Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-690/2023 13.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Astara şəhərində N0 avqust N974-cü il tarixdə anadan olmuşdur. Astara rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə yararlı hesab edilərək xx.xx.N992-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti başa vurduğuna görə Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.N996-ci il tarixli N94 nömrəli əmrinə əsasən xx.xx.N996-ci il tarixdən ehtiyata buraxılmışdır. xx.xx.N996-ci il tarixdə Astara rayon hərbi komissarlığında uçota alınmışdır. O, N nömrəli hərbi hissənin tərkibində xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək; xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək, xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək Ağdam rayonu döyüş əməliyyatları bölgəsinə ezam olunmaqla döyüş əməliyyatlarında iştirak etməklə döyüş tapşırıqlarını yerinə yetirmişdir. Hansı ki, N nömrəli hərbi hissənin komandirinin xx.xx.N993-cü il tarixli N92 nömrəli əmri ilə xx.xx.N993-cü il tarixdən qazan təminatından çıxarılmağı və xx.xx.N993-cü il tarixli N nömrəli əmrilə hərbi hissəyə qayıdıb qazan təminatına qoyulmuşdur. Qeyd edilən əmrlər Mərkəzi Arxivində vardır. Döyüş əməliyyatlarında iştirakı barədə hərbi biletdə həmçinin ordudan tərxis olunmağı barədə əmrlərin tarixi və nömrəsi barədə qeydiyyat vardır. Bundan başqa həqiqi hərbi xidmətdə olmağı və müharibədə iştirakı barədə Azərbaycan Respublikası Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Astara rayon şöbəsi tərəfindən ona elektron Arayış verilmişdir. Müharibə veteranı adı və müvafiq vəsiqəni almaqdan ötrü tələb olunan sənədləri Müdafiə Nazirliyi aparatı nəznində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyaya göndərmişdir. Kifayət qədər mötəbər sənədlər təqdim təqdim olunsada Komissiyanın N7 may 20N7-ci il tarixli qərarı ilə barəsində müsbət qərar qəbul edilməmişdir. Bu barədə aidiyyəti orqanlara ərizələrlə müraciət etsədə ona tövsiyə olunmuşdur ki, məhkəməyə müraciət etsin. İmtinanın əsası olaraq bildirilmişdir ki, həqiqi hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı təsdiq edən müvafiq sənəd olmadığına görə ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın qəbul etdiyi bu qərarla o razı deyildir. Ona görə ki, o xx.xx.N992-ci il tarixdən xx.xx.N996-ci il tarixə kimi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.N996-ci il tarixli N94 nömrəli əmrinə əsasən xx.xx.N996-ci il tarixdən hərbi xidməti başa vurduğuna görə ehtiyata buraxılmışdır və hərbidən tərxis olunduqdan sonra 26 noyabr N996-cı il tarixdə Astara rayon hərbi komissatlığında qeydiyyata alınmışdır. Bütün bu qeydlər hərbi biletində vardır. Bu barədə müəyyən sənədlərin arxivdə olmamasının ona aidiyyəti yoxdur. Bu əsasla veteran adının və vəsiqəsinin verilməsindən imtina edilməsi qanunlara müvafiq arxivdə hər hansı sənədin olmaması onun günahı deyildir. Hərbi biletində xidmət etdiyi hərbi hissənin müvafiq qeydləri var təsdiqdə olunub. O, döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı sayılır. Hesab edir ki, iddia tələbinin hüquqi əsası Azərbayan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamədir.” Həmin Əsasnamədə qeyd edilir “N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslər, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx.xx.N994-cü il tarixdən sonra döyüş zonasını tapşırığının yerinə yetirilməsi ilə əlaqədar yaralanmış, xəsarət və ya kontuziya almış hərbi qulluqçulara, müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları və hərbi hissələr tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər orden və medallarla tətlif olunmaq haqqında vəsiqələr yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında Müharibə Veteranı adı və vəsiqəsi Azərbaycan Respublikası Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən verilir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçı, iddia ərizəsində xx.xx.N992-cü il tarixdən xx.xx.N996-cı il tarixədək hərbi xidmət keçdiyini və N nömrəli hərbi hissədən döyüş bölgəsinə ezam olunmaqla döyüşlərində iştirak etdiyini bildirərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-5393 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-dekabr N993-cü il, yanvar-dekabr N994-cü il, noyabr N996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. xx.xx.N993-Beləliklə iş materialına əlavə edi miş sənədlərdən görünür ki, İddiaçı xx.xx.N993-cü il tarixdən sonrakı horbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv arayışında heç bir məlumat olmamışdır. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteram” adı və vəsiqəsinm verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. İazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adın n və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktil şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-N4.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.N), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-N3.2 və N7). İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə N4 noyabr 20N9-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Beyləqan rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.N974-cü il tarixdə ünvan N ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.N992-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.N993-cü il tarixdən xx.xx.N996-cı il tarixədək N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. İşdə olan Vətəndaşların həqiqi hərbi xidmət keçməsinə dair xx.xx.2022-ci il çap tarixi olan elektron arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.N992-ci il tarixdən xx.xx.N996-cı il tarixədək həqiqi hərbi xidmət keçmiş, xidmət müddəti başa çatdığına görə ehtiyyata buraxılmışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi arxivinin xx.xx.20N6-cı il tarixli -/2-N64N7 nömrəli arxiv arayışından görünür ki, X5 həqiqi hərbi xidmət keçmək üçün Astara RHK-ğı tərəfindən çağırılmış N974-cü il təvəllüdlü X5 N №-li hərbi hissə komandirinin N oktyabr N992-ci il tarixli 79 №-li əmrilə (əsas: səh-N5N, §-N, sıra-3, əmrdə vəzifəsi qeyd olunmamışdır) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunaraq “sıravi” hərbi rütbəsi verilmişdir. Döyüş tapşırıqlarını yerinə yetirmək üçün Ağdam şəhəri döyüş əməliyyatları bölgəsinə ezam olunmuş C.H.Həşimovun N №-li hərbi hissə komandirinin N avqust N993-CÜ İl tarixli N92 №-İİ əmrilə (əsas: səh-N35, §-7, sıra-7, əmrdə hərbi rütbəsi və vəzifəsi qeyd olunmamışdır, adı və atasının adı tam yazılmamışdır) xx.xx.N993-cü İl tarixdən qazan təminatından çıxarılması və hərbi hissəyə qayıtdığı üçün N №-li hərbi hissə komandirinin N3 avqust N993-cü il tarixli 206 №-li əmrilə №-li əmrilə (əsas: səh-N7N, sıra-7, əmrdə hərbi rütbəsi və vəzifəsi qeyd olunmamışdır, adı və atasının adı tam yazılmamışdır) xx.xx.N993-cü il tarixdən qazan təminatına qoyulması barədə məlumat vardır. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin noyabr-dekabr N996-cı il tarixli nizami hissə üzrə əmrlərində C.H.Həşimovun hərbi hissədən tərxis olunması barədə məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin xx.xx.N997-ci il tarixli İddiaçı Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvüdür. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin katibliyinin xx.xx.2022-ci il tarixli 4/3-6780 nömrəl məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə cavab olaraq təkrar bildirilir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N7-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağını təsdiq edən müvafiq sənəd olmadığına görə ona “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əlavə olaraq bildirirlər ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. İşdə olan məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məhkəmə sorğusunun cavablandırılmasına dair məktubdan görünür ki, Astara RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü X5 N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 79 №-li əmrilə (əsas: səh N57, § N, sıra 3) “sıravi” hərbi rütbəsi verilərək şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 92 №-li əmrilə (əsas: səh N83, § 6, sıra N, əmrdə soyadı Həşimov yazılmışdır) sıravi X5 andiçmədən sonra xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N34 №-li əmrində (əsas: səh 268, § 2, sıra 3, əmrdə soyadı Həşimov, adı Cəbrail yazılmışdır) sıravi X3 rabitə bölüyündə mexanik vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 3N,03.N993-cü il tarixli 90 №-li əmrində (əsas: səh N94, § 2, sıra N8, əmr rus əlifbası ilə yazılmış, adı və atasının adı tam yazılmamışdır) N №-li hərbi hissənin hərbi qulluqçusu sıravi «Д.Г.Гашимов»un döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam döyüş əməliyatları rayonuna göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 98 №-li əmrində (əsas: səh 2N8, § 6, əmr rus əlifbası ilə yazılmış, adı və atasının adı tam yazılmamışdır) N №-li hərbi hissənin hərbi qulluqçusu sıravi «fl.r.raLiınMOB»un Ağdam döyüş əməliyatları rayonundan qayıtdığı üçün qazan təminatına daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N92 №-li əmrində (əsas: səh N35, § 3, sıra 7, əmr rus əlifbası ilə yazılmış, adı və atasının adı tam yazılmamışdır) sıravi « Д.Г.Гашимов »un döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam döyüş əməliyatları rayonuna göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 206 №-li əmrində (əsas: səh N7N, əmr rus əlifbası ilə yazılmış, adı və atasının adı tam yazılmamışdır) N №-li hərbi hissənin hərbi qulluqçusu sıravi « Д.Г.Гашимов»un Ağdam döyüş əməliyatları rayonundan qayıtdığı üçün qazan təminatına daxil edilməsi barədə məlumat vardır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin xx.xx.N993-dekabr N993-cü il, yanvar- dekabr N994-cü il , noyabr N996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin N992-N996-cı il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Məktubda İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi və xidmət dövrü (il,ay) qeyd edilmədiyi üçün araşdırmalar barəsində Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmuş müraciət əsasında aparılmışdır. İşdə olan məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 9N5 nömrəli məhkəmə sorğusunun cavablandırılmasına dair məktubdan görünür ki, Astara şəhər sakini xx.xx.N974-cü il təvəllüdlü hərbi vəzifəlilərin ehtiyatında olan əsgər X4 qeydiyyat kartasına əsasən məlumat verilir ki, o xx.xx.N992- ci ildə keçmiş Astara RHK-ğı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və 987(984) nömrəli hərbi hissəyə göndərilmişdir. N3.NN,N996-cı ildə N nömrəli hərbi hissədən Azərbaycan Respublikası MN-nin xx.xx.N996-cı il tarixli N94 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. xx.xx.N996-cı ildən hərbi vəzifəlilərin qeydiyyatındadır. X4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi, yaralanması, ’’müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə müraciəti, hərbi hissəni özbaşına tərk etməsi, məhkum edilməsi, amnistiya aktına əsasən xitam verilməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsində heç bir məlumat yoxdur. İşdə olan məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin katibliyi Mərkəzi Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məhkəmə sorğusunun cavablandırılmasına dair məktubdan görünür ki, Astara RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü, X5 N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 79 №-li əmrilə (əsas: səh N57, § N, sıra 3) “sıravi” hərbi rütbəsi verilərək şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 92 №-li əmrilə (əsas: səh N83, § 6, sıra N) sıravi X5 andiçmədən sonra xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N992ci il tarixli N34 №-li əmrində (əsas: səh 268, § 2, sıra 3, əmrdə adı Cəbrail yazılmışdır) sıravi X3 rabitə bölüyündə mexanik vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 3N,03.N993-cü il tarixli 90 №-li əmrində (əsas: səh N94. § 2, sıra N8, əmr rus əlifbası ilə yazılmış, adı və atasının adı tam yazılmamışdır) N №-li hərbi hissənin hərbi qulluqçusu sıravi « Д.Г.Гашимов»un döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam döyüş əməliyyatları rayonuna göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 98 №-li əmrində (əsas: səh 2N8, § 6, əmr rus əlifbası ilə yazılmış, adı və atasının adı tam yazılmamışdır) N №- li hərbi hissənin hərbi qulluqçusu sıravi « Д.Г.Гашимов »un Ağdam döyüş əməliyyatları rayonundan qayıtdığı üçün qazan təminatına daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N92 №-li əmrində (əsas: səh-N35,§-3,sıra-7, əmr rus əlifbası ilə yazılmış, adı və atasının adı tam yazılmamışdır) sıravi «Д.Г.Гашимов»un döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam döyüş əməliyyatları rayonuna göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 206 №-li əmrində (əsas: səh N7N, əmr rus əlifbası ilə yazılmış, adı və atasının adı tam yazılmamışdır) N №-li hərbi hissənin hərbi qulluqçusu sıravi «Д.Г.Гашимов»un Ağdam döyüş əməliyyatları rayonundan qayıtdığı üçün qazan təminatına daxil edilməsi barədə məlumat vardır. Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən 984A №-li hərbi hissənin operatoru «Рагимова Джаббара Габиб» oğlunun ehtiyata tərxis olunduğu üçün N №-li hərbi hissə komandirinin N3 noyabr N996-cı il tarixli 236 №-li əmrində (əsas: §7, səh.-96, sıra-N03, əmr rus əlifbası ilə yazılmış, soyadı “ParuıvıoB” yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Astara RHK-nın sərəncamına göndərilməsi barədə məlumat vardır. Qeyd edirik ki. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivi tərəfindən Həşimov (Həşimli) Cabbar Həbib oğlunun xidməti barədə xx.xx.20N7-ci il tarixdə 9/2-8594 №-li məktubla Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına ətraflı cavab göndərilmişdir. İşdə olan məhkəmənin sorğusu əsasında Astara rayon Polis şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məhkəmə sorğusunun cavablandırılmasına dair məktubdan görünür ki, İddiaçı barəsində məhkum olması və təqsirləndirici materiallar olmaması bildirilmişdir. İşdə olan məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məhkəmə sorğusunun cavablandırılmasına dair məktubdan görünür ki, Həşimov (Həşimli) Cabbar Həbib oğlunun xidməti barədə N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 79 №-li, xx.xx.N992-ci il tarixli 92 №-li, xx.xx.N992-ci il tarixli N34 №-li, xx.xx.N993-cü il tarixli 90 №-li, xx.xx.N993-cü il tarixli 98 №-li, xx.xx.N993-cü il tarixli N92 №-li, xx.xx.N993-cü il tarixli 206 №-li və xx.xx.N996-cı il tarixli 236 №-li nizami hissə üzrə əmrlərindən Arxiv çıxarışlarını ünvanınıza göndəririk. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən X5 barəsində göndərilmiş xx.xx.20N6-cı il tarixli 9/2-N64N7 №-li Arxiv Arayışının saxlama müddəti qurtardığına görə, qanuna müvafiq qaydada məhv edilmişdir. İşdə olan məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məhkəmə sorğusunun cavablandırılmasına dair məktubdan görünür ki, İddiaçı N992-N997-ci il illərdə N nömrəli hərbi hissədə xidmət etməsi ilə bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materiallar olmaması bildirilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin N-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə görə N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N8 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin katibliyinin xx.xx.2022-ci il tarixli 4/3-6780 nömrəli məktubundan görünür ki, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N7-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağını təsdiq edən müvafiq sənəd olmadığına görə ona “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin katibliyi Mərkəzi Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məhkəmə sorğusunun cavablandırılmasına dair məktubdan görünür ki, Astara RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü, X5 N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 79 №-li əmrilə (əsas: səh N57, § N, sıra 3) “sıravi” hərbi rütbəsi verilərək şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli 92 №-li əmrilə (əsas: səh N83, § 6, sıra N) sıravi X5 andiçmədən sonra xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N34 №-li əmrində (əsas: səh 268, § 2, sıra 3, əmrdə adı Cəbrail yazılmışdır) sıravi X3 rabitə bölüyündə mexanik vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 3N,03.N993-cü il tarixli 90 №-li əmrində (əsas: səh N94. § 2, sıra N8, əmr rus əlifbası ilə yazılmış, adı və atasının adı tam yazılmamışdır) N №-li hərbi hissənin hərbi qulluqçusu sıravi « Д.Г.Гашимов»un döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam döyüş əməliyyatları rayonuna göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 98 №-li əmrində (əsas: səh 2N8, § 6, əmr rus əlifbası ilə yazılmış, adı və atasının adı tam yazılmamışdır) N №- li hərbi hissənin hərbi qulluqçusu sıravi « Д.Г.Гашимов »un Ağdam döyüş əməliyyatları rayonundan qayıtdığı üçün qazan təminatına daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N92 №-li əmrində (əsas: səh- N35,§-3,sıra-7, əmr rus əlifbası ilə yazılmış, adı və atasının adı tam yazılmamışdır) sıravi «Д.Г.Гашимов»un döyüş tapşırığını yerinə yetirmək üçün Ağdam döyüş əməliyyatları rayonuna göndərilərək qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 206 №-li əmrində (əsas: səh N7N, əmr rus əlifbası ilə yazılmış, adı və atasının adı tam yazılmamışdır) N №-li hərbi hissənin hərbi qulluqçusu sıravi «Д.Г.Гашимов»un Ağdam döyüş əməliyyatları rayonundan qayıtdığı üçün qazan təminatına daxil edilməsi barədə məlumat vardır. Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən 984A №-li hərbi hissənin operatoru «Рагимова Джаббара Габиб» oğlunun ehtiyata tərxis olunduğu üçün N №-li hərbi hissə komandirinin N3 noyabr N996-cı il tarixli 236 №-li əmrində (əsas: §7, səh.-96, sıra-N03, əmr rus əlifbası ilə yazılmış, soyadı “ParuıvıoB” yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Astara RHK-nın sərəncamına göndərilməsi barədə məlumat vardır. Göründüyü kimi “imtina”nın əsasını “iddiaçının xx.xx.N993-cü il tarixdən sonrakı hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv arayışında heç bir məlumat olmaması” təşkil edir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan zəruri inzibati icraat aparmamışdır. Məhkəmə araşdırması zamanı, eləcə də məhkəmənin ünvanladığı sorğu məktublarına əsasən müəyyən edilmişdir ki, Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən 984A №-li hərbi hissənin operatoru «Рагимова Джаббара Габиб» oğlunun ehtiyata tərxis olunduğu üçün N №-li hərbi hissə komandirinin N3 noyabr N996-cı il tarixli 236 №-li əmrində (əsas: §7, səh.-96, sıra-N03, əmr rus əlifbası ilə yazılmış, soyadı “ParuıvıoB” yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Astara RHK-nın sərəncamına göndərilməsi barədə Müdafiə Nazirliyinin arxivində məlumat vardır. Həmçinin iddiaçıya məxsus hərbi biletdə N993-cü ildən sonrakı dövrdə də onun xidmətini təsdiq edən müvafiq qeydlər aparılmış və hərbi hissənin möhürü ilə təsdiq edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun N9.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, cavabdeh inzibati orqan bu vəzifəsinin icrası zamanı yalnız Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət etməsi ilə kifayətlənməməli, əlavə araşdırma aparmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. NN-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. N3.N-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 6N-ci maddəsinin tələblərinə görə: 6N.N. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 6N.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 6N.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 6N.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.N. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.N-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-690/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-690/2023
13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver