sahəsinin daxilində yerləşir. İmişli bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarına əsasən İddiaçı1 və X8 ayrılmış müvafiq olaraq 1000 kv.m və 1200 kv.m torpaq sahələrinin hissəvi, yəni 602 kv.m hissədə üst-üstə düşməsi faktının mövcudluğu, İddiaçı1 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.metr torpaq sahəsinin sərhədlərinin ekspert və mütəxəssis rəylərinə əsasən müəyyənləşdirilməsi və həmin torpaq sahəsinin yerquruluşu planına uyğun olması, X5 istifadəsində olan 602 kv.m torpaq sahəsinin İddiaçı1 ayrılmış 1000 kv.m torpaq sahəsinin daxilində yerləşməsi məhkəmənin belə qənaətə gəlməsinə əsas verir ki, İddiaçı1 iş üzrə üçüncü şəxs X8 fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsinin satılmasına (ayrılmasına) dair İmişli bələdiyyəsinin 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarının qismən, yəni 602 kv.m torpaq sahəsi hissəsində ləğv edilməsini tələb etməkdə haqlıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları məcmu şəkildə qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, İmişli bələdiyyəsinin X8 1200 kv.m torpaq sahəsinin ayrılması barədə 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarı 602 kv.m-ə dair hissədə ləğv edilməli, iş üzrə təyin edilmiş ekspertizaların xərci kimi 100 (bir yüz) manat (iki ekspertiza üzrə) pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İmişli bələdiyyəsinin X8 1200 kv.m torpaq sahəsinin ayrılması barədə 29 oktyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolunun qərarı 602 kv.m-ə dair hissədə ləğv edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat pul vəsaiti İddiaçı1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu:142595, büdcə səviyyəsinin kodu: 3, ********** X4, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-69/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-69/2024
16.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver