Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-692/2024 16.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı ilə, İddiaçı Cavabdehnə qarşı “ünvan 1 ünvanında yerləşən Maraqlı şəxs məxsus tikilməkdə olan yaşayış evi üçün aparılmış məlumatlandırma icraatının qanunsuz hesab edilməsi, razılaşdırılmış layihənin təsdiq edilməsinin qanunsuz hesab edilməsi və ləğv edilməsi” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “ünvan 1 ünvanında yerləşən Maraqlı şəxs məxsus tikilməkdə olan yaşayış evi üçün aparılmış məlumatlandırma icraatının qanunsuz hesab edilməsi, razılaşdırılmış layihənin təsdiq edilməsinin qanunsuz hesab edilməsi və ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən Maraqlı şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı ərizəsinə əsasən Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək İddiaçı Cavabdehnə qarşı “ünvan 1 ünvanında yerləşən Maraqlı şəxs məxsus tikilməkdə olan yaşayış evi üçün aparılmış məlumatlandırma icraatının qanunsuz hesab edilməsi, razılaşdırılmış layihənin təsdiq edilməsinin qanunsuz hesab edilməsi və ləğv edilməsi” kimi davam etdirilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsi və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən ev xüsusi mülkiyyət hüququ ilə mərhum atası X1 məxsus olmuşdur. Atası xx.xx.2020-ci il tarixdə vəfat edib və onun vərəsəsi kimi çıxış edir. Onun qonşusu Maraqlı şəxs aralarında olan hasardan təxmini 0,80 sm aralıqda ikimərtəbəli ev tikili inşa etməyə başlamışdır. Ailəvi olaraq Bakı şəhərində yaşadığı üçün sözügedən evin tikintisi başladığı zaman onun bu barədə məlumatı olmamışdır. 2020-ci ilin iyul ayının əvvəlindən başlayaraq cavabdeh sözügedən evin ikinci mərtəbəsinin tikintisinə başlamışdır. Evin onun evinə demək olar ki, bitişik olması və ona tərəf olan hissəsində 2 ədəd pəncərənin olması barədə aralarında mübahisə olsa da o, qanunvericiliyin tələblərini heçə sayaraq tikintiyə davam etmişdir. Bundan sonra tərəfindən xx.xx.2020-ci il tarixdə Lənkəran RİH-nə müraciət edildi və icra hakimiyyətinin nümayəndəsi tərəfindən tikintiyə dair sənədlər tələb edildikdən sonra məlum oldu ki, cavabdehin ümumiyyətlə tikintiyə dair heç bir sənədi yoxdur. İcra hakimiyyətinin nümayəndəsi tərəfindən cavabdehə qanunun tələblərinin izah edilməsi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh yenə də qanunu heçə sayır və tikintiyə davam edir. xx.xx.2020-ci il tarixdə tərəfindən Lənkəran şəhər Polis İdarəsinə müraciət edildi. Sahə inspektoru əraziyə baxış keçirdikdən sonra cavabdeh tikintini dayandırdı. Bundan sonra isə maraqlı şəxs polis şöbəsinə Lənkəran rayon İcra Hakimiyyəti tərəfindən cəmi 3 günə təsdiq edilmiş layihəni təqdim etdi. Təqdim edilmiş layihədə bilərəkdən onun təsdiq edilmə tarixi göstərilməsə də təxmini 3 gün ərzində layihə təsdiq edilmiş və orada hasar ilə evin arasında olan ara məsafəsi göstərilməmişdir. Üçüncü şəxsin tikdiyi fərdi yaşayış evinin divarının hündürlüyü təxmini 8 metr nəzərdə tutulmuşdur və belə olan halda hasardan ən azı 2,60 metr olmalı halda o, heç 1 metr də deyil. Belə olan halda tikili qanunun tələblərinə cavab verməsə də cavabdeh inzibati orqan tərəfindən təsdiq edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Lənkəran şəhər İcra Hakimiyyəti iddiaya qarşı etiraz verərək, etirazda qeyd etmişdir ki, qeyd edilən ünvanda yaşayan Maraqlı şəxs 2020-ci ildə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinə müraciət edərək qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evini sökərək yerində inşa etdiyi yeni fərdi yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq qaydada razılaşdırılmasını xahiş etmişdir. Yeni inşa edilmiş fərdi yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma bölməsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 və 80.3cü maddələrinin tələblərinə uyğunluğu və şəhərin sözügedən ərazisində fərdi yaşayış evlərinin sıxlığı və oxşar münasibətləri tənzimləyən qanunun analogiyası tətbiq edilərək və layihəsi şəhərin baş memarı tərəfindən müvafiq qaydada razılaşdırılaraq vətəndaşa təqdim edilmişdir. Maraqlı şəxs fərdi yaşayış evini layihəyə uyğun olaraq tikinti işlərini aparmışdır. Lakin İddiaçı ünvan 4 ünvanında yerləşən Maraqlı şəxs məxsus fərdi yaşayış evinin tikinti layihəsinin memarlıq planlaşdırma bölməsində müvafiq qayöaiata əsasən ara məsafələri normalara uyğun olmadığını iddia edərək məlumatlandırma icraatı qaydasında inşa edilmiş fərdi yaşayış evinin sökülməsini tələb edir. Tərəfimizdən tərəflər qəbul edilmiş, onlara şəhərin baş planına uyğun olaraq fərdi yaşayış evləri arasında sıxlığın mövcudluğunu nəzərə alaraq qonşuluq və qohumluq prinsipləri əsasında birgə yaşayış qaydalarına uyğun razılığa gəlmələri tövsiyə edilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti iddia tələbini əsassız olduğunu bildirərək tərəflər arasında barışığın əldə olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə işin faktiki hallarını və iddia tələbininin ünvan 1 ünvanında yerləşən Maraqlı şəxs məxsus tikilməkdə olan yaşayış evi üçün aparılmış məlumatlandırma icraatının qanunsuz hesab edilməsi hissəsində araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya həmin hissədə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini və təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir.Yəni iddiaçının belə bir iddia qaldırması üçün qanunla qorunan marağı birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə, iddiaçı cavabdeh inzibati orqanın hərəkət və hərəkətsizliyi ilə onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Başqa sözlə, məhkəmə inzibati işi araşdıraraq hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktları ilə (sərəncamları) iddiaçının mülkiyyət və ya digər hər hansı bir hüquqlarına müdaxilə edilməmişdir. Belə ki, İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçının tələbinin bir hissəsi ünvan 1 ünvanında yerləşən Maraqlı şəxs məxsus tikilməkdə olan yaşayış evi üçün aparılmış məlumatlandırma icraatı ilə bağlıdır. Belə ki, məhkəmə iddia tələbinin məlumatlandırma icraatı ilə bağlı hissəsinə münasibətdə diqqətinizə çatdırır ki, məlumatlandırma icraatı mülkiyyətçi ilə İcra Hakimiyyəti arasında olan qanunvericiliyin tələbindən irəli gələn hüquqi münasibətdir. Başqa sözlə, bu icraatla vətəndaş tikinti niyyəti barədə yerli icra hakimiyyəti orqanına məlumat verir. Həmin məlumatın verilməsinin iddiaçının hansı sübyektiv hüququnu pozduğu məhkəmə tərəfindən müəyyən olunmur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni 1-ci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.3-cü maddəsinə əsaslanaraq, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintisinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə yerli icra orqanına məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzrərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini təqdim edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı məhkəmə tərəfindən iddiaçıya 23 may 2024-cü il tarixli, 2-1(120)-692/2024 nömrəli hüquqi yardım məktubu ünvanlanaraq iddia tələbinin qeyri-dəqiq olması və cavabdeh inzibati orqanın iddiaçının qaldırılan iddia tələbinin ünvan 1 ünvanında yerləşən Maraqlı şəxs məxsus tikilməkdə olan yaşayış evi üçün aparılmış məlumatlandırma icraatının qanunsuz hesab edilməsi hissəsi ilə bağlı hansı subyektiv hüquqlarını pozduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “ünvan 1 ünvanında yerləşən Maraqlı şəxs məxsus tikilməkdə olan yaşayış evi üçün aparılmış məlumatlandırma icraatının qanunsuz hesab edilməsi” hissəsində iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-692/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-692/2024
16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver