Məhkəmə qərarları › İş №2-1(120)-692/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-692/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-692/2023 27.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X13, İddiаçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X8 iddiaçıya məxsus Füzuli şəhəri, R.Əliyev küçəsi, ev 44 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 iddiaçıya məxsus Füzuli şəhəri, R.Əliyev küçəsi, ev 44 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2-1(120)-2066/2022 nömrəli qərardadı ilə X8 zəruri cəlb etmə qaydasında iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuşdur. Üçüncü şəxs X18 heç vaxt həmin mənzildə yaşamamışdır, onun həmin mənzildə qeydiyyatda olması formal xarakter daşıyır. Üçüncü şəxsin İddiaçı məxsus fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmasını istəyir. Bununla əlaqədar Cavabdeh QŞVQ-na ərizə ilə müraciət edilmişdir. Lakin oradan rəsmi olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan adı çəkilən şəxslərin qeydiyyatdan çıxarmaq mümkün olmadığını bildirdilər. X18 mübahisəli mənzilə dair əldə etdiyi yaşayış hüququndan istifadə etmək niyyətində deyildir. Eyni zamanda belə olan halda X9 İddiaçı xüsusi mülkiyyəti olan mənzilin pasport qeydiyyatında olması da qanunsuzdur. Əgər cavabdeh yaşayış hüququ əldə etmiş mənzildə uzun müddətdir ki, yaşamırsa və həmin mənzildə ümumiyyətlə yaşaması real deyilsə, bu halda onun həmin mənzilin qeydiyyatında qalması da mümkün deyildir. Üçüncü şəxs X10 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə Cavabdeh nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və subutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 310-12277M-3222 nömrəli məktubunda qeyd edilmişdir ki, DİN-nin xx.xx.2010-cu il tarixli 550 №-li Əmrin 2.5-ci bəndinə həmçinin yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respblikası Qanununa əsasən vətəndaş başqa ünvana qeydiyyata alındıqdan sonra bildiriş əsasında və ya Məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılır. Odur ki, ərizədə göstərilən X8 qeydiyyatdan çıxarılmaları üçün özü şəxsən müraciəti əsasında başqa ünvana qeydiyyata alındıqdan sonra və ya məhkəmə qətnamasi alındıqdan sonra həmin şəxsin qeydiyyatdan çıxarılmasına baxılacaqdır. İşdə olan Azərbaycan Respublikası Füzuli rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(064)-1024/2022 nömrəli qətnamənin surətindən görünür ki, X2 Zəhra Çərkəz qızının ailə üzvü sayılmadığından yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna da malik olmadığından iddiaçı X7 cavabdeh X11 qarşı yaşayış hüququna xitam verilməsi tələbinə dair iddiası rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********68 nömrəli məktubundan görünür ki, Daxil olmuş müraciətdə qeyd edilən, İddiaçı adına tərtib edilmiş texniki pasport barədə məlumat aşkarlanmadı.Sorğuda qeyd edilən, istifadə hüququ barədə Ərazi İdarəsində qeydiyyat aparılmadığından məlumat verilməsi mümkün olmadı. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Füzuli rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 351/05 nömrəli məktubunun surətindən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X1 Zəhra Çərkəz qızının qız nəvəsidir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Füzuli rayon Notariat ofisinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 275 nömrəli məktubunun surətindən görünür ki, Füzuli şəhəri, R.Əliyev küçəsi 44 nömrəli fərdi yaşayış evinin İddiaçı tərəfindən əldə olunmasına dair hər hansı notariat işi Füzuli rayon notariat ofisinin 2011-2022-ci illər üzrə saxlanılan arxivində aşkar olunmadı. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 310-15533-1222 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2001- ci ildə Sumqayıt şəhərində anadan olmuş X19 xx.xx.2015- ci ildə ilk dəfə ASAN Sumqayıt 3 xidmətindən AZE 10846733 saylı şəxsiyyət vəsiqəsi götürdüyü üçün onun arxiv sənədlərinin kserosurətini Sizə göndərmək imkanı xaricindədir. İşdə olan Azərbaycan Respublikasının Füzuli rayon İcra Hakimiyyəti Başçısının Füzuli şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 758 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2001- ci il təvəllüdlü X8 anası X14 və atası X15 arasında olan nigah ləğv edilmişdir. Uşaq anasının himayəsində olduğu üçün anası ilə birlikdə ünvan 9 ünvanda daimi qeydiyyatdadır. Hazırda özlərinin verdiyi məlumata görə X19 məcburi köçkün kimi Sumqayıt şəhəri 12-ci mikrorayon yeni yaşayış kompleksi -1005 bina 10, mənzil 118də məskunlaşıb. İş materialında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X25 filialının xx.xx.2023-cü il tarixli 3-48-DA-3F/2-9-2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Füzuli rayon İcra nümayəndəliyinin 1984-cü illərə aid sənədləri X25 filialına təhvil verilməmişdir. İşdə olan Yerli Zəhmətkeş deputatlar X6 və İctimai Təşkilatlarının yaşayış evlərinin kirayəsi haqda olan xx.xx.1984-cü il tarixli nümunəvi müqavilənin təsdiq olunmuş surətindən görünür ki,mənzil istismar kontorunun rəisi X3 rayonu, R.Əliyev küçəsi, ev 44 ünvanında yerləşən 18 kv.m evin İddiaçı kirayəyə verilməsi barədə aralarında müqavilə bağlanmışdır. İşdə olan Tutulmuş dövlət yaşayış sahəsi üzrə pasportun təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə dair order XDS İcrayyə Komitəsi tərəfindən xx.xx.1984-cü il tarixdə verilmişdir. Həmin mənzildə İddiaçı ilə birgə yaşayanların sırasında X14, X20, X5 adları qeyd edilmişdir. xx.xx.1984-cü il tarixdə yaşayış mənzili istismara verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: Məhkəmə müəyyən etdi ki, ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İddiaçı ünvan 10 evdə qeydiyyatda olan üçüncü şəxs X8 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bu müraciətlə əlaqədar vətəndaş İddiaçı cavabdeh tərəfindən imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Belə ki, Füzuli rayon İcra Hakimiyyəti Başçısının Füzuli şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 758 nömrəli məktubundan müəyyən olunur ki, X4 şəhəri, R.Əliyev küçəsi, ev 44 nömrəli evdə qeydiyyatda olmalarına baxmayaraq həmin ünvanda yaşamırlar. Həmçinin iş materiallarında olan Füzuli rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(064)-1024/2022 nömrəli qətnaməsindən görünür ki, üçüncü şəxsin iddiaçıya məxsus mənzildə istifadə hüquqları yoxdur. Göründüyü kimi üçüncü şəxsin iddiaçıya məxsus olan mənzildə yaşamaması və qeydiyyatlarının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55 s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bundan başqa, qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia təmin edilməli, üçüncü şəxs X8 iddiaçıya məxsus Füzuli şəhəri, R.Əliyev küçəsi, 44 nömrəli evindən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxs X8 iddiaçıya məxsus ünvan 10 evindən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar