Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-694/2023 28.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X14, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 086 saylı sərəncamı ilə rayonun 7 saylı qış-otlaq ərazisindən qoyunçuluğu inkişaf etdirmək məqsədilə 15 il müddətinə X6 icarəsinə verilmiş 280.0 ha torpaq sahəsinin icarə qaydasında istifadə hüququna xitam verilməsi barədə Cavabdeh başçısının 12 iyul 2016cı il tarixli 67 saylı sərəncamının X9 aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, “xx.xx.2016-cı il tarxli, 67 saylı sərəncamın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 28 aprel 2-1(120)-694/2023 nömrəli qərardadı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2016-cı il tarxli, 67 saylı sərəncamın ləğv edilməsi” barədə iddia ərizəsinə dəqiqləşmə verilərək, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla iddia tələbi Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 086 saylı sərəncamı ilə rayonun 7 saylı qış-otlaq ərazisindən qoyunçuluğu inkişaf etdirmək məqsədilə 15 il müddətinə X6 icarəsinə verilmiş 280.0 ha torpaq sahəsinin icarə qaydasında istifadə hüququna xitam verilməsi barədə Cavabdeh başçısının 12 iyul 2016-cı il tarixli 67 saylı sərəncamının X9 aid hissədə ləğv edilməsi kimi qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının 26 may 2008-ci il tarixli, saylı sərəncamı ilə qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə Neftçala rayonu ərazisindəki saylı qış-otlaq sahəsindən 280 hektar torpaq sahəsi X9 15 il müddətinə icarəyə verilmişdir. Sərəncama uyğun olaraq mənə ayrılmış torpaq sahəsinə dair müvafiq sənədlərin hazırlanması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinə tapşırılmışdır. Qeyd olunan sərəncamın verilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsinin səlahiyyətli şəxsi tərəfindən Rəy verilmişdir. xx.xx.2008-ci il tarixli həmin Rəydə göstərilir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Neftçala rayon şöbəsi Lerik rayonu, Rvarud kənd sakini X9 Cavabdeh başçısına yazdığı ərizəyə əsasən qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə rayonun 7 qışotlaq ərazisindən 280 hektar torpaq sahəsinin 15 il müddətinə icarəyə ayrılmasına etiraz etmir. xx.xx.2008-ci il tarixdə RİN başçısının Aqrar məsələlər üzrə müavini S.T.Həziyev, DTXK-si Neftçala rayon şöbəsinin müdiri S.S.Bədəlov, Şöbənin baş məsləhətçisi Ə.F.İmanov, Şöbənin aparıcı məsləhətçisi M.M.Əliyev və Lerik rayonu, Rvarud kəndi sakini X6 iştirakı ilə tərtib edilmiş Aktda göstərilir ki, X6 Cavabdeh başçısına yazdığı ərizəyə əsasən qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə rayonun 7 saylı qış-otlaq ərazisindən 280 hektar toıpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsi məqsədə müvafiq hesab edilsin. Cavabdeh Başçısının xx.xx.2008-ci il tarixli, 086 saylı sərəncamına uyğun olaraq İddiaçı Midadaş qızının saylı qış-otlaq sahəsindən icarəyə ayrılacaq hektar torpaq sahəsinin yerquruluşu planından Çıxarış verilmişdir. Sərəncama uyğun olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ‘Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Həmin sənəd X24 kitabında xx.xx.2014-cü il tarixdə 11 nömrə ilə uçota alınmışdır. Sərəncama əsasən torpaq sahəsinin sərhəddi yerdə (naturada) işarə qoymaqla tarixdən torpaq sahəsi onun istifadəsindədir və təyinatı üzrə istifadə edir. Hal-hazırda həmin ərazidə təsərrüfatında 850 (səkkiz yüz əlli) baş xırdabuynuzlu (qoyun-quzu, keçi) və 25 (iyinni beş) baş qara mal heyvan vardır. Son dövrdə ona məlum olmuşdur ki, Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli, 67 saylı sərəncamı ilə 26 may 2008-ci il tarixli, 086 saylı sərəncam ləğv edilmiş və qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə Neftçala rayonu ərazisindəki 7 saylı qış-otlaq sahəsindən 15 il müddətinə icarəyə verilmiş 280 hektar torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. O, Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli, 67 saylı sərəncamı barədə məlumat əldə edən kimi, həmin qərarı qanunsuz hesab edərək ləğv olunması ilə əlaqədar Cavabdehnə məktubla müraciət etmişdir. Cavabdeh Başçısının müavini Burcalı Ağayev tərəfindən 17 iyun 2022-ci il tarixli məktubla ona cavab verildi. Məktubda göstərilir ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh Başçısının 26 may 2008-ci il tarixli, 086 saylı sərəncamı ilə X29 aid 7 saylı qış-otlaq ərazisindən qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə 15 il müddətinə icarəyə verilmiş 280 hektar torpaq sahənizin istifadə hüququna Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 4,6,7-ci abzasına müvafiq olaraq, Cavabdeh Başçısının 12 iyul 2016-cı il tarixli, 67 saylı sərəncamı ilə xitam verilmişdir. O, Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli, 67 saylı sərəncamını qanunsuz hesab edirəm və həmin sərəncamın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, Cavabdeh Başçısının 26 may 2008-ci il tarixli, 086 saylı sərəncamı ilə üzərinə düşən öhdəlikləri heç bir zaman pozmamışdır. Bütün ödənişləri vaxtında ödəmişdir. Torpaq sahəsi hal-hazırda onun istifadəsindədir və torpaq sahəsindən istifadə ilə bağlı heç bir qanun pozunlusuna yol verməmişdir. Qeyd edilən torpaq sahəsinə dair mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Başçısının 67 saylı sərəncamı xx.xx.2016-cı il tarixdə qəbul edilsə də, onun həmin sərəncam barədə məlumatı olmamışdır. 2022-ci ilin aprel ayının sonunda sərəncam barədə məlumat əldə edən kimi Cavabdeh Başçısına müraciət etmişdir. Cavab məktubu alan kimi məhkəməyə müraciət etmişdir. İddia tələbi İnzibati Prosessual Məcəllənin və “İnzibati icraat haqqında” Qanunun müvafiq tələblərinə uyğundur və təmin ediləndir. Cavabdeh Başçısının mübahisələndirilən xx.xx.2016-cı il tarixli, 67 saylı sərəncamı qanunazidd olduğu və nəticədə onun hüquqlarını pozduğu üçün ləğv edilməlidir. Cavabdeh nümayəndəsi X15 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı cavabdeh Neftçala rayonu İcra Hakimiyyətinə qarşı, Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli 086 saylı sərəncamı ilə varisi olduğu mərhum əri X9 15 il müddətinə icarəyə verilmiş 280 hektar örüş torpaq sahəsinə dair həmin icarə müqaviləsinə İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 67 saylı sərəncamı ilə xitam verilməsindən narazılığı və həmin sərəncamın ləğv edilməsinə dair Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsi qarşısında qaldırdığı iddiasını aşağıdakı əsasa görə tam rədd edir. “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci Maddəsinə əsasən həmin müddət bir ay nəzərdə tutulduğu halda iddiaçının güman etdiyi, pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə 5 ildən çox vaxt keçdikdən sonra müraciət etdiyindən məhkəməyə müraciət etmə müddəti buraxılmışdır. (67 saylı xitam qərarından çıxarış iddiaçıya xx.xx.2016-cı il tarixli İİİTPŞ nömrəli məktubla göndərilmişdir.) Odur ki,yuxarıda qeyd edilənlərə əsasən İddiaçı cavabdeh Neftçala rayonu İcra Hakimiyyətinə qarşı, Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli 086 saylı sərəncamı ilə ona 15 il müddətinə icarəyə verilmiş 280 hektar örüş torpaq sahəsinə dair həmin icarə müqaviləsinə İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 67 saylı sərəncamı ilə xitam verilməsindən narazılığı və həmin sərəncamın ləğv edilməsinə dair Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsi qarşısında qaldırdığı iddiasının təmin edilməməklə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X16 iddia tələbini müdafiə edərək, İddiaçı 280 ha torpaq sahəsindən maneəsiz istifadə etdiyini, yalnız xx.xx.2022-ci il tarixli cavabdeh orqanın məktubuna əsasən, xx.xx.2016-cı il tarixli sərəncamdan məlumatlı olduğunu və məhkəməyə bundan sonra müraciət etdiyini bildirmiş, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X15 iddia tələbinə etiraz edərək, tələbin əsassız olduğunu və mərhumun oğlu E.Abbasovun 2020-ci il tarixdə 280 ha torpaq sahəsi ilə bağlı çoxlu mübahisələrinin mövcud olduğunu, Milli Məclisə və digər orqanlara müraciət etdiyini, ƏMDK tərəfindən xx.xx.2020-ci il tarixdə həmin ərazidə araşdırma keçirilməsi və Cavabdeh başçısının 12 iyul 2016-cı il tarixli 67 saylı sərəncamının X9 aid hissədə ləğv edilməsi və s. məlumatlar barədə mərhumun oğluna məlumat verməsi barədə akt tərtib edilməsini, iddiaçının da uzun müddətdir ki, sərəncam barəsində məlumatlı olsa da, qanunsuz həmin torpaq sahəsindən istifadə etdiyini, dövlətin hesabına heç bir icarə haqqı ödəmədiyini bildirmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəfləri dinləyib, tərəflərin iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İşdə olan Cavabdeh başçısının 12 iyul 2016-cı il tarixli 67 saylı sərəncamından görünür ki, Neftçala rayonu üzrə örüş və qış-otlaq təyinatlı X21 qoyunçuluğu inkişaf etdirmək məqsədilə X10 adına 280 ha icarəyə verilmiş torpaq sahəsinin istifadə hüququna xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Cavabdeh Neftçala rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 172 nömrəli məktubunda göstərilmişdir ki, Lerik rayon Rvarud kənd sakini X9 torpaq sahəsinin icarəyə verilməsi və xitam verilməsi barədə olan sənədlərinin təsdiq olunmuş surətləri göndərilmişdir. İddiaçı verilmiş xx.xx.2016-ci il tarixli 67 saylı və xx.xx.2008-ci il tarixli 86 saylı sərəncamdan adı aşkar olunmadı. İş materiallarında olan Azərbaycan Respublikasının Cavabdeh X1 və İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, SİİTPS-1777 nömrəli məktubun surətindən görünür ki, Sizin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı müraciət baxılması üçün Neftçala rayonu İcra Hakimiyyətinə göndərilmişdir. Neftçala rayonu İcra Hakimiyyəti başçısının 23 iyun 2008-ci il tarixli 129 saylı Sərəncamı ilə rayonun 6 saylı qışotlaq ərazisindən qoyunçuluğu inkişaf etdirmək məqsədilə 15 il müddətinə icarənizə verilmiş 120 hektar və Neftçala rayonu İcra Hakimiyyəti başçısının 26 may 2008-ci il tarixli 086 saylı Sərəncamı ilə rayonun 7 saylı qış-otlaq ərazisindən qoyunçuluğu inkişaf etdirmək məqsədilə 15 il müddətinə X6 icarəsinə verilmiş 280,0 hektar torpaq sahələrinin icarə qaydasında istifadə hüquqlarına Neftçala rayonu İcra Hakimiyyəti başçısının 12 iyul 2016-cı il tarixli 67 saylı Sərəncamı ilə xitam verildiyini, sözügedən Sərəncamın ləğv edilməsi ilə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciət etdiyinizi bildirir, məhkəmə prosesi başa çatana kimi əvvəllər icarədə olmuş torpaq sahələrindən təyinatı üzrə istifadə edilməsinə köməklik göstərilməsini xahiş edir. Müraciətə Neftçala rayonu İcra Hakimiyyətində aidiyyəti üzrə baxılmışdır. Şirvan İnzibati Məhkəməsində Neftçala rayonu İcra Hakimiyyəti başçısının 12 iyul 2016-cı il tarixli 67 saylı Sərəncamının ləğv edilməsi ilə bağlı proses yekunlaşmayana və icarə hüquqları bərpa edilməyə qədər sözügedən torpaq sahələrindən istifadə etməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 nömrəli Qərarına, eləcə də “Torpaq İcarəsi haqqında” 11 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 5-ci, 9-cu, 10-cu, 11-ci, 12-ci və 13-cü maddələrinə ziddir. Odur ki, əvəllər icarənizdə olmuş torpaq sahələrindən heyvanlarının otarılması üçün təyinatı üzrə istifadə etməsi qanunamüvafiq deyildir. İş materiallarında olan X4 Azərbaycan Respublikası Milli Məclisinin deputatı X5 məktubla atasına məxsus olan torpaqların zəbt olunması barədə müraciətlər etmiş, Cavabdeh tərəfindən müvafiq məktublarla cavablandırılmışdır. İş materiallarında olan 21 aprel 2016-ci il tarixli Aktın surətindən görünür ki, Rayon İcra Hakimiyyəti başçısının 26 may 2008-ci il tarixli 086 nömrəli sərəncamı ilə Lerik rayonu Rvarud kənd sakini X9 rayonun qış-otlaq sahəsindən icarəyə verilmiş 280 hektar qış-otlaq sahəsinindən təyinatına uyğun istifadə etmədiyi müəyyən olundu. Belə ki, 280 hektar torpaq sahəsinin 200 hektarından cox hissəsində əkin işləri aparıldığı,eyni zamanda qeyriqanuni olaraq mişar daşından əsaslı tikililər inşa etdiyi məlum olundu (tövlə və çoban evi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 nömrəli Qərarı ilə örüş və qış-otlaq sahəsində hər hektara görə 3-4 baş xırda buynuzlu heyvan saxlanması müəyyən edilmiş və əsaslı tikinti işlərinin aparılmasına icazə verilmədiyi bildirilir. Bu halda 280 hektar ərazidə ***-**** baş qədər heyvan saxlanılmalıdır. Lakin yoxlama zamanı X6 icarəsində olan 280 hektar qış-otlaq sahəsində mövcud olaraq 200 başa qədər xırda buynuzlu davarların saxlanılması və qeyri-qanuni tikinti işi aparıldığı müəyyən edildi. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin 12 iyun 2020-ci il tarixli Aktın surətindən görünür ki, Lerik rayonu Rvarud kənd sakini X17 Azərbaycan Respublikası Milli X13 vəkili Jalə Əliyevaya ünvanladığı və Milli Məclisdən araşdırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarova ünvanlanan şikayət ərizəsində Neftçala rayonu qış-otlaq sahəsində atası mərhum X6 heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə icarəsinə verilmiş 280 ha örüş sahəsinin və hal-hazırda xx.xx.2018-ci ildə 7E-975 nömrəsi ilə reyestr qeydiyyata alınmış etibarnamə ilə icarə hüquqları mərhumun oğlu X7 verilmiş torpaq sahəsinin zətb edilərək başqa şəxslər tərəfindən şumlanaraq əkildiyini, heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə tövlə və yaşayış evlərinin zəbt edildiyini bildirərək köməklik göstərilməsini xahiş etmişdir. Bu məsələ ilə bağlı Əmlak Məsələsi Dövlət Komitəsinin Şirvan ərazi şöbəsinin məsləhətçisi X8, Əmlak Məsələsi Dövlət Komitəsinin Şirvan ərazi şöbəsinin aparıcı-məsləhətçisi X11, Neftçala rayonu İcra Hakimiyyəti başçısı aparatının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi X18, Neftçala rayonu İcra Hakimiyyətinin başçısı tərəfindən Dövlət torpaqlarının dəqiqləşdirilməsi məqsədi ilə yaradılmış komissiyanın üzvü X23 və şikayətçi X4 iştirakı ilə akt tərtib edilmişdir. Sözügedən məsələ də bağlı sərəncamverici orqan olan Neftçala rayonu İcra Hakimiyyəti başçısı aparatının Sosial-İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Zaur Kərimov. Elşad Əzizov və Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi şöbəsinin Neftçala rayonu üzrə baş müfəttişi Sayılov Əlimənsur. X36.məd oğlunun iştirakı İlə yerində baxış keçirilmişdir. Neftçala rayonu icra Hakimiyyəti başçısının 12 iyul 2016-cı il tarixli 67 nömrəli Sərəncamı ilə X6 icarəsinə verilmiş 280 hektar örüş otlaq sahəsinin icarə hüququna xitam verilmişdir. 280 hektar torpaq sahəsinə baxış keçirən zamanı kənar şəxslərin hazırki vəziyyətdə həmin ərazinin zəbt edilməsi halı aşkar edilməmişdir. Heyvandarlığın inkişaf etdirilməsi üçün tikilmiş tövlələrin və yaşayış evinin zəbti ilə bağlı da yerində araşdırma işləri aparılmışdır Araşdırma zamanı X4 öz razılığı ilə mərhum atasına məxsus olan heyvandarlıq tövlələrinin və çoban evinin X19 tərəfindən hal-hazırda istifadə edildiyi məlum oldu. X12 tövlədə çoban evlərindən qanunsuz istifadə etdiyini bildirdikdə, izahatında həmin tövlə və evdən X17 ilə müəyyən sövdələşmələr və razılıq əsasında istifadə etdiyini bildirdi. Akta E.Abbasov tərəfindən imza edilmişdir. Məhkəmə tərəfindən işin halları araşdırılaraq müəyyən edilmişdir ki, Cavabdeh başçısının 12 iyul 2016-cı il tarixli 67 saylı sərəncamı X9 ünvanlanmışdır, G.Abbasov xx.xx.2017-ci il tarixdə vəfat etdiyi üçün mərhumun xx.xx.2016-cı il tarixli sərəncamdan məlumatlı olub-olmaması barədə məlumat verilməsi hal-hazırda mümkün deyil, amma iş materiallarından görünür ki, mərhum G.Abbasovun xx.xx.2016-cı il tarixli sərəncam və torpaq sahəsi ilə bağlı heç bir mübahisə halı baş verməmişdir. İşdə olan mərhum G.Abbasovun oğlu E.Abbasovun ünvanladığı xx.xx.2020-ci tarixli məktubdan, Azərbaycan Respublikası Neftçala rayonu İcra Hakimiyyətinin Azərbaycan Respublikası Milli Məclisinə ünvanladığı 16 iyun 2020-ci il tarixli,13 oktyabr 2020-ci il tarixli məktublardan, Azərbaycan Respublikası Neftçala rayonu İcra Hakimiyyətinin Lerik rayonu Rvarud kənd sakini X7 ünvanladığı 13 oktyabr 2020-ci il tarixli, 06 iyun 2022-ci il tarixli, 30 iyun 2020-ci il tarixli məktublardan, 12 iyun 2020-ci il tarixli aktın surətindən görünür ki, vərəsə X17 atasının vəfatından sonra faktiki olaraq həmin torpaq sahəsindən istifadə etmiş, 2020-ci il tarixdə mübahisəli torpaq sahəsinin zəbt edilməsi ilə bağlı mübahisələr yaranmış, müvafiq orqanlara şikayətlər etmiş, Əmlak Məsələləri Dövlət Komitəsinin 12 iyun 2020-ci il tarixli akta əsasən, həmin ərazi üzrə araşdırılma aparılmış və həmin ərazi üzrə zəbt hadisəsinin baş vermədiyi, mərhumun Azərbaycan Respublikası Neftçala rayonu İcra Hakimiyyəti başçısının 12 iyul 2016-cı il tarixli, 67 saylı sərəncamı ilə icarə hüququna xitam verildiyi və E.Abbasovla sövdələşməyə əsasən həmin sahədə X19 tərəfindən heyvandarlıq tövlələrinin istifadə edildiyi məlum olmuşdur. İş materiallarından aşkar olmuşdur ki, mərhumun oğlu E.Abbasov mübahisəli əraziyə sahiblik etmiş və Neftçala rayonu İcra Hakimiyyəti başçısının 12 iyul 2016-cı il tarixli, 67 saylı Sərancamdan məlumatlı olmuşdur. Belə ki, akta imza edərkən 12 iyul 2016-cı il tarixli, 67 saylı icarə hüququna xitam verilməsi barədə olan Sərancamın mövcudluğu barədə xəbərdar olmuşdur. Bundan sonra 2022-ci ilin iyun aylarında İddiaçı rəsmi qaydada Neftçala rayonu İcra Hakimiyyətinin 12 iyul 2016-cı il tarixli, 67 saylı Sərancamın mövcudluğu barədə məlumat əldə etmiş və xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhumun əmlak və hüquqları üzrə qanun üzrə vərəsə olmuşdur və bundan sonra məhkəməyə müraciət edərək, 12 iyul 2016-cı il tarixli, 67 saylı Sərancamın ləğv edilməsini xahiş etmişdir və 2022-ci ilin iyun ayına kimi həmin sərəncam barədə məlumatı olmadığını bildirmişdir. AR Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılır. AR Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. AR Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə tərəfindən müəyyən edilir ki, mərhumun oğlu E.Abbasov atasının vəfatından sonra mübahisəli torpaq sahəsindən faktiki istifadə etdiyi halda, İddiaçı mərhumun vəfat etdiyi tarixdən, yəni xx.xx.2017-ci il tarixdən 5 il keçdikdən sonra Lerik rayon Notariat ofisinə qanun üzrə olması barədə müraciət etmiş və vərəsəlik əldə etmişdir. Məhkəmədə iddia qaldıraraq 2008-ci ildən, yəni hətta mərhum ərinin sağlığında belə İddiaçı tərəfindən 280 ha torpaq sahəsinin istifadə edildiyini, həmin ərazidə 850 baş xırdabuynuzlu və 25 baş qara malı heyvanının olduğunu iddia etmişdir. Halbuki, 2020-ci il tarixdə mübahisəli 280 ha torpaq sahəsinin kənar şəxslər tərəfindən zəbt edilməsi ilə əlaqədar mübahisələr baş vermiş, mərhumun oğlu E.Abbasov Milli Məclisə müraciət etdikdən sonra Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həmin əraziyə baxış keçirilmiş, 12 iyun 2020-ci il tarixli Akt tərtib olunmuşdur və şikayətçi qismində də məhz torpaq sahəsini faktiki istifadə etdiyini iddia edən İddiaçı deyil, mərhumun oğlu E.Abbasov iştirak etmiş və akta imza etmişdir. İddiaçı iddia etdiyi kimi həmin torpaq sahəsindən 2008-ci il tarixdən istifadə etmişdirsə, deməli torpaq sahəsi barədə mübahisələr üzrə məlumatlı olmalı və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilmiş 280 ha torpaq sahəsində keçirilən araşdırma aparılmasında iştirak etməli və 12 iyun 2020-ci il tarixli aktlaşdırma ilə şəxsən tanış olmalı idi. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Lerik rayon dövlət notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əlavə olunmuş mərhumun varislərinin ərizələrinə baxış keçirilərkən müəyyən edilmişdir ki, mərhumun oğlu X20 xx.xx.2022-ci il tarixdə ərizə ilə Lerik rayon Notariat ofisinə müraciət edərək, xx.xx.2017-ci il tarixdə vəfat etmiş atası G.Abbasovdan irs qalmış (yaşayış evi, qeyriyaşayış evi və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən imtina etmişdir. E.Abbasov atası vəfat edən vaxtdan faktiki olaraq 280 ha torpaq sahəsindən istifadə etdiyi halda, 2022-ci il tarixdə atasına məxsus əmlak və digər əmlak hüquqlarından imtina etmişdir, imtina edən zaman Cavabdeh başçısının 12 iyul 2016-cı il tarixli 67 saylı sərəncam ilə X10 adına 280 ha icarəyə verilmiş torpaq sahəsinin istifadə hüququna xitam verilməsi barədə məlumatı mütləq qaydada Lerik rayon dövlət notariat ofisinə və qanun üzrə vərəsə olmuş anası İddiaçı məlumat verməli, həmin torpaq sahəsinə dair mərhumun əmlak hüququnun artıq mövcud olmadığını bildirməlidir. İddiaçı tərəfindən isə 12 iyul 2016-cı il tarixli 67 saylı sərəncamdan məlumatlı olmaması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Həmçinin xx.xx.2022-ci il tarixli Lerik rayon dövlət notariat ofisi tərəfindən İddiaçı mərhum G.Abbasovun vərəsəsi hesab edilməsi və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi iddiaçıya həmin hüquqdan sui-istifadə hallarına yol verməsi üçün əsas deyil. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi sərəncamdan yəni Cavabdeh başçısının 12 iyul 2016-cı il tarixli 67 saylı Sərəncamdan ən geci 2020-ci il tarixdən (xx.xx.2020-ci il tarixli akt) məlumatlı olmuşdur, lakin məhkəməyə iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Başqa sözlə iddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Cavabdeh başçısının 12 iyul 2016-cı il tarixli 67 saylı Sərancamdan qərardan məlumatlı olduğu vaxtdan 3 (üç) aydan artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı sözügedən qərarı aldıqdan (təqdim olunduqdan) 3 aydan çox vaxt keçdikdən sonra qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasına əsasən, təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə iddia ərizəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı mübahisələndirilən qərar barədə məlumatlı olmamasına dair sübut təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisələndirən qərar elektron qaydada iddiaçının elektron ünvanına göndərilmiş, iddiaçı tərəfindən oxunmuş və prosessual müddəti ötürdükdən sonra inzibati qaydada məhkəməyə müraciət etmişdir. Odur ki, iddiaçı tərəfindən iddia ərizəsinin vaxtında təqdim edilməsinə heç bir maneə olmamışdır. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Məhkəmə qeyd edir ki, İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçtla təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə görə bu qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Göründüyü kimi hazırda qüvvədə olan qanunvericilik vergi orqanı tərəfindən qəbul edilmiş qərarın elektron üsulla göndərilməsinin mümkünlüyü birmənalı təsbit edilmişdir. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Bununla bağlı olaraq məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, sənədin maraqlı şəxsə təqdim olunmasından qanunvericinin əsl məqsədi şəxsin, onun barəsində çıxarılmış inzibati aktın qəbul olunmasının faktiki və qanuni əsasları, eləcə də hüquqi müdafiə vasitələri barədə tam, dəqiq və dürüst məlumatın əldə edilməsindən ibarətdir. Qeyd olunan şərtlərə əməl olunaraq, üstəlik özünün seçdiyi üsulla ona təqdim edilən inzibati akt hər bir halda qanunla qorunan bu tələblərə cavab vermiş sayılmalıdır. Vergi mübahisələri ilə bağlı məhkəmə təcrübəsi də göstərir ki, elektron yaxud kağız formatda göndərilən inzibati aktların vizual baxımdan tək fərqi aşağı hissədə yer alan imza və möhürdən ibarətdir. Bu mənada, məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərarların elektron üsulla göndərilməsinin həmin qərarların qanunla müəyyən edilmiş qaydada çatdırılma üsulu kimi qəbul edilməlidir. Məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İş № 2-1(102)-1909/2019 nömrəli 02 iyul 2019-cu il tarixli Qərarında öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 086 saylı sərəncamı ilə rayonun 7 saylı qışotlaq ərazisindən qoyunçuluğu inkişaf etdirmək məqsədilə 15 il müddətinə X6 icarəsinə verilmiş 280.0 ha torpaq sahəsinin icarə qaydasında istifadə hüququna xitam verilməsi barədə Cavabdeh başçısının 12 iyul 2016-cı il tarixli 67 saylı sərəncamının X9 aid hissədə ləğv edilməsi” barədə iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2016-cı il tarxli, 67 saylı sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 086 saylı sərəncamı ilə rayonun 7 saylı qış-otlaq ərazisindən qoyunçuluğu inkişaf etdirmək məqsədilə 15 il müddətinə X6 icarəsinə verilmiş 280.0 ha torpaq sahəsinin icarə qaydasında istifadə hüququna xitam verilməsi barədə Cavabdeh başçısının 12 iyul 2016cı il tarixli 67 saylı sərəncamının X9 aid hissədə ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-694/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-694/2023
28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver