Məhkəmə qərarları › İş №2-1(120)-694/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-694/2021

20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-694/2021 20.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı (Sabirabad şəhəri, Muğan prospekti, döngə 1, ev 15-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının 01.05.2020-ci il tarixli, 42 nömrəli əmrinin ləğv edilməsini və Sabirabad RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının 01.05.2020-ci il tarixli, 42 nömrəli əmrinin ləğv edilməsini və Sabirabad RİHBnin inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. İş materiallarında olan Cavabdeh başçısının 01.05.2020-ci il tarixli, 42 nömrəli əmrindən görünür ki, Cavabdeh başçısının Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı yol verdiyi nöqsanlara əsasən 01 may 2020-ci il tarixdən dövlət qulluğuna xitam verilmişdir. İş materiallarında olan Sabirabad rayon Prokurorluğunun məhkəməyə ünvanladığı 03.03.2021-ci il tarixli, 115-xid-21 nömrəli məktubunda qeyd edilmişdir ki, ...”Sabirabad RİH-dən rayonun Ulacalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləmiş X1 və rayonun Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləmiş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 aprel 2020-ci il tarixli, 126 nömrəli qərarına əlavə olaraq qəbul olunmuş təlimata zidd olaraq müəyyən şəxslərə rayonlararası səyahət etmək üçün müvafiq arayışlar vermələri və ərzaq yardımının paylanması zamanı neqativ hallara yol vermələri barədə daxil olmuş məlumat əsasında 03.05.2020-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə Sabirabad rayonunun sabiq prokuroru, baş ədliyyə müşaviri Pərvin Quliyev tərəfindən ********* nömrəli cinayət işi başlanmışdır. Həmin cinayət işi 23.11.2020-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 309.1-ci maddəsinə tövsif edilmişdir.” İş materiallarında olan Sabirabad rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 1(056)-23/2021 nömrəli hökmünün təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 2.000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. 32.1-ci maddəsinə ‘sas’n mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Məhkəmənin 05 aprel 2021-ci il tarixdə keçirilmiş iclasında İddiaçı yazılı izahatını məhkəməyə təqdim edərək bildirmişdir ki, 02.05.2020-ci il tarixdə səhər saatlarında Sabirabad RİHB-nin birinci müavini Həsən Həsənov ona telefonla zəng edərək saat bir radələrində nümayəndəliyin inzibati binasında olmasını tapşırmışdır. Həmin vaxt rayonun Su və Meliorasiya İdarə və Təşkilatlarının, eləcə də DAİM-nin əməkdaşlarının iştirakı ilə sahədə suvarma kanallarının və meliorasiya kanallarının vəziyyətini araşdırmış, saat bir radələrində idarədə olmuş, H.Həsənov təxminən ikidə İHB-nin digər müavini Vahid Həsənovla birlikdə Həsən Həsənov onun başçının 01.05.2020-ci il tarixli, 42 saylı əmri ilə işdən çıxarıldığı bildirilmişdir. İşdən çıxma səbəbini soruşduqda imkansız ailələrə ayrılmış yardımın paylanması zamanı neqativ hallara yol verdiyi üçün işdən azad olunduğu bildirilmişdir. O, etiraz edərək hər hansı bir yardımın paylanmadığını və hansı nöqsanlara yolverdiyini soruşmuş, H.Həsənov bu məsələlərdən məlumatlı olmadığını bildirmişdir. Bundan sonra, təhvil-təslim aktı yazılaraq imzalanmış, möhür ştampı nümayəndəliyinin müavininə təhvil vermiş, 02.05.2020-ci il tarixdən işdən uzaqlaşdırılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının mübahisələndirilən əmrdən 02.05.2020-ci il tarixdən məlumatı olmuşdur. Belə ki, iddiaçı 05 aprel 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatında (eyni zamanda yazılı izahatında) özü bu halı təsdiq etmişdir. Həmçinin, iş materiallarında olan Sabirabad rayon Prokurorluğunun məhkəməyə ünvanladığı 03.03.2021-ci il tarixli, 115xid-21 nömrəli məktubundan da müəyyən olunur ki, Cavabdeh başçısının Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləmiş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 aprel 2020-ci il tarixli, 126 nömrəli qərarına əlavə olaraq qəbul olunmuş təlimata zidd olaraq müəyyən şəxslərə rayonlararası səyahət etmək üçün müvafiq arayışlar vermələri və ərzaq yardımının paylanması zamanı neqativ hallara yol vermələri barədə daxil olmuş məlumat əsasında 03.05.2020-ci il tarixdə fakta görə cinayət işi başlanmışdır. Hazırkı inzibati işlə bağlı iddia əriziəsi isə 17.02.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Başqa sözlə, iddiaçı 01.05.2020-ci il tarixli, 42 nömrəli əmrindən məlumatı olduğu vaxtdan 9 ay keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 05 aprel 2021-ci il tarixli, 2-1(120)-694/2021 nömrəli məktublarla hüquqi yardım göstərilsə də, iddiaçı hüquqi yardım məktubuna münasibət bildirməyərək məhkəmə iclasında iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı mübahisə üzrə qanunvercilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia qaldırmaq üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia mümkün sayılmadığından hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar